Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-1(112)-9059/2024 13.09.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, üçüncü şəxs Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası "xxxx" QSC-nin nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası "xxxx" QSC cəlb edilməklə) “çıxarışın və texniki pasportun ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası "xxxx" QSC-nin adına verilmiş Seriya RX № ******* saylı **********28-06301 reyestr nömrəli (********** qeydiyyat nömrəli) çıxarış və elə həmin çıxarışa əsasən ünvan 1 ünvanına verilmiş texiniki pasportun eləcə də, çıxarışın verilməsinə əsas olmuş Bakı şəhəri, X5 İcrayə Komitəsinin 1/12 saylı xx.xx.1985 saylı qərarının ləğv edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsinin təmin edilməsini xahiş etmişdir. Sonradan iddiaçının nümayəndəsi və vəkili məhkəməyə ərizə təqdim edərək tələbin “Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası "xxxx" QSC-nin adına verilmiş Seriya RX № ******* saylı **********28-06301 reyestr nömrəli (********** qeydiyyat nömrəli) çıxarış və elə həmin çıxarışa əsasən ünvan 1 ünvanına verilmiş texiniki pasportun ləğv edilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsini təmin edilməsi” kimi dəyişdirilməsini xahiş etmişdir. Məhkəmənin müvafiq qərardadı ilə iddianın dəyişdirilməsinə dair ərizə icraata qəbul edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası "xxxx" QSC-nin adına verilmiş Seriya RX № ******* saylı **********28- 06301 reyestr nömrəli (********** qeydiyyat nömrəli) çıxarış və elə həmin sahəyə ünvan 1 ünvanına verilmiş texiniki pasport (Bakı şəhəri, X5 İcrayə Komitəsinin 1/12 saylı xx.xx.1985 saylı qərarı) ləğv edilməlidir. Belə ki, hazırda mübahisə edilən çıxarış və texniki pasportun verildiyi torpaq sahəsinin Həmkarlar İttifaqları Konfederasiyası "xxxx" QSC-yə (eləcə də "xxxx" sanatoriyasına) aidiyyəti olmamışdır. Həmin torpaq sahəsi əvvəllər bataqlıq olmuşdur. Həmin ərazidə (Bibiheybət qəsəbəsində dənizə düşən hissədə yol kənarında) 2000-ci illərin əvvəllərində yol kənarında ilk dəfə “Xəzər” balıq restoranı açılmış, daha sonra həmin restoran böyümüş və hazırda Bibiheybət qəsəbəsindəki balıq restoranlarının əmələ gəlməsinə əsas olmuşdur. Sonralar “Xəzər” balıq evi şəhərdə tanındıqca onun ərazisinin genişlənməsinə zərurət yaranmışdır. Elə bu məqsədlə də (əvvəl başqa sahibkar, sonradan) İddiaçı dənizin doldurulması nəticəsində onlarla “sot” torpaq sahəsi əmələ gətirmiş və beləcə restoranın ərazisi hazırkı hektarlıq əraziyə çevrilmişdir. Hazırda qeyd edilən torpaq sahəsi belə əmələ gəldiyi halda Həmkarlar İttifaqları Konfederasiyası "xxxx" QSC-nin adına həmin sahə ilə çıxarış və texniki pasport verilməsi qanunsuzdur. Hazırda mübahisələndirilən həmin texniki pasportla çıxarış arasında ziddiyyət vardır. Çıxarışda istifadəyə verilmiş torpaq sahəsi ilə texniki pasportda olan torpaq sahəsi uyğunsuzluq təşkil edir. Hazırda ləğvi istənilən Seriya RX № ******* saylı **********28-06301 reyestr nömrəli (********** qeydiyyat nömrəli) çıxarışda Həmkarlar İttifaqları Konfederasiyası "xxxx" QSC-nin istifadəsində olan torpaq sahəsi 0,03258 ha olsa da, həmin əraziyə verilmiş texniki pasportda bu sahə 7580 kv.m-dir. Hazırda həmin texniki pasportda 7580 kv.m torpaq sahəsinin əmələ gəlmə əsasları araşdırılsa görünəcəkdir ki, bu sahə məhz İddiaçı tərəfindən dənizin doldurulması nəticəsində əmələ gəlmişdir. Bu torpaq sahəsinin Həmkarlar İttifaqları Konfederasiyası "xxxx" QSC tərəfindən artırılmasına dair heç bir sübut təqdim edilməyəcəkdir. Çünki, həmin torpaq sahəsinin heç bir vaxt "xxxx" QSC-yə aidiyyətı olmadığı kimi, QSC də orada heç vaxt heç bir iş görməmişdir. Bu torpaq sahəsi İddiaçı tərəfindən yaradılaraq əmələ gətirildiyindən həmin sahələr hazırda iddiaçının sahiblik və istifadəsindədir. Bu torpaq sahəsinin əmələ gəlmə əsasları araşdırılsa (illər üzrə peyk görüntülərinə baxılsa) görünəcəkdir ki, o torpaq sahələri sonradan əmələ gəlib. Hazırda ləğv edilməsi (və ya etibarsız sayılması) istənilən texniki pasporta baxdıqda dəniz doldurulmamışdan əvvəl dənizin iç hissəsinin də Həmkarlar İttifaqları Konfederasiyası "xxxx" QSC-yə verilməsi görünür. Bu halın özü də bir daha bu sənədlərin əsassızlığına dəlalət edir. Necə ola bilər ki, həmin torpaq sahəsini illərdir sahibkar (dənizi doldurma nəticəsində) əmələ gətirsin, lakin həmin ərazidə heç bir əməyi və fəaliyyəti olmayan Həmkarlar İttifaqları Konfederasiyası "xxxx" QSC həmin əraziyə çıxarış və müvafiq texniki pasport alsın. Odur ki, yuxarıda bəhs olunan çıxarış və texniki pasportun verilməsində qeyd edilən, edilməyən bir sıra qanunsuzluqlar olduğundan həmin çıxarış və texniki pasport ləğv edilməlidir. Yuxarıdakı əsaslarla Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə xx.xx.2024-cti il tarixli ərizə ilə müraciət edilmişdir. Lakin, müvafiq orqan tərəfindən xx.xx.2024-cü il tarixli məktubla cavab olaraq göstərilmişdir ki: ““Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 2.3 və 2.4-cü maddələrinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər və hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir”. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsi xahiş edilmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə - İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası "xxxx" QSC üçüncü şəxs qismində hazırkı iş üzrə icraata cəlb edilmişdir. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılaraq iddia tələbinə münasibət bildirilməsi üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlər cavabdehə və üçüncü şəxsə göndərilmişdir. Cavabdeh tərəfindən iddiaya qarşı təqdim edilmiş yazılı münasibətdə (etirazda) bildirilmişdir ki, sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binası xx.xx.2013-cü il tarixdə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2iqt(81)-1629/2008 saylı, xx.xx.2012-ci il tarixli qərardadı əsasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası "xxxx" QSC adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və hazırda onun mülkiyyətindədir. Göründüyü kimi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun qeydiyyat aparılmışdır. İddia tələbində qeyd olunan “Bakı şəhəri, X5 İcraiyyə Komitəsinin 1/12 saylı xx.xx.1985 saylı qərarının ləğv edilməsi” məsələsi idarənin səlahiyyətləri xaricindədir. Azərbaycan Respublikasinin Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1 və 48.2-ci maddələrini rəhbər tutaraq məhkəmədən iddia tələbinin “Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası "xxxx" QSC-nin adına verilmiş Seriya RX № ******* saylı **********28- 06301 reyestr nömrəli (********** qeydiyyat nömrəli) çıxarışın ləğv edilməsi” hissədə rədd edilməsi, qalan hissədə mümkün sayılmaması xahiş edilmişdir. Üçüncü şəxs Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası "xxxx" QSC tərəfindən iddiaya qarşı təqdim edilmiş yazılı münasibətdə bildirilmişdir ki, "xxxx" QSC-nin Şıx sanatoriyası (icarəyə verən) ilə İddiaçı (icarəçi) arasında uzun illər, sonda isə xx.xx.2021-ci il tarixli icarə müqaviləsi bağlanmış, müqaviləyə əsasən Bakı şəhəri, Səbail rayonu, Bibi-Heybət qəsəbəsi, Namiq Quliyev, 62 F ünvanda yerləşən qeyri-yaşayış sahəsi icarəyə verilmişdir. Müqavilə 1 il müddətinə bağlanmış, nəzərdə tutulmuşdur ki, müqavilənin müddətinin başa çatmasına 1 ay qalmış tərəflər müqaviləyə əlavə və dəyişiklik etməzlərsə, müqavilə hər 2 tərəfin qarşılıqlı razılığı ilə həmin müddətə, həmin şərtlərlə uzadıla bilər. Müqavilə müddəti bitdikdən sonra (xx.xx.2022-ci il) yazılı qaydada İddiaçı icarə müqaviləsinə xitam verilməsi və icarə obyektinin boşaldılması barədə bildiriş və xəbərdarlıqlar göndərilməsinə baxmayaraq, İddiaçı tərəfindən icarə obyekti boşaldılmamışdır. 26 Bakı komissarı rayonu Xanlar qəsəbəsində yerləşən palçıq müalicəsi nəzdində müalicə-kurort çimərliyinin təşkili üçün Azərbaycan Respublikası kurort həmkarlar ittifaqının idarə edilməsi üzrə sovetliyinin hüzurunda 1.67 ha sahə təriqi ilə ölçülüb, ayrılmış, bütün sərhəd dönüşlərində naturada qeyd olunmuş daimi nişanlar qoyulmuşdur. Bakı şəhər X4 İcraiyyə Komitəsinin tikintinin layihələndirilməsinə görə icazə barədə və torpaq sahəsinin ayrılması barədə xx.xx.1985-ci il tarixli qərarı ilə Azərbaycan Həmkarlar İttifaqları Kurortlarını İdarəetmə üzrə Azərbaycan Respublika Şurasına 26 Bakı komissarı rayonu, Xanlar qəsəbəsi, Kurort küçəsində "Şıxov” sanatoriyasına bitişik ərazidə yerləşən bulvar-istirahət zonasının təşkilinə icazə verilmişdir. Bakı şəhər zəhmətkeş deputatları sovetinin icraiyyə komitəsi Baş Memarlıq Planlaşdırma idarəsi tərəfindən 1985ci il tarixdə təsdiq edilmiş inşaat pasportundan görünür ki, 26 Bakı komissarı rayonu, Xanlar qəsəbəsi, Kurort küçəsində "Şıxov” sanatoriyasına bitişik ərazidə yerləşən bulvaristirahət zonasının təşkili üçün Azərbaycan Respublikası kurort həmkarlar ittifaqının idarə edilməsi üzrə şurasına 1,67 ha torpaq sahəsi ayrılmışdır. "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin nizamnaməsindən görünür ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyəti xx.xx.1992ci il tarixdə dövlət qeydiyyatına alınmış və dövlət qeydiyyat nömrəsi (VÖEN) ********* olan "xxxx" Səhmdar Cəmiyyətinin bazasında yaradılmış və onun hüquqi varisidir. Bakı şəhəri Vergilər Departamentinin Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyat idarəsinin 11,06.2012-ci il tarixli çıxarışı ilə müəyyən edilir ki, xx.xx.1992-ci il tarixdə qeydiyyata alınmış “Kurort" Səhmdar Cəmiyyətinin (QSC) (VÖEN: **********) hazırkı adı '‘Kurort" Qapalı Səhmdar Cəmiyyətidir. Cəmiyyətin təsisçisi və nizamnamə kapitalındakı mayaların miqdarı (100%) Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyalarına məxsusdur. “Kurort" QSC-nin Müşahidə Şurasının xx.xx.2012-ci il tarixli 2 nömrəli qərarı ilə "xxxx" Səhmdar Cəmiyyəti "xxxx" Qapalı Səhmdar Cəmiyyəti adlandırılmış və "xxxx" sanatoriyası QSC-nin tərkib hissəsi kimi təsdiq edilmişdir. "Kurort” QSC-nin Müşahidə Şurasının xx.xx.2012-ci il tarixli 3 nömrəli qərarı ilə Azərbaycan Respublikası Kurortlar Şurası (indiki "Kurort” QSC) tərəfindən 04-50/11 saylı, xx.xx.1985-ci il tarixli "Şıxov” sanatoriyasına bitişik ərazidə yerləşən bulvar-istirahət zonasının təşkili ilə əlaqədar müraciətə əsasən Bakı şəhəri XDS İcraiyyə Komitəsi tərəfindən 22 mart 1985-ci il 1/12 saylı qərarı ilə ayrılmış 1,67 ha torpaq sahəsi "xxxx" sanatoriyasının istifadəsinə verilmişdir. "xxxx" QSC-nin Müşahidə Şurasının qərarı ilə müəyyən olunur ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin Bakı şəhəri, Bibiheybət qəsəbəsi Namiq Quliyev küçəsində iaşə obyektlərinin dəyəri ödənilmədən "xxxx" QSC-nin tabeliyində olan "xxxx" sanatoriyasının balansına qəbuleidlməsi, "Kurort” QSCnin Bakı şəhəri, Bibi-heybət qəsəbəsi, Namiq Quliyev küçəsində inşa edilmiş iaşə obyektlərinə mülkiyyət hüquqlarının qeydə alınmasına dair dövlət reyestrindən çıxarışları nəzərə alınaraq "Kurort” QSC-nin mülkiyyət hüquqları qeydə alınmış iaşə obyekti əvəzsiz olaraq Cəmiyyətin tabeliyində olan “Şıx" sanatoriyasının sərəncamına və istifadəsinə verilmiş, qeyd edilən iaşə obyektlərinə aid istənilən hüquqi əqdləri bağlamaq, o cümlədən icarə müqavilələri bağlamaq, icarə haqqı ödənişlərini toplamaq, toplanmış icarə haqqı ödənişlərini sanatoriyanın zəruri xərclərinə yönəltmək, həmin iaşə obyektləri ilə bağlı bütün dövlət və qeyri-dövlət müəssisələri ilə danışıqlar aparmaq, hüquqi sənədləri hazırlamaq və təqdim etmək, zəruri sənədləşmələri aparmaq səlahiyyətləri "xxxx" sanatoriyasına həvalə edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilən RX seriyalı, ******* nömrəli çıxarışdan müəyyən edilir ki, ünvan 5 ünvanında, 0,03258 hektar torpaq sahəsində yerləşən ümumi sahəsi 265.6 kv.m, tikintialtı sahəsi 736.2 kv.m olan qeyri-yaşayış binası xüsusi mülkiyyət hüququ əsasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası "xxxx" QSC-nin adına xx.xx.2013-cü ildə Daşınmaz əmlakın dövlət reyestrində 49 nömrəli reyestr kitabının 4624 nömrəli vərəqində qeydiyyata alınmışdır (qeydiyyat nömrəsi: **********). Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli qeyri-yaşayış binasının texniki pasportundan müəyyən edilir ki, ünvan 5 ünvanında yerləşən qeyri-yaşayış binasının hüquq subyekti Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası “Kurort" Qapalı Səhmdar Cəmiyyətidir (reyestr nömrəsi: **********28-06301). Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası "Kurort” Qapalı Səhmdar Cəmiyyətinin "xxxx" Sanatoriyası cavabdeh İddiaçı qarşı iddia ərizəsi ilə kommersiya məhkəməsinə müraciət edərək, fiziki şəxs olaraq sahibkarlıq fəaliyyəti ilə məşğul olan restoran sahibi olan sahibkar, cavabdeh İddiaçı icarə obyekti olan qeyri-yaşayış binasının və torpağının yerləşdiyi ünvandan, yəni mülkiyyətçi "xxxx" QSC-nin mülkiyyətində olan ünvan 7 ünvanda yerləşən icarə obyekti olan qeyri-yaşayış binalarından və ərazidən, habelə "xxxx" QSC tərəfindən “Şıx" Sanatoriyasına istifadəyə verilmiş 1,67 ha torpaq sahəsindən çıxarılması, cavabdehin icarə obyektini və "xxxx" Sanatoriyasının istifadəsinə verilmiş torpağı işçiləri ilə birlikdə boşaltması, onun tərəfindən icarə obyektində və qeyd edilən 1.67 ha torpaqda inşa edilmiş və qurulmuş qanunsuz tikililərin və qurğuların cavabdehin vəsaiti hesabına sökülməsi, iddiaçı tərəf olaraq istifadəsində və sərəncamında olan cavabdeh tərəfindən zəbt edilmiş icarə obyektinə və torpağa köçürülmələri barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-ci il tarixli, e-2-2(113)-168/2023 nömrəli qətnaməsi ilə iddia təmin edilərək İddiaçı icarə obyekti olan qeyri-yaşayış binası və torpağın yerləşdiyi ünvandan - mülkiyyətçi "xxxx" QSC-nin mülkiyyətində olan ünvan 7 ünvanda yerləşən icarə obyekti olan qeyri-yaşayış binaları və ərazidən, habelə "xxxx" QSC tərəfindən "xxxx" Sanatoriyasına istifadəyə verilmiş 1.67 ha torpaq sahəsindən çıxarılması, cavabdehin icarə obyektini və "xxxx" Sanatoriyasının istifadəsinə verilmiş torpağı işçiləri ilə birlikdə boşaltması, İddiaçı tərəfindən icarə obyektində və qeyd edilən 1.67 ha torpaq sahəsində inşa edilmiş və qurulmuş qanunsuz tikililər və qurğular cavabdehin vəsaiti hesabına sökülməsi qət edilmişdir. Bakı Kommersiya Məhkəməsinin qətnaməsindən İddiaçı apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin kommersiya kollegiyasının 23 may 2024-cü il tarixli 2-2( 103)-418/2024 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı Kommersiya Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmçinin məhkəmənin nəzərinə çatdırılır ki, İddiaçı iddia qaldırmağa subyektiv hüququ yoxdur. Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafıq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır. Yuxarıda qeyd olunan hallardan göründüyü kimi İddiaçı istifadə etdiyi həmin ərazidə heç bir hüquqmüəyyənedici sənədə malik olmadığı üçün onun başqa şəxslərdən hər hansısa, nəyisə tələb etmək hüququ olmamışdır. Azərbaycan Respublikası Həmkarlar İttifaqları Konfederasiyası "xxxx" QSC və İddiaçı arasında bağlanmış icarə müqaviləsinin qüvvədə olma müddəti başa çatdığından və icarəyəverənin icarə münasibətlərini davam etdirmək niyyətində olmadığından Mülki Məcəllənin 697.1-ci maddəsinə və “İcarə haqqında" Azərbaycan Respublikası haqqında Qanunun 9-cu maddəsinin 3-cü hissəsinə əsasən sahənin icarəçi tərəfindən boşaldılmasını, o cümlədən icarəçi tərəfindən sahədə özbaşına inşa edilmiş tikililərin sökülməsini tələb etmək hüququ vardır. Məhkəmənin nəzərinə həmçinin çatdırılır ki, İddiaçı həmin ərazidən uzun müddət istifadə etdiyi üçün ərazinin Azərbaycan Respublikası Həmkarlar İttifaqları Konfederasiyası “Kurort’’ QSC-nin mülkiyyətində olmasını, həmin əraziyə dair texniki pasport verilməsini, həmin ərazinin Bakı şəhər X4 İcraiyyə Komitəsinin tikintinin layihələndirilməsinə görə icazə barədə və torpaq sahəsinin ayrılması barədə xx.xx.1985-ci il tarixli qərarından məlumatları olmuş və bu haqda iddia qaldırmamışdılar. Qanunvericiliklə müəyyən olunmuş iddia müddətini ötürmüşdürlər. Həmin ərazinin boşaldılması barədə qətnamə qəbul edildikdən sonra iddia qaldırılması qanunun tələblərinə ziddir. Ona görə də, iddianın mümkün sayılmaması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi hər hansı üzrlü səbəb bildirmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib iddianın mümkünlüyü məsələsini zəruri saymış və tərəflərin fikri dinlənilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili dəqiqləşdirilmiş iddia tələbini müdafiə edərək iddianın mümkün sayılmasını və işə mahiyyəti üzrə baxılıb tələbin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi və vəkili iddia tələbinə etiraz edərək iddianın mümkün sayılmamasını xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -Azərbaycan Respublikası 1 saylı Bakı Yerli İqtisad Məhkəməsinin xx.xx.2008-ci il tarixli, 2-(81)-1629/2008 nömrəli qətnaməsindən görünür ki, iddiaçılar Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının, "xxxx" Səhmdar Cəmiyyətinin və "xxxx" sanatoriyasının cavabdehlər Bibi-Heybət Bələdiyyəsinə və sahibkar X2 qarşı 29 saylı 7 may 2005-ci il tarixli icarə müqaviləsinin etibarsız hesab edilməsi, qanunsuz inşa edilmiş tikilinin sökülməsi və sahənin boşaldılması barədə iddiasına və Bibi-Heybət Bələdiyyəsinin "xxxx" Səhmdar Cəmiyyətinə və "xxxx" sanatoriyasına qarşı ilkin iddianın rədd olunması, 1.67 ha çimərlik boyunca torpaq sahəsinə və sanatoriyanın yerləşdiyi ərazi üzrə 2.7 ha sahənin sanatoriyanın fəaliyyəti üçün vacib olan sahəsindən artıq hissənin istifadədən geri alınması, həmin sahələrin Bibi-Heybət Bələdiyyəsinin istifadə və sahibliyinə qaytarılması barədə qarşılıqlı iddiasına dair mülki işə baxılaraq Bibi-Heybət Bələdiyyəsi ilə X3 arasında bağlanmış 29 saylı 7 may 2005-ci il tarixli icarə müqaviləsinin etibarsız sayılması, "xxxx" sanatoriyasına məxsus 1.67 ha torpaq sahəsini əhatə edən çimərlik zonasında 600 kv.m torpaq sahəsində X3 tərəfindən qanunsuz inşa edilmiş tikililərin sökülməsi və sahənin boşaldılması qət edilmiş, Bibi-Heybət bələdiyyəsinin qarşılıqlı iddiası rədd edilmişdir. -Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 2iqt(81)-1629/2008 nömrəli qərardadından görünür ki, tələbkarlar Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası, "xxxx" Səhmdar Cəmiyyəti və "xxxx" sanatoriyası ilə borclular X3 və Bibi-Heybət Bələdiyyəsi arasında bağlanmış barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq olunmuşdur: 1. Bibi-Heybət Bələdiyyəsi ilə X3 arasında bağlanmış 25 avqust 2008-ci il tarixli icarə müqaviləsi etibarsız hesab edilir. 2. X1-Heybət qəsəbəsi Namiq Quliyev küçəsi 57-də onun tərəfindən inşa edilmiş bir mərtəbəli iaşə obyektinin sökülməməsini, dəyəri ödənilmədən "xxxx" sanatoriyasının balansına verilməsini öhdəsinə götürür. 3. "xxxx" sanatoriyası isə iaşə obyektinin dəyəri ödənilmədən sanatoriyanın balansına götürülməsini öhdəsinə götürür. -"xxxx" QSC-nin Müşahidə Şurasının xx.xx.2012-ci il tarixli, 2 №-li qərarından görünür ki, məhkəmə qərarlarının icrasını təmin etmək məqsədilə yaradılmış komissiyanın iştirakı ilə qeyd olunan iaşə obyektlərinin təhvil-təslimi aparılmış və müvafiq qaydada aktla rəsmiləşdirilmişdir. Qeyd olunanları nəzərə alaraq Müşahidə Şurası sahəsi 279 kv.m, dəyəri 139500 manat və sahəsi 415.04 kv.m, dəyəri 207525 manat olan hər iki iaşə obyektlərinin Cəmiyyətin tabeliyində olan "xxxx" sanatoriyasının balansına qəbul edilməsini və həmin obyektlərin qeydə alınaraq, onlara texniki pasport və Dövlət Reyestrindən çıxarış verilməsi üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Reyestri Xidmətinə müraciət olunmasını qərara almışdır. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışdan görünür ki, ünvan 8 ünvanında yerləşən 0,03258 ha torpaq sahəsində yerləşən 265,6 kv.m sahəsi olan qeyri-yaşayış binası Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası "xxxx" QSC-nin mülkiyyətindədir. Azərbaycan Respublikası Mülki Məcəlləsindən: -155.1. Azərbaycan Respublikasına mülkiyyət hüququ ilə mənsub olan əmlak dövlət mülkiyyətidir. 155.2. Fiziki, hüquqi şəxslərin və ya bələdiyyələrin mülkiyyətində olmayan torpaq və digər təbii ehtiyatlar dövlət mülkiyyətidir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin: -46.1. Dövlət mülkiyyətində olan torpaqlara aşağıdakılar daxildir:..Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin su fondu torpaqları; Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaqlar. -46.2. Göstərilən torpaqlar dövlətin müstəsna mülkiyyətindədir, həmin torpaqlar bu məcəllədə və digər normativ-hüquqi aktlarda müəyyən olunmuş qaydada istifadəyə və icarəyə verilə bilər. -46.2-1. Xəzər dənizinin, (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaq sahələri dövlətin mülkiyyətində qalmaqla özgəninkiləşdirilə bilməz və yalnız müvafiq icra hakimiyyəti orqanının qərarı ilə istifadəyə və icarəyə verilə bilər. -46.3. Dövlət mülkiyyətində olan torpaqların bələdiyyə və xüsusi mülkiyyətə verilməsi qanunla müəyyən edilir. -46.4. Dövlət mülkiyyətində olan torpaqların istifadəsi və mühafizəsi sahəsində dövlət idarəetməsini öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları həyata keçirirlər. "İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur” (1.1-2.2-ci bəndlər). Həmin Qərarın 2.3-cü bəndinə əsasən, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi, işin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən, məhkəmə mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Qeyd edilən qayda həmçinin, iddianın mümkünlüyü ilə bağlı şərtlərin mövcudluğunun yoxlanılmasına da şamil olunur. Belə ki, obyektiv araşdırma prinsipi yalnız iddianın əsaslılığının yoxlanılması zamanı deyil, həmçinin iddianın mümkünlük şərtlərinin yoxlanılması zamanı da tətbiq olunmalıdır. Qeyd edilməlidir ki, inzibati mübahisənin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə real aktlar, yəni inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri (hərəkətsizliyi) təşkil edir. Bu mənada yalnız inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində şəxsin subyektiv hüququnun pozulması ehtimalının mövcud olduğu hallarda iddiaçının məhkəmə qaydasında hüquqi müdafiə marağı və iddia qaldırmaq səlahiyyəti mövcud olur. İstinad olunan normaların tələbinə əsasən, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun verilməsi üçün nəzərdə tutulmuş şərtlərə kompleks şəkildə cavab verdiyi və əsaslandırıldığı halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər. Hazırkı mübahisəyə münasibətdə həmin mümkünlük şərtlərinin mövcudluğu iş üzrə materiallarla təsdiq olunmur. Məhkəmə qeyd edir ki, hazırkı halda iddiaçı ünvan 5 ünvanında yerləşən qeyriyaşayış sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrində Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası "xxxx" QSC-nin adına aparılmış ********** qeydiyyatın, həmin qeydiyyat əsasında verilmiş xx.xx.2013-cü il tarixli nömrəli çıxarışın və texniki pasportun ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş edir. İddiaçı konkret halda həmin qeydiyyatın aparılması üçün əsas olmuş sənədləri deyil, cavabdeh qeydiyyat orqanının faktiki xarakterli hərəkətlərini mübahisələndirsə də üçüncü şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatı mübahisələndirmək üçün subyektiv hüququnu təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə iddiaçının dəlillərinə münasibətdə bildirir ki, iddiaçı ilə "xxxx" QSC-nin Şıx sanatoriyası arasında Bakı şəhəri, Səbail rayonu, Bibi-Heybət qəsəbəsi, Namiq Quliyev, 62 F ünvanda yerləşən qeyri-yaşayış sahəsinin icarəyə verilməsi haqqında bağlanmış xx.xx.2021-ci il tarixli icarə müqaviləsinin müddəti bitmiş və müqavilənin müddəti uzadılmamışdır. Müqavilə müddətinin bitməsi ilə əlaqədar iddiaçının icarə obyekti olan qeyri-yaşayış binası və yerləşdiyi torpaq sahəsindən çıxarılması ilə bağlı mübahisəyə mülki məhkəmə icraatı qaydasında baxılır. İddiaçının istifadəsində olan torpaq sahəsinin dənizin doldurulması hesabına genişləndirilməsi ilə bağlı qeyd edilir ki, belə bir ehtimal nəzərə alınsa belə, bu hal yenə iddiaçıya cavabdehə qarşı hazırkı iddianı irəli sürmək üçün tələb hüququ vermir. Çünki iddiaçı həmin sahənin onun qanuni istifadəsində olmasına dair heç bir sübut təqdim edə bilməmişdir. Halbuki, Torpaq Məcəlləsinin tələblərindən göründüyü kimi, Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin su fondu torpaqları dövlətin müstəsna mülkiyyətindədir, həmin torpaqlar dövlətin mülkiyyətində qalmaqla özgəninkiləşdirilə bilməz və yalnız müvafiq icra hakimiyyəti orqanının qərarı ilə istifadəyə və icarəyə verilə bilər. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddiaçı hazırkı tələbi irəli sürməyə ixtiyar verən hüquqmüəyyənedici sənəd, qanunvericiliklə müəyyən edilmiş əsas təqdim edə bilmədiyindən, beləliklə də iddiaçını subyektiv hüququn sahibi kimi qəbul edə bilmək üçün o, cavabdeh tərəfindən onun hüquqlarına müdaxilə təşkil edən hərəkət və ya hərəkətsizliyin edildiyinə dəlalət edən sübutları məhkəməyə təqdim edə bilmədiyindən iddia mümkün sayılmamalıdır. Məhkəmə, iddianın mümkün sayılmadığını nəzərə alaraq X3 tərəfindən üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməsinə dair təqdim edilmiş vəsatətə münasibət bildirilməsinə zərurət görmür. Məhkəmə xüsusi olaraq qeyd edir ki, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Tural Məlikov
Məhkəmə qərarları › İş №e-2-1(112)-9059/2024
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(112)-9059/2024
13.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver