Məhkəmə qərarları › İş №e-2-1(112)-9371/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-9371/2022

19.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-9371/2022 19.10.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filalına qarşı “qərarın ləğv edilməsi s.” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, İddiaçının nümayəndəsi (vəkili) Vəkil Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filalına qarşı “qərarın ləğv edilməsi və s.” tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filalına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək iddiaçıya güzəştli şərtlərlə təyin edilmiş əmək pensiyasının dayandırıldığı vaxtdan yəni 31 yanvar 2022-ci il tarixdən bərpa edilməsi və ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 01 aprel 2018-ci il tarixdən 57 yaşı tamam olduğu vaxtda ona güzəştli şərtlərlə əmək pensiyası təyin edilmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialı 31 yanvar 2022-ci il tarixdə ona pensiya ödənişinin dayandırılması barədə rəsmi məlumat təqdim etmişdir. Cavabdehə pensiya ödənişinin dayandırılması ilə bağlı sənədlər təqdim edərək ona ödənilən pensiyanın davam etdirilməsi barədə müraciət etmişdir. Cavabdeh qanunsuz olaraq poçt vasitəsi ilə müraciətinə imtina təqdim edərək bildirmişdir ki. araşdırmanın nəticəsində onun mərkəz filiala təqdim etdiyi sənədlərən görünür ki. güzəştli iş stajı 12 il 6 aydan az yəni 04 noyabr 1992- 01 aprel 2018-ci il ci il tarixləri dövrlər arasında əmtəə operator vəzifəsi güzəştli iş stajına daxil edilmədiyindən pensiya ödənişi dayandırılmışdır. Məhkəmənin nəzərinə çatdırıram ki, onun hərbi xidmət daxil olmaqla 01 yanvar 2006-cı il tarixədək əmək stajım 25 ildən artıq təşkil edir. Həmin ümumi stajın 12 il 06 aydan artıq dövrü əmək şəraiti ağır zərərli işlər təşkil edir. İddiaçı 05 dekabr 1991-ci il tarixdən hazırki dövrədək Azərnefttəchizat Birliyinin mərkəzi neft məhsulları qəbulu və X1 operatoru vəzifəsində işləmişdir. Onun 01 aprel 2018-ci il tarixdə 57 yaşım tamam olduğu vaxtda güzəştli şərtlərlə əmək pensiyası hüququ yarandığından ona pensiya təyin edilmişdir. Onun güzəştli şərtlərlə əmək stajı neft hasilatı sahəsində əmətəə operatoru işləməyi əmək kitabçası. “Azərnefttəchizat Birliyinin” 01 yanvar 2019-cu il tarixli və arayış təsdiq olunur. İddiaçının əmək şəraiti zərərli və hansı vəzifədə işləməyi faktını əmək kitabçası və iş yeri ilə təsdiq etmişdir. Lakin, cavabdehə yəni inzibati orqan öz vəzifəsini layiqincə icra etməyərək rəsmi sənədləri təqdim etməyinə baxmayaraq, heç bir araşdırma pensiyanın ödənilməsini təmin etməmişdir. İddiaçı 01 yanvar 2006-cı il tarixədək ümumilikdə əmək stajı 25 (iyirmi beş) ildən çox. əmək şəraiti zərərli olan stajı 12 il 06 aydan artıq təşkil edir. “X3 Qanunun" 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq qaydada təyin edilir. Əvəllər qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında qanunun" 01 avqust 1997-ci il tarixədək qüvvədə olmuş 13-cü maddəsinin “a’ bəndinə əsasən yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabinetini tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər 57 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 06 ayını həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. Göründüyü kimi idddiçının 57 yaşı 01 aprel 2018-ci ildə olduğundan onun həmin tarixdə umumi 25 ildən artıq ış stajı olmuş bu müddətin 12 il 06 aydan artıq əmək şəraiti zərərli işlərdə təşkil edr. 01 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin “ğ" bəndinə əsasən ali; orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, həbslə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilməlidir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat uzrə Mərkəz Filialına ərizə müraciət edərək əmək pensiyasının qanunsuz dayandırıldığını və ödənilməsini xahiş etmişdir. Ona əsassız olaraq imtina verərək bildirilmişdir ki, güzəştli şərtlərlə əmək pensiyası almasına əmək stajı olmadığından pensiyanın ödənilməsindən imtina verilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək işin şifahi məhkəmə baxışı iclası xx.xx.2022-ci il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. İddiaçının etibarnamə üzrə səlahiyyətli nümayəndəsi (vəkili) xx.xx.2022-ci il tarixli məhkəmə iclasında ərizə təqdim edərək iddia tələbində dəqiqləşmə apararaq “xx.xx.2022ci il tarixli **********8 saylı qərarın ləğv edilməsi, əmək pensiyasının dayandırıldığı vaxtdan bərpa edilərək ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi”nə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında ərizə icraata qəbul edilmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia tələbini müdafiə etdiyini və iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi iddiaya qarşı yazılı etirazına uyğun izahat verərək iddia tələbinin əsassız olduğunu və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2022-ci il tarixdə pensiyasının dayandırılması səbəbini ona rəsmi qaydada bildirilməsi barədə ərizə ilə Mərkəzi Filiala müraciət etmişdir. Həmin müraciətlə bağlı aparılmış inzibati icraat tədbirlərinin nəticəsi barədə bildirilmişdir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mütəmadı olaraq aparılan araşdırmalar nəticəsində vətəndaşların pensiya hüquqlarının təsbiti ilə bağlı əsaslı şübhələr yarandıqda, həmçinin əmək pensiyası və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar aşkar edildikdə təyin edilmiş əmək pensiyasının ödənişi "X3" Azərbaycan Respublikası Qanununun 37.8.3-cü maddəsinin tələblərinə uyğun olaraq dayandırılır. İddiaçıya vaxtilə əmək pensiyası təyinatı aparılarkən əsas götürülmüş halların pensiya qanunvericiliyinin tələblərinə uyğunluğu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X5 departamenti tərəfindən araşdırılmışdır. Belə ki, “X3" Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-UİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş "Vətəndaşların pensiya təminatı haqqında" Qanunun 13-cü maddəsinin “b" bəndinə uyğun olaraq 25 il ümumi stajı olan və bu stajın azı 12 il 6 ayını Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiqlənmiş 2 №-li siyahı üzrə müəyyən edilmiş zərərli və ağır işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Eyni zamanda bildiririk ki, Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialın əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin əmr və sərəncamlarını, X6 qərarlarını. X6 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li siyahısı”nın Qazma, neftin, qazın və qaz kondensatlarının hasilatı və emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı bölməsinin (X) Neftin, qazın, qaz kondensatının, kömürün və şistin emalı bəndində (3) fəhlələr yarımbölməsində 2130301A- 16085 kodu üzrə əmtəə operatorları vəzifəsi nəzərdə tutulmuşdur. Fondun aidiyyəti mütəxəssisləri tərəfindən iddiaçının vaxtilə işlədiyi SOCAR-ın “X4 və Göndərilməsi Bazası”nın ona dair sənədlərinin araşdırılması zamanı xx.xx.1992-xx.xx.2018-ci il tarixləri arasındakı dövr ərzində sözügedən müəssisənin Bakı yanacaqdoldurma sexində əmtəə operatoru vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, iddiaçının vaxtilə işlədiyi Bakı yanacaqdoldurma sexi yuxarıda qeyd olunan neftin, qazın, qaz kondensatının, kömürün və şistin emalı sahəsinə aid deyil. Bu səbəbdən də onun güzəştli iş stajı yoxdur. Göründüyü kimi, iddiaçıya xx.xx.2018-ci il tarixindən Dövlət Sosial Müdafiə Fondunun Binəqədı rayon şöbəsi tərəfindən qanunvericiliyə zidd olaraq 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Qeyd olunanlara əsasən iddiaçıya xx.xx.2018xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 10245,71 manat artıq pul vəsaitinin ödənildiyi Dövlət Sosial Müdafiə Fondunun Daxili nəzarət departamenti tərəfindən müəyyən edilmiş və həmin artıq ödənilmiş pul vəsaitinin büdcəyə qaytarılması Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filiala tapşırılmışdır. Bu səbəbdən də Əmək pensiyasının dayandırılması haqqında **********8 nömrəli xx.xx.2022-ci il tarixli Qərar qəbul edilərək iddiaçıya artıq ödənilmiş pul vəsaitini könüllü şəkildə büdcəyə qaytarması xahiş olunmuşdur. Əks halda qanunvericiliyin tələblərinə uyğun qaydada tədbirlər görüləcəyi bildirilmişdir.

3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filalının xx.xx.2022-ci il tarixli imtina məktubu. - İddiaçı məxsus ПТ-İ ******* nömrəli əmək kitabçasının surəti. - İddiaçı məxsus ГЕ 136204 nömrəli hərbi biletin surəti. - məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filalının xx.xx.2022-ci il tarixli məktubu və ona qoşma olan sənədlər. - Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən məhkəmənin sorğusuna cavab olaraq təqdim edilmiş SOCAR **********70030806A00021 nömrəli məktub və ona əlavə edilmiş sənədlər.

ƏSASLANDİRMA HİSSƏSİ:

4. İddianın növü və mümkünlüyü

Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmişdir. (İPM-nin 1.1, 2.1 və 3.1-ci maddələri) İddia inzibati-prosessual qanunvericiliyə əsasən mübahisələndirmə haqqında iddia növünə aiddir.( İPM-nin 2.2.1-ci və 32.1-cü maddələri). İPM-in 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. İPM-in 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. İPM-in 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Məhkəmə iddia müddəti ilə bağlı qeyd edir ki, məhkəməyə göndərilmiş pensiya işi və inzibati icraat materiallarından görünür ki, mübahisələndirirlən qərarın iddiaçıya rəsmi qaydada təqdim (elan) edilməsinə dair hər hansı sübut təqdim edilməmişdir. Həmçinin, mübahisələndirilən qərarda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmamışdır. İPM-in 70.3-cü maddəsinə əsasən inzibati aktın ləğv edilməsi ilə yanaşı, iddiaçının hər hansı öhdəliyin (vəzifənin) yerinə yetirilməsini tələb etməyə haqlı olduğu hallarda, məhkəmə həmin icraat zamanı tələb olunan öhdəliyi (vəzifəni) yerinə yetirməyə məcbur etmə haqqında qərar qəbul edə bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 73.2-ci maddəsinə əsasən inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. Məhkəmə hazırkı iddianın mübahisələndirmə iddia növünə aid olduğunu və iddiaçının ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir.

5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

Məhkəmə tərəflərin izahatını dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, mahiyyəti baxımından iddia əsaslı olduğundan təmin edilməlidir. İşin araşdırılan hallarından müəyyən olunur ki, 104767 nömrəli pensiya işinə əsasən iddiaçıya xx.xx.2018-ci il tarixində güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş, lakin iddiaçıya təyin edilmiş əmək pensiyasının ödənilməsi xx.xx.2022-ci il tarixli, **********8 saylı Qərarla dayandırılmışdır. İddiaçı ərizə ilə cavabdehə müraciət etmişdir. Cavabdeh məsələnin həllindən imtina etmişdir. Hazırda iddiaçı cavabdehin qərarını mübahisələndirir. İş materiallarında olan, iddiaçıya məxsus ГЕ 136204 nömrəli hərbi biletin təsdiq edilmiş surətindən görünür ki, iddiaçı xx.xx.1980-ci ildən xx.xx.1982-ci ilədək hərbi xidmətdə olmuşdur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli cavabdeh inzibati orqanın iddiaçının müraciətinə verilən imtina məktubunda göstərilmişdir: “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş ‘Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li siyahısfnm Qazma, neftin, qazın və qaz kondensatlarının hasilatı və emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı bölməsinin (X) Neftin, qazın, qaz kondensatının, kömürün və şistin emalı bəndində (3) fəhlələr yarımbölməsində 2130301A—16085 kodu üzrə əmtəə operatorları vəzifəsi nəzərdə tutulmuşdur. Fondun aidiyyəti mütəxəssisləri tərəfindən vaxtilə işlədiyiniz SOCAR-ın “X4 və Göndərilməsi Bazası”nın sizə dair sənədlərinin araşdırılması zamanı xx.xx.1992-xx.xx.2018-ci il tarixləri arasındakı dövr ərzində sözügedən müəsisənin Bakı yanacaqdoldurma sexində əmtəə operatoru vəzifəsində işlədiyiniz qeyd olunmuşdur. Göründüyü kimi, vaxtilə işlədiyiniz Bakı yanacaqdoldurma sexi yuxarıda qeyd olunan neftin, qazın, qaz kondensatının, kömürün və şistin emalı sahəsinə aid deyil. Bu səbəbdən də sizin güzəştli iş stajınız yoxdur.” Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassızdır və iddiaçının qanunvericilikdə nəzərdə tutulan hüquqlarını pozur. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasına əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir (maddə 12). Hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (maddə 38). Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur (maddə 71) “X3” Azərbaycan Respublikası Qanununun: - 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. - 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. - 4.1-ci maddəsinə əsasən bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası, ailə başçısını itirməyə görə əmək pensiyası. - 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. - 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. - 37.8-ci maddəsinə əsasən bu Qanunla təyin edilmiş əmək pensiyası və əmək pensiyasına əlavələrin ödənişi aşağıdakı halların yarandığı aydan sonrakı ayın 1-dən dayandırılır: 37.8.1. əmək pensiyaçısı vəfat etdikdə; 37.8.2. əmək pensiyaçısının dul arvadı (əri) yeni nikah bağladıqda; 37.8.3. bu Qanunla müəyyən edilən əmək pensiyasına və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar yarandıqda xx.xx.2007-ci il tarixədək qüvvədə olan «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun - 13-cü maddəsinin “b” bəndinə əsasən əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. Qeyd olunan Qanuna əsasən Azərbaycan Respublikasının xx.xx.1997-ci il tarixli 321-İQD nömrəli Qanunu ilə edilmiş dəyişikliyə əsasən həmin maddədə (13-cü maddədə) nəzərdə tutulan yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1dək hər il 6 ay artırılır. - 67-ci maddəsinin “v” bəndinə əsasən hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti iş stajına daxil edilir. Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli, 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”nin (Nazirlər Kabinetinin 26 sentyabr 2006-cı il tarixli, 217 saylı qərarı ilə qüvvədən düşmüşdür) 3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək kitabçasını təsdiqedici sənəd kimi arayışlar, əmrlər, çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri nəzərə alınır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun : - 2.0.2-ci maddəsinə inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. - 2.0.9-cu maddəsinə əsasən aralıq inzibati akt - konkret icraatın təşkili və həyata keçirilməsi ilə bağlı inzibati orqan tərəfindən qəbul edilən aktdır. - 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. - 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. - 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. - 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Məhkəmə qeyd edir ki, mübahisələndirilən inzibati akt inzibati icraat haqqında hüquq normalarının pozulması nəticəsində qəbul edilmiş inzibati aktdır. Belə ki, cavabdeh tərəfindən məhkəməyə göndərilmiş sənədlərdən müəyyən edilir ki, hazırda mübahisələndirilən qərar qəbul edilərkən İddiaçı inzibati icraata maraqlı şəxs kimi cəlb edilməmişdir. Halbuki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 2.0.3-cü maddəsinə əsasən maraqlı şəxs - inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Həmin Qanunun 21.2-ci maddəsinə əsasən qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. Həmin Qanunun 21.3-cü maddəsinə əsasən inzibati orqan aşağıdakı hallarda maraqlı şəxsləri və ya onların nümayəndələrini dinləməkdən imtina edə bilər: 21.3.1. maraqlı şəxslərin tələblərinin tam təmin olunduğu inzibati aktın qəbul edilməsi nəzərdə tutulduqda; 21.3.2. ictimai və ya dövlət maraqlarına ziyan vura biləcək təhlükənin qarşısının alınması və ya aradan qaldırılması ilə əlaqədar inzibati aktın dərhal qəbul olunması zərurəti yarandıqda; 21.3.3. dinləmənin keçirilməsi inzibati aktın qəbul edilməsi ilə bağlı müddətin buraxılmasına səbəb ola biləcəyi halda; 21.3.4. ümumi xarakterli sərəncamın və ya çoxlu sayda identik məzmunlu inzibati aktların və ya avtomatik qurğular vasitəsilə inzibati aktların qəbul edilməsi nəzərdə tutulduqda; 21.3.5. barəsində müstəqil şəkildə şikayət verilə bilməyən aralıq inzibati aktın qəbul edilməsi nəzərdə tutulduqda; 21.3.6. inzibati aktların məcburi qaydada icrası ilə bağlı tədbirlərin tətbiqi nəzərdə tutulduqda. Həmçinin, məhkəmə qeyd edir ki, cavabdeh inzibati orqan iddiaya dair yazlı etirazında iddiaçıya təyin edilmiş əmək pensiyasının dayandırılmasını onunla əsaslandırmışdır ki, iddiaçının vaxtilə işlədiyi SOCAR-ın “X4 və Göndərilməsi Bazası”nın ona dair sənədlərinin araşdırılması zamanı xx.xx.1992-xx.xx.2018-ci il tarixləri arasındakı dövr ərzində sözügedən müəssisənin Bakı yanacaqdoldurma sexində əmtəə operatoru vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, iddiaçının vaxtilə işlədiyi Bakı yanacaqdoldurma sexi yuxarıda qeyd olunan neftin, qazın, qaz kondensatının, kömürün və şistin emalı sahəsinə aid deyil. Bu səbəbdən də onun güzəştli iş stajı yoxdur. Bununla bağlı məhkəmə qeyd edir ki, cavabdeh inzibati orqanın mübahisələndirdiyi xx.xx.1992-xx.xx.2018-ci il tarixləri arasındakı dövrdə işlədiyi peşələrin güzəştli iş stajına aid edilən peşə olması işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapmışdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən məhkəmənin sorğusuna cavab olaraq xx.xx.2022-ci i tarixli məktubunda qeyd etmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabineti 23 yanvar 2007ci il tarixli 12 №-li qərarı ilə təsdiq etdiyi «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»nın 10-cu bəndinin «Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı» 10.5.1ci bəndinə əsasən İddiaçı SOCAR MlƏl-nin X4 və X1 operatoru vəzifəsində işlədiyi müddət ərzində əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması hüququ verən güzəştli əmək (sığorta) stajı sayılır. İş materiallarında olan SOCAR Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi X4 və Göndərilməsi bazasının xx.xx.2022-ci il tarixli məktubunda bildirlmişdir ki, SOCAR-ın 14 may 2018-ci il tarixli № SOCAR**********80030013A00060 nömrəli "İş yerlərinin attestasiyasının nəticələri barədə” Qərarını və bu qərara Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İqtisadi məsələlər üzrə vitse-prezidentinin, komissiyasının sədrinin 02 may 2018-ci il tarixdə təsdiq etdiyi “SOCAR-ın strukturuna daxil olan qurumlarda 2018-ci ilin birinci rübündə müəyyən edilmiş əmək şəraiti ağır və zərərli peşə və vəzifələrin Siyahısında adlı Əlavədə qeyd olunan əmtəə operatoru zərərli komponentlərlə (benzin buxarı, karbohidrogen, səs səviyyəsi) əhatə olunmuş iş şəraitində çalışır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli, arayışdan və əmək kitabçasının surətindən görünür ki, iddiaçı, xx.xx.1991-ci il tarixində Neft məhsullarının təchizatı və topdansatış istehsalat birliyinin Bakı yanacaqdoldurma sexinə 4-cü dərəcəli baxıcı vəzifəsinə işə qəbul olunub. (Əmr № 163- k, xx.xx.1991) xx.xx.1992-ci il tarixdən Bakı yanacaqdoldurma sexinə 5-ci dərəcəli zərərli iş şəraitli əmtəə operatoru vəzifəsinə keçirilib. (Əmr 186-k, xx.xx.1992) “Azərnefttəchizat" Birliyinin xx.xx.1997-ci il tarixli 16-k nömrəli əmri ilə Neft məhsullarının təchizatı və topdansatış istehsalat birliyi xx.xx.1997-ci ildən ləğv edilib və Mərkəzi X4 və göndərilməsi bazası yaranmışdır. xx.xx.1997-ci il tarixində Mərkəzi X4 və göndərilməsi bazasının Bakı yanacaqdoldurma sexinə 5-ci dərəcəli zərərli iş şəraitli əmtəə operatoru vəzifəsinə keçirilib. (Əmr 42-k, xx.xx.1997) xx.xx.1999-cu il tarixində Bakı yanacaqdoldurma sexinin 5-ci dərəcəli zərərli iş şəraitli əmtəə operatoru ilə olan əmək münasibətləri əmək müqaviləsinin bağlanılması yolu ilə davam etdirilib. (Əmr 97 A-K, xx.xx.1999) Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin təşkili barədə" xx.xx.2003-cü il tarixli 31 saylı əmri ilə Mərkəzi X4 və göndərilməsi bazası X4 və göndərilməsi bazası adlandırılmış, Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin struktur tərkibinə daxil edilmişdir. Marketinq və iqtisadi Əməliyyatlar idarəsinin 05/İƏŞ/522 saylı 22 aprel 2014-cü il tarixli məktubu ilə əlaqədar Güzdək və Bakı yanacaqdoldurma sexlərinin adında “sex" sözü “sahə" sözü ilə əvəz edilərək Güzdək və Bakı yanacaqdoldurma sahələri adlandırılb. xx.xx.2014-cü ildə Bakı yanacaqdoldurma sahəsinə 5-ci dərəcəli zərərli iş şəraitli əmtəə operatoru peşəsinə keçirildiyi göstərilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının xx.xx.1992-xx.xx.2018-ci il tarixlərdə (25 il 4 ay 28 gün) yanacaqdoldurma sexində əmtəə operatoru peşəsində işlədiyi dövr onun güzəştli iş stajına hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 Qərarı ilə “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” təsdiq edilmişdir. Siyahının “Xİİ. Qazma, neftin, qazın və qaz kondensatlarının hasilatı və emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı” bölməsində “3. Neftin, qazın, qaz kondensatının, kömürün və şistin emalı” yarımbölməsində “1) İstehsalatda məşğul olan aşağıda sadalanan fəhlələr, rəhbərlər və mütəxəssislər: neft məhsullarının və neftin katalitik riforminqinin distillə edilməsi, krekinqləşdirilməsi, neft məhsullarının pirolizi, neft xammalının hazırlanması, qaz benzininin istehsalı, sıxışdırılmış qazlar, qaz benzininin kondensasiyası, tutulması; təbii sulu qazın konversiyası, neft məhsullarının süni maye yanacağın qələvi təmizlənməsi, yanacaq hazırlanması, yanacaq verilməsi, bərk yanacağın zənginləşdirilməsi, bitium, konsistent yağlayıcıların istehsalı, həmçinin reagent təsərrüfatında və neft məhsullarının doldurub boşaldılması üzrə estakadaların neft məhsulları və qaz üçün qablar parkı və kommunikasiyasının, ventilyasiyanın, istehsalat kanalizasiyasının, texnoloji avadanlıq və əsas istehsalatların kommunikasiyasının xidməti və təmiri: əmtəə operatorları” (kod 2130301a—16085) nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli Qərarı ilə “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” təsdiq edilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli Qərarı qüvvədən düşmüş hesab edilmişdir. Siyahının (xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarla təsdiq edilmiş) “10. Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür va şistin emalı” bölməsində “10.5.1. İstehsalatda məşğul olan aşağıda sadalanan fəhlələr, rəhbərlər və mütəxəssislər: nefit məhsullarının və neftin katalitik riforminqinin distillə edilməsi, krekinqləşdirilməsi, neft məhsullarının pirolizi, neft xammalının hazırlanması, qaz benzininin istehsalı, sıxışdırılmış qazlar, qaz benzininin kondensasiyası, tutulması; təbii sulu qazın konversiyası, neft məhsullarının, süni maye yanacağın qələvi təmizlənməsi, yanacaq hazırlanması, yanacaq verilməsi, bərk yanacağın zənginləşdirilməsi, bitium, konsistent yağlayıcıların istehsalı, həmçinin reagent təsərrüfatında və neft məhsullarının doldurub boşaldılması üzrə estakadaların neft məhsulları və qaz üçün qablar parkı və kommunikasiyanın, ventilyasiyanın, istehsalat kanalizasiyasının, texnoloji avadanlıq və əsas istehsalatların kommunikasiyasının xidməti və təmiri: əmtəə operatorları” nəzərdə tutulmuşdur. Göründüyü kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 Qərarı ilə “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda, həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007ci il tarixli 12 nömrəli Qərarı ilə “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda iddiaçının işlədiyi peşələr göstərilmişdir. Beləliklə, göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, mübahisələndirilən qərar inzibati icraat haqqında hüquq normalarının pozulması nəticəsində qəbul edildiyindən, o cümlədən cavabdeh inzibati orqan tərəfindən mübahisələndirilən xx.xx.1992-xx.xx.2018-ci il tarixlərdə (25 il 4 ay 28 gün) iddiaçının yanacaqdoldurma sexində əmtəə operatoru peşəsində işlədiyi dövr güzəştli iş stajına aid edilməsi işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapdığından, hazırkı iddia təmin edilərək cavabdehin xx.xx.2022-ci il tarixli **********8 saylı (əmək pensiyasının dayandırılması haqqında) qərarı ləğv edilməli və iddiaçıya təyin edilmiş əmək pensiyası dayandırıldığı vaxtdan bərpa edilərək ödənilməlidir. İPM-in 1.2-ci maddəsinə istinadən və MPM-in 82.1-ci maddəsinə əsasən hamıya bəlli olan hallar və ya faktlar mübahisəediləbilməz və onların sübuta ehtiyacı yoxdur. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 70.3- cü maddəsinə dair inzibati aktın ləğv edilməsi ilə yanaşı, iddiaçının hər hansı öhdəliyin (vəzifənin) yerinə yetirilməsini tələb etməyə haqlı olduğu hallarda, məhkəmə həmin icraat zamanı tələb olunan öhdəliyi (vəzifəni) yerinə yetirməyə məcbur etmə haqqında qərar qəbul edə bilər. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, xx.xx.2022-ci il tarixli **********8 saylı (əmək pensiyasının dayandırılması haqqında) qərarı ləğv edilməli və əmək pensiyasının dayandırıldığı vaxtdan bərpa edilərək ödənilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır.

NƏTİCƏVİ HİSSƏ: Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 75 və 85.1 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. xx.xx.2022-ci il tarixli **********8 saylı (əmək pensiyasının dayandırılması haqqında) qərarı ləğv edilsin və əmək pensiyasının dayandırıldığı vaxtdan bərpa edilərək ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filalının üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.

Hakim Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar