Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-1(112)-9036/2025 02.07.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qənbərova Səlma İsgəndər qızının sədrliyi ilə, İddiaçının nümayəndəsi Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “ƏDV-nin əvəzləşdirilməsi və sair” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixli MT2407 seriyalı 11488573 nömrəli, xx.xx.2024 tarixli MT 2407 seriyalı 11489124 nömrəli elektron qaimə- fakturalar üzrə aparılmış əməliyyatların - əmtəəsiz və (və ya) riskli əməliyyatların rəsmiləşdirildiyi sənədlər siyahısından (kateqoriyasından) çıxarılması və iddiaçı tərəfindən ödənilmiş 14705,64 (on dörd min yeddi yüz beş manat altmış dörd qəpik) manat ƏDV-nin əvəzləşdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 45.4cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Məhkəmə iş materiallarını yoxlayaraq hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67-ci maddəsinə əsasən: - Mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər (mad. 67.1). - Sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər (mad. 67.2). - Bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir (mad. 67.3). Məhkəmə qeyd edir ki, işdə olan “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 3-21-2-3/2-327241/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərardan görünür ki, cavabdeh iddiaçıya 2024-cü il sentyabr ayı üzrə vergi dövrü üçün 14.705,64 manat əlavə ƏDV hesablamışdır. Qərar bununla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən ƏDV bəyannaməsində (07.2024) əvəzləşmə üçün təqdim edilmiş MT2407 seriyalı 11489124 nömrəli elektron qaimə-faktura üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas verməmişdir. Qeyd edilmiş elektron qaimə-faktura üzrə 3182.4 manat ƏDV məbləğinin tərəflərindən əvəzləşdirildiyini nəzərə alaraq cari ay üçün təqdim edilmiş bəyannamənin 324-cü sətrində bərpa edilən ƏDV məbləğinin 0.0 manat olması nəticəsində 3182.4 manat kənarlaşma yaranmışdır. ƏDV bəyannaməsində (07.2024) əvəzləşmə üçün təqdim edilmiş MT2407 seriyalı 11488573 nömrəli elektron qaimə-faktura üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas verməmişdir. Qeyd edilən elektron qaiməfaktura üzrə 11523.24 manat ƏDV məbləğinin tərəflərindən əvəzləşdirildiyini nəzərə alaraq cari ay üçün təqdim edilmiş bəyannamənin 324-cü sətrində bərpa edilən ƏDV məbləğinin 0.0 manat olması nəticəsində 11523.24 manat kənarlaşma yaranmışdır. Cavabdehin xx.xx.2025-ci il tarixli iş üzrə icraata xitam verilməsi barədə vəsatət təqdim edərək göstərmişdir ki, inzibati iş məhkəmənin icraatında olduğu dövrdə vergi ödəyicisi tərəfindən təqdim edilmiş 2024-cü ilin sentyabr ayı üzrə ƏDV bəyannaməsi nəzərə alınmış və şəxsi hesab vərəqəsində düzəlişlərin aparılması təmin edilmişdir. Bu barədə vergi ödəyicisinə xx.xx.2025-ci il tarixli 3-21-2-3/2-S-32xx-xx/2025 nömrəli məktub göndərilmişdir. İşdə olan iddiaçıya məxsus şəxsi hesab vərəqəsindən görünür ki, xx.xx.2025-ci il tarixdə kameral yoxlama bəyannaməsi ləğv edilmiş, şəxsi hesab vərəqəsində 14705,64 manat azalma edilmişdir. Göründüyü kimi, məhkəmə icraatının gedişatında artıq iddiaçının tələbi təmin olunmuş, ƏDV-nin əvəzləşdirilməsi nəzərə alınmış, hesablanmış məbləğ şəxsi hesab vərəqəsində azaldılmışdır. Belə olan halda aydın olur ki, artıq işin mahiyyəti üzrə mübahisə mövcud deyil. Buna görə də məhkəmə yuxarıda göstərilənləri əsas götürərək belə nəticəyə gəlir ki, cavabdeh tərəfindən iddiaçının tələbi təmin olunduğuna və işin mahiyyəti üzrə mübahisə mövcud olmadığına görə iş üzrə icraata xitam verilməlidir. Şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikaının İnzibati Prossesual Məcəlləsinin 67-ci maddəsini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “ƏDV-nin əvəzləşdirilməsi və sair” tələbinə dair inzibati iş üzrə icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: ünvan 2
Məhkəmə qərarları › İş №e-2-1(112)-9036/2025
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(112)-9036/2025
02.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver