Məhkəmə qərarları › İş №e-2-1(112)-9186/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-9186/2024

23.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-9186/2024 23.07.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh X5rşı “ölüm haqqında tibbi şəhadətnamənin verilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı Cavabdeh X5rşı məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixdə Cavabdehn İ ARİT şöbəsində “bağırsaq keçməməzliyindən” vəfat etmiş X3 ölüm haqqında tibbi şəhadətnaməsinin iddiaçıya verilməsi öhdəliyinin X7 həvalə olunması barədə barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Məhkəmənin qərardadı ilə iddiaçının ərizəsi əsasında iddia tələbi “İddiaçı xx.xx.1950-ci il təvəllüdlü atası X6 barəsində ölüm haqqında tibbi şəhadətnamənin verilməsi öhdəliyinin Cavabdehn üzərinə qoyulması” kimi dəyişdirilmişdir.

3. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçının atası xx.xx.1950-ci il təvəllüdlü X6 tək yaşayırdı və uzun müddət idi ki, “Dializ” xəstəsi olaraq böyrək xəstəliyindən əziyyət çəkirdi, xx.xx.2024-cü il tarixdə, saat 01:30 radələrində atası istifadəsində olan ***-***-**-** nömrəli mobil telefondan iddiaçının ***-***-**-** nömrəli mobil telefonuna zəng edərək özünü yaxşı hiss etmədiyini və yataqdan qalxıb əl-üz yuyana getmək istədikdə yıxıldığını bildirərək təcili onun yanına gəlməyini istədi. İddiaçı dərhal yaşadığı yerdən çıxıb, təxminən 20 dəqiqə sonra həmin mənzilə gəldi və atasını yataqda uzanıqlı halda gördü. O bildirdi ki, yataqdan qalxarkən üzü üstə yıxılmışdır. Eyni zamanda qarın nahiyyəsində ağrıların olduğunu bildirdi. İddiaçı təcili-tibbi yardıma zəng etdi və bir müddətdən sonra təcili yardım briqadası gəlib müəyyən sorğu-sual etdikdən sonra təcili-tibbi yardım maşını ilə X4 Təcili- Tibbi Yardım şöbəsinə gətirdilər. Şöbədə növbətçi həkim tərəfindən müvafiq vizual müayinə edildikdən sonra rentgen və KT müayinəsi edildi. Vəziyyəti yaxşı olmadığından reanimasiya şöbəsinə yerləşdirilməsinin zəruri olduğu bildirildi. Ancaq “Dializ” xəstəsi olduğundan reanimasiya şöbəsinə qəbul edilmirdi. Şöbə müdirinə, səlahiyyətli şəxslərə təkidli müraciətlər etdikdən sonra onu reanimasiya şöbəsinə yerləşdirdilər. Təxminən 2 saatdan sonra bizə bildirdilər ki, atası “bağırsaq keçməməzliyindən” dünyasını dəyişmişdir. Həmin gün, yəni xx.xx.2024-cü ildə Cavabdeh X12dən atası X3 “dəqiqləşdirilməmiş bağırsaq keçməməzliyindən” vəfat etməsinə dair dəfn olunması üçün arayış verildi. Tərəfindən Cavabdehndən verilmiş xx.xx.2024-cü il tarixli dəfn olunmaq üçün Arayışı Bakı şəhər Binəqədi rayon Qeydiyyat Şöbəsinə təqdim edərək xx.xx.2024-cü il tarixdə vəfat etmiş atası X3 ölüm haqqında şəhadətnaməsinin verilməsini xahiş etdi. Orada bildirdilər ki, xəstəxanadan ölüm haqqında tibbi şəhadətnamə verilməlidir. Sonradan Binəqədi rayon Qeydiyyat Şöbəsi tərəfindən ünvanlanmış xx.xx.2024-cü il tarixli, 3-16-5/7-13-631/24 nömrəli məktubda da göstərilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2023-cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edilmiş “vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası”nın 8.5-ci bəndlərinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməlidir. Atanızın adına tərtib edilmiş ölüm haqqında tibbi şəhadətnamə olmadığı üçün ərizənizi hazırda təmin edə bilmir. Ölüm haqqında tibbi şəhadətnamə verilməsi üçün Cavabdeh X11 müraciət etdiyində onlar tərəfindən xx.xx.2024-cü il tarixli, 18-1-2/2-Ə-283-42-115/2024 nömrəli məktub verilərək göstərilmişdir ki, sizin X7 ünvanladığınız xx.xx.2024-cü il tarixli ərizənizə cavab olaraq bildiririk ki, xx.xx.1950-ci il təvəllüdlü X6 xx.xx.2024-cü il tarixdə saat 18.36-da X4 İ ARİT şöbəsinə daxil olmuşdur. Xəstədə saat 20.30-da bioloji ölüm qeyd olunmuşdur. Baş beynin nativ KT müayinəsi zamanı “Sağ orbita interior divarında az yerdəyişmiş sınıq, burun sümüyündə yerdəyişmiş parçalı sınıq izlənilmişdir.” Bu səbəbdən X9 ölüm haqqında tibbi şəhadətnamə təqdim edə bilmir. Göstərilən məktubla Cavabdehn öhdəliyini icra etməkdən imtina etmişdir. Vəfat etmiş atası X6 təqaüdçü olmuşdur, onun təqaüdünü, həmçinin dəfn pulunu almaq, həmçinin digər məsələləri həll etmək üçün mütləq qaydada “Ölüm haqqında Şəhadətnamə” təqdim edilməlidir. “Ölüm haqqında Şəhadətnamə”ni başqa qaydada almaq mümkün olmadığından hazırkı iddianın qaldırılması zəruri olmuşdur.

4. Binəqədi rayon Qeydiyyat şöbəsinin xx.xx.2024-cü il tarixli məktubunda bildirilmişdir ki, “Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edlmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası”-nın 8.5 bəndlərinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməlidir. Atanızın adına tərtib edilmiş ölüm haqqında tibbi şəhadətnamə olmadığı üçün ərizənizi hazırda təmin edə bilmirik.”

5. Cavabdeh X12 tərəfindən iddiaçının müraciətinə cavab olaraq xx.xx.2024-cü il tarixli məktubla bildirilmişdir ki, xx.xx.1950-ci il təvəllüdlü X6 xx.xx.2024-cü il tarixdə saat 18.36da X4 İ ARİT şöbəsinə daxil olmuşdur. Xəstədə saat 20.30-da bioloji ölüm qeyd olunmuşdur. Baş beynin nativ KT müayinəsi zamanı “Sağ orbita interior divarında az yerdəyişmiş sınıq, burun sümüyündə yerdəyişmiş parçalı sınıq izlənilmişdir.” Bu səbəbdən X9 ölüm haqqında tibbi şəhadətnamə təqdim edə bilmir.”

6. Cavabdeh X12 tərəfindən iddiaçının müraciətinə cavab olaraq xx.xx.2024-cü il tarixli məktubla bildirilmişdir ki, “xx.xx.1950-cı il təvəllüdlü X6 xx.xx.2024-cü il tarixində saat 06:00-da X7 Təcili Təxirəsalınmaz və Tibbi Yardım şöbəsinə daxil olmuş, müvafiq müayinələrdən sonra xəstədə “Sağ orbita interior divarında az yerdəyişmiş sınıq, burun sümüyündə yerdəyişmiş parçalı sınığı izlənilmişdir. Daha sonra saat 18:36-da Anesteziologiya Reanimasiya və İntensiv Terapiya şöbəsində yerləşdirilimiş xəstədə saat 20:30-da xəstədə “ağ ciyər arteriyasının trombozu, ürək-damar, tənəffüs çatmamazlığı diaqnozu ilə bioloji ölüm baş vermişdir. Cavabdehin “Ölüm hallarının təhlili üzrə” komissiyasında vətəndaş X3 ölüm faktının araşdırılması zamanı xəstədə S 42.2 bazu sümüyünün yuxarı ucunun sınığı, S 02.3 gözyuvası dibinin sınığı, S 02.2 burun sümüklərinin yerdəyişmiş sınığı diaqnozları əlavə edilmişdir. Xəstənin daxil olarkən travma alması ilə bağlı polis orqanlarına məlumat verilsə də onlar tərəfindən tədbir görülməmişdir. Bu səbəbdən də ölüm haqqında tibbi şəhadətnamənin verilməsi mümkün hesab edilməmişdir. Hazırda Bakı inzibati Məhkəməsində Sizin Cavabdeh X5rşı ölüm haqqında tibbi şəhadətnamənin verilməsi ilə bağlı iclası xx.xx.2024-cü il tarixinə təyin olunmuş və müvafiq sənədlərin məhkəməyə təqdim edilməsi tövsiyə olunur.”

7. Cavabdehn xx.xx.2024-cü il tarixli arayışında qeyd olunur ki, xx.xx.1950-ci il təvəllüdlü X8 xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. Arayış dəfn olunmaq üçün verilir. Son klinik diaqnoz: dəqiqləşdirilməmiş bağırsaq keçməzliyi.

8. Cavabdehn xx.xx.2024-cü il tarixli məktubunda bildirilir ki, xx.xx.1950-ci il təvəllüdlü X6 xx.xx.2024-cü il tarixində saat 06:00- da X4 X2 Yardım şöbəsinə daxil olmuşdur. Xəstəyə müvafiq tibbi yardım olundu. Xəstə saat 18:36-da Anesteziologiya reanimasiya intensif terapiya şöbəsinə yerləşdirilmişdir. Xəstə xx.xx.2023-cü il tarixində saat 20:30-da bioloji ölüm qeyd olundu. Diaqnoz: Kəskin qarın, xroniki böyrək çatmamazlığı V mərhələ, mezenteroal tronboz, diabetik nefropatiya, bazu sümüyünün yuxarı ucunun sınığı, göz yuvası dibinin sınığı, burun sümüklərinin yerdəyişmiş sınığı, ağciyər arteriyasının trombozu. Y/X: Xroniki böyrək çatmamazlığı, diabetik nefropatiya. Şəkərli diabet, Ölüm halında əsas ölüm səbəbi göstərilir: Ağ ciyər arteriyasının trombozu, ürək damar, tənəffüs çatmamazlığı.

9. Şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclasında) iştirak edən iddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi.

10. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə şifahi məhkəmə baxışı iclasında onun iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir.

II. İddianın növü və mümkünlüyü

11. İddia tələbi ölüm haqqında tibbi şəhadətnamənin verilməsi ilə bağlıdır. İddianın növü öhdəliyin icrasına dair iddiadır.

12. Аzərbаycаn Rеspublikаsının İnzibati Prosessual Məcəlləsinin: 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında) inzibati məhkəmə icraatı qaydasında baxılır. 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

13. İddia mümkündür.

III. Məhkəmənin mövqeyi

14. İddia tələbi xx.xx.1950-ci il təvəllüdlü X6 xx.xx.2024-cü il tarixdə vəfat etməsi barədə tibbi şəhadətnamənin verilməsidir.

15. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Kollegiyasının 2018-ci il 31 yanvar tarixli 05 nömrəli qərarı ilə təsdiq edilmiş “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nın təsdiq edilməsi barədə Qərarının: 4.1. “Ölüm haqqında tibbi şəhadətnamə’' (bundan sonra “şəhadətnamə”) mülkiyyət formasından asılı olmayaraq ambulator-poliklinik (stomatoloji istisna olmaqla), stasionar və sanator-kurort xidməti göstərən bütün tibb müəssisələri, həmçinin patoloji-anatomik müayinə aparan dövlət tibb müəssisələri tərəfindən verilir. 4.3. Ölümün baş vermə səbəbi məlum olan hallarda şəhadətnamə “Xəbərdarlıq vərəqəsi” və (və ya) tibbi sənədlər (ambulator tibbi kitabça, xəstəlik tarixindən çıxarış və s.) əsasında 4.4-cü və 4.5-ci bəndlər istisna olmaqla vəfat edən şəxsin qeydiyyatda olduğu və ya faktiki yaşadığı ərazi üzrə ambulator tibb müəssisəsi tərəfindən verilir. 4.4. Aşağıdakı hallarda tibbi şəhadətnamə patoloji-anatomik və ya məhkəmə-tibbi müayinə aparan tibb müəssisəsi tərəfindən verilir: 4.4.1. hamiləlik və doğuşla əlaqədar baş vermiş ana ölümləri zamanı; 4.4.2. infeksion xəstəliklər və ya onlara şübhə olduğu hallarda; 4.4.3. tibbi müayinə və müdaxilə zamanı baş verən və səbəbləri araşdırılmalı olan ölüm hallarında; 4.4.4. zorakı ölümə şübhə olduğu hallarda; 4.4.5. ölümün baş vermə səbəbi məlum olmayan digər hallarda; 4.4.6. ölənin qohumları tərəfindən müayinə və müalicəsi ilə bağlı şikayət olduğu hallarda; 4.5. Ölüm hadisəsi vəfat edən şəxsin müayinə və ya müalicə olunduğu stasionar tibb müəssisəsində baş veribsə, şəhadətnamə həmin tibb müəssisəsi tərəfindən verilir.

16. İş materiallarına əsasən müəyyən edilir ki, xx.xx.1950-ci il təvəllüdlü X6 xx.xx.2024-cü il tarixində ağır vəziyyətdə saat 18:36-da X7 daxil olmuş, X1 və Tibbi Yardım şöbəsinin tibb personalı tərəfindən “Kəskin qarın, xroniki böyrək çatmamazlığı V mərhələ, mezenteroal tronboz, diabetik nefropatiya, bazu sümüyünün yuxarı ucunun sınığı, göz yuvası dibinin sınığı, burun sümüklərinin yerdəyişmiş sınığı, ağciyər arteriyasının trombozu” diaqnozu ilə Reanimasiya və İntensiv Terapiya şöbəsinə yerləşdirilmişdir. Müvafiq müayinə və müalicələrə baxmayaraq, saat 20:30-da xəstədə “dəqiqləşdirilməmiş bağırsaq keçməzliyi” son klinik diaqnozu ilə bioloji ölüm baş vermişdir.

17. Cavabdeh tərəfindən iddiaçının müraciətinə imtina edilərək qeyd edilmişdir ki, X3 ölüm faktının araşdırılması zamanı xəstədə “S 42.2 bazu sümüyünün yuxarı ucunun sınığı, S 02.3 gözyuvası dibinin sınığı, S 02.2 burun sümüklərinin yerdəyişmiş sınığı” diaqnozları əlavə edilmişdir. Xəstənin daxil olarkən travma alması ilə bağlı polis orqanlarına məlumat verilsə də, onlar tərəfindən tədbir görülməmişdir, bu səbəbdən ölüm haqqında tibbi şəhadətnamə verilməsi mümkün deyil.

18. Məhkəmə hesab edir ki, iddiaçının atası X3 xx.xx.2024-cü il tarixdə vəfat etməsi ilə əlaqədar polis orqanlarına məlumat verilməsi halı mövcud olsaydı belə, iddiaçıya atasının ölümü barədə tibbi şəhadətnamənin verilməsindən imtina üçün əsas deyil.

19. Belə ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Kollegiyasının 2018-ci il 31 yanvar tarixli 05 nömrəli qərarı ilə təsdiq edilmiş “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nın təsdiq edilməsi barədə Qərarının 4.5-cü maddəsinə əsasən ölüm hadisəsi vəfat edən şəxsin müayinə və ya müalicə olunduğu stasionar tibb müəssisəsində baş veribsə, şəhadətnamə həmin tibb müəssisəsi tərəfindən verilir.

20. Beləliklə, məhkəmə hesab edir ki, cavabdehin imtinası (hərəkətləri) qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir.

21. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

22. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

23. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.

24. Göstərilənlərə əsasən və İPM-in 2.2, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia təmin edilsin. İddiaçı xx.xx.1950-ci il təvəllüdlü atası X6 barəsində ölüm haqqında tibbi şəhadətnamənin verilməsi öhdəliyi Cavabdehn üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Ləman Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar