Məhkəmə qərarları › İş №e-2-1(112)-9621/2024

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(112)-9621/2024

17.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-1(112)-9621/2024 17.12.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı “qərarın ləğv edilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin qəbul etdiyi xx.xx.2024cü il tarixli **********215900№-li və xx.xx.2024-cü il tarixli **********364600 №-li qərarların ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, Vergi Məcəlləsi çərçivəsində fəaliyyət göstərən vergi ödəyicisi İddiaçı MMC-nin (VÖEN: **********) vergi ödəyicisinin ƏDV sub-uçot hesabının dondurulması barədə Dövlət Vergi Xidmətinin X2 Baş İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixində, ƏDV üzrə 262665,92 manat məbləğində borcun olmasını aşkarlayaraq ƏDV sub-uçot hesabının dondurulması barədə **********215900№-li Qərar qəbul etmişdir. Cavabdeh Dövlət Vergi Xidmətinin X2 Baş İdarəsi qərarlarını onunla əsaslandırmışdır ki, 262665,92 manat ƏDV üzrə aparılan araşdırma zamanı Azərbaycan Respublikası VM-nin 65.2.1.1-ci, 65.1.-ci, 65.2.1.4-cüvə 65.2.3-1-ci maddələrinə istinad edərək, İddiaçı MMCnin (VÖEN: **********) vergi ödəyicisinin ƏDV sub-uçot hesabının dondurulması qənaətinə gəlmişdir. Hesab edir ki, cavabdeh tərəfindən qəbuledilən qərar qanuna ziddiyyət təşkil etdiyindən araşdırma qərəzli hesab edilməlidir. Azərbaycan Respublikası VM-nin 65.1.-ci maddəsinin tələblərinə əsasən Vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə vergi orqanı bu Məcəlləyə müvafiq olaraq hesablanmış və ya yenidən hesablanmış vergilərin, faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının 5 gün müddətində ödənilməsinə dair vergi ödəyicisinə bildiriş göndərir. Öncə qeyd edim ki, cavabdeh əvvəlcədən xəbərdarlıq etməmiş beləki, qərarlardan görünür ki, sanksiyanın tətbiq edilməmişdir. Yənicavabdeh apardığı araşdırma zamanı vergi ödəyicisi İddiaçı MMC-nin (VÖEN: **********) xəbərdar edilməməsi qanunvericiliklə yol verilməzdir. Bidiririk ki, xx.xx.2024-cü il tarixində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Baş İdarəsi vergi ödəyicisi İddiaçı MMC-nin (VÖEN: **********) barəsində riskli vergi ödəyici siyahısına daxil edilməsi üçün **********364600 №-li Qərar qəbul etmişdir. Hesab edir ki, məhkəmə qaydasında qərarlara baxılaraq vergi ödəyicisi İddiaçı MMC-nin (VÖEN:**********) ƏDV sub-uçot hesabında olan pul vəsaitinin dondurulması barədə, riskli vergi ödəyiciləri siyahısına daxil edilməsi barədə qəbul edilmiş qərarlar ləğv edilməlidir. xx.xx.2024-cü il tarixindən vergi ödəyicisi İddiaçı MMC-nin (VÖEN:**********) hesabı dondurulduğu halda xx.xx.2024-cü il tarixində cavabdeh VM-nin 13.2.82-ci maddəsinə əsasən nəzarət tədbirləri həyata keçirərək vergi ödəyicisi İddiaçı MMC-nin (VÖEN: **********) riskli vergi ödəyiciləri siyahısına daxil edilməsi barədə qərar qəbul etmişdir. Qeyd edir ki, vergi orqanının bu hərəkətləri Azərbaycan Respublikası qanunvericiliyinə zidd hesab edilərək cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli **********215900№-li və xx.xx.2024-cü il tarixli **********364600 №-li qərarlar məhkəmə qaydasında ləğv edilməlidir.

3. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən məhkəməyə təqdim olunan “cavabdehin əsl cavabdehlə əvəz edilməsi barədə” vəsatətdə qeyd edilmişdir ki, iddiaçı "xxxx" MMC (VÖEN **********) cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cəmiyyət barəsində qəbul edilmiş “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” xx.xx.2024-cü il tarixli **********364600 nömrəli və “Pul vəsaitinin vergi ödəyicisinin ƏDV sub-uçot hesabında dondurulması barədə” xx.xx.2024-cü il tarixli **********215900 nömrəli qərarların ləgv edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-9621/2022 nömrəli məktubu (məhkəmə sərəncamı və iddia ərizəsi əlavə edilməklə) aidiyyəti üzrə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə göndərilmişdir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi iddiaçı "xxxx" MMC-nin iddia ərizəsində göstərilənlər ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İlk növbədə bildirilir ki, "xxxx" MMC barəsində “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” xx.xx.2024-cü il tarixli **********364600 nömrəli qərar İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən, “Pul vəsaitinin vergi ödəyicisinin ƏDV sub-uçot hesabında dondurulması barədə” xx.xx.2024-cü il tarixli **********215900 nömrəli qərar isə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X2 Baş İdarəsi tərəfindən qəbul edilmişdir. Uçot baza məlumatlarına əsasən "xxxx" MMC vergi ödəyicisi kimi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində qeydiyyatdadır. Vergi Məcəlləsinin 24.0.1-ci maddəsinə əsasən vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etmək, vergi qanunvericiliyinə tam və dəqiq riayət etmək vergi orqanlarının vəzifələrinə aid edilmişdir. Bildirilir ki, "xxxx" MMC-nin qarşılığlı əməliyyatları üzrə aparılmış vergi nəzarəti tədbirləri zamanı əmtəəsiz əməliyyatlar aparması aşkar edilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat nazirinin 13.01,2022-ci il tarixli F-5 nömrəli əmri ilə təsdiq edilmiş İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Əsasnaməsi”nin 3.0.3-cü bəndinə əsasən səlahiyyətləri daxilində vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar qəbul etmək Baş idarənin vəzifəsinə aid edilmişdir. Bununla əlaqədar Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarlarf’na uyğun olaraq "xxxx" MMC riskli vergi ödəyiciləri siyahısına daxil edilmiş və barəsində “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab olunması barədə” xx.xx.2024-cü il tarixli **********364600 nömrəli qərar qəbul edilmişdir. Bundan əlavə, “Pul vəsaitinin vergi ödəyicisinin ƏDV sub-uçot hesabında dondurulması barədə” xx.xx.2024-cü il tarixli **********215900 nömrəli qərara münasibətdə isə bildirilir ki, İqtisadiyyat nazirinin xx.xx.2022-ci il tarixli F-5 nömrəli əmri ilə təsdiq edilmiş “İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Əsasnaməsi’’nin 3.0.84-cü bəndinə əsasən Baş idarəni və aidiyyəti üzrə Dövlət Vergi Xidmətinin X2 Baş İdarəsini (vergi mübahisələri ilə bağlı baş idarədə uçotda olan vergi ödəyicilərinə münasibətdə) məhkəmələrdə iddiaçı, ərizəçi, cavabdeh və 3-cü şəxs (maraqlı şəxs) qismində, həmçinin təhqiqat, istintaq və məhkəmə orqanlarında olan cinayət işləri üzrə xüsusi ittihamçı, mülki iddiaçı, mülki cavabdeh və zərərçəkmiş şəxs qismində təmsil etmək (o cümlədən, iddia ərizəsini hazırlamaq, iddia tələblərindən tam və ya qismən imtina etmək, iddianı etiraf etmək, iddianın predmetini və əsasını dəyişdirmək, barışıq sazişi bağlamaq və prosessual qanunvericilikdə nəzərdə tutulmuş digər hərəkətləri etmək), məhkəmələrin və ibtidai araşdırma orqanlarının qanunsuz və əsassız qərarlarından şikayətlərin verilməsini təmin etmək İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin vəzifələrinə aiddir. İnzibati Prosessual Məcəllənin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Mülki Prosessual Məcəllənin 54.1-ci maddəsinə əsasən iddia iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə iddiaçının razılığı ilə cavabdehin əsl cavabdeh ilə əvəz edə bilər. İnzibati Prosessual Məcəllənin 48.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatının iştirakçıları yazılı vəsatətlərini, etirazlarını, izahatlarını və bunlarla əlaqədar sənədləri məhkəmə baxışı başlayana qədər təqdim etməyə borcludurlar. Göstərilənlər nəzərə alınaraq, iddiaçı "xxxx" MMC-nin iddiası üzrə cavabdeh kimi məhkəmə icraataına cəlb edilmiş İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin əsl cavabdehlər İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X2 Baş İdarəsi ilə əvəz olunması barədə qərardad qəbul edilməsi xahiş edilmişdir.

4. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X1 Baş İdarəsinin “Pul vəsaitinin vergi ödəyicisinin ƏDV sub-uçot hesabında dondudulması barədə” xx.xx.2024-cü il tarixli **********215900 nömrəli qərarında qeyd olunmuşdur ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin qərarı əsasında vergi ödəyicisinə ƏDV üzrə 245194,52 manat məbləğində vergi, 17471,4 manat faiz hesablanmışdır, 0,0 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Göstərilənlərə əsasən vergi orqanı tərəfindən hesablanmış vergi, faiz və tətbiq edilmiş maliyyə sanksiyası üzrə borcun 105 faiz həcmində vergi ödəyicisinin ƏDV sub-uçot hesabında olan pul vəsaitinin dondurulması barədə müvafiq qərar qəbul edilməsinə əsas yaranmışdır. İddiaçı (VÖEN: **********) ƏDV üzrə vergi, faiz və tətbiq edilmiş maliyyə sanksiyası üzrə borcunun 105 faizi həcmində vergi ödəyicisinin ƏDV sub-uçot hesabında olan pul vəsaiti dondurulmuşdur.

5. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” xx.xx.2024-cü il tarixli, **********364600 nömrəli Qərarında qeyd edilmişdir ki, ƏDV sub-uçot hesabı üzrə mədaxil-məxaric əməliyyatları, elektron qaimə-faktura üzrə əldə edilmiş və təqdim edilmiş mallar (görülmüş işlər, göstərilmiş xidmətlər), idxal-ixrac əməliyyatları, mövcud uçot baza məlumatları və digər mənbəyi bəlli olan məlumatlar üzrə aparılmış araşdırma nəticəsində uyğunsuzluq aşkar edilmişdir. Qarşılıqlı əməliyyatlar üzrə aparılmış vergi nəzarəti tədbirləri zamanı təqdim olunmuş eqaimələrdə əmtəəsiz əməliyyatlar aparılması faktı aşkar edilmişdir. Qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatları meyarları”nın 2.1.2 yarımbəndinə uyğun olaraq aşağıdakı risk meyarı (meyarları) müəyyən edilmişdir: 2.1.2. aparılmış vergi nəzarəti tədbirləri çərçivəsində vergi ödəyicisinin əmtəəsiz əməliyyatlar aparması aşkar edildikdə. Vergi ödəyicisi İddiaçı (**********) riskli vergi ödəyicisi hesab edilmiş və riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir.

II. İddianın növü və mümkünlüyü

6. Odur ki, iddianın növü mübahisələndirməyə dair iddiadır.

7. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli № 05 Qərarından: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 4.1. İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. 4.2. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar... 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır... 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 7.İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. 16.1. İddianın mümkünlüyünə dair şərtlərə, həmçinin iddianın lazımı qaydada qaldırılması da aiddir. 16.2. İddia ərizəsi İPM-in 46.1-ci maddəsində təsbit edilmiş formal tələblərə cavab verməlidir. 16.3. Həmin normada nəzərdə tutulmuş iddia ərizəsinin məzmununa dair tələblər ərizənin verildiyi məhkəmənin adı; iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; iddiaçının (ərizəçinin) tələbi - imperativ xarakter daşıyır və verilmiş ərizələrdə bunlar göstərilməlidir. 16.4. İPM-in 46.3-cü maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 16.5. Nəzərə alınmalıdır ki, həmin normanın, həmçinin dinlənilmə hüququnun təmin edilməsi məqsədi ilə iddia ərizəsindəki çatışmazlıqlar, təyin edilmiş müddət və həmin müddət ərzində çatışmazlıqların aradan qaldırılmamasının hüquqi nəticələri barədə iddiaçı bilavasitə və ya məhkəmə bildirişi vasitəsi ilə məlumatlandırılmalıdır. Bu, həm də İPM-in 11.2 və 49.2-ci maddələrinin tələblərindən irəli gəlir. Belə ki, İPM-in 11.2-ci maddəsinə əsasən, məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur. İPM-in 49.2-ci maddəsinə əsasən, məhkəmənin bütün sərəncamları barədə proses iştirakçılarına vaxtında məlumat verilməlidir. 16.6. İddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər.

8. Məhkəmə xx.xx.2024-cü il tarixli **********215900 nömrəli Qərara münasibətdə müəyyən edir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin qərarı əsasında vergi ödəyicisinə ƏDV üzrə 245194,52 manat məbləğində vergi, 17471,4 manat faiz hesablanmışdır. Bununla əlaqədar, mübahisələndirilən qərara əsasən ödəyicinin ƏDV sub-uçot hesabında olan pul vəsaiti, hesablanmış borcun 105 faiz həcmində dondurulmuşdur. Həmin mübahisələndirilən qərar vergi ödəyicisinə ƏDV üzrə 245194,52 manat məbləğində vergi, 17471,4 manat faiz hesablanması barədə qərarın icrası məqsədilə qəbul edilmişdir.

9. Vergi Məcəlləsindən: 65.1. Vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə vergi orqanı bu Məcəlləyə müvafiq olaraq hesablanmış və ya yenidən hesablanmış vergilərin, faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının 5 gün müddətində ödənilməsinə dair vergi ödəyicisinə bildiriş göndərir. 65.2. Bu Məcəllənin 65.2.1.1-ci və 65.2.1.4-cü maddələrində nəzərdə tutulan hallar istisna olmaqla digər hallarda vergi orqanının hesabladığı və ya yenidən hesabladığı vergilər, faizlər və ya tətbiq etdiyi maliyyə sanksiyaları üzrə vergi orqanı vergi ödəyicisinin milli və ya xarici valyutada cari və ya digər hesablarında borc məbləğinin 105 faizi həcmində pul vəsaitinin məxaric əməliyyatları üzrə dondurulması haqqında kredit və ya elektron pul təşkilatına və ya bank əməliyyatları aparan şəxsə icra sənədi olan sərəncam verir. Bu zaman kredit və ya elektron pul təşkilatları və ya bank əməliyyatlarını aparan şəxslər tərəfindən hesablarda dondurulmuş vəsaitdən artıq olan pul vəsaitinə dair hesabdan məxaric edilməsini nəzərdə tutan vergi ödəyicisinin ödəmə tapşırıqları icra edilir. 65.2.1. Vergi orqanı aşağıdakı hallarda vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların vergi ödəyicisinin milli və ya xarici valyutada cari və ya digər hesablarından dövlət büdcəsinə alınması haqqında kredit və ya elektron pul təşkilatına və ya bank əməliyyatları aparan şəxsə icra (ödəniş) sənədi olan sərəncam verir: 65.2.1.1. vergi ödəyicisi tərəfindən hesablanmış və bəyan edilmiş vergilər bu Məcəllənin 65.1-ci maddəsi nəzərə alınmaqla müəyyən edilmiş müddətdə ödənilmədikdə; 65.2.3. Vergi orqanı vergi ödəyicisinin ƏDV depoziti hesabından yalnız ƏDV üzrə vergi borclarının dövlət büdcəsinə alınmasını təmin edir. ƏDV üzrə vergi borclarının ödənilməsi üçün ƏDV depoziti hesabında vergi ödəyicisinin kifayət qədər vəsaiti olmadıqda, ƏDV üzrə vergi borclarının dövlət büdcəsinə alınması üçün həmin şəxsin digər hesablarına bu Məcəllədə nəzərdə tutulmuş qaydada sərəncam verilə bilər. 65.2.3-1. Bu Məcəllənin 65.2.1.1-ci və 65.2.1.4-cü maddələrində nəzərdə tutulan hallar istisna olmaqla digər hallarda vergi orqanının hesabladığı və ya yenidən hesabladığı ƏDV üzrə vergi, faiz və ya tətbiq etdiyi maliyyə sanksiyası üzrə borc məbləğinin 105 faizi həcmində pul vəsaitinin vergi ödəyicisinin ƏDV depozit hesabında dondurulması barədə vergi orqanı tərəfindən qərar qəbul edilir.

10. Məhkəmə hesab edir ki, vergi ödəyicisi tərəfindən hesablanmış və bəyan edilmiş vergilər müəyyən edilmiş müddətdə ödənilmədikdə vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların vergi ödəyicisinin milli və ya xarici valyutada cari və ya digər hesablarından dövlət büdcəsinə alınması haqqında kredit və ya elektron pul təşkilatına və ya bank əməliyyatları aparan şəxsə icra (ödəniş) sənədi olan sərəncam vergi orqanının vəzifəsidir. Belə olan təqdirdə, iddiaçının hüquqi marağına uyğun olaraq ƏDV sub-uçot hesabında olan pul vəsaitinin dondurulmasına (xx.xx.2024-cü il tarixli, **********215900 nömrəli Qərarın qəbul edilməsinə) əsas olmuş müvafiq qərarı (Dövlət Vergi Xidmətinin Lokal Gəlirlər Baş İdarəsinin ƏDV üzrə vergi və faiz borcu hesablanması barədə) mübahisələndirmədən arzuladığı məqsədə nail olması mümkün deyildir.

11. Məhkəmə xx.xx.2024-cü il tarixli **********364600 nömrəli Qərara münasibətdə müəyyən edir ki, iddiaçı cavabdeh qismində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətini qeyd etsə də, müvafiq qərar (xx.xx.2024-cü il tarixli, **********364600 nömrəli) Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmişdir.

12. Odur ki, məhkəmə tərəfindən iddiaçıya xx.xx.2024-cü il tarixli məktubla müvafiq hüquqi yardım göstərilərək cavabdehin Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi ilə əvəz edilməsi və iddia tələbinin “xx.xx.2024-cü il tarixli **********364600 nömrəli qərarın ləğv edilməsi” kimi dəqiqləşdirilməsi izah edilmiş və bununla bağlı iddiaçıya ağlabatan müddət təyin edilmişdir. Buna baxmayaraq, iddiaçı iddia tələbinin və cavabdehin dəqiqləşdirilməsi ilə bağlı məhkəməyə hər hansı ərizə təqdim etməmiş, eləcə də məhkəmə iclasında iştirak etməmişdir.

13. Odur ki, iddia mümkün sayılmamalıdır.

14. Məhkəmə qeyd edir ki, məhkəməyə müraciət etmək hüququ mütləq hüquq deyildir və hazırki işin hallarına uyğun olaraq həmin hüququn məhdudlaşdırılması prinsipinə xidmət etməklə qarşıya qoyulan məqsədə uyğundur.

15. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.

16. Göstərilənlərə əsasən və İPM-in 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar