Məhkəmə qərarları › İş №e-2-1(112)-9667/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-9667/2021

03.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-9667/2021 03.12.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili “Kəngərli və Partnyorları” Vəkil bürosunun vəkili Vəkil, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsi X2 iştirakları ilə iddiaçı-İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, müəyyən etdi: İddiaçı-İddiaçı (bundan sonra mətndə İddiaçı MMC) Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə (bundan sonra mətndə Bakı şəhəri LGBİ) qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri LGBİ-nin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 27 iyul 2021-ci il tarixli, **********48527 nömrəli qərarın ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri LGBİ tərəfindən aparılmış vergi nəzarəti nəticəsində mənfəət vergisi 2017-ci il üzrə 29.486,54 manat, 2018-ci il üzrə 33.861,64 manat, 2019-cu il üzrə 54.329,79 manat azaldılmışdır. Həmçinin həmin qərarla əlavə dəyər vergisi 2019-cu il üzrə 0,04 manat, 2020-ci il üzrə 221.505,81 manat, əmlak vergisi isə 2017-ci il üzrə 120 manat, 2018-ci il üzrə 211,40 manat, 2019-cu il üzrə 22,85 manat azaldılmışdır. Bundan əlavə ödəmə mənbəyindən tutulan vergi 2018-ci il üzrə 126 manat azaldılmışdır. Ümumilikdə mənfəət vergisi, əlavə dəyər vergisi, əmak vergisi və ödəmə mənbəyindən tutulan vergi 339.666,07 manat məbləğində azaldılmışdır. Həmçinin qeyd olunan illər üzrə mənfəət vergisi, əlavə dəyər vergisi, əmlak vergisi və ödəmə mənbəyindən tutulan vergi üzrə maliyyə sanksiyası ümumi olaraq 169.953,05 manat məbləğində hesablanmışdır. Bununla bağlı Bakı şəhəri LGBİ-nin rəisi tərəfindən İddiaçı MMC-nin faəliyyəti üzrə 2017-2020-ci illər vergi dövrlərini əhatə edən və Səyyar vergi yoxlmasının nəticələri haqqında 08 iyun 2021-ci il tarixli, **********141737 nömrəli aktı nəzərə alınmaqla vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında 27 iyul 2021-ci il tarixli, 2**********48527 nömrəli qərar qəbul edilmişdir. Daha sonra Bakı şəhəri LGBİ-nin rəis müavini tərəfindən İddiaçı MMC-nin 187.465,78 manat məbləğində borcu üzrə araşdırması nəticəsində qəbul olunmuş pul vəsaitinin vergi ödəyicisinin ƏDV sub-uçot hesabında dondurulması barədə 28 iyul 2021-ci il tarixli, **********770300 saylı qərarı ilə, əsassız olaraq, İddiaçı MMC-nin faiz və tətbiq edilmiş maliyyə sanksiyası üzrə borcunun 105 faizi həcmində vergi ödəyicisinin ƏDV subuçot hesabında olan pul vəsaitinin dondurulması qərara alınmışdır. Yuxarıda qeyd olunan vergi hesablamaları düzgün aparılmadığı üçün Bakı şəhəri LGBİ-nin 27 iyul 2021-ci il tarixli 2**********48527 nömrəli qərarı, həmçinin pul vəsaitinin vergi ödəyicisinin ƏDV subuçot hesabında dondurulması barədə 28 iyul 2021-ci il tarixli, **********770300 saylı qərarı qanunsuz və əsassız olduğuna görə ləğv olunmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş və sonuncudan iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh Bakı şəhəri LGBİ tərəfindən məhkəməyə təqdim olunmuş 10.09.2021-ci il tarixli **********500600 №li iddiaya dair yazılı etirazda göstərilmişdir ki, İddiaçı MMC cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə (bundan sonra cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən qəbul edilmiş 27.07.2021-ci il tarixli 2**********48527 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarın ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Cavabdeh İddiaçı MMC-nin iddia ərizəsində irəli sürdüyü iddia tələbi ilə razılaşmır, aşağıda qeyd olunan faktlara və hüquq normalarına əsasən etiraz edir. Belə ki, Vergi Məcəlləsinin 23.1.1, 23.1.3, 24.0.1, 32.1, 32.4 və 41.1-ci maddələrinin tələblərinə müvafiq olaraq cavabdehin 28.10.2020-ci il tarixli **********141153 saylı qərarına əsasən "xxxx" MMC-də Vergi Məcəlləsinin 38.2-ci maddəsinə əsasən, vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi (vergilərin və digər icbari ödənişlərin hesablanması, tutulması və ödənilməsi) vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə növbəti səyyar vergi yoxlaması keçirilmişdir. Yoxlanılan dövrdə müəssisə vergi ödəyicisi kimi vergi orqanında qeydiyyatı zamanı ixtisaslaşdırılmamış topdan satış ilə məşğul olmuşdur. Yoxlamanın aparılması üçün 29.10.2020-ci il tarixli **********141185 saylı Tələbnamə və 19.05.2020-ci il tarixli **********146950 saylı “Sənədlərin və nümunə kimi əşyalann götürülməsi haqqında” qərar iddiaçıya təqdim olunmuş və iddiaçı tərəfindən müvafiq sənədlər qismən təqdim edildiyindən “Sənədlərin qismən təqdim edilməsi barədə” və “Sənədlərin və nümunə kimi əşyaların verilməsindən imtina haqqında” aktı tərtib olunmuşdur. Yoxlama ilə vergilər aşağıdakı qaydada hesablanmışdır: Mənfəət vergisinin yoxlanılması üzrə: Yoxlama ilə əhatə olunan dövrdə iddiaçı mənfəət vergisinin ödəyicisi olmuş və mənfəət vergisi bəyannamələrini vergi orqanına vaxtında təqdim etmişdir. İddiaçı tərəfindən vergi orqanına təqdim edilmiş 2017-ci il üzrə kassa metodlu gəlir vergisi bəyannaməsində gəlirlər 1.079.464.58 manat, gəlirin əldə edilməsilə bağlı çəkilmiş xərclər 1.034.638.09 manat, o cümlədən icarə haqqı 3600.00 manat, əmək haqqı 9079.00 manat, Sosial Müdafiə Fonduna ayırmalar 1997.38 manat, xammal və materiallar 1.014.696.71 manat, enerji xərcləri 230.00 manat, yanacaq xərcləri 400.00 manat, su və kanalizasiya xərcləri 50.00 manat, bank xidməti üzrə xərcləri 2600.00 manat, borca görə faizlər və onunla bağlı xərclər 1320.00 manat, sığorta üzrə xərclər 65.00 manat, digər xərclər 600 manat ,vergiyə cəlb edilən gəlir 44.826.49 manat, 8.965.30 manat mənfəət vergisi göstərilmişdir. İddiaçı tərəfindən vergi orqanına təqdim edilmiş 2018-ci il üzrə kassa metodlu gəlir vergisi bəyannaməsində gəlirlər 1.226.912.62 manat, gəlirin əldə edilməsilə bağlı çəkilmiş xərclər 1.173.097.24 manat, o cümlədən icarə haqqı 6000.00 manat, əmək haqqı 9.710.00 manat, Sosial Müdafiə Fonduna ayırmalar 2136.20 manat, xammal və materiallar 1.128.759.6 manat, enerji xərcləri 270.00 manat, yanacaq xərcləri 2800.00 manat, bank xidməti üzrə xərcləri 4160.00 manat, borca görə faizlər və onunla bağlı xərclər 11.447.44 manat, sığorta üzrə xərclər 114.00 manat, digər xərclər 1700 manat maşınlar və avadanlıqlar üzrə hesablanmış amortizasiya 6.000 manat, vergiyə cəlb edilən gəlir 53815.38 manat, 10763.08 manat mənfəət vergisi göstərilmişdir. İddiaçı tərəfindən vergi orqanına təqdim edilmiş 2019-cu il üzrə kassa metodlu gəlir vergisi bəyannaməsində gəlirlər 2048326.30 manat, gəlirin əldə edilməsilə bağlı çəkilmiş xərclər 1982953.90 manat, o cümlədən icarə haqqı 2700.00 manat, əmək haqqı 16190.00 manat, Sosial Müdafiə Fonduna ayırmalar 3329.15 manat, xammal və materiallar 1942418.00 manat, yanacaq xərcləri 1120.79 manat, bank xidməti üzrə xərcləri 12280.54 manat, digər xərclər 345.42 manat, maşınlar və avadanlıqlar üzrə hesablanmış amortizasiya 4570,00 manat,vergiyə cəlb edilən gəlir 65372.40 manat, 13074.48 manat mənfəət vergisi göstərilmişdir. Vergi Məcəlləsinin 16.1.3-cü maddəsinə əsasən, qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin), o cümlədən vergidən azad edilən gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq vergi ödəyicisinin vəzifələrinə aid edilmişdir. Lakin, yoxlama zamanı yoxlanılan dövr üzrə bilavasitə malların təqdim edilməsi (işlərin görülməsi və xidmətlərin göstərilməsi) ilə bağlı gəlirləri təsdiq edən rəsmi sənədlər yoxlamaya təqdim edilməmişdir. Odur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.03.2001-ci il tarixli 55 saylı (əlavə və dəyişikliklər 04 aprel 2003-cü il tarixli 42 saylı) Qərarına əsasən şərti rentabellik səviyyəsi 20% götürülərək Vergi Məcəlləsinin 83.9-cu maddəsinə əsasən vergi ödəyicisinin çəkdiyi xərcləri (ƏDV nəzərə alınmadan) əsasında 2017-ci, 2018-ci və 2019-cu illər üzrə mənfəəti aşağıdakı kimi hesablandı. X1 M1=-------------- x R 100 2017-cı il üzrə: M1 - vergi ödəyicisinin gəliri, X1 - xərc (ƏDV nəzərə alınmadan) və R -şərti rentabellik norması. Yoxlama ilə 2016-cı il üzrə icarə haqqı 3600.00 manat, əmək haqqı 9.079.00 manat, Sosial Müdafiə Fonduna ayırmalar 1997.38 manat, xammal və materiallar 942 699.65 manat, bank xidməti üzrə xərcləri 2600.00 manat, borca görə faizlər və onunla bağlı xərclər 1320.00 manat, ümumilikdə 961296.03 manat xərcləri (ƏDV nəzərə alınmadan) əsasında gəliri aşağıdakı kimi hesablandı. 961296.03 M1 =----------------------- x 20 = 192259.21 100 2017-ci il üzrə hesablanmış 192259.21 manat gəlirdən 20% dərəcə ilə 38451.84 manat mənfəət vergisi hesablandı. Yoxlama ilə vergi ödəyicisi tərəfindən Vergi Məcəlləsinin 104-cu maddəsinin tələbləri pozulmaqla 2017-ci il üzrə mənfəət vergisinin bəyannamədə göstərilən məbləğinin bəyannamədə göstərilməli olan məbləğinə nisbətən 29486.54 manat azaldılması müəyyən edilmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən mənfəət vergisinin hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılmasına görə, azaldılmış 29 486.54 manat mənfəət vergisi məbləğinə 50 % miqdarında 14743.27 manat maliyyə sanksiyası tətbiq edilməsi təklif olunmuşdur. 2018-ci il üzrə: M1 - vergi ödəyicisinin gəliri, X1 - xərc (ƏDV nəzərə alınmadan) və R -şərti rentabellik norması. Yoxlama ilə 2018-ci il üzrə icarə haqqı 3600 manat, əmək haqqı 9710.00 manat, Sosial Müdafiə Fonduna ayırmalar 2136.20 manat, xammal və materiallar 1077805.48 manat, bank xidməti üzrə xərcləri 4160.00 manat, borca görə faizlər və onunla bağlı xərclər 11447.44 manat, sığorta üzrə xərclər 26.40 manat, digər xərclər 732.58 manat, maşınlar və avadanlıqlar üzrə hesablanmış amortizasiya 6000 manat, ümumilikdə 1.115.618.10 manat xərcləri (ƏDV nəzərə alınmadan) əsasında gəliri aşağıdakı kimi hesablanmışdır. 1115618.10 M1 = ----------------------- x 20 = 223123.62 100 2018-ci il üzrə hesablanmış 223123.62 manat gəlirdən 20% dərəcə ilə 44624.72 manat mənfəət vergisi hesablanmışdır. Yoxlama ilə vergi ödəyicisi tərəfindən Vergi Məcəlləsinin 104-cu maddəsinin tələbləri pozulmaqla 2018-ci il üzrə mənfəət vergisinin bəyannamədə göstərilən məbləğinin bəyannamədə göstərilməli olan məbləğinə nisbətən 33861.64 manat azaldılması müəyyən edilmişdir. Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən mənfəət vergisinin hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılmasına görə, azaldılmış 33861.64 manat mənfəət vergisi məbləğinə 50% miqdarında 16.930.82 manat maliyyə sanksiyası tətbiq edilməsi təklif olunmuşdur. 2019-cu il üzrə: M1 - vergi ödəyicisinin gəliri, X1 - xərc (ƏDV nəzərə alınmadan) və R -şərti rentabellik norması. Yoxlama ilə 2019-cu il üzrə icarə haqqı 3600.00 manat, əmək haqqı 16190.00 manat, Sosial Müdafiə Fonduna ayırmalar 3329.15 manat, xammal və materiallar 1.643.292.85 manat, yanacaq xərcləri 1210.63 manat, bank xidməti üzrə xərcləri 12280.54 manat, sığorta üzrə xərclər 232.56 manat,digər xərclər 401.00 manat, maşınlar və avadanlıqlar üzrə hesablanmış amortizasiya 4570,00 manat, ümumilikdə 1685106.73 manat xərcləri (ƏDV nəzərə alınmadan) əsasında gəliri aşağıdakı kimi hesablandı. 1.685.106.73 M1 = ----------------------- x 20 = 337021.35 100 2019-cu il üzrə hesablanmış 337021.35 manat gəlirdən 20% dərəcə ilə 67404.27 manat mənfəət vergisi hesablanmışdır. Yoxlama ilə vergi ödəyicisi tərəfindən Vergi Məcəlləsinin 104-cu maddəsinin tələbləri pozulmaqla 2019-cu il üzrə mənfəət vergisinin bəyannamədə göstərilən məbləğinin bəyannamədə göstərilməli olan məbləğinə nisbətən 54329.79 manat azaldılması müəyyən edilmişdir. Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən mənfəət vergisinin hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılmasına görə, azaldılmış 54329.79 manat mənfəət vergisi məbləğinə 50% miqdarında 27164.90 manat maliyyə sanksiyası tətbiq edilməsi təklif olunur. Əlavə dəyər vergisinin yoxlanılması üzrə: Cəmiyyət tərəfindən Əlavə dəyər vergisinin azaldılmasının səbəbləri aşağıda qeyd olunanlarla bağlıdır: Yoxlama zamanı yoxlanılan dövr üzrə bilavasitə malların təqdim edilməsi (işlərin görülməsi və xidmətlərin göstərilməsi) ilə bağlı gəlirləri təsdiq edən rəsmi sənədlər yoxlamaya təqdim edilməmişdir. Vergi ödəycisi 21.05.2021-ci il tarixli **********538600 nömrəli məktubla 01.09.2017ci və 31.08.2020-ci il tarixə mal qalığı barədə məlumatı təqdim etmişdir. İddiaçı tərəfindən yoxlama dövründə nağd satılmış mallara dair hər hansı bir sənəd təqdim edilmədiyi üçün qaiməsiz satış elektron qaimə ilə satılan malların ortalama qiyməti ilə müqayisə edilərkən 1.230.594.90 manat dövriyyə, 1230594.90 x 18%=221507.08 manat ƏDV kənarlaşması yaranmışdır. Yayındırılmış verginin 50%-i 221507.08 x 50%=110753.54 manat maliyyə sanksiyası tətbiq edilməsi təklif edilmişdir (cədvəl əlavə olunur). Əmlak vergisi Yoxlama ilə cəmiyyət tərəfindən vergi orqanına təqdim edilmiş ödəmə mənbəyində tutulan vergilərin düzgünlüyü vəziyyəti araşdırıldı və Vergi Məcəlləsinin 201-ci maddəsinin tələbinin pozulması halı aşkar edildi. Belə ki, vergi ödəycisi 2017-ci ilin Mənfəət vergisi bəyannaməsinin 1 nömrəli əlavəsində dövr ərzində daxil olmuşdur 24000.00 manat, ilin sonuna 24000.00 manat, 2018-ci ilin Mənfəət vergisi bəyannaməsinin 1 nömrəli əlavəsində dövrün əvvəlinə 24000.00 manat, dövrün sonuna 18280.00 manat göstərmişdir. Lakin, 2017-ci və 2018-ci ilin Əmlak vergisi bəyannamələrin təqdim etməmişdir. Vergi ödəyicisi 2019-cu ildə dövrün əvvəlinə qalıq 13710,00 manat göstərmiş, lakin 2018-ci ilin sonun qalıq 18280.00 manat olduğundan 22,85 manat kənarlaşma yaranmışdır. Nəticədə 354.25 manat əmlak vergisini yayındırmışdır. Yayındırılmış məbləğin 50%-i 177.13 manat maliyyə sanksiyası tətbiq edilməsi təklif olunmuşdur. Ödəmə mənbəyindən tutulan vergi: İddiaçı tərəfindən 2018-ci ilin 4-cü rüb ödəmə mənbəyində tutulan vergi bəyannaməsi təqdim edilməmişdir. Beləliklə 900 manat icarə haqqından ödəmə mənbəyindən 126.00 manat vergi tutulmayıb. Bəyannamə təqdim etməməklə yayındırılmış 126.00 manatın 50%-İ 63.00 manat maliyyə sanksiyası tətbiq edilməsi təklif edilmişdir. Cavabdeh inzibati orqan qeyd olunan hüquq normalarına və faktlara əsaslanaraq, İddiaçı MMC tərəfindən irəli sürülmüş iddia tələbi əsassız olduğu üçün iddianın rədd edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir Məhkəmə iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh Bakı şəhəri LGBİ-nin nümayəndəsi X3 iddianı qəbul etməyərək və iddia tələbinə dair yazılı etiraza uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndələrinin izahatlarını dinləyib və işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İPM-nin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); 32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). İşin faktiki halları (adları çəkilən sənədlər iş materiallarına əlavə edilmişdir): Azərbaycan Respublikası Vergilər Nazirliyinin “İnzibati şikayətin təmin edilməsi haqqında” **********352800 №li 19 avqust 2020-ci il tarixli qərarından görünür ki, İddiaçı MMC şikayətində 2019-cu il üçün mənfəət vergisi üzrə hesablanmış 112754,67 manat vergi məbləğinin azaldılmasını xahiş etmişdir. Uçot-baza məlumatına əsasən vergi ödəyicisinin 08.02.2016-cı il tarixdən vergi ödəyicisi kimi və həmin tarixdən ƏDV-nin məqsədləri üçün qeydiyyata alındığı, əsas fəaliyyətinin “ixtisaslaşdırılmamış topdansatış” olduğu müəyyən edilmişdir. Kameral vergi yoxlaması zamanı 2019-cu il üzrə ƏDV bəyannamələrində vergiyə cəlb edilən dövriyyə 2048326,30 manat təşkil etdiyi halda, 2019-cu il üçün hesablama metodu ilə təqdim edilmiş mənfəət vergisi bəyannaməsində vergiyə cəlb edilən dövriyyə 1653975,43 manat göstərildiyi üçün kənarlaşma yaranmış, eyni zamanda yük gömrük bəyannamələri məlumatlarına əsasən Cəmiyyət tərəfindən 2019-cu il üzrə idxal edilmiş malların statistik dəyərinin 1937771.21 manat (ƏDV-siz) məbləğində müəyyən edilməsinə baxmayaraq, həmin mallar üzrə faktura (invoys) dəyəri 1700231,75 manat təşkil etmişdir ki, bu da vergi və mühasibat uçotunun düzgün aparılmaması, xərclərin 237539,46 manat məbləğində süni şəkildə artırılması və hesablanması vergi məbləğinin azaldılması kimi qiymətləndirilmişdir. Qeyd edilənlərə əsasən vergi orqanı tərəfindən “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqında” 29.03.2020-ci il tarixli **********993700 nömrəli və 18.06.2020-ci il tarixli **********108100 nömrəli məktublar göndərilərək, müvafiq bəyannamə və araşdırma üçün zəruri olan sənədlərin təqdim edilməsi tələb edilmiş, vergi ödəyicisi tərəfindən təsdiqedici sənədlər tam olaraq təqdim edilmədiyi üçün Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əasən 2019-cu il üçün mənfəət vergisi üzrə 112754,67 manat vergi məbləği hesablanaraq, 06.07.2020-ci il tarixli **********938900 və **********219000 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarlar qəbul olunmuşdur. İnzibati araşdırmaya təqdim edilmiş sənədlərlə Cəmiyyət tərəfindən 2019-cu il üzrə idxal edilmiş və daxili bazardan alınmış malların maya dəyərinin 2.000.823,11 manat (144.330,0 + 156.261,36 + 1.700.231,75) təşkil etdiyi müəyyən edilmişdir. Bununla belə, 18.08.2019-cu il tarixdə 2019-cu il üçün mənfəət vergisi üzrə təqdim edilmiş dəqiqləşdirilmiş bəyannamədə malların təqdim edilməsindən gəlir sətrində göstərilmiş 2.048.326,30 manat məbləğin 137.865,51 manatı (20483226,30-669674,79) nağd satışdan barət olmuş, həmçinin malların təqdim edilməsi ilə bağlı xammal və materiallar üzrə 1942418,00 manat xərc məbləği göstərilmişdir ki, ticarət əlavəsi 5,45 % (2048326,30/1942418,0) təşkil etmiş, həmçinin 2019-cu il üzrə idxal edilmiş və daxili bazardan alınmış malların çəkisi 1845282,0 kq. təşkil etdiyi halda, təqdim edilmiş malların hərəkəti cədvəlində həmin malların çəkisi 1861022,0 kq. göstərilmişdir. Beləliklə, Cəmiyyət tərəfindən təqdim edilmiş bank çıxarışları, kassa-məxaric sənədləri, cədvəl məlumatları və uçot-baza məlumatlarının təhlili zamanı 2019-cu ildə 2.000.823,11 manat məbləğində mal alındığı və bunun əksinin inzibati araşdırma zamanı sübuta yetirilmədiyi, həmçinin ödəmə mənbəyində tutulan vergilər üzrə dəqiqləşmiş bəyannamələr təqdim edilərək əlavə 11.096,43 manat vergi hesablandığı nəzərə alınaraq, İddiaçı MMC-nin 15.05.2020-ci il, 21.07.2020-ci il və 22.07.2020-ci il tarixli inzibati şikayətlərinin təmin edilməsi, Dövlət Vergi Xidmətinin Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 06.07.2020-ci il tarixli **********938900 və **********219000 nömrəli qərarların ləğv edilməsi qərara alınmışdır. Cavabdeh Vergi orqanının 28.10.2020-ci il tarixli **********141153 nömrəli qərarına əsasən İddiaçı MMC üzrə Vergi Məcəlləsinin 38.2-ci maddəsinə əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədilə sentyabr 2017-ci il tarixdən avqust 2020-ci il tarixədək olan dövr üzrə növbəti səyyar vergi yoxlaması təyin edilmiş, vergi ödəyicisinə “Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması məqsədilə zəruri olan sənədlərin təqdim olunması haqqında” **********141185 №li 29.10.2020-ci il tarixi tələbnamə göndərilmiş, yoxlama “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində” 23.09.2021-ci il tarixdə qeydiyyata alınmış, yoxlama 29.03.2021-ci il tarixdən 19.04.2021-ci il tarixinədək, 01.04.2021-ci il tarixdən 19.04.2021-ci il tarixinədək, 19.04.2021-ci il tarixdən 19.05.2021-ci il tarixinədək, 19.05.2021-ci il tarixdən 03.06.2021ci il tarixinədək dayandırılmış, yoxlamanın müddəti 23.12.2020-ci il tarixdən 09.02.2021-ci il tarixədək, 09.02.2021-ci il tarixdən 29.03.2021-ci il tarixinədək artırılmış və yoxlama 08.06.2021-ci il tarixli **********141737 nömrəli səyyar vergi yoxlaması aktı ilə rəsmiləşdirilmişdir. Cavabdeh Vergi orqanı tərəfindən yoxlama nətcəsində iddiaçı vergi ödəyicisinə hesablanmış vergilərin məbləği və əsası aşağıdaki kimi olmuşdur: Yoxlama ilə əhatə olunan dövrdə vergi ödəyicisi mənfəət vergisinin ödəyicisi olmuş və mənfəət vergisi bəyannamələrini vergi orqanına vaxtında təqdim etmişdir. Vergi ödəyicisi tərəfindən vergi orqanına təqdim edilmiş 2017-ci il üzrə kassa metodlu gəlir vergisi bəyannaməsində gəlirlər 1.079.464.58 manat, gəlirin əldə edilməsilə bağlı çəkilmiş xərclər 1.034.638.09 manat, o cümlədən icarə haqqı 3.600.00 manat, əmək haqqı 9.079.00 manat, Sosial Müdafiə Fonduna ayırmalar 1.997.38 manat, xammal və materiallar 1.014.696.71 manat, enerji xərcləri 230.00 manat, yanacaq xərcləri 400.00 manat, su və kanalizasiya xərcləri 50.00 manat, bank xidməti üzrə xərcləri 2600.00 manat, borca görə faizlər və onunla bağlı xərclər 1320.00 manat, sığorta üzrə xərclər 65.00 manat, digər xərclər 600 manat ,vergiyə cəlb edilən gəlir 44.826.49 manat, 8.965.30 manat mənfəət vergisi göstərilmişdir. Vergi ödəyicisi tərəfindən vergi orqanına təqdim edilmiş 2018-ci il üzrə kassa metodlu gəlir vergisi bəyannaməsində gəlirlər 1.226.912.62 manat, gəlirin əldə edilməsilə bağlı çəkilmiş xərclər 1.173.097.24 manat, o cümlədən icarə haqqı 6000.00 manat, əmək haqqı 9.710.00 manat, Sosial Müdafiə Fonduna ayırmalar 2.136.20 manat, xammal və materiallar 1.128.759.6 manat, enerji xərcləri 270.00 manat, yanacaq xərcləri 2800.00 manat, bank xidməti üzrə xərcləri 4160.00 manat, borca görə faizlər və onunla bağlı xərclər 11.447.44 manat, sığorta üzrə xərclər 114.00 manat, digər xərclər 1700 manat maşınlar və avadanlıqlar üzrə hesablanmış amortizasiya 6.000 manat, vergiyə cəlb edilən gəlir 53815.38 manat, 10.763.08 manat mənfəət vergisi göstərilmişdir. Vergi ödəyicisi tərəfindən vergi orqanına təqdim edilmiş 2019-cu il üzrə kassa metodlu gəlir vergisi bəyannaməsində gəlirlər 2048326.30 manat, gəlirin əldə edilməsilə bağlı çəkilmiş xərclər 1982953.90 manat, o cümlədən icarə haqqı 2700.00 manat, əmək haqqı 16190.00 manat, Sosial Müdafiə Fonduna ayırmalar 3329.15 manat, xammal və materiallar 1942418.00 manat, yanacaq xərcləri 1120.79 manat, bank xidməti üzrə xərcləri 12280.54 manat, digər xərclər 345.42 manat, maşınlar və avadanlıqlar üzrə hesablanmış amortizasiya 4570,00 manat,vergiyə cəlb edilən gəlir 65372.40 manat, 13074.48 manat mənfəət vergisi göstərilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.03.2001-ci il tarixli 55 saylı (əlavə və dəyişikliklər 04 aprel 2003-cü il tarixli 42 saylı) Qərarına əsasən şərti rentabellik səviyyəsi 20% götürülərək Vergi Məcəlləsinin 83.9-cu maddəsinə əsasən vergi ödəyicisinin çəkdiyi xərcləri (ƏDV nəzərə alınmadan) əsasında 2017-ci, 2018-ci və 2019cu illər üzrə mənfəəti aşağıdakı kimi hesablandı. X1 M1=-------------- x R 100 2017-cı il üzrə: M1 - vergi ödəyicisinin gəliri, X1 - xərc (ƏDV nəzərə alınmadan) və R -şərti rentabellik norması. Yoxlama ilə 2016-cı il üzrə icarə haqqı 3600.00 manat, əmək haqqı 9.079.00 manat, Sosial Müdafiə Fonduna ayırmalar 1997.38 manat, xammal və materiallar 942 699.65 manat, bank xidməti üzrə xərcləri 2600.00 manat, borca görə faizlər və onunla bağlı xərclər 1320.00 manat, ümumilikdə 961296.03 manat xərcləri (ƏDV nəzərə alınmadan) əsasında gəliri aşağıdakı kimi hesablandı. 961296.03 M1 =----------------------- x 20 = 192259.21 100 2017-ci il üzrə hesablanmış 192259.21 manat gəlirdən 20% dərəcə ilə 38451.84 manat mənfəət vergisi hesablandı. Yoxlama ilə vergi ödəyicisi tərəfindən Vergi Məcəlləsinin 104-cu maddəsinin tələbləri pozulmaqla 2017-ci il üzrə mənfəət vergisinin bəyannamədə göstərilən məbləğinin bəyannamədə göstərilməli olan məbləğinə nisbətən 29486.54 manat azaldılması müəyyən edilmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən mənfəət vergisinin hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılmasına görə, azaldılmış 29 486.54 manat mənfəət vergisi məbləğinə 50 % miqdarında 14743.27 manat maliyyə sanksiyası tətbiq edilməsi təklif olunmuşdur. 2018-ci il üzrə: M1 - vergi ödəyicisinin gəliri, X1 - xərc (ƏDV nəzərə alınmadan) və R -şərti rentabellik norması. Yoxlama ilə 2018-ci il üzrə icarə haqqı 3600 manat, əmək haqqı 9710.00 manat, Sosial Müdafiə Fonduna ayırmalar 2136.20 manat, xammal və materiallar 1077805.48 manat, bank xidməti üzrə xərcləri 4160.00 manat, borca görə faizlər və onunla bağlı xərclər 11447.44 manat, sığorta üzrə xərclər 26.40 manat, digər xərclər 732.58 manat, maşınlar və avadanlıqlar üzrə hesablanmış amortizasiya 6000 manat, ümumilikdə 1.115.618.10 manat xərcləri (ƏDV nəzərə alınmadan) əsasında gəliri aşağıdakı kimi hesablanmışdır. 1115618.10 M1 = ----------------------- x 20 = 223123.62 100 2018-ci il üzrə hesablanmış 223123.62 manat gəlirdən 20% dərəcə ilə 44624.72 manat mənfəət vergisi hesablanmışdır. Yoxlama ilə vergi ödəyicisi tərəfindən Vergi Məcəlləsinin 104-cu maddəsinin tələbləri pozulmaqla 2018-ci il üzrə mənfəət vergisinin bəyannamədə göstərilən məbləğinin bəyannamədə göstərilməli olan məbləğinə nisbətən 33861.64 manat azaldılması müəyyən edilmişdir. Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən mənfəət vergisinin hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılmasına görə, azaldılmış 33861.64 manat mənfəət vergisi məbləğinə 50% miqdarında 16930.82 manat maliyyə sanksiyası tətbiq edilməsi təklif olunmuşdur. 2019-cu il üzrə: M1 - vergi ödəyicisinin gəliri, X1 - xərc (ƏDV nəzərə alınmadan) və R -şərti rentabellik norması. Yoxlama ilə 2019-cu il üzrə icarə haqqı 3600.00 manat, əmək haqqı 16190.00 manat, Sosial Müdafiə Fonduna ayırmalar 3329.15 manat, xammal və materiallar 1.643.292.85 manat, yanacaq xərcləri 1210.63 manat, bank xidməti üzrə xərcləri 12280.54 manat, sığorta üzrə xərclər 232.56 manat,digər xərclər 401.00 manat, maşınlar və avadanlıqlar üzrə hesablanmış amortizasiya 4570,00 manat, ümumilikdə 1685106.73 manat xərcləri (ƏDV nəzərə alınmadan) əsasında gəliri aşağıdakı kimi hesablandı. 1.685.106.73 M1 = ----------------------- x 20 = 337021.35 100 2019-cu il üzrə hesablanmış 337021.35 manat gəlirdən 20% dərəcə ilə 67404.27 manat mənfəət vergisi hesablanmışdır. Yoxlama ilə vergi ödəyicisi tərəfindən Vergi Məcəlləsinin 104-cu maddəsinin tələbləri pozulmaqla 2019-cu il üzrə mənfəət vergisinin bəyannamədə göstərilən məbləğinin bəyannamədə göstərilməli olan məbləğinə nisbətən 54329.79 manat azaldılması müəyyən edilmişdir. Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən mənfəət vergisinin hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılmasına görə, azaldılmış 54329.79 manat mənfəət vergisi məbləğinə 50% miqdarında 27164.90 manat maliyyə sanksiyası tətbiq edilməsi təklif olunur. Əlavə dəyər vergisinin yoxlanılması üzrə: Cəmiyyət tərəfindən Əlavə dəyər vergisinin azaldılmasının səbəbləri aşağıda qeyd olunanlarla bağlıdır: Yoxlama zamanı yoxlanılan dövr üzrə bilavasitə malların təqdim edilməsi (işlərin görülməsi və xidmətlərin göstərilməsi) ilə bağlı gəlirləri təsdiq edən rəsmi sənədlər yoxlamaya təqdim edilməmişdir. Vergi ödəycisi 21.05.2021-ci il tarixli **********538600 nömrəli məktubla 01.09.2017ci və 31.08.2020-ci il tarixə mal qalığı barədə məlumatı təqdim etmişdir. İddiaçı tərəfindən yoxlama dövründə nağd satılmış mallara dair hər hansı bir sənəd təqdim edilmədiyi üçün qaiməsiz satış elektron qaimə ilə satılan malların ortalama qiyməti ilə müqayisə edilərkən 1.230.594.90 manat dövriyyə, 1230594.90 x 18%=221507.08 manat ƏDV kənarlaşması yaranmışdır. Yayındırılmış verginin 50%-i 221507.08 x 50%=110753.54 manat maliyyə sanksiyası tətbiq edilməsi təklif edilmişdir (cədvəl əlavə olunur). Əmlak vergisi Yoxlama ilə cəmiyyət tərəfindən vergi orqanına təqdim edilmiş ödəmə mənbəyində tutulan vergilərin düzgünlüyü vəziyyəti araşdırıldı və Vergi Məcəlləsinin 201-ci maddəsinin tələbinin pozulması halı aşkar edildi. Belə ki, vergi ödəycisi 2017-ci ilin Mənfəət vergisi bəyannaməsinin 1 nömrəli əlavəsində dövr ərzində daxil olmuşdur 24000.00 manat, ilin sonuna 24000.00 manat, 2018-ci ilin Mənfəət vergisi bəyannaməsinin 1 nömrəli əlavəsində dövrün əvvəlinə 24000.00 manat, dövrün sonuna 18280.00 manat göstərmişdir. Lakin, 2017-ci və 2018-ci ilin Əmlak vergisi bəyannamələrin təqdim etməmişdir. Vergi ödəyicisi 2019-cu ildə dövrün əvvəlinə qalıq 13710,00 manat göstərmiş, lakin 2018-ci ilin sonun qalıq 18280.00 manat olduğundan 22,85 manat kənarlaşma yaranmışdır. Nəticədə 354.25 manat əmlak vergisini yayındırmışdır. Yayındırılmış məbləğin 50%-i 177.13 manat maliyyə sanksiyası tətbiq edilməsi təklif olunmuşdur. Ödəmə mənbəyindən tutulan vergi: İddiaçı tərəfindən 2018-ci ilin 4-cü rüb ödəmə mənbəyində tutulan vergi bəyannaməsi təqdim edilməmişdir. Beləliklə 900 manat icarə haqqından ödəmə mənbəyindən 126.00 manat vergi tutulmayıb. Bəyannamə təqdim etməməklə yayındırılmış 126.00 manatın 50%-İ 63.00 manat maliyyə sanksiyası tətbiq edilməsi təklif edilmişdir. Bundan əlavə yoxlama ilə əhatə olunan dövr ərzində vergi bəyannaməsi vergi orqanına vaxtında təqdim edilmədiyinə görə Vergi Məcəlləsinin 57.1-ci maddəsinə əsasən vergi ödəyicisinə 160,00 manat məbləğində maliyyə sanksiyasının tətbiq edilməsi təklif olunmuşdur. Bakı şəhəri LGBİ-nin rəis müavini vergi xidməti müşaviri X4 tərəfindən İddiaçı MMC üzrə keçirilmiş səyyar vergi yoxlamasının nəticələri haqqında 08.06.2021-ci il tarixli **********141737 nömrəli aktı əsasında “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 2**********48527 saylı 27.07.2021-ci il tarixli qərar qəbul olunmuşdur. Qeyd olunan qərarla İddiaçı MMC-yə 2017-ci il üzrə 29.486,54 manat mənfəət vergisinin azaldılmasına görə 29.486,54 manat əlavə hesablama aparılmış və VM-nin 58.1-ci maddəsinə əsasən həmin məbləğə 14743,27 manat maliyyə sanksiyası tətbiq olunmuş; 2018-ci il üzrə 33.861,64 manat mənfəət vergisinin azaldılmasına görə 33.861,64 manat əlavə hesablama aparılmış və VM-nin 58.1-ci maddəsinə əsasən həmin məbləğə 16930,82 manat maliyyə sanksiyası tətbiq olunmuş; 2019-cu il üzrə 54.329,79 manat mənfəət vergisinin azaldılmasına görə 54.329,79 manat əlavə hesablama aparılmış və VM-nin 58.1-ci maddəsinə əsasən həmin məbləğə 27164,90 manat maliyyə sanksiyası tətbiq olunmuş; 2019-cu il üzrə 0,04 manat ƏDV-nin azaldılmasına görə 0,04 manat əlavə hesablama aparılmış və VM-nin 58.1-ci maddəsinə əsasən həmin məbləğə 0,02 manat maliyyə sanksiyası tətbiq olunmuş; 2020-ci il üzrə 221507,81 manat ƏDV-nin azaldılmasına görə 221507,81 manat əlavə hesablama aparılmış və VM-nin 58.1-ci maddəsinə əsasən həmin məbləğə 110753 manat maliyyə sanksiyası tətbiq olunmuş; 2017-ci il üzrə 120 manat əmlak vergisinin azaldılmasına görə 120 manat əlavə hesablama aparılmış və VM-nin 58.1-ci maddəsinə əsasən həmin məbləğə 60 manat maliyyə sanksiyası tətbiq olunmuş; 2018-ci il üzrə 211,40 manat əmlak vergisinin azaldılmasına görə 211,40 manat əlavə hesablama aparılmış və VM-nin 58.1-ci maddəsinə əsasən həmin məbləğə 105,70 manat maliyyə sanksiyası tətbiq olunmuş; 2019-cu il üzrə 22,85 manat əmlak vergisinin azaldılmasına görə 22,85 manat əlavə hesablama aparılmış və VM-nin 58.1-ci maddəsinə əsasən həmin məbləğə 11,43 manat maliyyə sanksiyası tətbiq olunmuş; 2018-ci il üzrə 126 manat ödəmə mənbəyində tutulan vergisinin azaldılmasına görə 126 manat əlavə hesablama aparılmış və VM-nin 58.1-ci maddəsinə əsasən həmin məbləğə 63 manat maliyyə sanksiyası tətbiq olunmuş; 2017-ci il üzrə vergi hesabatının və arayışın vaxtında verilməməsinə görə 40 manat maliyyə sanksiyası tətbiq olunmuş; 2018-ci il üzrə vergi hesabatının və arayışın vaxtında verilməməsinə görə 80 manat maliyyə sanksiyası tətbiq olunmuş, cəmi 339.666,07 manat verginin azaldılmasına görə 339.666,07 manat əlavə hesablama aparılmış və həmin məbləğə 169.953,05 manat maliyyə sanksiyası tətbiq olunmuş, Vergi Məcəlləsinin 57.1 və16.2-ci maddələrinə əsasən (ergi hesabatını və ya arayışı müəyyən edilən müddətdə təqdim olunmamasına görə) 120 manat maliyyə sanksiyası tətbiq olunmuşdur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 38.1-ci maddəsinə əsasən səyyar vergi yoxlaması, o cümlədən elektron audit vergi orqanının qərarına əsasən həyata keçirilir. Səyyar vergi yoxlaması növbəti və növbədənkənar ola bilər. Növbəti səyyar vergi yoxlaması keçirildikdə, vergi orqanı tərəfindən vergi ödəyicisinə vergi yoxlamasının başlanmasından azı 15 gün əvvəl yazılı bildiriş göndərilir. Həmin Məcəllənin 38.2-ci maddəsinə əsasən vergi ödəyicisinə göndərilən bildirişdə vergi yoxlamasının əsası və tarixi, habelə vergi ödəyicisinin və vergi orqanlarının hüquq və vəzifələri göstərilməlidir. Növbəti səyyar vergi yoxlaması təqvim ili ərzində bir dəfədən çox olmayaraq keçirilir. Səyyar vergi yoxlaması 30 gündən artıq davam edə bilməz. Müstəsna hallarda, yuxarı vergi orqanının qərarına müvafiq olaraq səyyar vergi yoxlamasının keçirilməsi müddəti 90 günə qədər artırıla bilər. Həmin Məcəllənin 39.1-ci maddəsinə əsasən səyyar vergi yoxlamasının nəticələri üzrə vergi orqanlarının səlahiyyətli vəzifəli şəxsləri tərəfindən müəyyən edilmiş formada vergi yoxlaması aktı tərtib edilir və həmin şəxslər və yoxlanılan vergi ödəyicisinin rəhbəri (onu əvəz edən şəxs) və ya fərdi sahibkar tərəfindən imzalanır. Vergi ödəyicisi yoxlama aktında öz qeydlərini edə bilər, aktı imzalamaqdan imtina edə bilər və bu barədə həmin aktda müvafiq qeyd aparılır. Həmin Məcəllənin 39.2-ci maddəsinə əsasən vergi yoxlaması aktında yoxlama zamanı aşkar olunmuş və sənədlərlə təsdiq edilmiş vergi qanunvericiliyinin pozulması halları və həmin pozuntulara görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin və digər qanunların konkret maddələri, yaxud vergi qanunvericiliyinin pozulması hallarının olmaması göstərilməlidir. Həmin Məcəllənin 42.1-ci maddəsinə əsasən, səyyar vergi yoxlamasını keçirən vergi orqanının vəzifəli şəxsi bu Məcəllənin 38.1-ci maddəsinə uyğun olaraq vergi ödəyicisinə göndərdiyi bildirişlə birlikdə yoxlama üçün zəruri olan sənədləri, habelə elektron faylları vergi ödəyicisindən bu Məcəllə ilə müəyyən edilmiş qaydada tələb edə bilər. Sənədlərin və ya elektron faylların verilməsi barəsində tələb yönəldilən şəxs həmin sənədləri və ya elektron faylları 15 iş günü müddətində vergi orqanına təqdim etməlidir. Operativ vergi nəzarəti tədbirlərinin keçirilməsi zamanı sənədlərin və ya elektron faylların verilməsi barədə tələb yönəldilən şəxs həmin sənədləri və ya elektron faylları 1 iş günü ərzində təqdim etməlidir. Sənədlərin lazımi qaydada təsdiq edilmiş surətləri təqdim edilir. Həmin Məcəllənin 42.3-cü maddəsinə əsasən səyyar vergi yoxlaması üçün zəruri olan vergi orqanı tərəfindən tələb edilən sənədlərin və ya elektron faylların vergi ödəyicisi tərəfindən vergi orqanına verilməsindən imtina edilməsi və ya bu Məcəllənin 42.1-ci maddəsində göstərilən müddətdə təqdim edilməməsi qanunla müəyyən edilmiş qaydada məsuliyyətə səbəb olur. Bu maddədə göstərilən qaydada sənədləri və ya elektron faylların təqdim edilməsindən imtina edildikdə, səyyar vergi yoxlamasını həyata keçirən vergi orqanının vəzifəli şəxsi bu Məcəllənin 43-cü maddəsində nəzərdə tutulmuş qaydada sənədlərin götürülməsini həyata keçirə bilər. Həmin Məcəllənin 43.1-ci maddəsinə əsasən sənədlərin və nümunə kimi əşyaların götürülməsinə səyyar vergi yoxlaması və operativ vergi nəzarəti keçirildikdə yol verilir. Həmin Məcəllənin 43.11-ci maddəsinə əsasən, vergi ödəyicisinin bu maddədə nəzərdə tutulmuş qaydada sənədləri və əşyaları vermədiyi halda həmin sənədlərin və nümunə kimi əşyaların götürülməsi səyyar vergi yoxlamasını bilavasitə həyata keçirən vergi orqanının əsaslandırılmış müraciətinə əsasən məhkəmənin qərarı ilə həyata keçirilir. Həmin Məcəllənin 49.1-ci maddəsinə əsasən səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə vergi orqanının rəhbəri (rəhbərin müavini) 10 gün müddətində vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi, vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsindən imtina olunması, əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında qərarlardan birini çıxarır. Həmin Məcəllənin 49.3-cü maddəsinə əsasən vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə çıxarılmış qərar əsasında 10 gündən gec olmayaraq vergi ödəyicisinə vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə tələbnamə göndərilir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, cavabdeh vergi orqanı tərəfindən iddiaçı müəssisədə səyyar vergi yoxlaması keçirilərkən və həmin yoxlamanın nəticələri üzrə tərtib olunmuş akta əsasən sonuncu barəsində 2**********48527 saylı 27.07.2021-ci il tarixli qərar qəbul olunarkən Azərbaycan Respublikası Vergi Məcəlləsinin 38 və 43-cü maddələrinin tələblərinə əməl olunmamış, yoxlamanın müddəti dəfələrlə uzadılmış və dayandırılmış, aktda qeyd olunduğu kimi vergi ödəyicisi tərəfindən yoxlamanın keçirilməsi üçün zəruri olan sənədlər təqdim olunmadığı halda, həmin sənədlərin qanunla müəyyən olunmuş qaydada əldə olunması üçün tədbirlər görülməmiş, ƏDV və mənfəət vergisi üzrə əlavə vergilərin hesablanması barədə əsaslandırılmamış nəticəyə gəlinmişdir. Məhkəmə hesab edir ki, cavabddehin mübahisələndirilən qərarı mənfəət və əlavə dəyər vergilərinin hesablanması hissələrində maddi-hüquqi baxımdan da qanuni olmamış, qəbul edildiyi dövrdə qüvvədə olan hüquq normalarının tələbləri inzibati orqan tərəfindən gözlənilməmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 67.1-ci maddəsinə əsasən bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır. - vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; (67.1.1) - vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; (67.1.2.) - vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; (67.1.3) - vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyri-maddi əmlak barədə rəsmi məlumatlar; (67.1.4) - vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; (67.1.5) - vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; (67.1.6) - vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; (67.1.7) - vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; (67.1.8) - vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar. (67.1.9) Həmin Məcəllənin 67.2-ci maddəsinə əsasən vergi ödəyicisi tərəfindən ödənilməli olan verginin əlaqəli məlumatlara əsasən müəyyənləşdirilməsi üçün aşağıda göstərilən meyarlar nəzərə alınmaqla vergi ödəyicisinin fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından istifadə edilir: - eyni xüsusiyyətli və ya eyni cinsli malların istehsalı; (67.2.1) - eyni xüsusiyyətli və ya eyni cinsli malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi; (67.2.2) - fəaliyyət göstərilən ərazi. (67.2.3) Həmin Məcəllənin 67.4-cü maddəsinə əsasən vergi ödəyicisi barədə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda, vergilər analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin üçot və hesabat məlumatları əsasında hesablanır. Sadalanan normaların təhlilindən aydın olur ki, vergi ödəyicisinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı səbəblərdən (səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda və s.) mümkün olmadıqda, vergi orqanı ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan (vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri, xərcləri, idxal-ixrac əməliyyatları, bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti, vergi ödəyicisi tərəfindən istehsal olunmuş və ya təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlardan və s.) istifadə etməklə, eləcə də analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin uçot və hesabat məlumatları əsasında hesablamaq hüququ vardır. Həmin maddənin məzmunundan həm də o nəticə əldə olunur ki, vergilərin hesablanması zamanı istifadə edilən əlaqəli məlumatlar yalnız rəsmi məlumatlar olmalıdır. “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.6-cı maddəsinə əsasən mühasibat uçotu – mühasibat uçotu subyektlərinin aktivləri, öhdəlikləri, kapitalı, gəlir və xərcləri barədə məlumatların yığılması, qeydiyyatı və ümumiləşdirilməsi, habelə maliyyə, vergi və digər hesabatların tərtib edilməsi məqsədi ilə baş vermiş maliyyətəsərrüfat əməliyyatları üzrə ilkin uçot sənədləri əsasında məlumatların analitik və sintetik uçotunun aparılmasıdır. Həmin Qanunun 2.1.10-cu maddəsinə əsasən mühasibat uçotu sənədi - ilkin uçot sənədləri, mühasibat uçotu registrləri, maliyyə hesabatları, habelə uçotun formalaşdırılması üçün tərtib edilən sənədlərdir. Həmin Qanunun 2.1.11-ci maddəsinə əsasən ilkin uçot sənədləri – maliyyətəsərrüfat əməliyyatlarının aparılması üçün mühasibat uçotu subyektinin rəhbərinin göstərişini təsdiq edən və ya bu əməliyyatların baş verməsinə hüquq verən, habelə mühasibat uçotunun aparılmasına əsas verən yazılı və ya elektron daşıyıcılarda olan təsdiqedici sənədlərdir. Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 27.08.2004-cü il tarixli 118 nömrəli qərarı ilə təsdiq edilmiş “Müəssisə və təşkilatların, habelə sahibkarlıqla məşğul olan fiziki şəxslərin iş xüsusiyyətlərinə uyğun olaraq ciddi hesabat blanklarının tərtibi və tətbiqi Qaydaları”nın 1.4-cü bəndinə əsasən ciddi hesabat blankları təşkilati-hüquqi formasından asılı olmayaraq, təşkilatların və fərdi sahibkarların maliyyə-təsərrüfat fəaliyyətində əmtəəpul dövriyyəsini əks etdirən, forma və rekvizitləri müəyyən olunmuş qaydada təsdiq edilən, xüsusi seriya və nömrəsi olan ilkin uçot sənədidir. Həmin Qaydaların 3.2-ci bəndinə əsasən ciddi hesabat blanklarını onlara oxşar rekvizitlərə malik olan, ciddi hesabat blankları sayılmayan ilkin uçot sənədləri ilə əvəz etmək yol verilmir. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 30.01.2017-ci il tarixli Q-01 saylı Qərarı ilə təsdiq edilmiş “X1 Standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları”nın 7.1-ci bəndinə əsasən mühasibat uçotu subyektləri Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən müəyyən edilmiş ilkin uçot sənədlərinin və uçot registrlərinin formalarından istifadə edir. Təsərrüfat əməliyyatlarının baş verməsi faktını əks etdirən ilkin uçot sənədləri mühasibat uçotu registrlərində yazılışlar üçün əsas hesab olunur. Həmin Qaydaların 7.2-ci bəndinə əsasən ilkin uçot sənədləri özündə sənədin (formanın) adı, nömrəsi, kodu, tərtib edilmə yeri, tarixi, sənədi tərtib edən mühasibat uçotu subyektinin adı, təsərrüfat əməliyyatlarının məzmunu, məsul şəxslərin vəzifələri, soyadı, adı, atasının adı, şəxsi imzaları kimi zəruri rekvizitlər əks etdirir. Əməliyyatların xarakterindən və mühasibat uçotu subyektinin fəaliyyətinin xüsusiyyətindən asılı olaraq ilkin uçot sənədlərinə digər əlavə rekvizitlərin daxil edilməsinə yol verilir. Həmin Qaydaların 7.3-cü bəndinə əsasən ilkin uçot sənədləri əməliyyatların baş verdiyi anda, bu mümkün olmadıqda isə əməliyyatlar başa çatdıqdan sonra tərtib edilməlidir. Yuxarıda qeyd olunan normaların qarşılıqlı təhlilindən belə nəticə əldə olunur ki, müəssisə və təşkilatlar, habelə sahibkarlıqla məşğul olan fiziki şəxslər mühasibat uçotunu, o cümlədən vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunu Azərbaycan Respublikasının Vergi Məcəlləsi və “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada həyata keçirməli və aparılan maliyyə-təsərrüfat əməliyyatlarını baş verdiyi anda (bu mümkün olmadıqda başa çatdıqdan sonra) qanunla müəyyən edilmiş qaydada təsdiq edilmiş, zəruri rekvizitləri özündə ehtiva edən və ciddi hesabat blankı sayılan ilin uçot sənədləri əsasında rəsmiləşdirməlidir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 103.1-ci maddəsinə sasən Azərbaycan Respublikasında rezident və qeyri-rezident müəssisələr, habelə sahibkarlıq fəaliyyətindən gəlir əldə edən qeyri-kommersiya təşkilatları mənfəət vergisinin ödəyiciləridir. Həmin Məcəllənin 104.1-ci maddəsinə əsasən rezident müəssisə üçün vergitutma obyekti onun mənfəətidir. Vergi ödəyicisinin bütün gəlirləri, o cümlədən onun Azərbaycan Respublikasının hüdudlarından kənarda daimi nümayəndəlikləri vasitəsilə əldə etdiyi gəlirləri, Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə etdiyi dividend, faiz, royalti (vergidən azad edilən gəlirdən başqa) ilə bu Məcəllənin X fəslində göstərilən, gəlirdən çıxılan xərc (vergidən azad edilən gəlirlər üzrə çəkilən xərclərdən başqa) arasındakı fərq mənfəətdir. Həmin Məcəllənin 153-cü maddəsinə əsasən əlavə dəyər vergisi (bundan sonra ƏDV) vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə bu Məcəllənin müddəalarına uyğun olaraq verilən elektron qaimə-fakturalara və ya idxalda ƏDV-nin ödənildiyini göstərən sənədlərə müvafiq surətdə əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqdir. Həmin Məcəllənin 159.5-ci maddəsinə görə vergi ödəyicisi malları (işləri, xidmətləri) ƏDV-ni ödəməklə əldə edirsə və müvafiq əvəzləşdirmə alırsa və ya almaq hüququna malikdirsə, belə mallardan (işlərdən, xidmətlərdən) qeyri-kommersiya məqsədləri üçün istifadə edilməsi, fövqəladə hallardan başqa, malların itməsi, əskik gəlməsi, xarab olması, tam amortizasiya olunmadan uçotdan silinməsi və ya oğurlanması vergi tutulan əməliyyat sayılır. Həmin Məcəllənin 174.1-ci maddəsinə əsasən bu Məcəllənin 166-cı maddəsinə uyğun olaraq hesabat dövrü ərzində vergi tutulan dövriyyədən büdcəyə ödənilməli olan ƏDV-nin məbləği bu Məcəllənin 173.1-ci maddəsinə uyğun olaraq vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə bu Məcəllənin 175-ci maddəsinə uyğun olaraq əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqlə müəyyən olunur. İddiaçının şikayətləri əsasında cavabdehin yuxarı inzibati orqanı tərəfindən qəbul olunmuş “İnzibati şikayətin təmin edilməsi haqqında” 19 avqust 2020-ci il tarixli qərardan da göründüyü kimi, inzibati araşdırmaya təqdim edilmiş sənədlərlə Cəmiyyət tərəfindən 2019-cu il üzrə idxal edilmiş və daxili bazardan alınmış malların maya dəyərinin 2.000.823,11 manat (144.330,0 + 156.261,36 + 1.700.231,75) təşkil etdiyi müəyyən edilmişdir. Bununla belə, 18.08.2019-cu il tarixdə 2019-cu il üçün mənfəət vergisi üzrə təqdim edilmiş dəqiqləşdirilmiş bəyannamədə malların təqdim edilməsindən gəlir sətrində göstərilmiş 2.048.326,30 manat məbləğin 137.865,51 manatı (20483226,30-669674,79) nağd satışdan barət olmuş, həmçinin malların təqdim edilməsi ilə bağlı xammal və materiallar üzrə 1942418,00 manat xərc məbləği göstərilmişdir ki, ticarət əlavəsi 5,45 % (2048326,30/1942418,0) təşkil etmiş, həmçinin 2019-cu il üzrə idxal edilmiş və daxili bazardan alınmış malların çəkisi 1845282,0 kq. təşkil etdiyi halda, təqdim edilmiş malların hərəkəti cədvəlində həmin malların çəkisi 1861022,0 kq. göstərilmişdir. Beləliklə, Cəmiyyət tərəfindən təqdim edilmiş bank çıxarışları, kassa-məxaric sənədləri, cədvəl məlumatları və uçot-baza məlumatlarının təhlili zamanı 2019-cu ildə 2.000.823,11 manat məbləğində mal alındığı və bunun əksinin inzibati araşdırma zamanı sübuta yetirilmədiyi, həmçinin ödəmə mənbəyində tutulan vergilər üzrə dəqiqləşmiş bəyannamələr təqdim edilərək əlavə 11.096,43 manat vergi hesablandığı müəyyən olunduğu halda, səyyar vergi yoxlaması zamanı cavabdeh vergi orqanı yoxlanılan dövr ərzində vergilərin hesablanması zamanı əlaqəli məlumat qismində yalnız rəsmi sənədlərdən, başqa sözlə desək Vergi Məcəlləsi, “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına uyğun tərtib edilmiş, vergi ödəyicisinin vergitutma məqsədləri üçün gəlir və xərclərini təsdiq edən ilkin uçot sənədlərindən istifadə etməli olduğu halda, həmin sənədləri qanunla müəyyən edilmiş qaydada əldə etmədən, iddiaçıya ƏDV və Mənfəət vergiləri üzrə əlavə vergilər hesablanmışdır. Məhkəmə hesab edir ki, məhkəmə araşdırması nəticəsində cavabdeh vergi orqanı iddiaçı müəssisəyə səyyar vergi yoxlaması ilə əhatə olunan hesabat dövrləri üzrə mübahisələndirilən mənfəət və əlavə dəyər vergilərinin hesablanmasına əsas olan hər hansı mötəbər sübut təqdim edə bilməmiş və həmin hesablamaların əsaslı olmasını sübuta yetirə bilməmişdir. Halbuki, qanunvericiliyin tələbinə görə mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir (İPM-nin 14.1-ci maddəsi). Azərbaycan Respublikası Vergi Məcəlləsinin 3.8-ci maddəsinə əsasən, heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Həmin Məcəllənin 53.3-cü maddəsinə əsasən Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçıya əlavə mənfəət və əlavə dəyər vergilərinin hesablanması və həmin məbləğə maliyyə sanksiyasının tətbiq olunması hissəsində vergi orqanının mübahisələndirilən qərarı əsassız və qanunsuz olduğundan ləğv olunmalıdır. Mübahisələndirilən qərarın iddiaçı cəmiyyətə 2017-ci il üzrə 120 manat əmlak vergisinin azaldılmasına görə 120 manat əlavə hesablama aparılması və VM-nin 58.1-ci maddəsinə əsasən həmin məbləğə 60 manat maliyyə sanksiyasının tətbiq olunması; 2018-ci il üzrə 211,40 manat əmlak vergisinin azaldılmasına görə 211,40 manat əlavə hesablama aparılması və VM-nin 58.1-ci maddəsinə əsasən həmin məbləğə 105,70 manat maliyyə sanksiyasının tətbiq olunması; 2019-cu il üzrə 22,85 manat əmlak vergisinin azaldılmasına görə 22,85 manat əlavə hesablama aparılması və VM-nin 58.1-ci maddəsinə əsasən həmin məbləğə 11,43 manat maliyyə sanksiyası tətbiq olunması; 2018-ci il üzrə 126 manat ödəmə mənbəyində tutulan vergisinin azaldılmasına görə 126 manat əlavə hesablama aparılması və VM-nin 58.1-ci maddəsinə əsasən həmin məbləğə 63 manat maliyyə sanksiyasının tətbiq olunması; 2017-ci il üzrə vergi hesabatının və arayışın vaxtında verilməməsinə görə 40 manat maliyyə sanksiyası tətbiq olunması; 2018ci il üzrə vergi hesabatının və arayışın vaxtında verilməməsinə görə 80 manat maliyyə sanksiyası tətbiq olunması hissələrinə gəldikdə isə məhkəmə hesab edir ki, qeyd olunan hissələrdə qərar Vergi Məcəlləsinin tələblərinə uyğun olduğundan, həmin hissələrdə qərarın ləğv olunması barədə iddiaçının tələbi təmin oluna bilməz. İPM-nin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı MMC barəsində cavabdeh Bakı şəhəri LGBİ-nin qəbul etdiyi “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 2**********48527 saylı 27.07.2021-ci il tarixli qərarı qismən, cəmiyyətə mənfəət vergisi üzrə 117.677,97 manat vergi hesablanması, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən həmin məbləğin 50 %-i miqdarında, yəni 58.838,99 manat maliyyə sanksiyasının tətbiq olunması; əlavə dəyər vergisi üzrə 221.507,81 manat vergi hesablanması, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən həmin məbləğin 50 %-i miqdarında, yəni 110.753,91 manat maliyyə sanksiyasının tətbiq olunması hissələrində ləğv edilməli, iddia qalan hissədə təmin olunmamalıdır. İPM-nin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia qismən təmin edilsin. İddiaçı barəsində cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin qəbul etdiyi “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 2**********48527 saylı 27.07.2021-ci il tarixli qərarı qismən, cəmiyyətə mənfəət vergisi üzrə 117.677,97 manat vergi hesablanması, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən həmin məbləğin 50 %-i miqdarında, yəni 58.838,99 manat maliyyə sanksiyasının tətbiq olunması; əlavə dəyər vergisi üzrə 221.507,81 manat vergi hesablanması, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən həmin məbləğin 50 %-i miqdarında, yəni 110.753,91 manat maliyyə sanksiyasının tətbiq olunması hissələrində ləğv edilsin. İddia qalan hissədə təmin olunmasın. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Hakim: Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar