Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-1(112)-9285/2024 24.09.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi İmranova Zəminə Şahin qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə1, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X3 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “qulluq stajına görə əlavələrin məbləği azaldılmadan pensiya kapitalı əsasında pensiyanın xx.xx.2017-ci il tarixdən etibarən yenidən hesablanması” tələbinə barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə hazırlıq icraatı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X3 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2017-ci il tarixdən etibarən pensiyasının sığorta hissəsindəki artımların qulluq stajına görə əlavələr azaldılmadan hesablanması və həmin məbləğin xx.xx.2021-ci il tarixdən ödənilməsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia tələbi onunla əsaslandırılmışdır ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X3 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı yaşa görə əmək pensiyası təyin edilərək ödənilir. Hazırda iddiaçı işləməyən əmək pensiyaçısıdır. xx.xx.2023-cü il tarixdən etibarən sığorta kapitalı əsasında qulluq stajına görə əlavələr azaldılmamaqla pensiyası yenidən hesablanaraq ödənilir. xx.xx.2017-xx.xx.2019-cu illərdə qüvvədə olmuş qanun hüquqi vəziyyətini yaxşılaşdırdığından iddiaçıya tətbiq edilməlidir. Lakin həmin qaydada ödəniş xx.xx.2023cü il tarixdən etibarən deyil, xx.xx.2017-ci il tarixdən etibarən hesablanaraq ödənilməli idi. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun (bundan sonra – “Qanun”) 29.2-ci maddəsinin xx.xx.2017-xx.xx.2019-cu il tarixlərdə qüvvədə olan redaksiyasına əsasən xx.xx.2017-ci il tarixdən əmək pensiyasına çıxmış bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasının sığorta hissəsi bu Qanunun 29.1-ci maddəsinə uyğun olaraq artırıldıqda və ya yenidən hesablandıqda, qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldılmaqla yenidən hesablanır. Göründüyü kimi, Qanunun 29.2-ci maddəsinin xx.xx.2017-xx.xx.2019-cu il tarixlərdə qüvvədə olan redaksiyası xx.xx.2017-ci il tarixdən əvvəl deyil, yalnız həmin tarixdən sonra pensiyaya çıxmış şəxslərin pensiyasının sığorta hissəsi artırıldıqda, qulluq stajına görə əlavələrin həmin artımlar qədər azaldılmaqla yenidən hesablanmasını müəyyən etmişdi. Bu baxımdan həmin müddəa onu nəzərdə tuturdu ki, xx.xx.2017-ci il tarixədək əmək pensiyasına çıxmış Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərin (o cümlədən hərbi qulluqçuların) pensiyasının sığorta hissəsi artırıldıqda, qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldılmamaqla yenidən hesablanmalı idi. xx.xx.2019-cu il tarixdən qüvvəyə minmiş xx.xx.2018-ci il tarixli 1362- VQD nömrəli Qanunla isə 29.2-ci maddədə “xx.xx.2017-ci il tarixdən əmək pensiyasına çıxmış”sözləri çıxarılmışdır və bununla da təkcə xx.xx.2017-ci il tarixdən sonra deyil, həm də həmin tarixdən əvvəl pensiyaya çıxmış Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərin (o cümlədən hərbi qulluqçuların) sığorta hissəsi artırıldıqda, qulluq stajına görə əlavələrin məbləğinin sığorta hissənin artımları qədər azaldılmaqla yenidən hesablanması müəyyən edilmişdir. xx.xx.2023-cü il tarixdən qüvvədə olan Qanunla isə həmin müddəa ləğv edilmiş və istər xx.xx.2017-ci il tarixdən əvvəl, istərsə də həmin tarixdən sonra əmək pensiyasına çıxmış Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərin sığorta hissəsi artırıldıqda, qulluq stajına görə əlavələrin məbləğinin azaldılmamaqla yenidən hesablanması müəyyən edilmişdir. Beləliklə, Qanunun inkişaf tarixindən aydın olur ki, xx.xx.2017-xx.xx.2019-cu illərdə qüvvədə olmuş Qanunun 29.2-ci maddəsinin redaksiyası xx.xx.2017-ci il tarixdən əvvəl əmək pensiyasına çıxmış hərbi qulluqçu kimi İddiaçı pensiyasının sığorta hissəsinin artırılması zamanı qulluq stajına görə əlavələrin həmin artım qədər azaldılmamaqla yenidən hesablanmasını tələb edir. Cavabdeh iddia tələbinə münasibətdə yazılı ərizə təqdim edərək bildirmişdi ki, iddiaçı Fondun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına müraciət edərək ona pensiya təyin olunduqdan sonrakı dövrdə fərdi hesabının siğorta hissəsində qeydə alınmış pensiya kapitalı nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanmasını xahiş etmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixli qərarla iddiaçının pensiyasını yenidən hesablamışdır. Bundan narazı qalan iddiaçı məhkəməyə müraciət ederək cavabdehin xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsi ilə yanaşı, ona əmək pensiyası təyin edildikdən sonra 6 il və daha çox işləyərək fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalına əsasən əmək pensiyasının qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği azaldılmamaqla yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması, həmin dövrdən hazıradək pensiya məbləğində yaranmış fərqin birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(112)-10625/2023 nömrəli qərarı ilə iddia təmin edilmiş və cavabdeh inzibati orqanın müvfiq qərarı ləğv edilərək, pensiya təyinatından sonra 6 il və daha çox işləyərək fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalına əsasən əmək pensiyasının qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği azaldılmamaqla yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulmuşdur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(103)-3639/2023 nömrəli qərarı ilə cavabdeh tərəfindən verilmiş apelyyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin qərarı qüvvədə saxlanılmışdır. Buna uyğun olaraq cavabdeh orqan həmin qərarı icra edərək iddiaçının barəsində xx.xx.2024-cü il tarixdə 3-17-1/3-7-6126/2024 nömrəli pensiyanın yenidən hesablanmasına dair yeni qərar qəbul edilmişdir. Yeni qərara əsasən iddiaçının pensiyası 2024-cü il 1 yanvardan etibarən indeksləşdirilərək 4056,68 manata çatdırılmışdır. İddiaçı eyni predmet üzrə yenidən iddia qaldırmış və iddia ərizəsinin məzmunundan da aydın olunur ki, iddiaçı qərarın icrasından narazıdır. Hazırda icraatda olan iş üzrə iddia tələbi birbaşa qərarın düzgün icra edilib-edilməməsini mübahisələndirdiyindən işə iddia icraatı qaydasında deyil, icra icraatı qaydasında baxılmalıdır. Bu səbəbdən iddia tələbinin mümkünsüz hesab edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Əlizamin Abbaszadə iddia tələbinə münasibətdə təqdim etdiyi yazılı etirazın məzmununa uyğun izahat verərək iddianın mümkün sayılmamasını xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıb aşağıdakı əsaslara görə hesab edir ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslarla məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduğundan, iddia mümkün sayılmamalıdır. İş materiallarında olan sənədlərdən görünür ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X3 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qərarın ləğv edilməsi və pensiyanın yenidən hesablanması barədə qərar qəbul olunmasını xahiş etmiş və Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 10625/2023 saylı, xx.xx.2023-cu il tarixli qərarı iddia tələbinin təmin edilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2- 1(103)-3639/2023 nömrəli qərarı ilə cavabdeh tərəfindən verilmiş apelyyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin qərarı qüvvədə saxlanılmışdır. Sözügedən qərar qanuni qüvvəsini almışdır. Məhkəmə ilk öncə qeyd etmək istəyir ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Həmin Məcəllənin 45.5 və 45.5.1-ci maddələrinə əsasən iddia ərizəsinin icraata qəbul edildiyi təqdirdə iddia ilə bağlı işin məhkəmənin icraatında olduğu müddətdə tərəflərdən heç biri eyni iddia ilə başqa məhkəməyə müraciət edə bilməz. Həmin Məcəllənin 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarı: 15.5-ci bənd. İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. 15.6-cı bənd. Qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar. Həmin Məcəllənin 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Məhkəmə tərəfindən iddia hüquqi cəhətdən iki mərhələdə yoxlanılır. İlkin mərhələdə iddianın mümkünlüyü şərtlərinin mövcud olub-olmaması yoxlanılır. Yalnız iddianın mümkün sayıldığı təqdirdə məhkəmə tərəfindən növbəti mərhələdə onun əsaslılığı yoxlanılır. Mümkünlük şərtləri tərəflərin təşəbbüsündən asılı olmayaraq məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır. Mümkünlük şərtlərinin ödənilmədiyi hallarda iddianın əsaslılığının yoxlanılması və ona mahiyyəti üzrə baxılması istisna edilir. Bu yanaşma məhkəmə qənaəti prinsipinin məqsədlərinə xidmət edir. Nəzərə almaq lazımdır ki, iddianın mümkünlük şərtləri prosessual qanunvericiliyin tələblərindən irəli gəlir və mümkünlük şərtləri yoxlanılarkən həmçinin eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə qanuni qüvvəyə minmiş məhkəmə aktının mövcud olub-olmaması da müəyyən olunmalıdır. Belə ki, qeyd edilən məhkəmə aktının olması iddianın mümkünlüyünə təsir edən faktordur. Məhkəmə qeyd edir ki, preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Məhkəmə diqqətə çatdırır ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. İddiaçının hazırda qaldırdığı iddianın predmeti və əsasları ilə eyni olan iddiası üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarı mövcud olduğundan, iddia tələbi mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80, 81 və 83-cü maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X3 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “qulluq stajına görə əlavələrin məbləği azaldılmadan pensiya kapitalı əsasında pensiyanın xx.xx.2017-ci il tarixdən etibarən yenidən hesablanması” tələbinə barədə iddiası mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim: Aygün Abdullayeva
Məhkəmə qərarları › İş №e-2-1(112)-9285/2024
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(112)-9285/2024
24.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver