Məhkəmə qərarları › İş №e-2-1(112)-9517/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-9517/2025

10.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-9517/2025 10.07.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi İmranova Zəminə Şahin qızının katibliyi, İdidaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndələri X4 və X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları

1. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı cavabdehin xx.xx.2025-ci il tarixli, **********193094 saylı “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarının ləğv edilməsinə dair iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2020-ci il tarixdə ********** nömrə ilə (VÖEN), Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, məhəllə 3007 hüquqi ünvanına malik olmaqla dövlət qeydiyyatına alınmışdır. Yoxlama dövründə müəssisə faktiki olaraq quş və heyvan ətinin satışı, dönər ətinin hazırlanması və topdan satışı fəaliyyəti ilə məşğul olmuşdur. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş idrəsinin xx.xx.2024-cü il tarixli, **********187187 saylı “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” qərarına əsasən VM-nin 38.3.5-ci maddəsinə əsasən sentyabr 2020-avqust 2023-cü illəri əhatə edən səyyar vergi yoxlaması təyin edilmişdir. Yoxlamanın nəticəsi olaraq xx.xx.2025-ci il tarixli **********187497 saylı səyyar vergi yoxlaması aktı tərtib edilmişdir. Səyyar vergi yoxlaması aktı əsasında xx.xx.2025-ci il tarixli **********193094 saylı “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarına əsasən 890 508.88 manat əlavə vergilər hesablanılmış və 447574.46 manat maliyyə sanksiyası tətbiq edilməsi təklif edilmişdir. Qeyd olunan səyyar vergi yoxlaması aktı ilə aşağıdakı səbəblərdən razı deyilər: Səyyar vergi yoxlaması VM-nin 38.3.5-ci maddəsinə (vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətləri müəyyən edikdikdə) əsasən təyin edilmişdir. Yoxlamanın təyin olunma əsası kimi “e-qf əsasında 2021-ci il ərzində 15079.62 kq ət satışı aparıldığı halda, uçot baza məlumatlarına əsasən satışın aparıldığı tarixədək 11 450 kq ət alışı aparılmışdır ki, nəticədə 3629.62 kq ətin alış sənədinin olmaması” səbəb kimi göstərilmişdir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 38-ci maddəsi vergi orqanına il ərzində bir dəfə növbəti yoxlama keçirmək hüququ verir. Eyni zamanda, qanunda konkret sadalanmış müəyyən hallarda vergi orqanı həm də, növbədənkənar səyyar vergi yoxlaması keçirə bilər. Vergi Məcəlləsinin 38.3-cü maddəsində növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi üçün əsasların dəqiq siyahısı göstərilmişdir və onlardan biri də, vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətlərinin müəyyən edilməsidir (Vergi Məcəlləsinin 38.3.5-ci maddəsi). Növbədən kənar səyyar vergi yoxlamasının həyata keçirilməsi əsaslarının qanunvericiliklə dəqiq və həm də, məhdud şəkildə müəyyən edilməsi, bir tərəfdən sahibkarlıq fəaliyyətinə yersiz müdaxilələrin qarşısının alınması, əlverişli investisiya məqsədlərinə, digər tərəfdən isə vergi ödəyicisinin hüquqlarınn müdafiəsi məqsədlərinə xidmət edir. Məhz bu baxımdan sahibkarlıq fəaliyyəti subyektlərinə münasibətdə aparılan yoxlamaların əsasları qanunvericiliklə dəqiq tənzimlənmişdir və vergi orqanı inzibati orqan kimi hər bir halda yoxlamanın keçirilməsi barədə öz qərarını əsaslandırmağa borcludur. Bu zaman həm də, nəzərə almaq lazımdır ki, diskresion səlahiyyət əsasında qərar qəbul etdiyi hallarda inzibati orqan mülahizələrini dəqiq və aydın şəkildə izah etməli, diskresion səlahiyyətlərindən niyə məhz bu cur istifadə etdiyini əsaslandırmalıdır. Əgər inzibati orqan növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi barədə qərara gəlirsə, onda VM-nin 38.3-cü maddələrinin müddəaları baxımından diskresion səlahiyyətlərindən niyə məhz bu qaydada istifadə etməsini açıqlamaq və əsaslandırmaq öhdəliyi daşıyır. Bu zaman, həm də, nəzərə alınmalıdır ki, şəxsin, o cümlədn də, iddiaçının inzibati orqandan diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etmək hüququ vardır. Hüquqi müəyyənlik prinsipinin tələbləri baxımından cavabdeh istinad etdiyi normada nəzərdə tutulmuş halları və məlumatları açıqlamağa, vergi orqanının təldə etdiyi mənbəyi bəlli olan məlumatın nələrdən ibarət olduğunu dəqiq göstərməyə, habelə yoxlamanın başlanmasıı zəruri edən həmin halları və məlumatları öz qərarında əsaslandırmağa borcludur. Göründüyü kimi, vergi orqanı tərəfindən səyyar vergi yoxlamasının təyin edilməsi VM-nin tələblərinə uyğun olaraq düzgün formada və qanuni əsaslandırılmamışdır. Qeyd olunan hallar Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(102)-2258/2023 saylı qərarı (vahid məhkəmə təcrübəsi formalaşdıran ***), xx.xx.2023-cü il tarixli 2-1(102)-1632/2023 saylı, xx.xx.2022-ci il tarixli 2-1(102)-669/2022 saylı, xx.xx.2023-cü il tarixli 2-1(102)- 610/2023 saylı, xx.xx.2022-ci il tarixli 2-1(102)-1356/2022 saylı, xx.xx.2024-cü il tarixli 2- 1(102)-392/2024 saylı, xx.xx.2022-ci il tarixli 2-1(102)-2486/2022 saylı, xx.xx.2023-cü il tarixli 2-1(102)-155/2023 saylı qərarları ilə təsbit edilmişdir. Qeyd edilməlidir ki, Ali Məhkəmənin xx.xx.2024-cü il tarixli 2-1(102)-155/2023 saylı qərarları ilə təsbit edilmişdir. Qeyd edilməlidir ki. Ali Məhkəmənin xx.xx.2024-cü il tarixli 2-1(102)-1578/2024 saylı qərardadına əsasən (növbədənkənar səyyar vergi yoxlaması (VM 38.3.5) aktın tərtibi müddətinin uzadılması barədə qərarın reyestrdə qeydə alınmaması; Vergi Məcəlləsinin 67.16-cı maddəsi; kassasiyanın qeyri-mümkünlüyü, vahid məhkəmə təcrübəsi) qərardadına əsasən oxşar məhkəmə təcrübəsi olması səbəbindən cavabdeh vergi orqanı tərəfindən verilmiş kassasiya şikayəti mümkün sayılmamışdır. Qərardadda qeyd edilmişdir ki, 18. Beləliklə, mübahisəli məsələyə münasibətdə hüququn tətbiqinə dair vahid məhkəmə təcrübəsi mövcud və aydındır, eləcə də, həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilmişdir. Məhkəmə təcrübəsini müəyyən edən qərarlar Ali Məhkəmənin internet saytında yerləşdirildiyinə, həmçinin, sözügedən hüquqi mövqe çoxsaylı məhkəmə mübahisələri üzrə çıxarılmış qərarlarda davamlı təkrarlandığına, eləcə də, cavabdeh kassasiya şikayəti verərkən vəkillə təmsil olunduğuna görə tərəflər üçün əlçatan və bəlli olmuşdur. Mənfəət vergisinin hesablanması ilə bağlı bildirirlər ki, səyyar vergi yoxlaması aktına əsasən Nazirlər kabinetinin 55 saylı qərarına əsasən şərti rentabellik prinsipi əsasında 2021-ci il üzrə 7194.41 manat, 2022-ci il üzrə 3597.21 manat, 2022-ci il üzrə isə 2706.73 manat olmaqla, cəmi, 17558.52 manat mənfəət vergisi hesablanmış və həmin məbləğə münasibətdə 8779.26 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Müəssisə gəlir və xərclərinin uçotunu hesablama metodu ilə aparmış, malların, iş və xidmətlərin əldə edilməsinə dair elektron qaimə fakturaları cavabdeh yoxlayıcı orqanın elektron informasiya sistemində mövcud olmuş, eyni zamanda tərəflərindən təkrarən yoxlamaya təqdim edilmişdir. Təqdim edilmiş sənədlər əsasında müəssisənin illər 2021, 2022 və 2023-cü illər üzrə gəlir məbləği artırılmış, lakin, həmin sənədlər xərclərə münsibətdə nəzərə alınmamışdır. Göründüyü kimi, təqdim edilən sənədlərə əsasən gəliri müəyyən edilmiş, lakin, xərclərə münasibətdə ikili yanaşma nümayiş etdirilərək xərc sənədləri nəzərə alınmamışdır. “İnzibati icraat haqqında” Qanaunun 12.2-ci maddəsinə əsasən “İnzibati orqan tərəfindən eyni mühüm faktiki halalra malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır”. Təqdim etdikləri sənədlər gəlirin əldə olunması ilə bağlı olaraq qəbul edilirsə, xərclərə münasibətdə də, eynilə qəbul edilməlidir. Lakin, yoxlama ilə yuxarıda qeyd edilən şəildə təyin etdiyi gəlir məbləğinə istinadən vergiyə cəlb olunmalı dövriyyəni və mənfəəti müəyyən etmiş və bunun üzərindən birbaşa Vergi Məcəlləsinin 83.9-cu maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli 55 nömrəli Qərarına əsasən iddiaçıya əlavə məbləği hesablamışdır. Yoxlayıcı orqan həmin Qaydanın tətbiqini vergi qanunvericiliyinin (VM-nin 67-ci maddəsinin) tələbləri baxımından əsaslandırmamış və yalnız özünün qiymətləndirilməsinə söykənmişdir. Nəzərə almaq lazımdır ki, vergi orqanın ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan (habelə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından) istifadə etməklə hesablamaq hüququ, onun həmin məlumatlara münasibətdə seçim hüququnu deyil, həmin məlumatlardan istifadə etməklə hesablama aparmaq hüququnu nəzərdə tutur. Başqa sözlə, vergi orqanı hesablamanı həmin məlumatlardan istifadə etməklə aparmaq hüququna malikdir. Lakin, vergi orqanı bu haqqından hər bir halda istifadə etməyə borclu deyildir. Bu mənada hesablama aparmaq qərarına gəldiyi təqdirdə, vergi orqanı bu qənaətini əsaslandırmağa, yəni hüququndan nəyə görə məhz bu qaydada istifadə etdiyini açıqlamağa borcludur. Həmçinin, nəzər almaq lazımdır ki, qanunverici tərəfindən VM-nin 67-ci maddəsində nəzərdə tutulmuş sıra ardıcıllığı həmin məqsədlərə xidmət edir və bu məqsədlər baxımından təfsir olunmalıdır. Hesab edirlər ki, istinad edilən normanın müddəalarına görə, əlaqəli məlumatlardan istifadə etməklə hesablama ilə bağlı inzibati orqan tərəfindən diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı mütnasiblik prinsipinin tələblərinə əməl olunmalı, şəxsin hüquqlarına müdaxilə inzibati orqanın nail olmaq istədiyi legitim məqsədə çatmaq üçün yararlı, zəruri və proporsional olmalıdır. Yoxlayıcı orqan tərəfindən VM-nin 67-ci maddəsinin tam şəkildə tətbiqinin mümkünlüyünü, o cümlədən, həmin maddənin tələblərinə riayət olunmaqla ödənilməli vergi məbləğinin hesablanma qaydasının tətbiqini istisna edən əsaslar cavabdeh tərəfindən açıqlanmamış, şərti rentabellik institutunun tətbiqi ilə bağlı Ali Məhkəmənin formalaşmış hüquqi mövqeyi nəzərə alınmamışdır. Ali Məhkəmənin 2-1(102)-532/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarında qeyd edilmişdir ki, “38. Eyni zamanda və bu xüsusi olaraq qeyd edilməlidir ki, Vergi Məcəlləsinin “Vergitutma obyektinin ayrı-ayrı hallarda müəyyən edilməsi Qaydaları” adlanan 67-ci maddəsi mövcuddur ki, həmin hüquq norması 67.1-67.15-ci maddələrini əhatə edir. 39. Başqa sözllə cavabdehin hazırki vergi yoxlamasında Vergi Məcəlləsinin 67-ci maddəsində müəyyən edilmiş ardıcıllığı gözləmədən birbaşa 67.14-cü mddəsini və nəticə etibarı ilə 83.9-cu maddəsini tətbiq etməsi Vergi Məcəlləsinin 67-ci maddəsinin tələblərinə ziddir və bu cür metodla aparılmış vergi yoxlaması qanuni sayıla bilməz”. Əlavə olaraq bildirilmişdir ki, Ali Məhkəmənin analoji VM-nin 83.9-cu və Nazirlər Kabinetinin 55 saylı qərarının tətbiqi ilə bağlı çoxlu sayda analoji qərarları mövcuddur. Digər tərəfdən bildirilmişdir ki, vergi orqanının xx.xx.2024-cü il tarixli **********189287 saylı “Ekspertiza keçirilməsi haqqında” qərarına əsasən ekspert, xx.xx.2024-cü il tarixli **********188270 saylı “Mütəxəssis dəvt edilməsi” haqqında qərarına əsasən isə mütəxəssis dəvət edilmişdir. Təqdim etdikləri sənədlər əsasında ekspert və mütəxəssis tərəfindən rəy verilmişdir. Demək ki, müəssisə tərəfindən təqdim edilmiş səndələr ekspert və mütəxəssis rəyi verilməsi üçün kifayət edirdisə, vergilərin hesablanması üçün xərc kimi də, qəbul edilməli idi. Mövcud halda da, vergi orqanı tərəfindən “İnzibati icraat haqqında” Qanunun 12.2-ci maddəsinə zidd olaraq ikili yanaşma nümayiş etdirilməlidir. Əgər təqdim edilmiş sənədlər kifayət deyildirsə onda onun əsasında hazırlanılmış mütəxəssis rəyi də, vergilərin hesablanılması üçün əsas götürülə bilməzdi. ƏDV-nin hesablanmasına münasibətdə bildirirlər ki, Cəmiyyətə xx.xx.2024-cü il tarixli, **********189287 saylı “Ekspertiza keçirilməsi haqqında” qərarına əsasən "xxxx" MMC-nin eksperti X5 ekspert qismində dəvət edilmiş və onun qarşısında “xx.xx.2021-ci il tarixindən xx.xx.2024-cü il tarixinədək olan dövr ərzində Az.Halal Qida” MMC tərəfindən təqdim edilmiş malların bazar qiymətinin müəyyən edilməsi sualı qoyulmuşdur və onun tərəfindən iş üzrə xx.xx.2025-ci il tarixli rəy yoxlamaya təqdim edilmişdir. Cəmiyyətə münasibətdə ƏDV hesablamaları qeyd olunan mütəxəssis rəyi əsasında aparılmışdır. İş materiallarından göründüyü kimi, “X14” MMC xx.xx.2020-ci il tarixində dövlət qeydiyyatına əsas fəaliyyət növü “Kommersiya fəaliyyəti və idarəetmə məsələləri üzrə sair məsləhətlər verilməsi”dir. Mütəxəssis qismində dəvət edilmiş X9 rəydən də, göründüyü kimi, Avstraliyanın Sidney Universitetini Kommersiya üzrə magistr dərəcəsində, İngiltərənin Warvic Universitetində Kommersiya ixtisası üzrə doktoranturanı bitirmişdir. Halbuki, qeyd olunan şəxs tərəfindən istehsal həcminin müəyyən edilməsi üzrə rəy verilmişdir. Təqdim edilmiş mütəxəssis rəyindən göründüyü kimi, “mütəxəssis” tərəfindən analoqu olmayan yanaşma tətbiq edilərək alınmış tomat və bibər pastasına münsibətdə istehsal edilmiş toyuq dönərinin həcmi müəyyənləşdirilmişdir. Halbuki, vergi ödəyicisi tərəfindən bildirilmişdir ki, toyuq əti əlavə qatqı olmadan təqdim edilir. Vergi Məcəlləsinin 44.1-ci maddəsinə əsasən “Ortaya çıxan məsələlərin izah olunması üçün xüsusi biliklər tələb olunduğu hallarda ekspertiza təyin edilir”. 44.2. Ekspert qarşısında qoyulan suallar və onun rəyi ekspertin xüsusi biliyindən kənara çıxa bilməz. 45.1-ci maddəyə əsasən səyyar vergi yoxlamasının keçirilməsi zamanı bilavasitə vergi orqanlarının fəaliyyət dairəsinə aid olmayan sahələr üzrə xüsusi bilik və təcrübə tələb olunduqda, vergi orqanlarının rəhbərinin (onun müavinin) qərarına əsasən mütəxəssis dəvət oluna bilər. 45.2. Mütəxəssisin xüsusi bilik və təcrübəsi olmalıdır və o, işin nəticələrində maraqlı olmamalıdır. Bu şərtlərə cavab verməyən mütəxəssisin rəyi vergi orqanları tərəfindən istifadə oluna bilməz. Göründüyü kimi, ekspert rəyini tərtib etmiş və imzalanmış mütəxəsiss X9 ixtisasca tikinti yox, kommersiya mütəxəssisidir və onun bu sahədə xüsusi bilik və təcrübəsinin olması sənədlərlə təsdiq olunmur. Eyni zamanda, rəyi vermiş “X15” MMC-nin də fəaliyyət növü direktorun ixtisasına uyğun olaraq kommersiya sahəsində məsləhət verilməsidir. Göründüyü kimi, Vergi Məcəlləsinin 45.2-ci maddəsinə əsasən “X14” MMC-nin verdiyi rəydən vergi hesablanması üçün istifadə olunması VM-nin 44.2 və 45.2-ci maddələrinin tələblərinə ziddir. Ali Məhkəmənin 2-1(102)-508/2024 saylı xx.xx.2024-cü il tarixli, 2-1(102)-1356/2022 saylı xx.xx.2022-ci il tarixli, 2-1(102)-2258/2022 saylı xx.xx.2023-cü il tarixli qərarlarında “X14” MMC tərəfindən verilmiş mütəxəssis rəylərinə hüquqi qiymət verilərək qeyd olunan müəssisə tərəfindən verilmiş rəylərin vergilərin hesablanılması üçün əsas kimi qəbul edilə bilməməsi bildirilmişdir. Hesab edirlər ki, səyyar vergi yoxlaması ilə Vergi Məcəlləsinin aşağıdakı maddələrinin tələbləri pozulmuşdur.

Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

3. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilmiş və iddiaya qarşı yazılı münasibətin (etirazın) bildirilməsi tələb olunmuşdur.

4. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı münasibət (etiraz) təqdim edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, mübahisələndirilən qərarın qəbul edilməsi üçün əsas olmuş yoxlama ilə bağlı bildirirlər ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli **********187187 nömrəli qərarı ilə Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən İddiaçı MMC-də sentyabr 2021-ci il tarixdən avqust 2024-cü il tarixədək olan dövr üzrə vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə növbəti səyyar veergi yoxlaması təyin edilmişdir. Yoxlanılan dövrdə İddiaçı MMC faktiki olaraq ət, quş və ev dovşanı ətindən digər məmulatların istehsalı, təzə və ya dondurulmuş quş ətinin hissələrlə kəsilməsi ilə məşğul olmuşdur. Vergi Məcəlləsinin 42.1-ci maddəsinə əsasən səyyar vergi yoxlamasını keçirən vergi orqanının vəzifəli şəxsi bu Məcəllənin 38.1-ci maddəsinə uyğun olaraq vergi ödəyicisinə göndərdiyi bildirişlə birlikdə yoxlama üçün zəruri olan sənədləri, habelə elektron faylları vergi ödəyicisindən bu Məcəllə ilə müəyyən edilmiş qaydada tələb edə bilər. Sənədlərin və ya elektron faylların verilməsi barəsində tələb yönəldilən şəxs həmin sənədləri və ya elektron faylları 15 iş günü müddətində vergi orqanına təqdim etməlidir. Bildirirlər ki, səyyar vergi yoxlamasının keçirilməsi ilə əlaqədar “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” qərar, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarış” və “Vergi yoxlamasının keçirilmləsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” xx.xx.2024-cü il tarixli **********187235 nömrəli Tələbnamə vergi ödəyicisinə təqdim edilmiş və tələbnamədə qeyd olunan sənədlərin 15 (on beş) iş günü müddətində vergi orqanının yoxlamanı keçirən vəzifəli şəxsinə və ya vergi orqanına təqdim edilməsi tələb olunmuşdur. Mənfəət vergisi üzrə: Səyyar vergi yoxlaması ilə 2021ci, 2022-ci və 2023-cü illər üzrə mənfəət vergisi bəyannamələri əhatə olunmuşdur. Yoxlama ilə müəyyən edilmişdir ki, vergi ödəyicisi tərəfindən Vergi Məcəlləsinin 104.1-ci və 134-cü maddələrinin tələbləri pozulmuşdur. Vergi Məcəlləsinin 104.1-ci maddəsinə əsasən rezident müəssisə üçün vergitutma obyekti onun mənfəətidir. Həmin Məcəllənn 130.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi tutulan gəlirin (mənfəətin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlirlərinin və xərclərinin vaxtlı-vaxtında dəqiq uçotunu aparmağa, bu fəsilə uyğun şəkildə tətbiq edilən uçot metodundan asılı olaraq gəlirlərini və xərclərini onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid etməyə borcludur. Vergi ödəyicisinin istifadə etdiyi uçot metodunda xərclərin və daxilolmaların müddətləri və uçotu qaydasına dair bütün tələblər nəzərə alınmalıdır. Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən vergi ödəyicisi öz fəaliyyəti ilə bağlı olan bütün əməliyyatların başlanğıcını, gedişini və qurtarmasını müəyyənləşdirməyə imkan verən uçotun aparılmasını təmin etməyə borcludur. Həmin Məcəllənin 134-cü maddəsinə əsasən hesablama metodu ilə uçot aparan vergi ödəyicisi gəlir əldə edilməsinin və xərc çəkilməsinin faktiki vaxtından asılı olmayaraq gəlirini və xərcini müvafiq surətdə gəlir almaq hüququnun əldə edildiyi və ya xərcin çəkilməsi barədə öhdəliyin yarandığı vaxt nəzərə almalıdır. Səyyar vergi yoxlaması zamanı Vergi Məcəlləsinin 104-cü, 134-cü, 135-ci və 136-cı mddələrinin tələblərinə müvafiq olaraq vergi ödəyicisinin vergi orqanında olan uçot-baza məlumatları, vergi ödəyicisinin bank hesablarının hərəkəti barədə hesabların yerləşdiyi banklardan alınmış rəsmi məlumatlar, mütəxəssis və ekspert rəyləri və vergilərin hesablanmasına əsas verən digər sənəd və məlumatlar istifadə edilmişdir. Həmin Məcəllənin 16.1.3-cü maddəsinə əsasən qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin), o cümlədən vergidən azad edilən gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq vergi ödəyicisinin vəzifələrinə aid edilmişdir. Vergi Məcəlləsinin 130.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi tutulan gəlirin (mənfəətin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlirlərinin və xərclərinin vaxtlı-vaxtında dəqiq uçotunu aparmağa borcludur. Vergi Məcəlləsinin 130.1-1ci maddəsinə əsasən iqtisadi fəaliyyət sahələri üzrə vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin 16 iyun 2017-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “İstehsalat fəaliyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması” Qaydalarının 2.2-ci bəndinə əsasən istehsal sahəsində fəaliyyət göstərən vergi ödəyiciləri mühasibat uçotunun, gəlirlərin (xərclərin) və vergitutma obyektlərinin, o cümlədən əmtəə-material ehtiyatlarının uçotunun aparılması, habelə uçot sənədlərinin tərtib edilməsi və saxlanması ilə bağlı Azərbaycan Respublikasının Vergi Məcəlləsi və “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş vəzifələri, habelə onlara uyğun qəbul edilmiş digər qanunvericilik aktlarının tələblərini yerinə yetirməyə borcludur. Vergi ödəyicisinə xx.xx.2024-cü il tarixli **********187235 nömrəli “Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” Tələbnamə təqdim edilmişdir. Tələbnamə əsasında tələb edilmiş sənədlər İddiaçı MMC tərəfindən Vergi Məcəlləsinin 42.1-ci maddəsinə müvafiq olaraq göstərilmiş müddət ərzində yoxlamaya qismən təqdim edilmişdir. Bununla əlaqədar olaraq, xx.xx.2024-cü il tarixdə Vergi Məcəlləsinin 42.2-ci maddəinə əsasən “Sənədlərin qismən təqdim edilməsi barədə” Akt tərtib edilmiş və Aktın bir nüsxəsi müəssisənin direktoru X2 təqdim olunmudur. Baş İdarə tərəfindən vergi ödəyicisinə vergi yoxlamasının keçirilməsi üçün zərur olan sənədlərin təqdim edilməsi barədə xx.xx.2024-cü il tarixli **********564300 nömrəli və xx.xx.2024-cü il tarixli **********135000 nömrəli xəbərdarlıq məktubları göndərilmişdir. Vergi Məcəlləsinin 23-cü v 43-cü maddələrində nəzərdə tutulmuş qaydada “Sənədlərin və nümunə imi əşyaların götürülməsi haqqında” xx.xx.2024cü il tarixli **********188434 nömrəli Qərar çıxarılmışdır. Vergi ödəyicisi tərəfindən yoxlamaya elektron qaydada təqdim edilmiş sənədlər və məlumatlar əsasında “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” xx.xx.2024-cü il tarixli Protokol tərtib edilmiş və bir nüsxəsi vergi ödəyicisinə təqdim olunmuşdur. Yoxlama üçün zəruri olan təqdim olunmamış sənədlərlə bağlı xx.xx.2025-ci il tarixli "Sənədlərin və nümunə kimi əşyaların verilməsindən imtina haqqında" Akt tərtib olunaraq vergi ödəyicisinə göndərilmişdir. Səyyar vergi yoxlaması zamanı vergi ödəyicisinin vergi orqanında olan uçot-baza məlumatları, vergi ödəyicisinin bank hesablarının hərəkəti barədə hesabların yerləşdiyi banklardan alınmış rəsmi məlumatlar, mütəxəssis və ekspert rəylərinə və vergilərin hesablanmasına əsas verən digər sənəd və məlumatlar istifadə edilmişdir. Vergilərin hesablanması üçün zəruri olan sənədlər, o cümlədən yoxlama dövrünün əvvəlinə və sonuna qalıqlar göstərilməklə hazır məhsul hərəkəti, yoxlama dövründə mənfəət bəyannamələri üzrə bütün gəlirlərin və xərclərin təsdiq edici sənədləri (o cümlədən malın dəyəri üzrə xərclərin açılışı) təqdim edilmədiyindən və təqdim edilmiş xammal hərəkəti cədvəllərində hazır məhsul istehsalında istifadə olunan bütün xammalların göstəriciləri olmadığından xammal və material xərcini müəyyən etmək mümkün olmamışdır. Müəssisənin real istehsal həcmini müəyyən etmək məqsədilə aparılan hesablamada, toyuq dönəri ətinin hazırlanmasında istifadə olunan bütün xammallar araşdırılmışdır. Reseptdə qeyd olunan bəzi xammalların rəsmi alış məlumatları müəyyən edilmədiyindən və toyuq dönəri ətinin istehsalında iştirak edən əsas komponentlərdən biri olan tomat və ya bibər pastası xammalının sərfiyyatı yoxlanılarkən kənarlaşmalar müəyyən edildiyindən hesablamada bu xammal əsas götürülmüşdür. İlk olaraq, təqdim edilmiş alış məlumatlarına əsasən, yoxlama dövrü ərzində müəssisə tərəfindən alınmış tomat və bibər pastasının ümumi miqdarı araşdırılaraq 9751.36 kq olduğu müəyyən edilmişdir. Daha sonra müəssisənin satış məlumatları təhlil edilmiş, məhsul çeşidlənmiş və satılmış toyuq dönəri ilə digər toyuq məhsullarının miqdarı müəyyən edilmişdir. Növbəti mərhələdə, ödəyici tərəfindən təqdim edilmiş reseptə əsasən, toyuq dönəri ətinin hazırlanmasında tələb olunan tomat və bibər pastasının ümumi çəkidə faiz nisbəti müəyyən edilmişdir. Bu göstəriciyə əsaslanaraq, satılmış məhsul üçün tələb olunan xammalın miqdarı hesablanmışdır. Təqdim edilmiş reseptə əsasən, kənarlaşmış xammaldan əldə oluna biləcək bibər və tomat pastası əlavə olunmuş dönər əti qarışımının miqdarı hesablanmışdır. Daha sonra, monitorinq zamanı müəyyən edilmiş 15.04%-lik hazır məhsul itkisi nəzərə alınaraq, yekun kənarlaşmış hazır məhsulun miqdarı müəyyən edilmişdir. Mütəxəssis tərəfindən müəyyən edilmiş kənarlaşmış 8 997,15 kq xammal, müəssisənin satış məlumatlarına əsaslanaraq xüsusi çəkiyə əsasən illər üzrə bölüşdürülmüşdür. Bu bölgüyə əsasən, kənarlaşmış hazır məhsulun miqdarı 2021-ci ilin yoxlama dövrünə düşən müddətində 8 702,42 kq, 2022-ci ildə 19 973,59 kq, 2023-cü ildə 835,05 kq, olaraq hesablanmışdır. Yoxlama zamanı xx.xx.2021-ci il tarixdən xx.xx.2024-cü il tarixədək olan dövr üzrə təqdim edilmiş malların real bazar qiymətinin müəyyənləşdirilməsi üçün Vergi Məcəlləsinin 44-cü maddəsinə əsasən xx.xx.2024-cü il tarixli **********189287 nömrəli “Ekspertizanın keçirilməsi haqqında” Qərar çıxarılaraq ekspert dəvət olunmuşdur. Ekspert tərəfindən rəy Azərbaycan Respublikası «Qiymətləndirmə fəaliyyəti haqqında» xx.xx.1998-ci il tarixli 510-İQ saylı Qanuna, Milli Qiymətləndirmə Standartlarına, eləcə də, qiymətləndirilmə üzrə digər beynəlxalq qiymətləndirmə birliklərinin peşəkar qiymətləndirmə qaydalarına uyğun olaraq hazırlanmışdır. Qiymətləndirmə zamanı aparılan hesablamalarda ekspert tərəfindən əldə edilmiş malların satış bazarında orta bazar qiyməti barədə operativ məlumatlardan, eləcə də digər etibarlı mənbələrdən alınmış informasiyalardan istifadə olunmuşdur. Ekspert rəyində göstərilmiş qiymətlər vergi ödəyicisinin təqdim etdiyi sənədlər (e-qaimə faktura və digər satış sənədləri) əsasında formalaşmış və müəyyən edilmişdir ki, 1 kq məhsulun orta bazar dəyəri 4 manat (ƏDV-siz) təşkil edir. Səyyar vergi yoxlaması ilə mütəxəssis tərəfindən müəyyən edilmiş istehsal həcminə ekspert rəyinə əsasən müəyyən edilmiş orta bazar dəyəri tətbiq edilməklə 2021-ci il üzrə 34 809,7 manat, 2022-ci il üzrə 79 894,34 manat, 2023-cü il üzrə 3 340,2 manat əlavə istehsal dövriyyəsi müəyyən edilmişdir. Səyyar vergi yoxlaması ilə vergi ödəyicisinin uçot metodu 2021-ci il üzrə kassa, 2022 və 2023- cü illər üzrə hesablama metodu olaraq müəyyən edilmişdir. Vergi Məcəlləsinin 132-ci maddəsinə əsasən kassa metodundan istifadə olunarkən gəlirin əldə edilməsi vaxtı vergi ödəyicisinin nağd pul vəsaitini aldığı, nağdsız ödəmədə isə pul vəsaitinin bankda, digər kredit və ya elektron pul təşkilatında onun hesabına və ya sərəncamçısı ola biləcəyi hesaba, yaxud göstərilən vəsaiti almaq hüququna malik olacağı hesaba daxil olduğu vaxt gəlirin əldə edildiyi vaxt sayılır. Vergi Məcəlləsinin 134-cü maddəsinə əsasən Hesablama metodundan istifadə olunarkən gəlirin əldə edilməsi vaxtı müvafiq məbləğ vergi ödəyicisinə qeyd-şərtsiz ödənilməlidirsə, yaxud vergi ödəyicisi əqd və ya müqavilə üzrə bütün öhdəliklərini yerinə yetirmişdirsə, bu vaxt gəliri almaq hüququ əldə edilmiş sayılır. Vergilərin hesablanması üçün zəruri olan sənədlər, o cümlədən yoxlama dövrünün əvvəlinə və sonuna qalıqlar göstərilməklə hazır məhsul hərəkəti, yoxlama dövründə mənfəət bəyannamələri üzrə bütün gəlirlərin və xərclərin təsdiq edici sənədləri (o cümlədən malın dəyəri üzrə xərclərin açılışı) təqdim edilmədiyindən və təqdim edilmiş xammal hərəkəti cədvəllərində hazır məhsul istehsalında istifadə olunan bütün xammalların göstəriciləri olmadığından xammal və material xərcini müəyyən etmək mümkün olmadığından müəssisənin yoxlama ilə əhatə olunan dövr üzrə mənfəəti Vergi Məcəlləsinin 67.14 və 83.9 maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001ci il tarixli 55 saylı qərarına əsasən şərti rentabellik səviyyəsi 20% götürülərək hesablanmışdır. 2021-ci il üzrə: Səyyar vergi yoxlaması ilə vergi ödəyicisinin 2021-ci il üzrə ümumi gəlirləri (mütəxəssis rəyinə əsasən hesablanan əlavə dövriyyə istisna olmaqla) faktiki bank məlumatları əsasında 201 011,54 manat müəyyən edilmişdir. Mütəxəssis rəyi əsasında hesablanmış 34 809,7 manat əlavə dövriyyə də nəzərə alınmaqla yoxlama ilə 2021-ci il üzrə vergi ödəyicisinin ümumi gəlirləri 235 821,24 manat (201 011,54 + 34 809,7) müəyyən edilmişdir. M1= 235 821, 24/ (100+20) x 20 = 39 303,54. Beləliklə, yoxlama ilə 2021-ci il üzrə vergi ödəyicisinin ümumi gəlirləri 235 821, 24 manat (201 011,54 + 34 809,7), vergiyə cəlb olunan mənfəəti 7860,7 manat (39 303,54*20%) və vergi ödəyicisi tərəfindən hesablanmış mənfəət vergisi nəzərə alınmaqla yoxlama ilə 7194,4 manat (7860,7 -666.3) mənfəət vergisinin azaldılması müəyyən edilmişdir. 2022-ci il üzrə: Səyyar vergi yoxlaması ilə vergi ödəyicisinin 2022-ci il üzrə ümumi gəlirləri (mütəxəssis rəyinə əsasən hesablanan əlavə dövriyyə istisna olmaqla) faktiki baza satış məlumatları əsasında 195 893,71 manat müəyyən edildi. Mütəxəssis rəyi əsasında hesablanmış 79 894,34 manat əlavə dövriyyə də nəzərə alınmaqla yoxlama ilə 2022-ci il üzrə vergi ödəyicisinin ümumi gəlirləri 275 788,05 manat (195 893,71 + 79 894,34 ) müəyyən edilmişdir. M1= 275 788,05/ (100+20) x 20 = 45 964,68. Beləliklə yoxlama ilə 2022-ci il üzrə vergi ödəyicisinin ümumi gəlirləri 275 788,05 manat (195 893,71 + 79 894,34 ), vergiyə cəlb olunan mənfəəti 9192,94 manat (45 964,68*20%) və vergi ödəyicisi tərəfindən hesablanmış mənfəət vergisi nəzərə alındıqda yoxlama ilə 7657,28 manat (9192,94 - 1535,65) mənfəət vergisinin azaldılması müəyyən edilmişdir. 2023-cü il üzrə: Səyyar vergi yoxlaması ilə vergi ödəyicisinin 2023-cü il üzrə ümumi gəlirləri (mütəxəssis rəyinə əsasən hesablanan əlavə dövriyyə istisna olmaqla) faktiki baza satış məlumatları əsasında 111 883,2 manat müəyyən edildi. Mütəxəssis rəyi əsasında hesablanmış 3 340,2 manat əlavə dövriyyə də nəzərə alınmaqla yoxlama ilə 2023-cü il üzrə vergi ödəyicisinin ümumi gəlirləri 115 223,4 manat (111 883,2 + 3 340,2) müəyyən edilmişdir. M1=115 223,4/ (100+20) x 20 = 19 203,9. Beləliklə, yoxlama ilə 2023-cü il üzrə vergi ödəyicisinin ümumi gəlirləri 115 223,4 manat (111 883,2 + 3 340,2), vergiyə cəlb olunan mənfəəti 3840,78 manat (19 203,9*20%) və vergi ödəyicisi tərəfindən hesablanmış mənfəət vergisi nəzərə alındıqda yoxlama ilə 2706,73 manat (3840,78 - 1134,05) mənfəət vergisinin azaldılması müəyyən edilmişdir. Beləliklə səyyarvergi yoxlaması ilə əhatə olunan dövr üzrə vergi ödəyicisi tərəfindən 17558,42 manat məbləğində mənfəət vergisinin büdcəyə az hesablandığı müəyyən edilmişdir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən mənfəət vergisinin hesabatda göstərilən məbləğinin verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılmış 17558,42 manat vergi məbləğinin 50% miqdarında, yəni 8779,21 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Əlavə dəyər vergisi üzrə: Vergi ödəyicisi tərəfindən yoxlanılan dövr üzrə təqdim olunmuş əlavə dəyər vergisi hesabatlarının düzgünlüyü yoxlanıldı və aşağıdakılar müəyyən olunmuşdur. Müəssisə ƏDV məqsədləri üçün qeydiyyat haqqında ərizəni xx.xx.2024-cü il tarixdə vergi orqanına təqdim etmiş ƏDV qeydiyyatı xx.xx.2024 -cü il tarixdən qüvvəyə minmişdir. Yoxlama ilə ƏDV üzrə xx.xx.2021-ci il tarixdən xx.xx.2024-cü il tarixə qədər olan dövr ərzində təqdim edilmiş ƏDV bəyannamələri əhatə olunmuşdur. Vergi ödəyicisinin vergi orqanında olan uçot-baza məlumatlarına, vergi ödəyicisinin bank hesablarının hərəkəti barədə hesabların yerləşdiyi banklardan alınmış rəsmi məlumatlara, malların (işlərin, xidmətlərin) təqdim edilməsi barədə elektron qaimə fakturalara, mütəxəssis və ekspert rəylərinə əsasən müəyyən edilmişdir ki, müəssisə tərəfindən Vergi Məcəlləsinin 159.1-ci və 166.1-ci maddələrinin tələbləri pozulmuşdur. Vergi Məcəlləsinin 166-ci maddəsinə əsasən başqa hallar nəzərdə tutulmamışdırsa, vergi tutulan əməliyyatın vaxtı təqdim edilən mallar (işlər və xidmətlər) üçün ödəmənin aparıldığı vaxtdır. Yoxlama dövrü üzrə qüvvədə olan Vergi Məcəlləsinin 166-cı maddəsinin tələblərinə əsasən ödəmə dedikdə təqdim edilmiş malların (işlərin, xidmətlərin) ƏDV-siz dəyərinin ödənilməsi nəzərdə tutulur. Vergi ödəyicisi tərəfindən büdcəyə hesablanmalı ƏDV-nin azaldılmasının səbəbi ƏDV-yə 18% dərəcə ilə cəlb olunan əməliyyatlar üzrə ƏDV məbləğinin düzgün müəyyən olunmaması ilə bağlı olmuşdur. Yoxlama dövrü üzrə yoxlama ilə vergi ödəyicisinin ƏDV-yə cəlb olunan əməliyyatları ilə bağlı Vergi Məcəlləsinin 166-cı maddəsinin tələblərinə uyğun olaraq daxilolmaları vergi ödəyicisinin bank hesablarının hərəkəti barədə hesabların yerləşdiyi banklardan alınmış rəsmi məlumatlara əsasən 2021-ci ilin sentyabr-dekabr ayları ərzində 79 784,2 manat, 2022-ci il ərzində 204 265,62 manat, 2023-cü il ərzində 111 883,2 manat, 2024-cü ilin yanvar-avqust ayları ərzində 540 340,9 manat təşkil etmişdir. Yoxlanılan dövr üzrə hazır məhsullar üzrə xammal silgiləri və istehsal həcmini müəyyənləşdirilməsi üçün yoxlama zamanı Vergi Məcəlləsinin 45-ci maddəsinə əsasən mütəxəssis cəlb olunmasına zərurət yaranmışdır. Vergi ödəyicisi tərəfindən xx.xx.2021-ci il tarixdən xx.xx.2024- cü il tarixə qədər olan dövr üçün real istehsal həcminin və istehsal olunmuş məhsullara istifadə olunmuş xammal və materialların müəyyənləşdirilməsi məqsədi ilə Baş İdarə tərəfindən xx.xx.2024-cü il tarixli **********188270 nömrəli “Mütəxəssisin dəvət edilməsi haqqında” Qərar çıxarılaraq "X14" MMC-nin əməkdaşı (VÖEN: ********** ) X9 mütəxəssis kimi dəvət olunmuşdur. Müəssisənin real istehsal həcmini müəyyən etmək məqsədilə aparılan hesablamada, toyuq dönəri ətinin hazırlanmasında istifadə olunan bütün xammallar araşdırılmışdır. Reseptdə qeyd olunan bəzi xammalların rəsmi alış məlumatları müəyyən edilmədiyindən və toyuq dönəri ətinin istehsalında iştirak edən əsas komponentlərdən biri olan tomat və ya bibər pastası xammalının sərfiyyatı yoxlanılarkən kənarlaşmalar müəyyən edildiyindən hesablamada bu xammal əsas götürülmüşdür. İlk olaraq, təqdim edilmiş alış məlumatlarına əsasən, yoxlama dövrü ərzində müəssisə tərəfindən alınmış tomat və bibər pastasının ümumi miqdarı araşdırılaraq 9,751.36 kq olduğu müəyyən edilmişdir. Daha sonra müəssisənin satış məlumatları təhlil edilmiş, məhsul çeşidlənmiş və satılmış toyuq dönəri ilə digər toyuq məhsullarının miqdarı müəyyən edilmişdir. Növbəti mərhələdə, ödəyici tərəfindən təqdim edilmiş reseptə əsasən, toyuq dönəri ətinin hazırlanmasında tələb olunan tomat və bibər pastasının ümumi çəkidə faiz nisbəti müəyyən edilmişdir. Bu göstəriciyə əsaslanaraq, satılmış məhsul üçün tələb olunan xammalın miqdarı hesablanmışdır. Təqdim edilmiş reseptə əsasən, kənarlaşmış xammaldan əldə oluna biləcək bibər və tomat pastası əlavə olunmuş dönər əti qarışımının miqdarı hesablanmışdır. Daha sonra, monitorinq zamanı müəyyən edilmiş 15.04%-lik hazır məhsul itkisi nəzərə alınaraq, yekun kənarlaşmış hazır məhsulun miqdarı müəyyən edilmişdir. Mütəxəssis tərəfindən müəyyən edilmiş kənarlaşmış 8,997.15 kq xammal, müəssisənin satış məlumatlarına əsaslanaraq xüsusi çəkiyə əsasən illər üzrə bölüşdürülmüşdür. Bu bölgüyə əsasən, kənarlaşmış hazır məhsulun miqdarı 2021-ci ilin yoxlama dövrünə düşən müddətində 8,702.42 kq, 2022-ci ildə 19,973.59 kq, 2023-cü ildə 835.05 kq, 2024-cü ilin yoxlama dövrünə düşən müddətində isə 1,062,523.26 kq olaraq hesablanmışdır. Yoxlama zamanı xx.xx.2021-ci il tarixdən xx.xx.2024-cü il tarixədək olan dövr üzrə təqdim edilmiş malların real bazar qiymətinin müəyyənləşdirilməsi üçün Vergi Məcəlləsinin 44-cü maddəsinə əsasən xx.xx.2024-cü il tarixli **********189287 nömrəli “Ekspertizanın keçirilməsi haqqında” Qərar çıxarılaraq ekspert dəvət olunmuş və ekspert tərəfindən müvafiq rəy verilmişdir. Ekspert tərəfindən rəy Azərbaycan Respublikası «Qiymətləndirmə fəaliyyəti haqqında» xx.xx.1998-ci il tarixli 510-İQ saylı Qanuna, Milli Qiymətləndirmə Standartlarına, eləcə də qiymətləndirilmə üzrə digər beynəlxalq qiymətləndirmə birliklərinin peşəkar qiymətləndirmə qaydalarına uyğun olaraq hazırlanmışdır. Qiymətləndirmə zamanı aparılan hesablamalarda ekspert tərəfindən əldə edilmiş malların satış bazarında orta bazar qiyməti barədə operativ məlumatlardan, eləcə də digər etibarlı mənbələrdən alınmış informasiyalardan istifadə olunmuşdur. Ekspert rəyində göstərilmiş qiymətlər vergi ödəyicisinin təqdim etdiyi sənədlər (e-qaimə faktura və digər satış sənədləri) əsasında formalaşmış və müəyyən edilmişdir ki, 1 kq məhsulun orta bazar dəyəri 4 manat (ƏDV-siz) təşkil edir. Səyyar vergi yoxlaması ilə mütəxəssis tərəfindən müəyyən edilmiş istehsal həcminə ekspert rəyinə əsasən müəyyən edilmiş orta bazar dəyəri tətbiq edilməklə 2021-ci il üzrə 34 809,7 manat, 2022-ci il üzrə 79 894,34 manat, 2023-cü il üzrə 3 340,2 manat, 2024-cü il üzrə 4 250 093,02 manat əlavə istehsal dövriyyəsi müəyyən edilmişdir. Təqdim edilmiş sənədlər və vergi uçot baza məlumatlarına əsasən vergi ödəyici tərəfindən xammal satışı olmadığı və yalnız hazır məhsul satışı olduğu müəyyən edildiyi üçün mütəxəssis tərəfindən müəyyən edilən əlavə istehsal həcminə əsasən hesablanan dövriyyə illər üzrə müəssisə tərəfindən təqdim edilən hazır məhsulların satışına uyğun olaraq hesablanmışdır. Vergi Məcəlləsinin 159.1-ci maddəsinə əsasən malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi, Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavəsi və vergi tutulan idxal vergitutma obyektidir. 2022-ci il yanvarın 1-dən 5 il müddətində kənd təsərrüfatı məhsullarının (yerli və xarici mənşəli) topdan və pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavəsi vergitutma obyektidir Vergi Məcəlləsinin 157.3-cü maddəsinə əsasən ƏDV üzrə qeydiyyat hansı tarixin əvvəl başlanmasından asılı olaraq məcburi qeydiyyat zamanı aşağıdakı tarixlərin birində qüvvəyə minir: ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatların həcmi 200.000 manatdan artıq olduqda - növbəti ayın birinci günündə; bir əqd və ya müqavilə üzrə ƏDV-yə cəlb olunan əməliyyatın ümumi dəyəri 200.000 manatdan artıq olduqda əməliyyatın aparıldığı günədək; Mütəxəssis tərəfindən müəyyən edilmiş əlavə istehsal həcmi üzrə hesablanmış dövriyyə nəzərə alındıqda vergi ödəyicisinin 2021-ci il ərzində vergi tutulan əməliyyatlarının həcmi 200.000 manatı keçdiyi üçün vergi ödəyicisi 2022-ci ilin yanvar ayından məcburi ƏDV qeydiyyatına alınaraq müvafiq vergilər hesablanmışdır. 2022-ci il üzrə Vergi Məcəlləsinin 166-cı və 175ci maddələrinin tələblərinə tələblərinə və yoxlama ilə mütəxəssis rəyi əsasında müəyyən olunmuş kənarlaşan istehsal dövriyyəsi nəzərə alınmaqla yoxlama ilə əhatə edilən dövr üzrə əlavə dəyər vergisinin hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən ayrı-ayrı aylar üzrə 47 018,47 manat azaldılması müəyyən edilmişdir. 2023-cü il üzrə Vergi Məcəlləsinin 166-cı və 175-ci maddələrinin tələblərinə tələblərinə və yoxlama ilə mütəxəssis rəyi əsasında müəyyən olunmuş kənarlaşan istehsal dövriyyəsi nəzərə alınmaqla yoxlama ilə əhatə edilən dövr üzrə əlavə dəyər vergisinin hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən ayrı-ayrı aylar üzrə 18 116,78 manat azaldılması müəyyən edilmişdir. 2024-cü il üzrə Vergi Məcəlləsinin 166-cı və 175-ci maddələrinin tələblərinə və yoxlama ilə mütəxəssis rəyi əsasında müəyyən olunmuş kənarlaşan istehsal dövriyyəsi nəzərə alınmaqla yoxlama ilə əhatə edilən dövr üzrə əlavə dəyər vergisinin hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən ayrı-ayrı aylar üzrə 807 815,21 manat azaldılması müəyyən edilmişdir. Qeyd olunmalıdır ki, Vergi ödəyicisi yoxlama ilə əhatə olunan dövrdə ƏDV-dən azad edilmiş əməliyyatlar apardığına görə Vergi Məcəlləsinin 175.4-cü maddəsinə uyğun olaraq bank sənədlərinə və e-qaimələrə əsasən ƏDV üzrə əvəzləşdirmə vergi tutulan dövriyyənin ümumi dövriyyədəki xüsusi çəkisinə uyğun olaraq müəyyən edilmişdir. Nəticədə səyyar vergi yoxlaması ilə yoxlama ilə əhatə edilən dövr üzrə əlavə dəyər vergisinin hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən ayrı-ayrı aylar üzrə 872 950,46 manat (47 018,47 +18 116,78 +807 815,21) azaldılması müəyyən edilmişdir. Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən əlavə dəyər vergisinin hesabatda göstərilən məbləğinin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldıldığına görə azaldılmış və ya yayındırılmış 872 950,46 manat vergi məbləğinin 50 faizi miqdarında, yəni 436 475,24 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Bildirirlər ki, səyyar vergi yoxlamasının nəticəsi üzrə qəbul edilmiş Vergi ödəyicisinin fəaliyyətində Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulmuş cinayət xarekterli faktlar (vergi ödəməkdən yayınma) aşkar olunduğundan, toplanmış materiallar qanunamüvafiq tədbirlərin görülməsi üçün İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2025-ci il tarixli **********820300 nömrəli məktubu ilə Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinə göndərilmişdir. İddia ərizəsində qeyd olunur: “Ekspert rəyini tərtib etmiş və imzalamış mütəxəssis X9 ixtisasca tikinti yox, kommersiya mütəxəsisidir və onun bu sahədə xüsusi bilik və təcrübəsinin olması sənədlərlə təsdiq olunmur. Eyni zamanda rəyi vermiş “X13” MMC-nin də fəaliyyət növü direktorun ixtisasına uyğun olaraq kommersiya sahəsində məsləhət verilməsidir. İş materiallarından da göründüyü kimi, “X13” MMC xx.xx.2020-ci il tarixində dövlət qeydiyyatına əsas fəaliyyət növü “Kommersiya fəaliyyəti ilə idarəetmə məsələləri üzrə sair məsləhətlər verilməsi”dir. Mütəxəssis qismində dəvət edilmiş X9 rəydən də göründüyü kimi Avstraliyanın Sidney Universitetini Kommersiya ixtisası üzrə doktoranturanı bitirmişdir. Əvvəla, bildiririk ki, “X14” MMC-nin nizamanaməsinin 3.1-ci bəndinə əsasən cəmiyyət Azərbaycan Respublikasının qanunvericiliyi ilə qadağan olunmayan bütün fəaliyyət növləri məşğul ola bilər. Cəmiyyət Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq xüsusi icazə alınması tələb edilən fəaliyyət növləri ilə yalnız müvafiq icazəni (lisenziyanı) aldıqdan sonra məşğul ola bilər. Digər tərəfdən, “X14” MMC-nin qeydiyyata alınmış “kommersiya müəssisələri və dövlət xidmətləri üçün məsləhətlər, tövsiyələr, praktiki yardımın göstərilməsi” fəaliyyət növü həmin müəssisə tərəfindən sahəsində rəyin verilməsini istisna etmir. Həmçinin əlavə edirik ki, iddiaçı özü də iddia ərizəsində X1 mütəxəsisi olduğunu qeyd etmişdir. Göründüyü kimi, mütəxəssis tərəfindən iddiaçının fəaliyyət növünə uyğun olaraq ət, quş və ev dovşanı ətindən digər məmulatların istehsalı sahəsində istehsal həcminin müəyyənləşdiirlməsi barədə rəyin verilməsi yuxarıda qeyd edilən fəaliyyət növü kateqoriyasına aid edilir. Daha sonra iddia ərizəsində qeyd edilir ki, təqdim edilmiş mütəxəssis rəyindən göründüyü kimi, “mütəxəssis” tərəfindən analoqu olmayan yanaşma tətbiq edilərək alınmış tomat və bibər pastasına münasibətdə istehsal edilmiş toyuq dönərinin həcmi müəyyənləşdirilmişdir. Halbuki, vergi ödəyicisi tərəfindən bildirilmişdir ki, toyuq əti əlavə qatqı olmadan təqdim edilir. Bununla bağlı bildiririk ki, müəssisədə 4, 5 və 6 noyabr 2024-cü il tarixlərində aparılan monitorinq çərçivəsində istehsal sahəsində toyuq budunun emalı və dönər ətinin istehsalı prosesi ətraflı şəkildə izlənilmişdir. Bu müddət ərzində istehsalın əsas mərhələləri, o cümlədən toyuq budlarının buzdan açılması, sümükdən ayrılması və dönər əti halında satış üçün hazırlanması prosesi diqqətlə araşdırılmışdır. Monitorinq zamanı dönər ətinin və sousunun hazırlanma ardıcıllığı, istifadə olunan qida əlavələri, həmçinin istehsal prosesi ərzində meydana gələn itkilər qeydə alınmışdır. İddia ərizəsində qeyd olunur: “SVY yoxlamasının təyin edilməsi Vergi Məcəlləsinin tələblərinə uyğun olaraq düzgün formada və qanuni əsaslandırlmamışdır.” İddiaçının qeyd etdiyi dəlilini də aşağıda qeyd olunan səbəblərə görə əsassız hesab edirik. Səyyar vergi yoxlamasının nəticəsi üzrə tərtib edilmiş xx.xx.2025-ci il tarixli **********187497 nömrəli aktdan göründüyü kimi yoxlamanın əhatə etdiyi dövrdə vergi ödəyicisi tərəfindən vergilərin dövlət büdcəsinə ödəməkdən yayındırılması halları aşkar edilmişdir. Akt vergi ödəyicisinə göndərilməsinə baxmayaraq, səyyar vergi yoxlamasının nəticəsi üzrə tərtib edilmiş akt ilə bağlı vergi orqanına etiraz daxil olmamışdır. Vergi Məcəlləsinin 39-cu və 49-cü maddələrinə əsasən səyyar vergi yoxlamasının nəticəsi üzrə tərtib edilmiş akt üzrə vergi ödəyicisinin vergi məsuliyyətinə cəlb olunması məsələsinə baxılmış və “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2025-ci il tarixli **********193094 nömrəli qərar qəbul edilmişdir. Qərar ilə hesablanmış əlavə vergi məbləğləri həm səyyar vergi yoxlaması aktında, həmdə yoxlamanın nəticəsi üzrə qəbul edilmiş qərarda tam əsaslandırılmışdır. Bununla əlaqədar, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının iddiaçı "xxxx" MMCnın cavabdeh Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinə (hazırkı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi) qarşı iddiası üzrə qəbul edilmiş xx.xx.2017-ci il tarixli 2-1(102)- 604/2017 nömrəli qərarındakı hüquqi mövqeyini qeyd etməyi zəruri hesab edirik. Qərarda qeyd olunur: “Vergi münasibətləri üzrə artıq mövcud olmuş inzibati praktika ondan ibarətdir ki, cavabdeh qurum tərəfindən vergi ödəyicisinin məsuliyyətini müəyyən edən qərarlar yalnız cədvəl kimi və müvafiq məbləğləri və dövrləri göstərilməklə qəbul edilir, həmin qərarların qəbul edilməsinin hüquqi və faktiki əsasları daha ətraflı isə səyyar vergi yoxlaması keçirildiyi halda aktda, kameral vergi yoxlaması keçirilən zaman isə qismən qərarda və “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin tələb edilməsi haqqında” məktublarda əks etdirilir. Bu isə o anlamı yaradır ki, həm vergi ödəyicisinə, həm də araşdırma aparan məhkəməyə vergilərin hesablanmasının hansı hallardan irəli gəldiyi və hansı hüquqi əsaslara söykəndiyi bəlli olur. Məhkəmə kollegiyası razılaşır ki, göstərilən inzibati praktika qanunvericiliyin tələblərinə dəqiqliklə riayət etmir, yalnız bu meyyarı əsas götürülməklə vergi ödəyicisinin məsuliyyətini müəyyən edən qərarların ləğv edilməsini düzgün hesab etmir. Çünki belə yanaşma ilə cavabdehin qəbul etdiyi əksər qərarları ləğv edilməlidir ki, bu isə vergidən yayınma hallarına ehtimal yaradır.” Qeyd olunanlara əlavə olaraq bildririk ki, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının iddiaçı "xxxx" MTK-nın cavabdeh Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinə (hazırkı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi) qarşı iddiası üzrə qəbul edilmiş xx.xx.2017-ci il tarixli 2-1(102)-510/2017 nömrəli qərarında da vergi orqanının qərarları barədə mövqeyi Ali Məhkəmənin yuxarıda qeyd olunan qərarındakı mövqeyi ilə tam uyğundur. Beləliklə, Ali Məhkəmənin ayrı-ayrı işlər üzrə qəbul edilmiş qərarlarında qeyd edilən hüquqi mövqeyindən bəlli olduğu kimi vergi orqanı tərəfindən səyyar vergi yoxlamasının nəticəsi üzrə qəbul edilən qərarlar üzrə hesablamaların əsasları səyyar vergi yoxlaması aktında ətraflı öz əksini tapır. Yuxarıda qeyd olunanlara əsasən hesab edirik ki, iddiaçının səyyar vergi yoxlamasının nəticəsi üzrə qəbul edilmiş qərar ilə hesablanmış əlavə vergi məbləğlərinin əsaslandırılmamasını iddia etməsi əsassızdır. Vergi Məcəlləsinin 70.3-cü maddəsinə görə vergi qanunvericiliyinə əsasən tərtib edilən hər hansı sənəd öz mahiyyətinə və məzmununa görə vergi qanunvericiliyinə uyğun gəlirsə, eləcə də vergi hesablanılan və ya bu sənədlərin aid olduğu şəxs hamı üçün aydın şəkildə göstərilmişdirsə həmin sənəd etibarsız və ya prosessual pozuntularla tərtib edilmiş sayıla bilməz. Yuxarıda qeyd olunanlara əsaslanaraq bildiririk ki, "xxxx" MMC-nin sahibkarlıq fəaliyyəti üzrə keçirilmiş səyyar vergi yoxlamasının nəticəsi barədə tərtib edilmiş akt əsasında qəbul edilən “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2025-ci il tarixli **********193094 nömrəli qərar ilə hesablanmış vergilər və tətbiq edilmiş maliyyə sanksiyası Vergi Məcəlləsinin tələblərinə uyğundur, qanuni və əsaslıdır. Odur ki, iddiaçının formal mülahizələri qərarın ləğv edilməsi və dövlət büdcəsinə ödənilməli olan vergilərin azaldılması üçün əsas ola bilməz.

5. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.

6. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndələri etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdilər.

Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

7. İş materiallarına cavabdeh tərəfindən inzibati icraat materiallarının (xx.xx.2025-ci il tarixli səyyar vergi yoxlaması aktı, “Vergi ödəyicisinin və ya sığoredəin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2025-ci il tarixli, **********193094 nömrəli qərarı, “X14” tərəfindən verilmiş mütəxəssis rəyi, "xxxx" MMC Konsaltinq və Qiymətlənirmə Şirkəti tərəfindən verilmiş ekspert rəyi) təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmişdir.

8. İş materiallarına iddiaçı tərəfindən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən İddiaçı MMC barəsində verilmiş xx.xx.2024-cü il tarixli çıxarış, İddiaçı MMC-nin Nizamnaməsi, “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli, **********87187 nömrəli qərar, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən” xx.xx.2024-cü il tarixli, KY242181026 nömrəli çıxarış, “Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” xx.xx.2024-cü il tarixli, **********187235 nömrəli tələbnamə, “Vergi borcunun, icbari tibbi sığorta və məcburi dövlət sosial sığorta haqlarının, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” **********299100 nömrəli tələbnamə, “Ekspertizanın təyin edilməsi haqqında” xx.xx.2024cü il tarixli, **********189287 nömrəli qərar, “Mütəxəssisin dəvət edilməsi haqqında” xx.xx.2024-cü il tarixli, **********189286 nömrəli qərar əlavə edilmişdir.

ƏSASLANDİRMA HİSSƏSİ:

İddianın növü və mümkünlüyü

9. Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən hazırki tələb mübahisələndirmə haqqında iddia növünə aiddir.

10. İnzibati Prosessual Məcəllənin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

11. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).

12. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir.

13. İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər Həmin Məcəllənin 38.3-cü maddəsinə görə inzibati aktla (inzibati aktın qəbul edilməsindən imtina ilə) bağlı şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci və ya 73.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərdə müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma verildiyi halda bu Məcəllənin 38.1-ci və 38.2-ci maddələrində nəzərdə tutulmuş iddia müddətlərinin axımı aşağıdakı vaxtadək dayandırılır: -38.3.1. müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun şikayət üzrə qəbul etdiyi qərardan (verdiyi yazılı cavabdan) şikayət verilməsi üçün “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci və ya 73.2-ci maddələrində nəzərdə tutulmuş müddətlər bitənədək (müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma şikayət verilmədiyi halda); -38.3.2. müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun qərarından (yazılı cavabından) müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma şikayət verildiyi halda isə həmin qurumun şikayət üzrə qəbul etdiyi qərar (verdiyi yazılı cavabı) şikayətçiyə təqdim edilənədək.

14. Mübahisələndirmə haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti iddia müddətinə riayət edilməsidir.

15. Hazırkı iş üzrə işin hallarından müəyyən edilmişdir ki, iddiaçı mübahisə predmetini təşkil edən mübahisəli xx.xx.2025-ci il tarixli qərarı xx.xx.2025-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mübahisələndirmiş və beləliklə də, qərarı mübahisələndirmək üçün qanunvericiliklə müəyyən edilmiş 30 günlük iddia müddətini ötürməmişdir. İddia mümkün iddiadır.

Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

16. Məhkəmə işdə iştirak edən tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış sənədləri tədqiq edərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.

17. Cavabdehin “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli, **********187187 nömrəli qərarı ilə Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən İddiaçı MMC-də sentyabr 2021-ci il tarixdən avqust 2024-cü il tarixədək olan dövr üzrə vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə növbəti səyyar vergi yoxlaması təyin edilmişdir. Səyyar vergi yoxlaması ilə 2021-ci, 2022-ci və 2023-cü illər üzrə mənfəət vergisi bəyannamələri əhatə olunmuşdur. Yoxlama zamanı xx.xx.2021-ci il tarixdən xx.xx.2024-cü il tarixədək olan dövr üzrə təqdim edilmiş malların real bazar qiymətinin müəyyənləşdirilməsi üçün Vergi Məcəlləsinin 44-cü maddəsinə əsasən xx.xx.2024-cü il tarixli **********189287 nömrəli “Ekspertizanın keçirilməsi haqqında” Qərar çıxarılaraq ekspert dəvət olunmuşdur. Ekspert rəyində göstərilmiş qiymətlər vergi ödəyicisinin təqdim etdiyi sənədlər (e-qaimə faktura və digər satış sənədləri) əsasında formalaşmış və müəyyən edilmişdir ki, 1 kq məhsulun orta bazar dəyəri 4 manat (ƏDV-siz) təşkil edir. Səyyar vergi yoxlaması ilə mütəxəssis tərəfindən müəyyən edilmiş istehsal həcminə ekspert rəyinə əsasən müəyyən edilmiş orta bazar dəyəri tətbiq edilməklə 2021-ci il üzrə 34 809,7 manat, 2022-ci il üzrə 79 894,34 manat, 2023-cü il üzrə 3 340,2 manat əlavə istehsal dövriyyəsi müəyyən edilmişdir. Cavabeh tərəfindən vergilərin hesablanması üçün zəruri olan sənədlərin, o cümlədən, yoxlama dövrünün əvvəlinə və sonun qalıqlar göstərilməklə hazır məhsul hərəkəti, yoxlama dövründə mənfəət bəyananmələri üzrə bütün gəlirlərin və xərclərin təsdiqedici sənədlərin (o cümlədən malın dəyəri üzrə xərlərin açılışı) təqdim edilmədiyi və təqdim edilmiş xammal hərəkəti cədvəllərində hazır məhsul istehsalına istifadə olunan bütün xammalların göstəricilərinin olmaması, xammal və material xərcini müəyyən etməyin mümkün olmaması əsas gətirilməklə müəssisənin yoxlama ilə əhatə olunan dövr üzrə mənfəətinin Vergi Məcəlləsinin 67.14 və 83.9-cu maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 saylı Qərarına əsasən şərti rentabellik səviyyəsi 20 % götürülərək iddiaçıya mənfəət vergisi hesablanmışdır. Bununla da, cavabdeh tərəfindən səyyar vergi yoxlaması ilə əhatə olunan dövr üzrə vergi ödəyicisi tərəfindən 17558,42 manat məbləğində mənfəət vergisinin büdcəyə az hesablandığı müəyyən edilmiş və Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən mənfəət vergisinin hesabatda göstərilən məbləğinin verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılmış 17558,42 manat vergi məbləğinin 50 % miqarında, yəni 8779, 21 manat maliyyə sanksiyası tətbiq edilmişdir.

18. Məhkəmə cavabdeh tərəfindən mübahisəli qərarla iddiaçı barəsində mənfəət vergisinin şərti rentabellik tətbiq edilməklə hesablanmasına münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir:

19. Azərbaycan Respublikasının Vergi Məcəlləsi Maddə 38.1. Səyyar vergi yoxlaması, o cümlədən elektron audit vergi orqanının qərarına əsasən həyata keçirilir. Səyyar vergi yoxlaması növbəti və növbədənkənar ola bilər. Maddə 38.3. Növbədənkənar vergi yoxlaması vergi orqanları tərəfindən aşağıda göstərilən hallarda keçirilə bilər: ... 38.3.5. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətləri müəyyən edildikdə; Maddə 67.1. Bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini ... əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır. Maddə 67.17. Bu Məcəllənin 67-ci maddəsində sadalanan vergitutma obyektinin müəyyən edilməsi ilə bağlı ayrı-ayrı halları tənzimləyən maddələr bu maddədə sıra üzrə ardıcıllıq gözlənilmədən tətbiq edilir.

20. Göründüyü kimi, Vergi Məcəlləsinin 67-ci maddəsi verginin məbləğini müxtəlif əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq metodlarını müəyyən edir. Vergi qanunvericiliyinə əsasən isə vergi öhdəliyi yaradan vergilərin hesablanması və ya yenidən hesablanması üçün inzibati aktların qəbul edilməsi tələb olunur. Belə inzibati aktlar vergi öhdəliyinin yaranmasının hüquqi əsasını təşkil edir və kameral vergi yoxlaması, səyyar vergi yoxlaması və operativ vergi nəzarəti tədbirləri nəticəsində qəbul edilir.

21. Qanunvericilik vergilərin hesablanmasını inzibati aktla əlaqələndirdiyindən və Vergi Məcəlləsinin 67-ci maddəsi də vergilərin hesablanması ilə bağlı metod və üsulları tənzimlədiyindən, vergilərin hesablanması barədə müvafiq inzibati aktın qəbul edildiyi tarixdə qüvvədə olan qanunvericilik tətbiq edilməlidir. Başqa sözlə, hazırkı iş üzrə məsuliyyət qərarı xx.xx.2025-ci il tarixli olduğundan cavabdehin Vergi Məcəlləsinin 67-ci maddəsindəki ardıcıllığa riayət etmədən vergi hesablamaq hüququ vardır.

22. Bununla yanaşı, qeyd edilməlidir ki, Vergi Məcəlləsinin 67-ci maddəsinə əsasən, vergi orqanının səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, əlaqəli məlumatlardan istifadə etməklə vergiləri hesablamaq hüququ vardır.

23. Başqa sözlə, Vergi Məcəlləsinin 67.1-ci maddəsinin dizpozisiya şərtlərindən hər hansı biri ödənildikdə əlaqəli məlumatlardan istifadə etməklə vergilər hesablana bilər. Cavabdeh hazırkı halda yoxlama zamanı sənədlərin tam təqdim edilməməsinə istinad etsə də, iddiaçı əksini iddia etmiş, həmçinin yoxlamaya təqdim edilmiş sənədlərin vergi hesablanmasına nəzərə alınsa da, xərc sənədi kimi nəzərə alınmadığını, bu halın da, “İnzibati icraat haqqında” Qanunun 12.2-ci maddəsinin tələblərinin pozulması kimi qiymətləndirilməli olmasına istinad etmişdir. İş materiallarına əlavə edilmiş mütəxəssis və ekspert rəylərindən müəyyən edilmişdir ki, iddiaçı tərəfindən aylar üzrə alış və satış rəqəmləri, illər üzrə xammal hərəti, kalkulysiyalar, yoxlanılan dövr üzrə mal-material hesabatları araşdırma üçün təqdim edilmişdir. Göründüyü kimi, iddiaçı müəssisədə yoxlamanın aparılması üçün bütün sənədlərin mövcud olması yoxlayıcılar tərəfindən təsdiq edilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, cavabdeh tərəfindən Vergi Məcəlləsinin 67-ci maddəsinə əsasən vergi hesablamaq üçün qanuni əsaslar olmamışdır.

24. Oxşar hüquqi mövqe Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-2258/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarında ifadə olunmuşdur.

25. Məhkəmə cavabdeh tərəfindən mübahisəli qərarla iddiaçı barəsində əlavə dəyər vergisinin hesablanmasına münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir:

26. Müəssisə ƏDV məqsədləri üçün qeydiyyat haqqında ərizəni xx.xx.2024-cü il tarixdə vergi orqanına təqdim etmiş ƏDV qeydiyyatı xx.xx.2024-cü il tarixdən qüvvəyə minmişdir. Yoxlama ilə ƏDV üzrə xx.xx.2021-ci il tarixdən xx.xx.2024-cü il tarixə qədər olan dövr ərzində təqdim edilmiş ƏDV bəyannamələri əhatə olunmuşdur. Cavabdeh qeyd etmişdir ki, vergi ödəyicisinin vergi orqanında olan uçot-baza məlumatlarına, vergi ödəyicisinin bank hesablarının hərəkəti barədə hesabların yerləşdiyi banklardan alınmış rəsmi məlumatlara, malların (işlərin, xidmətlərin) təqdim edilməsi barədə elektron qaimə fakturalara, mütəxəssis və ekspert rəylərinə əsasən müəyyən edilmişdir ki, müəssisə tərəfindən Vergi Məcəlləsinin 159.1-ci və 166.1-ci maddələrinin tələbləri pozulmuşdur. Yoxlama dövrü üzrə yoxlama ilə vergi ödəyicisinin ƏDV-yə cəlb olunan əməliyyatları ilə bağlı Vergi Məcəlləsinin 166-cı maddəsinin tələblərinə uyğun olaraq daxilolmaları vergi ödəyicisinin bank hesablarının hərəkəti barədə hesabların yerləşdiyi banklardan alınmış rəsmi məlumatlara əsasən 2021-ci ilin sentyabr-dekabr ayları ərzində 79784,2 manat, 2022-ci il ərzində 204265,62 manat, 2023-cü il ərzində 111883,2 manat, 2024-cü ilin yanvar-avqust ayları ərzində 540 340,9 manat təşkil etmişdir. Yoxlanılan dövr üzrə hazır məhsullar üzrə xammal silgiləri və istehsalat həcminin müəyyənləşdirilməsi üçün yoxlama zamanı Vergi Məcəlləsinin 45-ci maddəsinə əsasən mütəxəssis cəlb olunmasına zərurət yaranmışdır. Vergi ödəyicisi tərəfindən xx.xx.2021-ci il tarixdən xx.xx.2024-cü il tarixə qədər olan dövr üçün real istehsal həcminin və istehsal olunmuş məhsullara istifadə olunmuş mallar və materialların müəyyənləşdirilməsi məqsədi ilə Baş İdarə tərəfindən xx.xx.2024-cü il tarixli **********188270 nömrəli “Mütəxəssisin dəvət edilməsi haqqında” qərar çıxarılaraq “X14” MMC-nin əməkdaşı (VÖEN:**********) X9 mütəxəssis kimi dəvət olunmuşdur. Mütəxəssis tərəfindən müəyyən edilmiş kənarlaşmış 8997.15 kq xammal, müəssisənin satış məlumatlarına əsaslanaraq xüsusi çəkiyə əsasən illər üzrə bölüşdürülmüşdür. Bu bölgüyə əsasən, kənarlaşmış hazır məhsulun miqdarı 2021-ci ilin yoxlama dövrünə düşən müddətində 8702.42 kq, 2022-ci ildə 19973.59 kq, 2023-cü ildə 835.05 kq, 2024-cü ilin yoxlama dövrünə düşən müddətində isə 1062523.26 kq olaraq hesablanmışdır. Yoxlama zamanı xx.xx.2021-ci il tarixdən xx.xx.2024-cü il tarixədək olan dövr üzrə təqdim edilmiş malların real bazar qiymətinin müəyyənləşdirilməsi üçün Vergi Məcəlləsinin 44-cü maddəsinə əsasən xx.xx.2024-cü il tarixli **********189287 nömrəli “Ekspertizanın keçirilməsi haqqında” qərar çıxarılaraq ekspert dəvət olunmuş və ekspert tərəfindən müvafiq rəy verilmişdir. Səyyar vergi yoxlaması ilə mütəxəssis tərəfindən müəyyən edilmiş istehsal həcminə ekspert rəyinə əsasən müəyyən edilmiş orta bazar dəyəri tətbiq edilməklə 2021-ci il üzrə 34 809,7 manat 2022-ci il üzrə 79894,34 manat, 2023-cü il üzrə 3340,2 manat, 2024-cü il üzrə 4250093,02 manat əlavə istehsal dövriyyəsi müəyyən edilmişdir. Təqdim edilmiş sənədlər və vergi uçot məlumatlarına əsasən vergi ödəyicisi tərəfindən xammal satışı olmadığı və yalnız hazır məhsul satışı olduğu müəyyən edildiyi üçün mütəxəssis tərəfindən müəyyən edilən əlavə istehsal həcminə əsasən hesablanan dövriyyə illər üzrə müəssisə tərəfindən təqdim edilən hazır məhsulların satışına uyğun olaraq hesablanmışdır. Mütəxəssis tərəfindən müəyyən edilmiş əlavə istehsal hcəmi üzrə hesablanmış dövriyyə nəzərə alındıqda vergi ödəyicisinin 2021-ci il ərzində vergi tutulan əməliyyatlarının həcmi 200.000 manatı keçdiyi üçün vergi ödəyicisi 2022-ci ilin yanvar ayından məcburi ƏDV qeydiyyatına alınaraq müvafiq vergilər hesablanmışdır. Nəticədə səyyar vergi yoxlaması ilə əhatə edilən dövr üzrə əlavə dəyər vergisinin hesabatda göstərilən məbləği vergisinin hesabatda göstərilməli olan məbləğinə nisbətən ayrı-ayrı aylar üzrə 872950,46 manat (47018,47 + 18116,78 + 807815,21) azaldılması müəyyən edilmişdir. Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən əlavə dəyər verigsinin hesabatda göstərilən məbləğinin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldıldığına görə azaldılmış və ya yayındırılmış 872950,46 manat vergi məbləğinin 50 faizi miqdarında, yəni 436475,24 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir.

27. Göründüyü kimi, cavabdeh tərəfindən ƏDV məbləğinin hesablanması üçün əsas inzibati icraatın aparılması zamanı "xxxx" MMC tərəfindən təqdim edilmiş ekspert və “X15” MMC tərəfindən təqdim edilmiş mütəxəssis rəyləri olmuşdur.

28. Məhkəmə mübahisəli vergi məbləğinin hesablanması üçün əsas olmuş sözügedən mütəxəssis rəyinə münasibətdə qeyd edir ki, iş materiallarında olan sənədlərdən müəyyən edilmişdir ki, “X14” MMC xx.xx.2020-ci il tarixində dövlət qeydiyyatına əsas fəaliyyət növü “Kommersiya fəaliyyəti və idarəetmə məsələləri üzrə sair məsləhərlər verilməsi”dir. Mütəxəsis qismində dəvət edilmiş X9 rəydən də, göründüyü kimi, Avstraliyanın Sidney Universitetində Kommersiya ixtisası üzrə magistr dərəcəsini, İngiltərənin Warvik Universitetində Kommersiya ixtisası üzrə doktorantura səviyyəsini bitirmişdir. Halbuki, qeyd olunan şəxs tərəfindən istehsal həcminin müəyyən edilməsi üzrə rəy verilmişdir.

29. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 45-ci maddəsinə (Vergi yoxlamasının keçirilməsinə kömək göstərilməsi üçün mütəxəssisin dəvət edilməsi) əsasən: 45.1. Səyyar vergi yoxlamasının keçirilməsi zamanı bilavasitə vergi orqanlarının fəaliyyət dairəsinə aid olmayan sahələr üzrə xüsusi bilik və təcrübə tələb olunduqda, vergi orqanlarının rəhbərinin (onun müavininin) qərarına əsasən mütəxəssis dəvət oluna bilər. 45.2. Mütəxəssisin xüsusi bilik və təcrübəsi olmalıdır və o, işin nəticələrində maraqlı olmamalıdır. Bu şərtlərə cavab verməyən mütəxəssisin rəyi vergi orqanları tərəfindən istifadə oluna bilməz. ...

30. Göründüyü kimi, mütəxəssis rəyini tərtib etmiş və imzalamış mütəxəssis X9 ixtisasca istehsal həcminin müəyyən edilməsi məsələləri üzrə yox, kommersiya mütəxəssisidir və onun bu sahədə xüsusi bilik və təcrübəsinin olması sənədlərlə təsdiq olunmur. Eyni zamanda, rəyi vermiş “X15” MMC-nin də fəaliyyət növü direktorunun ixtisasına uyğun olaraq kommersiya sahəsində məsləhət verilməsidir. Göründüyü kimi, Vergi Məcəlləsinin 45.2-ci maddəsinə əsasən “X14” MMC-nin verdiyi rəydən vergi hesablanması üçün istifadə olunması VM-nin 44.2 və 45.2-ci maddəsinin tələblərinə ziddir.

31. Oxşar hüquqi mövqe Azərbaycan Respublikasının Ali Məhkəməsinin 2-1(102)- 508/2024 saylı xx.xx.2024-cü il tarixli qərarında ifadə olunmuş və həmin qərarla da, “X14” MMC tərəfindən verilmiş mütəxəssis rəylərinə hüquqi qiymət verilərək qeyd olunan müəssisə tərəfindən verilmiş rəylərin vergilərin hesablanması üçün əsas kimi qəbul edilə bilməməsi öz təksini tapmışdır.

32. Beləliklə məhkəmə iş üzrə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, cavabdehin mübahisəli qərarı maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən qanunsuz və əssız hesab edilməklə ləğv edilməlidir.

33. İPM-in 14.1-cü maddəsinə əsasən, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir.

24. Vergi Məcəlləsinin 53.3-cü maddəsinin müvafiq hissələrinə əsasən: Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur.

25. Odur ki, məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməmişdir.

26. Vergi Məcəlləsinin 94.0-cı maddəsinə əsasən verginin hesablandığının səhv olduğunu sübut etmək vəzifəsi bu Məcəllə ilə müəyyən edilmiş hallarda: 94.0.1. vergi ödəyicisinin hesablamalarının səhv olduğunu vergi orqanının; 94.0.2. vergi orqanının hesablamalarının səhv olduğunu vergi ödəyicisinin üzərinə düşür.

27. “İnzibati icraat haqqında” Qanun: Maddə 2 . Qanunda istifadə olunmuş əsas anlayışlar ... 2.0.6. İnzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Maddə 67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan, subordinasiya baxımından yuxarı inzibati orqan və ya qanunla şikayətə baxmaq səlahiyyətinə malik olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda ...

28. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsin əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

29. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır.

30. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.

31. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

32. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir.

33. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə

QƏRARA ALDİ:

İddia tələbi təmin edilsin. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2025-ci il tarixli, **********193094 saylı qərarı ləğv edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar