Məhkəmə qərarları › İş №e-2-1(112)-9419/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-9419/2024

29.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-9419/2024 29.08.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Nəsimi rayon qeydiyyat şöbəsinə qarşı “doğum haqqında akt qeydində soyadın dəyişdirilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək xx.xx.1971-ci ildə mənə verilmiş АЗБ №134741 saylı doğum haqqında şəhadətnamə ləğv edilsin və xx.xx.1971-ci ildə 925 saylı doğum akt qeydində soyadımın “Rüstəmova” soyadından “Rüstəmbəyli” soyadına dəyişdirilməsinə dair müvafiq düzəlişin edilməsi və soyadımın “Rüstəmbəyli” göstərməklə yeni doğum haqqında şəhadətnamənin verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçının nümayəndəsi daha sonra iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək soyadın “Rüstəmova”dan “Rüstəmbəyli” soyadına dəyişdirilməsi qeydə alınmaqla müvafiq şəhadətnamənin verilməsi öhdəliyinin cavabdeh Nəsimi rayon qeydiyyat şöbəsinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.

3. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı Azərbaycan Respublikasının vətəndaşı, Azərbaycanlı İddiaçı xx.xx.1971-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Bu barədə xx.xx.1971-ci ildə Bakı şəhəri Nəsimi rayon qeydiyyat şöbəsi (ZAQS) tərəfindən X7 doğum kitabında 925 saylı qeyd edilmiş və iddiaçının adına АЗБ №134741 saylı Doğum haqqında şəhadətnamə verilmişdir. İddiaçının X6nun atasının, yəni iddiaçının ata babasının X1 Rüstəmbəyov olmuşdur. İddiaçı babasının soyadının Rüstəmbəyov olmasını nəzərə alaraq qardaşı X18 1 saylı Bakı inzibati-iqtisadi məhkəməsinin xx.xx.2019- cu il tarixli, № 2-1(81)-2484/2019 qərarı ilə soyad sonluğunu dəyişdirərək RÜSTƏMBƏYLİ soyadını almışdır. Bundan sonra ona AZ- İV№361431 saylı doğum haqqında yeni şəhadətnamə verilmiş və bu barədə doğum haqqında akt qeydləri kitabında 1059 № ilə qeyd edilmişdir. İddiaçı babasının və qardaşının soyadının bu cür olmasını nəzərə alaraq özünün də soyadınının sonluğunu dəyişdirərək RÜSTƏMBƏYLİ soyadını daşımaq istəyir. Bakı şəhəri Nəsimi rayon qeydiyyat şöbəsi iddiaçının müraciətinə cavab olaraq qəbul etdiyi xx.xx.2024-cu il tarixli, 3-16-5/8-15-651/2024 saylı imtina məktubunda qeyd edilmişdir ki, soyadının “ova” sonluğu yalnız “lı, li, lu, lü, zadə, qızı” sonluğu (və ya sonluqsuz) ilə əvəz edilə bilər. Beləliklə Nəsimi rayon qeydiyyat şöbəsi iddiaçının soyadının “Rüstəmova”dan “Rüstəmbəyli”yə dəyişdirilməsini mümkünsüz hesab etmişdir.

4. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2024-cü il tarixli imtina məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.1993-cü il tarixli 495 saylı qərarının tələblərinə əsasən Azərbaycan Respublikasının vətəndaşları “-ov”, “-yev”sonluqlu soyadlarını “-lı” (sözün kökündən asılı olaraq “-li”, “-lu”, “-lü”), “-zadə”, “-oğlu”, “-qızı” sonluqlu və ya sonluqsuz ifadə formaları ilə əvəz edilə bilər.

5. AZB 134741 nömrəli Doğum haqqında Şəhadətnaməyə əsasən İddiaçı xx.xx.1971-ci il tarixdə doğulmuşdur. X6, anası X11.

6. İş materiallarında olan AA******* seriya nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı 30.0.1971-ci il tarixdə anadan olmuşdur.

7. İddiaçı məxsus xx.xx.1971-ci il tarixdə 925 nömrə ilə qeydə alınmış doğumu haqqında akt qeydinin surəti iş materiallarına əlavə olunmuşdur.

8. Daxili İşlər Nazirliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli Arayışda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin mərkəzləşdirilmiş uçotlarındakı məumata əsasən xx xxxx 1971-ci il tarixdə Azərbaycan Respublikasında anadan olmuş İddiaçı məhkumluğu yoxdur. Məhkumluq barədə məlumat Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 81-83-cü və 92-ci maddələrinin müddəaları nəzərə alınmaqla verilir.

9. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(81)-2484/2019 nömrəli Qərarı ilə iddia tələbi təmin edilmişdir. X17 xx.xx.1969-ci il tarixdə, AЗ № ******* saylı doğum haqqında şəhatənamə ləğv edilmişdir. X13 xx.xx.1969-ci il tarixdə 1059 № qeyd edilmiş doğum akt qeydində soyadının “Rüstəmov” soyadından “Rüstəmbəyli” soyadına dəyişdirilməsinə dair müvafiq düzəlişin edilməsi və soyadının “Rüstəmbəyli” göstərilməklə, digər məlumatların isə saxlanılmaqla yeni doğum haqqında şəhadətnamə verilməsi Nəsimi rayon Qeydiyyat Şöbəsinə həvalə edilmişdir.

10. Az-T 267390 nömrəli Doğum haqqında Şəhadətnaməyə əsasən X14 xx.xx.1969-cu il tarixdə doğulmuşdur. X6, anası X11.

11. Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən iddiaçının nümayənədisnə ünvanlanan xx.xx.2019-cu il tarixli məktubda qeyd edilmişdir ki, 1871-ci ildə Qubadlı rayonunda anadan olmuş X5 27 iyun 1931-ci il tarixdə Azərbaycan SSR Dövlət Siyasi İdarəsi (DSİ) tərəfindən Azərbaycan SSR CM-in 75-ci və 213-cü (dələduzluq və rüşvətxorluq) maddələri ilə təqsirləndirilərək həbs edilmişdir. Həbs zamanı onun ailə tərkibi aşağıdakı şəxslərdən ibarət olmuşdur: həyat yoldaşı - Gilə İsfəndiyar qızı, 30 yaşında; qızı - Mərcan; oğlu - Rafiq, 6 yaşında; oğlu - Tofiq, 2 yaşında. Azərbaycan SSR DSİ-nin xx.xx.1932-ci il tarixli qərarına əsasən, İ.Rüstəmbəyov həbsdən azad edilmiş və cinayət işi sona çatdırılması üçün DSİ-nin Qubadlı rayon şöbəsinə göndərilmişdir. Azərbaycan SSR X26 Komissarlığının (XDİK) Zəngilan rayon şöbəsinin 15 may 1941 -ci il tarixli Qərarına əsasən, İ.Rüstəmbəyovun işinə xitam verilmişdir. İ.Rüstəmbəyovun nəvəsi X2 MTN rəhbərliyinə ünvanladığı xx.xx.2005-ci il tarixli ərizəsinə əsasən, ona babasının işindən müvafiq kserosurət (məhkumun tərcümeyi-halı) təqdim edilmişdir.

12. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

II. İddianın növü

13. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”ndan: 1.5. Adın verilməsindən və ya dəyişdirilməsindən imtina edilməsi barədə qeydiyyat orqanının qərarından inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər. 6.19. Ad, ata adı, soyad dəyişdirildiyi halda qeydiyyat şöbəsi və ya konsulluq 3 iş günü müddətində bu barədə ərizə verən şəxsə məlumat verir və o, qeydiyyat şöbəsinə və ya konsulluğa gəldiyi gün adın, ata adının, soyadın dəyişdirilməsini qeydə alır və müvafiq şəhadətnamə verir.

14. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarına əsasən, Ədliyyə nazirliyinin rayon qeydiyyat idarələri inzibati orqanların təsnifatına aid edilmişdir.

15. İPM-in 2.2.2-ci maddəsinə əsasən, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

16. İddia məcburetmə haqqında iddiadır. İddia mümkündür.

III. Məhkəmənin mövqeyi

17. İddiaçı məxsus xx.xx.1971-ci il tarixdə 925 nömrə ilə qeydə alınmış doğumu haqqında akt qeydinin surəti iş materiallarına əlavə olunmuşdur. İddiaçı doğum akt qeydinin surətindən görünür ki, o, xx.xx.1971-ci il tarixdə Bakı şəhərində doğulmuşdur.

18. AZB 134741 nömrəli Doğum haqqında Şəhadətnaməyə əsasən İddiaçı xx.xx.1971-ci il tarixdə doğulmuşdur. X6, anası X11.

19. İş materiallarında olan AA******* seriya nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı 30.0.1971-ci il tarixdə anadan olmuşdur.

20. Daxili İşlər Nazirliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli Arayışda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin mərkəzləşdirilmiş uçotlarındakı məumata əsasən xx xxxx 1971-ci il tarixdə Azərbaycan Respublikasında anadan olmuş İddiaçı məhkumluğu yoxdur.

21. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 26.1-ci maddəsinə əsasən hər bir fiziki şəxsin adı addan, ata adından və soyaddan ibarətdir.

22. X25 Konvensiyasının 8-ci maddəsinə əsasən hər kəs öz şəxsi həyatına hörmət hüququna malikdir. X25 Məhkəməsinin presedent hüququna əsasən “şəxsi həyat” fərdin özəl həyatına nisbətən daha geniş anlayışdır, belə ki, hər bir fərdin müstəqil inkişaf etdiyi və şəxsiyyət kimi formalaşdığı sahələri, o cümlədən digər şəxslərlə münasibətlərini və ətraf aləmlə təmaslarını da əhatə edir. Şəxsə ad qoyulması və ailənin mənşəyi barədə məlumat əldə etməsi “şəxsi həyat”ın əhatə dairəsinə aiddir.

23. İlk növbədə qeyd edilməlidir ki, X25 Məhkəməsinin presedent hüququna əsasən, bir şəxsi adını dəyişdirməyə sövq edən ciddi səbəblər ola biləcəyini diqqətə alan AİHM, əhalinin qeydiyyatının düzgün olaraq aparılması, şəxsi kimliyin müəyyən olunması və/və ya müəyyən bir adı daşıyanların müəyyən bir ailə bağlılıqlarının qurula bilməsi kimi ictimai marağın tələbləri nəzərə alındığında ad dəyişdirmə imkanına qanuni məhdudiyyətlər gətirilə biləcəyini qeyd etmişdir (Kemal Taşkin və digərləri Türkiyəyə qarşı 30206/04 Qərar 2.2.2010 [İİ Bölmə]).

24. Odur ki, məhkəmə şəxsin soyadın (sonluğunun) dəyişdirilməsi ilə bağlı məsələnin həm daxili qanunvericilik, həm də X25 Məhkəməsinin presedent hüququ baxımından qiymətləndirilməsi üçün aşağıdakı məsələləri araşdırmalıdır: - Müdaxilə qanunla nəzərdə tutulubmu? - Müdaxilə qanuni məqsəd daşıyırdımı? - Müdaxilə demokratik cəmiyyətdə zəruri idimi?

25. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunundan: - 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. - 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. - 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. - 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. - 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. - 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.

26. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”ndan: 6.1. Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. 6.2. Adın, ata adının və soyadın dəyişdirilməsi qeydiyyat şöbəsi və ya konsulluq tərəfindən həyata keçirilir. 6.4. Ərizə verən şəxsin istəyi ilə ata adı onu tərbiyə etmiş şəxsin razılığı ilə həmin şəxsin adı ilə dəyişdirilir. 6.12. Adın, ata adının və soyadın dəyişdirilməsi məsələsinin düzgün həll olunması üçün qeydiyyat şöbəsi və ya konsulluq ərizə daxil olduğu vaxtdan 7 gün müddətində ərizə verən şəxsin doğumu, nikahdadırsa nikah haqqında, övladları vardırsa, onların doğum haqqında akt qeydlərinin surətlərini, müvafiq hallarda isə övladlığa götürmə, atalığın müəyyən edilməsi və nikahın pozulması haqqında akt qeydlərinin surətlərini əldə etmək məqsədi ilə bu aktların saxlanıldığı qeydiyyat orqanına, akt qeydi həmin orqanda olmadıqda isə X7 Reyestri Xidmətinə sorğu verir. 6.13. Adın, ata adının və soyadın dəyişdirilməsi haqqında ərizəyə bu Qaydaların 6.12-ci bəndində göstərilən akt qeydləri olduqda baxılır. Həmin akt qeydləri itirilmişdirsə və ya onlarda hər hansı uyğunsuzluq vardırsa, ərizə və ona əlavə edilmiş sənədlər ərizə verən şəxsə qaytarılır, itirilmiş akt qeydinin bərpa olunması və ya akt qeydində dəyişiklik aparılması qaydası ona izah edilir. 6.15. Ərizə verən şəxsin şəxsiyyətinin müəyyən edilməsi, eləcə də adın, ata adının və soyadın dəyişdirilməsi ilə istintaqdan, məhkəmədən, tibbi xarakterli məcburi tədbirlərin tətbiqindən yayınmasının qarşısının alınması məqsədi ilə qeydiyyat şöbəsi toplanmış sənədləri yoxlama aparılması üçün ərizə verən şəxsin yaşayış yeri üzrə rayon (şəhər) polis idarəsinə (şöbəsinə) göndərir. 6.17. Qeydiyyat şöbəsi və ya konsulluq əldə olunmuş sənədlərə əsasən ərizənin məzmununu və yoxlamanın nəticələrini nəzərə alaraq, 15 gün müddətində ərizə verən şəxsin soyadının, adının, ata adının dəyişdirilməsinin mümkünlüyünü əks etdirən rəy tərtib edir. 6.18. Adın, ata adının və soyadın dəyişdirilməsi mümkün hesab edilmədikdə, qeydiyyat şöbəsi və ya konsulluq bundan imtina edilməsi barədə bu Qaydaların 1.5-ci bəndində nəzərdə tutulan qərarı çıxarır, 5 iş günü müddətində bu barədə ərizə verən şəxsə məlumat verir və qeydiyyat şöbəsinə və ya konsulluğa gəldiyi gün həmin qərarın bir nüsxəsini təqdim etdiyi sənədlərlə birlikdə ona qaytarır.

27. X25 Məhkəməsinin presedent hüququna əsasən: - “zəruri” anlayışı “əvəzolunmaz” anlayışının sinonimi deyil, o cümlədən bu anlayış “qəbul edilən”, “adi”, “ağlabatan”, “faydalı” və ya “arzu edilən” ifadələrinə xas olan çevikliyə malik deyil; - Razılığa gələn dövlətlər məhdudiyyətlərin tətbiqi zamanı müəyyən, lakin qeyri-məhdud olmayan qiymətləndirmə sərbəstliyi hüququna malikdirlər, lakin onların Konvensiyaya uyğunluğuna dair yekun qiymətləndirmə Avropa Məhkəməsinin səlahiyyətindədir; - “demokratik cəmiyyətdə zəruri” anlayışı onu ifadə edir ki, müdaxilə Konvensiya ilə uzlaşmaqla “təxirəsalınmaz ictimai ehtiyaca” uyğun və “qarşıya qoyulmuş qanuni məqsədə mütənasib” olmalıdır; - Hüquqların təminatının məhdudlaşdırılmasına dair Konvensiyadakı maddələr məhdud təvsir olunmalıdırlar (X8rşı).

28. Məhkəmə müəyyən edir ki, iddia ərizəsinin məzmunundan və iddiaçının nümayəndəsinin (vəkilinin) izahatından aydın olur ki, iddiaçının X6nun atasının, yəni iddiaçının ata babasının X1 “Rüstəmbəyov” olduğundan (bu hal iş materialları ilə də təsdiq olunur) iddiaçı da soyadının “Rüstəmbəyli” kimi dəyişdirilməsini tələb edir.

29. Məhkəmə hesab edir ki, iddiaçı ilə bərabər və ya müəyyən meyarlara əsasən oxşar vəziyyətdə olan, müraciətinə əsasən soyadı dəyişdirilmiş şəxslərin hüquqi vəziyyətinin (soyadın dəyişdirilməsi üçün əsasların) qiymətləndirilməsi bərabərlik prinsipinin pozulması nöqteyi-nəzərindən əhəmiyyətlidir.

30. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 25. Bərabərlik hüququ İ. Hamı qanun və məhkəmə qarşısında bərabərdir. İİ. Kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır. İİİ. Dövlət, irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, etnik, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. İV. Heç kəsə bu maddənin İİİ hissəsində göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz. V. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. Vİ. Sağlamlıq imkanları məhdud olanlar, onların məhdud imkanlarına görə həyata keçirilməsi çətinləşən hüquq və vəzifələrdən başqa, bu Konstitusiyada təsbit olunmuş bütün hüquqlardan istifadə edir və vəzifələri daşıyırlar.

31. Məhkəmə nəzərə alır ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2-1(81)-2484/2019 nömrəli Qərarı ilə iddiaçının qardaşı X13 xx.xx.1969-ci il tarixdə 1059 № qeyd edilmiş doğum akt qeydində soyadının «Rüstəmov» soyadından “Rüstəmbəyli” soyadına dəyişdirilməsinə dair müvafiq düzəlişin edilməsi və soyadının “Rüstəmbəyli” göstərilməklə, digər məlumatların isə saxlanılmaqla yeni doğum haqqında şəhadətnamə verilməsi vəzifəsi Nəsimi rayon Qeydiyyat Şöbəsinə həvalə edilmişdir (iddiaçının babasının soyadının Rüstəmbəyov olmasını nəzərə alaraq).

32. Məhkəmə qeyd edir ki, iddiaçıya münasibətdə fərqli rəftarın X25 Konvensiyasının (AİHK) 14-cü maddənin (ayrı-seçkiliyin qadağan olunması) tələblərinə uyğun olduğu qənaətinə gəlmək üçün "ağlabatan mütənasiblik əlaqəsi" mövcud olmuş olmalıdır. Konvensiyanın 14cü maddəsi ilə ayrı-seçkiliyə qoyulan qadağanın yalnız o halda mənası ola bilər ki, ərizəçinin fərdi situasiyası olduğu kimi qəbul edilsin. Odur ki, məhkəmə hesab edir ki, işin hallarına və iddiaçının fərdi situasiyasına uyğun olaraq cavabdeh orqan tərəfindən iddiaçıya münasibətdə tətbiq olunan fərqli yanaşma ilə bağlı "ağlabatan mütənasiblik əlaqəsi" mövcud deyil. X25 Məhkəməsi dəfələrlə qərarlarında qeyd etmişdir ki, istifadə olunmuş vasitələr və qarşıya qoyulmuş məqsəd arasında proporsionallığın olmaması, ərizəçinin məruz qaldığı fərqli davranışın obyektiv və ağlabatan əsaslarının olmaması ayrıseçkilik hesab olunur (bax digərləri ilə yanaşı Fabris Fransaya qarşı [BP] - 16574/08 Qətnamə xx.xx.2013-cü il tarixli qərar [Böyük Palata]; X19rşı (Muñoz Díaz v. Spain), ərizə № 49151/07, xx.xx.2009-cu il tarixli qərar). Odur ki, iddiaçının fərdi situasiyası nəzərə alınmaqla başqa cür yanaşma AHİK-in 8-ci maddəsi (şəxsi və ailə həyatına hörmət hüququ) ilə birgə götürülmüş Konvensiyanın 14-cü maddəsinin pozuntusu hesab edilə bilər.

33. Belə ki, məhkəmə hesab edir ki, iddiaçı ilə eyni hüquqi vəziyyətdə olan qardaşı X3 “Rüstəmbəyli” kimi dəyişdirildiyi halda, iddiaçının soyadının eyni formada “Rüstəmbəyli” kimi dəyişdirilməsindən imtina edilməsi bərabərlik hüququnun pozulmasıdır və belə olan təqdirdə iddiaçıya münasibətdə fərqli rəftarın ağlabatan əsaslandırılması yoxdur.

34. Odur ki, iddia təmin edilməli, İddiaçı məxsus doğum haqqında akt qeydində soyadın “Rüstəmova”dan “Rüstəmbəyli”yə dəyişdirilməsinə dair qeyd edilməklə buna dair yeni şəhadətnamə verilməsi vəzifəsi cavabdeh Bakı şəhəri Nəsimi rayon qeydiyyat şöbəsinin üzərinə qoyulmalıdır.

35. İPM-in 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

36. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.

37. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddia təmin edilsin. İddiaçı məxsus doğum haqqında akt qeydində soyadın “Rüstəmova”dan “Rüstəmbəyli”yə dəyişdirilməsini qeydə almaqla buna dair müvafiq şəhadətnamə verməsi vəzifəsi cavabdeh Bakı şəhəri Nəsimi rayon qeydiyyat şöbəsinin üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar