Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-9092/2023 01.12.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə “vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə qərarın ləğv olunması” iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İ. Mübahisəli hüququn qısa xülasəsi
1. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul olunmuş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **********653200 nömrəli Qərarın ləğv olunması barədə qərar qəbul edilməsi xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı "MET-AK” MMC xx.xx.1997-ci il tarixində dövlət qeydiyyatına alınmaqla, əsas fəaliyyəti plastik və metal məhsullarının istehsalı və satışı olan kommersiya hüquqi şəxsidir. Cəmiyyət uzun illik fəaliyyət dövründə daim qanunun tələblərini rəhbər tutmuş, vergi ödəmələrini və bu sahədə zəruri olan digər öhdəliklərini vaxtında və vicdanla yerinə yetirmişdir. İddiaçı MMC xx.xx.2022-ci il tarixində 2022-ci ilin fevral ayı üçün dəqiqləşdirilmiş vergi bəyannaməsi təqdim edərək, “Malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi üzrə əməliyyatlar” sətrinin “Təqdim edilmiş mal, iş və xidmətlərin dəyəri (ƏDV nəzərə alınmadan)” sütununda həmin ay üzrə baş tutmuş satış dövriyyəsinin ümumi məbləğini, yəni 9.204.991,99 AZN (doqquz milyon iki yüz dörd min doqquz yüz doxsan bir manat, 99 qəpik) qeyd etmişdir. Lakin cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsi, kameral vergi yoxlaması keçirərək təqdim olunmuş vergi bəyannaməsinin rəsmiləşdirilmiş son xronometraj müşahidəsinin nəticəsində müəyyən edilmiş - 12.718.115,73 AZN (on iki milyon yeddi yüz on səkkiz min yüz on beş manat, 73 qəpik) məbləğdən 3.513.123,74 AZN (üç milyon beş yüz on üç min yüz iyirmi üç manat, 74 qəpik) az olduğunu bildirmişdir. Nəticədə cavabdeh tərəfindən əlavə dəyər vergisi üzrə 2022-ci ilin fevral ayı üçün 559.224,99 AZN (beş yüz əlli doqquz min iki yüz iyirmi dörd manat, 99 qəpik) hesablama aparılmış və “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********653200 nömrəli qərar qəbul olunmuşdur. Qeyd edilən qərardan iddiaçı xx.xx.2023-cü il tarixində şikayət instansiyasına inzibati şikayətlə müraciət edərək hesablanmış vergi məbləğinin azaldılmasını xahiş etmişdir. Həmin şikayətlə əlaqədar İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti xx.xx.2023-cü il tarixində “İnzibati şikayətin təmin edilməməsi haqqında” **********946500 nömrəli qərar qəbul etmişdir. Cavabdeh tərəfindən qanunun tələblərini pozmaqla əlavə vergi məbləğinin hesablanması barədə qərar qəbul etməsi, eləcə də şikayət instansiyasının həmin qərardan verilmiş şikayəti təmin etməməsi nəticəsində hazırda iddiaçının pozulmuş hüquqlarının bərpa edilməsi məqsədilə məhkəməyə müraciət etmək zəruriliyi yaranmışdır. Belə ki, cavabdeh, 2021-ci ilin xx.xx.2021-xx.xx.2021-ci tarixi aralığında İddiaçı MMC-nin təsərrüfat subyektlərində aparılmış xronometraj metodu ilə müşahidənin nəticələrinə əsaslanaraq, 2022-ci ilin fevral ayı üçün dövriyyə məbləğini müəyyən etmiş, həmin dövriyyə məbləğinə müvafiq olaraq 559.224,99 AZN (beş yüz əlli doqquz min iki yüz iyirmi dörd manat, 99 qəpik) əlavə vergi məbləği hesablanması barədə qərar qəbul etmişdir. Lakin, cavadeh vergi orqanı nəzərə almamışdır ki, kommersiya subyektlərinin satış dövriyyəsinin həcmi hər bir halda bazar münasibətlərində yaranmış mövcud şərait, ilin müəyyən zaman kəsiklərində hər hansı məhsullara tələbatın artması və ya azalması, habelə digər mühüm amillərdən asılıdır. Nəzərə almaq lazımdır ki, cavabdeh orqan tərəfindən xronometraj metodu ilə aparılan müşahidə 2021-ci ilin oktyabrın sonları noyabrın əvvəllərinə təsadüf edir ki, bu da metal və plastik məhsullar bazarının müvafiq ilin ilk ayları ilə müqayisədə daha da aktiv olduğu dövrlərdən hesab olunur. İddiaçının son illərinin fəaliyyətinə nəzər yetirilsə, eyni halın hər il təkrarlandığını müşahidə etmiş olarıq. Qeyd etmək zəruridir ki, iddiaçının əsas xammal tədarükçüləri olan Rusiya və Ukrayna dövlətləri, 2022-ci ilin fevral ayında hərbi münaqişəyə daxil olmaları səbəbindən həmin xammalın idxalı xeyli azalmışdır ki, bununla da Cəmiyyətin dövriyyəsinə ciddi xələl gəlmişdir. Bundan əlavə, iddiaçının 2021-ci ilin 01 iyun - 30 oktyabr zaman kəsiyində olan satış dövriyyəsinin 2022-ci ilin eyni zaman kəsiyində olan satış dövriyyəsi ilə müqayisə etdikdə, 2021-ci ilin eyni zaman kəsiyində olan satış dövriyyəsinin 2022-ci illə müqayisədə 12,263 milyon manat artıq olduğunu müşahidə etmək olar. Qeyd edilənlər belə nəticəyə gəlməyə əsas verir ki, 2021-ci il müvafiq ayları üzrə satış dövriyyəsi 2022-ci illə müqayisədə xeyli artıq olmuşdur. Bu səbəbdən 2021-ci ilin müvafiq zaman kəsiyində aparılmış xronometraj müşahidəsinin nəticələrini 2022-ci ilin fevral ayı üçün tətbiq edilməsi əsassızdır. İddiaçı MMC tərəfindən 2022-ci ilin fevral ayı üçün təqdim edilmiş dəqiqləşdirilmiş ƏDV bəyannaməsində göstərilən məbləğ həmin ay ərzində aparılmış əməliyyatlar əsasında hesablanaraq qeyd edilmişdir. Həmin əməliyyatlar müvafiq olaraq elektron qaimə-fakturalar, pərakəndə satış qəbzləri və digər sənədlərlə təsdiq olunur. Cavabdeh orqanın göstərilən metodla İddiaçı MMC-nin fevral ayı üzrə satış dövriyyəsinin müəyyən edilməsi əsassız və qanunsuz inzibati aktın qəbul olunmasına gətirib çıxarmışdır. Hesab edilir ki, İddiaçı MMC barəsində 2022-ci ilin fevral ayı üçün əlavə vergi məbləğinin hesablanması barədə qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **********653200 nömrəli Qərar ləğv edilməli, iddiaçı tərəfindən təqdim olunmuş xx.xx.2022-ci il tarixli 2022-ci il fevral ayı üçün təqdim edilmiş dəqiqləşdirilmiş ƏDV bəyannaməsi təsdiq olunmalıdır.
3. Cavabdeh tərəfindən təqdim edilmiş etirazda qeyd edilmişdir ki, iddiaçının əsas fəaliyyət növü “sair plastik məmulatların istehsalından ibarətdir, kameral vergi yoxlaması zamanı iddiaçı tərəfindən xx.xx.2022-ci il tarixdə 2022-ci ilin fevral ayı üçün təqdim edilmiş dəqiqləşdirilmiş ƏDV bəyannaməsinin 301.1 “Malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi üzrə əməliyyatlar" sətrinin “Təqdim edilmiş mal, iş və xidmətlərin dəyəri (ƏDV nəzərə alınmadan)” sütununda olan 9.204.991,99 manat məbləğin, rəsmiləşdirilmiş son xronometraj müşahidəsinin nəticəsində müəyyən edilmiş (12.718.115,73 manat) məbləğdən 3.513.123,74 manat az olduğu müəyyən edilmişdir. Qeyd edilən kənarlaşma ilə əlaqədar iddiaçıya “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********669500 nömrəli məktub göndərilmişdir. İddiaçı tərəfindən bəyannamədə olan uyğunsuzluq barədə məktuba cavab olaraq müvafiq izahat məktubunun və ya kənarlaşma aradan qaldırılmaqla dəqiqləşdirilmiş ƏDV bəyannaməsi təqdim edilmədiyi üçün Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən əlavə dəyər vergisi bəyannaməsi üzrə 2022-ci ilin fevral ayı üçün 559.224,99 manat hesablama aparılmış və “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********653200 nömrəli qərar qəbul olunaraq vergi ödəyicisinə göndərilmişdir. Uçot-baza məlumatlarının və bəyannamə göstəricilərinin araşdırılması zamanı Cəmiyyət tərəfindən 2022-ci ilin fevral ayında ümumilikdə ƏDV daxil 10.615.498,28 manat, o cümlədən ƏDV-yə 18% dərəcə cəlb olunan əməliyyatlar üzrə 8.925.655,22 manat (ƏDV-si 1 606 619,16 manat), ƏDVdən azad olunan əməliyyatlar üzrə 62.664,26 manat, ƏDV-yə "0" dərəcə ilə cəlb edilən əməliyyatlar üzrə 20.559,66 manat dəyərində elektron qaimə-fakturaların təqdim edildiyi, 150.241,16 manat dəyərində ixrac əməliyyatlarının aparıldığı, onlayn kassa məlumatlarına əsasən ƏDV-daxil 375.436,25 manat (ƏDV-yə cəlb olunan 318.166,30 manat, ƏDV-si 57.269,95 manat) pərakəndə ticarətdən satış dövriyyəsinin olduğu, bu dövr üzrə təqdim edilmiş ƏDV bəyannaməsində təqdim edilmiş mal, iş və xidmətlərin dəyəri sütununda 18 faiz dərəcə ilə ƏDV-yə cəlb olunan əməliyyatlar üzrə 9.204.991,99 manat, daxil olmuş məbləğin 9.611.310,21 manat, hesablanmış ƏDV məbləğinin 1.730.035,84 manat, 0 faiz dərəcə ilə ƏDV- yə cəlb olunan əməliyyatlar üzrə 82.392,32 manat, daxil olmuş məbləğin 76.696,64 manat, ƏDV-dən azad olunan əməliyyatlar üzrə 62.664,26 manat, daxil olmuş məbləğin 51.927,0 manat, hesabat dövrü ərzində silinən debitor borc məbləğinin 416.318,23 manat bəyan edilməsinə baxmayaraq, kameral vergi yoxlaması ilə mal, iş və xidmətlərin dəyəri sütununda 18 faiz dərəcə ilə ƏDV-yə cəlb olunan əməliyyatlarının cəminin 12.718.115,73 manat, daxil olmuş məbləğin 12.718.115,73 manat, hesablanmış ƏDV məbləğinin 2.289.260,83 manat, 0 faiz dərəcə ilə ƏDV-yə cəlb olunan əməliyyatlarının cəminin 82.392,32 manat, daxil olmuş məbləğin 76.696,64 manat, ƏDVdən azad olunan əməliyyatlarının cəminin 62.664,26 manat, daxil olmuş məbləğin 51.927,0 manat olduğu müəyyən edilmişdir. Həmçinin bildiririk ki, cavabdehin xx.xx.2021ci il tarixli, **********5241 nömrəli “Xronometraj metodu ilə müşahidə aparılması haqqında” qərarına əsasən iddiaçının ünvan 1i ünvanında olan, **********-47001 kodlu təsərrüfat subyektində xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək, 15 təqvim günü ərzində aparılmış xronometraj metodu ilə müşahidənin nəticəsinə əsasən (bazar günü iş günü kimi qeyd edilmişdir) ümumi satış dövriyyəsi 207.893,2 manat, orta günlük satış dövriyyəsi 13.859,55 manat, xx.xx.2021 -ci il tarixli, **********5249 nömrəli “Xronometraj metodu ilə müşahidə aparılması haqqında” qərarına əsasən iddiaçının ünvan 2 ünvanında olan, **********-15002 kodlu təsərrüfat subyektində xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək, 15 təqvim günü ərzində aparılmış xronometraj metodu ilə müşahidənin nəticəsinə əsasən (bazar günü qeyri iş günü kimi qeyd edilmişdir) ümumi satış dövriyyəsi 8.139.700,92 manat, orta günlük satış dövriyyəsi 542.646,73 manat və xx.xx.2021-ci il tarixli **********5242 nömrəli “Xronometraj metodu ilə müşahidə aparılması haqqında” qərarına əsasən iddiaçının Sumqayıt şəhəri, Sənaye zonası, Metalbazaya gedən yol ünvanında olan, **********-29001 kodlu təsərrüfat subyektində xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək, 15 təqvim günü ərzində aparılmış xronometraj metodu ilə müşahidənin nəticəsinə əsasən (bazar günü qeyri iş günü kimi qeyd edilmişdir) ümumi satış dövriyyəsi 997.367,36 manat, orta günlük satış dövriyyəsinin isə 66.491,16 manat müəyyən edilməklə xronometraj metodu ilə müşahidənin keçirildiyi 3 (üç) sayda təsərrüfat subyektinin geyd olunan göstəriciləri nəzərə alınmaqla orta günlük satış dövriyyəsi 622.997,44 manat müəyyən olunmuşdur. Tərtib olunmuş yekun akt(lar) iddiaçının səlahiyyətli nümayəndəsi(ləri) tərəfindən imzalanmış, həmin aktın 2-ci səhifəsində Vergi Məcəlləsinin 37.5-ci maddəsinə əsasən vergi ödəyicisindən xronometraj metodu ilə yeni müşahidə keçirilməsi barədə müraciət daxil olan dövrədək (vergi ödəyicisinin bu Məcəllədə nəzərdə tutulmuş gaydada fəaliyyətini dayandırdığı, xronometrajın keçirildiyi dövrü əhatə edən səyyar vergi yoxlamasının keçirildiyi hallar istisna olmağla) xronometraj metodu ilə sonuncu müşahidənin nəticələri vergilərin hesablanması üçün əsas götürülə biləcəyi barədə məlumatın iddiaçının vəzifəli şəxsinə izah edildiyi geyd edilmişdir. Beləliklə, sonuncu xronometraj metodu ilə müşahidənin nəticəsinə əsasən orta günlük satış dövriyyəsinin 622 997,44 manat olduğunu nəzərə alaraq, 2022-ci ilin fevral ayı üzrə dövriyyə məbləğinin 15 007 376,76 manat (12595186,59 manat ƏDV-yə cəlb olunan (ƏDV-si 2267133,59), 82 392,32 manat 0 dərəcə ilə cəlb olunan, 62 664,26 manat ƏDVdən azad) bəyan edilməli olduğu, Cəmiyyət tərəfindən xx.xx.2022-ci il tarixdə 2022-ci ilin fevral ayı üzrə təqdim edilmiş dəqiqləşdirilmiş ƏDV bəyannaməsində hesabat dövrü ərzində silinən debitor borc məbləğinin 416 318,23 manat bəyan edildiyi üçün daxil olmuş məbləğin ƏDV daxil 15 498 632,27 manat (13025431,04 manat ƏDV-yə cəlb olunan (ƏDV-si 2344577,59), 76696,64 manat 0 dərəcə ilə cəlb olunan, 51 927,00 manat ƏDVdən azad), kameral vergi yoxlaması ilə hesablanmalı vergi məbləğinin 614541,75 manat olmalı halda 559224,99 manat hesablanmışdır ki, nəticədə vergi orqanı tərəfindən aparılmış kameral vergi yoxlaması ilə hesablanmalı ƏDV məbləğinə nisbətən 55316,76 manat az hesablandığı müəyyən olunmuşdur. Həmçinin onu da əlavə edirik ki, cavabdehin xx.xx.2021-ci il tarixli, **********8648 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” qərarına əsasən iddiaçının nağd pul hesablaşmalarına riayət edilməsi vəziyyəti yoxlanılmış və xx.xx.2021 -ci il tarixli “Əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması vəziyyəti haqqında" aktda 1757,19 manat ödəniş müqabilində müştəriyə nəzarət kassa aparatından çek təqdim edilmədiyi üçün DVX seriyalı, 008180 nömrəli və xx.xx.2022-ci il tarixli, **********4844 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” qərarına əsasən iddiaçının fəaliyyət göstərdiyi obyektdə nağd pul hesablaşmalarına riayət edilməsi vəziyyəti yoxlanılmış və xx.xx.2023-cü il tarixli “Əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması vəziyyəti haqqında” aktda 171,60 manat ödəniş müqabilində müştəriyə nəzarət kassa aparatından çek təqdim edilmədiyi üçün və DVX 020179 nömrəli akt tərtib edilmiş, müvafiq olaraq xx.xx.2021-ci il tarixli **********2935 nömrəli “Məsuliyyətə cəlb etmə haqqında” qərarına əsasən 6000,0 manat və xx.xx.2023-cü il tarixli **********9958 nömrəli “Məsuliyyətə cəlb etmə haqqında” qərarına əsasən 1000,0 manat maliyyə sanksiyası tətbiq olunmuşdur. Məlumat üçün həmçinin qeyd edirik ki, iddiaçı xronometraj metodu ilə yeni müşahidə aparılması barədə xx.xx.2022-ci il tarixli **********360200 nömrəli məktubla vergi orqanına müraciət etmişdir. Lakin Vergi Məcəlləsinin 15.1.13-ci maddəsinə əsasən xronometraj metodu ilə aparılan sonuncu müşahidədən sonra bu Məcəllənin 50-1.2-ci maddəsində göstərilən müddətlərə riayət olunmaqla (yeni xronometraj metodu ilə müşahidə keçirilməsi haqqında tələbi vergi ödəyicisi istənilən vaxt, lakin sonuncu xronometraj metodu ilə müşahidədən ən azı 1 ay keçdikdən sonra, növbəti dəfə isə sonuncu müşahidədən ən azı 2 ay keçdikdən sonra təqdim edə bilər) istehsal həcminin və ya satış dövriyyəsinin dəyişməsi ilə əlaqədar xronometraj metodu ilə yeni müşahidənin aparılmasını vergi orqanlarından tələb etmək vergi ödəyicisinin hüquqlarına aid edilmişdir. Vergi Məcəlləsinin 50-1-ci maddəsinə əsasən xronometraj metodu ilə müşahidə operativ vergi nəzarəti növü olmaqla istehsal həcminin və ya satış dövriyyəsinin müəyyənləşdirilməsi və dəqiqləşdirilməsi məqsədi ilə vergi ödəyicilərinin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin saxlanılması ilə bağlı olan istehsal, anbar, ticarət və digər binalarında (ərazilərində) aşağıdakı hallarda aparılır: 50-1.1.1. vergi ödəyicisinin təqdim etdiyi vergi bəyannamələrində vergi tutulan dövriyyə əvvəlki hesabat dövriyyələri ilə müqayisədə 30 faizdən çox azaldıqda, yaxud dövriyyə məbləğlərinin vergi ödəyicisinin fəaliyyəti barədə iqtisadi göstəricilərinə, işçilərinin sayına, əmtəə-material ehtiyatlarının həcminə, satış qiymətlərinə və aktivlərinin dəyərinə uyğun olmaması barədə vergi orqanında mənbəyi bəlli məlumatlar olduqda; 50-1.1.2. əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının təkrar pozulması faktları aşkar olunduqda; 50-1.1.3. bu Məcəllənin 15.1.13-cü maddəsinə müvafiq olaraq vergi ödəyicisi yeni xronometraj metodu ilə müşahidə keçirilməsi haqqında vergi orqanına tələb irəli sürdükdə. 50-1.3. Xronometraj metodu ilə müşahidə obyektin normal fəaliyyətinə maneçilik törətməməklə və bu Məcəllənin 50.3-50.6-cı maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilməklə 15 iş günündən çox olmayan müddətdə aparılır. 50-1.4. Müşahidəyə başlamazdan əvvəl xronometraj metodu ilə müşahidə aparılmalı olan obyektdə malın (işin, xidmətin) qiymətini müəyyən etmək məqsədi ilə vergi orqanının nəzarət qaydasında mal (iş, xidmət) alqısı həyata keçirmək hüququ vardır. 50-1.5. Xronometraj metodu ilə müşahidə keçirilən zaman müxtəlif vergi ödəyicilərinin tətbiq etdikləri qiymətlərin nəzarət qaydasında mal alqısı zamanı rəsmiləşdirilmiş qiymətlərdən 30 faizdən çox (aşağı və ya yuxarı) fərqlənməsi faktları aşkar edildikdə, istehsal həcmi və ya satış dövriyyəsi nəzarət qaydasında mal alqısı zamanı rəsmiləşdirilmiş qiymətlər nəzərə alınmaqla hesablanır. 50-1.6. Xronometraj metodu ilə müşahidə zamanı müəyyən edilmiş göstəricilər hər iş gününün sonunda müvafiq aktla rəsmiləşdirilir. Xronometraj metodu ilə müşahidənin son nəticəsi müşahidə ilə müəyyən edilmiş günlük göstəricilər əsasında orta günlük göstərici kimi ümumiləşdirilir və bu barədə müvafiq akt tərtib olunur. Vergi Məcəlləsinin 37.4-cü maddəsinə əsasən kameral yoxlama nəticəsində vergi bəyannaməsində və ya cari vergi ödəmələrinin hesablanması haqqında arayışda vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Vergi Məcəlləsinin 37.5-ci maddəsinə əsasən Bu Məcəllənin 15.1.13-cü maddəsinə əsasən vergi ödəyicisindən xronometraj metodu ilə yeni müşahidə keçirilməsi barədə müraciət daxil olan dövrədək (vergi ödəyicisinin bu Məcəllədə nəzərdə tutulmuş qaydada fəaliyyətini dayandırdığı, xronometrajın keçirildiyi dövrü əhatə edən səyyar vergi yoxlamasının keçirildiyi hallar istisna olmaqla) xronometraj metodu ilə sonuncu müşahidənin nəticələri vergilərin hesablanması üçün əsas götürülə bilər. Vergi Məcəlləsinin 67.1-ci maddəsinə əsasən bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: 67.1.1. vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; 67.1.2. vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; 67.1.3. vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; 67.1.4. vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyri-maddi əmlak barədə rəsmi məlumatlar; 67.1.5. vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; 67.1.6. vergi ödəyicisinin idxalixrac əməliyyatları barədə rəsmi məlumatlar; 67.1.7. vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; 67.1.8. vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; 67.1.9. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar, o cümlədən vergi orqanı tərəfindən həyata keçirilən vergi nəzarəti tədbirləri zamanı əldə edilmiş vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə bağlı qanunla nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməyən əməliyyatlar üzrə məlumatlar. Vergi Məcəlləsinin 16.1.3-cü maddəsinə əsasən qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmağa, həmin Məcəllənin 16.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada vergi orqanlarına və onların vəzifəli şəxslərinə zəruri olan məlumatları və sənədləri, habelə mühasibat uçotu elektron formatda aparıldığı halda, özünün və filiallarının elektron daşıyıcılarında olan məlumatlara birbaşa və ya məsafədən çıxış imkanı yaratmaqla, həmin məlumatları vergi orqanının tələbi ilə təqdim etmək vergi ödəyicisinin vəzifəsinə aid edilmişdir. 23.1.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək, habelə Vergi Məcəlləsinin 23.1.2-ci maddəsinə əsasən vergi ödəyicilərində bütün maliyyə sənədlərini, mühasibat kitablarını, hesabatları, smetaları, nağd vəsaitləri, qiymətli kağızları və başqa qiymətliləri, bəyannamələri və vergilərin hesablanması və ödənilməsi ilə bağlı olan digər sənədləri qanunvericiliklə müəyyən edilmiş qaydada yoxlamaq, yoxlamaların keçirilməsi zamanı yoxlamaya aid olan məsələlərlə bağlı vergi ödəyicilərindən və ya onun vəzifəli şəxslərindən lazımi izahatlar, arayışlar və məlumat almaq, habelə mühasibat uçotu elektron formatda aparıldığı halda elektron auditin məqsədləri üçün vergi ödəyicisinin və onun filiallarının elektron daşıyıcılarındakı məlumatlarının verilməsini, həmin məlumatlara birbaşa və ya məsafədən çıxış imkanının yaradılmasını tələb etmək vergi orqanlarının hüquqlarına aid edilmişdir. 24.0.1-ci və 24.0.2-ci maddələrinə əsasən, vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə, vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə və vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə borcludur. "xxxx" MMC-nin (VÖEN: **********) iddia ərizəsinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.
4. Xronometraj metodu ilə müşahidənin aparılması haqqında xx.xx.2021-ci il tarixli **********41 nömrəli qərara əsasən iddiaçıya məxsus olan obyektdə 15 iş günündən çox olmayan müddətdə xronometraj metodu ilə müşahidənin aparılması qərara alınmışdır (həmin qərara daha sonra yoxlayıcı şəxslərlə bağlı əlavə edilmişdir).
5. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən xx.xx.2021-ci il tarixli çıxarışa əsasən xx.xx.2021-xx.xx.2021-ci il tarixlərində istehsalat həcminin və satış dövriyyəsinin müəyyənləşdirilməsi və dəqiqləşdirilməsi (xronometraj metodu ilə) üçün iddiaçıya məxsus obyektdə operativ vergi nəzarətinin aparılması barədə məlumat qeydə alınmışdır (yoxlayıcı şəxslər barədə məlumat reyestrə əlavə edilmişdir).
6. Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması haqlarının hesablanması barədə xx.xx.2022-ci il tarixli **********653200 nömrəli qərarda kameral yoxlama nəticəsində 559.224,99 manat əlavə vergi məbləği hesablanmışdır.
7. Azərbaycan Respblikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin inzibati şikayətin təmin edilməməsi haqqında xx.xx.2023-cü il tarixli **********946500 nömrəli qərara əsasən İddiaçı kameral vergi yoxlaması ilə hesablanmış vergi məbləğinin ləğv edilməsi barədə Dövlət Vergi Xidmətinə daxil olmuş xx.xx.2023-cü il tarixli inzibati şikayəti təmin edilməmiş, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********653200 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş idarəsinə tapşırılmışdır ki, İddiaçı 2022-ci ilin fevral ayı üçün ƏDV bəyannaməsi üzrə xronometraj metodu ilə müşahidənin nəticəsinə uyğun yenidən kameral vergi yoxlaması keçirilməsini təmin edilsin; İddiaçı real vergi öhdəliklərinin müəyyən edilməsi məqsədilə səyyar vergi yoxlaması keçirilsin.
8. İddiaçı tərəfindən təqdim edilmiş İddiaçı MMC-nin satış dövriyyələri haqqında məlumata əsasən: İL Fevral Oktyabr 2017 4 085 645.00 7 094 256.00 2018 4 636 326.00 9 481 888.00 2019 4 757 225.00 9 581813.00 2020 5 460 212.00 7 271 671.00 2021 4 769 266.00 13 508 435.00 2022 9 358 437.00 17 100 591.00 2023 8 681 534.00
9. İş materiallarına əlavə edilmiş elektron daşıyıcı-diskdə verilən məlumatlara əsasən (xx.xx.2021-ci il tarixindən – xx.xx.2021-ci ilə qədər): 1) Dövriyyə yaradan qaimələr: ƏDV-yə cəlb edilən əməliyyatların məbləği – ********.43 ƏDV-dən azad olunan əməliyyatlar – 778674.93 ƏDV-yə "0" dərəcə ilə cəlb edilən – 222463.03 ƏDV məbləği – ********.17 Yekun məbləği – ********.43 2) Yük gömrük bəyannamələri: I.Cəmi (ixrac): Qiyməti – 514669.17 Tam qiyməti manatla – 874937.61 İdxal rüsumu – 0 ƏDV – 2332.8 Aksiz – 0 Digər rüsum və vergilər – 15630 Faktura dəyəri – 514669.17 II. Cəmi (idxal): Qiyməti – ********.77 Tam qiyməti manatla – ********.84 İdxal rüsumu – 232732.37 ƏDV – 9457178.1 Aksiz – 0.8 Digər rüsum və vergilər – 229727.34 Faktura dəyəri – ********.82 3) Vergi ödəyicisi üzrə kassa əməliyyatları (onlayn kassa): I.Dövriyyə üzrə vergitutma: ƏDV-dən azad – 16275.66 18% – 860452.4 II. Vergi: 18% – 131255.45 Cəmi – 131255.5
10. İş materiallarına xronometraj metodu ilə müşahidə aparılması haqqında aktlar əlavə edilmişdir.
11. Məhkəmə qərarının elanı zamanı tərəflər məhkəmə iclasında iştirak etməmişdir.
12. Məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndələri iddia tələbinin məzmununa uyğun izahat verməklə iddia tələbinin təmin olunmasını xahiş etmişlər.
13. Məhkəmə iclaslarında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etirazın məzmununa uyğun izahat verməklə iddia tələbinin təmin olunmamasını məhkəmədən xahiş etmişdir.
İİ. İddianın növü və mümkünlüyü
14. İPM-in 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
15. Məhkəmə ilk növbədə qeyd edir ki, mübahisələndirilən qərar inzibati aktdır.
16. İddiaçı həmin qərarı inzibati qaydada mübahisələndirilmiş, şikayəti təmin olunmamışdır.
17. Mübahisələndirilən qərar (inzibati akt) iddiaçıya münasibətdə hüquqi nəticə yaradır,
18. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 59.1.5-ci maddəsinə əsasən, yazılı inzibati aktda həmin akta qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumat əks olunmalıdır.
19. Həmin Qanunun 73.2-ci maddəsinə əsasən, inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər.
20. Vergi Məcəlləsinin 49.4-cü maddəsinə əsasən, vergi orqanının qərarının surəti və tələbnamə vergi ödəyicisinə və ya onun nümayəndəsinə verilmə tarixini təsdiq edən üsulla təqdim edilir. Vergi ödəyicisi və ya onun nümayəndəsinin bilərəkdən hərəkətləri nəticəsində vergi orqanının qərarının surəti və (və ya) tələbnaməsi ona təqdim oluna bilinmirsə, bu sənədlər (sənəd) onların (onun) sifarişli məktubla alınması günündən təqdim edilmiş hesab edilir.
21. Məhkəmə qeyd edir ki, mübahisələndirilən qərarın iddiaçıya sifarişli məktubla çatdırılması müəyyən edilmir. Odur ki, məhkəmə iddiaçı tərəfindən prosessual müddətlərin ötürüldüyü qənaətinə gəlmir.
22. İddia mümkündür.
İV. Məhkəmənin mövqeyi
23. Vergi Məcəlləsindən: 23.1. Vergi orqanlarının hüquqları aşağıdakılardır: 23.1.1. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək; 23.1.3. vergi ödəyicilərinin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin saxlanılması ilə bağlı olan istehsal, anbar, ticarət və digər binalarında (ərazilərində) istehsal həcminin və ya satış dövriyyəsinin müəyyənləşdirilməsi məqsədilə bu Məcəllənin 50-1-ci maddəsində müəyyən edilmiş hallarda və qaydada xronometraj metodu ilə müşahidə aparmaq və baxış keçirmək, bu Məcəllə ilə müəyyən edilmiş qaydada elektron və (və ya) kağız formatda aparılan sənədləri və əşyaları götürmək, mülkiyyətində və ya istifadəsində olan əmlakın (yaşayış sahələri istisna olmaqla) bu Məcəllədə müəyyən edilmiş hallarda müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş qaydada elektron və (və ya) kağız formatda aparılan inventarizasiyasını aparmaq; 15.1. Vergi ödəyicisinin aşağıdakı hüquqları vardır: 15.1.13. Xronometraj metodu ilə aparılan sonuncu müşahidədən sonra bu Məcəllənin 50- 1.2-ci maddəsində göstərilən müddətlərə riayət olunmaqla istehsal həcminin və ya satış dövriyyəsinin dəyişməsi ilə əlaqədar xronometraj metodu ilə yeni müşahidənin aparılmasını vergi orqanlarından tələb etmək. 37.1. Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. 37.5. Bu Məcəllənin 15.1.13-cü maddəsinə əsasən vergi ödəyicisindən xronometraj metodu ilə yeni müşahidə keçirilməsi barədə müraciət daxil olan dövrədək (vergi ödəyicisinin bu Məcəllədə nəzərdə tutulmuş qaydada fəaliyyətini dayandırdığı, xronometrajın keçirildiyi dövrü əhatə edən səyyar vergi yoxlamasının keçirildiyi hallar istisna olmaqla) xronometraj metodu ilə sonuncu müşahidənin nəticələri vergilərin hesablanması üçün əsas götürülə bilər. 50-1.1. Xronometraj metodu ilə müşahidə operativ vergi nəzarəti növü olmaqla istehsal həcminin və ya satış dövriyyəsinin müəyyənləşdirilməsi və dəqiqləşdirilməsi məqsədi ilə vergi ödəyicilərinin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin saxlanılması ilə bağlı olan istehsal, anbar, ticarət və digər binalarında (ərazilərində) aşağıdakı hallarda aparılır: 50-1.1.1. vergi ödəyicisinin təqdim etdiyi vergi bəyannamələrində vergi tutulan dövriyyə əvvəlki hesabat dövriyyələri ilə müqayisədə 30 faizdən çox azaldıqda, yaxud dövriyyə məbləğlərinin vergi ödəyicisinin fəaliyyəti barədə iqtisadi göstəricilərinə, işçilərinin sayına, əmtəə-material ehtiyatlarının həcminə, satış qiymətlərinə və aktivlərinin dəyərinə uyğun olmaması barədə vergi orqanında mənbəyi bəlli məlumatlar olduqda ; 50-1.1.2. əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının təkrar pozulması faktları aşkar olunduqda; 50-1.1.3. bu Məcəllənin 15.1.13-cü maddəsinə müvafiq olaraq vergi ödəyicisi yeni xronometraj metodu ilə müşahidə keçirilməsi haqqında vergi orqanına tələb irəli sürdükdə. 50-1.2. Bu Məcəllənin 15.1.13-cü maddəsinə müvafiq olaraq yeni xronometraj metodu ilə müşahidə keçirilməsi haqqında tələbi vergi ödəyicisi istənilən vaxt, lakin sonuncu xronometraj metodu ilə müşahidədən ən azı 1 ay keçdikdən sonra, növbəti dəfə isə sonuncu müşahidədən ən azı 2 ay keçdikdən sonra təqdim edə bilər. Bu maddədə göstərilən müddətlərin axımına bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulan müddət daxil edilmir.
24. Mübahisə xronometraj metodu ilə müşahidənin nəticələri əsasında kameral vergi yoxlaması ilə hesablanmış əlavə vergi məbləği ilə bağlıdır.
25. Məhkəmə qeyd edir ki, yuxarıda qeyd edildiyi kimi xronometraj metodu ilə müşahidənin nəticələri əsasında kameral vergi yoxlaması aparmaq vergi orqanının hüququdur. Odur ki, qeyd edilən halda məhkəmənin səlahiyyətləri müşahidənin aparılması zamanı vergi orqanın prosedur öhdəliklərinə riayət etməsini və müşahidə müddətində müəyyən edilmiş satış dövriyyəsinin müəyyən edilmiş həcminin rəsmiləşdirilməsini yoxlamaqla məhdudlaşır.
26. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 2.1. Bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir.
27. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli, 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə” Bənd 1.2. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri (bundan sonra - Reyestr) xüsusi idarələrarası dövlət informasiya ehtiyatıdır. Bənd 1.4. Qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra - yoxlayıcı orqan) sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər.
28. Cavabdeh tərəfindən xronometraj metodu ilə müşahidə barədə qəbul edilmiş xx.xx.2021-ci il tarixli **********5241 nömrəli qərar barədə məlumat sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydə alınmış (yoxlama dövrü: xx.xx.2021xx.xx.2021-ci il), yoxlamanın nəticələri həmin dövrdə aparılmış xronometraj müşahidələrinə əsaslanmış, məhkəməyə sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarış təqdim edilmişdir.
29. Müşahidə aparılan dövrdə satış dövriyyəsinin həcmi ilə bağlı hər hansı mübahisə yoxdur. Belə ki, cavabdeh tərəfindən yoxlama aparılan dövrləri əks etdirən xronometraj metodu ilə aparılan müşahidənin nəticəsi barədə günlük aktla təqdim edilmişdir. Həmin aktların məzmunu (dövriyyənin həcmi) iddiaçı tərəfindən mübahisələndirilmir.
30. Mübahisə xronometraj metodu ilə aparılan müşahidənin nəticələrinin tətbiq edilməsi ilə bağlıdır.
31. Məhkəmə qeyd edir ki, iddiaçı yeni xronometraj metodu ilə müşahidə keçirilməsi haqqında tələbi sonuncu xronometraj metodu ilə müşahidədən 1 ay keçdikdən sonra irəli sürmək hüququ olsa da, bu hüququndan istifadə etməmişdir, yəni xronometraj metodu ilə yeni müşahidə keçirilməsi barədə ərizə ilə vergi orqanına müraciət etməmişdir.
32. Vergi Məcəlləsinin 53.3-cü maddəsinin müvafiq hissələrinə əsasən: Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur.
33. İPM-in 14.1-cü maddəsinə əsasən, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir.
34. Odur ki, məhkəmə hesab edir ki, cavabdeh qərarın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmişdir.
35. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
36. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia tələbi təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Günel Sevdimalıyeva