Məhkəmə qərarları › İş №e-2-1(112)-9539/2024

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(112)-9539/2024

12.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-1(112)-9539/2024 12.12.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi İmranova Zəminə Şahin qızının katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı müddətsiz əlillik dərəcəsinin təyin edilməsi barədə işə ünvan 1 ünvanda məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı İddiaçı nefrektomiya nəticəsində və ya anadangəlmə bir böyrəyin olmaması, XBÇ İ mərhələ orqanizmin funksiyalarının 50 % pozulması səbəbi ilə müddətsiz əlillik təyin edilməsi və pensiyanın ödənilməsiin xx.xx.2021-ci il tarixdən hesablanması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.2021-ci il tarixdə soltərəfli radikal nefrektomiya əməliyyatı keçirmişdir. Əməliyyatın səbəbi 1-ci mərhələ sol böyrəyin xərçəngi diaqnozu olmuşdur. Əməliyyatdan sonra, xx.xx.2021-ci il tarixdə DOST Agentliyində əlilliyin qiymətləndirilməsi barədə məlumat aldıqdan sonra müvafiq sənədləşmə işləri aparılması üçün “Bakı Baş Səhiyyə Mərkəzi” publik hüquqi şəxsin 26 saylı Şəhər Poliklinikasına müraciət etmişdir. Barəsində heç bir sənədləşmə və araşdırma aparmadan bildirmişlər ki, ona əlillik dərəcəsi düşmür. O da, poliklinikanın baş həkimi X2 inanaraq başqa orqana müraciət etməmişdir. Bir müddət sonra DOST Agentliyinin internet səhifəsində görmüşdür ki, anadangəlmə və ya nefrektomiya əməliyyatı vasitəsilə böyrəyinin biri olmayan şəxsə əlillik təyin edilir. Bundan sonra tərəfindən Dövlət Sosial Müdafiə Fonduna müraciət edilmişdir. Dövlət Sosial Müdafiə Fondundan ünvanına daxil olmuş xx.xx.2022-ci il tarixli **********8 saylı məktubda göstərilmişdir ki, əlillik dərəcəsini, əlilliyin müddəti və səbəbi barədə qərar qəbulunu təmin etmək üçün Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin vəzifələrinə daxil olduğundan müraciəti aidiyyəti üzrə adıçəkilən quruma göndərilmişdir. X5-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə göndərilməsindən 4 ay vaxt keçməsinə baxmayaraq nəticəsi barədə ona məlumat verilmədiyi üçün xx.xx.2023-cü il tarixdə cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə müraciət etmişdir. Agentlikdən müraciətinə cavab olaraq əlillik vəziyyətinin qiymələndirilməsi üçün Nazirliyin Mərkəzləşdirilmmiş elektron informasiya sisteminin “Əlillik” altsisteminə ona dair göndəriş daxil olmadığı üçün əlillik vəziyyətinin qiymətləndirilməməsi, səhiyyə müəssisəsi tərəfindən göndəriş göndəriləcəiti təqdirdə əlillik vəziyyətinin qiymətləndiriləcəyi bildirilmişdir. Bir müddət sonra X4-Sosial Ekspert Komissiyası tərəfindən qəbul edilən qərara əsasən ona xx.xx.2023-cü il tarixdən “ümumi xəstəlik” səbəbindən orqanizmin funksiyalarının 35 5 pozulmasına görə 2 il müddətinə əlillik dərəcəsi müəyyən edilmişdir. Tərəfindən xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərdə cavabdeh inzibati orqana müraciət olunaraq ona nefrektomiya nəticəsində və ya anadangəlmə bir böyrəyin olmaması, XBÇ İ mərhələ orqanizmin funksiyalarının 50 % pozulması səbəbil ilə müddətsiz əlillik təyin edilməsi və pensiya verilişinin xx.xx.2021-ci il tarixdən hesablanması ilə bağlı qərar qəbul edilməsi xahiş olunmuşdur. Cavabdeh xx.xx.20224-cü il və xx.xx.2024-cü il tarixli məktublarla müraciətindən imtina etmişdir. Hesab edir ki, imtina əsassızdır, cavabdeh orqan müraciətinə formal imtina verməklə qanunvericiliyin tələblərini kobud şəkildə pzuşdur. Belə ki, “Əlilliyin müəyyən olunması meyarları”nın təsdiq edilməsi və ““Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli, 413 nömrəli Qərarında dəyişiklik edilməsi barədə Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli, 187 nömrəli Qərarının 4.1.3.1-ci bəndinə əsasən nefrektomiya nəticəsində və ya anadangəlmə bir böyrəyin olmaması, XBÇ İ mərhələ: 50% orqanizmin funksiyalarının pozulması hesab edilir və müddətsiz əlillik təyin edilir. Göründüyü kimi, ondan asılı olmayan səbəblərdən əlilliyin qiymətləndirilməsi vaxtında aparılmadığı üçün pensiya verilişi əlillik vəziyyətinin qiymətləndirilməməsi ilə bağlı ilk müraciət etiyi, yəni xx.xx.2021-ci il tarixdən hesablanmalıdır. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilmiş və iddiaya qarşı yazılı münasibətin (etirazın) bildirilməsi tələb olunmuşdur. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı münasibət (etiraz) təqdim edilərək iddianın mümkün sayılmaması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, iddiaçının əlillik vəziyyətinə Bakı Baş Səhiyyə İdarəsinin xx.xx.2023-cü il tarixli göndərişi əsasında baxılmış və OFP 35% olmaqla 2 il müddətinə əlillik təyin edilmişdir. İddiaçının göndərişində qeyd olunmuş diaqnozlar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 18 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin müəyyən olunması meyarlarının 14.3.1.1-ci bəndinə - Yenitörəmələr =˃ Bədxassəli yenitörəmələr =˃ Böyrəyin, böyrək ləyəninin başqa bədxassəli yenitörəməsi =˃ İ-İİA məhrələ, spesifik müalicədən sonrakı vəziyyət meyarına müvafiq olaraq 35% əlillik təyin edilməsinə əsas verir. Görünüyü kimi, iddiaçının əlillik vəziyyətinə xx.xx.2023-cü il tarixdə baxıldıqdan sonra həmin tarixdə verilən imtina barədə qərardan iddiaçının 30 gün müddətində məhkəməyə şikayət vermək hüququ olmasına baxmayaraq, xx.xx.2024-cü il tarixdə qərardan məhkəməyə şikayət vermişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, iddianın mümkün sayılmaması üçün hazırda heç bir əsas yoxdur. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın mümkün sayılmaması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, işin hallarından müəyyən edilmişdir ki: - P00151410NAB nömrəli Forma 88 əsasında iddiaçının əlillik vəziyyəti xx.xx.2023-cü il tarixdə qiymətləndirilərək ona ümumi xəstəlik səbəbindən, orqanizmin funksiyalarının pozulma faizi 35 % olmaqla, 2 il müddətinə, üçüncü dərəcəli əlillik dərəcəsi təyin edilmişdir. - İddiaçı tərəfindən cavabdeh inzibati orqana barəsində qəbul edilmiş xx.xx.2023-cü il tarixli qərarla bağlı çoxsaylı müraciətlər ünvanlanmışdır. - İddiaçı tərəfindən ona əlillik dərəcəsinin təyin edilməsi ilə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müxtəlif orqanlarına müraciətlər ünvanlanmış, sonda müraciətinə cavabdeh tərəfindən cavab verilərək əlillik vəziyyətinin qiymətləndirilməsi üçün Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsisteminə ona dair göndərişin daxil olmamasına, səhiyyə müəssisəsi tərəfindən müayinəmüalicə olunacağı və göndəriş rəsmiləşəcəyi təqdirdə, əlillik vəziyyətinin mövcud qanunvericiliyə uyğun olaraq qiymətləndiriləcəyi bildirilmişdir. - İddiaçı xx.xx.2024-cü il tarixdə 3 saylı Tibbi-Sosial Ekspert Komissiyasına qəbulda olmuşdur. Təqdim edilən tibbi sənədlər və sağlamlıq vəziyyətini obyektiv müayinəsi zamanı müəyyən edilmiş ağırlaşmalar və patofunksional dəyişikliklər, o cümlədən adına rəsmiləndirilən göndərişdə qeyd edilmiş diaqnozlar Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq əlillik təyininə əsas verdiyindən İddiaçı xx.xx.2023-cü il tarixindən ümumi xəstəlik səbəbindən 2 il müddətinə orqanizmin funksiyalarının 35 faiz pozulmasına görə əlillik müəyyən edilməsinə dair qərar qəbul edilmişdir. Göndərişdə qeyd edilən diaqnoz Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq, ümumi xəstəlik səbəbindən orqanizmin funksiyalarının 35 % pozulmasına görə 2 il müddətinə əlilliyin təyininə əsas vermişdir. Göründüyü kimi, iddiaçının hazırki hüquqi marağı ona təyin edilmiş əlillik dərəcəsinin onun poliklinikaya şifahi müraciət etdiyi xx.xx.2021-ci il tarixdən təyin edilməsi ilə bağlıdır. Məhkəmə iddiaçının hazırki iddia tələbini qaldırmaqda hüquqi marağını nəzərə alaraq hesab edir ki, mövcud vəziyyətdə iddiaçının həmin tələbi irəli sürməsi ilə bağlı qanuni əsasları mövcud olmadığından, onun iddia tələbi əsaslandırılmış iddia tələbi kimi qəbul edilməməklə mümkün sayılmamalıdır. Belə ki, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.3-1. Əlillik müddət bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Maddə 6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları (-). 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır.

19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydası: 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi- sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEKin qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. Göründüyü kimi, şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş əsasında aparılır. Hazırki işin hallarından isə müəyyən edilir ki, iddiaçının ona əlillik dərəcəsinin təyin edilməsini xahiş etdiyi dövrdə, ümumiyyətlə onun barəsində tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları tərəfindən Tibbi-sosial ekspertiza müayinəsinə hər hansı bir göndəriş verilməmişdir. Belə olan təqdirdə, onun həmin tarixdən ona əlillik dərəcəsinin təyin edilməsi ilə bağlı tələbi əsaslandırılmış tələb kimi qəbul edilə bilməz. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının: 1.1.Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2.İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3.Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4.Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 4.1. İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun.

9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsindən inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunvericiliyin tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın məhkəmə tərəfindən mümkün sayılması üçün vacib şərtlər-tərəfin məhkəməyə müraciət etməsinə əsas verən mübahisənin mövcudluğu, tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddianın subyektiv hüquqa malik olan şəxs tərəfindən verilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Bundan əlavə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçıya əlilik dərəcəsinin təyin edilməsi barədə qərar xx.xx.2023-cü il tarixli olmaqla, iş materillarına əlavə edilmiş sənədlərə əsasən o, həmin qərar barəsində azından əyani müayinə olunduğu xx.xx.2024-cü il tarixdən məlumatlı olmasına baxmayaraq, həmin qərardan şikayət ərizəsi ilə məhkəməyə yalnız xx.xx.2024-cü il tarixdə müraciət etməklə qanunvericiliklə müəyyən edilmiş 30 (otuz) gün müddət ötürülmüşdür. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Odur ki, məhkəmə yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80.1-ci maddəsin əsasən Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərardadının elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.1, 80 və 85-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddiaçı iddiası mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına şikayət verilə bilər.

Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar