Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-9110/2023 06.07.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mənzil üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınaraq çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin qoyulması” haqqında iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı məhkəmədə iddia qaldıraraq, Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mkrn., Cavadxan küçəsi, 5 saylı evin 162 saylı mənzilinin onun adına mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, bu barədə çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Tələb onunla əsaslandırırılmışdır ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mkr., Cavadxan küçəsi, 5 saylı evin 162 saylı mənzilin üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasına dair xx.xx.2023-cü il tarixdə müraciət etmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixli **********19 (3-21-3-30/2-Q-0033-8/2013) saylı cavab məktubu ilə İddiaçı mülkiyyət hüququnun qeydiyyata alınması üçün sənədlərin qanunla müəyyən edilmiş tələblərə uyğun olmadığını bildirərək, müraciəti təmin etməmişdir. Cavabdeh imtina məktubunu Daşınmaz əmlakın dövlət reyestri haqqında AR Qanununun 11.1-ci maddəsində «hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır» tələbinə istinadən vermişdir. Lakin cavabdehin məktubunda hansı sənədin çatışmaması və yaxud təqdim edilən sənədlərin hansının qanuna zidd olduğu konkret olaraq göstərilməmişdir. Nəticədə, qeyri-müəyyən səbəb üzündən İddiaçı mənzilin özəlləşdirilməsini həyata keçirə bilməmişdir. İddiaçı cavabdehə Daşınmaz əmlakın dövlət reyestri haqqında AR Qanununun 11.1-ci maddəsində və Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında Qanunun 8-ci maddəsində təsbit edilmiş bütün sənədləri təqdim etmişdir. Belə ki, İddiaçı dövlət orqanına Bakı şəhəri, Binəqədi rayonu, 9cu mkr., Cavadxan küçəsi, 5 saylı evin 162 saylı mənzilinə dair iddiaçının adına olan X11 xx.xx.1987-ci il tarixli, 62 saylı Qərarı əsasında 265511 saylı orderin surətini, mənzilə qeydiyyatda olan ailə üzvlərinin razılıq ərizələri, yaşayış yeri üzrə qeydiyyat haqqında ******* №-li Arayış, kooperativ payının tam ödənilməsi haqqında Maliyyə Arayışı və həmçinin aşağıda sadalanan digər sənədləri təqdim etmişdir. Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mkr., Cavadxan küçəsi, 5 saylı evin 162 saylı mənzilinə dair İddiaçı adına X11 xx.xx.1987-ci il tarixli, 62 saylı Qərarı əsasında 265511 saylı order verilməsinə baxmayaraq, AR Dövlət Arxivinin Bakı filialının M-618, xx.xx.2019-cu il tarixli məktubundan bəlli olmuşdur ki, keçmiş Kirov rayon XDS İK-nin arxiv fondu üzrə xx.xx.1987-ci il tarixli, 62 saylı X12 Bakı filialına verilməmişdir. Qeyd edilən orderin surəti digər dövlət orqanlarında müəyyən olunması üçün vəkil sorğuları vermişdir, lakin mənzil Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində 144 saylı Mənzil Tikinti Kooperativin balansında olduğundan və yaxud arxiv sənədlər müəyyən dövrdən sonra ləğv edildiyindən, heç yerdə aşkar edilməmişdir. Belə ki, AR Bakı şəhəri Binəqədi rayonu İcra Hakimiyyətinin xx.xx.2022-ci il tarixli 03/09-xx-xx/2169 saylı cavab məktubundan bəlli olmuşdur ki, ünvan 1 ünvanı kooperativ yaşayış sahəsidir, orderə əsasən İddiaçı adınadır və şəxsi hesab vərəqi adına açılmışdır. Bakı Şəhər İH MKT Departamenti Binəqədi Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin xx.xx.2021-ci il tarixli, 702 saylı məktubunda bildirilmişdir ki, mənzil kooperativ yaşayış binasında yerləşdiyindən, order və sair sənədlər barədə məlumatın verilməsi mümkünsüz olmuşdur. AR Bakı şəhəri Binəqədi rayonu İcra Hakimiyyəti 02/09- 11-11/Q-129-091 saylı xx.xx.2022-ci il tarixli cavab məktubundan bəlli olmuşdur ki, özəlləşdirilən mənzil Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində 144 saylı Mənzil Tikinti Kooperativin balansındadır, sosial kirayə müqaviləsi İddiaçı ilə bağlanılması mümkün deyildir. AR Bakı şəhəri Binəqədi rayonu İcra Hakimiyyəti 03/09-xx-xx/1802 saylı xx.xx.2021-ci il tarixli cavab məktubunda 2016-cı ilədək sənədlər arxivində mövcud olmadığını bildirmişdir. AR DİN Binəqədi Rayon Polis İdarəsinin 059-36789/221 saylı xx.xx.2021-ci il tarixli cavab məktubunda bildirilmişdir ki, mənzilə dair sənədlərin saxlanma müddəti bitdiyindən ləğv edilmişdir. Özəlləşdirilən mənzil Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində 144 saylı Mənzil Tikinti Kooperativin balansında olduğundan, payçı və cavabdeh İddiaçı tərəfindən 30 000 rubl dəyərində payının tam ödənilməsi haqqında xx.xx.2021-ci il tarixli Maliyyə Arayışı, 1987-ci ildən etibarən ailə üzvlərinin qeydiyyata düşməsi haqqında Qeydiyyat Kartoçkasının surəti, kooperativə kommunal xidmətlərə görə ödənilən sonuncu çeklərin surətləri təqdim edilmişdir. Beləliklə, cavabdeh İddiaçı özəlləşdirmə prosesin həyata keçirilməsində süni maneə yaradaraq, mənzilə dair mülkiyyət hüququn dövlət qeydiyyatına alınması ilə bu barədə dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi vəzifəsini icra etməkdən boyun qaçırmışdır.
3. Cavabdeh etirazını onunla əsalandırmışdır ki, iddiaçı X1 Bakı şəhəri, Binəqədi rayonu, 9cu mkr., Cavadxan küçəsi, 5 saylı evin 162 saylı mənzilin üzərində iddiaçı X1 adına mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə bu barədə dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmasına dair iddiası etirazla qarşılanır. İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mkr., Cavadxan küçəsi, 5 saylı evin 162 saylı mənzilinə dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** daxil olma nömrəli, xx.xx.2023-cü il tarixli ərizə ilə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, qeyd olunan mənzilə dair hüquqmüəyyənedici sənədlərin əsilləri ilə (arxiv arayışı əlavə olunmaqla) “ASAN Xidmət” Mərkəzlərinə müraciət edilməsinin məqsədəuyğun olmasına dair vətəndaşa **********92 saylı, xx.xx.2023-cü il tarixli cavab məktubu ünvanlanmışdır. Həmçinin iddiaçı tərəfindən müraciətə əlavə olunmuş Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialının M-618 saylı, xx.xx.2019-cu il tarixli məktubu ilə Kirov rayon (Binəqədi rayon İH) XDS İK-nın arxiv fondu üzrə xx.xx.1987-ci il tarixli, 62 saylı X12 Bakı filialına təhvil verilmədiyi bildirilmişdir.
4. Cavabdehin iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli imtina məktubunda bildirilmişdir ki, qeyd olunan mənzilə dair hüquqmüəyyənedici sənədlərin əsilləri ilə (arxiv arayışı əlavə olunmaqla) “ASAN Xidmət” Mərkəzlərinə müraciət edilməsinin məqsədəuyğun olmasına dair vətəndaşa **********92 saylı, xx.xx.2023-cü il tarixli cavab məktubu ünvanlanmışdır. Həmçinin, iddiaçı tərəfindən müraciətə əlavə olunmuş Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialının M-618 saylı, xx.xx.2019-cu il tarixli məktubu ilə Kirov rayon (Binəqədi rayon İH) XDS İK-nın arxiv fondu üzrə xx.xx.1987-ci il tarixli, 62 saylı X12 Bakı filialına təhvil verilmədiyi bildirilmişdir.
5. Məhkəmənin sorğusuna cavab olaraq Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti tərəfindən X11 xx.xx.1987-ci il tarixli, 265511 saylı orderin təsdiq olunmuş surəti təqdim edilmişdir. Həmin orderə əsasən şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, Cavadxan küçəsi, ev 5, 162 sayl; m’n ailə üzvləri (özü il 5 nəfər) ilə birlikdə yaşamaq üçün İddiaçı verilmişdir.
6. İş materiallarında olan Bakı şəhər Binəqədi rayon İcra Hakimiyyətinin xx.xx.2022-ci il tarixli məktubuna əsasən ünvan 3 ünvanı kooperativ yaşayış sahəsidir, orderə əsasən İddiaçı adınadır və şəxsi hesab vərəqi adına açılmışdır, hazırda şəxsin istifadəsində və sahibliyindədir.
7. İş materiallarında olan Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində 144 saylı Mənzil Tikinti Kooperativin xx.xx.2021-ci il tarixli maliyyə arayışına əsasən Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, Cavadxan küçəsi, ev 5 ünvanında yaşayış binası 144 saylı MTK-ya məxsusdur, binanın 9-cu giriş, 5-ci mərtəbəsində, ümumi sahəsi 60,62 kv.m yaşayış sahəsi 42,62 kv.m olan 3 otaqlı, 162 saylı mənzilin pay dəyəri (30 000 rubl) İddiaçı tərəfindən tam ödənilmişdir.
8. İddiaçının ailə üzvləri – oğlu X9 və qızı X7, yoldaşı X8 tərəfindən notariat qaydasında təsdiq olunmuş ərizələrə əsasən Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mkr., Cavadxan küçəsi, ev 5, 162 saylı mənzilin X2 adına özəlləşdirilməsinə etiraz edilmədiyi bildirilmişdir.
9. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında və şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclasında) iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etiraza uyğun çıxış edərək iddia tələbinin təmin edilməməsiuni xahiş etdi.
10. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh və və digər üçüncü şəxs məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə şifahi məhkəmə baxışı iclasında onların iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir.
II. İddianın növü və mümkünlüyü
11. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli №4 Qərarının 17-ci bəndinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz.
12. Odur ki, iddianın növü öhdəliyin icrasına dair iddiadır.
13. Аzərbаycаn Rеspublikаsının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
14. İddia mümkündür. Belə ki, iddiaçı iddia tələbini düzgün cavabdehə irəli sürmüş, iddia müddətinə əməl etmiş və iddia qaldırmaqda subyektiv hüquqa malik olmuşdur.
III. Məhkəmənin mövqeyi
15. X16 Presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki, “mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir.
16. “Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Lixtenşteyn kralı Hans-Adam İİ Almaniyaya qarşı; Gratzinger and Gratzingerova Çexiyaya qarşı).
17. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı 27.5.2010 tarixli qərar [İİ Bölmə] ərizə).
18. Məhkəmənin presedent hüququna əsasən “əsaslı mübahisə” və ya “tutarlı iddia”nın mövcudluğu P(1)-1-lə mühafizə olunan “qanuni gözlənti”ni müəyyən etmək üçün meyar deyil. Məhkəmə nəzərə alır ki, iddianın mahiyyətində əmlak marağı olduqda “aktiv” kimi o zaman qiymətləndirilə bilər ki, milli hüquqda kifayət qədər əsası olsun, məsələn, yerli məhkəmənin presedent hüququna əsasən təsdiq edilmiş olsun (Kopecky v. Slovakia, Vilho Eskelinen and others v. Finland).
19. Milli qanunvericiliyin şərhi və tətbiqi barədə mübahisə olduqda və ərizəçinin təqdimatları yerli məhkəmələr tərəfindən rədd edildikdə, “qanuni gözlənti”nin yaranmasından söz gedə bilməz (X4 qarşı, § 65; Kopecky Slovakiyaya qarşı, § 50).
20. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir.
21. Mülki Məcəllənin 139-1-ci maddəsinə əsasən: 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi;
22. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi;
23. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının qanununun 5-ci maddəsinə əsasən, mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər.
24. «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» Qanununun normaların mövqeyindən çıxış edərək məhkəmə qeyd edir ki, iddiaçının adına verilmiş Azərbaycan X11 xx.xx.1987-ci il tarixli, 265511 saylı orderi iddiaçının həmin mənzilə 1987cu ildən etibarən istifadə hüququnun yarandığını təsdiq edir.
25. Azərbaycan Respublikası Mənzil Məcəlləsi: 146.1. Bu Məcəllə qanuni qüvvəyə minən günədək «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli Qanununa əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan şəxslər öz hüquqlarını saxlayırlar. 146.2. «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli Qanunu bu Məcəllə qanuni qüvvəyə mindikdən sonra vətəndaşlara bu Məcəllənin İİİ-İV bölmələrinə əsasən verilən sosial və xüsusi təyinatlı dövlət mənzil fondunun yaşayış sahələrinə şamil edilmir. 146.3. Bu Məcəllənin 146.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahələrinin özəlləşdirilməsi Azərbaycan Respublikasının qanunlarında nəzərdə tutulduğu hallarda və qaydada həyata keçirilə bilər.
26. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, iddiaçının adına rəsmiləşdirilmiş qüvvədə olan order mövcuddur, kooperativ payının tam ödənilməsi Maliyyə Arayışı təsdiq edilir. İddiaçı uzun illərdir (1987-ci ildən) ailəsi ilə birlikdə qeyd edilən mənzildə yaşamaqla ona sahiblik edir. Mənzillə bağlı hər hansı mübahisə yoxdur. Orderdə mənzilin eyniləşdirilməsi və mənzilə dair hüquqların qeydə alınması üçün zəruri məlumatlar mövcuddur.
27. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu: 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: - 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; - 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; - 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; - 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; - 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; - 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.
28. Cavabdeh tərəfindən yuxarıda qeyd edilən əsasların mövcud olmasına dair hallar sübuta yetirilməmiş, bu barədə məhkəməyə bildirməmişdir.
29. X19 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsi üç fərqli qayda nəzərdə tutur: birinci qayda, birinci bəndin birinci cümləsində nəzərdə tutulmuşdur, ümumi xarakterə malikdir və mülkiyyətdən maneəsiz şəkildə istifadə prinsipini müəyyən edir; ikinci qayda, birinci bəndin ikinci cümləsində nəzərdə tutulmuşdur, mülkiyyətdən məhrum etməni və onun şərtlərini əhatə edir; üçüncü qayda, ikinci bənddə nəzərdə tutulmuşdur, Dövlətlərin, digər məsələlərlə yanaşı, mülkiyyətdən ictimai marağa uyğun şəkildə istifadə olunmasına nəzarət etmək hüququnu tanıyır. Bu qaydalar bir-birilə əlaqəlidir: ikinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilənin konkret nümunələri ilə bağlıdırlar və birinci qaydada nəzərdə tutulan prinsip əsasında təhlil edilməlidirlər.
30. Qeyd edilənlərə məcmu halda qiymət verərək məhkəmə hesab edir ki, mənzilə dair iddiaçının mülkiyyət hüquqlarının qeydə alınmasından imtina AİHM-in presedent hüququna əsasən 1 saylı Protokolun 1-ci maddəsinə əsasən mülkiyyətdən dinc istifadə hüququnun (1-ci qayda) pozuntusudur.
31. Eyni zamanda məhkəmə qeyd edir ki, iddiaçının ailə üzvləri tərəfindən təqdim edilmiş razılıq ərizələrində mənzilin iddiaçının adına özəlləşdirilməsinə razılıq ifadə olunur.
32. Azərbaycan Respublikası İqtisadiyyat Nazirinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Nizamnaməsi”nin 3.1–ci bəndinə əsasən bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq DƏDKR-in vəzifələrinə aid edilmişdir: 3.1.2. dövlət reyestrini tərtib etmək və aparmaq, hüquqların dövlət qeydiyyatını həyata keçirmək, o cümlədən dövlət reyestrində təminat qeydini aparmaq, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsinin və başqasına keçməsinin dövlət qeydiyyatının rəsmiləşdirilməsi məqsədilə dövlət reyestrindən elektron üsulla təqdim olunan çıxarış vermək; 3.1.16. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri (texniki pasport və torpaq sahəsinin planı və ölçüsünü) tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün yerquruluşu planlarını hazırlamaq.
33. Beləliklə, iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək məhkəmə hesab edir ki, iddiaçının qeyd edilən mənzilə mülkiyyət hüququnun tanınması üçün “qanuni gözləntisi” var və cavabdehin imtinası qanunun güddüyü məqsədə mütənasib deyil.
34. Odur ki, məhkəmə hesab edir ki, cavabdehin imtinası (hərəkətləri) qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir.
35. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia təmin edilsin. X11 xx.xx.1987-ci il tarixli, 265511 saylı orderinə əsasən Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mkr., Cavadxan küçəsi, 5 saylı evin 162 saylı mənzili üzərində İddiaçı xüsusi mülkiyyət hüququnu qeydə alaraq adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Ləman Musayeva