Məhkəmə qərarları › İş №e-2-1(112)-9659/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-9659/2025

31.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-9659/2025 31.10.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, İslamova Minayə Etibar qızının katibliyi, İddiaçı və vəkili Nümayəndə1, Cavabdehin nümayəndələri Nümayəndə2 və X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı "kompensasiyanın ödənilməsi" tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək “Kəşfiyyat və əks kəşfiyyat haqqında” AR Qanunun 20.11 və 20.12-ci maddələrinin tələblərinə və AR Nazirlər Kabinetinin 23 noyabr 2004-cü il tarixli 180-24 nömrəli qərarının 2.2-ci və 2.5-ci bəndlərinin göstərişlərinə uyğun olaraq, İddiaçı sağlamlığına dəymiş ziyana görə iddiaçya son əmək haqqı məbləğinin yəni 203 manatın 36 mislində, cəmi 72.828 manat məbləğində kompensasiyanın ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 2012-2020-ci illər ərzində cavabdeh Dövlət Sərhəd Xidmətinin hərbi hissə və birləşmələrində, müxtəlif vəzifələrdə, zabit qismində xidmət etmişdir. Onun son xidmət yeri olan X5 X1 əməliyyyat- axtarış şöbəsində baş əməliyyat müvəkkili vəzifəsindən, hərbi xidmət dövründə sağlamlığını itirdiyi üçün mərkəzi hərbi həkim komissiyyasının qərarına əsasən kapitan rütbəsində istefaya buraxılmışdır. 31 may 2024-cü il tarixdə “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” AR qanunun 20.11 və 20.12-ci maddələrinin tələblərini rəhbər tutaraq, iddiaçı tərəfindən cavabdeh təşkilatın rəhbərliyinin adına, iddiaçının sağlamlığına dəymiş ziyana görə ona müvafiq kompensasiyanın ödənilməsi barədə yazılı müraciət ünvanlandırılmışdır. Belə ki, yuxarıda adı çəkilən qanunun 20.11-ci maddəsinə əsasən, Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin hərbi qulluqçularının həyatı və sağlamlığı dövlət büdcəsi vəsaiti hesabına onların 5 illik pul təminatı məbləğində sığorta edilir. Həmin Qanunun 20.12-ci maddəsinə əsasən isə, Xidməti vəzifələrin icrası zamanı həlak olmuş (ölmüş), xəsarət (yaralanma, travma, kontuziya) almış, xəstəliklə əlaqədar sağlamlığına digər ziyan dəymiş kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri əməkdaşlarına və ya onların ailəsinə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada və həcmdə kompensasiya verilir. Bununla əlaqədar olaraq, iddiaçının müraciətinə baxılması üçün cavabdeh DSX-i tərəfindən komissiya təyin edilmişdir. Həmin Komissiyanın katibi P.Muradova tərəfindən iddiaçıya ilk dəfə 30 avqust 2024-cü il tarixində 3-38/2-5-1983/24 nömrəli cavab məktubu göndərilmişdir. Həmin məktubda iddiaçının diqqətinə çatdırılmışdır ki, AR Nazirlər Kabinetinin 23 noyabr 2004-cü il tarixli 180-24 nömrəli qərarının 2.2- ci və 2.5-ci bəndlərinə əsasən, güya iddiaçıya kompensasiyanın ödənilməsi mümkün deyildir. Həmin sözügedən qərarın məhz 2.2-ci bəndində “Xidməti vəzifələrin icrası zamanı aldığı xəsarət və ya xəstəlik səbəbi ilə hərbi qulluqçunun xidməti davam etdirməsi mümkün deyilsə” və 2.5-ci bəndinə əsasən isə “Döyüş tapşırığı yerinə yetirən hərbi hissədə xidmət etmişdirsə kompensasiya ödənişi mümkündür” ifadələri qeyd olunmuşdur. Bundan başqa 05 fevral 2021-ci il tarixdə hərbi həkim komissiyasının qərarına əsasən, iddiaçı xidmət müddətində sağlamlığına dəymiş ziyana görə istefaya buraxılmış və ona 3-cü qrup əlillik təyin olunmuşdur. Buradan göründüyü kimi yuxarıda istinad edilən qərarın 2.2-ci bəndi iddiaçıya şamil olunmalıdır. 12 oktyabr 2018-ci il tarixindən X5 X4 DSX-nin rəisinin əmrinə əsasən “DSX-nın döyüş tapşırığı yerinə yetirən struktur qurumu” hesab edilir. Məhz DSX-nin rəisinin əmrinə əsasən, iddiaçı 2018-2020-ci illər ərzində Qazax X4nın əməliyyat-axtarış şöbəsində baş əməliyyat müvəkkili vəzifəsində xidmət etmişdir. Göründüyü kimi, bu halda da, AR Nazirlər Kabinetinin 23 noyabr 2004-cü il tarixli 180-24 nömrəli qərarının 2.5-ci bəndinin tələbi iddiaçının xidmət müddətinə şamil olunur. Yuxarıda verilən izahlı açıqlamadan müəyyən edildiyi kimi, vaxtilə Komissiyanın katibi P.Muradova tərəfindən iddiaçının yazılı müraciətinə qanuna müvafiq qaydada düzgün baxılmamış və onun tərəfindən iddiaçıya verilmiş cavab məktubunda AR Nazirlər Kabinetinin 23 noyabr 2004-cü il tarixli 180-24 nömrəli qərarının 2.2-ci və 2.5-ci bəndləri məqsədli şəkildə təhrif olunmuşdur. Buna görə də, iddiaçı məcbur olub yenidən (təkrarən) DSX-nin rəisinin adına 2025-ci 06 yanvar tarixində rəsmi ərizə ünvanlamışdır. Lakin buna baxmayaraq, DSX-nin idarə rəisi İlqar Quliyevin adından iddiaçıya sonuncu dəfə 18 mart 2025-ci il tarixli 3-38-15/2-1-53/3-21/25 nömrəli məktub göndərilərək, iddiaçının diqqətinə çatdırılmışdır ki, artıq iddiaçıya etdiyi müraciətlə bağlı 20 avqust 2024-cü il tarixli 3-38/2-5- 1983/24 nömrəli cavab məktubu göndərilmişdir, ona görə də, həmin faktın nəzərə alınması iddiaçıdan xahiş edilir. Hazırda iddiaçı cavabdeh orqanın onun barəsində belə bir əsassız olaraq qəbul etdiyi qərarla və verdiyi cavab məktublarla razı deyildir. Belə ki, iddiaçı hesab edir ki, onun hazırki iddiası əsaslıdır və məhkəmə tərəfindən təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı və etiraza əlavəsi məhkəməyə təqdim edilmiş və bildirilmişdir ki, Dövlət Sərhəd Xidmətinin sabiq hərbi qulluqçusu İddiaçı cavabdeh Dövlət Sərhəd Xidmətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək "kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında AR Qanununun 20.11 və 20.12-ci maddələrinin tələblərinə və AR Nazirlər Kabinetinin 23 noyabr 2004-cü il tarixli 180- 24 nömrəli qərarının 2.2 və 2.5-ci bəndlərinin göstərişlərinə uyğun olaraq, İddiaçı sağlamlığına dəymiş ziyana görə, iddiaçıya son əmək haqqı məbləğinin - 2023 manatın 36 mislində, cəmi 72.828 manat məbləğində kompensasiyanın ödənilməsi vəzifəsinin cavabdeh Dövlət Sərhəd Xidmətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş üzrə toplanmış müvafiq sənədləri Məhkəməyə təqdim etməklə bildiririk ki, DSX-nin sabiq hərbi qulluqçusu İddiaçı iddiası əsassızdır və təmin olunmamalıdır. Belə ki, İddiaçı eyni tələblə Dövlət Sərhəd Xidmətinə müraciət etmiş və sonuncunun müraciətinə xx.xx.2024-cü il tarixdə kompensasiyanın ödənilməsi ilə bağlı yaradılmış komissiyada baxılmışdır. Komissiyanın xx.xx.2024-cü il tarixli, 2 №-li protokoluna əsasən, Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin ehtiyatında olan kapitan İddiaçı şəhadətləndirilən xəstəliklər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 noyabr 2004-cü il tarixli 180- 24 nömrəli Qərarı ilə təsdiq edilmiş "Xidməti vəzifələrinin icrası zamanı həlak olmuş bədən xəsarəti almış, sağlamlığına digər zərər dəymiş kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri əməkdaşlarına və onların ailəsinə kompensasiyanın verilməsi Qaydaları"nın 2.1-ci bəndində və 2.5-ci bəndində qeyd edilən müddəaları əhatə etmədiyindən, Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin ehtiyatında olan kapitan Z. İbrahimova müvafiq kompensasiyanın ödənilməməsi barədə qərar qəbul edilmiş və iddiaçı Z. İbrahimova Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 noyabr 2004-cü il tarixli, 180- 24 nömrəli Qərarı ilə təsdiq edilmiş "Xidməti vəzifələrinin icrası zamanı həlak olmuş, bədən xəsarəti almış, sağlamlığına digər zərər dəymiş kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri əməkdaşlarına və onların ailəsinə kompensasiyanın verilməsi Qaydaları"nın 2.2 və 2.5-ci bəndlərinə əsasən, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektinin əməkdaşı kimi 3 (üç) illik əmək haqqı məbləğində kompensasiyanın ödənilməsinin mümkünsüzlüyü barədə ünvan üzrə yazılı məlumat verilmişdir. İddiaçı Qaydaların 2.1-ci bəndində və 2.5-ci bəndində qeyd edilən müddəaları əhatə etmədiyindən, Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin ehtiyatında olan kapitan Z. İbrahimova müvafiq kompensasiyanın ödənilməməsi barədə qərar qəbul edilmiş və iddiaçı Z. İbrahimova Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 noyabr 2004-cü il tarixli, 180-24 nömrəli Qərarı ilə təsdiq edilmiş "Xidməti vəzifələrinin icrası zamanı həlak olmuş, bədən xəsarəti almış, sağlamlığına digər zərər dəymiş kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri əməkdaşlarına və onların ailəsinə kompensasiyanın verilməsi Qaydaları"nın 2.2 və 2.5-ci bəndlərinə əsasən, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektinin əməkdaşı kimi 3 (üç) illik əmək haqqı məbləğində kompensasiyanın ödənilməsinin mümkünsüzlüyü barədə ünvan üzrə yazılı məlumat verilmişdir. Qoşmaya əlavə edilmiş xx.xx.2020-ci il tarixli 894 №-li Xəstəlik haqqında Şəhadətnamədən görünür ki, sabiq hərbi qulluqçu iddiaçı Z. İbrahimovun diaqnozu - Stresslə əlaqəli kəskin və tranzitor psixotik pozuntu Funksiyanın pozulması ilə müşayət olunmayan diafraqmanın qida borusunun dəliyinin birinci tip, birinci dərəcə yırtığı. Funksiyaların pozulması olmayan onurğanın təsbit olunan birinci mərhələ skoliozu (bucaq 9°). Deformasıyaedici osteoartrozu olmayan ikinci dərəcəli boylama yastıayaqlılıq Funksiyaların pozulmaması ilə OD-Hemangioma. Sağ gicgah nahiyəsinin araxnoidal sisti olaraq müəyyən edilmiş, hərbi həkim komissiyasının qərarı: a) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008 il 29 fevral tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş "Xəstəliklər cədvəlinin 17 "a", 60 "c", 66 "ç", 10 "c" maddələrinin İİİ qrafasına ƏTC-yə əsasən Həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsızdır. Ehtiyata buraxılmanın rəsmiləşdirilməsi üçün 60 (altmış) gün müddətinə hərbi xidmət vəzifələrinin icra edilməsindən tam azad olunmasına ehtiyacı var. b) Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli, 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbihəkim ekspertizası haqqında Əsasnamə"nin 7 2-ci bəndinə əsasən hərbi-həkim komissiyası xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsi haqqında aşağıdakı qərarları çıxarır: a) Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır»; b) «Hərbi travmadır, SSRİ-nin müdafiəsi zamanı alınmışdır»; c) «Hərbi travmadır, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır»; ç) «Xəstəlikdir, xəsarətdir (yaralanmadır, travmadır, kontuziyadır), hərbi xidmət dövründə alınmışdır», d) «Xəstəlikdir, Çernobil AES-də qəza ilə əlaqədar hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) icrası zamanı alınmışdır»; e) «Ümumi xəstəlikdir». ç) "Xəstəlikdir, xəsarətdir (yaralanmadır, travmadır, kontuziyadır), hərbi xidmət dövründə alınmışdır qərarına aşağıdakılar aiddir. Əgər xəstəlik şəhadətləndirilən şəxsin hərbi xidmət (hərbi toplanış) keçməsi. orqanlarda xidmət keçməsi dövründə yaranmışsa, yaxud şəhadətləndirilən şəxsin hərbi xidmətə (hərbi toplanışa) çağırılmasına və ya hərbi xidmətə, orqanlarda xidmətə könüllü daxil olmasına qədər yaranmış xəstəliyi hərbi xidmət (hərbi toplanış) və orqanlarda xidmət dövründə onun hərbi xidmətə, orqanlarda xidmətə yararlılıq kateqoriyasını dəyişən, o cümlədən, müvəqqəti yararsızlığına gətirib çıxaran dərəcəyə çatmışsa, habelə hərbi xidmətdən (orqanlarda xidmətdən) buraxıldıqdan, hərbi toplanış başa çatdıqdan sonra bir il keçənədək təyin edilmiş xroniki, tədricən proqressivləşən xəstəliklər olduqda, həmin xəstəliklərin başlanğıcını hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmətkeçmə dövrünə aid etmək mümkündürsə, iddiaçı sabiq hərbi qulluqçu İddiaçı hazırda xidməti vəzifələrinin icrası zamanı xəsarət (yaralanma, travma, kontuziya) almış, xəstəliklə əlaqədar sağlamlığına digər ziyan dəymiş kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyekti kimi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada və həcmdə verilməli olan kompensasiyanın ödənilməsini xahiş edir. "Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun 20.12-ci maddəsinə əsasən xidməti vəzifələrin icrası zamanı həlak olmuş (ölmüş), xəsarət (yaralanma, travma, kontuziya) almış, xəstəliklə əlaqədar sağlamlığına digər ziyan dəymiş kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri əməkdaşlarına və ya onların ailəsinə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edılmış qaydada və həcmdə kompensasiya verilir. "Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında 3 avqust 2004-cü il tarixli 104 nömrəli Fərmanın 2.3-cü bəndinə əsasən "Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun 20.12-ci maddəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 noyabr 2004-cü il tarixli 180-24 nömrəli Qərarı ilə təsdiq edilmiş (dərc edilmir) "Xidməti vəzifələrinin icrası zamanı həlak olmuş, bədən xəsarəti almış, sağlamlığına digər zərər dəymiş kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri əməkdaşlarına və onların ailəsinə kompensasiya verilməsi Qaydaları"nın (bundan sonra Qaydalar) 1.1-ci bəndinə görə bu qaydalar xidməti vəzifələrinin icrası zamanı həlak olmuş, bədən xəsarəti almış, sağlamlığına digər zərər dəymiş kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin əməkdaşlarına (bundan sonra əməkdaş) və ya onların ailəsinə birdəfəlik kompensasiyanın verilməsi şərtlərinı, həcmini və ödənilməsi qaydasını müəyyən edir. Həmin Qaydaların 2.2-ci bəndinə əsasən xidməti vəzifələrinin icrası zamanı aldığı xəsarət və ya xəstəlik nəticəsində əməkdaşın xidmətinin davam etdirilməsi istisna edilərsə, ona üç illik pul təminatı məbləğində kompensasiya ödənilir. Həmin Qaydaların 2.3-cü bəndinə görə xidməti vəzifələrinin icrası ilə bağlı olmayan xəsarət və ya xəstəlik nəticəsində həlak olmuş (vəfat etmiş) və ya xidmətinin davam etdirilməsi istisna edilmiş əməkdaşa, yaxud onun ailə üzvlərinə kompensasiya ödənilmir. Həmin Qaydaların 2.5-ci bəndinə əsasən kompensasiya ödənilməsi üçün xidməti vəzifələrinin icrası zamanı aşağıdakı hallarda alınan xətəlik nəzərdə tutulur: a) döyüş şəraitində olan zamanı; b) döyüş əməliyyatları aparan hərbi hissələrin tərkibində xidmət zaman c) xarici dövlətlərdə və cinayətkar qurupların tərkibində olan dövrdə kəşfiyyat və əks- kəşfiyyatla bağlı vəzifələri yerinə yetirən zaman; ç) müvafiq qanunvericilikdə müəyyən edilmiş hallar istisna olmaqla əsir düşmüş, girov götürülmüş zaman. Həmin Qaydaların 3.6-cı bəndinə görə xidməti vəzifələrının icrası zamanı aldığı xəsarət və ya xəstəlik nəticəsində əməkdaşın xidmətinin davam etdirilməsi istisna edildikdə aşağıdakı sənədlər kompensasiyanın təyin edilməsi üçün əsas götürülür. kompensasiya ödənilməsi üçün əməkdaşın ərizəsi; -xidmətinin davam etdirilməsini istisna edən xəsarətin xidməti vəzifələrinin icrası ilə səbəb əlaqəsi barədə hərbi-həkim komisssiyasının qərarı (4 nömrəli əlavə), -əməkdaşın pul təminatı barədə maliyyə struktur bölməsinin arayışı. Həmin Qaydaların 3.9-cu bəndinə görə bu qaydalarla müəyyən edilmiş kompensasiya əməkdaşa və ya onun ailə üzvlərinə xidmətdən ehtiyata və ya istefaya buraxılarkən ödənilmiş birdəfəlik pul təminatından, təyin edilmiş pensiyadan və ya sığorta ödənişindən asılı olmayaraq ödənilir. Qaydalarda xidməti vəzifəsinin icrası zamanı sağlamlığına zərər dəymiş, yaxud bədən xəsarəti almış kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektlərindən bəhs olunur. Yəni Qaydalara görə kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri xidmət vəzifələrinin icrası zamanı sağlamlığına zərər dəydikdə kompensasiya almaq hüququ yaranır. Həm də Qaydaların 2.2-ci bəndinə görə xidməti vəzifələrinin icrası zamanı aldığı xəsarət və ya xəstəlik nəticəsində əməkdaşın xidmətinin davam etdirilməsi istisna edilərsə, ona üç illik pul təminatı məbləğində kompensasiya ödənilir. Beləliklə, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyekti əməkdaşına aşağıdakı hallarda kompensasiya ödənilməsi nəzərdə tutulur: 1. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyekti əməkdaşı travma (xəsarət) almalı, 2. Xəsarət əməkdaşın xidmət etdiyi dövrdə xidməti vəzifələrinin icrası ilə əlaqədar alınmalı; 3. Xəsarət əməkdaşın xidmətinin davam etdirilməsini istisna etməlidir. xx.xx.2020-ci il tarixli, 894 №-li Xəstəlik haqqında Şəhadətnamədən görünür ki, sabiq hərbi qulluqçu İddiaçı diaqnozu Stresslə əlaqəli kəskin və tranzitor psixotik pozuntu. Funksiyanın pozulması ilə müşayət olunmayan diafraqmanın qıda borusunun dəliyinin birincı tip, birinci dərəcə yırtığı. Funksiyaların pozulması olmayan onurğanın təsbit olunan birinci mərhələ skoliozu (bucaq 9°). Deformasiyaedici osteoartrozu olmayan ikinci dərəcəli boylama yastıayaqlılıq diaqnozlu xəstəliklər müəyyən edilmişdir ki, bu xəstəliklər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 23 noyabr tarixli, 180-24 nömrəli qərarının 2.5-ci bəndində nəzərdə tutulan hallara aid deyildir. Qeyd olunur ki, iddiaçı Z. R. İbrahimov DSX Mərkəzi Hərbi Həkim Komissiyasının 894 №li, 28 sentyabr 2020-ci il tarixli qərarı ilə "Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır kimi şəhadətləndirilmişdir. Bununla da İddiaçı travma (xəsarət) alması və bu xəsarətin də xidmət etdiyi dövrdə xidməti vəzifələrinin icrası ilə əlaqədar olaraq alması sənədlərlə öz sübutunu tapmadığından yuxarıda qeyd olunan 3 şərtdən heç biri iddiaçıya münasibətdə ödənilmir. Buna görə də iddiaçının iddiası əsassızdır. Yuxarıda qeyd olunanları və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsini nəzərə alaraq İddiaçı cavabdeh AR Dövlət Sərhəd Xidmətinə qarşı olan iddiasının əsassız olduğunu nəzərə alınmasını və iddianın təmin edilməməsini Məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçı tərəf iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh tərəf iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki: -EZ seriyalı 001407 nömrəli Hərbi Biletdən görünür ki, xx.xx.1990-cı il təvəllüdlü İddiaçı Rusiya Federasiyasının Tumen vilayətində doğumuşdur, hərbi təhsilini C.Naxçıvanski adına hərbi liseydə almışdır. Sərhəd qoşunları Komandanının xx.xx.32019cu il tarixli 323ş/h nömrəli əmri ilə kapitan hərbi rütbəsi verilmişdir. xx.xx.2020-ci ildə DSX rəisinin xx.xx.2020-ci il tarixli 1256 ş/h nömrəli əmri ilə hərbi vəzifə və hərbi xidmət haqqında AR Qanunun 42.02-ci maddəsinə (xəstəliyə görə) istefaya göndərilmişdir. xx.xx.2020-ci ildə DSX HH-nin HHK tərəfindən xəstəliklər cədvəlinin İİİ qrafasının 47a,60c,66ş,10c maddələrinə əsasən (AR NK-nin xx.xx.2008-ci il tarixli 59 nömrəli qərarı) ilə həm dinc dövrdə həm də müharibə dövründə hərbi xidmətə yararsız hesab edilmişdir. -Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nəsimi rayon İdarəsinin xx.xx.2021-ci il tarixli 113 nömrəli Arayışa əsasən 1990-ci il təvəllüdlü istefada olan kapitan İddiaçı Rışad oğluna ondan ötrü ki, o həqiqətən xx.xx.2008-ci il tarixindən xx.xx.2020-cı il tarixinədək DSX-Sərhəd Qoşunlarında zabit qismində hərbi xidmət keçmişdir. İddiaçı DSX rəisinin 1256 ş/h saylı 20 10.2020-ci il tarixli əmri ilə və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanunun 42.0.2-ci maddəsinə (xəstəliyə görə) müvafiq olaraq Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdən istefaya buraxılıb. İddiaçı Rışad oğlunun DSXnın Kadrlar Baş İdarəsinin xx.xx.2021-ci il tarixli №4/17-755 nömrəli məktubuna əsasən, xx.xx.2012-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmət illəri AR Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 631 №li qərarına əsasən güzəştli hesab edilir. İddiaçı xx.xx.2020-ci il tarixə kimi cəmi güzəştli xidmət illəri:04 il 01 ay 03 gün hesab olunur. İstefada olan kapitan İddiaçı xidmət illəri;təqvimlə-12 il, 02 ay, 25 gün,xidmət illərinə güzəştli qaydada əlavə olunan müddət 04 il 01 ay 03 gün, ümumi xidmət illəri 16 il, 3 ay, 28 gün təşkil edir. - Tibbi Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixdə əziyyəti qiymətləndirilmiş, diaqnoz: kəskin və ötüb keçən psixotik pozğunluqlar,streslə əlaqəli davamlı kəskin və tranzitopr psixotik pozuntu, əlillik səbəbi: hərbi xidmət dövrü ilə əlaqədar, əmək zəmanəti: ruhi əsəb gərginlik tələb olunmayan işlərdə işləyə bilər olmaqla, ona xx.xx.2021-ci il tarixdən üçüncü dərəcəli əlillik təyin edilmişdir. -İddiaçı DSX ünvanladığı xx.xx.2024-cü il tarixli məktubda bildirmişdir ki, “İddiaçı 2012-2020-ci illər ərzində Dövlət Sərhəd Xidmətinin hərbi hissə və birləşəmələrində müxtəlif vəzifələrdə zabit qismində xidmət etmişdir. Son xidmət yeri olan, Qazax X4nın əməliyyat-axtarış şöbəsində baş əməliyyat müvvəkilli vəzifəsində, hərbi xidmət dövründə sağlamlığımı itirdiyi üçün mərkəzi hərbi həkim komissiyasının qərarına əsasən kapitan rütbəsində istefaya buraxılmışdır. Bundan sonra xx.xx.2021-ci il tarixdə "Dövlət Sosial Müdafiə Fondu"nun "Xüsusi Şərtlərlə Təyinat İdarəsi"nin hərbi həkim komissiyasının qərarı ilə "kəskin və ötüb keçən psixotik pozğunluqlar, stresslə əlaqəli davamlı kəskin və tranzitor psixotik pozuntu" diaqnozuna əsasən "üçüncü dərəcəli əlillik" təyin olunmaqla pensiya təyin olunmuş və müvafiq qaydada sağlamlığımı itirməyə görə sığorta ödənişi həyata keçirilmişdir. Lakin "Azərbaycan Respublikasının Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında qanunu"nun "Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektləri əməkdaşlarının və bu subyektlərin hüquqi və sosial müdafiəsi" fəslinin 20.11-ci (kəşfiyyat və əks-kəşfiyyat subyektlərinin hərbi qulluqçularının həyatı və sağlamlığı dövlət büdcəsi hesabına onların 5 illik pul təminatı məbləğində sığorta edilir.) və 20.12-ci (xidməti vəzifələrinin icrası zamanı həlak olmuş (ölmüş), xəsarət (yaralanma, travma, kontuzya) almış, xəstəliklə əlaqədar sağlamlığına digər ziyan dəymiş kəşfiyyat və əks-kəşfiyyat fəliyyətinin subyektləri əməkdaşlarına və ya onların ailəsinə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada və həcmdə kompensasiya ödənilir) maddələrinə əsasən ona sağlamlığına dəymiş ziyana görə kompensasiya ödənişi həyata keçirilməmişdir. Qeyd edilənləri nəzərə alaraq, bu halın araşdırılaraq, ona qanunla müəyyən olunmuş qaydada kompensasiyanın ödəliməsi barədə müvafiq göstəriş verməyinizi, Sizdən xahiş etmişdir. -DSX Hərbi Hospitalı tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 857 nömrəli Arayışda göstərilmişdir ki, Qazax X4nın hərbi qulluqçusu kapitan İddiaçı ona görə ki, o 24 sentyabr 2020 il tarixdən 06 oktyabr 2020 il tarixədək, DSX Hərbi Hospitalında: "Stresslə əlaqəli kəskin və tranzitor psixotik pozuntu. Diafraqmanın qida borusunun dəliyinin yırtığı. Onurğanın birinci mərhələ skoliozu (bucaq 9°). Deformasiyaedici osteoartrozu olmayan ikinci dərəcəli boylama yastıayaqlılıq. OD-Hemangioma. Sağ gicgah nahiyəsinin araxnoidal sisti" diaqnozu ilə stasionar müalicə olunmuşdur. Çıxarış zamanı DSX MHHK qərarı həyata keçirilməsi, sahə psixiatrının konsultasiyası, müalicəsi, açıq günəş şüaları altında daimi gün eynəyindən istifadə etməsi, pəhriz, ağır fiziki işlərdən, ağır idmandan azad olunması, COVİD-19 pandemiyası ilə əlaqədar karantin rejiminin gözlənilməsi məsləhət görülür. Ehtiyata buraxılmanın rəsmiləşdirilməsinə qədər 60 (altmış) gün müddətinə hərbi xidmət vəzifələrinin icra edilməsindən tam azad olunmasına ehtiyacı var. -xx.xx.2018-ci il tarixli 693 nömrəli Arayışa əsasən N nömrəli hərbi hissənin hərbi qulluqçusunun baş leytenant İddiaçı xx.xx.2018-ci il tarixində DSX HHk tərəfindən şəhadətləndirilmişdir. AR NK-nin xx.xx.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Xəstəliklər cədvəlinin” 48 maddəsinin İİİ qrafasına əsasən xəstəliyə görə 15(on beş) gün müddətinə məzuniyyətə ehtiyacı var. Diaqnoz: Soltərəfli ikinci dərəcəli varikoselleyə görə xx.xx.2018-ci il tarixdə aparılmış “Marmar üsulu ilə varikoselektomiya” əməliyyatından sonrakı vəziyyət. Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır. -xx.xx.2018-ci il tarixli 679 nömrəli Arayışa əsasən N nömrəli hərbi hissənin hərbi quluqçusu baş leytenant İddiaçı ona görə ki, o xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək, DSX Hərbi Hospitalında : “Soltərəfli ikinci dərəcəli varikosele, ağrı sindromu ilə. OD-Hemangioma. Soltərəfli luboişalgiya, zəif ağrı sindromu ilə. L5-S1 diskin protruziyası” diaqnozu ilə stasionar müalicə olunmuşdur. Çıxarış zamanı HHK qərarı həyata keçirilməsi, ambulator müalicənin davam etdirilməsi, 1.5 ay ağır fiziki işlərdən, idmandan, sıra hazırlığından, uzun müddət ayaqüstə dayanmaqdan azad olunması, açıq günəş şüaları altında daimji gün eynəyindən istifadə etməsi, gündəlik sarğı, dar tuman geyinməsi, 07.04.18-ci il tarixdə tikişlərin sökülməsi, planlı oftalmoloji cərrahi əməliyyat üçün DSX HHna göndərilməsi məsləhət görülür. -AR DSX xx.xx.2016-ci il tarixli 100 nömrəli Arayışından görünür ki, İddiaçı 18 yanvar20169-ci il tarixdən xx.xx.2016-ci il tarixədək, DSX Hərbi Hospitalında L5-S1 sağtərəfli radikulopatiya, natamam remissiya fazasında. L5-S1 diskin protruziyası. Dərinin yayılmış folikululiti. Hər iki quluğın kir tıxacı diaqnozu ilə stasionar müalicə olunmuşdur. Çıxarış zamanı ağır fiziki işlərdən, uzun müddət ayaqüstə dayanmaqdan, 1 ay idman və gecə növbələrindən azad olunması, soyuqdan qorunması, glukozamin-xondroitin 500 mg 1 tab 2 dəfə yeməkdən sonra 2 ay qəbul etməsi, dermatoloqun müalicəsini ambulator olaraq 1 həftə davam etdirilməsi məsləhət görülür. DSX Hərbi Hospitalının Hərbi Həkim Komissiyasının xx.xx.2020-ci il tarixli 894 nömrəli şəhadətnaməsinə əsasən a) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008 il 29 fevral tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş "Xəstəliklər cədvəlinin 17 "a", 60 "c", 66 "ç", 10 "c" maddələrinin İİİ qrafasına ƏTC-yə əsasən Həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsızdır. Ehtiyata buraxılmanın rəsmiləşdirilməsi üçün 60 (altmış) gün müddətinə hərbi xidmət vəzifələrinin icra edilməsindən tam azad olunmasına ehtiyacı var. b) Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” şəklində şəhadətləndirilmişdir. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nəsimi Rayon İdarəsinin xx.xx.2025-ci il tarixli 064 nömrəli məktubu ilə təqdim edilmiş sənədlərdən görünür ki: -AR DSX tərəfindən İddiaçı Rişa oğlu barəsində tərtib edilmiş Xidmət Dəftərçəsindən görünür ki, ona DSX-nin rəisi SQK-nının xx.xx.2019-cu il tarixli 1088 saylı əmri ilə leytenant, DSX rəisinin xx.xx.2015-ci il tarixli 1399 nömrəli əmri ilə baş leytenant, SQK-nın xx.xx.2019-cu il tarixli 323 nömrəli əmri ilə kapitan hərbi rütbəsi verilmişdir. xx.xx.2008-ci il tarixdə N nömrəli hərbi hissədə and içib. -AR DSX-nin Sərhəd Qoşunları “Qazax” X3 Komandirinin xx.xx.2020-ci il tarixli 0274 nömrəli Əmrinə əsasən "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 42.0.2-ci maddəsinə (xəstəliyə görə) müvafiq olaraq: Dövlət Sərhəd Xidməti rəisinin sərəncamında olan (2009 №-li h/h) kapitan İddiaçı Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən istefaya buraxılması ilə əlaqədar 14 noyabr 2020-ci il tarixdən şəxsi heyətin siyahısından və bütün təminat normalarından çıxarılsın, sərəncamda olma müddəti 2020-ci ilin sentyabr ayının 09-dan istefaya buraxıldığı günədək uzadılsın və ona təminat xərcliyi tam həcmdə ödənilsin. Şəxsi işi saxlanılması üçün Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nəsimi rayon İdarəsinə göndərilsin. Kapitan İddiaçı 2020-ci ilin hesabına növbəti məzuniyyətdən tam istifadə edib, 2020-ci ildə nəzərdə tutulmuş məzuniyyət müavinatı və maddi yardımı alıb. 01 yanvar 2020-ci il tarixdən 14 noyabr 2020-ci il tarixədək birdəfəlik pul müavinatını 50% almağa layiqdir. Kapitan İddiaçı 14 noyabr 2020-ci il tarixə olan xidmət illəri: Təqvimi: 12 il, 02 ay, 25 gün. Əsas: Dövlət Sərhəd Xidməti rəisinin 20 oktyabr 2020-ci il tarixli 1256 ş/h №-li əmri. Məhkəmə sorğusuna cavab olaraq Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 11.309.2025-ci il tarixli 3-17-4/2-23272/2025 nömrəli məktubunda göstərilmişdir ki, Bakı şəhər sakini İddiaçı əlillik vəziyyəti barədə xx.xx.2025-ci il tarixli, 4-6- 0/2-9355/2025 nömrəli sorğunuza Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində (bundan sonra - Agentlik) baxılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi Qaydası"na uyğun olaraq vətəndaşların əlillik vəziyyəti dövlət tibb müəssisələrinin göndərişləri əsasında qiymətləndirilir. Hərbi xidmətlə əlaqədar vətəndaşların əlillik vəziyyətinin qiymətləndirilməsi zamanı xidmət keçdiyi qurumun hərbi həkim komissiyasının qərarı, şəhadətnaməsi və ya əlillik səbəbini təsdiq edən müvafiq sənəd (məhkəmə qərarı və s.) əsas götürülür. Müəyyən olunmuşdur ki, dövlət tibb müəssisəsinin göndərişi və müraciəti əsasında İddiaçı xx.xx.2021-ci il tarixində Agentlikdə əyani müayinə olunmuşdur. Təqdim edilən tibbi sənədlər və ətraflı müayinənin nəticəsi olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin göndərişin rəsmiləşdirildiyi tarixdə qüvvədə olan xx.xx.2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə"yə uyğun olaraq, xx.xx.2021-ci il tarixindən Hərbi xidmət dövrü ilə əlaqədar səbəbindən ilkin olaraq üçüncü dərəcə 5 il müddətinə (xx.xx.2026-cı il tarixinədək) əlillik təyinatı aparılmışdır. Həmin məktubla təqdim edilmiş Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2021-ci il tarixli **********9 nömrəli Protokolundan müəyyən edilir ki, Bakı şəhər sakini İddiaçı (FİN:xxxxxxx) əlillik vəziyyəti tibb müəssisəsinin 2756003AAEJA nömrəli göndərişi əsasında xx.xx.2021-ci il tarixdə qiymətləndirilmiş və müalicəsinin davam etdirilməsi barədə qərar verilmişdir. Həmin qərardan narazı qalan vətandaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Fövgəladə Hallar Nazirliyinin Tibb Xidmətinin Xüsusi həkim ekspertiza komissiyası tərəfindən xx.xx.2020-ci il tarixli 894 nömrəli Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə "Stresslə əlaqəli kəskin və tranzitor psixotik pozuntu. Funksiyanın pozulması ilə müşayət olunmayan diafraqmanın qida borusunun dəliyinin birinci tip, birinci dərəcə yırtığı. Funksiyaların pozulması olmayan onurğanın təsbit olunan birinci mərhələ skoliozu. Sağ gicgah nahiyəsinin araxnoidal sisti." diaqnozlu xəstəliyin səbəb əlaqəsi "Xəstəlikdir, Hərbi xidmət dövründə alınmışdır" kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı göndərişdə əsas xəstəlik və ağırlaşması kimi qeyd edilmiş "Kəskin və ötüb keçən psixotik pozğunluqlar, Stresslə əlaqəli davamlı kəskin və tranzitor psixotik pozuntu" anamnestik məlumatlar və obyektiv müayinələrdə öz təsdiqini tapmamışdır. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə"yə müvafiq olaraq 2.3.9 bəndinə müvafiq olaraq Hərbi xidmət dövrü ilə əlaqədar müddətsiz üçüncü dərəcə əlillik təyin edilməsi barədə qərar qəbul edilmişdir. Məhkəmə sorğusuna əsasən Dövlət Sərhəd Xidməti İstintaq və Təhqiqat İdarəsinin xx.xx.2025-ci il tarixli cavba məktubunda bildirilmişdir ki, “Azax X4 müdafiə zolaqlarında döyüş tapşırıqlarını yerinə yetirən hərbi hissə olmuş, lakin xx.xx.2020-ci il tarixdən 10 noyabr 2020-ci il tarixədək döyüş əməliyyatları aparılan ərazi olmamışdır. Cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin iddiaçıya ünvanladığı xx.xx.2024-cü il tarixli 3-38/2-5-1983/24 nömrəli məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin poçt ünvanına fərdi qaydada göndərdiyiniz rəsmi yazılı müraciətə (ərizəyə) tərəfimizdən "Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikasının Qanununun 10.1-ci və 10.2-ci maddələrinə əsasən, aidiyyəti üzrə "Xidməti vəzifələrinin icrası zamanı həlak olmuş (ölmüş), xəsarət (yaralanma, travma, kontuziya) almış, xəstəliklə əlaqədar sağlamlığına digər ziyan dəymiş kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri əməkdaşlarına və onların ailəsinə kompensasiya verilməsi üzrə Dövlət Sərhəd Xidmətinin komissiyasında baxılmışdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2004-cü il 23 noyabr tarixli 180-24 №-li qərarı ilə təsdiq edilmiş "Xidməti vəzifələrinin icrası zamanı həlak olmuş (ölmüş), xəsarət (yaralanma, travma, kontuziya) almış, xəstəliklə əlaqədar sağlamlığına digər ziyan dəymiş kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri əməkdaşlarına və onların ailəsinə kompensasiya verilməsi Qaydaları”nın 2.2-ci və 2.5-ci bəndlərinə əsasən, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektinin əməkdaşı kimi Sizə 3 (üç) illik əmək haqqı məbləğində kompensasiyanın ödənilməsi qanunvericiliklə nəzərdə tutulmamışdır. Cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin iddiaçıya ünvanladığı xx.xx.2025-ci il tarixli 3-38-15/2-1-53/3-21/25 nömrəli məktubunda bildirilmişdir ki, müraciətinizdəki məsələnin mahiyyəti üzrə əsaslandırılmış rəsmi yazılı cavab məktubu 2024-cü il 20 avqust tarixli 3-38/2-5-1983/2024 nömrəli sənədlə poçt ünvanına, 2025-ci il yanvarın 8-də isə elektron poçt ünvanına göndərilmişdir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. Beləliklə, hazırkı iddiaya münasibətdə ümumi və xüsusi mümkünlük şərtləri ödənilir. İddia mahiyyət üzrə əsassızdır. “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 20.12-ci maddəsinə əsasən xidməti vəzifələrin icrası zamanı həlak olmuş (ölmüş), xəsarət (yaralanma, travma, kontuziya) almış, xəstəliklə əlaqədar sağlamlığına digər ziyan dəymiş kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri əməkdaşlarına və ya onların ailəsinə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada və həcmdə kompensasiya verilir. “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında 3 avqust 2004-cü il tarixli 104 nömrəli Fərmanın 2.3cü bəndinə əsasən “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 20.12-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 noyabr 2004-cü il tarixli 180-24 nömrəli Qərarı ilə təsdiq edilmiş (dərc edilmir) “Xidməti vəzifələrinin icrası zamanı həlak olmuş, bədən xəsarəti almış, sağlamlığına digər zərər dəymiş kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri əməkdaşlarına və onların ailəsinə kompensasiya verilməsi Qaydaları”nın 1.1-ci bəndinə görə bu qaydalar xidməti vəzifələrinin icrası zamanı həlak olmuş, bədən xəsarəti almış, sağlamlığına digər zərər dəymiş kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin əməkdaşlarına (bundan sonra - əməkdaş) və ya onların ailəsinə birdəfəlik kompensasiyanın verilməsi şərtlərini, həcmini və ödənilməsi qaydasını müəyyən edir. Həmin Qaydaların 2.2-ci bəndinə əsasən xidməti vəzifələrinin icrası zamanı aldığı xəsarət və ya xəstəlik nəticəsində əməkdaşın xidmətinin davam etdirilməsi istisna edilərsə, ona üç illik pul təminatı məbləğində kompensasiya ödənilir. Həmin Qaydaların 2.3-cü bəndinə görə xidməti vəzifələrinin icrası ilə bağlı olmayan xəsarət və ya xəstəlik nəticəsində həlak olmuş (vəfat etmiş) və ya xidmətinin davam etdirilməsi istisna edilmiş əməkdaşa, yaxud onun ailə üzvlərinə kompensasiya ödənilmir. Həmin Qaydaların 3.6-cı bəndinə görə xidməti vəzifələrinin icrası zamanı aldığı xəsarət və ya xəstəlik nəticəsində əməkdaşın xidmətinin davam etdirilməsi istisna edildikdə aşağıdakı sənədlər kompensasiyanın təyin edilməsi üçün əsas götürülür: -kompensasiya ödənilməsi üçün əməkdaşın ərizəsi; -xidmətinin davam etdirilməsini istisna edən xəsarətin xidməti vəzifələrinin icrası ilə səbəb əlaqəsi barədə hərbi-həkim komisssiyasının qərarı (4 nömrəli əlavə); -əməkdaşın pul təminatı barədə maliyyə struktur bölməsinin arayışı. Həmin Qaydaların 3.9-cu bəndinə görə bu qaydalarla müəyyən edilmiş kompensasiya əməkdaşa və ya onun ailə üzvlərinə xidmətdən ehtiyata və ya istefaya buraxılarkən ödənilmiş birdəfəlik pul təminatından, təyin edilmiş pensiyadan və ya sığorta ödənişindən asılı olmayaraq ödənilir. Beləliklə, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyekti əməkdaşına aşağıdakı hallarda kompensasiya ödənilir: - kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyekti olmalı; - travma (xəsarət) almalı; -xəsarət əməkdaşın xidmət etdiyi dövrdə xidməti vəzifələrinin icrası ilə əlaqədar alınmalı; -xəsarət əməkdaşın xidmətinin davam etdirilməsini istisna etməlidir. Bütün bu qeyd edilən şərtlərin mövcud olduğu təqdirdə əməkdaşa müvafiq kompensasiya ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 24 sentyabr tarixli 154 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında” Əsasnamənin: -44. HHK-nin yaralanmaların (travmaların, kontuziyaların, xəsarətlərin), xəstəliklərin səbəb əlaqəsi haqqında rəyi aşağıdakı ifadələrlə çıxarılır: a) «Hərbi travma Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır» b) «Hərbi travma SSRİ-nin müdafiəsi zamanı alınmışdır» c) «Hərbi travma hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır» ç) «Xəstəlik (yaralanma, travma, kontuziya, xəsarət) hərbi xidmət dövründə alınmışdır» d) «Xəstəlik Çernobıl AES-də qəza ilə əlaqədar hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) icrası zamanı alınmışdır» e) «Ümumi xəstəlik» - c) «Hərbi trama hərbi xidmət vaəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır» ifadəsinə aşağıdakılar aiddir: əgər şəhadətləndirilən şəxs yaralanmanı (travmanı, kontuziyanı, xəsarəti) «a» bəndində göstərilən hallar istisna olmaqla, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən, habelə radioaktiv maddələrin, ionlaşdırıcı şüa mənbələrinin, raket yanacağı komponentlərinin və digər yüksək toksiki maddələrin, elektromaqnit sahələri mənbələrinin və optiki kvant generatorlarının təsirinə məruz qalmaq nəticəsində almışsa. ç) «Xəstəlik (yaralanma, travma, kontuziya, xəsarət) hərbi xidmət dövründə alınmışdır» ifadəsinə aşağıdakılar aiddir: əgər xəstəlik şəhadətləndirilən şəxsin hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmət keçməsi dövründə yaranmışsa, habelə şəhadətləndirilən şəxsin hərbi xidmətə (hərbi toplanışa) çağırılmasına və ya hərbi xidmətə, orqanlarda xidmətə könüllü daxil olmasına qədər yaranmış xəstəliyi hərbi xidmət (hərbi toplanış) və həmin orqanlarda xidmət dövründə onun hərbi xidmətə, orqanlarda xidmətə yararlılıq kateqoriyasını dəyişən və ya yararsızlığına (o cümlədən müvəqqəti yararsızlığına) gətirib çıxaran dərəcəyə çatmışsa; əgər xəstəlik şəhadətləndirilən şəxsin döyüşən ordunun tərkibinə daxil olmayan hərbi hissədə hərbi xidmət (hərbi toplanış) keçməsi dövründə və ya döyüşən ordunun tərkibinə daxil olmayan orqanlarda xidmət keçməsi dövründə, yaxud onun xaricə, döyüş əməliyyatları aparılan dövlətə getməsinə qədər yaranmışsa və bu dövlətdə xidmət onda olan xəstəliyə və onun hərbi xidmətə, orqanlarda xidmətə yararlılıq kateqoriyasına təsir etməmişsə; əgər şəhadətləndirilən şəxs yaralanmanı (travmanı, kontuziyanı, xəsarəti) hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) icrası ilə bilavasitə bağlı olmayan bədbəxt hadisə nəticəsində almışdırsa; əgər yaralanma (travma, kontuziya, xəsarət) hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmətkeçmə dövründə alınmışsa, lakin şəhadətləndirilmə anında yaralanmanın (travmanın, kontuziyanın, xəsarətin) alınma şəraiti haqqında sənədlər yoxdursa. Beləliklə, müəyyən olunur ki, iddiaçı DSX-Sərhəd Qoşunlarında xx.xx.2008-ci il tarixindən xx.xx.2020-cı il tarixinədək kapitan rütbəsində hərbi xidmət keçmişdir. İddiaçı DSX rəisinin 1256 ş/h saylı 20 10.2020-ci il tarixli əmri ilə və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanunun 42.0.2-ci maddəsinə (xəstəliyə görə) Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdən tərxis edilmişdir. İddiaçı xidmət dövründə aldığı travmaya görə müvafiq kompensasiyanın ödənilməsi ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh iddiaçının "Xidməti vəzifələrinin icrası zamanı həlak olmuş (ölmüş), xəsarət (yaralanma, travma, kontuziya) almış, xəstəliklə əlaqədar sağlamlığına digər ziyan dəymiş kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri əməkdaşlarına və onların ailəsinə kompensasiya verilməsi Qaydaları”nın 2.2-ci və 2.5-ci bəndlərinə əsasən tələblərə cavab vermədiyini əsas gətirərək müraciətin təminindən imtina etmişdir. Məhkəmə aşağıdakılara əsasən cavabdehin mövqeyi ilə razılaşır. İşin hallarından görünür ki, iddiaçı 24 sentyabr 2020 il tarixdən 06 oktyabr 2020 il tarixədək, DSX Hərbi Hospitalında: "Stresslə əlaqəli kəskin və tranzitor psixotik pozuntu. Diafraqmanın qida borusunun dəliyinin yırtığı. Onurğanın birinci mərhələ skoliozu (bucaq 9°). Deformasiyaedici osteoartrozu olmayan ikinci dərəcəli boylama yastıayaqlılıq. OD- Hemangioma. Sağ gicgah nahiyəsinin araxnoidal sisti" diaqnozu ilə stasionar müalicə olunmuşdur. İddiaçı “Stresslə əlaqəli kəskin və tranzitor psixotik pozuntu. Funksiyanın pozulması ilə müşayət olunmayan diafraqmanın qıda borusunun dəliyinin birincı tip, birinci dərəcə yırtığı. Funksiyaların pozulması olmayan onurğanın təsbit olunan birinci mərhələ skoliozu (bucaq 9°). Deformasiyaedici osteoartrozu olmayan ikinci dərəcəli boylama yastıayaqlılıq. Funksiyaların pozulmaması ilə OD Hemangioma. Sağ gicgah nahiyəsində araxnoidal sisti” diaqnozu müəyyən edilmiş, bu diaqnozla iddiaçı HHK-nın 894 №-li, 28 sentyabr 2020-ci il tarixli qərarı ilə "Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” kimi şəhadətləndirilmişdir. Bundan sonra iddiaçı DSX-ninDSX rəisinin 1256 ş/h saylı 20 10.2020-ci il tarixli əmri ilə və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanunun 42.0.2-ci maddəsinə (xəstəliyə görə) müvafiq olaraq həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Başqa sözlə, iddiaçının almış olduğu xəstəlik (travma) səbəbli əlaqəsi xidməti vəzifələrinin icrası ilə əlaqədar deyil, hərbi xidmət dövründə alınmışdır kimi göstərilmişdir. Qeyd edilən iddiaçının tibbi şəhadətləndirilməsi mübahisələndirilməmiş və qüvvədədir. Beləliklə, iddiaçının xəstəliyinin səbəbli əlaqəsi xidməti vəzifələrinin icrası ilə əlaqədar xəstəlik (travma) olmamışdır. Bu halda kompensasiyanın ödənilməsi üçün tələb olunan-xəsarətin əməkdaşın xidmət etdiyi dövrdə xidməti vəzifələrinin icrası ilə əlaqədar alınmalı olması şərti yerinə yetirilmədiyindən cavabdehin müvafiq kompensasiyanın ödənilməsindən imtinası əsaslıdır və iddiaçının hüquqlarının pozulması kimi qiymətləndirilə bilməz. İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 12.2-ci maddəsinə görə məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, iddia tələbi əsassız olmaqla təmin edilməməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12, 52, 68 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı "kompensasiyanın ödənilməsi" tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar