Məhkəmə qərarları › İş №e-2-1(112)-9470/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-9470/2023

23.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-9470/2023 23.06.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “kirayə müqaviləsinin bağlanmasına dair sərəncam verilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi ilə, İddiaçı, iddiaçının vəkili Vəkil iştirakı, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “mənzil kirayə müqaviləsinin bağlanmasına dair sərəncam verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 23 iyun 2023cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı xx.xx.1962-ci il tarixdə Ermənistan Respublikası, Kalinino rayonu, İzməli kəndində anadan olmuşdur. Nizami rayon XDS-in İcraiyyə komitəsinin 27/4204 №-li xx.xx.1989-cu il tarixli qərarı ilə iddiaçı üç nəfər ailə üzvü ilə birlikdə Bakı şəhəri, Naxçıvanski küçəsi, ev 18 ünvanda yerləşən 2 otaqdan ibarət 85 №-li mənzilə qeydiyyata alınmışdır. Həmin qərarda qeyd olunmuşdur ki, ərizəçi (İddiaçı) Ermənistan SSR-də baş verən hadisələrlə əlaqədar Naxçıvani küçəsi, yerli Sovetin 18 №-li evində, 31.22 kv.metr yaşayış sahəsi olan 2 otaqlı mənzildə yaşayan vətəndaş X4 ilə yaşayış sahələrini dəyişdirmək imkanına malik olmamışdır. Vətəndaşın qeydiyyatı üzrə komissiya (xx.xx.1989-cu il tarixli 26 №-li protokol) dəyişdirmə haqqında qarşılıqlı razılığın olmasını (Bakı şəhəri 27-ci notariat kontorunun dövlət notariusu A.Məmmədov tərəfindən təsdiq edilmiş 13.10.89-cu il tarixli 1 KK 32 №-li etibarnamə), Bakı şəhər Soveti İcraiyyə Komitəsinin 11.04.69-cu il tarixli 5/92 №-li, 24.11.89-cu il tarixli 12/472 №-li qərarlarını rəhbər tutaraq vətəndaş Mirzəliyevin ailəsinin göstərilən ünvan üzrə qeydiyyata alınması qərara alınmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2023-cü il tarixli, ******* № li arayışa əsasən X3, X2 və X5 ünvan 1 ünvanında qeydiyyatdadır. Nizami Rayon MKTB 76 MKİS-in 2420 № li Şəxsi Hesab vərəqəsinə və xx.xx.2023cü il tarixli Arayışa əsasən iddiaçı və ailə üzvləri X3, X2 və X5 xx.xx.1990-cı il tarixdən həmin mənzildə daimi olaraq yaşayırlar və qeydiyyatdadırlar. Nizami Rayon MKTB, 76 saylı MKİS tərəfindən verilmiş 033 nömrəli arayışa əsasən ünvan 1 Nizami rayon MKTB-nin balansındadır, mənzil Xüsusi Təyinatlı (xidməti) mənzil fonduna aid deyildir. İddiaçı mənzil kirayə müqaviləsinin bağlanması üçün xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Nizami rayonu İcra Hakimiyyətinə müraciət etmişdir. Nizami RİH-nin xx.xx.2023 tarixli məktubu ilə iddiaçının müraciətinə imtina verilmişdir. İmtina üçün səbəb ilkin hüquqi sənəd (qərar, sərəncam, order və s.) olmaması göstərilmişdir. İddia tələbi və iddiaçının əsaslandırması və digər prosessual hərəkətlər: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iddia tələbi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Nizami rayonu Naxçıvanski küçəsi, 18 nömrəli evin, 85 nömrəli mənzilinə dair onunla kirayə müqaviləsinin bağlanmasına dair sərəncam verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad edərək iddia tələbini onunla əsaslandırmışdır ki, ailə üzvləгi ilə birlikdə məlum hаdisələrlə bağlı Егməпistаn Respublikasından qаçqın düşəгək Bakı şəhəri, Nizami гауопuпuп ərаzisində уеrləşən və müvafiq iсга hakimiyyətinin balansında оlап Bakı şəhəri, Naxçıvanski küçəsi, ev 18, 85 nömrəli mənzildə məskunlaşmışlar. ünvan 3 ünvanda yerləşən 2 otaqdan ibarət 85 №-li mənzilin kirayənişini olmuş X4 ilə onun (iddiaçının) Ermənistanın Kalinin rayonunun İlmazlo kəndində yerləşmiş evi ilə dəyişdirmək barədə razılığa gəlmişlər. Mənzillərin dəyişdirilməsi üçün xx.xx.1989-cu il tarixdə onlar biri-digərinə Bakı şəhəri 27 saylı dövlət notariat kontorunun notariusu A.Məmmədov tərəfindən qeydə alınmış etibarnamələr verdilər. Mənzillərin dəyişdirilməsi nəzərə alınaraq Nəsimi rayon XDS-in İcraiyyə komitəsinin 27/4204 №-li xx.xx.1989-cu il tarixli qərarı ilə üç nəfər ailə üzvləri ilə birlikdə mənzilə qeydiyyata alındılar və 1989-cu il tarixdən hal-hazırkı vaxtadək ailəsi ilə birlikdə həmin mənzildə qeydiyyatda olmaqla yaşayırlar. Cavabdeh qurumun onunla mənzil kirayə müqaviləsinin bağlanmasından imtinası tamamilə əsassızdır. O və ailə üzvləri mübahisəli mənzilə qeydiyyata alınmaqla yaşayırlar, mənzil iddiaçının istifadəsində olmaqla onun yaşayış yeridir. Eyni zamanda mübahisəsiz qaydada təsdiq olunur ki, mübahisəli mənzillə bağlı iddiaçı ilə cavabdeh arasında müvafiq icarə müqaviləsi, order olmasa da, iddiaçı ailə üzvləri ilə birlikdə 1989-cu ildən həmin mənzildə məskunlaşmış və bu müddət ərzində iddiaçıya qarşı mübahisəli mənzillə bağlı hər hansı bir tələb irəli sürülməmişdir. Cavabdehin etirazları: Cavabdeh iddiaya dair etirazla məhkəməyə müraciət edərək iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı mənzilin ona verilməsini təsdiq edən hər hansı bir hüquqi sənəd (order, qərar, sərəncam və s.) Rayon İcra Hakimiyyətinə təqdim etmədiyindən müqaviləsinin bağlanmasından imtina edilmişdir. Bundan başqa, “Erməni millətçilərinin apardığı etnik təmizləmə nəticəsində Ermənistan ərazisindəki öz tarixi torpaqlarından didərgin salınmış azərbaycanlıların məskunlaşması problemlərinin həlli haqqında” Azərbaycan Respublikası Prezidentinin 22 avqust 2001-ci il tarixli 562 nömrəli Fərmanına əsasən 1988-1992-ci illərdə erməni millətçilərinin zorakı hərəkətləri nəticəsində Ermənistan Respublikasından çıxarılan və Azərbaycan Respublikasında məskunlaşan vətəndaşların yaşadıqları evlər və onların altındakı torpaq sahələrinin əvəzsiz olaraq həmin vətəndaşların mülkiyyətinə verilməsi nəzərdə tutulurdu. Lakin Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 25 may tarixli 412 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 22 avqust tarixli 562 nömrəli Fərmanının yuxarıda qeyd edilən müddəanı özündə əks etdirən 7-ci və 8-ci bəndləri qüvvədən düşmüş hesab edilmişdir. Tərəflərin iştirakı və izahatları: İddiaçı və onun vəkili iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və təmin etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu müraciəti təmin etmədiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: İşin mübahisələndirilməyən hallarına əsasən iddiaçı Ermənistan Respublikası Kalinino raoynu, İzməzli kəndində anadan olmaqla məlum hadisələrə görə 1989-cu ildə Azərbaycan Respublikasına gəlmiş və ailə üzvləri ilə birlikdə həmin tarixdən Bakı şəhəri, Naxçıvanski küçəsi, ev 18 ünvanda yerləşən 2 otaqdan ibarət 85 №-li mənzilə qeydiyyata alınaraq hal-hazıradək həmin mənzildə yaşayırlar. Təqdim edilmiş arxiv sənədlərindən müəyyən edilir ki, həmin mənzil erməni əsilli X1 istifadəsində olmuş və sonuncu, iddiaçı ilə notariat kontorunda bir-birlərinə mənzillərin dəyişdirilməsi ilə bağlı etibarnamələr vermişlər. Eyni zamanda mənzilin dəyişdirilməsi Nizami rayon XDS-in İcraiyyə komitəsinin 27/4204 №-li xx.xx.1989-cu il tarixli qərarı ilə təsdiq edilmişdir. İddiaçı hazırda həmin mənzilə dair daimi kirayə müqaviləsinin bağlanmasını xahiş edir. Cavabdeh isə mənzilə dair hüquqmüəyyənedici sənədlər təqdim olunmaması əsası ilə iddiaçının müraciətini təmin etməkdən imtina etmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının mübahisəli mənzilə köçməklə yaşadığı, yəni mübahisəli hüquq münasibətlərinin yarandığı vaxt qüvvədə olan Azərbaycan SSR Mənzil Məcəlləsinin (Azərbaycan SSR-nin 8 iyul 1982-ci il tarixli Qanunu ilə təsdiq edilmiş və 1 oktyabr 2009-cu il tarixədək qüvvədə olan): - 5-ci maddəsinə əsasən dövlət mənzil fondu yerli xalq deputatları Sovetlərinin (yerli Sovetlərin mənzil fondu) və nazirliklərin, dövlət komitələrinin və baş idarələrin (idarə mənzil fondu) ixtiyarındadır. - 10-cu maddəsinə görə Azərbaycan SSR vətəndaşları müəyyən edilmiş qaydada dövlət və ya ictimai mənzil fondu evlərində yaxud mənzil-tikinti kooperativləri evlərində yaşayış sahəsi almaq hüququna malikdirlər. Vətəndaşlara dövlət və ictimai mənzil fondu evlərində, habelə mənzil-tikinti kooperativləri evlərində yaşayış sahələri müddətsiz istifadə üçün verilir. - 44-cü maddəsinə əsasən yerli xalq deputatları Sovetlərinin mənzil fondu evlərində yaşayış sahəsi vətəndaşlara icraiyyə komitəsi yanında mənzil məsələləri üzrə Sovetlərin deputatlarından, ictimai təşkilatların, əmək kollektivlərinin nümayəndələrindən yaradılan ictimai komissiyanın iştirakı ilə rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi tərəfindən verilir. - 48-ci maddəsinə əsasən dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi vətəndaşa order verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır. - 51-ci maddəsinə görə dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini icarə müqaviləsi yaşayış sahəsi orderi əsasında kirayədarla—mənzil-istismar təşkilatı (belə təşkilat olmadıqda isə müvafiq müəssisə, idarə, təşkilat) ilə icarədar — adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanır. - 53-cü maddəsinə görə icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. - 54-cü maddəsinə görə icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. - 83-cü maddəsinə əsasən SSR İttifaqının və müttəfiq respublikaların mənzil qanunvericiliyi Əsaslarında, SSR İttifaqının digər qanunvericilik aktlarında və bu Məcəllədə nəzərdə tutulan hallar istisna olmaqla, yaşayış sahəsini icarə müqaviləsi yalnız icarədarın, onun ailə üzvlərinin və kirayədarın razılığı ilə dəyişdirilə bilər. - 85-ci maddəsinə əsasən icarədarın ailə üzvü yaşayış sahəsinin bundan əvvəl bağlanmış icarə müqaviləsi üzrə ilk icarədar əvəzinə özünün icarədar hesab edilməsini icarədar və onunla yaşayan ailənin həddi-buluğa çatmış qalan üzvlərinin razılığı ilə tələb edə bilər. İcarədar öldükdə onun ailə üzvlərinin hər birinin belə hüququ vardır. Beləliklə, istinad olunan normalara əsasən adına order verilən mənzilin icarədarı həmin mənzilə kənar şəxsləri köçürdükdə və həmin şəxslər icarədarla birlikdə yaşayıb onunla ümumi təsərrüfat apardıqda onun ailə üzvü hesab edilir və icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə, o cümlədən mənzilin icarə müqaviləsinin öz adına dəyişdirilməsi hüququna malik olurlar. Bu zaman tələb olunan yeganə şərt mənzilə hüququ olan digər şəxslərin razılığının alınmasıdır. İşdən görünür ki, iddiaçı mübahisəli mənzilin icarədarı olmuş X4 ilə, Ermənistanın Kalinino kəndində iddiaçıya məxsus evlərin dəyişdirilməsi barədə razılığa gəlmişlər və bu fakt Nizami rayon XDS İK-nın qərarı ilə təsdiq edilmişdir. Belə olan halda aydındır ki, 30 ildən artıq mübahisəli mənzildən fasiləsiz və etirazsız istifadə edən iddiaçı həmin mənzilə dair icarədar və onun ailə üzvləri ilə eyni hüquq və vəzifələrə malik olmuşdur. Belə olan halda aydın olur ki, mənzilin kirayə müqaviləsinin iddiaçının adına bağlanmasına dair bütün şərtlər hazırkı iş üzrə mövcuddur. Lakin cavabdeh iddiaçının tələbini təmin etməkdən imina etmiş, bununla onun hüquq və vəzifələrini pozmuşdur. Qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: - 59.1-ci maddəsinə əsasən Yaşayış sahəsinin sosial kirayə müqaviləsinə əsasən bir tərəf – dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin mülkiyyətçisi (onun adından fəaliyyət göstərən səlahiyyətli dövlət orqanı və ya səlahiyyətli bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayə verən) yaşayış sahəsini digər tərəfin - vətəndaşın (kirayəçinin) yaşaması üçün bu Məcəllə ilə müəyyən edilmiş şərtlərlə sahibliyinə və istifadəsinə verməyi öhdəsinə götürür. - 62.1-ci maddəsinə görə yaşayış sahəsinin sosial kirayə müqaviləsi dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin verilməsi haqqında qərara əsasən yazılı formada bağlanır. - 81.2-ci maddəsinə görə kirayəçinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvü digər ailə üzvlərinin və kirayəyə verənin razılığı ilə əvvəl bağlanmış sosial kirayə müqaviləsi üzrə ilkin kirayəçi əvəzinə özünün kirayəçi kimi tanınmasını tələb etmək ixtiyarı vardır. Bu hüquq kirayəçinin vəfat etdiyi halda onun fəaliyyət qabiliyyətli bütün ailə üzvlərinə məxsusdur. Beləliklə, məhkəmə istinad olunan normaları işin hallarına tətbiq edərək hesab edir ki, iddiaçının mübahisəli mənzilə dair onunla kirayə müqaviləsinin bağlanması barədə qərar qəbul edilməsini cavabdehdən tələb etmək hüququ mövcudur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddia təmin edilsin. Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi, 18 nömrəli evin, 85 nömrəli mənzilinə dair İddiaçı ilə kirayə müqaviləsinin bağlanması barədə sərəncam verilməsi vəzifəsi Bakı şəhəri Cavabdeh üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Bəhlul Cəlalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar