Məhkəmə qərarları › İş №e-2-1(112)-9538/2023

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(112)-9538/2023

07.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-1(112)-9538/2023 07.12.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X12 Ağa qızının katibliyi, İddiaçı İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdehin nümayəndəsi X3, 3-cü şəxsin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə İddiaçı cavabdeh Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətinə qarşı 3-cü şəxs X4 işə cəlb edilməklə sərəncamın ləğv edilməsi barədə işə ünvan 1 ünvanda məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətinə qarşı 3-cü şəxs X4 işə cəlb edilməklə cavabdehin 126 saylı xx.xx.2022-ci il tarixli sərəncamının ləğv edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflərindən iddia qaldırılan zaman Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin məktubuna əsasən mübahisəli mənzilə Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən X1 xx.xx.2022-ci il tarixli 126 saylı sərəncamın surətinin təqdim olunmasına dair vəkil sorğusu verilmişdir. Verilmiş 02 aprel 2023-cü il tarixli sorğuya cavab olaraq bildirilmişdir ki, X1 Nəsimi rayon İcra Hakimiyyətindən xx.xx.2022-ci il tarixli 126 saylı sərəncam verilməmişdir. Bu səbəbdən də, iddia tələblərində yalnız “çıxarışın ləğv olunması” predmeti qoyulmuşdur. Lakin, məhkəmənin Nəsimi rayon İcra Hakimiyyətinə 05 sentyabr 2023-cü il tarixli sorğusuna cavab olaraq sözügedən 126 saylı xx.xx.2022-ci il tarixli sərəncam və ona əlavə edilmiş sənədlər təqdim edilmişdir. Təqdim olunan sənədlərdə iddiaçının yaşadığı mənzili yardımçı sahə və eyni zamanda Faizə Abbasovanın istifadəsində olduğu qeyd edilmişdir. Bildirirlər ki, yardımçı sahə adlanan sahə bir otaqlı və yaşayış üçün tam yararlı mənzildir. Nəsimi rayon İcra Hakimiyyətinin məhkəməyə təqdim etdiyi sənədlərdən göründüyü kimi, Faizə Abasovaya məxsus mənzillərdən də, ayrı yerləşir. Mübahisəli mənzil məlum hadisələrlə bağlı erməni milliyyətli şəxsə məxsus tam şəkildə boş bir yer olmuş 1994-cü ildən iddiaçının və ailəsinin istifadəsində olub, ondan əvvəl isə erməni miliyyətli bir şəxsə məxsus olub. Azərbaycan Respublikasl Qaçqınların və X5 üzrə Dövlət Komitəsi tərəfindən məcburi köçkün kimi həmin mənzildə qeydiyyata almışlar. Həmin zamandan da, bütün kommunal ödənişlər sayğaclar əvvəllər ərinin, o, vəfat etdikdən sonra isə onun adına rəsmiləşdirilmişdir. Bu gün də, kommunal xərclər ödənişlər edir. Artıq 30 ilə yaxındır ki, mənzildə istifadə hüququ yaranıb. Uzun illərdir ki, uşaqları ilə bərabər bu mənzildə yaşayırlar. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilmiş və iddiaya qarşı yazılı münasibətin (etirazın) bildirilməsi tələb olunmuşdur. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı münasibət (etiraz) təqdim edilərək iddia tələbinin mümkün sayılmaması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, Bakı şəhər İcra Hakimiyyəti Texniki İnvertarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin Seriya ÖM, № 180039 nömrəli xx.xx.2004-cü il tarixli Qeydiyyat Vəsiqəsinə və 814 nömrəli xx.xx.2003-cü il tarixli Fərdi yaşayış fonduna daxil olan özəlləşdirilmiş mənzilin Texniki Paspotuna əsasən sözügedən ev 2 mərtəbədən ibarət olmaqla ümumi sahəsi 98,9 kv.m təşkil etmişdir. Təsərrüfat otağı kimi sənədə salınmayan 12.8 kv.metrlik sahə 1978-ci ildən həmin ünvanda yaşayan və hazırda mülkiyyətçi Faizə Abasovanın və onun ailə üzvlərinin istifadəsində olmuşdur. Təqdim edilmiş sənədlər nəzərə alınaraq Nəsimi rayon İcra Hakimiyyətinin müvafiq sərəncamı ilə həmin 12.8 kv.metrlik sahə mülkiyyətçi Faizə Abasovanın mənzil sahəsinə əlavə edilmişdir. Bildirlər ki, sözügedən ünvan 2 ünvanda yerləşən yaşayış evin 1-ci mərtəbəsində 12.8 kv.metirlik sahədə ərizəçi ünvan 3əcburi köçkün olan İddiaçı və onun 2007-ci il təvəllüdlü X9 müvəqqəti məskunlaşmışlar. "Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 298 saylı, 1 iyul 2004-cü il tarixli Sərəncamının 2-ci bəndinə əsasən Azərbaycan Respublikasının aidiyyəti dövlət orqanlarının rəhbərlərinə tapşırılmışdır ki, məcburi köçkünlər öz doğma yurdlarına qayıdanadək, həmçinin müvəqqəti yaşamaq məqsədilə yeni qəsəbələrə və evlərə köçürülənədək mülkiyyətindən asılı olmayaraq 1992-1998-ci illərdə müvəqqəti məskunlaşdıqları ictimai binalardan, mənzillərdən, torpaq sahələrindən və digər obyektlərdən çıxarılması hallarına yol verilməməsi qərara alınmışdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 04 noyabr 2004-cü il tarixli, 232 nömrəli Sərəncamının 3-cü bəndinə əsasən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, Respublika Baş Prokurorluğu, Azərbaycan Respublikasının Qaçqınların və X5 üzrə Dövlət Komitəsi, aidiyyəti mərkəzi təşkilatlar və yerli icra hakimiyyəti orqanlarinın rəhbərlərinə tapşırılmışdır və Respublika Ali Məhkəməsi, Apellyasiya Məhkəməsi, şəhər və rayon məhkəmələrinə tövsiyə edilmişdir ki, məcburi köçkünlər öz doğma yurdlarına qaydana, həmçin müvəqqəti yaşamaq məqsədi ilə yeni qəsəbələrə və evlərə köçürülənədək, mülkiyyətindən asılı olmayaraq, 1992-1998-ci illərdə müvəqqəti məskunlaşdıqları ictimai binalardan, mənzillərdən, torpaq sahələrindən və digər obyektlərdən çıxarılmasının qarşısının alınması üçün müntəzəm lazımı tədbirlər həyata keçirsinlər və görülmüş işlər barədə ildə bir dəfə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versinlər. Qeyd olunanlar rəhbər tutularaq vətəndaş İddiaçı ailəsi ilə birgə hazırda göstərilən ünvanda yaşamaqda davam edir. Əlavə olaraq nəzərə çatdırırlar ki, sözügedən ərazi Bakı şəhərinin müfəssəl planlaşdırma layihəsinə əsasən müasir məhəllələrin salınması nəzərdə tutulan söküntü zonasında yerləşdiyindən ərizəçi və onun ailə üzvləri gələcəkdə yararlanmaq niyyəti ilə məhkəməyə müraciət etmişlər. Sadalananlarla yanaşı qeyd edirlər ki, formalaşmış inzibati məhkəmə icraatı praktikasına görə iddiaçının subyektiv hüququnun olduğu və digər mümkünlük şərtlərinin (mübahisə publik olması, cavabdehin düzgün seçilməsi və s.) ödənildiyi hallarda növbəti qiymətləndirilən xüsusat iddia müddətinə riayət olunmasıdır. Bununla bələ, diqqətə çatdırırlar ki, iddia qaldırıldığı vaxtdan 30 gün əvvəlki tarixədək iddiaçıya mübahisə predmeti olan sərəncamın məlum olmasını təsdiqləyən sübut və dəlillər məhkəmə icraatına təqdim edilməmişdir. 3-cü şəxsin nümayəndəsi və vəkili məhkəməyə etiraz ərizəsi ünvanlayaraq bildirmişdir ki, verilmiş iddia tam əsassızdır və bundan əlavə iddiaçının bu iddianı verməsi üçün heç bir subyektiv hüququ yoxdur. Belə ki, iddiaçı mübahisəli sahəyə məcburi köçkün olaraq yerləşən zaman həmin sahə anbar olaraq X2 faktiki olaraq sərəncamında və istifadəsində olmuş və onun razılığı ilə iddiaçı həmin yerdə məskunlaşmışdır. Həmin sahənin sonradan özəlləşdirilməsi iddiaçının heç bir hüququnu pozmur. Həmin sahə özəlləşdirilməsə belə iddiaçının həmin sahəni heç bir zaman özəlləşdirmək hüququ yarana bilməz. İstinad edilmiş Prezidentin sərəncamına əsasən iddiaçı həmin sahədə yalnız yaşaya bilər ki, iddiaçı və ailə üzvləri də hal-hazıda maneəsiz həmin sahədə yaşayır. Bundan əlavə, iddiaçının məcburi köçkün kimi çıxdığı dədə baba torpağına qaytarılması prosesi başlayıb və onda olan məlumata görə iddiaçı və ailəsi siyahıya alınıb və yaxın zamanda öz torpaqlarına qayıdacaqlar. İddiaçının məqsədi sadəcə həmin sahəni sənədsiz olaraq ələ keçirib həmin yerdə yeni çoxmənzilli yaşayış binası tikəcək tikinti şirkətinə satmaqdır. Hesab edir ki, belə bir iddianın qaldırılması üçün iddiaçının heç bir subyektiv hüququ yoxdur və bu səbəbdən də, iddia icraatına iddiaçının sübyektiv hüququ olmadığından xitam verilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı, onun nümayəndəsi və vəkili iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək iddianın təmin edilməməsi barədə barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən 3-cü şəxsin nümayəndəsi və vəkili iddia tələbini qəbul etməyərək iddianın təmin edilməməsi barədə barədə qərar qəbul edilməsini xahiş etdi. İnzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, məhkəmə araşdırması zamanı hazırki işin faktiki hallarına əsasən müəyyən edilmişdir ki, Bakı şəhər İcra Hakimiyyəti Texniki İnvertarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş ÖM seriyalı, 180039 nömrəli, xx.xx.2004-cü il tarixli Qeydiyyat Vəsiqəsinə və 814 nömrəli xx.xx.2003-cü il tarixli Fərdi yaşayış fonduna daxil olan özəlləşdirilmiş mənzilin Texniki Paspotuna əsasən sözügedən ev 2 mərtəbədən ibarət olmaqla ümumi sahəsi 98,9 kv.m təşkil etmişdir. Təsərrüfat otağı kimi sənədə salınmayan 12.8 kv.metrlik sahə 1978-ci ildən həmin ünvanda yaşayan və hazırda mülkiyyətçi Faizə Abasovanın və onun ailə üzvlərinin istifadəsində olmuşdur. Təqdim edilmiş sənədlər nəzərə alınaraq Nəsimi rayon İcra Hakimiyyətinin müvafiq sərəncamı ilə həmin 12.8 kv.metrlik sahə mülkiyyətçi Faizə Abasovanın mənzil sahəsinə əlavə edilmişdir. Sözügedən ünvan 2 ünvanda yerləşən yaşayış evinin 1-ci mərtəbəsində 12.8 kv.metirlik sahədə ünvan 3əcburi köçkün olan İddiaçı və onun 2007-ci il təvəllüdlü oğlu X9 məcburi köçkün kimi müvəqqəti məskunlaşmışlar. İddiaçının həmin ünvana dair hər hansı bir hüquqmüəyyənedici sənədi mövcud deyildir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30 iyul 2008-ci il tarixli qərarına əsasən, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarının 2.3-cü maddəsinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmin Qərarın 4.1-ci maddəsinə əsasən İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. Beləliklə, yuxarıda qeyd edilən qanunvericiliyin normalarının işin faktiki hallarına tətbiqi nəticəsində məhkəmə belə bir qənaətə gəlir ki, iddiaçının hazırki iddia tələbini irəli sürmək hüququnun mövcudluğunun təsbit edilməsi üçün o, azından məhkəməyə ilkin hüquqmüəyyənedici sənəd qismində qiymətləndirilə biləcək, həmin mənzilə dair hər hansı sənəd təqdim etməli idi. Lakin, işin materiallarından iddiaçı tərəfindən belə bir sənədin təqdim edilməsi müəyyən edilməmişdir. Belə olan təqdirdə məhkəmə araşdırması zamanı iddiaçının hazırki iddia tələbini qaldırmaqda subyektiv hüququ olmaması təsbit edildiyindən onun iddiasının Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinin tələbləri baxımından əsaslandırılmış iddia tələbi kimi qəbul edilməsi istisna edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Odur ki, məhkəmə yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80.1-ci maddəsin əsasən Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərardadının elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 80 və 85-cı maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı iddiası mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına şikayət verilə bilər. Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar