Məhkəmə qərarları › İş №e-2-1(112)-9283/2024

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(112)-9283/2024

15.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-1(112)-9283/2024 15.08.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə qarşı “icra ödənişinin geri qaytarılması” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Binəqədi rayon icra şöbəsinin icra məmuru R.Muradov tərəfindən xx.xx.2022-ci il tarixdə icra ödənişinin alınması barədə qərar ləğv edildiyindən 34.234 (otuz dörd min iki yüz otuz dörd) manat icra ödənişinin geri qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı Kommersiya məhkəməsinin 2-2(113)-199/2021 saylı, xx.xx.2021-ci il tarixli Qətnaməsi ilə iddiaçı "xxxx" MMC-nin cavabdeh (əvvəlki adı"xxxx" MMC) "xxxx"MMC-yə qarşı iddiası qismən təmin edilmiş, "xxxx"MMC-dən AP-İ- 17/3 saylı, 05 sentyabr 2017-ci il tarixli "Texnikanın icarəsi və idarə olunması üzrə xidmətlərin göstərilməsi haqqında" müqaviləyə görə ödənilməli olan 479092.98 (ƏDV daxil olmaqla) manat məbləğində əsas borc, 10.000 manat məbləğində cərimə məbləği, dövlət rüsumunun əvəzi qismində 30 manat,cəmi 489122,98 manat məbləğində pul vəsaiti "xxxx" MMC-nin xeyrinə tutulması qət edilmişdir. Məhkəmə qətnaməsi iddiaçıya təqdim edilmədən icra olunması üçün Binəqədi rayon İcra şöbəsinə göndərilmiş, icra işi icra məmuru Ramin Muradovun icraatına verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(103)-673 saylı xx.xx.2021-ci il tarixli Qətnaməsi ilə Cavabdeh "xxxx" MMC-nin apelyasiya şikayəti təmin edilməmiş, Bakı Kommersiya Məhkəməsinin 11 fevral 2021-ci il tarixli, e-2-2 (113)- 199/2021 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra tərəflər birgə razılığa gələrək müəyyən etmişlər ki, "Azmicon MMC-nin "xxxx" MMC-yə borcu 489122,98 manat deyil, cəmi borcu 61422.97 ( altmış bir min dörd yüz iyirmi iki mannat 97 qəpik) manat təşkil edir. Belə ki, araşdırma zamanı tərəflər müəyyən etmişlər ki, məhkəmə işi araşdırmadan irəli sürülən iddia tələbini əsassız təmin etmişdir. Ona görə də tərəflər razılaşaraq "xxxx"xxxx"Azmicon MMC-yə olan 54877.49 (əlli dörd min səkkiz yüz yetmiş yeddi manat 49 qəpik) manat borcu "xxxx"xxxx"xxxx" MMC-yə olan borcundan çıxılaraq "xxxx"xxxx"xxxx" MMC-yə ümumi borcu ƏDV xaric 61422.97 (altmış bir min dörd yüz iyirmi iki mannat 97 qəpik) manat təşkil etdiyinimüəyyən etmişlər. Barışıq sazişində qeyd edilir; - Tərəflərin birgə razılığına əsasən "xxxx" MMC öhdəsinə götürür ki, "xxxx" MMC-yə olan yuxarıda qeyd edilən borcunu 2022-ci ilin fevral ayından başlıyaraq 3 ay müddətində hissə-hissə ödəyəcək. - "xxxx" MMC ƏDV xaric 61422.97 ( altmış bir min dörd yüz iyirmi iki mannat 97 qəpik) manat borcunu 3 ay müddətinə tam ödəyəcəyi halda "xxxx" MMC Binəqədi rayon İcra Şöbəsinin icraatında olan Bakı Kommersiya Məhkəməsinin e-2-2 (113)-199/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsindən imtina olunacaqdır. Qeyd edilən barışıq sazişinin imzalanmasından sonra iş üzrə tələbkar "xxxx" MMC tərəfindən Binəqədi icra şöbəsinə ərizə ilə müraciət edərək tərəflər arasında barışıq əldə edilməsi bildirilmiş və icraanın davam etdirilməməsi xahiş edilmişdir. Tərəflər arasında imzalanmış Birgə Sazişdən sonra "xxxx" MMC tərəfindın "xxxx" MMC-yə ödənişlər edilməyə başlanılmışdır. Tərəflər arasında heç bir narazılıq olmamışdır və hal-hazırda da narazılıq yoxdur. Tərəflər 17 yanvar 2022-ci il tarixli Birgə Sazişə 17 aprel 2022-ci il tarixli 1 saylı Əlavə imzalıyaraq ödəniş müddətini öz aralarında uzadılması barədə razılığa gəlmələrinə baxmayaraq Binəqədi rayon icra şöbəsinin icra məmuru R. Muradov tərəfindənxx.xx.2022ci il tarixdə icra ödənişinin alınması barədə qərar qəbul etdiyindən həmin qərar aşağıdakı səbəblərə görə ləğv edilməlidir;

1. İcra məmuru 489122,98 manat məbləğində borclun 7 faizi qədər deyil, tərəflərin müəyyən etdiyi 61422.97 manat borcun 7 faizinin tutulması barədə qərar qəbuledə bilərdi.

2. Tələbkar tərəfindən xx.xx.2022-ci il tarixdə həm borclunun bank hesablarına qoyulmuş inkasso sərəncamlarının götürülməsi barədə eynizamanda "İcra haaqında" Azərbaycan Respublikası Qanunun 23.1.1-ci maddəsinə əsaslanaraq Bakı Kommersiya Məhkəməsinin e-2-2 (113)-199/2021 -ci il tarixli qətnaməsi üzrə verilmiş icra vərəqəsinin məhkəməyə geri qaytarılması xahiş edilmişdir. İcra haqqında Azərbaycan Respublikasının Qanunun 23.1.1-ci maddəsinin tələblərinə əsasən tələbkarın ərizəsi əsasında tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədiaşağıdakı hallarda icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır.

3. “İcra haqqında” AR qanununun 78.1-ci maddəsini tələblərinə əsasən icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindənüzrsüz səbəbdən icra edilmədikdə, icra məmuru borcludan tutulmalı pulməbləğinin 7 faizi həcmində icra ödənişinin alınması barədə qərar qəbuledir.

4. Borclu tərəfindən icra sənədinin üzrsüz səbəbdən icra edilməsindən söhbət gedə bilməz, qeyd edildiyi kimi borclu icra məmurunun bildirişini aldıqdan sonra dərhal hüquq prosedurlarına əməledərək ilk öncə qətnamənin alınması ilə bağlıməhkəməyə müraciət etmiş eynizamanda bu barədə icra məmuruna məlumat vermişdir, daha sonra qətnaməni əldə etdikdən sonra apellyasiya şikayəti vermiş, icraat dayanmış, daha sonra isə tələbkarla barışıq sazişi imzalamışdır. Bu barədə yenidən İcraya rəsmi qaydada müraciət edilmişdir. Büün prosedurlar könüllü icra müddətində həyata keçirilmişdir.

5. Tələbkar tərəf də ərizə ilə müraiət edərək artıq razılığa gəlindiyini bildirmiş və icra sənədini icra edilmədən məhkəməyə qaytarılmasını xahiş etmişdir.

6. Məlumdur ki, apellyasiya şikayəti məhkəmə qərarının icrasını dayandırır (17-18-ci maddələr), əgər tərəflər razılığa gəlməsəydi və borcluya əlavə vaxt lazım olsaydı borclu kassasiya şikayəti də verə bilərdi. Lakin barışıq sazişi imzalandığı üçün borclu kassasiya şikayəti verməmiş və kassasiya şikayətinə ehtiyac da olmamışdır. Qeyd edilənlərə əsasən Bakı Apellyasiya məhkəməsinin Kommersiya kollegiyası 8- 2(103)-1/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardad qəbul edərək tərəfimizdən verilmiş apellyasiya şikayətini təmin edərək Bakı şəhər, Binəqədi rayon icra şöbəsinin 34.234(otuz dörd min iki yüz otuz dörd) manat icra ödənişinin alınması barədə xx.xx.2022-ci il tarixli qərarını ləğv etmişdir. Lakin, bu günə qədər dəfələrlə müraciət etsə də, cavabdeh 34.234(otuz dörd min iki yüz otuz dörd) manat icra ödənişini geri qaytarmamışdır. Ona görə də 34.234 (otuz dörd min iki yüz otuz dörd) manat icra ödənişini geri qaytarılması vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır. Bu barədə iddiaçının saysız-hesabsız şikayətlərimiz cavablandırılmamışdır.

3. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2023-cü il tarixli, 8- 2(103)-1/2023 nömrəli Qərardadında qeyd edilmişdir: Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-199/2021 saylı, xx.xx.2021 -ci il tarixli qətnaməsi ilə iddiaçı "Bəyaz İnşaat” MMC-nin cavabdeh "Azmicon” MMC-yə qarşı iddiası qismən təmin edilmiş, "Azmicon” MMC-dən AP-İ-17/3 saylı, 05 sentyabr 2017-ci il tarixli "Texnikanın icarəsi və idarə olunması üzrə xidmətlərin göstərilməsi haqqında” müqaviləyə görə ödənilməli olan 479092.98 (ƏDV daxil olmaqla) manat məbləğində əsas borc, 10.000 manat məbləğində cərimə məbləği, dövlət rüsumunun əvəzi qismində 30 manat, cəmi 489122,98 manat məbləğində pul vəsaiti "Bəyaz İnşaat” MMC-nin xeyrinə tutulması qət edilmişdir. Qətnamə icra edilməsi üçün Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinə göndərilmiş və Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin xx.xx.2021-ci il tarixli qərarı ilə icraata başlamaq haqqında qərar qəbul edilərək, icra hərəkətlərinə başlanılmış və tələbin könüllü təmin edilməsi barədə borcluya bildiriş göndərilmişdir. Borclu "Azmicon” MMC 26 aprel 2021-ci il tarixdə ərizə ilə Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinə müraciət edərək, ona qarşı iddianın olmasından xəbərsiz olduğunu, məhkəmə qətnaməsinin ona təqdim edilmədiyini, qətnamənin sonradan ərizə əsasında təqdim edildiyini və hazırda qətnamədən apellyasiya şikayəti verdiyini bildirmiş, bu səbəbdən icra hərəkətlərini həyata keçirməməyi xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2021-ci il tarixli 2- 2(103)-673 saylı qətnaməsi ilə cavabdeh "Azmicon” MMC-nin apellyasiya şikayəti təmin edilməmiş, Bakı Kommersiya Məhkəməsinin 11 fevral 2021-ci il tarixli, e-2-2(113)- 199/2021 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra "Azmicon” MMC və "Bəyaz İnşaat” MMC arasında 17 yanvar 2022-ci il tarixli birgə saziş bağlanmış və sazişə əsasən "Azmicon” MMC-nin "Bəyaz İnşaat” MMCyə olan ümumi borcu ƏDV xaric 61.422,97 manat təşkil edir. "Azmicon” MMC öhdəsinə götürür ki, "Bəyaz İnşaat” MMC-yə olan həmin borcu 2022-ci ilin fevral ayından başlayaraq 3 ay müddətində hissə-hissə ödəyəcək. "Azmicon” MMC borcunu 3 ay müddətinə tam ödəyəcəyi halda "Bəyaz İnşaat” MMC Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin icraatında olan Bakı Kommersiya Məhkəməsinin 2-2(113)- 199/2021 saylı, xx.xx.2021 -ci il tarixli icra sənədindən imtina edəcəkdir. Bakı Apellyasiya Məhkəməsi tərəfindən Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinə göndərilmiş 18 yanvar 2022-ci il tarixli 67/1331 nömrəli məktubunda qeyd olunmuşdur ki, Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)-673/2020 saylı, 23 avqust 2021-ci il tarixli qətnaməsi ilə cavabdeh "Azmicon” MMC-nin apellyasiya şikayəti təmin edilməmiş, Bakı Kommersiya Məhkəməsinin 11 fevral 2021-ci il tarixli e-2-2(113)-199/2021 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)-673/2020 saylı, 23 avqust 2021-ci il tarixli qətnaməsi qanuni qüvvəsini almışdır. Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinin icra məmuru Ramil Muradovun xx.xx.2022-ci il tarixli qərarına əsasən borclu "Azmicon” MMC-dən 34.238 manat məbləğində icra ödənişinin alınması qərara alınmışdır. "Bəyaz İnşaat” MMC tərəfindən Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinin icra məmuru Ramil Muradova ünvanlanan xx.xx.2022-ci tarixli ərizədə tərəflər arasında barışığın əldə edildiyi bildirilmiş və bu səbəbdən Bakı Kommersiya Məhkəməsinin 2- 2(113)-199/2021 saylı, xx.xx.2021 -ci il tarixli qətnaməsi üzrə verilmiş icra vərəqəsinin məhkəməyə geri qaytarılması xahiş olunmuşdur. Həmçinin "Bəyaz İnşaat” MMC tərəfindən Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinin icra məmuru Ramil Muradova ünvanlanan xx.xx.2022-ci tarixli ərizədə "Azmicon” MMC ilə barışığın əldə olunması qeyd olunmuş, icra sənədi üzrə "Azmicon” MMC-nin bank hesabına qoyulmuş inkasso sərəncamının götürülməsi xahiş olunmuşdur. "Bəyaz İnşaat” MMC tərəfindən Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinin icra məmuru Ramil Muradova ünvanlanan xx.xx.2022-ci tarixli ərizədə "Azmicon” MMC ilə barışığın əldə olunması qeyd olunmuş, icra sənədi üzrə "Azmicon” MMC-nin bank hesabına qoyulmuş inkasso sərəncamının götürülməsi xahiş olunmuşdur. "Azmicon” MMC və "Bəyaz İnşaat” MMC arasında 17 yanvar 2022-ci il tarixli birgə sazişə 17 aprel 2022-ci il tarixli Əlavə 1 bağlanmış və Əlavə 1-ə əsasən tərəflər birgə sazişin 1.3.5-ci yarımbəndində qeyd edilən ödəniş müddətini mövcud vəziyyət nəzərə alınmaqla və 2022-ci ilin may ayında ödəniş edilmək şərti ilə xx.xx.2022-ci il tarixinədək uzadılması barədə razılığa gəlmişlər. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2023-cü il tarixli, 8- 2(103)-1/2023 nömrəli Qərardadı ilə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 8-2(113)-53/2022 saylı qərardadı ləğv edilmişdir. Borclu İddiaçı MMC tərəfindən verilmiş şikayət təmin edilmişdir. 34.234 manat məbləğində icra ödənişinin alınması ilə bağlı Bakı şəhəri Binəqədi Rayon İcra şöbəsinin 29 mart 2022-ci il tarixli qərarı ləğv edilmişdir.

II. Məhkəmə aidiyyatı ilə bağlı Konstitusiya Məhkəməsinin Plenumunun qərarlarından

4. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 87.2-ci və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.1-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2012-ci il tarixli qərarına əsasən: - Məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrə Azərbaycan Respublikasının İnzibati- Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə uyğun olaraq inzibati icraat qaydasında inzibati-iqtisadi məhkəmələr tərəfindən baxılır; - Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair bu Qərarda formalaşdırdığı hüquqi mövqeyini nəzərə alaraq, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 87.2-ci və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.1-ci maddələri arasında uyğunsuzluğun aradan qaldırılması Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilsin; - Qanunvericilikdə müvafiq dəyişikliklər edilənədək, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 87.2-ci maddəsinin “icra məmurunun olduğu yerin məhkəməsi” müddəası icra məmurunun olduğu ərazi üzrə inzibati-iqtisadi məhkəmə kimi başa düşülməlidir.

5. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2017-ci il tarixli qərarına əsasən: - “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.5-ci maddəsinə görə, tərəflər icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarından icra sənədini vermiş məhkəməyə şikayət verə bilərlər. - İcra sənədi digər orqanlar tərəfindən verildikdə, icra məmurunun icraata xitam verilməsi barədə qərarından icra məmurunun olduğu yer üzrə məhkəməyə şikayət verilə bilər.

6. Konstitusiya Məhkəməsinin Plenumunun qeyd edilən qərarda ifadə edilən hüquqi mövqeyinə əsasən: ... icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarın 3 gün müddətində icra sənədini vermiş məhkəməyə göndərildiyini və həmin məhkəməyə bu qərarın qanuniliyini yoxlamaq səlahiyyətinin verildiyini, həmçinin “İcra haqqında” Qanunun 20.2, 20.4 və 20.5-ci maddələrinin sistemli əlaqədə və normativ vəhdətdə olduğunu nəzərə alaraq, tərəflərin də həmin qərardan məhz icra sənədini vermiş məhkəməyə şikayət verməsini qanuna uyğun hesab edir. Əks hal icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarı ilə bağlı müxtəlif məhkəmə qərarlarının qəbul edilməsinə səbəb ola bilər. Bununla yanaşı qeyd olunmalıdır ki, “İcra haqqında” Qanunun 20.5-ci maddəsində yalnız məhkəmələr tərəfindən verilmiş icra sənədi üzrə deyil, həmçinin digər orqanlar tərəfindən verilmiş icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmurunun qərarından şikayətin verilməsi nəzərdə tutulmuşdur. Məhz bu baxımdan qanunverici həmin maddədə “müvafiq məhkəmə” ifadəsindən istifadə etmişdir. “Müvafiq məhkəmə” ifadəsinə aydınlıq gətirərək Konstitusiya Məhkəməsinin Plenumu belə hesab edir ki, məhkəmə tərəfindən verilmiş icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmurunun qərarından tərəflər həmin icra sənədini vermiş məhkəməyə, digər orqanların verdiyi icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmurunun qərarından isə məntiqi olaraq icra məmurunun olduğu yer üzrə məhkəməyə şikayət verə bilərlər. Beləliklə, qanunda edilən bu dəyişikliklər məhkəmə qərarlarının vaxtında və düzgün icrasını təmin etmək məqsədi daşıyır. İcra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmurunun qərarı həmin mülki, iqtisadi və inzibati işin bilavasitə davamıdır və icra məmurunun bu qərarından şikayətə icra sənədini vermiş məhkəmə tərəfindən baxılması hüquqi müdafiə vasitələrinin əlçatanlığına və səmərəliliyinə xidmət edir...

III. İddianın mümkünlüyü

7. Məhkəmə icra sənədinin icra edilməsi zamanı eyni yanaşmanın tətbiq olunmalı olduğunu hesab edir. Belə ki, icra sənədinin icrası həmin mülki, iqtisadi və inzibati işin bilavasitə davamıdır və icra məmurunun hərəkətlərindən şikayətə icra sənədini vermiş məhkəmə tərəfindən baxılması hüquqi müdafiə vasitələrinin əlçatanlığına və səmərəliliyinə xidmət edir.

8. X1 Məhkəməsinin presedentləri ilə müəyyən edilir ki, X1 Konvensiyasının 6-cı maddəsinin məqsədlərinə əsasən istənilən məhkəmə qərarının icrası “məhkəmə prosesi”nin ayrılmaz hissəsi hesab olunmalıdır (Hornsby Yunanıstana qarşı, § 40-a baxın).

9. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli № 05 qərarı; 1.3 və 1.4-cü bəndlər)

10. İddiaçı faktiki olaraq icra məmurunun hərəkətlərindən şikayət edərək Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2023-cü il tarixli, 8-2(103)-1/2023 nömrəli Qərardadı ilə 34.234 manat məbləğində icra ödənişinin alınması ilə bağlı Bakı şəhəri Binəqədi Rayon İcra şöbəsinin 29 mart 2022-ci il tarixli qərarının ləğv edilməsi ilə əlaqədar 34.234 manat icra ödənişinin geri qaytarılmasını tələb edir. Odur ki, məhkəmə hesab edir ki, məhkəmə aktının icrası ilə bağlı olan icra məmurunun hərəkətlərindən (hərəkətsizliyindən) şikayətə aidiyyəti üzrə səlahiyyətli məhkəmə tərəfindən baxılmalıdır.

11. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati hüquq münasibətlərindən yaranan mübahisələrə baxıla bilər.

12. Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır (İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli № 05 qərarı; 17-ci bənd).

13. İddiaçıya müvafiq şikayətlə səlahiyyətli ümumi məhkəməyə müraciət etmək hüququ izah olunsun.

14. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.

15. Göstərilənlərə əsasən və İPM-in 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar