Məhkəmə qərarları › İş №e-2-1(112)-9494/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-9494/2024

13.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-9494/2024 13.12.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğv edilməsi” tələbi üzrə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56), şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən güzəştli şərtlərlə təyin olunmuş pensiyanın dayandırılması və artıq ödəmənin olduğunu müəyyən edilməsi ilə bağlı hərəkətlərinin qanunsuz hesab edilməsi və müvafiq inzibati aktın ləğv edilməsi barədə qərar qəbul edilməsi, həmçinin xx.xx.2007-ci il tarixindən olmaqla 52 yaşından güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi və qanunvericiliyə müvafiq olaraq pensiya məbləğinin yenidən hesablanması və yaranmış fərq məbləğinin qanunvericiliyə uyğun olaraq ödənilməsinə dair inzibati aktın qəbul edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, 23 iyun 2017-ci il tarixində 3 yanvar 2012-ci il tarixindən hesablanmaqla yaşa görə pensiyaya çıxmışdır. Ona 2017-ci ildə güzəştli şərtlərlə təyin olunmuş pensiya Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı (XŞTMF” və ya cavabdeh) tərəfindən 2021-ci ilin mart ayının 1-dən etibarən ləğv edilmiş və Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı (“SÖTMF”) isə 2021-ci ilin iyulunda ona yaşa görə pensiyası ödənişinə başlanmışdır. Hər iki Filialla məhkəmə mübahisəsi onun xeyrinə yekunlaşmış və 28 mart 2022-ci il tarixində Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-1573/2022 nömrəli qərarı ilə ona təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının ödənilməsinin dayandırılması qanunsuz hesab edilmiş və pensiyanın ödənilməsinin dayandırıldığı 1 mart 2021-ci il tarixindən bərpa edilməsi vəzifəsi XŞTMF-yə həvalə edilmiş və SÖTMF-nin artıq ödənilmiş əmək pensiyası məbləğinin tutulması haqqında xx.xx.2021-ci il tarixli **********3 nömrəli qərarı ləğv edilmiş və ona ödənilən pensiyadan tutulmanın aparılması SÖTMF-yə qadağan edilmişdir. Müvafiq məhkəmə qərarından XŞTMF tərəfindən verilmiş apelyasiya və kassasiya şikayətləri təmin edilməmiş və Bakı İnzibati Məhkəməsinin e-2-1(112)- 1573/2022 nömrəli 28 mart 2022-ci il tarixli qərarı qüvvədə saxlanılmışdır. XŞTMF Bakı İnzibati Məhkəməsinə göndərdiyi 16 yanvar 2024-cü il tarixli məktubda məhkəmə qərarının icra olunduğunu və ona 1186.74 AZN məbləğində pensiya müəyyən edildiyini bildirilmişdir. Müvafiq məhkəmə qərarında ona təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının ödənilməsinin dayandırılması qanunsuz hesab edilmiş və pensiyanın ödənilməsinin dayandırıldığı 1 mart 2021-ci il tarixindən bərpa edilməsi vəzifəsi XŞTMF-yə həvalə edilmişdir. XŞTMF isə yalnız əsas pensiya məbləğini və o da yalnız yanvar ayı üçün olmaqla bərpa etmişdi. Qanunvericiliyə uyğun olaraq hesablanmalı və ödənilməli olan 7420 AZN məbləğində vəsaiti isə ümumiyyətlə ödəməmiş və müvafiq məhkəmə qərarını icra etməmişdir. 2024-cü ilin yanvar ayında bərpa edilmiş güzəştli şərtlərlə pensiya cavabdeh tərəfindən yanvar ayının sonunda yenidən qanunsuz şəkildə dayandırılmışdır. Cavabdehin 1 may 2024-cü il tarixində ona ünvanlandığı məktubda onu 30 yanvar 2024-cü il tarixinədək inzibati icraatda iştirak etməyə çağırdığını, amma onun getmədiyini bildirmişdir. Halbuki, o cavabdehdən belə bir məktub almamışdır. Eyni zamanda, aylardır pensiyanın yenidən dayandırılmağının səbəbini və bununla bağlı qəbul edilmiş inzibati aktı tələb etsə də, inzibati aktın ünvana göndəriləcəyini deyərək, iddiaçıya heç bir akt təqdim etmirlər. Burdan da aydın olur ki, bu dəfə də hər hansı inzibati akt qəbul etmədən pensiyanı qanunsuz şəkildə dayandırıblar. Məktubda cavabdeh əvvəlki məhkəmə çəkişməsi üzrə onun xeyrinə olan məhkəmə qərarlarının “inzibati icraatın düzgün aparılmaması” əsasına görə ləğv edildiyini vurğulamış və ona görə də, bu dəfə guya inzibati icraatı düzgün apardığını əsas gətirərək pensiyasının yenidən dayandırılmasına özünə haqq qazandırmağa çalışmışdır. Halbuki, Bakı İnzibati Məhkəməsinin 28 mart 2022-ci il tarixli qərarının 26-cı bəndində qeyd edilmişdir ki, “... Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial tərəfindən mübahisələndirilən illərdə əmək şəraiti zərərli və ağır olan işlərdə işləməsinə dair sübutlar iş materiallarına əlavə edilmişdir.” Burdan da aydın görünür ki, cavabdeh yuxarıdakı istinadı belə düzgün etməmişdir. Məktubda cavabdeh ona xx.xx.2012-xx.xx.2021 və xx.xx.2024-xx.xx.2024-cü il tarixləri arasında ödənilmiş pensiya məbləğinin artıq ödəmə kimi müəyyən edildiyini və həmin məbləğin pensiyasından tutulması üçün razılıq verməyini də istəmişdir. Cavabdeh bu tələbində belə qanunsuzluq etmişdir. Belə ki, hətta həmin dövrdəki məbləğlər artıq ödəmə hesab olunsaydı belə, onlar iddiaçıdan yalnız son 3 il üzrə olan məbləği tələb edə bilərdilər. Bu, birbaşa “Əmək pensiyaları haqqında” Qanununun 39.1-ci maddəsində nəzərdə tutulub Göründüyü kimi, cavabdeh qanunsuz inzibati akt qəbul etməklə kifayətlənməyərək, qanunsuz tələblər də irəli sürür. Yuxarıda göstərilən ümumi hallar və cavabdehin inzibati icraatla bağlı pozuntularına əlavə olaraq qeyd etmişdir ki, 8 aprel 2024-cü il tarixində cavabdehə ünvanladığı ərizə ilə ona xx.xx.2007-ci il tarixindən (52 yaşdan) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Cavabdeh həmin ərizəyə cavab olaraq yazdığı məktubda xx.xx.2007-ci il tarixindən (52 yaşdan) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina etmişdir. 43 illik iş stajının 27 il 5 ayını neftin hasilatı sahəsində işləmişdir. Bu müddətin də 17 il 7 aylıq bir hissəsini birbaşa dənizdə fəaliyyət göstərmişdir. Beləliklə, “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı”nın X hissəsinin 2-ci bəndinin “a” və “b” yarımbəndlərinə uyğun olaraq, onun xx.xx.2006-cı il tarixinədək 11 il 3 ay 4 gün güzəştli şərtlərlə (zərərli şəraitdə) iş stajı və 30 il 24 gün isə ümumi iş stajı olmuşdur. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi yazılı münasibətində iddiaçının tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçıya vaxtilə pensiya təyin edilərkən təqdim etdiyi sənədlərdə qeyd edilən məlumatlara əsasən, onun güzəştli iş stajı 12 il 6 aydan (5 il 8 ay 5 gün (xx.xx.1977-xx.xx.1977-ci il, xx.xx.1981-xx.xx.1983-cü il və xx.xx.1997-01,06.2000-ci il tarixləri arasındakı dövrlər)) az təşkil etdiyi müəyyən edilmişdir. Göstərilən uyğunsuzluğa baxmayaraq, iddiaçıya 57 yaşının tamamlandığı xx.xx.2012-ci il tarixindən Fondun Qaradağ rayon şöbəsi tərəfindən qanunvericiliyə zidd olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Bununla əlaqədar iddiaçının pensiya ödənişi 1 mart 2021ci il tarixindən dayandırılmışdır. Eyni zamanda, iddiaçı əmək pensiyası yenidən hesablanaraq artırılması və yaranmış fərq məbləğinin ödənilməsi ilə bağlı məhkəmədə iddia qaldırmışdır. Məhkəmə çəkişmələri nəticəsində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 28 sentyabr 2023-cü il tarixli 2-1 (102)-1788/2023 nömrəli qərarı ilə iddiası pensiya məbləğinin azaldılarkən inzibati icraatın düzgün aparılmaması əsas göstərilərək təmin edilmişdir. Bununla əlaqədar, cari ilin yanvar ayında yenidən hesablanaraq 1186,74 manat məbləğində bərpa edilib, həmçinin, ötən dövr üzrə iddiaçıya ödənilməli olan 7420,00 manat pul vəsaiti hesablanmışdır. Daha sonra “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 28.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququna yenidən baxılması üzrə inzibati icraata başlanılıb. Bununla əlaqədar, müvafiq inzibati icraatla bağlı mülahizələrin dinlənilməsi üçün iddiaçıya qanunvericiliyin tələbləri izahlı şəkildə göstərilməklə xx.xx.2024-cü il tarixli məktub göndərilməklə 30 yanvar 2024-cü il tarixinədək Mərkəzi Filiala dəvət olunmuşdur. Lakin iddiaçı mülahizənin dinlənilməsi üçün Mərkəzi Filiala gəlməmişdir. Sonra isə, iddiaçıya vaxtilə pensiya təyin edilməsinə dair qəbul olunmuş qərar tərəfindən ləğv olunmuş və güzəştli şərtlərlə yaşa görə əmək pensiyası ödənişinin 2024-cü ilin fevral ayından dayandırılması haqqında inzibati akt qəbul edilmişdir. Əlavə olaraq, iddiaçı Qanunun 7-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin edilməsi üçün iddiaçının pensiya işinə aid sənədlər tərəfindən xx.xx.2024-cü il tarixində Fondun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına göndərilmişdir. Qeyd olunanları nəzərə alaraq, iddiaçıya xx.xx.2012-xx.xx.2021-ci il və xx.xx.2024-xx.xx.2024-cü il tarixləri arasındakı dövrlər ərzində ona ödənilmiş pul vəsaitləri artıq ödəmə məbləği kimi müəyyən edilmişdir. Məhkəmə qərarı əsasında keçmiş müddət üçün iddiaçıya ödənilməli olan 7420,00 manat pul vəsaitinin hissə-hissə ödəniləcəyi təqdirdə ona artıq ödənilmiş vəsait də hər ay hissə-hissə artacaqdır. Yuxarıda göstərilənlərə əsasən, cavabdeh inzibati orqan iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli güzəştli şərtlərlə təyin olunmuş əmək pensiyasının dayandırılması haqqında qərarının ləğv edilməsi, həmçinin xx.xx.2007-ci il tarixindən olmaqla 52 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və qanunvericiliyə müvafiq olaraq pensiya məbləğinin yenidən hesablanması və yaranmış fərq məbləğinin qanunvericiliyə uyğun olaraq ödənilməsinə dair inzibati aktın qəbul edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh tərəfindən verilmiş iddia tələbinə dair etiraza əlavədə göstərilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 №-li Siyahısı”nın Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı bölməsinin (X) neft-qaz və qaz kondensatının hasilatı bəndinin fəhlələr (a) yarımbəndində 1100000b—24125 kodu üzrə neft, qaz və qaz kondensatı hasilatı üzrə (neft-qaz mədənlərində) sexlərin operativ istehsalat xidmətlərinin rəisləri və onların müavinləri vəzifəsi nəzərdə tutulmuşdur. Adıçəkilən şəxsin Mərkəzi Filiala təqdim etdiyi “Azneft” İB-nin N.Nərimanov adına Neft və Qazçıxarma İdarəsinin 5 aprel 2024-cü il tarixli 43 nömrəli vətəndaşa dair arayışında xx.xx.2000-xx.xx.2003-cü il tarixləri arasındakı dövr ərzində həmin müəssisədə növbə rəisi və xx.xx.2003xx.xx.2008-ci il tarixləri arasındakı dövr ərzində isə növbətçi mühəndis vəzifələrində işlədiyi qeyd olunmuşdur. İddiaçı işlədiyi növbə rəisi və növbətçi mühəndis vəzifələri sözügedən arayışda istinad edilən yuxarıda qeyd olunan neft, qaz və qaz kondensatı hasilatı üzrə (neft-qaz mədənlərində) sexlərin operativ istehsalat xidmətlərinin rəisləri vəzifəsinə uyğun deyil. Göstərilən səbəblərdən də 1 yanvar 2006-cı il tarixinədək onun güzəştli iş stajı 12 il 6 aydan az (5 il 8 ay 5 gün (xx.xx.1977-xx.xx.1977-ci il, xx.xx.1981-xx.xx.1983-cü il və xx.xx.1997-xx.xx.2000-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Göstərilən uyğunsuzluğa baxmayaraq, adıçəkilən şəxsə 57 yaşının tamamlandığı xx.xx.2012-ci il tarixindən Fondun Qaradağ rayon şöbəsi tərəfindən qanunvericiliyə zidd olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Bununla əlaqədar olaraq, onun pensiya ödənişi 1 mart 2021-ci il tarixindən dayandırılmışdır. Əlavə olaraq, İddiaçı əmək pensiyası yenidən hesablanaraq artırılması və yaranmış fərq məbləğinin ödənilməsi ilə bağlı məhkəmədə iddia qaldırmışdır. Məhkəmə çəkişmələri nəticəsində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 28 sentyabr 2023-cü il tarixli 2-1 (102)1788/2023 nömrəli qərarı ilə iddia pensiya dayandırılarkən inzibati icraatın düzgün aparılmaması əsas göstərilərək təmin edilmişdir. Bununla əlaqədar, cari ilin yanvar ayında adıçəkilən şəxsin pensiyası 1186,74 manat məbləğində bərpa edilmiş, həmçinin ötən dövr üzrə ona ödənilməli olan 7420,00 manat pul vəsaiti hesablanmışdır. Hazırda İddiaçı başqa səbəbdən ötən dövr üzrə hesablanmış pul vəsaiti ödənilir. Həmin pul vəsaitinin ödənilib başa çatması sentyabr ayında tamamlandığından, sözügedən 7420,00 manatın cari ilin oktyabr ayından etibarən Qanunun 32.1-1-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun olaraq ötən dövrdəki ayların sayına bölünməklə hissə-hissə ona ödənilməsi nəzərdə tutulur. Daha sonra adıçəkilən şəxsə dair məhkəmə qərarında qeyd olunan mövqeyə uyğun olaraq “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 28.1.2-ci maddəsinin tələblərinə əsasən, onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququna yenidən baxılması üzrə inzibati icraata başlanılmışdır. Bununla əlaqədar, müvafiq inzibati icraatla bağlı mülahizələrinin dinlənilməsi üçün İddiaçı qanunvericiliyin tələbləri izahlı şəkildə göstərilməklə 19 yanvar 2024-cü il tarixində məktub göndərilməklə 30 yanvar 2024-cü il tarixinədək Mərkəzi Filiala gəlməyi xahiş edilmişdir. Lakin adıçəkilən şəxs Mərkəzi Filiala gəlməmişdir. Sonra isə, ona vaxtilə pensiya təyin edilməsinə dair qəbul olunmuş qərar tərəfimizdən ləğv olunub və güzəştli şərtlərlə yaşa görə əmək pensiyası ödənişi 2024-cü ilin fevral ayından dayandırılması haqqında inzibati akt qəbul edilmişdir. Qeyd olunanlara əsasən, adıçəkilən şəxsə xx.xx.2012-xx.xx.2021-ci il və xx.xx.2024-xx.xx.2024-cü il tarixləri arasındakı dövrlər ərzində 39239,37 manat artıqödəmə məbləği müəyyən edilmişdir. Müvafiq məhkəmə qərarına əsasən müəyyən edilmiş vəsaitin adıçəkilən şəxsə hissə- hissə ödənilməsinin davam etdirilməsi ilə əlaqədar ona artıq ödənilmiş pul vəsaitinin məbləği də hər ay hissə-hissə artır. Həmin vəsaitin ödənilməsi başa çatdırıldıqdan sonra isə artıqödəmə məbləği 46659,37 manat təşkil edəcəkdir. Mərkəzi Filial tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2024-cü il tarixli 3-17-1/2-H- 102322/2024 nömrəli məktubda artıq ödənilmiş vəsaitin büdcəyə qaytarılması məqsədilə əmək pensiyasından tutulmanın aparılması üçün yazılı razılığının qısa müddətdə təqdim edilməsi bildirilmişdir. Qeyd olunanları nəzərə alaraq, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericilik tələbləri baxımından mümkün hesab edilmir. Məlumat üçün, İddiaçı Qanunun 7-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin edilməsi üçün pensiya işinə aid sənədlər tərəflərindən xx.xx.2024-cü il tarixində aidiyyəti üzrə Fondun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına göndərilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 etiraza uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə ilk öncə qeyd edir ki, iddiaçının iddiası ümumi və xüsusi mümkünlük şərtlərinə cavab verir. Belə ki, iddiaçı cavabdehə müraciət etmiş və imtina məktubunu almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: AA51111567 №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1955-ci il təvəllüdlü İddiaçı Azərbaycan Respublikası vətəndaşıdır. Г-İ seriyalı 018982 №-li diplomun surətindən görünür ki, İddiaçı 1972-ci ildən 1977ci ilədək Azərbaycan Neft və Kimya İnstutunda ali təhsil almışdır. AT-İ seriyalı ******* №-li əmək kitabçasına əsasən İddiaçı iş stajı aşağıdakı kimidir: xx.xx.1977-ci il tarixindən xx.xx.1977-ci il tarixinədək “Vostokneft” Birliyində quyuların yeraltı təmiri üzrə operator (2 ay 4 gün); xx.xx.1977-ci il tarixindən xx.xx.1978-ci il tarixinədək “Vostokneft” Birliyində mühəndis-texnoloq (9 ay 4 gün); xx.xx.1978-ci il tarixindən xx.xx.1979-cu il tarixinədək “Vostokneft” Birliyində 1 nömrəli neftçıxarma sexində sex rəisinin müavini (8 ay 6 gün); xx.xx.1979-cu il tarixindən xx.xx.1980-ci il tarixinədək “Vostokneft” Birliyində 1 nömrəli neftçıxarma sexinə baş texnoloq (1 il 8 ay 12 gün); xx.xx.1981-ci il tarixindən xx.xx.1983-cü il tarixinədək N.Nərimanov adına NQÇİ-də neft və qaz çıxarma üzrə operator 2 il 7 ay 11 gün); xx.xx.1983-cü il tarixindən xx.xx.1983cü il tarixinədək N.Nərimanov adına NQÇİ-də neft və qaz çıxarma üzrə usta 2 ay 25 gün); xx.xx.1984-cü il tarixindən xx.xx.1994-cü il tarixinədək Naxçıvan MSSR-in Meliorasiya və Su Təsərrüfatı Nazirliyində böyük mühəndis, aparıcı mütəxəssis və şöbə rəisi (10 il 7 ay 28 gün); xx.xx.1997-ci il tarixindən xx.xx.2000-ci il tarixinədək N.Nərimanov adına NQÇİnin 2 saylı neft və qaz çıxarma sexində usta (2 il 7 ay 25 gün); 10. xx.xx.2000-ci il tarixindən xx.xx.2003-cü il tarixinədək N.Nərimanov adına NQÇİ-nin 2 saylı neft və qaz çıxarma sexində növbə rəisi (3 il26gün); xx.xx.2003-cü ildən xx.xx.2008-ci il tarixinədək N.Nərimanov adına NQÇİ-nin 2 saylı neft və qaz çıxarma sexində mühəndis (növbətçi) (5 il 4 gün); xx.xx.2008-ci il tarixindən xx.xx.2011-ci il tarixinədək N.Nərimanov adına NQÇİnin 2 saylı neft və qaz çıxarma sexində mühəndis 2 il 6 ay 13 gün); xx.xx.2011-ci il tarixindən xx.xx.2012-ci il tarixinədək N.Nərimanov adına NQÇİ-nin 2 saylı neft və qaz çıxarma sexində sex rəisinin müavini (1 il 2 ay 22 gün); xx.xx.2012-ci il tarixindən xx.xx.2012-ci il tarixinədək N.Nərimanov adına NQÇİ-nin 2 saylı neft və qaz çıxarma sexində sex rəisi (3 ay 26gün); xx.xx.2012-ci il tarixindən xx.xx.2013-cü il tarixinədək ARDNŞ X4 N.Nərimanov adına NQÇİ-nin X1 Mühafizəsi və Təhlükəsizlik Texnikası şöbəsində rəis müavini (5 ay 23 gün); xx.xx.2013-cü il tarixindən xx.xx.2016-cı il tarixinədək ARDNŞ X4 N.Nərimanov adına NQÇİ-nin X1 Mühafizəsi və Təhlükəsizlik Texnikası şöbəsində rəis (3 il 10 ay); xx.xx.2016-cı il tarixindən xx.xx.2019-cu il tarixinədək X4 N.Nərimanov adına NQÇİ-nin Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası şöbəsində rəis (2 il 2 ay 7 gün). Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli, 3-17-1/3-3-592/2024 nömrəli “əmək pensiyasının yenidən hesablanması haqqında” qərarından görünür ki, İddiaçı xx.xx.2012-ci ildə təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyası inzibati icraat aparılmaqla pensiya bərpa edilmiş və yenidən hesablanmış və 1186.74 manat təyin edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli, 3-17-1/3-3-2205/2025 nömrəli “əmək pensiyasının dəyişdirilməsi haqqında” qərarından görünür ki, İddiaçı xx.xx.2012-ci ildə təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyası inzibati icraat aparılmaqla dayandırılmışdır. “Azneft” İstehsalat Birliyi N.Nərimanov adına Neft və qəzaçıxma idarəsinin xx.xx.2024-cü il tarixli, 40 №-li “şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalımasına dair” arayışdan görünür ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq güzəştli şərtlə yaşa görə əmək pensiyası hüququ verən peşədə (vəzifədə) 2 saylı Neft və qazçıxarma sexində sex rəisinin müavini və sex rəisi vəzifəsində işləmişdir. xx.xx.2011-cü il tarixindən - xx.xx.2012-cü il tarixə qədər – sex rəisinin müavini - əmr 06/k xx.xx.2011-ci il: xx.xx.2012-ci il tarixdən xx.xx.2012-ci il tarixə qədər – sex rəisi - əmr 66/k xx.xx.2012. İşlədiyi vəzifə üzrə sosial sığorta stajı 01 il 06 ay 17 gün təşkil edir. İşlədiyi vəzifənin güzəştli əmək pensiyası hüququna əsas olan xüsusiyyətləri: Qazılması və mənimsənilməsi başa çatmış quyuların istismara verilməsi üzrə işlərin yerinə yetirilməsinə nəzarət edilmək; Təmirə hazırlığın aparılmasına nəzarət və mürəkkəb məsələlərin həllini təşkil etmək; Neft və qaz çıxarma briqadaları ilə əsaslı təmir (və ya digər) briqadaların fəaliyyətlərinin əlaqələndirilməsini təşkil etmək;Yığım nəql sisteminin işini tənzimləmək, istehsalatda yaranmış qəza və dayanmaların qısa müddətdə araşdırılıb aradan qaldırılmasını təmin etmək, sahənin imkanları məhdud olduqda rəhbərlik qarşısında yardımçı sahələrin (digər xidmət sahələri) cəlb olunması məsələsini qaldırmaq və buna nail olmaq. Neft və kondensatın separasiyasını və ilkin hazırlanmasını, hazır məhsulun əmtəə çənləri parkına nəqlinitəhvilini təmin etmək; Xüsusi texnikaya olan tələbatı təmin etmək, daşımaların, yükləməboşaltma işlərinin və digər texniki əməliyyatların vaxtında yerinə yetirilməsi üçün işçi heyətin və mütəxəssislərin cəlb olunmasını təşkil etmək;Sahədə aparılan əsaslı təmir, quraşdırma, demontaj, korroziyzya qarşı və digər texniki işləri nəzarətdə saxlamaq, yerli vasitələrlə işlərin sürətləndirilməsinə köməklik göstərmək; Çökdürücülərdə yığılmış mexaniki qarışığın, lay sularının və tullantıların utilizasiyasını təmin etmək. Sərf olunan elektrik enerjisinin, yanacaq və sürtkü materiallarının, qazın, reagentlərin və s. eləcə də texnoloji itkilərin hesabatının hazırlanmasını təmin etmək, normativ sənədlərə uyğun olmayan sərfiyyatın və itkilərin əsaslandırılmasının təşkili; Mexanika, avtomatika və digər növ avadanlıqların düzgün texniki istismarının təmin edilməsiMüvafiq neft-mədən avadanlıqlarının və cihazlarının konservasiyaya buraxılması və kalibrlənməsinin təmin edilməsi.Neft və qazçıxarrna texnologiyasının təkmilləşdirilməsinin təşkil edilməsindən ibarət olmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-ci il tarixli, 320 nömrəli Qərarı ilə təstiq edilmiş Siyahının 10.2.b bəndində şifrə 1100000b-24125 vəzifə koduna uyğundur. “Azneft” İstehsalat Birliyi N.Nərimanov adına Neft və qəzaçıxma idarəsinin xx.xx.2024-cü il tarixli, 41 №-li “şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalımasına dair” arayışdan görünür ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq güzəştli şərtlə yaşa görə əmək pensiyası hüququ verən peşədə (vəzifədə) 1 və 2 saylı Neft və qazçıxarma sexində neft və qazçıxarma üzrə usta vəzifəsində vəzifəsində işləmişdir. xx.xx.1983-cü il tarixindənxx.xx.1983 -cü il tarixə qədər .əmr 100/k xx.xx.1983-cü il, xx.xx.1997-ci il tarixdən - 01,06.2000-ci il tarixə qədər əmr 373 xx.xx.1997. İşlədiyi vəzifə üzrə sosial sığorta stajı 02 il 10 ay 19 gün təşkil edir. İşlədiyi vəzifənin güzəştli əmək pensiyası hüququna əsas olan xüsusiyyətləri: Neft və qazçıxarma üzrə briqadanın istehsal fəaliyyətinə və vahid naryad üzrə işləyən əlaqəli briqadalara rəhbərliyi həyata keçirir. Əmək məhsuldarlığının yüksəldilməsi, neft və azçıxarma üzrə plan tapşırıqlarının yerinə etirilməsini təmin edir. Obyektlərin və quyuların texnoloji iş rejimlərinə riayət olunmasını təmin edir və onlara nəzarət edir, kənarlaşmaların səbəblərini operativ surətdə aşkar edir və onları aradan qaldırır. Quyulara və başqa istehsalat obyektlərinə və kommunikasiyalara xidməti təşkil edir.Quyu fondunun boşdayanmasının azaldılması üzrə tədbirlər görür. Quyuları təmirə verən zaman onlarda hazırlıq işləri görür və quyuların qəbul və təhvil aktlarını rəsmiləşdirir. Quyuların təmirdən qəbul edilməsinə nəzarəti həyata keçirir. Mürəkkəb və təhlükəli işlərin yerinə yetirilməsində iştirak edir. İstehsal planları və qrafiklərinə müvafiq olaraq istehsal tapşırıqlarını təyin edir və onları, həmçinin materialların, yanacağın, elektrik enerjisinin istifadəsi üzrə göstəriciləri və onlara qənaət edilməsinə görə mükafatların məbləğlərini briqadalara və ayrı-ayrı fəhlələrə çatdırır. Neft və qazçıxarma briqadası və vahid naryad üzrə işləyən əlaqəli briqadaların üzvlərinin yerinə yetirdikləri işlərin keyfiyyətinə, elektrik enerjisi, yanacaq, material və alətlərdən qənaətlə istifadə edilməsindən ibarət olmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-ci il tarixli, 320 nömrəli Qərarı ilə təstiq edilmiş Siyahının 10.2.b bəndj şifr4100000b-23187 vəzifə koduna uyğundur. “Azneft” İstehsalat Birliyi N.Nərimanov adına Neft və qəzaçıxma idarəsinin xx.xx.2024-cü il tarixli, 42 №-li “şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalımasına dair” arayışdan görünür ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq güzəştli şərtlə yaşa görə əmək pensiyası hüququ verən peşədə (vəzifədə) N. Nərimanov NQÇİ-də 1 saylı Neft və qazçıxarma sexində neft və qaz hasilatı üzrə operator peşəsində işləmişdir. xx.xx.1981-ci il tarixindənxx.xx.1983-cı il tarixləri arasındakı dövr ərzində işləmişdir, əmr 01 /k xx.xx.1981. İşlədiyi vəzifə üzrə sosial sığorta stajı 02 il 07 ay 11 gün təşkil edir. İşlədiyi vəzifənin güzəştli əmək pensiyası hüququna əsas olan xüsusiyyətləri: Bütün hasilat üsulları üzrə neft, qaz, qaz kondensatını çıxarma texnoloji prosesinin aparılması, qazın tutulması, quyuların aramsız işinin təmin edilməsi, qazın hazırlanması və nəqli, qrup ölçü qurğularının, yüksək sıxıcı və kompressor stansiyalarının və sair neft-mədən avadanlığının fasiləsiz işinin təmin edilməsi. Boru kəmərlərinin, texnoloji avadanlığın kipliyə yoxlanması, quyuların sınanmasında və qoyulmuş rejimə çıxarılmasında iştirak etmək. Qurğuların, mexanizmlərin, kommunikasiyaların və yerüstü mədən avadanlığının qurulması, sökülməsi, texniki təminatı və təmiri.Mədən kommunikasiyalarında hidrat birləşmələrinə, parafin, qətran, duz çökməsinə qarşı profilaktik tədbirlərin aparılması və bu tədbirləri aparmaq üçün lazım olan kimyəvi reagentlərin hesablanıb müəyyən edilməsi. Quyuların işinin parametrlərinin çıxarılması və verilməsindən ibarət olmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli,320 nömrəli Qərarı ilə təstiq edilmiş Siyahının 10 bəndində /a yarımbəndində şifr 1 ЮООООа-15824 uyğundur. “Azneft” İstehsalat Birliyi N.Nərimanov adına Neft və qəzaçıxma idarəsinin xx.xx.2024-cü il tarixli, 43 №-li arayışdan görünür ki, İddiaçı Abulla oğlunun N.Nərimanov adına NQÇİ-də xx.xx.2000-xx.xx.2003-cü illərdə çalışdığı növbə rəisi vəzifəsi və həmin vəzifənin adının dəyişdirilməsi nəticəsində xx.xx.2003-xx.xx.2008-ci illərdə çalışdığı mühəndis (növbətçi) vəzifəsi “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı”nın X hissəsinin 2-ci bəndinin “b” yarımbəndində 1100000b— 24125 şifri ilə qeyd edilmiş neft, qaz və qaz kondensatı hasilatı üzrə (neft-qaz mədənlərində) sexlərin operativ istehsalat xidmətlərinin rəisləri və onların müavinləri göstəricisinə tam uyğundur. Belə ki, növbə rəisi vəzifəsi və mühəndis (növbətçi) vəzifəsi istehsalatın (istehsalat xidmətlərinin) növbə ərzində operativ idarə edilməsini nəzərdə tutur. Növbə rəisi və mühəndis (növbətçi) istehsalat prosesinin fasiləsizliyini təmin etmək məqsədilə növbə ərzində ortaya çıxan problemlərə adekvat həllər tapmaqla müvafiq xidmətləri (sexləri) ortaya çıxmış problemlərin həllinə yönəldir. Digər tərəfdən, gündəlik görülməli olan işlərin həyata keçirilməsini idarə edir. Növbə ərzində çalışan bütün xidmətlərin (sexlərin) işini bir-biri ilə uzlaşdırır. Növbə rəisi və mühəndis (növbətçi) öz vəzifə funksiyalarını dəniz şəraitində stasionar dəniz özülləri üzərində qurulmuş neft hasilatı mədənlərində həyata keçirir. Neft mədənində növbə ərzində işləyən müxtəlif sexlərin işçiləri növbə rəisinin və mühəndisin (növbətçi) istehsalat zərurətindən irəli gələn operativ qərarlarını yerinə yetirməyə borcludurlar. İddiaçı xx.xx.2000-xx.xx.2003-cü illərdə çalışdığı növbə rəisi vəzifəsinin və xx.xx.2003-xx.xx.2008-ci illərdə çalışdığı mühəndis (növbətçi) vəzifəsinin xüsusilə ağır olması səbəbilə, illik əmək məzuniyyəti günlərinə 6 günlük əlavə ödənişli məzuniyyət günləri təqdim edilmişdir. Həmin vəzifələrdə çalışdığı müddət ərzində əmək şəraitinin xüsusilə ağır olması səbəbilə, əməkhaqqına 4 faiz əlavə hesablanaraq ödənilmişdir. Yuxarıda qeyd edilənlərə əsasən, İddiaçı xx.xx.2000-xx.xx.2003-cü illərdə çalışdığı növbə rəisi vəzifəsi və xx.xx.2003-xx.xx.2008-ci illərdə çalışdığı mühəndis (növbətçi) vəzifəsi həmin dövrdə qüvvədə olmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı”nın X hissəsinin 2-ci bəndinin “b” yarımbəndində 1100000b—24125 şifri ilə qeyd edilmiş neft, qaz və qaz kondensatı hasilatı üzrə (neft-qaz mədənlərində) sexlərin operativ istehsalat xidmətlərinin rəisləri və onların müavinləri göstəricisinə tam uyğun olduğu üçün həmin əmək stajı illərinin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilərkən nəzərə alınması məqsədəuyğundur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının iddiaçıya ünvanladığı xx.xx.2024-cü il tarixli 3-17-1/2-H-102322/2024 nömrəli məktubdan görünür ki, “Azneft" İB-nin Neft və Qazçıxarma İdarəsinin 5 aprel 2024- cü il tarixli 43 nömrəli iddiaçıya dair arayışında xx.xx.2000-xx.xx.2003-cü il tarixləri arasındakı dövr ərzində həmin müəssisədə növbə rəisi, xx.xx.2003-xx.xx.2008-ci il tarixləri arasındakı dövr ərzində isə növbətçi mühəndis vəzifələrində işlədiyiniz qeyd olunmuşdur. İşlədiyiniz növbə rəisi və növbətçi mühəndis vəzifələri sözügedən arayışda istinad edilən yuxarıda qeyd olunan neft, qaz və qaz kondensatı hasilatı üzrə (neft-qaz mədənlərində) sexlərin operativ istehsalat xidmətlərinin rəisləri vəzifəsinə uyğun deyil. Göstərilən səbəblərdən də 1 yanvar 2006-cı il tarixinədək sizin güzəştli iş stajınız 12 il 6 aydan az (5 il 8 ay 5 gün (xx.xx.1977xx.xx.1977- ci il, xx.xx.1981-xx.xx.1983-cü il və xx.xx.1997-xx.xx.2000-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Göstərilən uyğunsuzluğa baxmayaraq, ona 57 yaşının tamamlandığı xx.xx.2012-ci il tarixindən Fondun Qaradağ rayon şöbəsi tərəfindən qanunvericiliyə zidd olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Bununla əlaqədar pensiya ödənişiniz 1 mart 2021-ci il tarixindən dayandırılmışdır. Eyni zamanda, əmək pensiyasının yenidən hesablanaraq artırılması və yaranmış fərq məbləğinin ödənilməsi ilə bağlı məhkəmədə iddia qaldırılmışdır. Məhkəmə çəkişmələri nəticəsində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 28 sentyabr 2023-cü il tarixli 2-1(102)-1788/2023 nömrəli qərarı ilə iddiası pensiya məbləğinin azaldılarkən inzibati icraatın düzgün aparılmaması esas göstərilərək təmin edilmişdir. Bununla əlaqədar, cari ilin yanvar ayında yenidən hesablanaraq 1186,74 manat məbləğində bərpa edilmiş, həmçinin, ötən dövr üzrə ona ödənilməli olan 7420,00 manat pul vəsaiti hesablanmışdır. Daha sonra “İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 28.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq, onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququna yenidən baxılması üzrə inzibati icraata başlanılıb. Bununla əlaqədar, müvafiq inzibati icraatla bağlı mülahizələrinin dinlənilməsi üçün ona qanunvericiliyin tələbləri izahlı şəkildə göstərilməklə xx.xx.2024-cü il tarixli məktub göndərilməklə 30 yanvar 2024-cü il tarixinədək Mərkəzi Filiala gəlməyi xahiş edilmişdir. Lakin mülahizənin dinlənilməsi üçün Mərkəzi Filiala gəlməmişdir. Sonra isə ona vaxtilə pensiya təyin edilməsinə dair qəbul olunmuş qərar tərəflərindən ləğv olunmuş və güzəştli şərtlərlə yaşa görə əmək pensiyası ödənişi 2024-cü ilin fevral ayından dayandırılması haqqında inzibati akt qəbul edilmişdir. Əlavə olaraq, ona Qanunun 7-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin edilməsi üçün pensiya işinə aid sənədlər tərəflərindən xx.xx.2024-cü il tarixində Fondun Sosial ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına göndərilmişdir. Qeyd olunanları nəzərə alaraq, ona xx.xx.2012-xx.xx.2021-ci il və xx.xx.2024- xx.xx.2024-cü il tarixləri arasındakı dövrlər ərzində ona ödənilmiş pul vəsaitləri artıq ödəmə məbləği kimi müəyyən edilmişdir. Məhkəmə qərarı əsasında keçmiş müddət üçün ona ödənilməli olan 7420.00 manat pul vəsaitinin hissə-hissə ödəniləcəyi təqdirdə ona artıq ödənilmiş vəsait də hər ay hissə-hissə artacaqdır. Artıq ödənilmiş pul vəsaitinin büdcəyə qaytarılması ilə əlaqədar ümumi əsaslarla əmək pensiyasından tutulmanın aparılması üçün yazılı razılığınızı qısa müddətdə Mərkəzi Filiala təqdim etməyi xahiş olunmuşdur. Qeyd olunanları nəzərə alaraq, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericilik tələblən baxımından mümkün hesab edilmir. Beləliklə, işin faktiki hallarından göründüyü kimi cavabdeh tərəfindən iddiaçıya 57 yaşı tamam olduğu xx.xx.2012-ci tarixdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş, daha sonra onun pensiya hüququnun olmaması əsası ilə 01 mart 2021-ci il tarixdə pensiya dayandırılmışdır. İddiaçı hesab edir ki, onun pensiya hüququ 52 yaşı tamam olduğu vaxtdan yaranmışdır. O, bununla bağlı cavabdehə müraciət etsə də, sonuncu onun güzəştli iş stajının 05 il 08 ay 05 gün olması əsası ilə təyinatın aparılmasından imtina etmişdir. İddiaçı hazırda cavabdehin imtinasını mübahisələndirir. Məhkəmə hazırki iddianın qanuni əsası ilə bağlı bildirir ki, Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun: -1.0.1 -ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir, 3.1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. -1.0.2-ci maddəsinə görə sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. -9.1-ci maddəsinə əsasən xırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. -9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 01 avqust 1999-cu il tarixinə olan redaksiyasına görə 13-cü maddəsində müəyyən olunmuşdur ki, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər- 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə» Azərbaycan Respublikasının 13 iyun 1997-ci il tarixli Qanunun 1-ci bəndinə əsasən, bu Qanunun 13-cü maddədə nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. Sözügedən normaların tələblərindən göründüyü kimi, iddiaçıya 52 yaşından güzəştli şərtlərlə əmək pensiyası təyin olunması üçün onun xx.xx.2006-cı il tarixədək 20 ildən çox ümumi iş stajı olmalı və bundan 10 ildən çoxunu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 №-li Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 №-li Siyahısı”nda nəzərdə tutulan peşə və ya vəzifədə işləməlidir. Bəhs edilən normaların hazırki iddiaya tətbiq etdikdə məlum olur ki, iddiaçıya 52 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün iki element mövcud olmalıdır: a) İddiaçının xx.xx.2006-cı ilə qədər azı 20 il ümumi iş stajının mövcud olması; b) İddiaçının xx.xx.2006-cı ilə qədər azı 10 güzəştli iş stajının mövcud olmasıdır. Məhkəmə qeyd edir ki, iddiaçının ümumi iş stajı təhsil müddəti nəzərə alınmaqla 20 ildən çox təşkil edir ki, bu hal cavabdehin özü tərəfindən də mübahisələndirilmir. Bu səbəbdən də Məhkəmə hesab edir ki, həmin hissədə əlavə araşdırmanın aparılmasına zərurət olmamışdır. İddiaçının güzəştli iş stajına gəldikdə isə Məhkəmə diqqətə çatdırır ki, baxmayaraq ki, cavabdeh iddiaçının güzəştli iş stajının ödənilmədiyi qənaətinə gəlsə də, cavabdehin imtina dəlilləri əsassız olmuşdur. Belə ki, 11 dekabr 2017-ci il tarixdə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»na 2 nömrəli Əlavənin 2.4.1-cü bəndinə görə, müraciət edən şəxs “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir. Yəni, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. Bu arayışın təyinatı, şəxsin işlədiyi peşənin və istehsalat sahəsinin sözügedən siyahılarda nəzərdə tutulmuş zərərli istehsalat sahələri və ya peşələrlə uyğunluğunu dürüstləşdirməkdir. Bu arayışın məzmunu sadəcə, şəxsin çalışdığı peşənin və istehsalat sahəsinin siyahıda göstərilən hər hansı bölməyə aid olmasından ibarət olmalı deyil, işçinin gördüyü işin siyahılara uyğunluğunu müəyyən etmək üçün nəticəyə gəlməyə əsas verən zəruri qiymətləndirici istehsalat-texnoloji məlumatları, eyniləşdirmə üçün zəruri olan meyar əlamətlərini əks etdirməli, əsaslandırılmış olmalıdır Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən inzibati məhkəmələrə ünvanlanmış icmal məktubda da məhkəmələrə izah olunmuşdur ki, iş yerindən əldə edilən sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələrin müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Oxşar işlər üzrə artıq formalaşmış Ali Məhkəmənin mövqeyinə görə, məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğunluğu dəqiq göstərilməlidir. Bu halda, məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilə bilər. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, cavabdehin təqdim etdiyi arqumentlərə əsasən, iddiaçının xx.xx.2000–xx.xx.2003-cü il tarixləri arasında “Azneft” X3 və Qazçıxarma İdarəsində növbə rəisi və xx.xx.2003–xx.xx.2008-ci il tarixləri arasında növbətçi mühəndis vəzifələrində işləməsi, 1 №-li Siyahıda 1100000b-24125 kodu altında qeyd edilən, neft, qaz və qaz kondensatı hasilatı üzrə sexlərin operativ istehsalat xidmətlərinin rəisləri və onların müavinləri vəzifələrinə tam uyğun olmadığı kimi qiymətləndirilmişdir. Lakin, iddiaçının işlədiyi müəssisənin təqdim etdiyi rəsmi məktublar əsasında müəyyən olunmuşdur ki, iddiaçının tutduğu vəzifələrin funksional xüsusiyyətləri ilə 1 №-li Siyahıda göstərilən vəzifələr arasında əhəmiyyətli dərəcədə oxşarlıq mövcuddur. Müəssisə tərəfindən təsdiq olunmuşdur ki, iddiaçının yerinə yetirdiyi əmək funksiyaları məzmunca Siyahıda nəzərdə tutulan güzəştli pensiya hüququ verən vəzifələrin funksiyaları ilə eyni və ya oxşardır. Məhkəmə hesab edir ki, bu hal, iddiaçının güzəştli pensiya hüququnun təmin olunması üçün tələb edilən iş stajına dair şərtin yerinə yetirildiyini göstərir. Əmək funksiyalarının məzmun və məqsəd baxımından eyniyyəti, işçinin faktiki olaraq güzəştli staj yaratmağa xidmət edən fəaliyyətlə məşğul olduğunu təsdiqləyir. Buna görə də, yalnız vəzifə adlarının uyğunluğu deyil, həm də işçinin icra etdiyi funksiyaların və istehsalat şəraitinin nəzərə alınması hüquqi baxımdan zəruri hesab olunur. Belə olan halda iddiaçının xx.xx.2006-cı il tarixədək güzəştli iş stajı 10 ildən (12 il 3 ay 8 gün) çox təşkil edir. (5 il 8 ay 5 gün (mübahisələndirilməyən) + 03 il 27 gün (xx.xx.2000–xx.xx.2003) + 02 il 06 ay 06 gün (xx.xx.2003–xx.xx.2008) )) Göstərilənlərə əsasən Məhkəmə hesab edir ki, iddiaçının 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ yaranmışdır. Bu səbəbdən də onun barəsində qəbul edilmiş qərar ləğv olunmalı, xx.xx.2007-ci il tarixindən olmaqla 52 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və qanunvericiliyə müvafiq olaraq pensiya məbləğinin yenidən hesablanması və yaranmış fərq məbləğinin qanunvericiliyə uyğun olaraq ödənilməsi öhdəliyi cavabdehə həvalə olunmalıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 17.1-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. İPM-in: -52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. -58.1-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. -68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. -73.1-ci maddəsinə əsasən, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2, 33, 52, 45, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli güzəştli şərtlərlə təyin olunmuş əmək pensiyasının dayandırılması haqqında qərarı ləğv edilsin. İddiaçı xx.xx.2007-ci il tarixindən olmaqla 52 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və qanunvericiliyə müvafiq olaraq pensiya məbləğinin yenidən hesablanması və yaranmış fərq məbləğinin qanunvericiliyə uyğun olaraq ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar