Məhkəmə qərarları › İş №e-2-1(112)-961/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-961/2024

09.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-961/2024 09.12.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, İslamova Minayə Etibar qızının katibliyi, İddiaçı, İddiaçının vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, 2021-ci ilin oktyabr ayından etibarən İddiaçı barəsində ikinci dərəcəli əlilliyin müddətsiz təyin edilməsi öhdəliyinin Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xəstəliyi ilə bağlı Tibbi-Sosial Ekspert Komissyası tərəfindən ona ikinci dərəcə əlillik verilmişdir. 10 ildən artıq müddətdə ikinci dərəcə əlilliyi olmuşdur. Lakin 2021-ci ildən etibarən ikinci dərəcə əlilliyi əsassız şəkildə ləğv edilmişdir. Hesab edir ki, ikinci dərəcə əlilliyin ləğv edilməsi tamamilə qanunsuzdur. Belə ki, “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 4.2-ci maddəsinin tələblərinə əsasən İkinci və üçüncü dərəcə əlillik 5 (beş) il müddətinə müəyyən edilir. İkinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il, üçüncü dərəcə əlillik fasiləsiz olaraq 15 (on beş) il təyin olunduğu halda əlillik müddətsiz müəyyən edilir. Normanın tələbindən göründüyü kimi 10 il keçdikdən sonra ikinci dərəcə əlillik müddətsiz hesab olunur. Qanunvericilikdə 10 il keçdikdən sonra ikinci dərəcə əlillik müddətsiz hesab olunduğundan yenidən forma 88 göndərilməsi və ya müayinəyə cəlb edilməyim qanunsuzdur. İddiaçının əlilliyinin qanunsuz olaraq dayandırılması ədalətsiz və əsasnamənin tələblərinə ziddir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İnzibati iş Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, Bərdə rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında baxılmış və X1: XX Sinif - Xəstələnmənin və ölümün xaric səbəbləri => Y35- Y36-Qanunla nəzərdə tutulmuş hərəkətlər və hərbi əməliyyatlar => Y38 Hərbi əməliyyatlar => Y36.4 Hərbi əməliyyatlar nəticəsində odlu... Diaqnozun mətni: Əsas diaqnoz Y36.4 Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr. Sol budun odlu silah yaralanmasından sonra ki, bərkimiş çapıq toxuması. Ağırlaşma 183.0 Aşağı ətraf venalarının xora ilə birgə müşahidə olunan varikoz genəlməsi. Aşağı ətrafların varikoz xəstəliyi. Ağırlaşma 180.0 Aşağı ətrafların səthi damarlarının flebit va tromboflebiti, Hər iki aşağı ətrafın B.D.V-nin varikoz genişlənməsi. Keçirilmiş Variko-Tromboflebitdən sonrakı vəziyyət Qapaq funiksiyasının pozulması. Ağırlaşma 187.2 (Xroniki) (periferik) venoz çatmamazlıq, Davamiyətli refluks xroniki varikoz çatmamazlıq İİ-İİİ dərəcə Ağırlaşma 170.2 Ətraf arteriyalarının aterosklerozu, Hər iki qalça -bud arteriyaların saqmentlərin əhəmiyətsiz stenozu. Sağ qamış arteriyaların stenozu.Xr.işemiya İ-İİ dər Ağırlaşma 187.0 Posttrombotik sindrom, Sol qamış venaların posttromboflebitik sindromu-qeyri tam renarnalizasiyası. Məzkəzə göndərilmənin / İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması Səbəb: Diaqnoz ve agirlıq dərəcəsinin dəqiqləşdirilməsi üçün ixtisaslaşdırılmış klinikda əlavə müayinə və müalicə olunmasına ehtiyac var" səbəbi ilə imtina edilmişdir. Bərdə rayon Mərkəzi Xəstəxanasının xx.xx.2022ci il tarixli göndərişi əsasında baxılmış və X1: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => 180-189 Venalar, limfa damarları və limfa düyünlərinin başqa rubrikalarda təsnif edilməyən xəstəlikləri => 183 Aşağı ətraf venalarının vakrikoz gen. Diaqnozun mətni: 183.9 Aşağı ətraf venalarının xora və ya iltihabı proses müşahidə olunmadan varikoz genəlməsi Aşağı ətrafların varikoz xəstəliyi. Sol baldır venaların PTS.BDV-in İ-li varikozu Aşağı ətrafların İİİ dərəcəli xroniki venoz çatmamazlığı. Ağırlaşma 183.0 Aşağı ətraf venalarının xora ilə birgə müşahidə olunan varikoz genəlməsi, İndurasiya, hiperpiqmentasiya tez-tez təkrarlanan Tromboflebit çapıqlaşmış yara. Aterosklerozu baldır arterialarının stenozu İİ-dərəcə. Ağırlaşma R26 Hərəkətin və yerişin pozulmaları, Yerişin əhəmiyyətli dərəcədə pozulması. Məzkəzə göndərilmənin / İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: Müalicə müddəti yetərli deyil. İxtisaslaşdırılmış müalicə məsləhət görülür." səbəbi ilə imtina edilmişdir. Bərdə rayon Mərkəzi Xəstəxanasının xx.xx.2022-ci il tarixli göndərişi əsasında baxılmış və Diaqnozun mətni: 183.9 Aşağı ətraf venalarının xora və ya iltihabı proses müşahidə olunmadan varikoz genəlməsi Aşağı ətrafların varikozxəstəliyi. Sol baldır venaların PTS.BDV-ın İ-li varikozu Aşağı ətrafların İİİ dərəcəli xroniki venoz çatmamazlığı. 183.0 Aşağı ətraf venalarının xora ilə birgə müşahidə olunan varikoz genəlməsi, İndurasiya hiperpiqmentansiya tez-tez təkrarlanan Tromboflebit çapıqlaşmış yara. Məzkəzə göndərilmənin / İmtina edilmənin səbəbi: Gönderisin natamam doldurulması - Sabab: əsas diagnozun ağırlaşmaları və ağırlıq dərəcəsi dəqiqləşdirilsin və ətraflı qeyd edilsin." səbəbi ilə imtina edilmişdir. Vətəndaş sonuncu göndərişi əsasında əyani müayinə olunmuş və 28 oktyabr 2022- il tarixli əyanı müayinə Qərarı əsasında barəsində Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Onun əsasında əlillik altsisteminə Diaqnozun mətni: Aşağı ətraf venalarinin xora və ya iltihabı proses müşahidə olunmadan varikoz genəlməsi, Aşad ətrafların varikoz xəstəliyi. Sol baldır venaların PTS.BDV-in İ-li varikozu. Məzkəzə göndərilmənin / İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir." məlumatları işlənmişdir. Beləliklə, əyani müayinənin nəticəsində vətəndaşa əlillik təyinatının aparılması mümkün olmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydasfmn və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları"na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1,5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Qeyd olunanlar nəzərə aınlaraq iddianın mümkünsüz hesab olunması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. İddiaçı xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iddia tələbin dəqiqləşməsi barədə ərizə təqdim edərək ona əlillik dərəcəsinin təyin edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin eyni tarixli qərardadı ilə iddia tələbi dəqiqləşdirilmiş şəkildə icraata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. Təqdim edilmiş icraat materiallarından görünür ki: -İddiaçının əlillik vəziyyətinə Bərdə rayon Mərkəzi Xəstəxanasının xx.xx.2007-ci il tarixli göndərişi əsasında baxılmış və səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik X1: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S70-S79 - Bud-çanaq oynağı və bud nahiyəsinin travmaları => S70-Bud-çanaq oynağı və bud nahiyəsinin sət... Diaqnozun mətni: Sol budun güllə yaralanmasından sonrakı çapıq toxuması Postravmatik sol tərəfli varikoz genişlənməsi .Sol oturaq sinirinin işiyası .Xr VÇ İİ dər . Yerişin əhəmiyyətli dərəcədə pozulması . Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: 2.2” səbəbi ilə 1 il müddətinə əlillik dərəcəsi təyin edilmişdir. Növbəti dəfə Bərdə rayon Mərkəzi Xəstəxanasının xx.xx.2014-cü il tarixli göndərişi əsasında baxılmış və səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik X1: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S70-S79 - Bud-çanaq oynağı və bud nahiyəsinin travmaları => S70 - Bud-çanaq oynağı və bud nahiyəsinin sət... Diaqnozun mətni: Sol budun güllə yaralanmasından sonrakı çapıq toxuması .Postravmatik sol tərəfli varikoz genişlənməsi .Sol oturaq sinirinin işiyası .Xr VÇ İİ dər . Yerişin əhəmiyyətli dərəcədə pozulması . Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: 2.2” səbəbi ilə 1 il müddətinə əlillik dərəcəsi təyin edilmişdir. Növbəti dəfə Bərdə rayon Mərkəzi Xəstəxanasının xx.xx.2015-ci il tarixli göndərişi əsasında baxılmış və Səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik, X1: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S70-S79 - Bud-çanaq oynağı və bud nahiyəsinin travmaları => S71 - Bud-çanaq oynağı və bud nahiyəsinin açı... Diaqnozun mətni: Budun açıq yarası.Sol budun güllə yaralanmasdından sonrakı çapıq toxuması. Hərəkətin və yerişin pozulmaları.Oturaq sinirinin bud-çanaq oynağı və bud səviyyəsində travması, Sol oturaq sinirinin postravmatik nevriti.(Xroniki) (periferik) venoz çatmamazlıq, Xroniki venoz çatmamazlıq İİ dərəcə. Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: Sol budun güllə yaralanmasdından sonrakı çapıq toxuması.Hərəkətin və yerişin pozulmaları.Oturaq sinirinin bud-çanaq oynağı və bud səviyyəsində travması, Sol ot...” səbəbi ilə 1 il müddətinə əlillik dərəcəsi təyin edilmişdir. Növbəti dəfə xx.xx.2016-cı il tarixli göndərişi əsasında baxılmış və Səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik, X1: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S70-S79 - Bud-çanaq oynağı və bud nahiyəsinin travmaları => S71 - Bud-çanaq oynağı və bud nahiyəsinin açı... Diaqnozun mətni: Budun açıq yarası. Sol budun güllə yaralanmasından sonrakı çapıq toxuması, Hərəkət və yerişin pozulmaları Oturaq sinirinin bud-çanaq oynağı və bud səviyyəsində travması, Sol oturaq sinirinin postravmatik nevriti. (Xroniki) (periferik) venoz çatmamazlıq. Xroniki venoz çatışmazlıq İİ dərəcə. Meyar: 2.2. İkinci dərəcə əlilik DİGƏR budun güllə yaralanmasından sonrakı çapıq toxuması. Hərəkətin və yerişin pozulmaları Oturaq sinirinan bud-çanaq oynağı və bud səviyyəsində travması, Sol ot..." səbəbi ilə 5 il müddətinə əlilik dərəcəsi təyin edilmişdir. İddiaçının əlillik vəziyyətinə Bərdə rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında baxılmış və Diaqnozun mətni: Əsas diaqnoz Y36.4 Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr. Sol budun odlu silah yaralanmasından sonra ki, bərkimiş çapıq toxuması. Ağırlaşma 183.0 Aşağı ətraf venalarının xora ilə birgə müşahidə olunan varikoz genəlməsi. Aşağı ətrafların varikoz xəstəliyi. Ağırlaşma 180.0 Aşağı ətrafların səthi damarlarının flebit va tromboflebiti, Hər iki aşağı ətrafın B.D.V-nin varikoz genişlənməsi. Keçirilmiş Variko-Tromboflebitdən sonrakı vəziyyət Qapaq funiksiyasının pozulması. Ağırlaşma 187.2 (Xroniki) (periferik) venoz çatmamazlıq, Davamiyətli refluks xroniki varikoz çatmamazlıq İİ-İİİ dərəcə Ağırlaşma 170.2 Ətraf arteriyalarının aterosklerozu, Hər iki qalça -bud arteriyaların saqmentlərin əhəmiyətsiz stenozu. Sağ qamış arteriyaların stenozu.Xr.işemiya İ-İİ dər Ağırlaşma 187.0 Posttrombotik sindrom, Sol qamış venaların posttromboflebitik sindromuqeyri tam renarnalizasiyası. Mərkəzə göndərilmənin / İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması Səbəb: Diaqnoz ve agirlıq dərəcəsinin dəqiqləşdirilməsi üçün ixtisaslaşdırılmış klinikda əlavə müayinə və müalicə olunmasına ehtiyac var" səbəbi ilə imtina edilmişdir. İddiaçının əlillik vəziyyətinə Bərdə rayon Mərkəzi Xəstəxanasının xx.xx.2022-ci il tarixli göndərişi əsasında baxılmış və Diaqnozun mətni: 183.9 Aşağı ətraf venalarının xora və ya iltihabı proses müşahidə olunmadan varikoz genəlməsi Aşağı ətrafların varikozxəstəliyi. Sol baldır venaların PTS.BDV-in İ-li varikozu Aşağı ətrafların İİİ dərəcəli xroniki venoz çatmamazlığı. Ağırlaşma 183.0 Aşağı ətraf venalarının xora ilə birgə müşahidə olunan varikoz genəlməsi, İndurasiya, hiperpiqmentasiya tez-tez təkrarlanan Tromboflebit çapıqlaşmış yara. Aterosklerozu baldır arterialarının stenozu İİ-dərəcə. Ağırlaşma R26 Hərəkətin və yerişin pozulmaları, Yerişin əhəmiyyətli dərəcədə pozulması. Məzkəzə göndərilmənin / İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: Müalicə müddəti yetərli deyil. İxtisaslaşdırılmış müalicə məsləhət görülür." səbəbi ilə imtina edilmişdir. İddiaçının əlillik vəziyyətinə Bərdə rayon Mərkəzi Xəstəxanasının xx.xx.2022-ci il tarixli göndərişi əsasında baxılmış və Diaqnozun mətni: 183.9 Aşağı ətraf venalarının xora və ya iltihabı proses müşahidə olunmadan varikoz genəlməsi Aşağı ətrafların varikozxəstəliyi. Sol baldır venaların PTS.BDV-ın İ-li varikozu Aşağı ətrafların İİİ dərəcəli xroniki venoz çatmamazlığı. 183.0 Aşağı ətraf venalarının xora ilə birgə müşahidə olunan varikoz genəlməsi, İndurasiya hiperpiqmentansiya tez-tez təkrarlanan Tromboflebit çapıqlaşmış yara. Məzkəza göndərilmənin / İmtina edilmənin səbəbi: Gönderisin natamam doldurulması - Sabab: əsas diagnozun ağırlaşmaları və ağırlıq dərəcəsi dəqiqləşdirilsin və ətraflı qeyd edilsin." səbəbi ilə imtina edilmişdir. Vətəndaş sonuncu göndərişi əsasında əyani müayinə olunmuş və 28 oktyabr 2022- il tarixli əyanı müayinə Qərarı əsasında barəsində Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. -Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2-Sosial ekspert komissiyasının 28 oktyabr 2022-ci il tarixli, **********4 nömrəli qərarında qeyd olunmuşdur ki, xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı göndərişdə əsas xəstəlik və ağırlaşması kimi qeyd olunmuş “Aşağı ətraf venalarının xora və ya iltihabı proses müşahidə olunmadan varikoz genəlməsi. Asadı ətrafların varikoz xəstəliyi. Sol baldır venaların PTS.BDV-m l-li varikozu. Aşadı ətrafların İİİ dərəcəli xroniki venoz çatmamazlığı. Aşağı ətraf venalarının xora ilə birgə müşahidə olunan varikoz genəlməsi, İndurasiya hiperpiqmentansiva tez-tez təkrarlanan. Tromboflebit çapıqlaşmış yara” diaqnoz araşdırılmışdır. Obyektiv baxış zamanı sol budun orta 1/3-də çapıq izlənilmiş, hər iki aşağı ətrafda əzələlərdə atrofiya aşkar edilməmiş, əzələ gücü, tonusu normal, reflekslər normal çağrılmış, ətraflarda iflic, parez, əlillik təyinatına əsas verən patofunksional pozuntu və hərəki məhdudiyyət aşkar edilməmişdir. Təqdim edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi M.A.Topçubaşov adına X5 xx.xx.2022-ci il tarixli Tibbi Rəydə diaqnoz “Aşağı ətrafların varikoz xəstəliyi. BDV-nin l-li varikozu. Asadı ətrafın İİİ dərəcəli XVC. İndurasiya. Hiperpiqmetasiva tez-tez təkrarlanan tromboflebit. Ateroskleroz baldır arteriyaların stenozu İİİ dərəcə. Ü.İ.X Şəkərli diabet İİ tip adır forma” kimi qeyd olunmuşdur. ƏƏSMN Tabeliyində DTSERA-da xx.xx.2022-ci il tarixdə Aşağı ətraf arteriyalarının doppleroqrafiyası müayinəsindən keçirilmiş, nəticə “Sol vena .safena maanada oroksiməl seqmentdə qapaq vetməzlivi və buna bağlı olaraq VSM ilə əlaqəli darialtında varikoz şaxələr izlənilir. Sol VSP qapaq vetməzliyi və refleks” kimi müəyyən edilmiş, əlillik təyinatına əsas verən patofunksional pozuntu və hərəki məhdudiyyət aşkar edilməmişdir. Anamnestik məlumatlarda, obyektiv və instrumental müayinələrin nəticələrində əlillik təyinatına əsas verən patofunksional pozuntular müəyyən edilməmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022- ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. -Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “MTE və PAB” PHŞ tərəfindən xx.xx.2024-cü il tarixli T 662/2024 nömrəli ekspert rəyində qeyd olunur ki, 1,6,7. Vətəndaş İddiaçı xx.xx.2024-cü il tarixdə “Akademik M.Topçubaşov adına X5”ndə müayinə olunarkən ona XBT 10 kodu ilə: “Əsas xəstəlik: İ83.9-aşağı ətrafların varikoz xəstəliyi, sağ BDV və KDV-nın varikozu İİİ dərəcə, XVÇ ilə (V sinif XVX CBAP)-İ87.2. Ağırlaşma: İ83.1ödemli indurativ hiperpiqmentasiya tez-tez təkrarlanan trofik xora. Yanaşı xəstəliklər: İ70.2ateroskleroz, ayaq arteriyalarının sklerozu, El 1.5-şəkərli diabet İİ tip” diaqnozu qoyulmuşdur. Qeyd edilən nəticə həmin Mərkəzdə aparılmış aşağı ətrafların doppleroqrafıyasının nəticəsi ilə təsdiq olunur. O, hazırda da qeyd edilən xəstəliklərdən əziyyət çəkir. 2,3.Vətəndaş İddiaçı tibbi sənədlərində (“Bərdə rayon mərkəzi xəstəxanasf’nm göndərişlərində) istər 2-ci, istərsə də 3-cü suallarda göstərilən xəstəliklərə rast gəlinir və Forma 88 göndərişində bu “Aşağı ətraf venalarının xora və ya iltihabı proses müşahidə olunmadan varikoz genəlməsi, aşağı ətrafların varikoz xəstəliyi, sol baldır venaların PTS, BDV-ın birincili varikozu, aşağı ətrafların İİİ dərəcəli xroniki venoz çatmamazlığı” xəstəlik mütəxəssislər tərəfindən sol budun güllə yaralanmasından sonraki patoloji ağırlaşmalara aid edilmişdir. 4,5.Əsas xəstəlik xroniki hala keçərək ağırlaşdığından xəstəliklərin müalicə alınmaqla reabilitasiyası mümkün deyildir və xəstə mütəmadi idman reabilitasiya müalicəsi almalıdır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İddia mahiyyət üzrə əsaslıdır. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun: -3.1-ci maddəsinə əsasən şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -3.2-ci maddəsinə görə əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın: -1.2-ci bəndinə görə Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra - Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra - TSEK) tərəfindən həyata keçirilir. -1.3-cü bəndinə görə TSEK-də əlilliyin müəyyən olunması barədə qərar sadə səs çoxluğu ilə qəbul edilir. -1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. -2.1-ci bəndinə görə şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. -2.2-ci bəndinə əsasən göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. -2.3-cü bəndinə görə göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. -2.4-cü bəndinə əsasən TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. -2.5-ci bəndinə əsasən TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. -2.6-cı bəndinə görə qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. İşin sadalanan hallarından görünür ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2006-cı il tarixli 1464 nömrəli Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Sol aşağı ətrafın posttravmatik (xx.xx.1993) varikoz xəstəliyi. İİ (ikinci) dərəcəli xroniki venoz catısmazlığı ilə. Sol budun orta 1/3-nin dəlib keçən güllə yaralanmasından (xx.xx.1993) sonrakı oturaq sinirinin zədələnməsinin qalıq əlamətləri. Sol budun orta 1/3-nin yuşsaq toxumalarından dəlib keçən güllə yaralanmasından (xx.xx.1993) sonrakı bərkimiş dəri çapığı, funksiyasının pozulmaması ilə" diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. İddiaçıya 2007, 2014-2021-ci il tarixlərdə Budun açıq yarası. Sol budun güllə yaralanmasından sonrakı çapıq toxuması, Hərəkət və yerişin pozulmaları Oturaq sinirinin bud-çanaq oynağı və bud səviyyəsində travması, Sol oturaq sinirinin postravmatik nevriti. (Xroniki) (periferik) venoz çatmamazlıq. Xroniki venoz çatışmazlıq İİ dərəcə meyarı ilə ikinci dərəcə əlillik təyin edilmişdir. 2021-ci il tarixdən etibarən iddiaçı barəsində dövlət tibb müəssisəsinin göndərişləri tərtib edilmiş, həmin göndərişlər və özünün müraciəti əsasında müvafiq olaraq ekspert komissiyasında əyani müayinələr zamanı barəsində diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. İddiaçı qeyd edilən imtinanı mübahisələndirməklə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh tərəfindən keçirilmiş iddiaçının əyani müayinə olunması ilə bağlı qərarlarından görünür ki, cavabdeh iddiaçının xəstəliyi ilə əlaqədar onu müvafiq ixtisaslamış müəssisə və ya laborator müayinəyə göndərməmiş, gəldiyi nərticələri hər hansı ixtisaslaşmış və ya instrumental müayinənin nəticəsi olaraq müəyyən edildiyini qeyd etməmiş, iddiaçının əlillik təyinatına əsas verməyən halları “Əlilliyin müəyyən olunması meyarları”na istinadən təqdim etməmişdir. Məhkəmə ekspertizası zamanı isə ekspertlər sonuncu dəfə Akademik M.Topçibaşov adına X5”ndə xx.xx.2024-cü il tarixli aşağı ətrafların doppleroqrafiyası nəticəsinə əsaslanaraq iddiaçıda İ83.9-aşağı ətrafların varikoz xəstəliyi, sağ BDV və KDV-nın varikozu İİİ dərəcə, XVÇ ilə (V sinif XVX CBAP)-İ87.2. Ağırlaşma: İ83.1-ödemli indurativ hiperpiqmentasiya tez-tez təkrarlanan trofik xora” diaqnozunun olduğu qənaətinə gəlmişlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyyən olunması meyarları” nın 2.7-ci bəndində “Digər rubrikalarda təsnif olunmayan xroniki venoz çatışmazlığı ilə özünü göstərən venaların, limfa damarlarının və limfa düyünlərinin xəstəlikləri-İ80-İ89, “Aşağı ətraf venalarının varikoz genəlməsi-l83” xəstəliklər sadalanmış, qiymətləndirmə meyarları aşağıdakıılardır: -hər iki aşağı ətrafda İİB venoz çatışmazlığı və ya bir aşağı ətrafda trofik xora olan xroniki venoz xəstəliyi və ya xroniki venoz xəstəliklərinin beynəlxalq təsnifatının (CEAP sistemi) 4-5-ci sinif klinik təzahürlərinə uyğun gələn, hər iki ətrafda əhəmiyyətli miqdarda ifrazat olmayan xoralı qüsur və ya trofik pozuntuları olan; xoralı olmayan, statodinamik funksiyaların orta dərəcədə (mülayim) pozulması ilə xroniki venoz xəstəliklərinin beynəlxalq təsnifatının (CEAP sistemi) 4-5-ci siniflərinə uyğun gələn hər iki ətrafda zədələnmə -xoralı qüsurlu, ifraz olunan möhtəviyyatın əhəmiyyətli dərəcədə sekresiyası, hər iki aşağı ətrafda trofik pozuntuları və statodinamik funksiyaların ciddi şəkildə pozulmaları ilə, xroniki venoz xəstəliklərinin beynəlxalq təsnifatının (CEAP sistemi) 4-6-cı sinif klinik təzahürlərinə uyğun gələn xroniki venoz xəstəliklər. Ekspert rəyində iddiaçıda qeyd edilən qiymətləndirmə meyarına müvafiq olaraq “Aşağı ətraf venalarının xora və ya iltihabı proses müşahidə olunmadan varikoz genəlməsi, aşağı ətrafların varikoz xəstəliyi, sol baldır venaların PTS, BDV-ın birincili varikozu, aşağı ətrafların İİİ dərəcəli xroniki venoz çatmamazlığı” xəstəliyi və ağırlaşmaların müşahidə edildiyi bilavasitə qeyd edilmişdir. Beləliklə, iddiaçı barəsində tərtib edilmiş və əlillik təyinatı üçün əlillik alt sistemində yerləşdirilimiş xx.xx.2022-ci il tarixli S00014865YSİ nömrəli Forma 88-dəki xəstəliklərlə (əsas diaqnoz) iddiaçının hazırkı sağlamlıq vəziyyətinin eyni olduğu məhkəmə icraatı gedişində əldə edilmiş ekspert rəyi ilə öz təsdiqini tapmışdır. Bunun əksini sübut edən dəlil cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. İddiaçının sonuncu tibbi göndərişindəki xəstəliklərin təsnifat kodları “Əlilliyin müəyyyən olunması meyarları” nda göstərilən əlillik təyinatına əsas verən xəstəliklərin təsnifatında əsas diaqnoz və qiymətləndirmə onun əlillik təyinatına əsas verir. İnzibati Prosessual Məcəllənin 1.2-ci maddəsinə görə bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Həmin Məcəllənin 29-1-ci maddəsinə görə inzibati məhkəmə icraatında məhkəmə ekspertizası ilə bağlı məsələlərin tənzimlənməsində Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq müddəaları tətbiq olunur. Həmin Məcəllənin 58.2-ci maddəsinə görə məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 97.1-ci maddəsinə əsasən işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir. Həmin Məcəllənin 101.6-cı maddəsinə əsasən ekspert rəyində aparılmış tədqiqatların müfəssəl təsviri, onlara əsasən çıxarılmış nəticələr və məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verilməlidir. Əgər ekspert ekspertiza apararkən iş üçün əhəmiyyəti olan, haqqında sual qoyulmayan halları müəyyən edirsə, o, bu hallar barədə mülahizələrini öz rəyinə daxil etməyə haqlıdır. Həmin Məcəllənin 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə görə ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə bu nəticəyə gəlir ki, cavabdehin imtinası əsassız olmaqla iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Bu əsasdan iddia tələbi təmin edilməli, iddiaçıya əlilliyin təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilməlidir. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52, 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçı əlilliyin təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar