Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-1(112)-9505/2024 02.10.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi Cəfərova Yasəmən Fərman qızının katibliyi cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X2 Baş İdarəsinə qarşı “qərarların ləğv edilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: "xxxx" MMC (bundan sonra – iddiaçı) cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı iddia ərizəsi ilə müraciət edərək "xxxx" MMC-nin barəsində cavabdehin qəbul etdiyi xx.xx.2023-cü il tarixli, **********508400 nömrəli, xx.xx.2023-cü il tarixli, **********180800 nömrəli və xx.xx.2024cü il tarixli, **********301800 nömrəli qərarların ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh kimi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X2 Baş İdarəsini göstərərək, cavabdehin qəbul etdiyi xx.xx.2023cü il tarixli, **********508400 nömrəli, xx.xx.2023-cü il tarixli, **********180800 nömrəli qərarların ləğv edilməsi, "xxxx" MMC-nin ƏDV sub-uçot hesabında olan dondurulmanın götürülməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, cavabdeh iddiaçının xx.xx.2023-cü il tarixdə, ƏDV üzrə 440316,92 manat məbləğində borcunun olmasını aşkarlayaraq ƏDV sub-uçot hesabının dondurulması barədə **********508400 №-li Qərar qəbul edilmişdir. Təkrarən xx.xx.2024-cü il tarixində ƏDV üzrə 420960,27 manat məbləğində borcun olmasını aşkarlayaraq ƏDV sub-uçot hesabının dondurulması barədə **********180800 №li Qərar qəbul edilmişdir. Cavabdeh tərəfindən qəbul edilən qərarlar bir-birinə ziddiyyət təşkil etdiyindən araşdırma qərəzli hesab edilməlidir. Cavabdeh əvvəlcədən xəbərdarlıq etməmiş, belə ki, qərarlardan görünür ki, sanksiya tətbiq edilməmişdir. Yəni cavabdeh apardığı araşdırma zamanı iddiaçını xəbərdar edilməməsi qanunvericiliklə yol verilməzdir. Məhkəmə qaydasında qərarlara baxılaraq iddiaçının ƏDV sub hesabında da olan pul vəsaitinin dondurulması barədə cavabdeh tərəfindən qəbul edilmiş qərarlar ləğv edilməlidir. xx.xx.2023-cü il tarixindən iddiaçının hesabı dondurulduğu halda xx.xx.2024-cü il tarixində cavabdeh nəzarət tədbirləri həyata keçirərək iddiaçının 2023-cü ildə başqa şirkətlərlə apardığı əməliyyatları əmtəəsiz əməliyyatlar hesab edərək onun riskli vergi ödəyicilər siyahısına daxiletmə barədə **********301800 №-li qərar qəbul edilmişdir. Cavabdeh həmin qərarları qəbul etməklə iddiaçının fəaliyyət göstərməsinə mane olmaqla müflisləşməsinə səsəb olur. Cavabdehin hərəkətləri iddiaçının fəaliyyətinin dayanması ilə nəticələnmişdir. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz təqdim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, vergi borcunun yaranması səbəbindən cavabdehin ƏDV sub-uçot hesabının dondurulması məhz borclu vergi ödəyicisinin borclarının dövlət büdcəsinə alınması ilə bağlı onun hesablaşma hesabına sərəncamların qoyulması vergi orqanının hüquqlarına, şikayətə məhkəmədə baxıldığı dövrdə hesablanmış məbləğin 105 faizi həcmində pul vəsaitinin bank hesabında dondurulması tələbi isə vergi ödəyicisinin vəzifələrinə aid edilmişdir. xx.xx.2023-cü il tarixli, **********508400 nömrəli və xx.xx.2023cü il tarixli, **********180800 nömrəli “Pul vəsaitinin vergi ödəyicisinin ƏDV sub-uçot hesabında dondurulması barədə” Qərarlar ümumiyyətlə inzibati akt hesab edilə bilməz. Belə ki, iddiaçı yanlış olaraq inzibati akt kimi hesab etdiyi ƏDV sub-ucot hesabında dondurulması barədə qərarı məhkəmə qaydasında mübahisələndirmişdir. Lakin həmin qərarlar müstəqil inzibati akt olmamaqla, iddiaçı üçün heç bir hüquqi nəticələr yaratmayıb, inzibati orqan tərəfindən qəbul edilən konkret icraatın təşkili və həyata keçirilməsi ilə bağlı aralıq inzibati aktdır. Buna görə də, iddia tələbi mümkünsüz sayılmalıdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, iddiaçı təyin edilmiş məhkəmə iclasında təmsil edilməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçının nümayəndəsinin iştirakları olmadan baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək, bildirdi ki, “Pul vəsaitinin vergi ödəyicisinin ƏDV sub-uçot hesabında dondurulması” barədə qərar fiziki şəxs üçün hüquqi nəticə yaratmadığından inzibati akt hesab olunmur. Göstərilənlərə əsasən iddia tələbinin mümkün sayılmamasını xahiş etdi. Məhkəmə, proses iştirakçılarının izahatını dinləyib, işdə olan sənədləri araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə qeyd edir ki, inzibati prosessual qanunvericiliyin tələbinə əsasən istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər-tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaçıya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. İPM-in 35.1-ci maddəsinə görə, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarında göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3.). İddianın mümkünlüyü baxımından hüququn pozulubpozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır (6.1.). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2.). Məcəllənin qeyd olunan normasının mənası baxımından belə təfsirə malikdir ki, inzibati icraat qaydasında baxılan istənilən iddia – inzibati prosessual qanunvericiliyə uyğun verilməli, inzibati icraatda baxılan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən qanunla müəyyən edilən iddia müddəti çərçivəsində və qanuna müvafiq cavabdehliyi olan inzibati orqana qarşı verilməli, hüquq və azadlıqların pozulması (sübutlarını da əlavə etməklə) əsaslandırılmalıdır ki, həmin iddianın məhkəmə icraatında baxılması mümkün olsun. Əks təqdirdə, həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən məhkəmə iddianın mümkün sayılmaması barədə qərardad qəbul edir. Göründüyü kimi iddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X2 Baş İdarəsinin qəbul etdiyi xx.xx.2023-cü il tarixli, **********508400 nömrəli, xx.xx.2023-cü il tarixli, **********180800 nömrəli qərarlarının ləğv edilməsi, "xxxx" MMC-nin ƏDV sub-uçot hesabında olan dondurulmanın götürülməsi barədə qərar qəbul edilməsini tələb edir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinə (bundan sonra – Vergi Məcəlləsi) əsasən vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə vergi orqanı bu Məcəlləyə müvafiq olaraq hesablanmış və ya yenidən hesablanmış vergilərin, faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının 5 gün müddətində ödənilməsinə dair vergi ödəyicisinə bildiriş göndərir (65.1.). Vergi orqanı aşağıdakı hallarda vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların vergi ödəyicisinin milli və ya xarici valyutada cari və ya digər hesablarından dövlət büdcəsinə alınması haqqında kredit və ya elektron pul təşkilatına və ya bank əməliyyatları aparan şəxsə icra (ödəniş) sənədi olan sərəncam verir: vergi ödəyicisi tərəfindən hesablanmış və bəyan edilmiş vergilər bu Məcəllənin 65.1-ci maddəsi nəzərə alınmaqla müəyyən edilmiş müddətdə ödənilmədikdə; vergi orqanının hesabladığı vergilər, faizlər və tətbiq etdiyi maliyyə sanksiyaları üzrə vergi ödəyicisi tərəfindən bu Məcəllənin 65.1-ci maddəsində göstərilən bildirişin alındığı tarixdən 30 təqvim günü müddətində məhkəməyə və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) şikayət verilmədikdə; məhkəmənin müvafiq qərarı və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı olduqda həmin qərara uyğun olaraq (65.2.1.). Vergi orqanının hesablamaları üzrə vergi ödəyicisi tərəfindən bu Məcəllənin 65.1-ci maddəsində göstərilən bildirişin alındığı tarixdən 30 təqvim günü müddətində məhkəməyə və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) şikayət verildikdə kredit və ya elektron pul təşkilatı və ya bank əməliyyatları aparan şəxs məhkəmənin qanuni qüvvəyə minmiş qərarına və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarına uyğun olaraq və bu Məcəllənin 65.2.1.3-cü maddəsinə əsasən verilmiş sərəncamın icrasını təmin edir (65.2.2.). Bu Məcəllənin 65.2.1.1-ci və 65.2.1.4-cü maddələrində nəzərdə tutulan hallar istisna olmaqla digər hallarda vergi orqanının hesabladığı və ya yenidən hesabladığı ƏDV üzrə vergi, faiz və ya tətbiq etdiyi maliyyə sanksiyası üzrə borc məbləğinin 105 faizi həcmində pul vəsaitinin vergi ödəyicisinin ƏDV depozit hesabında dondurulması barədə vergi orqanı tərəfindən qərar qəbul edilir (65.2.3-1.). Vergi orqanının hesablamaları üzrə vergi ödəyicisi tərəfindən bu Məcəllənin 65.1-ci maddəsində göstərilən bildirişin alındığı tarixdən 30 təqvim günü müddətində məhkəməyə və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) şikayət verilmədikdə vergi orqanı tərəfindən ƏDV depozit hesabından ƏDV üzrə vergi borcunun, faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması həyata keçirilir (65.2.3-2.). Qeyd olunan hüquq normalarının məzmunundan görünür ki, vergi ödəyicisi vergi öhdəliyini yerinə yetirmədikdə, vergi orqanı ona bu barədə bildiriş göndərir. Həmin bildirişin alındığı vaxtdan 30 gün müddətində vergi ödəyicisi bununla bağlı müvafiq icra hakimiyyəti orqanına və ya məhkəməyə şikayət verə bilər. Əgər belə bir şikayət verilərsə məhkəmə qərarına, yaxud müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən, şikayət olmadıqda isə 30 gün müddət bitdikdə sonra vergi orqanı tərəfindən borcun vergi ödəyicisinin hesablarından tutulması haqqında sərəncam verilir, yaxud həmin vergi borcunun vergi ödəyicisinin ƏDV depozit hesabının dondurulması haqqında qərar qəbul edilir. Göründüyü kimi cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, **********508400 nömrəli, xx.xx.2023-cü il tarixli, **********180800 nömrəli qərarlar iddiaçının ƏDV sub-uçot hesabının dondurulması ilə bağlıdır ki, onlar iddiaçının yaranmış vergi borcunun ödənilməsinin təmin üsulu kimi çıxış edir. Yəni, iddiaçı ona əsassız vergi borcunun hesablanması qənaətinə gəlirsə, ona vergi borcunun hesablanmasından məhkəməyə şikayət verə bilər. Hazırda mübahisələndirilən qərarlar isə müstəqil inzibati akt olmayıb icraatın təşkili üçün qəbul edilmiş aralıq inzibati aktdır. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir (2.0.2). Aralıq inzibati akt konkret icraatın təşkili və həyata keçirilməsi ilə bağlı inzibati orqan tərəfindən qəbul edilən aktdır (2.0.9.). Yalnız aşağıdakı hallarla bağlı aralıq inzibati aktlardan müstəqil şəkildə subordinasiya baxımından yuxarı inzibati orqana və ya şikayətə baxmaq səlahiyyətinə malik olan digər orqana (bundan sonra - şikayət instansiyası) şikayət verilə bilər: səlahiyyətlə bağlı; etirazla bağlı; icraat üzrə materialların tanış olmaq üçün maraqlı şəxsə təqdim edilməsindən və ya iş üzrə maraqlı şəxsə məlumat verilməsindən imtina olunması ilə bağlı; qanunla birbaşa nəzərdə tutulmuş digər hallarda (71.3.). İddiaçının ləğv edilməsini tələb etdiyi qərarlar isə ümumi (publik) hüquq sahəsinə aid olan məsələni nizamlamır, sadəcə müvafiq qərarlarla iddiaçıya hesablanmış vergi borcunun ödənilməsini təmin etmək məqsədi ilə vergi ödəyicisinin hesabında olan pul vəsaitinin dondurulması məqsədini daşıyır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia mümkün hesab edilməməli, iddiaçıya izah edilməlidir ki, hazırda onun hüquqi marağı ona hesablanmış vergi borcunun hesablanması barədə qərarların (olduğu təqdirdə), yaxud hesablanmış vergi borcunun mübahisələndirilməsinə yönəlməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı "xxxx" MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X2 Baş İdarəsinə qarşı “qərarların ləğv edilməsi” barədə iddiası mümkün sayılmasın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №e-2-1(112)-9505/2024
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(112)-9505/2024
02.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver