Məhkəmə qərarları › İş №e-2-1(112)-9149/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-9149/2025

19.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-9149/2025 19.08.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı və nümayəndəsi (vəkili) Vəkil, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin qoyulması” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi 1.İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun 60 yaşdan güzəştli şərtlərlə pensiyaya çıxmağı vəzifəsini Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar çıxarasınız.

2. İş üzrə məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadına əsasən vəsatət təmin edilmiş və cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı əsl olan cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı ilə əvəz edilmişdir.

3. Tələb onunla əsaslandırılmışdır ki, xx.xx.1964-cü il tarixdə anadan olmuşdur. Hazırda Bakı şəhəri Xətai rayonunda məcburi köçkün kimi məskunlaşmışdır. 1983-1985-ci İİ tarixlərində hərbi xidmətdə olmuşdur. xx.xx.1986-xx.xx.1986-cı ii tarixə kimi Fizuli rayon 9 saylı Tikinti İdarəsində elektrik qanaqçısı, xx.xx.1986-xx.xx.2004-cü illərdə Fizuli rayon Dəmir Beton zavodunda elektrik qaynaqçı, xx.xx.2004- xx.xx.2006-ci illərdə "xxxx" MMC-də elektrik qaynaqçı vəzifələrində işləmişdir. xx.xx.2004-xx.xx.2009-cu il tarixləri arasındakı dövr ərzində “Altay-A İKF” da mexaniki təmir sexində əl ilə elektrik qaynaqçısı işləmişdir. 1980- 1983-cü il tarixlərdə Peşə Məktəbində təhsil almışdır. Bu vəzifələrdə işlədiyi Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2-1(85)-579/2016 saylı qərarı ilə də təsdiqlənmişdir. Həmin məhkəmənin qərarı hazırda qanuni qüvvəsini almış qərardır. Onun işlədiyi elektrik qaynaqçısı vəzifəsi Güzəştli şərtlərlə əmək pensiyası hüququ verən vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa qörə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda öz əksini tapıb. Həmçinin "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, işlərdə işlədikdə və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə uyğun güzəştli şərtlərlə yaşa qörə əmək pensiyas ı hüquqlarına malik olurlar. Qadınlar da isə 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığortası ilə bağlı yuxanda qeyd etdiyimiz- hipovizqanizm xəstəliyinə tutulan şəxslər (liliputlar) və mütənasibliyi pozulmuş cırtdanboylar - kişilər 47, qadınlar 42 yaşına çatdıqda və həmin şəxslərin azı 5 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ qazanırlar. Bildirilmişdir ki, onun güzəştli işlərdə işlədiyi illər məhkəmənin qanuni qüvvəsin almış və ləğv olunmamış qərarı ilə artıq sübuta yetmişdir. Həmin işlədiyi vəzifənin meyarları isə Nazirlər Kabinetinin qərarında güzəştli peşə kimi öz əksini tapmışdır. Qaldı ki, onun 25 il iş stajımın olmamasın imtinada qeyd ediblər. Bu hissədə bildirilmişdir ki, onun 1986-cı il tarixdən 2016-cı il tarixə kimi iş stajı vardır və bu işlədiyi ilərin də hamısında zərərli işlərdə işləmişdir. Belə ki, 30 il zərərli işlərdə olmuşdur. Həmçinin də 2 il hərbi xidmət, həmçinin də Fizuli rayon 162 saylı orta texniki Peşə məktəbin 01,09.1985-xx.xx.1986-cı illərdə əl ilə elektrik qaynaqçısı peşəsi üzrə tam kursu oxuyub bitirmişdir. Bu illər də onun stajına əlavə olunsa ümumilikdə onun 33 il iş stajı vardır. Bu cür düzgün olmayan imtinanın ona verilməsi onun hüquqlarının cavabdeh orqan tərəfindən pozulması deməkdir. Onun işlədiyi dövrlər hətta əmək kitabçasında da qeyd olunaraq öz əksini tapmışdır.

4. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2025-ci il tarixli güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında məktubda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən 8 avqust 2024cu il tarixli 3-17-1/2-Q-188654/2024 nömrəli məktubla cavablandırılmış 11 fevral 2025-ci il tarixində daxil olmuş eyni məzmunlu ərizəyə və ona əlavə olunmuş sənədlərə aidiyyəti üzrə baxılmışdır. Bir daha bildirilmişdir ki, “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin Qanunun 7-ci maddəsində nəzəıdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta slajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır, Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə həmin Qanuna uyğun olaraq təyin edilir Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında" Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, 25 il ümumi iş stajı olan və bu stajın azı 12 il 6 ayını Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li Siyahı üzrə müəyyən edilmiş zərərli və ağır işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, birnövdən başqa növə keçirilməsi və ödənilməsi Qaydasfnın 4.1.20-ci yarımbəndinə əsasən yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin bu məktuba əlavə olunmuş formada hazırlanmış arayışına əsasən müəyyən edilir. Bununla əlaqədar olaraq, zərərli əmək şəraitində işlədiyiniz dövrün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulan hansı sahəyə və vəzifəyə uyğun olması, gördüyünüz iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi), işin konkret halları (tutduğu vəzifəyə və malik olduğunuz peşəyə görə gördüyünüz işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s) iş yerinin arayışında dəqiq göstərilməlidir. Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə qeyd olunan məlumatlara əsasən, güzəştli iş stajın müəyyən etmək mümkün deyil. Eyni zamanda bildirilmişdir ki, Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezdentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, əmək və əhalinin sosial müdafiəsi nazirinin əmr və sərəncamlarını, X2 qərarlarını, X2 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. Qanunun 9.1-ci madddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısfnın neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür va şistin emalı bölməsinin (10) qazma bəndinin (10.1) fəhlələr yarımbəndi (a) nəzərdə tutulub. Əlavə olaraq bildirilmişdir ki, "xxxx" MMC-nin sizə dair 7 fevral 2025-ci il tarixli 06 nömrəli arayışında xx.xx.2004-xx.xx.2009-cu il tarixləri arasındakı dövr ərzində "Altay- A İKF" da mexaniki təmir sexində əl ilə elektrik qaynaqçısı peşəsində işlədiyi qeyd olunub. Göründüyü kimi, işlədiyi müəssisənin fəaliyyət sahəsi sözügedən arayışda istinad edilən yuxanda qeyd olunan Qərarla təsdiq edilmiş Siyahıda nəzərdə tutulan neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür va şistin emalı sahəsinə aid deyil, eyni zamanda çalışdığınız peşə qazma bəndində nəzərdə tutulmayıb. Qeyd olunanları nəzərə alaraq, sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Müraciətə baxılmasının bu məktubda əks olunan nəticəsi ilə bağlı qərarla razı olmadığı təqdirdə 30 gün müddətində yuxarı inzibati orqana və ya məhkəməyə müraciət etmək hüququ vardır.

5. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2025-ci il tarixli 07/10 nömrəli arayışında qeyd edilmişdir ki, xx.xx.2004-cü il tarixdən Altay-A İKF da mexaniki təmir sexində qaynaqçı işinə qəbul edilmişdir. xx.xx.2006 cı il tarixindən "xxxx" MMC, xx.xx.1995 ci il tarixdə 23227 nömrəli deydiyyat nömrəsi ilə Azərbaycan Respublikası Ədliyyə nazirliyində dövlət qeydiyyatından keçmiş Altay-A İKF bazasında yaradılıb və onun hüquqi varisidir.

6. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2025-ci il tarixli 6 nömrəli arayışında qeyd edilmişdir ki, xx.xx.2004-cü il tarixdən Altay-A İKF da mexaniki təmir sexində əl ilə elektrik qaynaqçı işinə qəbul edilmişdir. xx.xx.2006-cı il tarixindən “Azsement LTD MMC“, xx.xx.1995-ci il tarixdə 23227 nömrəli qeydiyyat nömrəsi ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində dövlət qeydiyyatından keçmiş Altay-A İKF bazasında yaradılıb və onun hüquqi varisidir. xx.xx.2009 cu il tarixində ƏQM-nin 68 ci maddəsinin 2 ci hissəsinin “a” bəndinə əsasən işdən azad olunub Azərbaycan Respublikası Nazirlər kabinetinin 2007 ci il 23 yanvar tarixli, 12 № li Qərarı ilə təsdiq edilmiş “güzəştli şərtlərlə” yaşa görə əmək pensiyası hüququ verən İstehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısının 10.1-ci maddəsinin “a” yarımbəndində “fəhlələr” siyahısında göstərilmiş əmək funksiyaları ilə eynilik təşkil edir.

7. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2025-ci il tarixli 6 nömrəli arayışında qeyd edilmişdir ki, xx.xx.2004-cü il tarixdən Altay- A İKF- da mexaniki təmir sexində 24% xüsusi zərərli əl ilə ağır elektrik qaynaqçısı işinə qəbul edilmişdir. xx.xx.2006-cı il tarixindən Altay- A İKF müəsissəsi adını dəyişərək Azsement LTD MMC adı ilə fəaliyyətinə davam etmişdir. Azsement LTD MMC xx.xx.1995-ci il tarixdə 23227 nömrəli qeydiyyat nömrəsi ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində dövlət qeydiyyatından keçmiş Altay.- A İKF bazasında yaradılıb və onun hüquqi varisdir. xx.xx.2009-cu il tarixində ƏQM-nin 68-ci maddəsinin 2-ci hissənin "a" bəndinə əsasən işdən azad olunub. İddiaçı Güzəştli şərtlərlə çalışdığı əl ilə ağır elektrik qaynaqçısı peşəsi üzrə 4 il 2 ay (dörd il iki ay) təşkil edir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12№-li qərarı ilə təsdiq olunmuş Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının 10.1-ci maddəsinin "a" yarım bəndində əl ilə ağır elektrik qaynaqçısı siyahısında göstərilmiş əmək funksiyaları ilə eynilik təşkil edir. Qeyd: Azsement LTD MMC-də avtomatlaşdırılmış qaynaq texnologiyası və avadanlığı olmadığı üçün qaynaq işləri (elektrik qaynağı) əl üsulu ilə aparılıb.

8. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsiniin 2-1(85)-579/2016 nömrəli xx.xx.2016-ci il tarixli qərarına əsasən iddia təmin edilmiş və İddiaçı 21 avqust 1986-cı ildən 28 oktyabr 1986-cı ilədək Fizulu 9 saylı Tikinti İdarəsində qaynaqçı, 01 dekabr 1986-cı ildən 12 may 2004-cü ilədək X3 zavodunda qaynaqçı, 01 dekabr 2004-cü ildən 01 yanvar 2006-cı ilədək "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində qaynaqçı işlədiyi dövrlərin ona sosial sığorta stajı sayılmaqla İİ qrup əlilliyə görə 02 fevral 2016-cı il taridən əmək pensiyasının təyin edilməsi öhdəliyi Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Şuşa rayon şöbəsinin üzərinə qoyulması qərara alınmışdır.

9. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Şuşa rayon şöbəsinə qarşı “iddiaçının 21 avqust 1986-cı il tarixdən 28 oktyabr 1986-cı il tarixədək Fizulu 9 saylı Tikinti İdarəsində qaynaqçı, 1 dekabr 1986-cı il tarixdən 12 may 2004-cü il tarixədək X3 zavodunda qaynaqçı, 1 dekabr 2004-cü il tarixdən 1 yanvar 2006-cı il tarixədək "xxxx" MMC-də qaynaqçı işlədiyi dövrlərin ona sosial sığorta stajı sayılmaqla İİ qrup əlilliyə görə 2 fevral 2016-cı il tarixdən əmək pensiyasının təyin edilməsi barədə inzibati akt qəbul edilməsinin cavabdehin üzərinə vəzifə qoyulması” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsi tərəfindən qəbul edilmiş 14 aprel 2016-cı il tarixli, 2-1(85)-579/2016 saylı qərar qanuni qüvvəyə minmiş və cavabdeh Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Şuşa rayon şöbəsi tərəfindən icra olunmuşdur.

10. Azərbaycan Respublikası Bakı şəhəri Xətai Rayonu Mənzil X1 2 saylı Mənzil Kommunal İstismar Sahəsinn 118 nömrəli xx.xx.2025-ci il tarixli arayışında qeyd edilmişdir ki, İddiaçı Bakı şəhəri, Xətai rayonunun 2 saylı MKİS-in ərazisində yerləşən P.Həşimov küçəsində 77/13 nömrəli evdə Füzuli rayonundan məcburi köçkün kimi yaşıyır.

11. İddiaçı məxsus əmək kitabçasının surəti iş materiallarına əlavə edilmişdir.

12. Məhkəmənin şifahi məhkəmə dinləmələri (şifahi məhkəmə baxış iclası) iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi.

13. Məhkəmənin baxış iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin rədd edilməsini xahiş etdi.

II. İddianın növü və mümkünlüyü

14. Tələb zahirən məcburetmə haqqında iddia kimi görünsə də, məhkəmə hesab edir ki, iddianın növü öhdəliyin icrasına dair iddiadır.

15. İddia mümkündür.

III. Məhkəmənin mövqeyi

16. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır.

17. 13 may 2022-ci il tarixli 530-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 9.1-ci maddə qeyd edilən yeni redaksiyada verilmişdir. əvvəlki redaksiyada deyilirdi: 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.

18. İddiaçı xx.xx.1964-cü il təvəllüdlüdür və 60 yaşdan güzəştli şərtlərlə pensiya təyin olunmasına dair xx.xx.2024-cü il tarixdə cavabdeh quruma müraciət etmişdir.

19. İddiaçının ümumi iş stajı ilə bağlı mübahisə yoxdur. Hazırki iş üzrə mübahisə İddiaçı güzəştli şərtlərlə əmək stajı müddətinin hesablanması ilə bağlıdır.

20. Cavabdeh orqan iddiaçının kifayət qədər güzəştli iş stajı olmadığından onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququnun olmadığını bildirmişdir. Belə ki, "xxxx" MMC-nin sizə dair 7 fevral 2025-ci il tarixli 06 nömrəli arayışında xx.xx.2004xx.xx.2009-cu il tarixləri arasındakı dövr ərzində "Altay- A İKF" da mexaniki təmir sexində əl ilə elektrik qaynaqçısı peşəsində işlədiyi qeyd olunub. Göründüyü kimi, işlədiyi müəssisənin fəaliyyət sahəsi sözügedən arayışda istinad edilən yuxanda qeyd olunan Qərarla təsdiq edilmiş Siyahıda nəzərdə tutulan neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür va şistin emalı sahəsinə aid deyil, eyni zamanda çalışdığınız peşə qazma bəndində nəzərdə tutulmayıb.

21. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən edir ki: - "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2025-ci il tarixli 07/10 nömrəli arayışında qeyd edilmişdir ki, xx.xx.2004-cü il tarixdən Altay-A İKF da mexaniki təmir sexində qaynaqçı işinə qəbul edilmişdir. xx.xx.2006 cı il tarixindən "xxxx" MMC, xx.xx.1995-ci il tarixdə 23227 nömrəli deydiyyat nömrəsi ilə Azərbaycan Respublikası Ədliyyə nazirliyində dövlət qeydiyyatından keçmiş Altay-A İKF bazasında yaradılıb və onun hüquqi varisidir. - "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2025-ci il tarixli 6 nömrəli arayışında qeyd edilmişdir ki, xx.xx.2004-cü il tarixdən Altay-A İKF da mexaniki təmir sexində əl ilə elektrik qaynaqçı işinə qəbul edilmişdir. xx.xx.2006-cı il tarixindən “Azsement LTD MMC“, xx.xx.1995-ci il tarixdə 23227 nömrəli qeydiyyat nömrəsi ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində dövlət qeydiyyatından keçmiş Altay-A İKF bazasında yaradılıb və onun hüquqi varisidir. xx.xx.2009 cu il tarixində ƏQM-nin 68 ci maddəsinin 2 ci hissəsinin “a” bəndinə əsasən işdən azad olunub Azərbaycan Respublikası Nazirlər kabinetinin 2007 ci il 23 yanvar tarixli, 12 № li Qəran ilə təsdiq edilmiş “güzəştli şərtlərlə” yaşa görə əmək pensiyası hüququ verən İstehsalatların,peşələrin,vəzifələrin və göstəricilərin Siyahısının 10.1-ci maddəsinin “a” yarımbəndində “fəhlələr” siyahısında göstərilmiş əmək funksiyaları ilə eynilik təşkil edir. - "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2025-ci il tarixli 6 nömrəli arayışında qeyd edilmişdir ki, xx.xx.2004-cü il tarixdən Altay- A İKF- da mexaniki təmir sexində 24% xüsusi zərərli əl ilə ağır elektrik qaynaqçısı işinə qəbul edilmişdir. xx.xx.2006-cı il tarixindən Altay- A İKF müəsissəsi adını dəyişərək Azsement LTD MMC adı ilə fəaliyyətinə davam etmişdir. Azsement LTD MMC xx.xx.1995-ci il tarixdə 23227 nömrəli qeydiyyat nömrəsi ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində dövlət qeydiyyatından keçmiş Altay.- A İKF bazasında yaradılıb və onun hüquqi varisdir. xx.xx.2009-cu il tarixində ƏQM-nin 68-ci maddəsinin 2-ci hissənin "a" bəndinə əsasən işdən azad olunub. İddiaçı Güzəştli şərtlərlə çalışdığı əl ilə ağır elektrik qaynaqçısı peşəsi üzrə 4 il 2 ay (dörd il iki ay) təşkil edir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12№-li qərarı ilə təsdiq olunmuş Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının 10.1-ci maddəsinin "a" yarım bəndində əl ilə ağır elektrik qaynaqçısı siyahısında göstərilmiş əmək funksiyaları ilə eynilik təşkil edir. Qeyd: Azsement LTD MMC-də avtomatlaşdırılmış qaynaq texnologiyası və avadanlığı olmadığı üçün qaynaq işləri (elektrik qaynağı) əl üsulu ilə aparılıb.

22. İddiaçı qaynaqçı işləməsi ilə bağlı məhkəmənin mövqeyi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli 2-1(102)-1955/2024 nömrəli qərardadında ifadə edilən hüquqi mövqeyə əsaslanır: “... 9. Məhkəmə kollegiyası hesab edir ki, şikayətin əsaslandırılmamış hesab edilməsi üçün yuxarıda sadalanan hər üç şərt (vahid məhkəmə təcrübəsi mövcud və aydın olmalı, kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilməli və təcrübə tərəflər üçün əlçatan və bəlli olmalıdır) mövcuddur. Belə ki, kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, “Əmək pensiyaları haqqında” Qanunu 9.8-ci maddəsinə, qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə və Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”na əsasən, xx.xx.2006-cı il tarixədək 25 ildən çox ümumi və 12 il 6 aydan çox güzəştli iş stajı toplamış kişilərə 57 yaşının tamam olduğu tarixdən güzəştli şərtlərlə əmək pensiyası təyin olunmalıdır.

10. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı məsələ apellyasiya məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir.

11. Həmçinin oxşar işlər üzrə artıq formalaşmış Ali Məhkəmənin hüquqi mövqeyinə görə, məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada söhbət, müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilə bilər (H.X.Əhmədov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı 2-1(102)- 641/2022 nömrəli, 06 aprel 2022-ci il tarixli; K.Q.Yusifov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı 2-1(102)-1094/2022 nömrəli, 05 iyul 2022-ci il tarixli; Z.A.Ağayev Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı 2-1(102)-171/2023 nömrəli, 12 yanvar 2023-cü il tarixli və s.). ...”

23. “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı:

35. Ümumi peşələr əl ilə qaynaq aparan elektrik qaynaqçıları

24. Odur ki, məhkəmə hesab edir ki, artıq formalaşmış təcrübəyə əsasən “qaynaqçı” peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın ümumi peşələr (35) bölməsində “əl ilə qaynaq aparan elektrik qaynaqçıları” peşəsinə uyğundur. Odur ki, iş yerindən güzəştli arayışda yanlışlıqla fərqli kodun göstərilməsi işin hallarına əsasən şəxsin zərərli əmək stajını müəyyənləşdirməyə imkan verdiyi halda onu həmin hüquqdan məhrum edə bilməz. Belə ki, arayışda da MMC-də avtomatlaşdırılmış qaynaq texnologiyası və avadanlığı olmadığı üçün qaynaq işlərinin (elektrik qaynağı) əl üsulu ilə aparıldığına dair qeyd vardır.

25. Beləliklə, İddiaçı mübahisələndirilən dövrdə zərərli əmək şəraiti gördüyü işin xarakteri ilə bağlı işəgötürən tərəfindən verilmiş arayışla təsdiq olunmuş, eləcə də iddiaçının işlədiyi vəzifələr “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı” ilə uyğunlaşdırılmışdır. Bu əsasla məhkəmə müəyyən edir ki, iddiaçının güzəştli əmək stajı mövcuddur və bu, ona güzəştli şərtlərlə əmək pensiyasının təyin olunmasına hüquqi əsas yaradır.

26. Qanunvericiliyə yeni dəyişikliyə əsasən pensiya kapitalı tələbi artıq istisna olunmuşdur.

27. Məhkəmə hesab edir ki, cavabdeh orqanın pensiya təyinindən imtinası nəticəsində iddiaçının qanunla qorunan hüquqları pozulmuşdur, odur ki, cavabdeh orqanın iddiaçıya güzəştli şərtlərlə pensiya təyin edilməsindən imtinası əsassızdır və məhkəmənin mövqeyi nəzərə alınmaqla iddiaçıya güzəştli şərtlərlə pensiya təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.

28. İPM-in 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

29. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

30. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:

İddia tələbi təmin edilsin. İddiaçı 60 yaşının tamam olduğu xx.xx.2024-cü il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar