Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-1(112)-9585/2024 14.10.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi ilə, Tərəflərin iştirakları olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X1 Baş İdarəsinə qarşı “qərarın icrasının dayandırılması” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, İddiaçı MMC-nin barəsində cavabdehin qəbul etdiyi xx.xx.2024-cü il tarixli **********700100 nömrəli qərarın ləğv edilərək, İddiaçı MMC-nin ƏDV sub-uçot hesabında olan pul vəsaitinin dondurulmasının aradan qaldırılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, Vergi Məcəlləsi çərçivəsində fəaliyyət göstərən vergi ödəyicisi İddiaçı MMC-nin (VÖEN: **********) vergi ödəyicisinin ƏDV subuçot hesabında olan pul vəsaitinin dondurulması barədə cavabdeh xx.xx.2024-cü il tarixli **********700100 nömrəli Qərar qəbul etmişdir. Dövlət Vergi Xidmətinin X1 Baş İdarəsi, Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin qərarı əsasında vergi ödəyicisi İddiaçı MMC-nin (VÖEN: **********) ƏDV üzrə 1009,24 manat borcunun olmasına əsaslanaraq xx.xx.2024-cü il tarixli **********700100 nömrəli qərarla ƏDV sub-uçot hesabında olan pul vəsaitinin dondurulması qənaətinə gəlmişdir. xx.xx.2024-cü il tarixində İqdisadiyyat Nazirliyi yanında DVXÖİEX tərəfindən göndərilmiş **********1 nömrəli bildirişlə ümumi vergi borcunun 487.81 manat olduğu bildirilmişdir. Cavabdeh Dövlət Vergi Xidmətinin X1 Baş İdarəsi qərarlarını onunla əsaslandırmışdır ki, ƏDV üzrə aparılan araşdırma zamanı 1009,24 manat borcun olmasına əsaslanaraq Azərbaycan Respublikası VM-nin 65.2.1.1-ci, 65.1.-ci, 65.2.1.4-cü və 65.2.3-1-ci maddələrinə istinad edərək, İddiaçı MMC-nin (VÖEN: **********) vergi ödəyicisinin ƏDV sub-uçot hesabının dondurulması qənaətinə gəlmişdir. Cavabdeh tərəfindən qəbul edilən Qərar qanuna ziddiyyət təşkil etdiyindən araşdırma qərəzli hesab edilməlidir. Azərbaycan Respublikası VM-nin 65.1-ci maddəsinin tələblərinə əsasən Vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə vergi orqanı bu Məcəlləyə müvafiq olaraq hesablanmış və ya yenidən hesablanmış vergilərin, faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının 5 gün müddətində ödənilməsinə dair vergi ödəyicisinə bildiriş göndərir. Cavabdeh əvvəlcədən xəbərdarlıq etməmiş, belə ki, qərarlardan görünür ki, sanksiya tətbiq edilməmişdir. Yəni cavabdeh apardığı araşdırma zamanı vergi ödəyicisi İddiaçı MMC-nin (VÖEN: **********) xəbərdar edilməməsi qanunvericiliklə yol verilməzdir. Məhkəmə qaydasında qərara baxılaraq vergi ödəyicisi İddiaçı MMC-nin (VÖEN: **********) ƏDV sub hesabında olan pul vəsaitinin dondurulması barədə cavabdeh tərəfindən qəbul edilmiş qərar ləğv edilməlidir. Cavabdeh iddiaya yazılı münasibəti məhkəməyə təqdim etməmişdir. İddiaçının nümayəndəsi daha sonra iddianın dəyişdirilməsi barədə ərizə təqdim edərək, cavabdeh qismində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X1 Baş İdarəsini göstərməklə, İddiaçı MMC barəsində cavabdehin qəbul etdiyi xx.xx.2024-cü il tarixli **********700100 №-li qərar üzrə icraatın dayandırılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə e-2-1(112)-9585 saylı iş üzrə iddia tələbinin dəyişdirilməsi qəbul edilmiş, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X1 Baş İdarəsi ilə əvəz edilərək, iddia tələbi İddiaçı MMC-nin barəsində cavabdehin qəbul etdiyi xx.xx.2024-cü il tarixli **********700100 №-li qərar üzrə icraatın dayandırılması barədə qərar qəbul edilməsi” şəklində müəyyən edilmişdir. İddiaçının nümayəndəsi “Elektron məhkəmə” informasiya sistemi vasitəsi ilə ərizə təqdim edərək məhkəmə iclasında iştirak edə bilməyəcəyini, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddia tələbinin mümkün sayılaraq məhkəmə baxışına keçirilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəfə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarında qeyd edilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Həmin qərarın 6.1 və 6.2-ci bəndlərinə əsasən iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olubolmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edibetmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. Qərarın 7-ci bəndinə əsasən iddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. Məhkəmə qeyd olunanlara əsasən işin hallarını araşdıraraq hesab edir ki, iddiaçı arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitəsindən istifadə etməmişdir. Çünki iddiaçının hazırkı iddia vasitəsilə çatmaq istədiyi məqsədə nail olması mümkünsüzdür. Belə ki, işdə olan İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli **********287400 nömrəli kameral vergi yoxlannması üçün zəruri olan sənədlərin tələb edilməsi haqqında məktubundan görünür ki, 05 dekabr 2023 tarixində təqdim olunmuş bəyannamədə, hesabatda aşağıda göstərilən səbəbdən kameral vergi yoxlamasının aparılması mümkün olmamışdır: 1. Qarşılıqlı əlaqələrin təhlili nəticəsində xx.xx.2020-dən cari hesabat ayınadək olan dövr ərzində ƏDV tutulan əməliyyatlar üzrə cəmi ƏDV məbləğinin 114236.36 manat olmasına baxmayaraq, qeyd olunan dövrlər üzrə təqdim etdiyi cəmi bəyannamələrin (301.1.1.3 + 301.1.1.4 + 301.1.1.6 + 301.1.1.7 + 301.1.1.8 + 301.1.1.9 + 301.1.2.1 + 301.1.2.3 + 301.1.2.5 + 301.1.2.6 + 301.1.2.7 sətirlərinə əsasən ƏDV tutulan əməliyyatlar üzrə hesablanmış ümumi ƏDV məbləğinin 113254.61 manat olması təqdim etdiyi bəyannamələr üzrə ümumilikdə - 981.75 manat ƏDV-nin büdcəyə hesablanmadığı müəyyən edilmişdir. 2. 2023-cü ilin noyabr ayı ərzində iddiaçı tərəfindən 18 faiz dərəcə ilə ƏDV tətbiq edilən təqdim edilmiş elektron qaimə-fakturaların dəyəri (ƏDV-siz) ( 176186.01 manat) ilə onlayn kassa aparatı ilə müəyyən edilmiş 18 faiz dərəcə ilə vergiyə cəlb edilən dövriyyənin (ƏDVsiz) (3109.56 manat) cəmi məbləği 179295.57 manat olmasına baxmayaraq həmin hesabat dövrü üzrə təqdim edilmiş bəyannamənin 301.1-ci sətrinin "Təqdim edilmiş mal, iş və xidmətlərin dəyəri (ƏDV nəzərə alınmadan)" sütunundakı 176185.83 manat ilə bəyannamənin 2 nömrəli Əlavəsinin “Cari hesabat dövründə satılmış mallara görə ticarət əlavəsi” sütunundakı məbləğ 0.00 manat, cəmi 176185.83 manat göstərildiyindən 3109.74 manat kənarlaşma yaranmışdır. Bununla əlaqədar kameral vergi yoxlamasının başa çatdırılması üçün zəruri sənədlərin təqdim edilməsi tələb olunmuşdur. Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli **********82900 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarından görünür ki, **********287400 nömrəli uyğunsuzluq məktubuna əsasən cavabdeh 2023-cü il noyabr ayı üzrə iddiaçıya əlavə olaraq 981,75 manat əlavə dəyər verisi hesablanmışdır. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X1 Baş İdarəsinin xx.xx.2024-cü il tarixli **********700100 nömrəli “Pul vəsaitinin vergi ödəyicisinin ƏDV sub-uçot hesabında dondurulması barədə” qərardan görünür ki, “Adofporel” 2005" Məhdud Məsuliyyətli Cəmiyyətinin ƏDV üzrə vergi, faiz və tətbiq edilmiş maliyyə sanksiyası üzrə borcunun 105 faizi həcmində vergi ödəyicisinin ƏDV sub-uçot hesabında olan pul vəsaiti dondurulmuşdur. Qərar bununla əsaslandırılmışdır ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin qərarı əsasında vergi ödəyicisinə ƏDV üzrə 981.75 manat məbləğində vergi, 27.49 manat faiz hesablanmış, 0.0 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Göstərilənlərə əsasən vergi orqanı tərəfindən hesablanmış vergi, faiz və tətbiq edilmiş maliyyə sanksiyası üzrə borcun 105 faiz həcmində vergi ödəyicisinin ƏDV sub-uçot hesabında olan pul vəsaitinin dondurulması barədə müvafiq qərar qəbul edilməsinə əsas yaranmışdır. Belə ki. Vergi Məcəlləsinin 65.2.1.1-ci maddəsinə əsasən vergi ödəyicisi tərəfindən hesablanmış və bəyan edilmiş vergilər bu Məcəllənin 65.1-ci maddəsi nəzərə alınmaqla müəyyən edilmiş müddətdə ödənilmədikdə, həmçinin həmin Məcəllənin 65.2.1.4-cü maddəsinə əsasən vergi ödəyicisinin yazılı razılığı olduğu hallarda vergi orqanı vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların vergi ödəyicisinin milli və ya xarici valyutada cari və ya digər hesablarından dövlət büdcəsinə alınması haqqında kredit təşkilatına və ya bank əməliyyatları aparan şəxsə icra (ödəniş) sənədi olan sərəncam verir. Həmin Məcəllənin 65.2.3-1-ci maddəsinə əsasən bu Məcəllənin 65.2.1.1-ci və 65.2.1.4-cü maddələrində nəzərdə tutulan hallar istisna olmaqla digər hallarda vergi orqanının hesabladığı və ya yenidən hesabladığı ƏDV üzrə vergi, faiz və ya tətbiq etdiyi maliyyə sanksiyası üzrə borc məbləğinin 105 faizi həcmində pul vəsaitinin vergi ödəyicisinin ƏDV depozit hesabında dondurulması barədə vergi orqanı tərəfindən qərar qəbul edilir. İddiaçı hazırda “Pul vəsaitinin vergi ödəyicisinin ƏDV sub-uçot hesabında dondurulması barədə” qərarın icrasının dayandırılmasını xahiş edir. Məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən həmin qərarın qəbul edilməsinə əsas İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli **********82900 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarı əsasında vergi ödəyicisinə ƏDV üzrə 981.75 manat məbləğində vergi, 27.49 manat faiz hesablanması olmuşdur. Belə olan halda aydındır ki, iddiaçının ƏDV sub-uçot hesabında pul vəsaitinin dondurulması barədə qərarın ləğv edilməsi və nəticələrinin aradan aldırılması üçün ilk əvvəl həmin qərarın qəbul edilməsinə əsas olan Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli **********82900 nömrəli qərarı ləğv edilməlidir. Deməli, iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitəsi Dövlət Vergi Xidmətinin X1 Baş İdarəsinin xx.xx.2024-cü il tarixli **********700100 nömrəli qərarının icrasının dayandırılması deyil, Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli **********82900 nömrəli qərarının mübahisələndirilməsidir. Bundan əlavə, məhkəmə qeyd edir ki, Azərbaycan Republikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 2.2-ci maddəsində inzibati məhkəmə icraatı qaydasında baxılan iddialar sadalanmışdır. Həmin Məcəllənin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə, yəni ləğv olunmasına və ya dəyişdirilməsinə dair iddialar mübahisələndirmə haqqında iddialara aiddir. İPM-in 41.1-ci maddəsinə əsasən inzibati aktın mübahisələndirilməsinə dair iddianın qaldırılması həmin aktın icrasını dayandırmır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə işin faktiki və hüquqi hallarının ilkin araşdırılması nəticəsində iddianın böyük ehtimalla uğurlu olacağı qənaətinə gəldiyi hallarda məhkəmə, iddiaçının vəsatəti əsasında inzibati aktın (bu Məcəllənin 131.2-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş inzibati akt istisna olmaqla) icrasının dayandırılması barədə qərardad qəbul edə bilər. İddianın uğurluluq ehtimalının aydın olmadığı hallarda, məhkəmə ziddiyyətli maraqların hərtərəfli qiymətləndirilməsindən sonra qərardad qəbul etməlidir. Məhkəmə həmçinin inzibati aktın icrasının müəyyən şərtlərlə dayandırılması barədə də qərardad qəbul edə bilər. Göründüyü kimi, inzibati prosessual qanunvericilik müstəqil iddia kimi əlverişsiz inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi barədə iddianın məhkəmədə qaldırılmasını nəzərdə tutmuş, həmin inzbati aktın icrasının dayandırılmasını isə müstəqil iddia kimi deyil, inzibati aktın mübahisələndirilməsi ilə bağlı işə baxılana kimi ilkin təcili tənzimləməyə ehtiyac yarandıqda, müvəqqəti xarakterli tədbir kimi müəyyən etmişdir. Beləliklə, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı iddia inzibati prosessual qanunvericiliyin tələblərinə, yəni iddianın mümkünlüyü üçün zəruri olan tələbə cavab vermir, bu səbəbdən iddia mümkün sayılmamalıdır. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər-tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. İPM-in 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Səlma Salahova
Məhkəmə qərarları › İş №e-2-1(112)-9585/2024
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(112)-9585/2024
14.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver