Məhkəmə qərarları › İş №e-2-1(112)-9203/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-9203/2023

13.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-9203/2023 13.10.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, İmanova Fəridə Sultan qızının katibliyi, İddiaçı (Bakı şəhərində qeydiyyatdadır), iddiaçının nümayəndəsi (X11 (İmişli rayonunda qeydiyyatdadır), iddiaçının vəkili Nümayəndə (Bakı şəhərində qeydiyyatdadır, ixtisasıhüquqşünas, vəkil), cavabdehin nümayəndəsi X8 (Bakı şəhərində qeydiyyatdadır, hüquqşünas işləyir) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X22 üzrə Baş İdarəsinə qarşı "vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarların ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: I.Mübahisənin predmeti 1.İddiaçı Bakı İnzibati Məhkəməsində cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X22 üzrə Baş İdarəsinə qarşı iddia qaldıraraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X22 üzrə Baş İdarəsi tərəfindən çıxarılmış xx.xx.2023-cü il tarixli, **********41 nömrəli Qərarının və xx.xx.2023-cü il tarixli, **********9451 nömrəli Qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 2.İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X22 üzrə Baş İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli, 000796 nömrəli akta əsasən çıxarılmış xx.xx.2023-cü il tarixli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarı ilə əmək müqaviləsi hüquqi qüvvəyə minmədən 3 nəfər fiziki şəxsin işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə 6000 manat məbləğində və aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyətlə məşğul olan şəxslərin, fotoaudio-video sahəsində məşğul olan şəxslərin və iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslərin fəaliyyətə başlayanadək, “Sadələşdirilmiş vergi uzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən 2 nəfər fiziki şəxs işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə 4000 manat məbləğində cərimə olunmuşdur. Bundan başqa, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X22 üzrə Baş İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyətə cəlb edilməsi haqqında” qərarı ilə əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına təqvim ili ərzində birinci dəfə yol verdiyinə görə iddiaçı 1000 manat məbləğində cərimə olunmuşdur. Həmin qərarlar poçt vasitəsi ilə iddiaçıya xx.xx.2023-cü ildə təqdim edilmişdir. İddiaçı fərdi qaydada sahibkarlıq fəaliyyəti göstərmək məqsədilə qadın gözəllik salonu işlətmək üçün xx.xx.2022-ci il tarixdə obyektə kod almış və obyektin təmiri və müvafiq avadanlıqlarla təchiz edilməsi işlərini görmüşdür. xx.xx.2023-cü ildə onun Nəzarət kassa aparatının (NKA) qoyulması barədə müraciəti əsasında obyektə xx.xx.2023-cü il tarixli aktla NKA qoyulmuşdur. Obyekt təzə təmir olunduğundan, lazımi avadanlıqlar quraşdırılmadığından və müvafiq xidmətlər göstərəcək ustalar işə cəlb olunmadığından, gözəllik salonu yoxlama tarixində fəaliyyət göstərməmişdir və bu səbəbdən də hər hansı bir işçinin əmək və ya xidmət müqaviləsi bağlanmadan salonda işləməsi, eləcə də müştərilərə xidmət göstərilməsi və onlardan müvafiq kassa qəbzi verilmədən xidmət haqqı alınması halları olmamışdlr. Bundan başqa, xx.xx.2023-cü il tarixli 000796 nömrəli aktda göstərilən şəxslər barədə bildirir ki, X12 iddiaçının qaynının arvadı və həyat yoldaşının dayısı qızıdır, həm də təmirdən sonrakı müddətdə salonda səliqə saxlamaq üçün həmin şəxs ona bir qohum kimi kömək etmiş və yoxlama zamanı təsədüfən salonda olmuşdur. X1 kimi, X4 ustası kimi, X6 da işçi kimi eyni vaxtda salonda olmaları onların bacarıqlarının yoxlanılması üçün dəvət edilmələri ilə izah olunur. X15 isə kirayədə yaşadığından, çox kasıb olduğundan bütün təmir müddətində zərurət olduqda görəcəyi işlərə görə verəcəyi pulu cəmləyərək sonda verilməsini xahiş etmişdir və hər dəfə 100 manat olmaqla ona cəmi 300 manat pul verilmişdir. Aktda xx.xx.2023-cü ildə saat 16:20-də guya müştəriyə xidmət göstərilməsi, ondan alınan 15 manatın NKA-nın yaddaşına vurulmaması və çek verilməməsi barədə göstərilənlər həqiqətə uyğun deyildir. Belə ki, xx.xx.2023-cü ildə salonda hər hansı bir müştəri olmamış və heç bir xidmət göstərilməmişdir.Tərtib edilmiş aktda nə həmin müştərinin şəxsiyyəti , nə də ona xidmət göstərildiyi vaxt, habelə onun tərəfindən hər hansı bir şikayətin olması qeyd olunmamışdır. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. 3.Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 47-ci mаddəsinə uyğun olaraq verilmiş məhkəmə sərəncamına əsasən cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X22 üzrə Baş İdarəsi iddiаyа dаir еtirаzını təqdim edərək göstərmişdir ki, araşdırma zamanı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X22 üzrə Baş İdarəsinin xx.xx.2023-cü il tarixli, **********9721 nömrəli "Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında”- Qərarına əsasən xx.xx.2023-cü il tarixdə fiziki şəxs İddiaçı məxsus ünvan 1 ünvanda yerləşən obyektdə keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı əhali ilə nağd pul hesablaşmalarının aparılması qaydalarının pozulması faktı müəyyən edilmişdir. Bu barədə xx.xx.2023-cü il tarixli DVX seriyalı 020658 nömrəli "Nəğd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunmaması barədə" akt tərtib edilmişdir.Tərtib edilmiş akt əsasında Baş İdarə tərəfindən xx.xx.2023-cü il tarixli **********9451 nömrəli "Vergi ödəyıcisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsı haqqında" Qərar qəbul olunaraq vergi ödəyicisinə 1000 (min) manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Qeyd olunan qərar və “Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə" Tələbnamə vergi iddiaçının ünvanına və elektron qutusuna göndərilmişdir.O cümlədən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 5 (beş) nəfər fızıkı şəxsin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi faktı müəyyən edilmiş, bu barədə xx.xx.2023-cu il tarixli DVX seriyalı, 000796 nömrəli “Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə, habelə Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq xidmət göstərən fızıkı şəxslərin “Sadələşdirilmiş vergi uzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə operativ vergi nəzarətinin nəticəsi haqqında” aktın tərtib edildiyi və aktın vergi ödəyicisi tərəfindən imzalanmadığı və bir nüsxəsini qəbul etməkdən imtina edildiyi müəyyən edilmişdir.Tərtib edilmiş akt əsasında Baş idarə tərəfindən xx.xx.2023-cü il tarixli **********9441 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" Qərar qəbul olunaraq vergi ödəyicisinə 10000 (on min) manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Qeyd olunan qərar və “Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” Tələbnamə vergi ödəyicisinin ünvanına və elektron qutusuna göndərilmişdir. xx.xx.2023-cü il saat 16:20-də iddiaçıya məxsus obyektə keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı göstərilmiş makiyaj xidmətinə görə ödənilmiş 15 manat məbləğində məbləğin nəzarət-kassa aparatının fiskal yaddaşına vurulmadığı, müştəriyə çek təqdim edilmədiyi müəyyən edilmişdir. Müşahidə aparılarkən nağd pul hesablaşmalarının nəzarət-kassa aparatı tətbiq edilmədən həyata keçirilməsi faktı aşkar edilmiş, bu səbəbdən də dövriyyədən yayındırılmış məbləğin nəzarət-kassa aparatının fiskal yaddaşına bərpa etmək mümkün olmamışdır.Məlum olduğu kimi, vergi ödəyicisinin dövriyyəsini müəyyən etmək üçün kassa məlumatlarından istifadə olunur. Vergi ödəyicisi tərəfindən NKA-dan istifadə edilməməsi isə göstərilmiş xidmətlərə görə ödənilmiş məbləğlərin vergidən yayındırılması deməkdir. Habelə iddiaçı tərəfindən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş 2 nəfər fiziki şəxslərin izahatları alınmışdır.X3 xx.xx.2023-cü ildə etirafedici izahat verərək iddiaçı tərəfindən xx.xx.2022-ci ildən xadimə vəzifəsinə iş qəbul edildiyini, əmək haqqının 350 manat olduğunu və hər ayın sonunda nəğd ödənildiyini, həmin obyektdə digər işçilərdən Günel, Azadə və Ülkər adlı şəxsləri tanıdığını bildirmişdir.Digər işçi X12 da xx.xx.2023-cü ildə etirafedici izahat vermiş və izahatında “Q-line” gözəllik salonunda işlədiyini, xx.xx.2023-cü ildə İddiaçı tərəfindən inzibatçı vəzifəsinə qəbul edildiyini, onunla əmək müqaviləsi bağlanmadığını, sınaq müddətində olduğu üçün əmək haqqı almadığını, əgər orada işləyəsi olsa əmək haqqının 350-400 manat olacağını, həmin obyektdə digər işçilərdən Günel, Kəmalə və Azadə adlı şəxsləri tanıdığını bildirmişdir.Digər 3 işçi - X17, X10 və X13 hər hansı bir səbəb göstərmədən yazılı izahat verməkdən imtina etmişlər.Həmçinin iddiaçı xx.xx.2023-cü ildə yazdığı izahatında xx.xx.2022-ci ildən ünvan 2 ünvanında yerləşən “Q-line” qadın gözəllik salonu tərəfindən xidmətlərin göstərilməsi fəaliyyət növü üzrə sahibkarlıq fəaliyyətinə başladığını, obyektdə faktiki olaraq kassa aparatı quraşdırılmadığını, lakin qısa müddətdə bunun təmin ediləcəyini, həmçinin obyektdə ümumilikdə 5 nəfər fiziki şəxs - qeydiyyatçı X7, stilist X2, kosmetoloq X14, stilist X5 və xadimə X9 onun tərəfindən işə cəlb olunduğunu, həmin şəxslərlə əmək və ya xidməti müqavilənin bağlanmadığını, lakin qısa müddət ərzində bağlanacağını, əldə edilən gəlirin 60 %-nin işçilərə, qalan faizinin ona aid olduğunu bildirmişdir. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. II. İddianın növü və mümkünlüyü 4.Məhkəmə qeyd edir ki, hazırkı iddia mübahisələndirmə iddia növünə aiddir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır:.. 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia). Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); 32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. Belə ki, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. III. Məhkəmə iclasında iştirak edən tərəflərin izahatları və tədqiq edilən sənədlər. 5.Məhkəmə iclasında iştirak edən İddiaçı, onun nümayəndəsi G.Nəcəfli, vəkili Nümayəndə iddia ərizəsində göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişlər. 6.Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi N.İsmayıllı iddia tələbinə etirazda göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 7.İddiaçı və cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərdə olan: xx.xx.2023-ci il tarixli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” Qərara əsasən vergi orqanı iddiaçıya məxsus Bakı şəhəri, Yasamal rayonunda yerləşən gözəllik salonunda Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi, nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət edilməsinə nəzarət edilməsi məqsədilə operativ vergi nəzarətinin həyata keçirilməsini qərara almışdır; Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışına əsasən aparılması nəzərdə tutulan operativ vergi nəzarəti haqqında məlumat qeyd edilən reyestrə daxil edilmişdir; 020656 nömrəli, xx.xx.2023-cü il tarixli “Əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması vəziyyəti haqqında” 020656 nömrəli akta əsasən xx.xx.2023cü ildə “Q-line” gözəllik salonunda saat 16.20-də keçirilən operativ vergi nəzarəti zamanı göstərilmiş makiyaj xidmətinə görə 15 manat ödənilmiş, lakin ödənilmiş məbləğ NKA fiskal yaddasına vurulmamış, çek təqdim edilməmişdir; “Operativ vergi nəzarətinin keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” xx.xx.2023-cü il tarixli tələbnamə ilə iddiaçıdan nəzarət kitabçası, əmək müqavilələrinin elektron qeydiyyatdan keçməsi barədə bildirişlərin surətləri, şəxsiyyət vəsiqələrinin surətləri, sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbzlərin, xidmət müqavilələri barədə məlumatların, elektron daşıyıcı vasitələrindəki bütün zəruri sənədlərin, operativ vergi nəzarətinin həyata keçirilməsi üçün bütün məlumatların vergi orqanına təqdim olunması tələb edilmişdir; “Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” **********9442 nömrəli tələbnaməyə əsasən iddiaçıdan 10000 manat vəsaitin Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin hesabına ödənilməsi tələb edilmişdir; xx.xx.2023-cü il tarixli, cavabdehin əməkdaşları tərəfindən tərtib edilmiş akt qeyd edilmişdir ki, ““Q-line” gözəllik salonunda saat 16.20-də keçirilən operativ vergi nəzarəti tədbiri zamanı nəzarət-kassa aparatı tətbiq edilmədən nağd pul hesablaşmalarının aparılması və fərdi sahibkar tərəfindən 5 nəfər fiziki şəxsin əmək müqaviləsi qüvvəyə minmədən xidmətlərin göstərilməsinə (işlərin görülməsinə) cəlb edilməsi müəyyən edilmişdir.Aşkar olunmuş hüquq pozuntuları fərdi sahibkar İddiaçı iştirakı ilə müvafiq qaydada rəsmiləşdirilmişdir (xx.xx.2023-cü il tarixli,DVX 020656 nömrəli və 000796 nömrəli aktlarla).Fərdi sahibkar İddiaçı vergi ödəyicisi üzrə təyin olunmuş “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında”, xx.xx.2023-cü il tarixli “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” qərar, xx.xx.2023-cü il tarixli “Operativ vergi nəzarətinin keçirilməsi üçün zəruri olan sənədlərin təqdim edilməsi haqqında” tələbnamə və tərtib edilmiş aktlarla tanış edilmişdir.Tələbnamənin bir nüsxəsi vergi ödəyicisinə təqdim olunmuş və tələbnamədə OVN-nin həyata keçirilməsi üçün qeyd olunan sənədlərin təqdim olunması fərdi sahibkar İddiaçı tələb edilmişdir.Fərdi sahibkar İddiaçı tərəfindən şəxsiyyət vəsiqələrinin surətləri təqdim olunmuş, digər Tələbnamədə qeyd olunan sənədlər - əmək müqavilələri bildirişləri, sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqında qəbzlər,xidmət müqavilələri və s. mövcud olmaması səbəbindən təqdim olunmamışdır. OVN zamanı fərdi sahibkar İddiaçı, Ü.Hacıyevanın, K.Qurbanovanın yazılı izahatı təqdim olunmuş, digər işçilər yazılı izahat verməkdən imtina etmişlər; “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” xx.xx.2023-cü il tarixli qərara əsasən iddiaçıdan nəzarət kitabçası, əmək müqavilələrinin elektron qeydiyyatdan keçməsi barədə bildirişlərin surətlərinin, şəxsiyyət vəsiqələrinin surətlərinin, sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbzlərin, xidmət müqavilələri barədə məlumatların, elektron daşıyıcı vasitələrindəki bütün zəruri sənədlərin, operativ vergi nəzarətinin həyata keçirilməsi üçün bütün məlumatların götürülməsi qərara alınmışdır; “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” xx.xx.2023-cü il tarixli protokola əsasən iddiaçı tərəfindən şəxsiyyət vəsiqələrinin surətləri könüllü şəkildə təklif edilmişdir. “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli, **********9451 nömrəli qərara əsasən iddiaçı əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına təqvim ili ərzində birinci dəfə yol verdiyi üçün iddiaçı 1000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilməklə vergi məsuliyyətinə cəlb edilmişdir; “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli, **********9441 nömrəli qərara əsasən iddiaçı 5 fiziki şəxsi əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə 10000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilməklə vergi məsuliyyətinə cəlb edilmişdir; Cavabdeh tərəfindən habelə operativ vergi nəzarətinin həyata keçirilməsi zamanı aparılmış çəkilişin olduğu SD disk məhkəməyə təqdim edilmişdir. İV. Məhkəmənin mövqeyi

8. Məhkəmə iddiaçını, iddiaçının nümayəndəsini və vəkilini, cavabdehin nümayəndəsini dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsaslıdır.

9. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər.

10. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 62.1-ci maddəsinə əsasən hər bir vergi ödəyicisinin və ya başqa vəzifəli şəxsin vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət elmək hüququ vardır. Həmin Məcəllənin 62.2-ci maddəsinə əsasən vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət qanunla müəyyən edilmiş qaydada yuxarı vergi orqanına (yuxarı vəzifəli şəxsə) və (və ya) məhkəməyə verilir. Həmin Məcəllənin 64-cü maddəsinə əsasən vergi orqanlarının qərarları (aktları), onların vəzifəli şəxslərinin hərəkətləri (hərəkətsizliyi) barəsində məhkəməyə verilmiş şikayətlərə (iddia ərizələrinə) Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada baxılır. Həmin Məcəllənin 15.1.8-ci maddəsinə əsasən 15.1.8-ci maddəsinə əsasən vergi orqanlarının və onların vəzifəli şəxslərinin Vergi Məcəlləsinə və digər vergi normativ hüquqi aktlarına uyğun olmayan aktlarını (qərarlarını) və tələblərini yerinə yetirməmək, 15.1.9-cu maddəsinə əsasən müəyyən edilmiş qaydada vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) inzibati qaydada və (və ya) məhkəməyə şikayət etmək vergi ödəyicisinin hüququdur. 11.Azərbaycan Respublikasının Vergi Məcəlləsinn 23.1-ci maddəsinə əsasən vergi orqanlarının hüquqları aşağıdakılardır: 23.1.1. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək;..

12. Həmin Məcəllənin 50.1-ci maddəsinə əsasən operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti üçün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır:.. 50.1.3. əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması;.. 50.1.7. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi; 50.6. Operativ vergi nəzarətinin nəticələri üzrə vergi orqanının vəzifəli şəxsləri tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada akt tərtib edilir. Operativ vergi nəzarəti tədbirlərinin keçirilməsi zamanı bu Məcəllənin 39-43-cü və 46-49-cu maddələrinin müddəaları tətbiq edilir. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən bu Məcəllənin 13.2.63-cü maddəsində nəzərdə tutulmuş ticarət fəaliyyətinin həyata keçirilməsi halı istisna olmaqla, vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərlə (əhali ilə) pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına, yəni nəzarət-kassa aparatları və ya ciddi hesabat blankları tətbiq edilmədən (nəzarət-kassa aparatları quraşdırılmadan, qanunvericiliklə müəyyən edilmiş formalara uyğun ciddi hesabat blankları olmadan və ya nağd ödənilmiş məbləği mədaxil etmədən), vergi orqanlarında qeydiyyatdan keçirilməmiş və ya texniki tələblərə cavab verməyən, o cümlədən bu Məcəllənin 50.8-ci maddəsində sadalanan tələblərə cavab verməyən çek təqdim edən nəzarət-kassa aparatlarından istifadə etməklə, qanunvericiliklə müəyyən olunmuş ciddi hesabat blanklarından istifadə etmədən və ya müəyyən olunmuş qaydada təsdiq olunmuş formalara uyğun olmayan ciddi hesabat blanklarından istifadə etməklə əhali ilə pul hesablaşmalarının aparılmasına, POSterminalların quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılmaması və POS-terminallar quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina edilməsinə və ya alıcıya təqdim edilməli olan çekin, bankların valyuta mübadilə şöbələri tərəfindən müştəriyə təqdim edilməli olan bank çıxarışlarının və ya digər ciddi hesabat blanklarının verilməməsinə və ya ödənilmiş məbləğdən aşağı məbləğ göstərilməklə verilməsinə, nəzarət-kassa aparatlarından istifadə edilməsi dayandırıldıqda əhali ilə pul hesablaşmalarının qeydiyyatının aparılması qaydalarının pozulmasına görə vergi ödəyicisinə:58.7.1. təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 1000 manat məbləğində; Həmin Məcəllənin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə, habelə bu Məcəllənin 220.10-cu maddəsinə uyğun olaraq aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyətlə məşğul olan şəxslərin, foto, audio-video sahəsində məşğul olan şəxslərin və iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslərin (ofisiantın) fəaliyyətə başlayanadək, “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə vergi orqanında uçotda olan sifarişçiyə hər bir belə şəxs üzrə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 2000 manat, ikinci dəfə yol verdikdə 4000 manat, üç və daha çox dəfə yol verdikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. Həmin Məcəllənin 41.1-ci maddəsinə əsasən vergi nəzarəti tədbirləri ilə əlaqədar vergi ödəyicisinin ərazilərinə, binalarına, nəqliyyat vasitələrinə, habelə sənədlərinə və əşyalarına baxış keçirilərkən aşkar olunmuş pozuntular protokolla rəsmiləşdirilir və bu zaman foto və (və ya) video çəkilişdən istifadə olunur. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 49.1-ci maddəsinə əsasən səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə vergi orqanının rəhbəri (rəhbərin müavini) 10 gün müddətində aşağıda göstərilən qərarlardan birini çıxarır:49.1.1. vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi;49.1.2. vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsindən imtina olunması;49.1.3. əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında;49.1.4. əvvəlki vergi yoxlamasının nəticəsi üzrə qəbul edilmiş qərarın qüvvədə saxlanılması; 49.1.5. əvvəlki vergi yoxlamasının nəticəsi üzrə qəbul edilmiş qərarın tam və ya qismən ləğv edilməsi və ya qərara dəyişikliklər edilməsi;49.1.6. yeni qərarın qəbul edilməsi; 49.5. Vergi orqanının vəzifəli şəxsləri tərəfindən bu maddənin tələblərinin gözlənilməməsi vergi orqanının qərarının yuxarı vergi orqanı və məhkəmə tərəfindən ləğv edilməsi üçün əsasdır. 13.Məhkəmə hesab edir ki, vergi orqanının iddiaçı barədə qəbul etdiyi, hazırda iddiaçının mübahisələndirdiyi qərarlar əsassızdır.Belə ki, qeyd edilən qərarlarda göstərilən vergi qanunvericiliyinin pozulmasına həqiqətən də iddiaçı tərəfindən yol verilməsi iş üzrə mötəbər sübutlarla təsdiqlənmir. Vergi Məcəlləsində vergi ödəyicisi tərəfindən vergi hüquqpozmalarına dair sübutların toplanması üsullarının və onların aparılması qaydasının aydın tənzimlənməsi vergi ödəyicisinin vergi orqanlarının qanunsuz hərəkətlərindən qorunmasına zəmanət verir. Məhkəmə xüsusi qeyd edir ki, qanunverici Vergi Məcəlləsinin 41.1-ci maddəsində qeyd etmişdir ki, vergi nəzarəti tədbirləri ilə əlaqədar vergi ödəyicisinin ərazilərinə, binalarına, nəqliyyat vasitələrinə, habelə sənədlərinə və əşyalarına baxış keçirilərkən aşkar olunmuş pozuntular protokolla rəsmiləşdirilir və bu zaman foto və (və ya) video çəkilişdən istifadə olunur. Cavabdehin məhkəməyə təqdim etdiyi aktlarda və SD diskdə göstərilənlər bir-birilə ziddiyyət təşkil edir.Belə ki, aktlarda yoxlama aparılan obyektdə iddiaçı tərəfindən 5 nəfər işçinin əmək müqaviləsi cəlb edilmədən işə cəlb edilməsi göstərilsə də SD diskə baxış zamanı məhkəmə müəyyən etmişdir ki, obyektdə 5 nəfər şəxsin olması SD diskdə əks olunmuş çəkilişlə təsdiqlənsə də həmin 5 nəfər şəxsin hər hansı bir əmək fəaliyyəti, hər hansı bir müştəriyə xidmət göstərmələri, əllərində hər hansı bir makiyaj edilməsi, saç kəsimi və düzümü üçün daraq və qayçının, başqa alətlərin olması, habelə avadanlıqlar üzərində qeyd edilən makiyaj üçün kosmetika ləvazimatlarının, daraq, qayçı və başqa vasitələrin olması müəyyən edilmir, habelə hər hansı bir müştəri üzərində iş aparılması da öz əksini tapmır, eyni zamanda xadimə kimi göstərilən şəxsin təmizlik işləri aparması, əlində əski, süpürgə, döşəməsilən vasitənin olması, inzibatçı kimi göstərilən şəxsin isə hər hansı bir şəxsi – müştərini istiqamətləndirməsi, məlumatlandırması müəyyən edilmir.Eyni zamanda SD diskdəki görüntüdə hər hansı bir müştəridən 15 manat məbləğinin alınması da əks olunmur. Bundan başqa, xx.xx.2023-ci il il tarixində keçirilən operativ vergi nəzarəti tədbirinə dair materiallarına baxılmanın nəticələri üzrə vergi orqanının rəhbəri tərəfindən 10 gün müddətində qərar qəbul edilməli olan halda, iddiaçıya aid qərarlar xx.xx.2023-ci il tarixdə, yəni 1 aydan çox müddət keçdikdən sonra qəbul edilmişdir. Bu da Vergi Məcəlləsinin 49.5ci maddəsinə görə, vergi orqanının qərarlarının ləğv edilmiəsi üçün əsasdır. 14.“İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir; Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; Həmin Qanunun 2.0.3-cü maddəsinə əsasən maraqlı şəxs - inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxsdir; Həmin Qanunun 2.0.4-cü maddəsinə əsasən ərizə - maraqlı şəxsin inzibati aktın qəbul edilməsi və ya ona məxsus olan hər hansı hüququn həyata keçirilməsi ilə bağlı inzibati orqana yazılı müraciətidir; Həmin Qanunun 2.0.5-ci maddəsinə əsasən inzibati şikayət - hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə maraqlı şəxsin inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan və yaxud inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən subordinasiya baxımından yuxarı inzibati orqana yazılı müraciətidir; Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir; Həmin Qanunun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 67.1-ci maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən, qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.3-cü maddəsinə əsasən, qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Məhkəmə qeyd edir ki, iddiaçı barədə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X22 üzrə Baş İdarəsi tərəfindən qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli, **********41 nömrəli Qərarının və xx.xx.2023-cü il tarixli, **********9451 nömrəli Qərarlar əsassız olduqları üçün qanunvericiliyin tələblərinə uyğun – qanuni hesab edilə bilməzlər və bu səbəbdən də ləğv edilməlidirlər. 15.Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 16.Məhkəmə göstərilənlərə əsasən, işin bütün hallarına məcmu qiymət verərək, hesab edir ki, iddiaçının iddiası təmin edilərək cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X22 üzrə Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli, **********41 nömrəli Qərarı və xx.xx.2023-cü il tarixli, **********9451 nömrəli Qərarı ləğv edilməlidir. 17.Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. 18.“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə tərəflər dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 2, 32, 35, 68, 69, 85 və 110-cu mаddələrini rəhbər tutаrаq

QƏRARA ALDİ:

İddia tələbi təmin edilsin. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X22 üzrə Baş İdarəsinin İddiaçı barədə qəbul etdiyi “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli, **********41 nömrəli Qərarı və xx.xx.2023-cü il tarixli, **********9451 nömrəli Qərarı ləğv edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar