Məhkəmə qərarları › İş №e-2-1(112)-9206/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-9206/2023

21.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-9206/2023 21.08.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, İmanova Fəridə Sultan qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil (Bakı şəhərində qeydiyyatdadır),cavabdehin nümayəndəsi X1 (Sumqayıt şəhərində qeydiyyatdadır, böyük hüquqşünas işləyir) iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı "427297,04 manat məbləğinin ümidsiz borc kimi silinməsi” tələbinə dair inzibati işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: I. Mübahisənin predmeti

1. İddiaçı MMC Bakı İnzibati Məhkəməsində cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia qaldıraraq İddiaçı MMC-nin (VÖEN **********) şəxsi hesab vərqəsində olan vergilər üzrə 248912,47 manat, maliyyə sanksiyası üzrə 87620,03 manat, faizlər üzrə 90764,54 manat, ümumilikdə 427297,04 manat məbləğin ümidsiz borc kimi silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC-nin şəxsi hesabı vərəqəsi göstəricilərinə əsasən 5 illik tələbetmə müddəti bitmiş və ümüdsiz borc kimi silinməli olan məbləğin tərkibi aşağıdakı kimidir: 2017-ci il üçün kameral vergi yoxlaması ilə hesablanma nəticəsində yaranmış borcdan qalan 68.733,23 mənfəət vergisi üzrə borc məbləği; həmin mənfəət vergisi üzrə borc məbləğinin bir illik faiz borcu üzrə 25087,6 manat; 2017-ci il üçün cari mənfəət vergisi bəyannaməsi təqdim edilməklə yaranmış 4.803,85 manat mənfəət borc məbləği; həmin borc məbləğinin bir illik faiz borcu üzrə 1753,4 manat; 2016cı il üçün səyyar vergi yoxlaması ilə hesablanmış mənfəət vergisi üzrə 175.133,19 manat borc, həmin borca hesablanmış 63.923,54 manat faiz məbləği, səyyar vergi yoxlaması zamanı 2016-cı ilin mənfəət vergisinə tədbiq olunmuş 87.498,93 manat maliyyə sanksiyası; səyyar vergi yoxlaması ilə hesablanmış 242,20 manat MÖMV məbləği, həmin məbləğə tədbiq olunmuş 121,10 manat maliyyə sanksiyası. Ümumilikdə ümidsüz vergi borcunun məbləği 400.456,04 manat təşkil edir. Qeyd olunan vergi borcunun alınması ilə əlaqədar xx.xx.2023-cü il tarixdə iddiaçı tərəfindən cavabdehə müraciət olunmuş, lakin cavabdeh tərəfindən təqdim olunmuş xx.xx.2023-cü il tarixli məktubla əsassız olaraq göstərilən məbləğin silinməsindən imtina olunmuşdur. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

2. Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 47-ci mаddəsinə uyğun olaraq verilmiş məhkəmə sərəncamına əsasən cavabdeh iddiаyа dаir еtirаzını təqdim edərək göstərmişdir ki, iddiaçının silinməsini tələb etdiyi borc məbləği səyyar vergi yoxlamasının nəticəsi üzrə qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2018-ci il tarixli, **********164130 nömrəli və kameral vergi yoxlamasının nəticəsi üzrə qəbul edilmiş “Vergilərin hesablanması barədə” xx.xx.2019-cu il tarixli, **********510700 nömrəli, xx.xx.2019-cu il tarixli, **********888900 nömrəli qərarlar əsasında yaranmışdır. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. 3.Cavabdeh sonradan iddia tələbinə etirazına əlavə təqdim edərək göstərmişdir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi aşağıda qeyd olunan səbəblərə görə hesab edir ki, İddiaçı MMC-nin şəxsi hesab vərəqəsində olan vergilər üzrə 248.912,47 manat, sanksiyası üzrə 87.620,03 manat, faizlər üzrə 90.764,54 manat, ümumilikdə 427.297,04 manat məbləğin ümidsiz borc kimi silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası əsassızdır.İlk növbədə qeyd edilir ki, iddiaçının dövlət büdcəsinə yaranmış vergi borcunun silinməsi barədə müraciətinə aidiyyəti üzrə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X2 Baş İdarəsində baxılmış və müraciəti xx.xx.2023-cü il tarixli **********057700 nömrəli məktubla cavablandırılmışdır. Həmin məktub ilə vergi ödəyicisinə məlumat verilmişdir ki, vergidən yayınma faktı üzrə Cinayət Məcəlləsinin 213-cü maddəsinə əsasən cinayət işinin başlanılmasına dair qərar qəbul edilmişdirsə, iş üzrə yekun qərar qəbul edilənədək tələbetmə hüququnun bitməsi ilə əlaqədar vergi borclarının silinməsi həyata keçirilmir.İddiaçı MMC-nin şəxsi hesab vərəqəsindən göründüyü kimi cəmiyyətin xx.xx.2023-cü il tarixə vergilər üzrə 1.024.847,55 manat (o cümlədən, əsas borc üzrə 599.789,54 manat, faiz borcu üzrə 218.954,78 manat və maliyyə sanksiyası üzrə 206.103,23 manat), məcburi dövlət sosial sığorta haqqı üzrə 6.394,15 manat (o cümlədən, məcburi dövlət sosial sığorta üzrə 4.513,10 manat və penya üzrə 1.881,05 manat) və işsizlik sığortası 120,44 manat borcu mövcuddur. İddiaçının şəxsi hesab vərəqəsində mövcud olan ümumi borc məbləğindən məhkəmə qaydasında silinməsini tələb etdiyi 427297,04 manat borc məbləği səyyar və kameral vergi yoxlamalarının nəticəsi üzrə qəbul edilmiş qərarlar əsasında yaranmışdır. Səyyar vergi yoxlamasının nəticəsi üzrə qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" xx.xx.2018-ci il tarixli **********164130 nömrəli qərar, yoxlama zamanı toplanmış materiallar və kameral vergi yoxlaması ilə aparılmış hesablamalar da nəzərə alınmaqla vergi ödəyicisinin xx.xx.2018-cı il tarixə mövcud olan vergi borcu barədə məlumatlar qanunamüvafiq tədbirlər görülməsi üçün Vergi Cinayətlərinin İbtidai Araşdırmalar Departamentinə (hazırki Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi) göndərilmişdir. Həmin materiallar əsasında İddiaçı MMC-də kameral vergi yoxlaması ilə hesablanmış 2017-il üzrə 8.503,16 manat mənfəət vergisi, cari bəyannamələrlə hesablanmış 2017-ci il üzrə 12.550,97 manat mənfəət vergisi, həmin ilin dekabr- 2018-ci ilin avqust ayları üzrə 431,90 manat muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, eləcə də səyyar vergi yoxlaması ilə hesablanmış 2016-cı il üzrə 174.997,85 manat mənfəət vergisi və həmin dekabr ayı üzrə 242,20 manat muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi olmaqla, ümumilikdə külli miqdar təşkil edən 196.726,08 manat vergilərin dövlət büdcəsinə ödənilməkdə yayındırılması faktı üzrə “Cinayət işinin başlanması və icraata qəbul edilməsi barədə" xx.xx.2018-ci il tarixli qərar ilə ********* nömrəli cinayət işi başlanmışdır. Göründüyü kimi iddiaçının ümidsiz borc kimi silinməsini tələb etdiyi məbləğ vergilərin dövlət büdcəsinə ödənilməkdən yayındırılması üzrə başlanmış və icraatı yekunlaşmamış cinayət işi ilə əlaqəlidir.Əlavə olaraq bildiririk ki, "Qoşabulaq-A” MMC-də külli miqdarda vergilərin dövlət büdcəsinə ödənilməkdən yayındırılması faktı üzrə başlanmış cinayət işinin istintaqı zamanı əvvəlki yoxlama ilə əhatə olunan eyni dövrün (2016-2017) təkrar yoxlanılmasına ehtiyac yaranmışdır. Bununla əlaqədar istintaq orqanı tərəfindən qəbul edilmiş “Növbəti səyyar vergi yoxlamasının keçirilməsi haqqında" xx.xx.2019-cu il tarixli qərarın icrasının təmin olunması üçün növbədənkənar səyyar vergi yoxlaması keçirilmiş (yoxlanılan dövr (2016-2017) və yoxlama materialları cinayət işinə əlavə olunması üçün Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinə göndərilmişdir. Həmin cinayət işi üzrə də yekun məhkəmə qərarı qəbul edilməmişdir.Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti (hazırkı Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi) tərəfindən Bakı şəhəri Vergilər Departamentinin (hazırkı Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi) İddiaçı MMC-də külli miqdarda vergilərin dövlət büdcəsinə ödənilməkdən yayındırılması faktı ilə başlanılmış cinayət işi üzrə mülki iddiaçı kimi tanınması üçün xx.xx.2018-ci il tarixli **********015500 məktubla müraciət olunmuş və yayındırılımış vergi məbləğinin dövlət büdcəsinə ödənilməsinin təmin olunması üçün iddia ərizəsi də təqdim edilmişdir.Cinayət Prosessual Məcəllənin 179.4-cü maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddiaya mülki hüquq və hüququn digər sahələri üçün müəyyən edilmiş iddia müddəti tətbiq edilmir.Beləliklə, iddiaçının silinməsini tələb etdiyi borc məbləği “Qoşabulaq-A" MMC-də külli miqdarda vergilərin dövlət büdcəsinə ödənilməkdən yayındırılması faktı üzrə başlanmış və icraatı yekunlaşmamış cinayət işinin predmeti olduğundan, cinayət işi üzrə yekun qərar çıxarılanadək həmin borcların ümidsiz borc kimi silinməsinə baxıla bilməz.Cavabdeh göstərilənlərə əsasən iddiaçının iddiasının təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

II. İddianın növü və mümkünlüyü

4.Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 5.Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. 6.Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. Belə ki, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur, iddiaçı cavabdehə müraciət etmişdir.

III. Məhkəmə iclasında iştirak edən tərəflərin izahatları və tədqiq edilən sənədlər.

4. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi Vəkil iddia ərizəsində göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi H.Baloğlanov iddia tələbinə etirazda göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

5. İddiaçı tərəfindən iddianı təsdiq edən sübut qismində iddiaçının cavabdehə ünvanlanmış məktubları,cavabdehin cavabları,vergilər üzrə şəxsi hesab vərəqəsi təqdim edilmişdir.

6. Cavabdeh etirazını təsdiq edən sübut qismində **********164130 nömrəli, xx.xx.2018-ci il tarixli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərar”ı, “Vergilərin hesablanması barədə” xx.xx.2019cu il tarixli, **********510700 nömrəli, xx.xx.2019-cu il tarixli, **********888900 nömrəli qərarları, “Cinayət işinin başlanması və icraata qəbul edilməsi barədə” Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin İstintaq və təhqiqat idarəsinin xx.xx.2018-ci il tarixli qərarını, cinayət işində mülki iddianın surətini, “Vergi öhdəliyini vaxtında yerinə yetirməmiş vergi ödəyicisinin əmlakının siyahıya alınması haqqında xx.xx.2018-ci il tarixli qərarı, ”Vergi ödəyicisinin aktivləri barədə məlumatın verilməməsinə görə məsuliyyyətə cəlb edilməsi barədə” xx.xx.2019-cu il tarixli, xx.xx.2020ci il tarixli qərarları, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli sərəncamını, iddiaçının kameral və səyyar vergi yoxlaması nəticələrinə dair qərarlarının ləğv edilməsi barədə iddia ərizəsinin surətini təqdim etmişdir.

IV. Məhkəmənin mövqeyi

7. Məhkəmə iddiaçının, cavabdehin nümayəndəsini dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsaslıdır. 8.Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. 9.Azərbaycan Respublikası Vergi Məcəlləsinin 62.1-ci maddəsinə əsasən hər bir vergi ödəyicisinin və ya başqa vəzifəli şəxsin vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət elmək hüququ vardır. Həmin Məcəllənin 62.2-ci maddəsinə əsasən vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət qanunla müəyyən edilmiş qaydada yuxarı vergi orqanına (yuxarı vəzifəli şəxsə) və (və ya) məhkəməyə verilir. Həmin Məcəllənin 64-cü maddəsinə əsasən Vergi orqanlarının qərarları (aktları), onların vəzifəli şəxslərinin hərəkətləri (hərəkətsizliyi) barəsində məhkəməyə verilmiş şikayətlərə (iddia ərizələrinə) Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada baxılır. Həmin Məcəllənin 15.1.8-ci maddəsinə əsasən 15.1.8-ci maddəsinə əsasən vergi orqanlarının və onların vəzifəli şəxslərinin Vergi Məcəlləsinə və digər vergi normativ hüquqi aktlarına uyğun olmayan aktlarını (qərarlarını) və tələblərini yerinə yetirməmək, 15.1.9-cu maddəsinə əsasən müəyyən edilmiş qaydada vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) inzibati qaydada və (və ya) məhkəməyə şikayət etmək vergi ödəyicisinin hüququdur. Həmin Məcələnin 72-ci maddəsində göstərilir: 72.1. Bu Məcəllənin məqsədləri üçün vergi hesabatı vergi bəyannaməsindən ibarətdir.72.2. Bu Məcəlləyə və ona müvafiq olaraq qəbul edilmiş qanunlara uyğun olaraq vergi hesabatını verməyə borclu olan vergi ödəyiciləri vergi hesabatını bu Məcəllədə göstərilən müddətlərdə müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi formada və yerdə vergi orqanına verməlidirlər.Vergi hesabatları vergi ödəyicisi tərəfindən şəxsən və ya hesabatın təqdim edilməsi təsdiq oluna bilən hər hansı digər üsulla (rabitə təşkilatına təhvil verilməsi və ya müvafiq qanunvericiliyə uyğun olaraq elektron sənəd formasında göndərilməsi də daxil olmaqla) təqdim edilə bilər.Vergi hesabatının elektron sənəd formasında göndərilməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. Vergi hesabatını elektron sənəd formasında təqdim edən vergi ödəyicilərinə bu Məcəllənin 72.3-cü, 72.4-cü 72.6.3-cü və 72.6.4-cü maddələrinin müddəaları şamil edilmir 10.Məhkəmə inzibati işə baxan zaman müəyyən etmişdir ki, hazırki mübahisədə iddiaçının hüquqi marağı şəxsi hesab vərəqəsindən tələbetmə müddəti keçmiş ümumilikdə 427297,04 manat vergi borcunun ümidsiz borc kimi silinməsinə nail olmağa yönəlmişdir. 11.Azərbaycan Respublikası Vergi Məcəlləsinin 85.4-cü maddəsinə uyğun olaraq vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergiləri, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər. Həmin Məcəllənin 85.5-ci maddəsinə əsasən, vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra 3 il ərzində ondan düzgün tutulmamış vergilərin, faizlərin və maliyyə sanksiyalarının hesablanmasını və hesablanmış məbləğin yenidən hesablanmasını, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini 5 il ərzində tələb etmək hüququna malikdir. Həmin Məcəllənin 85.5-ci maddəsinə əsasən vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra 3 il ərzində ondan düzgün tutulmamış vergilərin, faizlərin və maliyyə sanksiyalarının hesablanmasını və hesablanmış məbləğin yenidən hesablanmasını, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra (bu Məcəllənin 38.3.3-cü və 38.3.4-cü maddələrinə uyğun olaraq həyata keçirilən səyyar vergi yoxlamasının nəticələri üzrə çıxarılmış qərarın tarixindən etibarən) 5 il ərzində tələb etmək hüququna malikdir. Həmin Məcəllənin 93.1-ci maddəsində göstərilir: “Vergilər, faizlər və maliyyə sanksiyaları üzrə ümidsiz borclar vergi orqanları tərəfindən aşağıdakı hallarda silinir: 93.1.1. bu Məcəllədə müəyyən edilmiş vergi öhdəliyinin yerinə yetirilməsi müddəti qurtardıqda; 93.1.2. bu Məcəllədə müəyyən edilmiş əsaslar üzrə vergi öhdəlikləri qüvvədən düşdükdə. 93.1.3. qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə təmin edilmiş vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) dövlət büdcəsinə alınması barədə məhkəmə qərarının qüvvəyə mindiyi tarixdən 5 illik müddət keçdikdə. Həmin Məcəllənin 93.2-ci maddəsinə əsasən digər hallarda vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borclar məhkəmə qərarı ilə ümidsiz borc hesab edildikdə qanunla müəyyən edilmiş qaydada silinə bilər.

12. «Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında» 30 dekabr 2016-cı il tarixli, 474-VQ nömrəli Qanununun 1-ci maddəsinə əsasən, vergi ödəyicilərinin vergilərin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə ödənilməməsinə görə hesablanmış faizlər üzrə 2017-ci ilin 1 yanvar tarixinə vergi orqanlarındakı şəxsi hesab vərəqələrində mövcud olan borcları müvafiq icra hakimiyyəti orqanı tərəfindən silinir. Həmin Qanunun 2.1-ci maddəsinə əsasən, vergi orqanları tərəfindən vergi ödəyicilərinə Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 58.7-ci maddəsinə əsasən tətbiq edilmiş maliyyə sanksiyaları üzrə 2017-ci ilin 1 yanvar tarixinə onların şəxsi hesab vərəqələrində mövcud olan borcları müvafiq icra hakimiyyəti orqanı tərəfindən silinir. 13.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.3, 85.4, 90.3 və 93.1.1-ci maddələrinin şərh edilməsinə dair» 12 yanvar 2011-ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, vergi ödəyiciləri tərəfindən vergi öhdəlikləri VM ilə müəyyən edilmiş müddətlərdə yerinə yetirilmədikdə, yaranmış borcların, habelə həmin öhdəliyin yerinə yetirilməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi VM-də vergi orqanlarına bir sıra hüquqlar verilmişdir. Həmin hüquqlara müəyyən edilmiş müddətlərdə ödənilməmiş vergilərin, faizlərin, maliyyə sanksiyalarının qanunla müəyyən edilmiş qaydada dövlət büdcəsinə ödənilməsini təmin etmək, vergi ödəyicisinin hesablaşma, valyuta və ya digər hesablarından qanunvericiliyə müvafiq olaraq hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması üçün banklara və ya digər kredit təşkilatlarına icra (ödəniş) sənədi olan sərəncam vermək, qanunla müəyyən edilmiş hallarda vergi ödəyicisinin hesablaşma, valyuta və digər hesablarına həbs qoyulması barədə məhkəmədə iddia qaldırmaq, VM ilə müəyyən edilmiş qaydada vergi ödəyicisinin əmlakının siyahıya alınması üçün tədbirlər görmək və sair daxildir (VM-in 23.1.6-23.1.8-ci maddələri). Bu hüquqların həyata keçirilməsi qaydaları isə Azərbaycan Respublikası VMin 65, 89 və 90-cı maddələrində təsbit olunmuşdur. Onların sırasında, borclu vergi ödəyicilərinin bank və ya digər kredit təşkilatlarında olan hesablarına sərəncamların qoyulması, əmlakın siyahıya alınmasına dair qərarların qəbul edilməsi, öhdəliyinin icrasının təmin olunması məqsədilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə ixtisaslaşdırılmış açıq hərracda satılması məqsədilə məhkəməyə müraciət etmək kimi səlahiyyətlər nəzərdə tutulmuşdur. Lakin, vergi qanunvericiliyi vergi orqanlarının həmin hüquqlarının həyata keçirilməsini müəyyən müddətlə məhdudlaşdırmışdır. Belə ki, Azərbaycan Respublikası VM-in 85.4-cü maddəsinə əsasən, vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyalarını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləği vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər. Vergi orqanları VM-in 85.4-cü maddəsində göstərilən 5 illik müddət ərzində VM-də nəzərdə tutulmuş hüquqlardan istifadə edərək, vergi ödəyiciləri tərəfindən vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etməlidir. Bu müddət bitdikdən sonra isə vergi ödəyicisinə hər hansı məcburiyyət tədbiri tətbiq edilə bilməz. Dövlət məcburiyyət tədbirlərinin həyata keçirilməsinə müəyyən məhdudiyyətlərin, o cümlədən, məhdudlaşdırıcı müddətlərin tətbiq olunması ictimai hüquq münasibətlərinin stabilliyi və müəyyənliyi, idarəetmə şərtlərinin stabilliyinin təmin olunması, dövlətin maraqları və hüquq münasibətlərinin subyektlərinin şəxsi maraqları arasında tarazlığın qorunması kimi konstitusiya dəyərlərinin mühafizəsinə yönəlmişdir. Bundan çıxış edərək vergiqoymanın elementlərindən biri kimi vergi ödəmə müddətinin müəyyən edilməsi vergi hüquq münasibətlərinin hər iki tərəf üçün onun məcburiliyi, dövlət və şəxsi maraqların ədalətli tarazlığının təmin olunması məqsədini daşıyır. Azərbaycan Respublikası VM-in 85.4-cü maddəsində nəzərdə tutulmuş 5 illik müddət də iqtisadi mühitin sabitliyinə, təsərrüfat fəaliyyəti iştirakçılarının iqtisadi fəaliyyətinə inamının artırılmasına şərait yaratmaqla, son nəticədə bu subyektlərin hüquqi təhlükəsizlik mexanizminin təmin olunmasına xidmət edir. Məhz buna görə də bu müddət bitdikdən sonra vergi orqanları tərəfindən vergi ödəyicisinə məcburiyyət tədbirlərinin tətbiq edilməsi yolverilməzdir. Başqa sözlə, hesablanmış vergilərin, faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının tutulmasının Azərbaycan Respublikası Vergi Məcəlləsinin 85.4-cü maddəsi ilə müəyyən olunmuş müddətinin bitməsi həmin Məcəllənin 93.1.1-ci maddəsinə uyğun olaraq vergi öhdəliyinin yerinə yetirilməsi müddətinin bitməsi kimi qəbul olunaraq, tutulma müddəti bitmiş vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borclar ümidsiz borc kimi silinir. Belə olan halda cavabdeh vergi ödəyicisinin öhdəliyinin yerinə yetirilməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi VMdə vergi orqanlarına verilən hüquqdan istifadə etməmiş, iddiaçının ödənilməmiş vergilərinin qanunla müəyyən edilmiş qaydada və müddətdə dövlət büdcəsinə ödənilməsini təmin etməmişdir“. 14.Məhkəmə hesab edir ki, iddiaçıya cavabdeh tərəfindən hesablanmış ümumilikdə 427297,04 manat vergilərin, faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının tutulması ilə bağlı Vergi Məcəlləsinin 85.4-cü maddəsi ilə müəyyən olunmuş müddətin bitməsi səbəbindən həmin Məcəllənin 93.1.1-ci maddəsinə uyğun olaraq tutulma müddəti bitmiş vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borclar ümidsiz borc kimi silinməlidir. Belə ki, inzibati iş materiallarında olan sənədlərdən məhkəmə müəyyən etmişdir ki, iddiaçının şəxsi hesab vərəqəsindən ümidsiz borc kimi silinməsini tələb etdiyi borc məbləğinin yaranması tarixli 2016-2017-ci illərə təsadüf edir. Həmçinin məhkəmə onu da qeyd edilməlidir ki, mübahisələndirilən borc məbləğinin cinayətin predmeti olduğundan ümidsiz borc kimi silinməsi ilə bağlı qanunvericilikdə hər hansı qadağa və ya istisna nəzərdə tutulmamışdır.Bu səbəbdən də cavabdehin etirazında göstərilən “iddiaçının ümidsiz borc kimi silinməsini tələb etdiyi məbləğ vergilərin dövlət büdcəsinə ödənilməkdən yayındırılması üzrə başlanmış və icraatı yekunlaşmamış cinayət işi ilə əlaqəlidir” kimi cavabdehin arqumenti iddia tələbinin təmin edilməməsi üçün əsas ola bilməz, çünki Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 93.1-ci maddəsində ümidsiz borcların vergi orqanları tərəfindən hansı hallarda silinməli olması imperativ qaydada müəyyən edilmişdir. 15.Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 85.5-2-ci maddəsində 5 illik müddətə daxil edilməyən hallar üzrə müddətlərin dairəsi müəyyən olunmuşdur. Qanunverici cinayət işinin başlanmasını müddətin axımına təsir edən hal kimi qiymətləndirməmiş, yalnız 5 illik müddət ərzində həmin cinayət işi üzrə mülki iddianın təmin edilməsi barədə məhkəmə hökmü qəbul edildiyi təqdirdə, müddətin axımının hesablanmasının yeni üsulunu – müddətin qərarın qanuni qüvvəyə mindiyi tarixdən hesablanması qaydasını müəyyən etmişdir. Hazırkı işdə tələb etmə müddətinin axımının dayanmasına səbəb ola biləcək Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 85.5-2-ci maddədə sadalanan hallardan hər hansı biri və müddətin hesablanmasının yeni qaydasını zəruri edə biləcək hər hansı məhkəmə qərarı mövcud deyildir. 16.“İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir; Həmin Qanunun 2.0.3-cü maddəsinə əsasən maraqlı şəxs - inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxsdir; Həmin Qanunun 2.0.4-cü maddəsinə əsasən ərizə - maraqlı şəxsin inzibati aktın qəbul edilməsi və ya ona məxsus olan hər hansı hüququn həyata keçirilməsi ilə bağlı inzibati orqana yazılı müraciətidir; Həmin Qanunun 2.0.5-ci maddəsinə əsasən inzibati şikayət - hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə maraqlı şəxsin inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan və yaxud inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən subordinasiya baxımından yuxarı inzibati orqana yazılı müraciətidir; Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir; Həmin Qanunun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar.

17. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

18. Məhkəmə göstərilənlərə əsasən, işin bütün hallarına məcmu qiymət verərək, hesab edir ki, iddiaçının iddiası təmin edilərək cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin üzərinə İddiaçı MMC-nin (VÖEN **********) şəxsi hesab vərqəsində olan vergilər üzrə 248912,47 manat, maliyyə sanksiyası üzrə 87620,03 manat, faizlər üzrə 90764,54 manat, ümumilikdə 427297,04 manat məbləğin ümidsiz borc kimi silinməsi öhdəliyi qoyulmalıdır. 19.Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. 20.“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə tərəflər dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 2, 34, 35, 68, 69, 85 və 110-cu mаddələrini rəhbər tutаrаq

QƏRARA ALDİ:

İddia tələbi təmin edilsin. İddiaçı MMC-nin (VÖEN **********) şəxsi hesab vərqəsində olan vergilər üzrə 248912,47 manat, maliyyə sanksiyası üzrə 87620,03 manat, faizlər üzrə 90764,54 manat, ümumilikdə 427297,04 manat məbləğin ümidsiz borc kimi silinməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar