Məhkəmə qərarları › İş №e-2-1(112)-9387/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-9387/2025

18.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-9387/2025 18.09.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “qərarın ləğv edilməsi və əlillik dərəcəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “qərarın ləğv edilməsi və əlillik dərəcəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə 18 sentyabr 2025-ci il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı (bundan sonra – iddiaçı) xx.xx.1962-ci il təvəllüdlüdür. İddiaçıya ilkin olaraq xx.xx.2022-ci il tarixdə 2 il müddətinə, 50% orqanizmin funskiyalarının pozulması faizi ilə ümumi xəstəlik səbəbindən İİİ dərəcə əlillik təyin edilmişdir (diaqnoz – 63.5 Beyin arteriyalarının dəqiqləşdirilməmiş tıxanma və ya daralması nəticəsində yaranan beyin infarktı, Sağ orta beyin arteriya hüvəsində keçirilmiş beyin infarktı (xx.xx.2021) və sol orta beyin artriyası hövzəsində keçirilmiş təkrari beyin infarktında (xx.xx.2022) sonrakı vəziyyət qeyd edilmişdir. İddiaçı növbəti dəfə Bakı şəhər Baş Səhiyyə İdarəsinin S00212215QBU nömrəli, xx.xx.2024-cü il tarixli göndərişi əsasında xx.xx.2024-ci il tarixdə əyani müayinə edilmiş və Əlavə müalicəyə ehtiyacın olması – (Səbəb: İxtisaslaşdırılmış əlavə müayinə və müalicəyə ehtiyac var) əsası ilə iddiaçıya əlillik təyin edilməsindən imtina edilmişdir. İddiaçı sonuncu dəfə Bakı şəhər Baş Səhiyyə İdarəsinin T00247418FNV nömrəli, xx.xx.2025-ci il tarixli göndərişi əsasında xx.xx.2025-ci il tarixdə əyani müayinə edilmiş və diqanozun əlillik təyinatına əsas verməməsi əsası ilə iddiaçıya imtina verilmişdir. Həmin göndərişə əsasən iddiaçının: Əsas diaqnoz: İ69.3 Beyin infarktının nəticələri, Hər iki beyin yarımkürəsində keçirilmiş (xx.xx.2021 və xx.xx.2022) infarktların nəticəsi Ağırlaşma: İ67.8 Beyin damarlarının digər dəqiqləşdirilməmiş zədələnmələri, Beyinin xroniki işemiyası Ağırlaşma: R47.1 Dizartiya və anartriya, Dizartriya Yanaşı xəstəliklər: H35.1 Pretinopatiya, OU-Torlu qışanın angiopatiyası Ağırlaşma: G82.4 Spastik tetraplegiya, Spastik tetrazparez Yanaşı xəstəliklər: H52.2 Astiqmatizm, OU-qarışıq astiqmartizm Ağırlaşma: R26 Hərəkətin və yerişin pozulmaları, Hərəkət və yerişin pozulması Yanaşı xəstəliklər: İ11.9 [Durğunluq] ürək çatışmamazlığı olmadan, əsasən ürəyin zədələnməsi ilə hipertenziv [hipertoniya] xəstəlik [-yi], Ürəyin hipertenziv xəstəliyi İİİ mərhələ. İddia tələbi və iddiaçının əsaslandırması, cavabdehin etirazları və digər prosessual hərəkətlər: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin imtina olunmasına dair xx.xx.2025-ci il tarixli qərarının ləğv edilməsi, xx.xx.2025-ci il tarixli göndəriş əsasında orqanizm funskiyalarının pozulma faizinə əsasən ona mavafiq əlillik dərəcəsinin qoyulması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. (İddia tələbi dəqiqləşdirilmişdir). İşin yuxarıda qeyd edilən hallarına istinadən tələb onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixdə ona “Beyin arteriyalarının tıxanma və ya daralması nəticəsində yaranan beyin infaktı, sağ orta beyin arteriya hövzəsində keçirilmiş beyin infaktı, (xx.xx.2021) və sol orta beyin arteriya hövzəsində keçirilmiş təkrari beyin infaktından (xx.xx.2022) sonrakı vəziyyət” diaqnozu qoyulmaqla oeqanizmin funksiyalarının 50% itirilməsi əsasında üçüncü dərəcəli əlillik təyin edilmidir. Əlillik və ya sağlamlıq imkanlarının məhdudluq müddəti xx.xx.2024-cü ilədək müəyyən edilmişdir. 2024-2025-ci illərdə səhətində olan ağırlaşmalarla əlaqədar təkrarən əlililiyin təyin olunması üçün tərəfindən cavabdehə müraciət olunmuş, lakin Tibbi-Sosial Ekspert Komissiyası sonuncu müayinəsinin nəticəsi olaraq əlillik dərəcəsinin verilməsindən imtina etmiş və səbəb olaraq “Diaqnoz əlillik əlaməti təyin etməməsi” göstərilmişdir. Cavabdehin ekspert komissiyası məsələyə formal yanaşmış və qərəzli olaraq ədalətli rəyin verilməsindən yayınmışdır. Cavabdeh iddiaya yazılı etirazını məhkəməyə təqdim edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının göndərişində əsas diaqnoz kimi müəyyənləşdirilmiş İ69.3-Beyin infarktının nəticələri və yanaşı xəstəlik H35.1- Preretinopatiya, OU-Torlu qişanın angiopatiyası xəstəlikləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin müəyyən olunması meyarlarında əlillik təyinatına əsas verən XBT kodlu xəstəlik kimi müəyyən edilməmişdir. Tərəflərin iştirakı və izahatları: İddiaçının vəkili və nümayəndəsi məhkəmə iclasında iddia tələbinin dəlillərinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və səbəbləri barədə məhkəməyə hər hansı məlumat verilməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Hazırki iddianın növü məcburetmə haqqında iddiadır. İPM-in 2.1 və 2.2.2-ci maddələrinə görə inzibati məhkəmə icraatında inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) baxılır. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Cavabdeh iddiaçının müraciətini təmin etməkən xx.xx.2025-ci il tarixli qərarla imtina etmiş, lakin həmin qərarın iddiaçıya hansı tarixdə təqdim edilməsinə dair cavabdeh hər hansı sübut təqdim etmədiyindən və iddiaçı xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət etdiyindən məhkəmə iddiaçı tərəfindən iddia müddətinin ötürülməməsi qənaətinə gəlir. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: İşin hallarına görə, iddiaçıya ilkin olaraq xx.xx.2022-ci il tarixdə 2 il müddətinə, 50% orqanizmin funskiyalarının pozulması faizi ilə ümumi xəstəlik səbəbindən İİİ dərəcə əlillik təyin edilmişdir (diaqnoz – 63.5 Beyin arteriyalarının dəqiqləşdirilməmiş tıxanma və ya daralması nəticəsində yaranan beyin infarktı, Sağ orta beyin arteriya hüvəsində keçirilmiş beyin infarktı (xx.xx.2021) və sol orta beyin artriyası hövzəsində keçirilmiş təkrari beyin infarktında (xx.xx.2022) sonrakı vəziyyət qeyd edilmişdir. İddiaçının əlillik müddəti bitdikdən sonra onun barəsində göndəriş rəsmiləşdirilmiş və cabvabdeh tərəfindən ona əlillik təyin edilməsindən imtina edilmişdir (əlavə müalicəyə ehtiyacının olması əsası ilə). İddiaçı cavabdehin bu imtinasını mübahisələndirməmişdir. İddiaçı sonuncu dəfə Bakı şəhər Baş Səhiyyə İdarəsinin T00247418FNV nömrəli, xx.xx.2025-ci il tarixli göndərişi əsasında xx.xx.2025-ci il tarixdə əyani müayinə edilmiş və diqanozun əlillik təyinatına əsas verməməsi əsası ilə iddiaçıya imtina verilmişdir. Hazırda iddiaçı cavabdehin imtina olunmasına dair xx.xx.2025-ci il tarixli qərarının ləğv edilməsi və xx.xx.2025-ci il tarixli göndəriş əsasında ona orqanizm funskiyalarının pozulma faizinə əsasən ona mavafiq əlillik dərəcəsinin qoyulması xahiş edir. Məhkəmə hesab edir ki, iddia tələbi əsaslı cavabdehin imtinası isə əsassızdır. Belə k, iddiaçı barəsində rəsmiləşdirilmiş sonuncu göndərişdə, onun xəstəlikləri aşağıdakı kimi müəyyən edilımişdir: Əsas diaqnoz: İ69.3 Beyin infarktının nəticələri, Hər iki beyin yarımkürəsində keçirilmiş (xx.xx.2021 və xx.xx.2022) infarktların nəticəsi Ağırlaşma: İ67.8 Beyin damarlarının digər dəqiqləşdirilməmiş zədələnmələri, Beyinin xroniki işemiyası Ağırlaşma: R47.1 Dizartiya və anartriya, Dizartriya. Yanaşı xəstəliklər: H35.1 Pretinopatiya, OU-Torlu qışanın angiopatiyası. Ağırlaşma: G82.4 Spastik tetraplegiya, Spastik tetrazparez. Yanaşı xəstəliklər: H52.2 Astiqmatizm, OU-qarışıq astiqmartizm. Ağırlaşma: R26 Hərəkətin və yerişin pozulmaları, Hərəkət və yerişin pozulması. Yanaşı xəstəliklər: İ11.9 [Durğunluq] ürək çatışmamazlığı olmadan, əsasən ürəyin zədələnməsi ilə hipertenziv [hipertoniya] xəstəlik [-yi], Ürəyin hipertenziv xəstəliyi İİİ mərhələ. Hazırda müəyyən edilməli hal ondan ibarətdir ki, qeyd edilən diaqnozlar iddiaçıda hazırda mövcuddurmu? Mövcud olduğu təqdirdə, həmin diqanozlar iddiaçıya əlillik təyin edilməsi üçün əsas verirmi? Bu halların araşdırılması ilə bağlı Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə məhkəmə-tibbi ekpertizası təyin edilərək Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Patalogiya Anatomoiya Birliyi publik hüquqi şəxsinə tapşırılmışdır. Məhkəməyə təqdim edilmiş T 569/2025 №-li tarixli ekspert rəyində qeyd edilmişdir ki, İ.X. Cavadovun əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi ilə bağlı “Bakı Baş Səhiyyə İdarəsi” phş tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, T00247418FNV saylı göndərişində XBT 10 kodu ilə qeyd edilən “Əsas diaqnoz: İ69.3-beyin infarktının nəticələri, hər iki beyin yarımkürəsində keçirilmiş (xx.xx.2021 və xx.xx.2022) infarktların nəticəsi. Ağırlaşmalar: İ67.8-beyin damarlarının digər dəqiqləşdirilməmiş zədələnmələri, beyinin xroniki işemiyası, R26-hərəkətin və yerişin pozulmaları, hərəkət və yerişin pozulması. Yanaşı xəstəliklər: H35.1- preretinopatiya, OUtorlu qişanın angiopatiyası, G82.4-spastik tetraplegiya, spastik tetraparez, R.47.1dizartriya və anartriya, dizartriya, H52.2-astiqmatizm, OU- qarışıq astiqmatizm, İİ 1.9- [durğunluq], ürək çatmamazlığı olmadan, əsasən ürəyin zədələnməsi ilə hipertenziv [hipertoniya] xəstəlik[-yi], ürəyin hipertenziv xəstəliyi İİİ mərhələ, presbiopiya, OUpresbiopiya” diaqnoz ona stasionarda müayinə və müalicələri əsasında təyin edilmişdir. Ekspert rəyindən də göründüyü kimi, iddiaçının adına rəsmiləşdirilmiş göndərişdə olan əsas diqnoz, ağırlaşmalar və yanaşı xəstəliklər iddiaçıda mövcuddur. Ali Məhkəmənin İnzibati Kollegiyasının 2-1(102)-921/2025 nömrəli iş üzrə, xx.xx.2025-ci il tarixli qərardadlarında (məhkəmə təcrübəsinin vahidliyi ilə bağlı cavabdehin orqanın kassasiya şikayətinin mümkünsüz hesab edilməsinə dair) məhkəmə kollegiyası qeyd etmişdir ki, “...kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, (Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2- 1(102)-1428/2024 nömrəli; 2-1(102)-1218/2024 nömrəli, 2-1(102)-1148/2024 nömrəli, 2- 1(102)-522/2024 nömrəli; 2-1(102)- 2378/2023 nömrəli; 2-1(102)-2458/2024 nömrəli; 2- 1(102)-2702/2024 nömrəli; 2-1(102)-2636/2024 nömrəli qərardadları) iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsə əlillik dərəcəsinin təyin edilməsindən imtinası məhkəmə tərəfindən tam şəkildə yoxlanıla bilər. Əlavə olaraq, iddiaçıda olan xəstəliklərin (ağırlaşmaların) əlilliyə əsas verməməsi ilə bağlı cavabdeh orqanın təkrarlanan dəlilinə münasibətdə qeyd edilməlidir ki, kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, (Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1218/2024 nömrəli, 2-1(102)-764/2024 nömrəli, 2-1(102)- 671/2024 nömrəli; 2-1(102)-437/2024 nömrəli; 2-1(102)-2500/2023 nömrəli; 2-1(102)-2378/2023 nömrəli qərarları; 2-1(102)-2458/2024 nömrəli; 2-1(102)- 2636/2024 nömrəli; 2-1(102)-2702/2024 nömrəli; 2-1(102)-2950/2024 nömrəli; 2-1(102)- 3098/2024 nömrəli qərardadları) tibb müəssisəsi tərəfindən tərtib edilmiş Forma 88-də əks olunmuş xəstəliklərin şəxsdə aşkar edilməsi və həmin xəstəliklərin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”də və (və ya) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarları”nda əks olunması əlilliyin təyininə hüquqi və faktiki olaraq əsas yaradır. Hazırkı iş üzrə göndərişdə göstərilmiş, apellyasiya məhkəməsinin qərarında sadalanmış iddiaçıya məxsus tibbi sənədlərdə mövcud olan və ekspert rəyində də təsdiqlənmiş diaqnoz əlillik təyinatına əsas verir” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”: Bənd 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. Bənd 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. Bənd 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında" Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Bənd 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra –göndəriş) əsasında aparılır. Bənd 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Bənd 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. Bənd 2.4. Şəxsin sağlamlıq vəziyyəti ilə bağlı Komissiyaya getmək imkanı olmadıqda, o Komissiya tərəfindən ölkə hüdudları daxilində olduğu yerdə müayinə edilir və göndərişdə bu barədə qeyd aparılmaqla, bu Qaydanın 2.3-cü bəndinə uyğun olaraq qərar qəbul edilir. [9] 2.8. Bu Qaydanın 1.6-cı bəndində nəzərdə tutulan hallarda Komissiya tərəfindən göndərişin verilməsindən imtina barədə əsaslandırılmış qərar göndəriş üçün müraciət edilən gün qəbul edilir. Həmin qərardan “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə (2022-ci il iyulun 1-dən qüvvəyə minmişdir) “Əlilliyin müəyyən olunması meyarları”: 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir. XBT-10 – xəstəliklərin və sağlamlıqla bağlı problemlərin beynəlxalq statistik təsnifatı, X baxış. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş, “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydaları”: Bənd 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə (bundan sonra – şəxs) əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin (bundan sonra – göndəriş) verilməsi ilə bağlı münasibətləri tənzimləyir. 1.5. Göndəriş verilməsi üçün əsas şərtlər aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2. şəxsdə bu Qaydaya 1 nömrəli əlavədə qeyd olunan xəstəliklərin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); 1.5.3. əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi. Məhkəmə qeyd edir ki, iddiaçıda olan diqanozlar Meyarlarda təsbit edilmiş və həmin diqanoz həmçinin əlillk təyinatına əsas verir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”: “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti

2. Qan dövranı sisteminin xəstəlikləri Qeyd. Xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn orqanizmin qan dövranı sisteminin davamlı pozuntularının ağırlıq dərəcəsinin kəmiyyətcə qiymətləndirilməsi klinikfunksional təzahürlərin ifadə dərəcəsinin qiymətləndirilməsinə əsaslanır: qan dövranı çatışmazlığı, hipertonik sindrom, ağciyər hipertenziyası, aritmiyanın və ya blokadanın dərəcəsi. Patoloji prosesin digər amilləri də nəzərə alınır: gedişatın forması və ağırlığı, prosesin aktivliyi, kəskinləşmələrin olması və tezliyi, patoloji prosesin yayılması, hədəf orqanların qoşulması, fəsadların olması.

2.1. Qan təzyiqinin yüksək olması ilə İ10-İ15 səciyyələnən xəstəliklər Serebrovaskulyar xəstəliklər İ60-İ69 Qiymətləndirmə 2.1.1. arterial hipertenziya İ-İİİ dərəcə, 35-60 1 il hipertoniya xəstəliyi İİİ mərhələ, hədəf orqanların funksiyalarının mülayim pozulması (zədələnməsi) ilə 2.1.2. arterial hipertenziya İ-İİİ dərəcə, 65-80 2 il hipertoniya xəstəliyi İİİ mərhələ, hədəf orqanların funksiyalarının ciddi pozulması (zədələnməsi) ilə 2.1.3. arterial hipertenziya İ-İİİ dərəcə, 85-100 müddətsiz hipertoniya xəstəliyi İİİ mərhələ, hədəf orqanların funksiyalarının ağır pozulması (zədələnməsi) ilə

İddiaçının barəsində rəsmiləşdirilmiş göndərişdə İİİ dərəcə arterial hipertenziya, hipertoniya xəstəliyi İİİ mərhələ qeyd edilmiş və həmin xəstəliyin iddiaçıda olması ekspert rəyi ilə təsdiqni tapmışdır. Meyralara əsasən qeyd edilən diaqnozun əlillik təyinatına o vaxt əsas verir ki, hədəf orqanların funksiyalarının mülayim, ciddi və ağır pozulması (zədələnməsi) ilə müşayiət edilsin. İddiaçı barəsində rəsmiləşdirlən forma 88-dən və işdə olan tibbi sənədlərdən müəyyən edilir ki, iddiaçı həmin diqanozla yanaşı, diaqnozun ağırlaşmaları və yanaşı xəstəliklər də mövcuddur. Belə ki, iddiaçı xx.xx.2021 və xx.xx.2022-ci il tarixlərdə iki dəfə infakt keçirmişdir. İddiaçıda həmçinin beyin damarlarının digər dəqiqləşdirilməmiş zədələnmələri, beyinin xroniki işemsiyası, Dizartiya və anartriya, Spastik tetraplegiya, Spastik tetrazparez, hərəkətin və yerişin pozulmaları da mövcuddur. Odur ki, iddia tələbi əsaslı olmaqla, cavabdehin diaqnozun əlillik təyin etməməsi barədə imtinası əsassızdır. Məhkəmə qeyd edir ki, iddiaçıda olan diaqnozun hansı qiymətləndirmə meyarına (mülayim, ağır və ya ciddi), faiz dərəcəsinə və müddətinə uyğun gəlməsi cavabdehin qiymətləndirmə azadlığına əsasən müəyyən edilməlidir. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır təmin edilməlidir. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır;

NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə,

qərara aldı:

İddia təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya X1 əlillik təyin olunmasında imtina edilməsi barədə xx.xx.2025-ci il tarixli qərarı ləğv edilsin. İddiaçı xx.xx.2025-ci il tarixli göndəriş əsasında orqanizm funskiyalarının pozulma faizinə əsasən mavafiq əlillik təyin edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Bəhlul Cəlalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar