Məhkəmə qərarları › İş №e-2-1(112)-9282/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-9282/2024

18.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-9282/2024 18.07.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, iddiaçının vəkili və nümayəndəsi Nümayəndə, cavabdehin nümayəndələri X2 iştirakı ilə, İddiaçı Məhdud Məsiliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı ““Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarların ləğv edilməsi” iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İ. Mübahisəli hüququn qısa xülasəsi

1. İddiaçı Məhdud Məsiliyyətli Cəmiyyəti cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli **********183118 nömrəli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarının ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

2. İddiaçının ərizəsinə əsasən məhkəmənin qərardadı ilə iddia tələbi “İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2024-cü il tarixdə **********183118 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarının və xx.xx.2024-cü il tarixli **********183648 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərara düzəlişin edilməsi haqqında” Qərarının ləğv olunması barədə qərar qəbul edilməsi” kimi dəqiqləşdirilmişdir.

3. Tələb onunla əsaslandırılmışdır ki, hüquqi varisi İddiaçı MMC (VÖEN **********) olan "xxxx" MMC (VÖEN **********) barəsində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən Vergi Məcəlləsinin 38.3.5-ci maddəsi əsasında xx.xx.2022 tarixli **********166126 saylı qərara əsasən xx.xx.2019-xx.xx.2022-ci il dövrlərini əhatə etməklə xx.xx.2022-ci il tarixindən xx.xx.2023-cü il tarixinə qədər növbədənkənar səyyar vergi yoxlaması həyata keçirilmiş, yoxlamanın nəticəsi xx.xx.2024cü il tarixli **********166251 nömrəli səyyar vergi yoxlaması aktı ilə rəsmiləşdirilmişdir. Həmin akta əsasən “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2024-cü il tarixdə **********183118 nömrəli Qərarla iddiaçı barəsində 4731464,21 manat məbləğində vergilərin əlavə hesablanması, 46430,97 manat artıq hesablanması, 2715280,41 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. İlk olaraq bildirək ki, yoxlama Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən təyin edilsə də, həmin maddəyə uyğun olaraq Cəmiyyətin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətlərinin hansı mənbəyi bəlli məlumat əsasında əldə edildiyi yoxlamanın təyin edilməsi barədə qərarda əsaslandırılmamışdır. Belə ki, xx.xx.2022-ci il tarixli səyyar vergi yoxlamasının keçirilməsi barədə Qərarda vergidən yayınma və vergi qanunvericiliyinin pozulması risklərinin məzmunu aşağıdakı şəkildə qeyd edilmişdir: - vergi orqanlarında mövcud olan uçot-baza məlumatlarına əsasən təqdim edilmiş mənfəət (gəlir) vergisi bəyannaməsində əks etdirilmiş xərclərin təsdiqedici sənədlər ilə müəyyən edilməməsi, risklərin təsviri – təqdim edilmiş mənfəət vergisi bəyannamələrində xammalmaterial xərclərinin istehsal xərcləri ilə müqayisədə daha yüksək əks etdirilməsi. İlk olaraq, qərarda hansı uçot-baza məlumatının nəzərdə tutulduğu, hansı xərclərin təsdiqedici sənədlərinin müəyyən edilmədiyi göstərilməmişdir. Bundan başqa, xammal-material xərclərinin istehsal xərcləri ilə müqayisəsinin hansı göstəricilər əsasında aparıldığı qeyd olunmamışdır. Ümumilikdə isə, növbədənkənar səyyar vergi yoxlamasının Vergi Məcəlləsinin 38.3.5-ci maddəsi ilə müəyyən olunan mənbəyi bəlli məlumat olmadan həyata keçirilməsi dəfələrlə kassasiya instansiyasının qərarlarında pozuntu kimi qiymətləndirilərək qərarın ləğv olunmasının əsası kimi göstərilmişdir. Əlavə olunan AR Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(102)- 1969/2022 saylı (sədrlik edən X.Məmmədov), xx.xx.2022-ci il tarixli 2-1(102)-669/2022 saylı (sədrlik edən S.Kərimov), xx.xx.2022-ci il tarixli 2-1(102)-1480/2022 saylı (sədrlik edən R.Nəbizadə), xx.xx.2022-ci il tarixli 2-1(102)-1255/2022 saylı (sədrlik edən N.Rəsulbəyova), xx.xx.2022-ci il tarixli 2-1(102)- 23/2022 saylı (sədrlik edən K.Bədəlov), xx.xx.2024-cü il tarixli 2-1(102)-751/2024 saylı (sədrlik edən X.Məmmədov) qərarlarından göründüyü kimi, formalaşmış vahid məhkəmə təcrübəsi yoxlamanın təyin edilməsinin əsaslandırılmadığı hallarda bu formada həyata keçirilən inzibati icraatın qanunsuz olduğunu təsbit etmişdir. Yoxlama zamanı cavabdeh tərəfindən Səyaye və Ticarət Palatası yanında “Azərekspertiza” X1 mütəxəssis kimi dəvət olunmuş və hesablamanın əsasını təşkil edən istehsal həcmi xx.xx.2024-cü il tarixli mütəxəssis rəyi əsasında müəyyən olunmuşdur. Bununla bağlı, qeyd olunan şəxs onun fəaliyyət sahəsinə uyğun rəy vermək səlahiyyətinə malik deyildir. Belə ki, mütəxəssis kimi cəlb olunan şəxsin şokolad sənayesi sahəsində təhsilini və iş təcrübəsini təsdiq edən sənədlər rəyə əlavə edilmədiyindən həmin şəxs mütəxəssis hesab oluna bilməz. Vergi Məcəlləsinin 45.2-ci maddəsinə görə, mütəxəssisin xüsusi bilik və təcrübəsi olmalıdır və o, işin nəticələrində maraqlı olmamalıdır. Bu şərtlərə cavab verməyən mütəxəssisin rəyi vergi orqanları tərəfindən istifadə oluna bilməz. Təqdim edilən rəyin faktiki iqtisadi göstəricilərə uyğun gəlməməsi həmçinin aşağıdakılarla təsdiq olunur. Rəydən göründüyü kimi, mütəxəssis istehsal vahidinə sərf olunmuş yağsız quru südün miqdarına uyğun olaraq istehsal həcmi çıxarmışdır. Halbuki qeyd olunan formada istehsal həcminin müəyyən olunması mümkünsüzdür. Belə ki, onun fəaliyyətində istehsal olunan hazır məhsulların tərkibini tək yağsız quru süd deyil, bir çox elementlər təşkil edir. Alınmış yağsız quru südün bütün hissəsinin istehsala sərf olunması da mütəxəssisin subyektiv yanaşması kimi qiymətləndirilməlidir. Göründüyü kimi, cavabdeh mütəxəssis adlandıran şəxsin yalnız excel funksiyaları ilə rəqəmlər üzərində yerdəyişmələr etməklə süni şəkildə yaratdığı istehsal həcmini əsas götürərək artıq ödənilmiş vergilərin şəxsi hesab vərəqəsindən tam silinməsi məqsədilə əlavə vergi öhdəliyi yaranmasına çalışmışdır. Xüsusilə bildirir ki, mütəxəssis rəyi mötəbər olsaydı belə həmin rəy vergi hesablaması üçün yetərli hesab oluna bilməz. Belə ki, kassasiya instansiyasının formalaşmış vahid məhkəmə təcrübəsinə görə, (AR Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(102)-1356/2022 saylı, xx.xx.2021-ci il tarixli 2- 1(102)-1161/2021 saylı, xx.xx.2022-ci il tarixli 2-1(102)-1299/2022 saylı, xx.xx.2022-ci il tarixli 2-1(102)- 386/2022 saylı, xx.xx.2021-ci il tarixli 2-1(102)-862/2021 saylı, xx.xx.2022ci il tarixli 2-1(102)-1480/2022 saylı, xx.xx.2022-ci il tarixli 2- 1(102)-532/2022 saylı, xx.xx.2022-ci il tarixli 2-1(102)-231/2022 saylı, xx.xx.2022-ci il tarixli 2-1(102)-1720/2022 saylı, xx.xx.2023-cü il tarixli 2-1(102)-2258/2023 saylı, xx.xx.2024-cü il tarixli 2-1(102)- 261/2024 saylı, və s.) vergi ödəyicisinin istehsal həcminin və bunun üzərindən vergiyə cəlb edilən dövriyyənin yalnız mütəxəssis rəyi ilə hesablanması vergi qanunvericiliyində nəzərdə tutulmamışdır. Yəni, qeyd olunan məhkəmə yanaşması odur ki, vergi ödəyicisinə əlavə verginin hesablanması zamanı yeganə əsas kimi çıxış edə bilməz. Bundan əlavə, cavabdeh tərəfindən müəssisənin təsisçilərə geri qaytardığı borc məbləğinə güya ödənilən faiz gəlirləri üzrə ümumilikdə 47784,8 manat məbləğində ÖMV (ödəmə mənbəyində vergi) hesablanmışdır. Bununla bağlı, müqavilələrdə təsisçinin borcu faizlə verməsi şərtləndirilməyib. Əgər belə olsaydı, borc verilən məbləğ geri qaytarıldıqda iddiaçının faizlərdən gəliri yarana bilərdi. Hazırkı halda isə müqavilələrdə belə şərt mövcud deyil və bu hal Mülki Məcəllənin 390-cı və 739.2-ci maddəsinin borc Ərizəni imzalayan şəxs haqqında məlumat: münasibətlərinin rəsmiləşdirildiyi dövrdə qüvvədə olan redaksiyasının tələblərinə uyğundur. MM-nin 739.2-ci maddəsinin 2-ci cümləsinə əsasən (xx.xx.2023-cü il tarixdən borc fəsli yeni redaksiyada verilib) müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Lakin iddiaçının təsisçi(lər)inin belə peşəkar fəaliyyətlə məşğul olmasına dair hər hansı əsas səyyar vergi yoxlaması aktında və ya yekun inzibati aktda göstərilməmişdir. Belə ki, təsisçinin yalnız öz müəssisəsinə borc verməsi onun bu fəaliyyətlə peşəkar şəkildə məşğul olması kimi qiymətləndirilə bilməz. Bundan əlavə, cavabdehin əsas götürdüyü Vergi Məcəlləsinin 123.1-ci maddəsinə görə, rezident fiziki şəxsə, qeyri-rezident fiziki şəxsin Azərbaycan Respublikasındakı daimi nümayəndəliyinə (maliyyə lizinqini həyata keçirən fiziki şəxslər istisna olmaqla) və Azərbaycan Respublikasında daimi nümayəndəliyi olmayan qeyri-rezidentə rezident tərəfindən və ya qeyri-rezidentin daimi nümayəndəliyi tərəfindən, yaxud bu cür nümayəndəliyin adından ödənilən faizlərdən, o cümlədən maliyyə lizinqi əməliyyatları üzrə ödənilən ssuda faizlərindən, gəlir bu Məcəllənin 13.2.16-cı maddəsinə uyğun olaraq Azərbaycan mənbəyindən əldə edilmişdirsə, ödəniş mənbəyində 10 faiz dərəcə ilə vergi tutulur. Göründüyü kimi, normada əsas şərt faizlərin ödənilməsidir. Hazırkı halda cavabdeh orqan heç bir halda iddiaçının təsisçiyə faiz ödədiyini sübuta yetirə bilməz, çünki belə hal baş verməyib. Kassasiya instansiyasının xx.xx.2023-cü il tarixli 2-1(102)-2215/2023 saylı və xx.xx.2023-cü il tarixli 2-1(102)-1914/2023 saylı qərarlarında qeyd edilən məzmunda mövqe bildirilmiş və vergi orqanlarının ödənilməyən faizlərə görə ÖMV hesablamasının qanunsuz olduğu bildirilmişdir. Həmçinin, işə əlavə olunan xx.xx.2022-ci il tarixli dövlət reyestrindən çıxarışdan göründüyü kimi, cavabdehin hesablama apardığı "xxxx" MMC hazırki İddiaçı MMC-yə qoşulmuşdur və iddiaçı fəaliyyətinə xitam verilən cəmiyyətin hüquqi varisidir. Bu halı səyyar vergi yoxlaması aktının 10-cu səhifəsində cavabdeh də təsdiq etsə də, hüquqi fəaliyyətinə xitam verilmiş müəssisə barəsində hesablama aparmaqla ziddiyyətli mövqe nümayiş etdirmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 55.5-ci maddəsinə görə, hüquqi şəxs başqa hüquqi şəxsin ona qoşulması şəklində yenidən təşkil edilərkən qoşulan hüquqi şəxsin fəaliyyətinə xitam verilməsi haqqında qeydin hüquqi şəxslərin dövlət reyestrinə daxil edildiyi andan birinci hüquqi şəxs yenidən təşkil edilmiş sayılır. Göstərilənləri ümumiləşdirərək, cavabdehin Vergi Məcəlləsinin 38.3.5-ci maddəsi ilə müəyyən olunan əsas olmadan səyyar vergi yoxlaması başlaması, müəssisənin fəaliyyət sahəsində təhsili və təcrübəsi olmayan şəxsin mütəxəssis kimi yoxlamaya cəlb edilməsi, məhsulun maya dəyərini təşkil edən ayrı-ayrı xərc maddələri nəzərə alınmadan yalnız yağsız quru süd əsasında çıxarılmış istehsal həcminin əsas götürülməsi, müəssisə təsisçiyə hər hansı faiz ödəmədiyi halda geri qaytarılan borc məbləğinə faizlərin tətbiqi və ÖMV hesablanması, kassasiya instansiyasının vahid təcrübəsinə əsasən mütəxəssis rəyinin vergilərin hesablanması üçün yeganə əsas kimi çıxış etməməsi, fəaliyyətinə xitam verilmiş hüquqi şəxs barəsində hesablama aparılması cavabdehin qəbul etdiyi xx.xx.2024-cü il tarixdə **********183118 nömrəli Qərarın ləğv edilməsi üçün əsaslardır.

4. Cavabdehin iddiaya yazılı etirazı onunla əsaslandırılmışdır ki, cavabdehin “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********166126 nömrəli Qərarına əsasən xx.xx.2019-cu ildən xx.xx.2022-ci ilədək olan dövr üzrə "xxxx" MMC-nin (VÖEN **********) fəaliyyəti üzrə vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir. Yoxlama ilə müəssisəyə Vergi Məcəlləsinin 159-cu maddəsinə əsasən əlavə dəyər vergisinin ümumilikdə 4737 171.3 manat azaldılması, 66903.97 manat ƏDV artıq hesablanması müəyyən edilmişdir. Müəyyən edilmiş və azaldılmış vergi məbləğinə 50% miqdarında, yəni 2368 585.65 manat maliyyə sanksiyası tətbiq edilmişdir; Vergi Məcəlləsində nəzərdə tutulmuş qaydada yoxlama ilə əhatə olunan dövrdə gəlirlərin və xərclərin uçotu aparılmadığına görə vergi ödəyicisinə Vergi Məcəlləsinin 58.8.3-cü maddəsinə əsasən rəsmiləşdirilməyən xərclərin 10 faizi miqdarında, yəni 322802,32 manat maliyyə sanksiyası tətbiq edilmişdir; - Yoxlamanın əhatə etdiyi dövrdə Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının 0.03 manat azaldılması, 28.32 manat artıq hesablanması müəyyən edilmişdir. Növbədənkənar səyyar vergi yoxlamasının nəticəsi xx.xx.2024-cü il tarixli **********166251 nömrəli səyyar vergi yoxlaması aktı ilə rəsmiləşdirilmişdir. Vergi Məcəlləsinin 42.1-ci maddəsinə əsasən vergi ödəyicisinə xx.xx.2022-ci il tarixli **********166252 nömrəli "Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” Tələbnamə xx.xx.2022-ci il tarixdə təqdim edilmişdir. Tələbnamə əsasında tələb edilmiş sənədlər MMC tərəfindən Vergi Məcəlləsinin 42.1-ci maddəsinə müvafiq olaraq göstərilmiş müddət ərzində yoxlamaya qismən təqdim edilmişdir. Baş İdarə tərəfindən vergi ödəyicisinə vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim edilməsi barədə xx.xx.2023-cü il tarixli **********081500 və xx.xx.2023-cü il tarixli **********820100 nömrəli xəbərdarlıq məktubları göndərilmişdir. Vergi yoxlamasının keçirilməsi üçün vergi orqanı tərəfindən tələb edilmiş sənədlər vergi ödəyicisi tərəfindən qismən təqdim edildiyi üçün xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə Vergi Məcəlləsinin 42.2-ci maddəsinə əsasən “Sənədlərin qismən təqdim edilməsi barədə” akt tərtib edilmiş və həmin tarixlərdə aktın bir nüsxəsi vergi ödəyicisinə təqdim edilmişdir. Daha sonra vergi ödəyicisi tərəfindən sənədlər qismən elektron formada təqdim edilmişdir (sənəd nömrələri **********865600,**********168700,**********278100,**********115100,**********153500, **********269100, **********175300, **********14070, **********256300, **********130000, **********970900). Vergi Məcəlləsinin 23-cü və 43-cü maddələrində nəzərdə tutulmuş qaydada “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” xx.xx.2023-cü il tarixli **********167658 nömrəli qərar çıxarılmışdır. Təqdim edilmiş sənədlər əsasında “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” xx.xx.2023-cü il tarixli **********175162 nömrəli protokol tərtib edilmiş və vergi ödəyişinə təqdim edilmişdir. Səyyar vergi yoxlaması zamanı vergi ödəyicisinin vergi orqanında olan uçot-baza məlumatları, vergi ödəyicisinin bank hesablarının hərəkəti barədə hesabların yerləşdiyi banklardan alınmış rəsmi məlumatlar, vergi ödəyicisi tərəfindən təqdim edilmiş sənədlər, kalkulyasiyalar, material hərəkəti və vergilərin hesablanmasına əsas verən digər sənəd və məlumatlar istifadə edilmişdir. Vergi Məcəlləsinin 23.1.3-cü maddəsinə əsasən vergi ödəyicilərinin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin saxlanılması ilə bağlı olan istehsal, anbar, ticarət və digər binalarında (ərazilərində) qanunvericiliklə nəzərdə tutulmuş qaydada baxış keçirimiş və xx.xx.2023-cü il tarixli **********167853 nömrəli protokol tərtib edilərək müəssisəyə təqdim edilmişdir. Yoxlamanın gedişatında xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövrdə "xxxx" MMC tərəfindən istehsal edilmiş məhsulların istehsal həcminin müəyyənləşdirmək məqsədi ilə Baş İdarənin "Mütəxəssisin dəvət edilməsi barədə” xx.xx.2023-cü il tarixli **********167723 nömrəli Qərarına əsasən mütəxəssis rəyinin verilməsi üçün Azərbaycan Respublikası Sənaye və Ticarət Palatasının “Azərekspertiza” Birliyinin mütəxəssisi cəlb edilmişdir. Mütəxəssis tərəfindən tərtib edilmiş mütəxəssis rəyi **********758200 nömrəli məktubla vergi orqanına təqdim edilmişdir. Təqdim edilmiş **********758200 nömrəli mütəxəssis rəyinin göstəriciləri nəzər alınaraq, müvafiq hesablamalar aparılmışdır. Mənfəət vergisi bəyannaməsinin yoxlanılması üzrə: Səyyar vergi yoxlaması ilə 2019-cu, 2021-ci və 2022ci illər üzrə mənfəət vergisi bəyannamələri əhatə olunmuşdur. Yoxlama ilə müəyyən edilmişdir ki, vergi ödəyicisi tərəfindən Vergi Məcəlləsinin 104.1-ci və 134-cü maddələrinin tələbləri pozulmuşdur. Səyyar vergi yoxlaması zamanı Vergi Məcəlləsinin 104-cü, 134-cü, 135-ci və 136-cı maddələrinin tələblərinə müvafiq olaraq vergi ödəyicisinin vergi orqanında olan uçot-baza məlumatları, vergi ödəyicisinin bank hesablarının hərəkəti barədə hesabların yerləşdiyi banklardan alınmış rəsmi məlumatlar, vergi ödəyicisi tərəfindən təqdim edilmiş sənədlər, kalkulyasiyalar, material hərəkəti və vergilərin hesablanmasına əsas verən digər sənəd və məlumatlar istifadə edilmişdir. Belə ki, vergi ödəyicisi tərəfindən təqdim edilmiş mənfəət vergisi bəyannamələrinə əsasən 2019-cu ildə müəssisənin ümumi gəlirləri 24 927 519.57 manat, gəlirdən çıxılan xərcləri 28 177 579.30 (o cümlədən: əmək haqqı 1 979 347.08 manat, sosial sığorta haqları 367 068.75 manat, malın dəyəri 18 736 726.9 manat, icarə haqqı 54 000, qaz xərci 921 239.49 manat, rabitə xərci 2 489.23 manat, bank xidmətləri üzrə xərclər 60 137.59 manat, reklam xərcləri 89197.12 manat, bilavasitə malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi) 75 091.72 manat, borca görə faizlər və onunla bağlı olan xərclər 821 504.32, amortizasiya xərci 3 181 506.08 manat, nəqliyyat xərci 904 226.68 manat, sığorta üzrə xərclər 103 070.13 manat, digər xərclər 618 781.03, gəlirdən çıxılan vergilər və yığımlar 263 193.18 manat) manat olmaqla hesabat dövündə 3 250 059.73 manat zərər məbləği yaranmışdır. 2020-ci ildə müəssisənin ümumi gəlirləri 24 157 777.45 manat, gəlirdən çıxılan xərcləri 28 520 541.03 (o cümlədən: əmək haqqı 2 429 325.80 manat, sosial siğorta haqları 447 213.91 manat, malın dəyəri 20 263 082.80 manat, icarə haqqı 32 992.00 manat, enerji xərci 651 535.88 manat, qaz xərci 167 621.69 manat, su və kanalizasiya xərcləri 81 017.53 manat, rabitə xərci 10 434.69 manat, amortizasiya xərci 4 097 611.56 manat, siğorta üzrə xərclər 119 105.25 manat, gəlirdən çıxılan vergilər və yığımlar 220 599.92 manat) manat olmaqla hesabat dövündə 4 362 763.58 manat zərər məbləği yaranmışdır. 2021-ci ildə müəssisənin ümumi gəlirləri 33 075 809.00 manat, gəlirdən çıxılan xərcləri 38 444 055.44 (o cümlədən: əmək haqqı 2 139 940.05 manat, sosial siğorta haqları 417 312.09 manat, xammal materiallar 28 225 077.00 manat, icarə haqqı 39 408.00 manat, enerji xərci 674 306.60 manat, qaz xərci 162 505.11 manat, su və kanalizasiya xərcləri 105 300.34, rabitə xərci 51 693.21 manat, bank xidmətləri üzrə xərclər 123 669.00 manat, reklam xərci 36 108.24 manat, bilavasitə malların təqdim edilməsi ilə bağlı sair xərclər 162 666.09 manat, borca görə faizlər və onunla bağlı xərclər 1 862 454.00 manat, amortizasiya ayrımları 3 801 693.00 manat, təmir xərcləri 13 781.98 manat, nəqliyyat xərcləri 65 770.00 manat, siğorta üzrə xərclər 65 199.12 manat, digər xərclər 421 161.48 manat, gəlirdən çıxılan vergilər və yığımlar 197 859.63 manat, ümumi gəlirdən çıxılmayan xərclər 121 849.50 manat) manat olmaqla hesabat dövündə 5 368 246.44 manat zərər məbləği yaranmışdır. Müəssisə yoxlanılan dövrdə təqdim edilmiş elektron qaimə faktura məlumatlarına əsasən kakao, şokolad və şəkərdən qənnadı məmulatlarının istehsalı və topdan satışı fəaliyyəti ilə məşğul olmuşdur. Müəssisəyə xx.xx.2022-ci il tarixli **********166252 nömrəli “Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” Tələbnamə təqdim edilmişdir. Səyyar vergi yoxlaması zamanı vergi ödəyicisinin vergi orqanında olan uçot-baza məlumatları, vergi ödəyicisinin bank hesablarının hərəkəti barədə hesabların yerləşdiyi banklardan alınmış rəsmi məlumatlar, vergi ödəyicisi tərəfindən təqdim edilmiş sənədlər, kalkulyasiyalar material hərəkəti və vergilərin hesablanmasına əsas verən digər sənəd və məlumatlar istifadə edilmişdir. Vergi ödəyicisi tərəfindən istehsal olunmuş məhsulların real istehsal həcmini müəyyənləşdirilməsi üçün yoxlama zamanı Vergi Məcəlləsinin 45-ci maddəsinə əsasən mütəxəssis cəlb olunmasına zərurət yaranmışdır. Vergi ödəyicisi yoxlanılan dövr üçün real istehsal olunmuş məhsulların (əmtəələrin qablaşdırılması üçün plastik məmulatlarin istehsalı) həcminin müəyyənləşdirilməsi məqsədi ilə Baş İdarə tərəfindən xx.xx.2023-cü il tarixli **********167723 nömrəli “Mütəxəssisin dəvət edilməsi haqqında” Qərar çıxarılaraq Azərbaycan Respublikası Sənaye və Ticarət Palatasının “Azərekspertiza” Birliyinin (VÖEN: **********) mütəxəssisi X4 mütəxəssis kimi dəvət olunmuşdur. Müəssisə tərəfindən məhsulların istehsalında istifadə olunan xammal materialın alışı, satışı, dövrün əvvəlinə və sonuna qalıqlar barədə məlumatlar, yoxlama dövründə hər il üzrə xammalın əvvələ və sona qalıqlar, kalkuyasiyalar mütəxəssisə təqdim edilmişdir. Mütəxəssis tərəfindən istehsal olunan məhsulların həcmi barədə rəy hazırlanaraq yoxlamaya təqdim edilmişdir. Mütəxəssis rəyinə əsasən hesablama mexanizmi aşağıdakı qaydadada aparılmışdır: MMC-nin elektrik enerjisi və təbii qazla qidalandıran qurğulardan qonşu müəssisənin elektrik və təbii qaz sərfiyyatçıları qidalandırıldığı və bu qurğuların üzərində quraşdırılmış sərfiyyat sayğacları qonşu müəssisənin sərfiyyatını qeyd etdiyi üçün MMC-nin istehsal həcmin istehsal vahidinə sərf olunan elektrik enerjisi və təbii qaz sərfiyyatına əsasən hesablamaq məqsədəmüvafiq hesab edilmədi. Bu səbəbdən istehsal həcmi MMC tərəfindən təqdim edilmiş resepturalara uyğun olaraq, istehsal vahidinə sərf olunmuş yağsız quru südün miqdarına uyğun olaraq hesablanmışdır. Bunun üçün MMC-nin qərarda göstərilən dövrü əhatə edən müddət ərzində illər üzrə idxal etdiyi və daxili bazardan aldığı xammal yağsız quru südün və dövrün əvvəlinə və sonuna yağsız quru südün qalıq miqdarları müəyyən edildi. Resepturalara uyğun olaraq illər üzrə istehsal olunmuş məhsulların çeşidlərinə uyğun çəkiləri resepturada göstərilən yağsız quru südün miqdarına vurularaq istehsala sərf olunmuş yağsız quru südün silgi miqdarı müəyyən edildi. Yağsız quru süd sərfiyyatından qalıq, resapturaya əsasən istehsal olunmuş məhsullara sərf olunmuş yağsız quru südün orta sərfiyyatına uyğun bölünərək istehsal oluna biləcək qənnadı məhsulunun miqdarı müəyyən edildi. Belə ki, MMC-nin məlumatına əsasən; xx.xx.2019-xx.xx.2019 dövr üzrə yağsız quru süd alışı 66500 kq., xx.xx.2019-cu il tarixə yağsız quru süd qalığı 3854,84 kq., xx.xx.2019- cu il tarixə yağsız quru süd qalığı 36454,9 kq., yağsız quru süd satışı 0,0 kq. (66500+3854,84)-(36454,9+0,0)=33899,94 kq, dövr ərzində resepturaya uyğun yağsız quru süd silgisi 20668.96 kq, quru yağsız süd alışından və sərfiyyatından yaranan fərq 33899,94- 20668,96=13 230,98 kq, yaranan yağsız quru süd fərqi üzrə tərkibində yağsız quru süd olan topdan satılan 39 çeşid şiriniyyat məhsullarının (Estella stet yer fısdıgı 4 kq, Kokosoviy mir 5 kq, Maredo avıano 4kg, Maredo choco kismis floupak 5 kg və s) reseptura üzrə yaranan istehsal həcmi 716858,38 kq. MMC-nin məlumatına əsasən; xx.xx.2020-xx.xx.2020 dövr üzrə yağsız quru süd alışı 260 000 kq, xx.xx.2020-ci il tarixə yağsız quru süd qalığı 36454,9 kq, xx.xx.2020-cu il tarixə yağsız quru süd qalığı 21676,64 kq, yağsız quru süd satışı 0,0 kq. (260000+36454,9)- (21676,64+0,0)=274778.26 kq, dövr ərzində resepturaya uyğun yağsız quru süd silgisi 158527,25, quru yağsız süd alışından və sərfiyyatından yaranan fərq 274778.26 -158527,25= 116 251.01 kq yaranan yağsız quru süd fərqi üzrə tərkibində yağsız quru süd olan 207 çeşid (Alısa amelon 5*1 kg, Alisa amor coco şokolad 5*1 kq, Jelly glaze limon 20*250 gr, Alisa batoncik 5 kg, Alisa classic ciyelek 4.5 kg, Belore choco night 10*500 gr, Belore bomond almond 4*1 kq və s) topdan satılan şiriniyyat məhsullarının reseptura üzrə yaranan istehsal həcmi 5105043.44 kq. MMC-nin məlumatına əsasən xx.xx.2021-xx.xx.2021 dövr üzrə yağsız quru süd alışı 321 332.76 kq., xx.xx.2021-ci il tarixə yağsız quru süd qalığı 21676,64 kq., xx.xx.2021-ci il tarixə yağsız quru süd qalığı 2091,23 kq, quru süd satışı 0,0 kq. (321 332.76+21676,64)- (2091,23+0,0)=340918.17 kq., dövr ərzində resepturaya uyğun yağsız quru süd silgisi 288405,94 kq., quru süd alışından və sərfiyyatından yaranan fərq (340918.17- 288405,94=52512.23), yaranan yağsız quru süd fərqi üzrə tərkibində yağsız quru süd olan 264 çeşid (De monte vafli çiyelek 84*40 gr, Choco make floupak duyu 5*1 kg (bolluq), Belore bomond cappucıno 4 kg (yeni) və s) topdan satılan şiriniyyat məhsullarının reseptura üzrə yaranan istehsal həcmi 2035280.21 kq müəyyənləşdirilmişdir. Səyyar vergi yoxlaması vergi orqanının baza məlumatları və təqdim edilmiş mütəxəssis rəyinə əsasən aparılmışdır. Müəssisə tərəfindən xammal-material qalığı illik təqdim edildiyi üçün, o cümlədən hər il üzrə dövrün əvvəlinə, sonuna qalıqlar və alış-satış məlumatlarına uyğun olaraq mütəxəssis tərəfindən istehsal həcmi illik təqdim edilmişdir. Müəssisə tərəfindən təqdim edilmiş məhsullar uzrə elektron qaimə fakturalara əsasən müəssisənin özü tərəfindən tətbiq edilən orta qiymətlər götürülərək illər üzrə əlavə dövriyyə hesablanmışdır. Yoxlama ilə müəssisənin 2019-cu il üzrə yoxlama dövrünü əhatə edən noyabr və dekabr ayları üzrə mütəxəssis rəyinə əsasən əlavə istehsal olunmuş məhsulların həcmini müəssisə tərəfindən təqdim edilən elektron-qaimə fakturalarda göstərilən qiymətlər tətbiq edilməklə əlavə 1 645 316.29 manat dövriyyə olduğu müəyyən edilmişdir. Mütəxəssis tərəfindən təqdim edilən rəyə əsasən əlavə istehsal həcminə müəssisə tərəfindən təqdim edilmiş məhsul növləri üzrə kalkulasiyalara uyğun olaraq 1331426.39 manat xərc müəyyən edilmişdir. Yoxlama ilə müəssisənin 2019-cu il üzrə ümumi gəlirləri 26 636 759.03 manat (e-qaimə üzrə 17441382,63 manat və kassa üzrə 1192720,72 manat, ixrac 6357339.39 manat, mütəxəssis rəyinə əsasən hesablanmış əlavə 1 645 316.29 manat), xərcləri 28 282 582.23 manat ( o cümlədən: əmək haqqı 1 979 347.08 manat, sosial siğorta haqları 367 068.75 manat, malın dəyəri 18 736 726.9 manat əlavə istehsal həcminə kalkulasiyalara uyğun olaraq 1331426.39 manat, icarə haqqı 68003.19, enerji xərci 678239.91 manat, qaz xərci 155363.26 manat, su və kanalizasiya xərci 90384.56 manat, rabitə xərci 2 489.23 manat, bank xidmətləri üzrə xərclər 60 530.72 manat, reklam xərcləri 87 159.28 manat, amortizasiya xərci 3 181 506.08 manat, nəqliyyat xərci 835544.01 manat, sığorta üzrə xərclər 102567.13 manat, digər xərclər 343032.56, gəlirdən çıxılan vergilər və yığımlar 263 193.18 manat) olmaqla 26 636 759.03- 28 282 582.23 = 1 645 823.2 manat zərər məbləği müəyyən edilmişdir. 2020-ci il yoxlama ilə müəssisənin 2020-ci il üzrə ümumi gəlirləri ********.91 manat (e-qaimə üzrə 17 478 118,61 manat və kassa üzrə 2 176 447,70 manat, ixrac 4 555 582,78 manat, mütəxəssis rəyinə əsasən hesablanmış əlavə 17 452 475.82 manat), xərcləri 44 248 451.53 manat (o cümlədən: əmək haqqı 2 429 325.80 manat, sosial siğorta haqları 447 203.92 manat, malın dəyəri 35 986 755.83 manat, icarə haqqı 35492.0 manat, enerji xərci 651 535.88 manat, qaz xərci 167 621.69 manat, su və kanalizasiya xərcləri 81 017.53 manat, rabitə xərci 13605.65 manat, amortizasiya xərci 4 097 611.56 manat, siğorta üzrə xərclər 117681.75 manat, gəlirdən çıxılan vergilər və yığımlar 220 599.92 manat)olmaqla 41 662 624.91 - 44 248 457.39 = 2 585 826.62 manat zərər məbləği müəyyən edilmişdir. 2021-ci il üzrə yoxlama ilə müəssisənin ümumi gəlirləri 40 490 087.84 manat (e-qaimə üzrə 25 149 023,04 manat və kassa üzrə 369131,21 manat, ixrac 7966624,11 manat, mütəxəssis rəyinə əsasən hesablanmış əlavə 7 005 309,41 manat), xərcləri 44 502 163.29 manat(o cümlədən: əmək haqqı 2 139 940.05 manat, sosial siğorta haqları 417306.37 manat, xammal materiallar 34 116 858.36 manat, icarə haqqı 39 408.00 manat, enerji xərci 674 306.60 manat, qaz xərci 162 505.11 manat, su və kanalizasiya xərcləri 93844.01, rabitə xərci 59167.18 manat, bank xidmətləri üzrə xərclər 124118.72 manat,reklam xərci 36757.72 manat, bilavasitə malların təqdim edilməsi ilə bağlı sair xərclər 163723.03 manat, borca görə faizlər və onunla bağlı xərclər 1 780 854.80 manat, amortizasiya ayrımları 3 801 693.00 manat, təmir xərcləri 13 781.98 manat, nəqliyyat xərcləri 65 770.00 manat, siğorta üzrə xərclər 134200.75 manat, digər xərclər 480067.98 , gəlirdən çıxılan vergilər və yığımlar 197 859.63 manat) olmaqla 40 490 087.84 - 44 502 163.29 = 4012075.45 manat zərər məbləği müəyyən edilmişdir. Əlavə dəyər vergisi yoxlaması üzrə: Vergi ödəyicisi tərəfindən yoxlanılan dövr üzrə təqdim olunmuş əlavə dəyər vergisi hesabatlarının düzgünlüyü yoxlanıldı və aşağıdakılar müəyyən olundu: Müəssisə ƏDV məqsədləri üçün qeydiyyat haqqında xx.xx.2003-cü il tarixli ərizəni vergi orqanına təqdim etmiş və ƏDV qeydiyyatı 01.04.203-cı il tarixdən qüvvəyə minmişdir. Vergi ödəyicisi tərəfindən **********500600 nömrəli ƏDV qeydiyyatının ləğvi ərizəsi təqdim etmişdir və xx.xx.2022-ci il tarixdən ƏDV qeydiyyatı ləğv edilmişdir. Müəssisə tərəfindən xx.xx.2022-ci il tarixli **********839000 nömrəli hüquqi şəxsin ləğv etmə ərizəsi təqdim etmişdir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən İddiaçı MMC (VÖEN: **********) "xxxx" MMC-nin (VÖEN: **********) ona qoşulması yolu ilə yenidən təşkil edilmiş və onun hüquqi varisi olması barədə xx.xx.2022ci il tarixli **********485600 nömrəli Çıxarış qeydiyyata alınmışdır.Yoxlama ilə ƏDV üzrə xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixə qədər olan dövr üzrə təqdim edilmiş ƏDV bəyannamələri əhatə olundu. Səyyar vergi yoxlaması zamanı vergi ödəyicisinin vergi orqanında olan uçot-baza məlumatları, vergi ödəyicisinin bank hesablarının hərəkəti barədə hesabların yerləşdiyi banklardan alınmış rəsmi məlumatlar, vergi ödəyicisi tərəfindən təqdim edilmiş sənədlər, kalkulyasiyalar material hərəkəti və vergilərin hesablanmasına əsas verən digər sənəd və məlumatlar istifadə edilmişdir. Vergi ödəyicisi tərəfindən istehsal olunmuş məhsulların real istehsal həcmini müəyyənləşdirilməsi üçün yoxlama zamanı Vergi Məcəlləsinin 45-ci maddəsinə əsasən mütəxəssis cəlb olunmasına zərurət yaranmışdır. Vergi ödəyicisi yoxlanılan dövr üçün real istehsal olunmuş məhsulların (əmtəələrin qablaşdırılması üçün plastik məmulatlarin istehsalı) həcminin müəyyənləşdirilməsi məqsədi ilə Baş İdarə tərəfindən xx.xx.2023-cü il tarixli **********167723 nömrəli “Mütəxəssisin dəvət edilməsi haqqında” Qərar çıxarılaraq Azərbaycan Respublikası Sənaye və Ticarət Palatasının “Azərekspertiza” Birliyinin (VÖEN: **********) mütəxəssisi X4 mütəxəssis kimi dəvət olunmuşdur. Müəssiə tərəfindən məhsulların istehsalında istifadə olunan xammal materialın alış, satış, dövrün əvvəlinə və sonuna qalıqlar barədə məlumatlar, yoxlama dövründə hər il üzrə xammalın əvvələ və sona qalıqlar, kalkuyasiyalar mütəxəssisə təqdim edilmişdir. Mütəxəssis tərəfindən istehsal olunan məhsulların həcmi barədə rəy hazırlanaraq yoxlamaya təqdim edilmişdir. Səyyar vergi yoxlaması vergi orqanının baza məlumatları və təqdim edilmiş mütəxəssis rəyinə əsasən aparıldı. Müəssisə tərəfindən xammal-material qalığı illik təqdim edildiyi üçün, o cümlədən hər il üzrə dövrün əvvəlinə, sonuna qalıqlar və alış-satış məlumatlarına uyğun olaraq mütəxəssis tərəfindən istehsal həcmi illik təqdim edilmişdir. Təqdim edilən mütəxəssis rəyinə əsasən müəssisə tərəfindən istehsal olunan məhsullar (şkolad, karamel və sair şirniyyat məhsulları çeşidləri üzrə) növləri üzrə istehsal həcmi 2019- cu ildə noyabr və dekabr ayları üzrə əlavə olaraq cəmi 716858.38 kq, 2020-ci il üzrə 5105043.44 kq, 2021-ci il üzrə 2035280.21 kq müəyyənləşdirilmişdir. Müəssisə tərəfindən təqdim edilmiş məhsullar uzrə elektron qaimə fakturalara əsasən müəssisənin özü tərəfindən tətbiq edilən orta qiymətlər götürülərək ƏDV məqsədləri üçün illər üzrə əlavə dövriyyə hesablandı (ƏDV-nin müqayisəli cədvəl akta əlavə olunur). Mütəxəssis tərəfindən təqdim edilmiş rəyə əsasən müəyyən olunmuş əlavə istehsal həcminə müəssisənin özü tərəfindən təqdim edilmiş qiymətlər tətbiq edildiyi üçün ekspert rəyinə zərurət yaranmamışdır. Mütəxəssis tərəfindən təqdim edilmiş rəyə əsasən 2019-cu il yoxlama dövründə 716858.38 kq şokolad, karamel və sair şirniyyat məhsulları çeşidləri üzrə müəssisə tərəfindən təqdim edilmiş elektron qaimə fakturalara əsasən müəssisənin özü tərəfindən tətbiq edilən orta qiymətlər götürülərək əlavə 1 645 316.29 manat əlavə dövriyyə və və həmin məbləğdən 296156.93 manat (1 645 316.29*18%) əlavə dəyər vergisi hesablandı. Əlavə olaraq, təqdim edilmiş 2019-cu ilin dekabr ayı üzrə bəyannamə məlumatlarına əsasən əvəzləşməyə təqdim edilmiş **********6506 nömrəli yük gömrük bəyannaməsi üzrə ƏDV məbləği 6020.85 manat eyni nömrəli yük gömrük bəyannaməsi üzrə ƏDV məbləği 43.2 manat təşkil etdiyi üçün 5977.65 manat kənarlaşma yaranmışdır. 2020-ci ilin yoxlama dövründə 5105043.44 kq şokolad, karamel və sair şirniyyat məhsulları çeşidləri üzrə müəssisə tərəfindən təqdim edilmiş elektron qaimə fakturalara əsasən müəssisənin özü tərəfindən tətbiq edilən orta qiymətlər götürülərək əlavə ********.82 manat əlavə dövriyyə və və həmin məbləğdən 3141445.65 manat (********.82 *18%) əlavə dəyər vergisi hesablanmışdır. 2021-ci ilin yoxlama dövründə 2035280.21 kq. şkolad, karamel və sair şirniyyat məhsulları çeşidləri üzrə müəssisə tərəfindən təqdim edilmiş elektron qaiməfakturalara əsasən müəssisənin özü tərəfindən tətbiq edilən orta qiymətlər götürülərək əlavə 7005309.41 manat əlavə dövriyyə və və həmin məbləğdən 1260955.69 manat (7005309.41 *18%) əlavə dəyər vergisi hesablanmışdır. Vergi ödəyicisinin ƏDV qeydiyyatı xx.xx.2022-ci ildən ləğv edilmişdir. Səyyar vergi yoxlaması ilə 2022-ci ilin yanvar ayı üzrə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək hesablanmalı ƏDV məbləği - 61977.22 manat (bank çıxarışları üzrə daxilolma 382440.3 manat, ixrac üzrə təqdim etmə 77180 manat, ixrac üzrə daxilolma 367230.7 manat, yük gömrük bəyannamələri üzrə əzələşdirilməli olan məbləğ 11716.85 manat, elektron qaimə- fakturalar üzrə əzələşdirilməli olan məbləğ 119099.62 manat (382440.3*18%=68839.25- 117xx.xx- 119099.62=-61977.22) və müəssisə tərəfindən təqdim edilmiş bəyannaməyə əsasən 4926.75 manat müəyyən edilmişdir. Beləliklə, 2022-ci ilin yanvar ayı üzrə 4926.75-(- 61977.22) = 66903.97 manat artıq hesablanması müəyyən edildi. ƏDV bəyannaməsini təqdim etmə və əvəzləşdirilmə hüququ olmadığından 2022-ci ilin fevral ayında 32081.36 manat və mart ayında 554.02 manat əvəzləşdirilən məbləğ azaldılmışdır. Beləliklə, ümumi olaraq 4737171.3 manat ƏDV-nin azaldılması və 66903.97 manat ƏDV-nin artıq hesablanması müəyyən edilmişdir. Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən əlavə dəyər vergisinin hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldıldığına görə azaldılmış və ya yayındırılmış 4737171.3 manat vergi məbləğinin 50 faizi miqdarında, yəni 2368585.65 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir.

5. Vergi ödəyicisinin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2024-cü il tarixli **********183118 nömrəli qərara əsasən: 4 731464,21 manat məbləğində vergilərin əlavə hesablanması, 46 430,97 manat artıq hesablanması, 2 715280,41 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir.

6. Vergi ödəyicisinin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərara düzəliş edilməsi haqqında xx.xx.2024-cü il tarixli **********183648 nömrəli qərara əsasən: 4 704535,21 manat məbləğində vergilərin əlavə hesablanması, 75 666,91 manat artıq hesablanması, 2 691388 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir.

7. Məhkəmənın hazırlıq icraatı üzrə iclasında, eləcə də şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclası) iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi.

8. Şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclası) iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə təqdim edilmiş yazılı etirazı müdafiə etdi.

İİ. İddianın növü və mümkünlüyü

9. İPM-in 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

10. Mübahisələndirilən qərar inzibati aktdır. İddia mümkündür.

İV. Məhkəmənin mövqeyi

11. İddia tələbi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2024-cü il tarixdə **********183118 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarının və xx.xx.2024-cü il tarixli **********183648 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərara düzəlişin edilməsi haqqında” Qərarının ləğv edilməsidir.

12. Məhkəmə ilk olaraq qeyd edir ki, iş materialında olan xx.xx.2022-ci il tarixli Kommersiya hüquqi şəxsin dövlət reyestrindən çıxarışına əsasən cavabdehin hesablama apardığı "xxxx" MMC hazırkı İddiaçı MMC-yə qoşulmuşdur və iddiaçı fəaliyyətinə xitam verilən cəmiyyətin hüquqi varisidir.

13. "xxxx" MMC barəsində səyyar vergi yoxlaması Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən təyin edilsə də, həmin maddəyə uyğun olaraq Cəmiyyətin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətlərinin hansı mənbəyi bəlli məlumat əsasında əldə edildiyi yoxlamanın təyin edilməsi barədə qərarda əsaslandırılmamışdır.

14. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 38.3. Növbədənkənar vergi yoxlaması vergi orqanları tərəfindən aşağıda göstərilən hallarda keçirilə bilər: 38.3.5. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətləri müəyyən edildikdə;

15. İş materiallarında olan xx.xx.2022-ci il tarixli səyyar vergi yoxlamasının keçirilməsi barədə Qərarda vergidən yayınma və vergi qanunvericiliyinin pozulması risklərinin məzmunu aşağıdakı şəkildə qeyd edilmişdir: - vergi orqanlarında mövcud olan uçot-baza məlumatlarına əsasən təqdim edilmiş mənfəət (gəlir) vergisi bəyannaməsində əks etdirilmiş xərclərin təsdiqedici sənədlər ilə müəyyən edilməməsi, risklərin təsviri – təqdim edilmiş mənfəət vergisi bəyannamələrində xammal-material xərclərinin istehsal xərcləri ilə müqayisədə daha yüksək əks etdirilməsi.

16. Qeyd olunmalıdır ki, Vergi Məcəlləsinin 38.3.5-ci maddəsində nəzərdə tutulan vergi orqanının əldə etdiyi mənbəyi bəlli məlumat dedikdə, yoxlamaların vahid məlumat reyestrində qeydiyyat aparılmadan hər hansı vergi ödəyicisinin əməliyyatlarının vergi orqanı tərəfindən emal olunaraq bunun əsasında yoxlama təyin edilməsini deyil, digər məlumat mənbələrini nəzərdə tutur. Vergi orqanının hər hansı əsas olmadan öz təşəbbüsü ilə səyyar vergi yoxlamasının təyin edilməsi üçün “növbəti” yoxlama növü mövcuddur. Təsadüfi deyildir ki, “Yoxlamaların vahid məlumat reyestri və aparılması qaydası haqqında” Əsasnamənin 3.4.14-cü bəndinə görə, reyestrə daxil edilməli məlumatlardan biri də yoxlamanın plan üzrə (növbəti) və ya plandankənar (növbədənkənar) olduğu halda onun təyin edilməsi üçün əsaslardır.

17. Vergi orqanının reyestrdə qeydə alınmış yoxlama olmadan öz daxili bazası əsasında araşdırma apararaq hələ yoxlamanın başlanması üçün əsas yaratması isə öz-özlüyündə Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinin mahiyyətinə uyğun deyildir.

18. Növbədənkənar səyyar vergi yoxlamasının Vergi Məcəlləsinin 38.3.5-ci maddəsi ilə müəyyən olunan mənbəyi bəlli məlumat olmadan həyata keçirilməsi dəfələrlə kassasiya instansiyasının qərarlarında pozuntu kimi qiymətləndirilərək qərarın ləğv olunmasının əsası kimi göstərilmişdir. İddiaçının ərizədə qeyd etdiyi Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(102)-1969/2022 saylı (sədrlik edən X.Məmmədov), xx.xx.2022-ci il tarixli 2-1(102)-669/2022 saylı (sədrlik edən S.Kərimov), xx.xx.2022-ci il tarixli 2-1(102)-1480/2022 saylı (sədrlik edən R.Nəbizadə), xx.xx.2022-ci il tarixli 2-1(102)-1255/2022 saylı (sədrlik edən N.Rəsulbəyova), xx.xx.2022-ci il tarixli 2- 1(102)-23/2022 saylı (sədrlik edən K.Bədəlov), xx.xx.2024-cü il tarixli 2-1(102)-751/2024 saylı (sədrlik edən X.Məmmədov) qərarlarında yoxlamanın təyin edilməsinin əsaslandırılmamasına görə keçirilən inzibati icraatın qanunsuz olduğunu müəyyən edilmişdir.

19. Səyyar vergi yoxlaması aktının 2-ci səhifəsində aktın tərtibi müddətinin uzadılması ilə əlaqədar xx.xx.2024-cü il tarixli **********180404 nömrəli qərar qəbul edildiyi göstərilmişdir. Vergi Məcəlləsinin 38.2-ci maddəsinə görə, yuxarı vergi orqanının əsaslandırılmış qərarına əsasən səyyar vergi yoxlamasının nəticələri üzrə aktın tərtibi müddəti 30 iş günündən çox olmayan müddətə aşağıdakı hallarda uzadıla bilər: nümunə kimi götürülən əşyaların tədqiqi, səyyar vergi yoxlaması zamanı ekspertizanın keçirilməsi və ya mütəxəssis tərəfindən rəy verilmə üçün müxtəlif bilik sahələrindən istifadə etməklə aparıldıqda; səyyar vergi yoxlaması ilə əlaqədar vergi orqanları tərəfindən göndərilən sorğulara cavabların alınma müddətləri cavab göndərən şəxslər tərəfindən pozulduqda.

20. Cavabdehin iş materiallarına əlavə etdiyi aktın tərtibi müddətinin uzadılması barədə qərardan göründüyü kimi, Vergi Məcəlləsi ilə müəyyən olunan əsas üzrə aktın tərtibi müddəti uzadılmamışdır.

21. Həmçinin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cavabdeh tərəfindən həyata keçirilən hesablamaların əsasını Sənaye və Ticarət Palatası yanında “Azərekspertiza” Birliyinin təqdim etdiyi xx.xx.2024-cü il tarixli mütəxəssis rəyi təşkil etmişdir. Belə ki, həmin qurumdan X4 mütəxəssis kimi dəvət olunmuşdur.

22. İddiaçının iddia ərizəsində istinad etdiyi dəlillərdən biri də bundan ibarət olmuşdur ki, dəvət olunan B.Əliyevin müəssisənin fəaliyyət sahəsi üzrə bilik və təcrübəsi yoxdur və o, mütəxəssis qismində yoxlamaya cəlb edilə bilməzdi.

23. Məhkəmə araşdırması zamanı cavabdehdən rəyi təqdim edən şəxsin müəssisənin fəaliyyət sahəsinə dair bilik və təcrübəsini təsdiq edən sənədlər tələb olunmuşdur. Cavabdeh məhkəmə iclasında B.Əliyevə məxsus diplomun kserosurətini təqdim etmişdir. Həmin sənədə baxış keçirilən zaman müəyyən olunmuşdur ki, “специальность” (ixtisas) qrafasında “електронные” (elektron) qeydi əks olunmuşdur. Göründüyü kimi, yoxlamaya cəlb olunan şəxsin müəssisənin fəaliyyət sahəsinə dair hər hansı bilik və təcrübəsi müəyyən olunmur.

24. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 45.1. Səyyar vergi yoxlamasının keçirilməsi zamanı bilavasitə vergi orqanlarının fəaliyyət dairəsinə aid olmayan sahələr üzrə xüsusi bilik və təcrübə tələb olunduqda, vergi orqanlarının rəhbərinin (onun müavininin) qərarına əsasən mütəxəssis dəvət oluna bilər. 45.2. Mütəxəssisin xüsusi bilik və təcrübəsi olmalıdır və o, işin nəticələrində maraqlı olmamalıdır. Bu şərtlərə cavab verməyən mütəxəssisin rəyi vergi orqanları tərəfindən istifadə oluna bilməz.

25. Bundan əlavə, məhkəmə araşdırması ilə müəyyən olunur ki, B.Əliyev tərəfindən müəssisənin istehsal etdiyi məhsulların tərkibini təşkil edən komponentlərdən yalnız yağsız quru süd əsas götürülməklə rəy təqdim edilmişdir. Halbuki, istehsala sərf olunmuş digər xərc maddələri də nəzərə alınmaqla rəy təqdim olunmalı idi. Bununla belə, cavabdeh vergilərin hesablanmasında qeyd olunan rəylə kifayətlənə bilməzdi.

26. Məhkəmə xüsusilə bildirir ki, mütəxəssis rəyi əsasında vergilərin hesablanmasına münasibətdə kassasiya instansiyasının formalaşmış vahid məhkəmə təcrübəsinə görə, (AR Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(102)-1356/2022 saylı, xx.xx.2021-ci il tarixli 2-1(102)-1161/2021 saylı, xx.xx.2022-ci il tarixli 2-1(102)-1299/2022 saylı, xx.xx.2022-ci il tarixli 2-1(102)-386/2022 saylı, xx.xx.2021-ci il tarixli 2-1(102)-862/2021 saylı, xx.xx.2022-ci il tarixli 2-1(102)-1480/2022 saylı, xx.xx.2022-ci il tarixli 2-1(102)- 532/2022 saylı, xx.xx.2022-ci il tarixli 2-1(102)-231/2022 saylı, xx.xx.2022-ci il tarixli 2- 1(102)-1720/2022 saylı, xx.xx.2023-cü il tarixli 2-1(102)-2258/2023 saylı, xx.xx.2024-cü il tarixli 2-1(102)-261/2024 saylı, və s.) vergi ödəyicisinin istehsal həcminin və bunun üzərindən vergiyə cəlb edilən dövriyyənin yalnız mütəxəssis rəyi ilə hesablanması vergi qanunvericiliyində nəzərdə tutulmamışdır. Başqa sözlə, mütəxəssis rəyi əlavə vergi hesablanmasının yeganə əsası kimi çıxış edə bilməz.

27. Bundan başqa məhkəmə qeyd edir ki, yoxlama aktının 64-cü səhifəsində 3-cü bəndlə iddiaçının Vergi Məcəlləsinin 58.8.2-ci maddəsinə əsasən sənədsiz mal alışına görə 2020ci il üzrə 304757,23 manat, 2021-ci il üzrə isə 18045,09 manat maliyyə sanksiyası tətbiq edilməsi göstərilmişdir. Lakin xx.xx.2024-cü il tarixli inzibati aktın sonuncu səhifəsində “Digər qeydlər” hissəsində yoxlama aktının 64-cü səhifəsində Vergi Məcəlləsinin 58.8.2-ci sözlərinin və “qərara alıram” hissəsindəki “58.7-1-ci maddəsinə əsasən” sözlərinin “Vergi Məcəlləsinin 58.8.3-cü maddəsi” sözləri kimi oxunması qeyd olunmuşdur.

28. Məhkəmə bununla bağlı bildirir ki, cavabdehin yoxlama aktında qeyd etdiyi məzmun malların sənədsiz alışı ilə əlaqədardır. Yəni, inzibati icraat yalnız bununla bağlı aparılmışdır. Sonradan inzibati akt qəbul edərkən Vergi Məcəlləsinin 58.8.3-cü maddəsini əhatə edən istiqamətdə inzibati icraat aparılmadan birbaşa inzibati aktda normanı əlavə etməklə şəxsin vergi məsuliyyətinə cəlb edilməsi “İnzibati icraat haqqında Qanun”un tələblərinə uyğun deyildir.

29. Cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixdə xx.xx.2024-cü il tarixli inzibati akta düzəliş olunaraq təsisçinin müəssisəyə verdiyi borc qaytarılarkən hesablanan faiz hissəsi ləğv edilmişdir. Buna baxmayaraq həmin düzəliş qərarında ilkin hesablama qərarında nəzərdə tutulan əlavə hesablama məbləğləri yenidən əks olunmuşdur. İddiaçı qeyd olunan səbəbdən iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim etdiyini və həmin qərarın da gələcəkdə iddiaçının hüquqlarına toxuna biləcəyini ehtimal edərək ləğv olunmasını xahiş etmişdir.

30. Məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, cavabdehin xx.xx.2024-cü il tarixli inzibati aktı ləğv edilməmiş, xx.xx.2024-cü il tarixli qərarla ilkin inzibati aktın 76398.3 manat hissəsi azaldılmışdır. Lakin cavabdeh xx.xx.2024-cü il tarixli qərarla ilkin hesablama məbləğlərini yenidən əlavə hesablama kimi əks etdirmişdir ki, məhkəmə qeyd olunanların cavabdehin proqram təminatının texniki uyğunsuzluğu kimi qiymətləndirir.

31. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli **********183118 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarı və xx.xx.2024-cü il tarixli **********183648 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərara düzəlişin edilməsi haqqında” Qərarı əsassız olduğundan ləğv edilməlidir.

32. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

33. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

34. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:

İddia təmin edilsin. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli **********183118 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarı və xx.xx.2024-cü il tarixli **********183648 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərara düzəlişin edilməsi haqqında” Qərarı ləğv edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Ləman Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar