Məhkəmə qərarları › İş №e-2-1(112)-9426/2023

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(112)-9426/2023

02.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-1(112)-9426/2023 02.11.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı nümayəndəsi (vəkili) Vəkil1, Zəruri cəlbetmə qaydasında üçüncü şəxs X7 nümayəndəsi (vəkili) Vəkil2 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı (zəruri cəlbetmə qaydasında üçüncü şəxs X15, adi cəlbetmə qaydasında üçüncü şəxs "xxxx" MTK) “orderin etibarsız hesab edilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı məhkəməyə iddia ərizə ilə müraciət edərək cavabdeh Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2006-cı il, 225 nömrəli sərəncamına əsasən Mənzil Kooperativ İdarəsi tərəfindən verilmiş xx.xx.2006-cı il tarixli, 013593 nömrəli orderin etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, Bakı şəhər İcra Hakimiyyəti başçısının aparatı tərəfindən verilən xx.xx.2022-ci il tarixli 7-5248/17 saylı məktubda da göstərilmişdir ki, 03 noyabr 2006cı il tarixdə Baxı şəhəri Nəsimi rayonu Abbas Səhhət küçəsi 59/61 saylı evin 13 saylı mənzilinə dair 013593 saylı order verilmiş, orderin verilməsinə əsas Bakı şəhər İcra Hakimiyyəti Başçısı aparatı yanında Mənzil məsələləri üzrə ictimai komissiyanın yığıncağının xx.xx.2006-cı il tarixli 7 B №li protokolu əsasında Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2006-cı il tarixli 225 nömrəli sərəncamı olmuşdur. Yalnız orderdə mənzilin sahəsi 80.6 kv.m nəzərdə tutulmuşdur. Heç bir orderə qədər hüquqmüəyyənedici sənəd təqdim etmədən mənzilin ona məxsus olmasını iddia edən X4 rayon məhkəməsində maneələrin aradan qaldırılmasına dair iddia ərizəsi ilə müraciət etmişdir. Belə ki, iddiaçı bu mənzili yalnız 135 kv.m ölçüsü ilə 15 avqust 2012-ci il müqavilə və maliyyə arayışı əsasında əldə etmiş X8 25 mart 2022-ci il tarixli müqavilə və maliyyə arayışı qəbul edərək mənzili təhvil-təslim almış və o gündən bəri təmir işlərinə başlamışdır.

3. Bakı şəhəri Nəsimi rayon Məhkəməsi tərəfindən Bakı İnzibati Məhkəməsinə ünvanlanan xx.xx.2023-cü il tarixli məktubda qeyd olunmuşdur ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-1252/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin icraatında olan iddiaçı X2 cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı (üçüncü şəxslər - "xxxx" MənzilTikinti Kooperativi və X15) “orderin etibarsız hesab edilməsi” tələbinə dair e-2-1 (112)-9426/2023 saylı inzibati iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər iddiaçı X7 iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində Bakı Şəhər İcra Hakimiyyəti və X17 olmaqla, cavabdehlər "xxxx" Mənzil-Tikinti Kooperativi və X3 qarşı “müqavilənin etibarsız hesab edilməsi, mənzilə dair istifadə hüququnun həyata keçirilməsi üçün maneələrin aradan qaldırılması və mənzilin təhvil verilməsi” tələbinə dair e- 2(006)-1252/2023 saylı mülki iş üzrə icraat dayandırılmışdır.

4. Məhkəmənin hazırki iş üzrə xx.xx.2023-cü il tarixli Qərardadı ilə X16 inzibati məhkəmə icraatına zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir.

5. Məhkəmənin hazırki iş üzrə xx.xx.2023-cü il tarixli Qərardadı ilə "xxxx" Mənzil Tikinti Kooperativi inzibati məhkəmə icraatına adi cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir.

6. Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2006-cı il tarixli, 225 nömrəli Sərəncamından çıxarışa əsasən Bakı şəhər İcra Hakimiyyəti Başçısı aparatı yanında Mənzil məsələləri üzrə ictimai komissiyanın yığıncağının xx.xx.2006-cı il tarixli 7B №-li Protokolu təsdiq edilmişdir. Mənzil məsələləri üzrə ictimai komissiyanın yığıncağının xx.xx.2006-cı il tarixli, 7B №-li Protokola əsasən "xxxx" MTK üzvü X12 oder verilməsi qərara alınmışdır (Əsas: Fond – 478, siyahı – 1, saxlama vahidi – 900).

7. Bakı Şəhəri İcra Hakimiyyəti Başçısının Aparatının 013593 nömrəli, xx.xx.2006-cı il tarixli Orderə əsasən Bakı şəhəri, A.Səhhət küçəsi, ev 59/61, giriş 1, 6-cı mərtəbədə yerləşən sahəsi 80,6 kvadrat metr olan 3 otaqlı 13 saylı mənzil vətəndaş X13 1 nəfər ailə tərkibi ilə verilmişdir. Oderin verilməsinə əsas: BŞİH sərəncamı № 225, xx.xx.2006-cı il.

8. "xxxx" MTK və X17 (müqaviləyə əsasən “payçı”) arasında bağlanmış 15 avqust 2012-ci il tarixli Mənzil-tikintisi haqqında Müqaviləyə əsasən ünvan 3 ünvanda MTK tərəfindən inşa edilmiş binanın 1-ci giriş, 6-cı mərtəbəsində, 13 №-li mənzili payçının mülkiyyətinə verməyi, payçı isə həmin mənzili qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş mənzil haqqını vaxtında ödəməyi öz öhdəsinə götürmüşdür.

9. "xxxx" MTK və X6 (müqaviləyə əsasən “payçı”) arasında bağlanmış 25 mart 2022-ci il tarixli Mənzil-tikintisi haqqında Müqaviləyə əsasən ünvan 3 ünvanda MTK tərəfindən inşa edilmiş binanın 1-ci giriş, 6-cı mərtəbəsində, 13 №-li mənzili payçının mülkiyyətinə verməyi, payçı isə həmin mənzili qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş mənzil haqqını vaxtında ödəməyi öz öhdəsinə götürmüşdür.

10. "xxxx" Mənzil-Tikinti Kooperativi tərəfindən X3 verilmiş xx.xx.2022-ci il tarixli, 95 saylı Maliyyə Arayışında qeyd olunur ki, həqiqətən o "xxxx" MTK tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, A.Səhhət 61 ünvanında inşa olunmuş çoxmərtəbəli yaşayış binasının 1-ci giriş, 6-cı mərtəbəsində yerləşən sahəsi 135 m2 olan, 3 otaqlı, 13 №-li mənzilin dəyəri qalıq olmadan 100% ödənmişdir.

11. Məhkəmənin sorğusuna cavab olaraq Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən Bakı İnzibati Məhkəməsinə ünvanlanan xx.xx.2023-cü il tarixli məktubunda bildirilmişdir ki, təqsirləndirilən şəxs X1 ("xxxx" MTK-in sədri) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29, 178.3.2, 308.2 və 313-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi 23 yanvar 2023-cü il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatına daxil olmaqla iş üzrə hazırda məhkəmə istintaqı davam etdirilir. Məlumat üçün bildirilmişdir ki, təqsirləndirilən şəxs M.H.Məhərrəmov barəsində Bakı şəhəri Binəqədi rayonu Məhkəməsinin 4 may 2022-ci il tarixli qərarı ilə əvvəli həmin tarixdən hesablanmaqla 3 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, M.H.Məhərrəmovun həbsdə saxlanılma müddəti həmin Məhkəmənin 2 avqust 2022, 30 avqust 2022 və 25 oktyabr 2022-ci il tarixli qərarları ilə 4 fevral 2023-cü il tarixədək uzadılmışdır. Cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin 15 fevral 2023-cü il tarixli məhkəmə hazırlıq iclasının qərarı ilə təqsirləndirilən şəxs M.H.Məhərrəmov barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır.

12. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X11 Agentliyi tərəfindən sifarişçi "xxxx" MTK tərəfindən X5 Baş İdarəsinə təqdim edilmiş və xx.xx.2008-ci il tarixli 9406/9286 nömrəli rəy ilə razılaçdırılmış “Bakı şəhəri, Nəsimi rayonu, 958-ci məhəllə Azadlıq prospekti ilə Abbas Səhhət küçəsinin kəsişməsində 2 girişli, 17 mərtəbəli (+ çardaq) yaşayış binası” obyekti üzrə tələb olunan işçi layihəsinin surəti məhkəməyə təqdim edilmişdir.

13. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia tələbini müdafiə edərək onun məzmununa uyğun izahat verdi.

14. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X7 nümayəndəsi (vəkili) iddia tələbinin predmeti olan mənzilin üçüncü şəxs X13 məxsus olduğunu, təmirsiz olduğu üçün orada yaşamadığı bildirərək iddia tələbinin təmin edilməməsini xahiş etdi.

15. Məhkəmə iclasında cavabdeh və üçüncü şəxs "xxxx" MTK-ın nümayəndəsi iştirak etmir.

II. İddianın mümkünlüyü

16. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Lakin bu hüquq mütləq hüquq deyil və müəyyən qanuni məhdudiyyətlərə (məsələn, iddia müddəti, şikayətin qəbul edilmə şərtinə cavab verməməsi və s), məruz qoyula bilər. Lakin ədalət mühakiməsi hüququ onun mahiyyətinə xələl gətirə biləcək dərəcədə məhdudlaşdırılmamalıdır.

17. Məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və onlara dair ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsi vəzifəsini müəyyən edir. Qeyd olunan hüququn vacibliyinə baxmayaraq, o mütləq deyil. Bu hüququ məhdudlaşdıran tədbirlər Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3-cü maddəsinin müddəaları baxımından legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli, mütənasiblik meyarına cavab verərək onun əsas mahiyyətinə toxunmamalıdır.

18. AHİM presedent hüququna əsasən 6-cı Maddənin 1-ci bəndi məhkəmələrdən qərarlarını əsaslandırmalarını tələb edir, lakin bu, hər arqumentə görə hərtərəfli cavabın verilməsi kimi başa düşülməməlidir (Van de Hurk Hollandiyaya qarşı, § 61; X18rşı [BP], § 26; Jahnke və Lenoble Fransaya qarşı (qərardad); Perez Fransaya qarşı [BP], § 81). Buna baxmayaraq, tərəflərdən birinin təqdimatı proseslərin nəticəsi üçün həlledici olduqda, ona xüsusi və aydın şəkildə ifadə edilmiş cavab verilməlidir (X19rşı, § 30; Hiro Balani İspaniyaya qarşı, § 28).

19. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normaya görə inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı əlamətləri ilə səciyyələnir - inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Beləliklə, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir (“Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında"Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474VQ №-li Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 13 avqust 2020-ci il tarixli Qərardadı, №02, 24-cü bənd)

20. İddia tələbindən görünür ki, iddiaçı inzibati aktın qeyd edilən əlamətlərinə malik Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2006-cı il tarixli, 225 nömrəli Sərəncamı əsasında verilmiş Bakı Şəhəri İcra Hakimiyyəti Başçısının Aparatının 013593 nömrəli, xx.xx.2006-cı il tarixli Orderinin qanunsuzluğunun tanınmasını tələb edir.

21. Bununla əlaqədar qeyd edilməlidir ki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən: 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun.

22. Belə olan halda inzibati icraat qaydasında baxılan istənilən iddia inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, qanunla müəyyən edilən iddia müddətləri daxilində və müvafiq cavabdehlik daşıyan inzibati orqana qarşı qaldırılmalı, hüquq və azadlıqların pozuntusu sübutlar da əlavə olunmaqla əsaslandırmalıdır ki, onun məhkəmə icraatı mümkün sayılsın.

23. Belə ki, subyektiv hüquq hər hansı bir şəxsin qanun, müqavilə və ya inzibati aktla tanınan və digər şəxslərdən müəyyən hərəkətləri etməyi, bu cür hərəkətlərə dözməyi və ya hərəkətsizlik nümayiş etdirməyi tələb etmək imkanıdır. İddiaçı iddia ərizəsində belə tələb hüququna istinad etməlidir. Subyektiv hüquqlara xüsusilə Konstitusiyada təsbit olunmuş əsas hüquqlar, eləcə də qanunlardan irəli gələn subyektiv hüquqlar aiddir. Qanunla qorunan maraqlar, əslində subyektiv hüquqlarla eyniyyət təşkil edir. Məhkəmə müdafiəsi hüququna hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Deməli, məhkəmə müdafiəsi hüququnun realizə edilməsinin prosessual forması olan məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir. İddia tələbini irəli sürmüş şəxsin müvafiq subyektiv hüquqlara malik olmaması, onun başqa şəxslərdən tələb etmək və müdafiə olunmaq hüququnu istisna edir.

24. Məhkəmə qeyd edir ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2006-cı il tarixli, 225 nömrəli Sərəncamı və həmin Sərəncamın əsasında verilmiş Bakı Şəhəri İcra Hakimiyyəti Başçısının Aparatının 013593 nömrəli, xx.xx.2006-cı il tarixli Orderi əsasında üçüncü şəxs X9 mübahisəli mənzil (ünvan 3 ünvanda MTK tərəfindən inşa edilmiş binanın 1-ci giriş, 6-cı mərtəbəsində, 13 №-li mənzili) üzərində əmlak marağı tanınmışdır.

25. Məhkəmə qeyd edir ki, iddiaçı qeyd edilən mənzilə dair hüquqlarını əsaslandıran müqavilə xx.xx.2022-ci il tarixli olmaqla mübahisələndirilən sərəncamdan zaman etibarilə çox daha sonrakı (16 il sonra) dövrə təsadüf edir və özlüyündə üçüncü şəxsin yaranmış hüquqlarının mübahisələndirilməsi üçün əsas kimi çıxış edə bilməz. Belə ki, həmin sərəncam mövcuddur, sərəncamın və orderin Bakı şəhər İcra Hakimiyyətinin arxivində mövcudluğu həmin qurum tərəfindən təsdiq edilmişdir, ləğv edildiyi və ya geri çağırıldığı müəyyən edilməmişdir. Odur ki, həmin sərəncam qüvvədə olduğu halda, qeyd edilən mənzilə münasibətdə sonradan digər şəxsin hüquqlarının yaranması istisna olunur. Odur ki, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən mənzilə dair mübahisələndirilən sərəncamdan əvvəlki dövrə təsadüf edən və hüquqi marağını təsdiq edən mötəbər hüquqmüəyyənedici sənəd təqdim edilməmişdir. Bu səbəbdən iddiaçının qeyd edilən situasiyada hüquqi marağı olmadığından qeyd edilən iddia tələbi üzrə hüquqi müdafiəyə də ehtiyacı yoxdur. Odur ki, iddiaçının hazırki iddianı qaldırmağa, yəni həmin sərəncamı mübahisələndirməyə subyektiv hüququ yoxdur.

26. Qeyd edilənlərə əsasən iddia mümkün sayılmamalıdır.

27. Məhkəmə qeyd edir ki, məhkəməyə müraciət etmək hüququ mütləq hüquq deyildir və hazırki işin hallarına uyğun olaraq həmin hüququn məhdudlaşdırılması prinsipinə xidmət etməklə qarşıya qoyulan məqsədə (hüquq müəyyənliyini və üçüncü şəxsin əmlak marağını təmin etmək) uyğundur.

28. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.

29. Göstərilənlərə əsasən və İPM-in 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar