Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-1(112)-9661/2025 22.05.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi” barədə iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdeh inzibati orqanın xx.xx.2025-ci il tarixli 3-21-3-30/2Q-143-8/2025 **********28 nömrəli imtina məktubunun əsassız və qanunsuz hesab edilməsi, Bakı şəhəri, Q.Qarayev prospekti 16 saylı evin 60 saylı mənzilin özəlləşdirilmə əsasında İddiaçı mənzilə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla bu barədə İddiaçı adına cıxarışın verilməsi vəzifəsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşımaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanda yerləşən bir otaqdan ibarət olan 60 saylı mənzil üzərində istifadə hüququ ilə qeydiyyata alınaraq bu barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021-ci il tarixdə, ********** qeydiyyat nömrəli “Çıxarış” verilmişdir. Qeyd olunan ünvanda yerləşən mənzilin özəlləşdirmə əsasında xüsusi mülkiyyət hüquqi ilə hüquqların dövlət qeydiyyatına alınması barədə iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Cavabdeh inzibati orqan xx.xx.2025-ci il tarixli 3- 21-3-30/2Q-143-8/2025 **********28 nömrəli imtina məktubunda ünvan 1 ünvanda yerləşən bir otaqdan ibarət olan 60 saylı mənzilin üzərində daşınmaz əmlakın dövlət reyestrində istifadə hüqunun qeydiyyatı aparıldığını və elektron çıxarış verildiyini göstərmişdir. Əlavə olaraq müraciət ilə bağlı hüquqmüəyyənedici sənədlərin təqdim olunmadığını əsas gətirmişdir. Eyni zamanda cavab məktubunda imtinanın əsası kimi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanunun 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikası Mənzil Məcəlləsi qüvvəyə minənənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas olması göstərilmişdir. Aşagıda göstərilən əsaslara görə hesab edir ki, imtina əsassız və qanunsuz hesab edilməlidir. İlk növbədə əri X2 Bakı şəhər Nizami rayon İcraiyyə Komitəsinin 12 dekabr 1990-cı tarixli 25/4307 nömrəli qərarına əsasən ehtiyatda olan zabit kimi imtiyazlı əsaslarla mənzil növbəsinə qəbul edilmişdir. Nizami rayon İcra Hakimiyyəti başçısının xx.xx.2016-cı il tarixli 79 nömrəli sərəncamı ilə Bakı şəhəri, Q.Qarayev prospekti 16 nömrəli evin 1 otaqlı 60 saylı mənzili Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 59.2-ci maddəsinə əsasən müddətsiz olaraq daimi əsaslarla X1 verilmişdir. X4 xx.xx.2017-ci l tarixdə vəfat etməsi ilə əlaqədar Nizami Rayon İcra Hakimiyyətinin başçısının xx.xx.2017-ciil tarixli, 1-1/79 nömrəli sərəncamına əsasən Bakı şəhəri, Q.Qarayev prospekti 16 nömrəli evin 1 otaqlı 60 saylı mənzilin kirayə müqaviləsi İddiaçı adına dəyişdirilmişdir. Beləliklə kirayəçisi olduğu mənzil əri X1 ehtiyatda olan hərbi qulluqçu kimi yaşayış yeri üzrə güzəştli mənzil növbəsinə qəbul edilərək Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 59.2-ci maddəsinə əsasən müddətsiz olaraq daimi əsaslarla istifadəsinə verildiyindən və iddiaçının da həmin mənzili xüsusi mülkiyyət hüquqi ilə özəlləşdirmə hüququ yarandığından inzibati orqan cavab məktubunda göstərdiyi əsaslarla imtina etməkdə haqlı olmamışdır. Beləliklə cavabdeh kirayəçisi olduğu mənzili özəllələşdirmə əsasında mənzilinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reystrində qeydiyyata alınmasından imtina etməklə iddiaçının hüquqlarını kobud surətdə pozmuşdur.
3. Məhkəmənin hazırlıq icraatı üzrə mümkünlük iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək iddianın məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi.
4. Məhkəmənin hazırlıq icraatı üzrə mümkünlük iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir.
II. İddianın mümkünlüyü
5. Məhkəmə hesab edir ki, iddianın növü öhdəliyin icrasına dair iddiadır. Belə ki, Аzərbаycаn Rеspublikаsının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında) inzibati məhkəmə icraatı qaydasında baxılır.
6. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Lakin bu hüquq mütləq hüquq deyil və müəyyən qanuni məhdudiyyətlərə (məsələn, iddia müddəti, şikayətin qəbul edilmə şərtinə cavab verməməsi və s), məruz qoyula bilər. Lakin ədalət mühakiməsi hüququ onun mahiyyətinə xələl gətirə biləcək dərəcədə məhdudlaşdırılmamalıdır.
7. Məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və onlara dair ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsi vəzifəsini müəyyən edir. Qeyd olunan hüququn vacibliyinə baxmayaraq, o mütləq deyil. Bu hüququ məhdudlaşdıran tədbirlər Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3-cü maddəsinin müddəaları baxımından legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli, mütənasiblik meyarına cavab verərək onun əsas mahiyyətinə toxunmamalıdır.
8. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən: 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 3.2. İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır
9. Məhkəmə əlavə araşdıma aparmadan qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-636/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qərarı ilə eyni tərəflər arasında eyni predmetlə bağlı iddia tələbinə məhkəmə tərəfindən baxılaraq qəbul edilmiş qərar dəyişdirilmədən saxlanılmışdır. Eyni zamanda həmin tərəflər və predmetlə bağlı Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6628/2025 saylı inzibati işi olmuş və eyni tərəflər arasında eyni predmetlə bağlı iddia üzrə yekun məhkəmə aktı olması səbəbindən iddianın mümkün sayılmaması barədə xx.xx.2025-ci il tarixdə qərardad qəbul edilmişdir.
10. Beləliklə, məhkəmə hesab edir ki, eyni tərəflər arasında eyni predmetlə bağlı iddia üzrə yekun məhkəmə aktı olduğuna görə hazırkı iddia mümkün sayılmamalıdır. Məhkəməyə müraciət etmək hüququnun qeyd edilən şəkildə məhdudlaşdırılması prosessual qənaət prinsipinə əsaslanmaqla qanuni məqsəd daşıyır. Bu səbəbdən iddianın mümkun sayılmaması iddiaçıya münasibətdə məhkəməyə çatımlılıq və ədalət mühakiməsi hüququn pozulması hesab edilə bilməz.
11. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.
12. Göstərilənlərə əsasən və İPM-in 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Ləman Musayeva