Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-1(112)-9502/2025 07.05.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (X5 üçüncü şəxs qismində cəlb edilməklə) “çıxarışın ləğv edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh Abşeron rayonu, Hovsan südçülük sovxozu tərəfindən 3-cü şəxs X3 verilmiş 28 dekabr 1998-ci il tarixli, 28 nömrəli Əmrin etibarsız hesab edilməsi vəzifəsinin və cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidməti 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhəri, Xəzər rayonu. Qala qəsəbəsi, Hövsan Südçülük sovxozunda yerləşən 0.11 hektar ölçüdəki torpağa verilmiş **********91 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il tarixli, nömrəli çıxarışın ləğv edilməsi vəzifəsinin cavabdelərin üzərinə qoyulmasıbarədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən 0.8 ha torpaq sahəsini 2006-cı ildə X1 almış. Özünə 2 otaqlı fərdi yaşayış evi tikmiş, qaz, su, işıq onun adına rəsmiləşdirilmişdir. 3-cü şəxs Gürcüstan Respublikasının vətəndaşı olmuş, xx.xx.1955-ci il təvəllüdlü X5 01 dekabr 1997-ci il və 28 yanvar 1998-ci il tarixlərində Azərbaycan Respublikasının vətəndaşı olmamasına baxmayaraq, həmin dövrlərdə cavabdeh Abşeron rayonu Hövsan Südçülük sovxozunda heç bir işdə işləmədiyi halda, həmin vaxtdan xx.xx.2020-ci il tarixindən xeyli müddət əvvəlki dövrdə, 01 dekabr 1997-ci il və 28 yanvar 1998-ci il tarixlərində vəzifəli şəxslərlə əlbir olmaqla Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Hövsan Südçülük sovxozunda yerləşən ünvandakı 0.12 hektar torpaq sahəsinə çıxarış almaq hüququ verən rəsmi sənəd olan cavabdeh Abşeron rayonu, Hövsan südçülük sovxozu tərəfindən verilmiş 28 dekabr 1998-ci il tarixli, 28 nömrəli Əmrdən çıxarışı qanunsuz olaraq əldə etmiş və həmin saxta sənəddən istifadə edərək həmin ərazidə cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidməti, 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən 0.11 hektar ölçüdəki torpağa **********91 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il tarixli, nömrəli çıxarış almışdır. 3-cü şəxs, 1997-ci və 1998-ci illərdə Gürcüstan Respublikasının vətəndaşı olmuş. xx.xx.1955-ci il təvəllüdlü X5 onu məhkəməyə vermişdir, öz xeyrinə qətnamə çıxarılmasına nail olmuşdur. 3-cü şəxs. xx.xx.1955-ci il təvəllüdlü X5 2005-ci ilə qədər Gürcüstan Respublikasının vətəndaşı olmuşdur. Gürcüstan Respublikasının vətəndaşı olaraq 1997-ci, 1998-ci illərdə Abşeron rayonu Hövsan Südçülük sovxozunda işləməsi qanuni baxımdan ağlabatan olmadığına görə və Gürcüstan Respublikasının vətəndaşları, vətəndaşlığı olmayan əcnəbilər Azərbaycan Respublikasında yalnız ümumvətəndaş pasportu ilə gəldikləri üçün, bütün rəsmi sənədləşmələr ümumvətəndaş pasportu ilə aparıldığı üçün və Gürcüstan Respublikasının vətəndaşlarına məxsus ümumvətəndaş pasportunda yalnız İngilis dilində sadəcə Ad, Soyad yazıldığı üçün, cavabdeh Abşeron rayonu, Hövsan südçülük sovxozu üzrə 28 dekabr 1998-ci il tarixli. 28 nömrəli Əmrdən çıxarışda X2 adı, soyadı, ata adının Azərbaycan dilində, latın qrafikası ilə yazılması və vətəndaşlığı olmayan əcnəbilərin Azərbaycan Respublikası ərazisində almaq istədikləri daşınmaz əmlakları almaqları yalnız Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən qeydiyata alınmış, çıxarışı olan daşınmaz əmlakları birmənalı şəkildə Notariat Kontorunda alqı-satqı yolu ilə almalı olduqları halda 3-cü şəxs X2 1998-ci ildə Azərbaycan Respublikası Abşeron rayonu, Hövsan südçülük sovxozunda işləməsinin qeyd edilməsi bir daha sübut edir ki, cavabdeh Abşeron rayonu, Hövsan südçülük sovxozu tərəfindən verilmiş Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Hövsan Südçülük sovxozunda yerləşən ünvandakı 0.12 hektar torpaq sahəsinə çıxarış almaq hüququ verən rəsmi sənəd, əmrdən çıxarış və cavabdeh (indiki adı) Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidməti, 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş çıxarış tamamən saxtakarlıqla verilmişdir. O bu barədə ciddi araşdırılma aparılması və saxta sənəd hazırladığı üçün barəsində qanuni tədbir görülməsi barədə Azərbaycan Respublikası Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi cənab Nazim Rəcəbova ərizə ilə müraciət etmişdir. Aparılacaq araşdırılmalar nəticəsində Dövlət Miqrasiya Xidmətinə, Gürcüstan Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport və Qeydiyyat Şöbəsinə veriləcək rəsmi sorğuların cavablarına baxıldıqda 3cü şəxs xx.xx.1955-ci il təvəllüdlü X2 1997-1998-ci illərdə Azərbaycan Respublikasının vətəndaşı olmadığı və əmək kitabçasına baxıldıqda isə həmin illərdə cavabdeh Azərbaycan Respublikası Abşeron rayonu, Hövsan südçülük sovxozunda işləmədiyi tam sübuta yetiriləcəkdir. Məhz bu səbəbdən o, cavabdeh Abşeron rayonu. Hövsan südçülük sovxozu tərəfindən 3-cii şəxs X3 verilmiş 28 dekabr 1998-ci il tarixli, 28 nömrəli Əmrdən çıxarışın etibarsız hesab edilməsi, ləğv edilməsi və cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidməti. 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhəri. Xəzər rayonu. Qala qəsəbəsi. Hövsan Südçülük sovxozunda yerləşən 0.11 hektar ölçüdəki torpağa verilmiş **********91 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il tarixli, nömrəli çıxarışın ləğv edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbi barədə iddia ərizəsi ilə Məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçı və üçüncü şəxs məhkəmə iclasında iştirak etməmiş, bunun səbəbləri barədə məhkəməyə hər hansı bir məlumat verilməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə əsasən işə iddiaçının və üçüncü şəxsin iştirakları olmadan baxılmasını mümkün hesab etdi. Cavabdehin nümayəndəsi iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, iddia ərizəsini və digər sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır. İddianın mümkünlük şərtlərinin yoxlanılması məsələsi ilə bağlı, məhkəmə “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmiş mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olubolmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.” İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Aşağıdakılara görə məhkəmə hesab edir ki, iddia mümkün sayılamalıdır: 1) Mövcud olmayan cavabdehə qarşı iddianın verilməsinin yolverilməzliyi; İddia tələbindən göründüyü kimi, iddiaçının tələbi iki hissədən ibarətdir:
1. cavabdeh Abşeron rayonu, Hovsan südçülük sovxozu tərəfindən 3-cü şəxs X3 verilmiş 28 dekabr 1998-ci il tarixli, 28 nömrəli Əmrin etibarsız hesab edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması;
2. Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Hövsan Südçülük sovxozunda yerləşən 0.11 hektar ölçüdəki torpağa verilmiş **********91 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il tarixli, nömrəli çıxarışın ləğv edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidməti 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələbin birinci hissəsi üzrə iddiaçı cavabdeh qismində Abşeron rayonu, Hovsan südçülük sovxozu qeyd edilmişdir ki, belə bir qurum mövcud deyildir. Belə ki, aparılmış torpaq islahatları nəticəsində sovxozlar ləğv edilmiş, kolxoz və soxvozların İdarəçiliyində olan torpaq sahələri Bakı şəhər İcra Hakimiyyətinin və Yerli İcra Hakimiyyəylərinin idarəçiliyinə verilmişdir. Abşeron rayonu, Hovsan südçülük sovxozu ləğv edildiyindən, mövcud olmayan cavabdehə qarşı təəbin yönəldilməsi də yolverilməzdir.
2) iddiaçının düzgün olmayan iddia növündən istifadə etməsi İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidməti 1 saylı Bakı Ərazi İdarəsinə qarşı öhdəliyin icrası haqqında iddia verərək üçüncü şəxsin adına olan Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Hövsan Südçülük sovxozunda yerləşən 0.11 hektar ölçüdəki torpağa verilmiş **********91 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il tarixli, nömrəli çıxarışın ləğv edilməsini xahiş etmişdir. Halbuki iddiaçının əvvəllər də oxşar iddiası olmuş və Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(112)-7945/2024 nömrəli qərardadı ilə iddia tələbi mümkün sayılmamışdır. Qeyd edilən qərardadda məhkəmə tərəfindən iddiaçıya uyğun iddia növündən istifadə edilməsi, yəni üçüncü şəxsin adına hüquqmüəyyənedici sənədlərin mübahisələndirilməsi izah edilmişdir. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti vermiş və Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli 2-1(103)-1557/2025 nömrəli qərardadı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Hazırkı iddia tələbində iddiaçı Abşeron rayonu, Hovsan südçülük sovxozu tərəfindən 3-cü şəxs X3 verilmiş 28 dekabr 1998-ci il tarixli, 28 nömrəli Əmrin etibarsız hesab edilməsini xahiş etsə də, tələbini o hissədə mövcud olmayan cavabdehə qarşı yönəltmişdir. Cavabdehin dəyişməsinə hüquqi yardım edilməsi də hazırkı iddianın mümkünlük şərtini aradan qaldırmır. Belə ki;
3) iddiaçının subyektiv hüququnun olmaması ilə bağlı: Ümumiyyətlə məhkəmə qeyd edir ki, iddiaçı üçüncü şəxsə dair hüquqmüəyyənedici sənədləri mübahisələndirmək üçün iddia vermək üçün subyektiv hüquqa malik deyildir. Belə ki, iddiaçı iddia ərizəsində 0,7 ha torpaq sahəsinin Vəzirova Veys qızında aldığını bildirmişdir. İş materiallarında bu barədə hər hansı sənəd əlavə edilməmişdir. İş mateteriallarına əlavə edilmiş məhkəmə aktlarılnda müəyyən edilir ki, iddiaçı X2 cavabdeh İddiaçı, qarşı özbaşına tikilinin sökülməsi və torpaq sahəsindən çıxarılma tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsi Hövsan Südçülük sovxozu ərazisində ona fərdi ev tikmək üçün ayrılmış torpaq sahəsində cavabdeh tərəfindən inşa edilmiş özbaşına tikililərin onun hesabına sökülməsi, cavabdehin həmin torpaq sahəsindən çıxarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)-146/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia təmin olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-727/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə cavabdeh İddiaçı apellyasiya şikayəti təmin eidlməmiş və Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)-146/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissəsində dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi, idiaçının üçüncü şəxsə dair hüquqmüəyyənedici sənədləri mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olması da müəyyən edilmir.
4) iddia müddətinin ötürülməsi: Məhkəmə qeyd edir ki, cavabdehin əsl cavabdehlə əvəz edilməsi barədə iddiaçıya hüquqi yardımın edilməsi də iddianın mümkünlük şərtini aradan qaldırmır. Çünki iddiaçı Hovsan südçülük sovxozu tərəfindən 3-cü şəxs X3 verilmiş 28 dekabr 1998-ci il tarixli, 28 nömrəli Əmri mübahisələndirmək üçün iddia müddətini ötürmüşdür. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda adışəkilən qərarının 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 296-cı maddəsinə (maddə Azərbaycan Respublikasının 10 iyul 2011-ci il tarixli 143-İVQD nömrəli Qanunu ilə çıxarılmışdır) görə maraqlı şəxs müvafiq icra hakimiyyəti orqanının və yerli özünüidarə orqanının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarı, hərəkəti (hərəkətsizliyi) ilə əlaqədar mübahisə qaldıra bilər. Yuxarı orqanlara və vəzifəli şəxslərə ilkin müraciət ərizənin məhkəməyə təqdim edilməsi, onun məhkəmə tərəfindən qəbul edilməsi və mahiyyəti üzrə həll edilməsi üçün məcburi şərt deyildir. Ərizə bu Məcəllənin 4cü fəsli ilə müəyyən edilmiş aidiyyət üzrə məhkəməyə verilir. Baxılması rayon məhkəməsinə aid olan ərizə fiziki şəxs tərəfindən onun yaşayış yeri üzrə məhkəməyə, yaxud hərəkətindən şikayət edilən orqanın, təşkilatın, vəzifəli şəxsin yerləşdiyi yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 298-ci maddəsinə (maddə Azərbaycan Respublikasının 10 iyul 2011-ci il tarixli 143-İVQD nömrəli Qanunu ilə çıxarılmışdır) görə şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli Qərarında qeyd edilmişdir ki, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, şəxsin pozulmuş hüquqlarının müdafiəsi ilə əlaqədar tələb irəli sürməsi üçün iddia müddətinin başlanmasının düzgün qiymətləndirilməsi onun məhkəmə müdafiəsi hüququnun səmərəli həyata keçirilməsi və pozulmuş hüquqlarının bərpa edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. İddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Yuxarıda qeyd edildiyi kimi iddiaçının mübahisələndirdiyi əmr xx.xx.1998-ci il tarixlidir. Həmin əmrin verilməsindən 27 ilə yaxın müddət keçmişdir. İddiaçı isə qanunla müəyyən edilmiş müddət ərzində məhkəməyə müraciət etməyərək məhkəmə müdafiəsi hüququndan yararlanmamışdır. İddiaçı ən azından həmin əmrin mövcudluğundan 2006-cı ildə, yəni iddia ərizəsində qeyd etdiyi kimi həmin tarixdə X1 torpaq sahəsi aldığı vaxtdan məlumatlı ola bilərdi. Məhkəmə həmçinin vurğulayır ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi qüvvəyə minənədək, yəni 1 yanvar 2011-ci il tarixədək qəbul edilmiş inzibati aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 01 yanvar 2011-ci ilədək ötürülmüşsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməz. Belə ki, İPM onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanı yaratmır. Oxşar işlər üzrə Ali Məhkəmənin İnzibati Kollegiyasının 2-1(102)-1678/2024 nömrəli iş üzrə xx.xx.2024-cü il tarixli qərardadında qeyd edilmişdir ki, “...kassasiya məhkəməsi analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda (o cümlədən, “X9”- Binəqədi rayonu Binəqədi qəsəbə Bələdiyyəsinə qarşı xx.xx.2022-ci il tarixli, 2- 1(102)-1764/2022 nömrəli; “X9”- Binəqədi rayonu Binəqədi qəsəbə Bələdiyyəsinə qarşı xx.xx.2023-cü il tarixli, 2-1(102)-1283/2023 nömrəli; “X9”- Binəqədi rayonu Xocasən Bələdiyyəsinə qarşı xx.xx.2023-cü il tarixli, 2-1(102)-2073/2023 nömrəli; “X9”- Binəqədi rayonu Binəqədi qəsəbə Bələdiyyəsinə qarşı xx.xx.2023-cü il tarixli, 2-1(102)-2107/2023 nömrəli; “X8 Kompani S.A.” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi - Bakı şəhəri Suraxanı rayon Zığ Bələdiyyəsinə qarşı xx.xx.2023-cü il tarixli, 2-1(102)- 2250/2023 nömrəli; “X9”- Binəqədi rayonu Binəqədi qəsəbə Bələdiyyəsinə qarşı xx.xx.2023-cü il tarixli, 2-1(102)-2153/2023 nömrəli: qərarlarda) aşkar və birmənalı şəkildə qeyd edilmişdir ki, 2011-ci il 1 yanvar tarixədək qəbul edilmiş aktlara qarşı əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə imkanı 2011-ci il 1 yanvar tarixədək artıq itirilmişdirsə, onlar yeni qanuna görə də (o cümlədən, yeni qanunda bu növ iddialarla bağlı məhkəməyə müraciət etmə müddətlərinin nəzərdə tutulmaması əsası ilə) mübahisələndirilə bilməzlər. Başqa sözlə, iddiaçı artıq həmin aktlarla hüququnun pozulduğunu iddia edə bilməz. Belə ki, İPM onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisə açmaq imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanı nəzərdə tutmur”. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” xx.xx.2015-ci il tarixli 4 nömrəli Qərarının 17-ci bəndində göstərilmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibatihüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər. Konstitusiya Məhkəməsi Plenumunun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2014-cü il tarixli Qərarında göstərilmişdir ki, Əmlak hüquqları ilə bağlı mübahisələrdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə müvafiq olaraq daşınmaz əmlaka hüquqların təsdiq edilməsi barədə hüquqi akt hesab edildiyindən, həmin işlərə mülki məhkəmə icraatı qaydasında baxılır. İstinad edilən Plenum qərarlarındakı hüquqi mövqelərdən görünür ki, reyestrdə aparılmış qeyd və onun əsasında verilmiş çıxarış inzibati akt sayılmır və qeydin aparılması əsas inzibati aktdırsa, həmin inzibati akt, inzibati məhkəmə icraatı qaydasında, qeydin aparılmasına əsas mülki hüquqi əqddirsə, həmin əqdin əsaslılığı mülki məhkəmə icraatı qaydasında mübahisələndirilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda adışəkilən qərarının 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında göstərmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektv hüquq üç elemenin məcmusu kimi qiymtələndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (X5 üçüncü şəxs qismində cəlb edilməklə) “çıxarışın ləğv edilməsi” barədə iddia tələbi mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Bəhlul Cəlalov