Məhkəmə qərarları › İş №e-2-1(112)-968/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-968/2024

07.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-968/2024 07.03.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı MMC-nin nümayəndəsi və vəkili Nümayəndə Sahrəddin oğlunun, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Milli Gəlirlər Baş İdarəsinin nümayəndəsi X1 iştirakları ilə İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən qəbul olunmuş 24 oktyabr 2022-ci il tarixli **********163913 saylı qərarın ləğv edilməsi və qeyrirezidentin X3 ilə bağlı hesablanmış maliyyə sanksiyasının ləğv edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsi iddiaçıda keçirilmiş, 2017-ci ilin 1-ci rübündən 2020-ci ilin 3-cü rübünə kimi olan dövrü əhatə edən səyyar vergi yoxlaması nəticəsində cavabdeh tərəfindən 23 avqust 2022-ci il tarixdə hazırlanmış və 29 sentyabr 2022-ci il tarixdə iddiaçıya təqdim edilmiş **********143224 nömrəli səyyar vergi yoxlaması aktına əsasən təqdim edilmişdir. Baş İdarə Qərarın nəticələrinə əsasən, iddiaçıya transfer qiymətləri üzrə aparılan yoxlama üzrə 236,114.50 AZN, X3 üzrə 252,566.32 AZN məbləğində əlavə vergi və 1,828,512.88 AZN maliyyə sanksiyası, mənfəət vergisi, ödəmə mənbəyindən və əmlak vergiləri üzrə ümumi hesablanmış 940,412.02 AZN məbləğində əlavə vergi və 978,866.97 AZN maliyyə sanksiyası hesablanmışdır. X3 üzrə 166-cı maddənin müddəalarının pozulması nəticəsində 252,566.32 AZN məbləğində əlavə vergi və 876,610.00 AZN maliyyə sanksiyası və qeyri-rezidentlər ilə aparılmış əməliyyatlar üzrə hesablanmış qeyri rezident ƏDV-nin 169-cu maddəsinin müddəalarına istinad edərək dövrünün düzgün tanınmasının sual altına qoyulması nəticəsində 1,078,400.00 AZN maliyyə sanksiyasının hesablanması təklif olunmuşdur. Hər iki hal nəzərə alınmaqla, ümumilikdə 252,566.32 AZN məbləğində əlavə vergi və 1,828,512.88 AZN maliyyə sanksiyası tətbiq olunmuşdur. Aktın nəticələrinə cavab olaraq, 166-cı maddə üzrə düzəlişlərinin qəbul olunmasını nəzərə alınmaqla, qeyri-rezidentin ƏDV-si üzrə hesablanmış 951,902.88 AZN məbləğində maliyyə sanksiyası ilə bağlı 27 sentyabr 2022-ci il tarixdə iddiaçı tərəfindən cavabdehə etiraz məktubu təqdim edilmişdir. Bununla yanaşı, 12 oktyabr 2022-ci il tarixdə müvafiq olaraq cavabdehin nümayəndələri ilə görüş keçirilmiş və görüş zamanı yuxarıda qeyd olunan etiraz məktubunda öz əksini tapmış faktlar şifahi şəkildə cavabdehin nümayəndələrinin diqqətinə bir daha çatdırılmışdır. Lakin cavabdeh tərəfindən iddiaçının yazılı və şifahi etirazları ilə bağlı heç bir şərh verilməmişdir. Bundan əlavə, Baş İdarə Qərarına əsasən, iddiaçının maliyyə sanksiyasına etirazda qeyd olunan məqamlar ilə bağlı MBGİ tərəfindən heç bir arqument və münasibət bildirilmədən tətbiq edilmişdir. Aktın nəticəsində qeyri-rezidentin ƏDV-si üzrə iddiaçıya tətbiq edilmiş 951,902.88 AZN məbləğində maliyyə sanksiyasının silinməsi ilə bağlı yazılı inzibati şikayət Dövlət Vergi Xidmətinin İnzibati şikayətlərə baxılması baş idarəsinə 21 noyabr 2022-ci il tarixində bildirilmişdir. İnzibati şikayətə cavab olaraq, Dövlət Vergi Xidmətinin İnzibati şikayətlərə baxılması baş idarəsi tərəfindən 20 dekabr 2022-ci il tarixli təqdim edilmiş, **********105700 saylı “İnzibati şikayətin təmin edilməməsi haqqında” qərar qəbul olunmuşdur. Nəticədə İddiaçı MMC-nin keçirilmiş səyyar vergi yoxlamasının nəticələrindən Dövlət Vergi Xidmətinə verdiyi xx.xx.2022-ci il tarixli inzibati şikayətləri təmin edilməməsi nəticəsində sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********163913 nömrəli qərar dəyişdirilmədən saxlanılması qərara alınmışdır. 22 dekabr 2022-ci il tarixində Qərar nəticələri ilə şikayət məktubu Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Apellyasiya Şurasına yönəldirilmişdir. Apellyasiya Şurasının 9 nömrəli Qərarı ilə 2 mart 2023-cü il tarixində iddiaçıya təqdim olunmuşdur. Apellyasiya Şurasında iddiaçının inzibati şikayəti təmin edilməmişdir. Göründüyü kimi, iddiaçının inzibati aktdan şikayətinə yuxarı şikayət instansiyası və daha sonra Apellyasiya Şurası tərəfindən baxılaraq 02 mart 2023-cü il tarixində qərar qəbul edildiyindən qanunla nəzərdə tutulmuş 30 günlük şikayət vermə müddəti ötürülməmişdir. Akta əsasən, qeyri-rezident tərəfindən yerinə yetirilmiş işlərin müvafiq aktla təsdiq edilərək qəbul edildiyi dövr üçün təqdim ediləcək ƏDV bəyannaməsində VM-ə istinadən manatın xarici valyutaya münasibətdə həmin günə olan rəsmi mübadilə məzənnəsi ilə hesablanması iddia edilir. Halbuki, İddiaçı tərəfindən sözügedən əməliyyatlar qeyri-rezidentlərə ödənişlərin aparıldığı müvafiq aylarda ƏDV-yə cəlb olunan dövriyyəyə aid edilmişdir. Belə ki, Akta əsasən QR ƏDV düzgün dövrdə tanınmamasına görə VM-in 58.1-ci maddəsinə əsasən, 2018 və 2019-cu illər üçün müvafiq olaraq 1.021.100 AZN və 57.300 AZN, ümumilikdə isə 1.078.400 AZN məbləğində maliyyə sanksiyasının tətbiq edilməsi təklifi irəli sürülmüşdür. Aktda qeyd edilən QR ƏDV məbləğinin tanınması dövrü ilə bağlı məsələ ilə əlaqədar bildirmək istərdik ki, QR-lərin vergiyə cəlb edilməsinə münasibətdə vergi dövrü aşağıdakı təhlildə öz əksini tapmışdır. Belə ki, QR ƏDV məbləğinin tanınması dövrünün müəyyən olunması üçün sözügedən verginin vergitutma elementlərini nəzərdən keçirmək zərurəti yaranır. Öncəliklə, qeyd olunmalıdır ki, VM-in 12-ci maddəsinə əsasən, vergi o halda müəyyən edilmiş hesab olunur ki, bu zaman vergi ödəyicisi və aşağıdakı vergitutma elementləri müəyyən edilmiş olsun: vergitutma obyekti; vergitutma bazası; vergi dövrü; vergi dərəcəsi; verginin hesablanması qaydası; verginin ödənilməsi qaydası və müddəti. Beləliklə, vergilərin müəyyən edilməsi üçün qeyd olunan bütün şərtlərin tam olaraq ödənilmiş olması mütləqdir. Belə ki, yuxarıdakı bəndlər ayrı-ayrılıqda təhlil olunur. ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmayan QR Azərbaycan Respublikasının ərazisində VM-in 169.1-ci maddəsinə əsasən, 169.2-ci və ya 169.5-ci maddələrində adı çəkilən vergi agenti üçün xidmət göstərirsə və ya iş görürsə, bu cür işlərin görülməsi və ya xidmətlərin göstərilməsi VM-in 12.1.1 -ci maddəsinə əsasən vergitutma obyekti hesab olunur. VM-in 169.3-ci maddəsinə əsasən, “...vergi agenti qeyri-rezidentə ödənilməli olan məbləğə ƏDV hesablamalı və ödəməlidir. Verginin məbləği bu Məcəllənin 173.1-ci maddəsinin müddəalarına uyğun olaraq vergi dərəcəsinin qeyri-rezidentə ödənilməli olan məbləğə tətbiq edilməsi yolu ilə müəyyənləşdirilir.” Beləliklə, vergi agentinin QR-ə ödəməli olduğu məbləğdən ƏDV hesablama və ödəmə tələbi VM-in 12.1.2-ci maddəsinə əsasən vergitutma bazasıdır. Qərarda təqdim olunan vergi orqanların şərhlərinə əsasən, “bu Məcəllənin 169.2-ci və ya 169.5-ci maddələrində adı çəkilən vergi agenti üçün xidmət göstərirsə və ya iş görürsə (o cümlədən elektron ticarət qaydasında Azərbaycan Respublikasının hüdudlarından kənarda otel xidmətlərinin və aviabiletlərin sifarişi üzrə xidmətlər istisna olmaqla, işlərin görülməsi və xidmətlərin göstərilməsi), bu fəslin məqsədləri üçün işlərin görülməsi və ya xidmətlərin göstərilməsi bu maddəyə uyğun olaraq vergiyə cəlb olunur. Göründüyü kimi burada söhbət işlərin görülməsi və xidmətlərin göstərilməsindən gedir. Buna görə də vergi agenti ƏDV-nin məqsədləri üçün qeydiyyatdan keçmişdirsə, ƏDV-nin hesablanması Vergi Məcəlləsinin 169.3-cü maddəsinə uyğun olaraq qeyri-rezident tərəfindən yerinə yetirilmiş işlərin müvafiq aktla təsdiq edilərək qəbul edildiyi ayın ƏDV bəyannaməsində, ... əks etdirilməlidir.” Şərh olaraq, bildirilir ki, vergi orqanların qeyd etdiyi “qeyri-rezident tərəfindən yerinə yetirilmiş işlərin müvafiq aktla təsdiq edilərək” dəyəri ifadəsi VM-nin 169.3-cü maddəsində öz əksini tapmayıb. Yuxarıda qeyd olunduğu kimi, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi vergi obyekti olaraq, VM-in 169.3-cü maddəsinə əsasən, vergi hesablanan bazası kəmiyyətcə ödənilməli olan məbləğ ilə ifadələnir. Eyni zamanda, cavabdehin istinad etdiyi VM-in 169.4-cü maddəsində qeyd olunmuş hesablanan verginin əməliyyatın aparıldığı ay üçün ƏDV-nin bəyannaməsi verilərkən ödənilməsi şərti vergitutma dövrünü deyil, artıq hesablanmış və bəyan edilmiş verginin dövlət büdcəsinə ödənilməsi qaydası və müddətinin müəyyən edilməsi üçün nəzərdə tutulub. ƏDV ödəyicisi olan vergi agentləri üçün VM-in 12.1.3-cü maddəsində nəzərdə tutulan vergitutma dövrü VM-in vergi yoxlamasının aparıldığı dövrdə qüvvədə olan 169.7-ci maddəsinə əsasən, vergi agenti tərəfindən qeyri-rezidentə ödəmə verilən ay hesab olunur. Belə ki, 169.7-ci maddəyə əsasən, vergi agenti qeyri-rezidentə ödəmə verilən aydan sonrakı ayın 20-dən gec olmayaraq ƏDV-nin hesablanması barədə vergi orqanına müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada bəyannamə təqdim etməlidir. Qərarda təqdim olunan vergi orqanların şərhlərinə əsasən, “qeyri-rezident tərəfindən yerinə yetiriləcək işlərin dəyəri qabaqcadan ödənildiyi halda Vergi Məcəlləsinin 169.7-ci maddəsinə uyğun olaraq ödəmənin aparıldığı ayın ƏDV bəyannaməsində əks etdirilməlidir.” Bununla bağlı iddiaçı bildirir ki, vergi orqanların qeyd etdiyi “işlərin dəyəri qabaqcadan ödənildiyi” ifadəsi sözügedən VM-in 169.7-ci maddədə heç bir şəkildə öz əksini tapmayıb. Əlavə olaraq qeyd olunmalıdır ki, vergi orqanlarının iddia etdiyi VM-in 169.7-ci maddəsinin yalnız QR-in yerinə yetiriləcək işlərin dəyəri qabaqcadan ödənildiyi halını əhatə etdikdə, belə nəticəyə gəlmək olar ki QR-in göstərdiyi xidmətlər üzrə digər hallar üçün VM-in 12.1.3-cü maddəsində nəzərdə tutulan vergitutma dövrü VM-də öz əksini tapmır. Beləliklə vergi orqanları tərəfindən VM-nin 169.7-ci maddəsinin yuxarıda qeyd olunduğu kimi şərh edilməsi, QR-in göstərdiyi xidmətlər üzrə digər hallar üçün vergitutmanın baş verməsi üçün vacib olan vergitutma dövrünün VM ilə əhatə olmaması ilə nəticələnir. Əlavə olaraq qeyd olunmalıdır ki, VM-nin 19.4-cü maddəsinə əsasən qeyri-rezident müəssisənin istənilən 12 ay ərzində üst-üstə 90 gündən az müddətdə Azərbaycan Respublikasında fəaliyyət göstərdiyi hər hansı yer daimi nümayəndəlik yaratmadığı halda, həmin qeyri rezidentin Azərbaycan mənbəyindən əldə olunan gəliri VM-nin 125-ci və 169-cu maddələrinə əsasən ödəniş mənbəyində vergiyə cəlb edilir. Belə ki, qeyri rezidentin Azərbaycan mənbəyindən əldə olunan gəlirlərin vergiyə cəlb olunması üzrə ümumi prinsip 19.4-cü maddədə qeyd olunub və həmin prinsipə əsasən qeyri-rezidentin gəlirinin vergiyə cəlb olunması həmin qeyrirezident tərəfindən ödənişin alınması ilə şərtləndirilir. Yuxarıda verilən təhlildən, göründüyü kimi, vergi dövrünün müvafiq ödəniş vaxtı ilə tənzimlənməsi aydın şəkildə VM-də öz əksini tapmışdır və bu halda cavabdehin yanaşması və qərarda təqdim olunmuş əsaslar VM-in heç bir maddəsi ilə təsdiqlənmir. Bundan əlavə qeyd olunmalıdır ki, vergi yoxlaması zamanı Ernst and Young Holdings (CİS) BV şirkətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən 13 mart 2017-ci il tarixli Vergilər Nazirliyinin Apellyasiya Şurasının qərarı vergi orqanlarına təqdim olunmuşdur. Həmin qərara əsasən digər vergi ödəyicisinə münasibətdə aparılan kameral vergi yoxlaması zamanı qeyri-rezident tərəfindən yerinə yetirilmiş işlərin müvafiq aktla təsdiq edilərək qəbul edildiyi dövr üçün təqdim ediləcək ƏDV bəyannaməsində aktın tarixi əsasında hesablanmasına dair qəbul olunan qərar ləğv olunmuşdur. Belə ki, Apellyasiya Şurası tərəfindən QR ƏDV məqsədləri üçün VM-ə uyğun olaraq Azərbaycanda göstərdiyi işlər üzrə ƏDV-nin işlərin aktla təsdiq edilən tamamlanma vaxtında tanınması yanaşması qəbul olunmamışdır. Vergi ödəyicisinin tətbiq etdiyi ƏDV-nin qeyri-rezidentə görülən işlər üçün ödənişin apardığı vaxtda tanınması yanaşması saxlanılmışdır. Qərarda təqdim olunan vergi orqanların şərhlərinə əsasən, “qeyd edilən qərarda yoxlama həyata keçirilərkən vergi ödəyicisinin bank sənədlərinin, ƏDV bəyannamələrinin və tərəflər arasında bağlanmış müqavilələrin araşdırılması zamanı uyğunsuzluqların olduğu aşkar edilmişdir. Həmin qərarın 3-cü bəndi ilə Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinə mübahisələndirilən növbəti səyyar vergi yoxlaması ilə əhatə olunan dövr nəzərə alınmaqla vergi ödəyicisinin fəaliyyəti üzrə növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsinin təmin edilməsi tapşırılmışdır.”. Bununla bağlı iddiaçı bildirir ki, Vergilər Nazirliyinin Apellyasiya Şurasının qərarında şikayətin təmin olunma səbəbi kimi və növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi haqqında qəbul olunan qərarın səbəbi kimi ƏDV bəyannamələrinin və tərəflər arasında bağlanmış müqavilələrin araşdırılması zamanı uyğunsuzluqların olduğu aşkar edilməsi qeyd olunmamışdır. Nəticə olaraq, vergi ödəyicisinin tətbiq etdiyi ƏDV-nin QR-ə görülən işlər üçün ödənişin apardığı vaxtda tanınması yanaşmasının saxlanılmasına və hazırda Dövlət Vergi Xidmətinin inzibati şikayət üzrə qəbul edilmiş Qərarında iddia etdiyi uyğunsuzluqların mövcud olmasına baxmayaraq, vergi orqanları növbədənkənar səyyar vergi yoxlaması həyata keçirməmişdir. Bundan irəli gələrək vergi orqanların Vergilər Nazirliyinin Apellyasiya Şurasının qərarı ilə razı olduğu və ya ödənilməli vergilərin yığılmasından imtina niyyətində olmağına nəticəyə gəlmək olar. Dövlət Vergi Xidmətinin iddialarına əsasən 13 mart 2017-ci ildə qəbul olunmuş Vergilər Nazirliyinin Apellyasiya Şurasının qərarı digər adı çəkilməyən faktlar nəzərə alınmaqla qəbul olunmuşdur. Şikayətin baxılması çərçivəsində həmin faktların açıqlanmasını vergi orqanlarından tələb olunmasını iddiaçı xahiş edir. Kommersiya məxfilik nöqteyindən sözügedən Apellyasiya Şurasının qərarı şikayətin bir hissəsi kimi iddiaçı tərəfindən təqdim oluna bilməz. Şikayətin baxılması çərçivəsində Apelyasiya Şurasının qərarı təqdim olunması üçün vergi orqanlarından istənilə bilər. Əlavə olaraq qeyd edilir ki, iddiaçı 2015-ci ildən fəaliyyət göstərir və hazırkı yoxlamadan əvvəl iddiaçıda 2015-2017-cı illəri əhatə edən səyyar vergi yoxlaması keçirilmişr və yoxlamanın nəticələri 1 noyabr 2017-ci il tarixdə qəbul olunmuş “Səyyar vergi yoxlaması” Aktı N**********098229 ilə rəsmiləşdirilmişdir. Həmin yoxlama zamanı, iddiaçının qeyri-rezident ilə aparılan əməliyyatlar detallı şəkildə təhlil olunmuş və həddə ödənişlər ilə bağlı ödəmə mənbəyindən vergi tutulması sualı qaldırılmasına baxmayaraq QR ƏDV-nin tanınması sual altına qoyulmamışdır. Həmin Aktın 6-ci səhifəsində qeyd olunur ki “Yoxlama zamanı təqdim olunmuş müqavilələr, vergi hesab fakturaları, invoyslar, ödəniş sənədləri və digər sənədlərə əsasən yoxlanılan dövr üzrə cəmiyyət (İddiaçı) tərəfindən təqdim edilmiş X3 bəyannamələrin düzgünlüyü yoxlanılmış və yoxlamanın nəticəsi olaraq kənarlaşma müəyyən edilməmişdir”. Beləliklə, QR 2015-2017 illər üzrə ƏDV-nin tanınması üzrə eyni yanaşmanı tətbiq etməsinə baxmayaraq, vergi orqanları tərəfindən bu yanaşmanın mübahisələndirilməsi aparılmamışdır. Belə olan halda hazırkı yoxlama ilə əvvəlki dövrlərdə icra edilmiş əməliyyatlarla eynilik təşkil edən və vergi orqanı tərəfindən təftiş edilmiş və hüquqi müəyyənlik və vergi ödəyicisinin etimadı yaranmış maliyyə-təsərrüfat əməliyyatlarına görə əlavə vergi hesablanması vergi orqanının yaratdığı inzibati praktikaya zidd olmaqla, qanunsuzdur. Nəzərə almaq lazımdır ki, İqtisadiyyat Nazirliyinin yanında Dövlət Vergi Xidmətinin adının dəyişməsi Azərbaycan Respublikası Vergilər Nazirliyində struktur dəyişikliyi ilə əlaqədar olmuşdur və heç bir halda idarəçilikdə hüquqi varislik baxımından Dövlət Vergi Xidmətinin dəyişməsi kimi qiymətləndirilə bilməz. Həmçinin qeyd olunmalıdır ki, zaman baxımından müvafiq vergilərin hesablandığı dövrlərin fərqli olması da burada həlledici əhəmiyyət kəsb etmir. Həlledici əhəmiyyətə malik olan qeyri-rezidentlərin göstərdiyi xidmətlərlə bağlı hesablanmış verginin (QR ƏDV) eyni vergi növü ilə bağlı olması və qanunvericiliyin qeyd olunan dövrlər ərzində dəyişməz olmasıdır. Qeyd olunan Apelyasiya Şurasının qərarı və həmçinin keçmiş səyyar vergi yoxlaması zamanı belə sualın qaldırılmaması məhz bu kontekstdə nəzərdən keçirilməlidir. İddiaçının QR ƏDV ilə bağlı davranışına keçmiş səyyar vergi yoxlamasının nəticələri və eyni sual üzrə digər vergi ödəyicisinə münasibətdə olsa belə, qüvvədə olan Apelyasiya Şurasının 13 mart 2017-ci il tarixli qərarının hüquqi qüvvəsi baxımından qiymət verilməlidir. Belə ki, vergi ödəyicisi keçmiş vergi yoxlamasının nəticələrinə və eyni sual üzrə mövcud Apellyasiya Şurasının qərarının məzmununa etimad göstərmiş və onların nəticələri və məzmununa uyğun davranmışdır. Başqa sözlə, iddiaçının davranışı keçmiş səyyar vergi yoxlamasının nəticələrinə və Apellyasiya Şurasının 13 mart 2017-ci il tarixli qərarına və onun hüquqi qüvvəsinə əsaslanır. Apellyasiya Şurasının qərarının mövcudluğu və bu məsələ ilə bağlı sualın keçmiş dövrlərdə qaldırılmaması analoji xidmətlərlə bağlı iddiaçının eyni vergi öhdəliyinin yaranmasını istisna etməlidir. İddiaçı hesab edir ki, dövlət adından digər vergi ödəyicisi üzrə qəbul olunmuş Apellyasiya Şurasının 13 mart 2017-ci il tarixli qərarı və iddiaçı üzrə vergi yoxlamasının nəticələri haqqında tərtib olunmuş 1 noyabr 2017ci il tarixli inzibati akt vergi orqanları tərəfindən qəbul olunmuş məsələ üzrə yanaşma tam olaraq vergi qanunvericiliyinə uyğun idi, əks halda dövlət orqanı olaraq qanuna uyğun olmayan verginin mövcud olduğu yerdə vergidən imtina kimi bir sənədin imzalanması vergi orqanları tərəfindən həyata keçirilə bilməzdi. VM-nin 23-cü maddəsində vergi orqanının hüquqları müəyyən edilmişdir. Həmin hüquqlar içində vergi orqanına mövcud vergilərin yığılması və bu sahədə müvafiq addımların atılması səlahiyyəti verilib. Qeyd etmək istəyirik ki, vergilər üzrə məbləğlər dövlətin mülkiyyəti olduğuna görə bu cür mülkiyyətdən imtina etmək qanunvericiliklə xüsusi prosedurlar tələb edir. Bütün bu hallar Azərbaycan Respublikasının Konstitusiyasında əks olunan fundamental hüquqi prinsiplərin pozulmasına gətirib çıxarır. İlk növbədə, inzibati praktika sabit və gözlənilə bilən olmalıdır. Belə ki, 2017-ci ilədək vergi orqanları tərəfindən VM-in 169.4-cü maddəsinin bir formada (hesablanan verginin əməliyyatın aparıldığı ay üçün ƏDV-nin bəyannaməsi verilərkən ödənilməsi şərti, artıq hesablanmış və bəyan edilmiş verginin dövlət büdcəsinə ödənilməsi qaydası və müddətini ehtiva etməsi kimi), daha sonra isə digər bir formada (vergitutma dövrünü nəzərdə tutması kimi) qəbul olunması inzibati praktikanın stabilliyini pozur. Nəzərə almaq lazımdır ki, inzibati orqan onun qəbul etdiyi qərarın məzmununa uyğun davranmağa və inzibati praktikasını həmin qərarın məzmununa uyğunlaşdırmağa borcludur. Bu, hüquqi dövlətin fundamental prinsipi olan şəxsin etimad hüququnun qorunması prinsipindən irəli gəlir. Həmçinin nəzərə almaq lazımdır ki, vergi ödəyicisinin inzibati orqanların mövcud inzibati praktikasına etimadı qorunmalıdır. İnzibati orqanlar mövcud inzibati praktikaya uyğun davranmağa borcudurlar. Yalnız ictimai maraqlar və hüquqi əsaslar inzibati praktikanın dəyişdirilməsini şərtləndirə bilər. Bundan əlavə iddiaçı qeyd edir ki, inzibati şikayəti üzrə izahatların alınması ilə bağlı xx.xx.2022 tarixli görüş zamanı vergi orqanları sözügedən Apellyasiya Şurasının qərarı və iddiaçıda 2015-2017-cı illəri əhatə edən səyyar vergi yoxlamasından sonrakı dövrlərdə qeyri-rezidentin ƏDV-yə cəlb olunması üzrə vergi orqanlarının yanaşmanın dəyişməsini şifahi şəkildə bildirmişdir. Əlavə olaraq qeyd olunmalıdır ki, Apellyasiya Şurası ilə keçirilmiş 24 fevral 2023-cü il tarixli görüş zamanı Şuranın üzvləri Samirə Musayeva və Sair Məmmədxanov tərəfindən 2019cu ildə vergi ödəyicilərinə qeyri rezident ƏDV-nin tanınması ilə bağlı vergi orqanlarının yanaşmasını izah edən sirkulyar göndərildiyi qeyd olunmuşdur. İlk olaraq, qeyd etmək vacibdir ki, iddiaçı həmin sirkulyarı vergi orqanlarından almayıb. Şikayətin baxılması çərçivəsində həmin sirkulyarın vergi orqanlarından təqdim olunması istənilə bilər. QR ƏDVsinin tanınması VM-nin 169.3-cu maddədə aydın şəkildə qeyd olunduğu halda, vergi orqanlarının yanaşmasını izah edən sirkulyarın dərc olmasına ehtiyac olmadığını düşünür. Apellyasiya Şurası ilə keçirilən görüş zamanı Şuranın üzvləri tərəfindən qeyd olunmuşdur ki, vergi ödəyiciləri sirkulyarı aldığı tarixdən keçmiş dövrlərin ƏDV bəyannamələrinə düzəliş edib bəyannamələri yenidən vergi orqanlarına təqdim etməli idilər. Halbuki, belə düzəlişin edilməsi vergiödəyiciləri tərəfindən VM-nin 59.1-ci maddəsinə əsasən 0,1 faiz məbləğində gecikmə faizin tutulması ilə nəticələnə bilərdi. Belə ki, Apellyasiya Şurasının üzvləri tərəfindən sirkulyarın mövcud olması haqqında gətirilən dəlillər bir daha sübut edir ki, vergi orqanları qanunvericiliyin (VM-nin 169.3-cü maddəsinin) VM-nin qəbul edildiyi tarixdən dəyişməz olmasına baxmayaraq, 2019-cu ildə QR ƏDV-nin tanıması üzrə yanaşmasını dəyişmişdir. QR ƏDV-nin tanınmasını müəyyən edən VM-in 169.3-cü maddəsi dəyişməz olaraq qalmasının nəzərə alaraq, vergi orqanları tərəfindən maddənin interpretasiyası ilə bağlı yanaşmanın dəyişdirilməsi AR Konstitusiyasına zidd olduğunu hesab edir. Yekunda qeyd edilir ki, vergi orqanları tərəfindən görüş zamanı təsdiq edilən QR ƏDV-si məsələsində “yanaşmanın dəyişilməsi” və Apellyasiya Şurası ilə keçirilən görüş zamanı QR ƏDV-nin tanınmasına dair sirkulyarın mövcud olmasının iddia edilməsi inzibati praktikanın sabitliyi prinsipinin və həmçinin AR Konstitusiyasında qeyd olunan dövlət hakimiyyətinin bölünməsi prinsiplərinin pozulmasını bir daha da sübut edir. Digər bir tərəfdən, VM-nin 169.4-cü maddəsinin yuxarıda qeyd olunduğu kimi qeyri-stabil şərh olunması bu normanın qeyri-müəyyən olması mənasına gətirib çıxarır buna isə, ümumiyyətlə, yol verilmir. Belə ki, hüquq norması dəqiq müəyyən olunmalı və qeyrimüəyyənliyə yol verməməlidir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 22 sentyabr 2008-ci il tarixli Plenum Qərarında da vurğulanır: “Hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas aspektlərindən biri kimi çıxış edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün hüquq normaları birmənalı və aydın olmalıdır. Bu öz növbəsində hər kəsə onun hüquq və azadlıqlarını müdafiə edəcəyinə, hüquq tətbiqedənin hərəkətlərinin isə proqnozlaşdırıla bilən olacağına əminlik verməlidir. Bunun əksi, yəni hüquq normasının məzmununun qeyri-müəyyənliyi hüquq tətbiqetmədə məhdudiyyətsiz mülahizə üçün imkan yaratmaqla, hər bir normativ-hüquqi aktın əsasında dayanmalı olan qanunun aliliyi, qanun və məhkəmə qarşısında bərabərlik və ədalət prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Hüquqi müəyyənliyə dair tələblər hüququn üstünlüyü, normativ-hüquqi aktların hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmasına dair konstitusiya prinsiplərindən irəli gəlir. Hüquq normasının məzmununun qeyri-müəyyənliyi hüquq tətbiqetmədə məhdudiyyətsiz mülahizə üçün imkan yaratmaqla hər bir normativ-hüquqi aktın əsasında dayanmalı olan qanunun aliliyi, qanun və məhkəmə qarşısında bərabərlik və ədalət prinsiplərinin pozulmasına gətirib çıxarır”. Həmçinin, AR KM-nin 6 avqust 2002-ci il tarixli digər bir qərar da qeyd olunur ki, hüquq normasının müəyyənliyi, aydınlığı, ikimənalı olmamasının ümumi hüquqi şərtləri kimi hamının qanun və məhkəmə qarşısında bərabərliyinə dair Konstitusiya prinsipindən irəli gəlir (Konstitusiyanın 25-ci maddəsi). Belə bərabərlik hüquqtətbiqedicilər tərəfindən yalnız normanın eyni cür şərhi və anlaşılması şərtilə təmin edilə bilər. Hüquq normasının məzmununun qeyri-müəyyənliyi isə əksinə, hüquq-tətbiqi prosesində onun qeyri-məhdud anlaşılmasına imkan yaradır və qaçılmaz olaraq özbaşınalığa, hamının qanun və məhkəmə qarşısında bərabərliyi, eləcə də qanunun aliliyi prinsiplərinin pozulmasına gətirib çıxarır. Nəhayət, vergi orqanları tərəfindən hüquqi müəyyənlik prinsipinə zidd olaraq, VM-in 169.4-cü maddəsinin keçmiş yanaşmasından fərqli olaraq digər formada şərh edilməsi mövqeyi yalnız VM-nin 169.1 və 169.4-cü maddələri arasında ziddiyyətin olması ilə əsaslandırıla bilər. Bu halda nəzərə alınmalıdır ki, VM-nin 3.11-ci maddəsinə əsasən, vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Bu mövqe AR KM-nin 23 iyul 2020-ci il tarixli Plenum Qərarında da öz əksini tapmışdır. Burada qeyd olunur ki, müvafiq qanunvericilik sahəsinin müddəalarının qeyri-müəyyənliyi həm vergi ödəyicilərinin hüquqlarının pozulmasına, həm də vergidən yayınma hallarına səbəb ola bilər. Məhz buna görə də adıçəkilən qanunvericilik sahəsi hər kəsin tələb olunan vergini nə vaxt və hansı qaydada ödəməli olduğuna dair tam və dəqiq məlumatlı olmasını mümkün edən səviyyədə qurulmalıdır. Bu zaman onu da nəzərə almaq lazımdır ki, vergi qanunvericiliyi aktlarındakı bütün ziddiyyətlər və anlaşılmazlıqlar vergi ödəyicisinin xeyrinə həll olunur. Belə ki, VM-nin 3.9-cu maddəsinə müvafiq olaraq, vergilər haqqında qanunvericilik elə tərzdə formalaşdırılmalıdır ki, hər kəs hansı vergiləri, hansı qaydada, nə vaxt və hansı məbləğdə ödəməli olduğunu dəqiq bilsin. VM-nin 3.11 -ci maddəsinə uyğun olaraq isə vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. AR KM-nin sözügedən Plenum Qərarındakı mövqeyinə Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-2(102)-142/2021 saylı, xx.xx.2021 tarixli Qərarında da istinad edilmiş, Qərarın “Ali Məhkəmənin mövqeyi” bölməsinin formalaşmasında yer almışdır. Yuxarıda qeyd olanlara əsasən, nəzərə alaraq ki, 2015-2019-cu illər üzrə QR ƏDV-nin tanınmasını müəyyən edən VM-in 169.4-cü maddəsi dəyişməz olaraq qalmışdır və Vergilər Nazirliyinin Apelyasiya Şurası tərəfindən QR ƏDV-nin işlərin tamamlanma vaxtına əsasən tanınması yanaşması qəbul olunmamışdır, vergi orqanları tərəfindən hazırda bu sualın qaldırılması vergi ödəyicisi üçün qeyri-müəyyənlik yaradır və inzibati orqana və təcrübəyə olan etimadı pozur. Digər tərəfdən, normada qeyri-müəyyənlik olsa belə, yuxarıda da əsaslandırıldığı kimi, bu cür qeyri-müəyyənlik vergi ödəyicisinin xeyrinə şərh olunmalı və onun vergi öhdəliyinin pozuntusu kimi qiymətləndirilməməlidir. Odur ki, cavabdeh tərəfindən qəbul olunmuş qərarın və Dövlət Vergi Xidmətinin inzibati şikayət üzrə qəbul etdiyi Qərar inzibati praktikanın stabilliyi, hüquqi müəyyənlik və vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamlarının vergi ödəyicisinin xeyrinə şərh edilməsi prinsiplərini pozması səbəbindən əsassız olduğu qənaətindədir. Qeyd olunanlara əsasən iddiaçı hesab edir ki, qərar qanunsuzdur və ləğv edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçının tərəf sonradan iddianın dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək səyyar vergi yoxlaması nəticəsində qəbul edilmiş “Vergi ödəyicisnin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********163913 nömrəli qərarının qeyri-rezidentinin ƏDV üzrə vergi tutulan əməliyyatların vaxtının müəyyən edilməsi ilə bağlı hesablanmış maliyyə sanksiyası hissəsinin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin müvafiq qərardadı ilə iddianın dəqiqləşdirilməsinə dair ərizə icraata qəbul edilmişdir. İddia ərizəsi icraata qəbul edildikdən sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və bu məqsədlə məhkəmə iclası təyin edilərək tərəflərə bildiriş, eyni zamanda iddiaya yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surəti cavabdehə göndərilmişdir. Cavabdeh vergi orqanı iddiaya dair yazılı münasibətini (etirazını) məhkəməyə təqdim etmişdir. Etirazda bildirilmişdir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2020-ci il tarixli **********143068 nömrəli qərarına əsasən iddiaçı vergi ödəyicisində vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə xx.xx.2017-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan dövr əhatə olunmaqla Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən növbədənkənar səyyar vergi yoxlaması keçirilmiş və nəticəsi xx.xx.2022-ci il tarixli **********143224 nömrəli səyyar vergi yoxlaması aktı ilə rəsmiləşdirilmişdir. Səyyar vergi yoxlaması ilə mənfəət vergisinin 2017-ci ildə 295.849,38 manat, 2019-cu ildə 484.277,93 manat artıq hesablanması, 2018-ci ildə 1.956.566,19 manat azaldılması, X3nin 2017-ci ildə 227.848,01 manat, 2019-cu ildə 569.503,77 manat, 2020-ci ildə 183,44 manat artıq hesablanması, 2018-ci ildə 1.050.101,54 manat azaldılması, əmlak vergisinin 2018-ci ildə 43,82 manat, 2019-cu ildə 43,82 manat azaldılması aşkar edilmiş, bundan başqa ödəmə mənbəyində tutulan vergi bəyannaməsinin qanunvericiliklə müəyyən edilmiş müddətdə təqdim edilməməsinə görə 40,0 manat, Vergi Məcəlləsinin 16.1.4-cü maddəsində nəzərdə tutulmuş arayışın təqdim edilməməsinə Vergi Məcəlləsinin xx.xx.2022-ci il tarixədək qüvvədə olan 57.4-cü maddəsinə əsasən 1500,0 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********163913 nömrəli qərarla Cəmiyyətə ümumilikdə 4.237.472,69 manat olmaqla 1.429.092,84 manat məbləğində əlavə vergi hesablanmış və 2.808.379,85 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********163913 nömrəli qərar xx.xx.2022-ci il tarixdə əlbəəl Cəmiyyətə təqdim edilmiş və imzalanaraq qəbul olunmuşdur. İddiaçı qeyri-rezidentlərin ƏDV-yə cəlb olunması zamanı vergi tutulan əməliyyatın vaxtının müəyyən edilməsinin işlərin təhvil verilmə tarixi ilə deyil, ödənişlərin tarixinə uyğun müəyyənləşdirilməsini iddia edir. İddiaçı bununla bağlı Vergi Məcəlləsinin 169-cu maddəsinin düzgün tətbiq edilmədiyinə istinad edir. Bildirilir ki, qeyri-rezidentlərin ƏDV-yə cəlb olunması Vergi Məcəlləsinin 169-cu maddəsinin müəyyənləşdirdiyi qaydalara uyğun həyata keçirilir. Vergi Məcəlləsinin 169.1-ci maddəsinə əsasən ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmayan qeyri-rezident Azərbaycan Respublikasının ərazisində bu Məcəllənin 169.2-ci və ya 169.5-ci maddələrində adı çəkilən vergi agenti üçün xidmət göstərirsə və ya iş görürsə (o cümlədən elektron ticarət qaydasında Azərbaycan Respublikasının hüdudlarından kənarda otel xidmətlərinin və aviabiletlərin sifarişi üzrə xidmətlər istisna olmaqla, işlərin görülməsi və xidmətlərin göstərilməsi), bu fəslin məqsədləri üçün işlərin görülməsi və ya xidmətlərin göstərilməsi bu maddəyə uyğun olaraq vergiyə cəlb olunur. Göründüyü kimi, qanunvericilik qeyri-rezidentin ƏDV-yə cəlb olunmasını işlərin görülməsi və xidmətlərin göstərilməsi ilə şərtləndirir. Bundan başqa, qanunvericilik qeyri-rezidentə ödəmələr verən rezidenti vergi agenti kimi təsbit etməklə, vergi agentinin ƏDV qeydiyyatının olması və ƏDV qeydiyyatının olmaması halları üzrə fərqli tənzimləmələr müəyyən edir. Həmin Məcəllənin 169.4-cü maddəsinə əsasən vergi agenti ƏDV-nin məqsədləri üçün qeydiyyatdan keçmişdirsə, hesablanan vergi əməliyyatın aparıldığı ay üçün ƏDV bəyannaməsi verilərkən ödənilir. Göründüyü kimi, ƏDV məqsədləri üçün vergi tutulan əməliyyatın vaxtının əməliyyatın aparıldığı vaxta əsasən müəyyən edilməsi bir daha təsdiqini tapır. Həmin müddəalardan aydın olur ki, vergi agenti ƏDV-nin məqsədləri üçün qeydiyyatdan keçmişdirsə, ƏDV-nin hesablanması Vergi Məcəlləsinin 169.3-cü maddəsinə uyğun olaraq qeyri-rezident tərəfindən yerinə yetirilmiş işlərin müvafiq aktla təsdiq edilərək qəbul edildiyi ayın ƏDV bəyannaməsində, qeyri-rezident tərəfindən yerinə yetiriləcək işlərin dəyəri qabaqcadan ödənildiyi halda Vergi Məcəlləsinin 169.7-ci maddəsinə uyğun olaraq ödəmənin aparıldığı ayın ƏDV bəyannaməsində əks etdirilməlidir. Qeyri-rezidentlə bağlanmış müqavilə üzrə qeyri-rezident tərəfindən göstərilməli olan xidmətlərə görə avans ödəmələrə ödənişin aparıldığı vaxtda həmin günə mövcud rəsmi məzənnə ilə ƏDV hesablanır və avans ödənişin aparıldığı ayda büdcəyə ödənilir. Avans ödənişə görə hesablanmış və dövlət büdcəsinə ödənilmiş ƏDV məbləğləri qeyri-rezident tərəfindən yerinə yetirilmiş işlərin qəbul edildiyi ayın ƏDV bəyannaməsində əvəzləşdirilir. Göstərilənlər nəzərə alınmaqla yoxlama zamanı yerinə yetirilmiş işlərin və göstərilmiş xidmətlərin təhviltəslim aktlarının tərtib edildiyi tarixlərlə həmin iş və xidmətlərə görə ƏDV üzrə ödənişlərin edilməsi tarixləri araşdırılmış, kənarlaşma aşkar edilən aylar üzrə maliyyə sanksiyaları tətbiq edilmişdir. Qeyd olunanları nəzərə alaraq iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə ilk öncə qeyd etməyi zəruri hesab edir ki, hazırkı iddia mübahisələndirmə növünə aid iddia olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, İPM-in 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 32.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. İddia tələb olunan mümkünlük şərtlərinə cavab verir. Məhkəmə iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi-vəkili iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və tələbin təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun məzmunda izahat verərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -Azərbaycan Respublikası Vergilər Nazirliyi Kommersiya Hüquqi Şəxsin dövlət qeydiyyatı haqqında ********** nömrəli şəhadətnamənin surətindən görünür ki, İddiaçı MMC xx.xx.2015-ci il tarixdə vergi ödəyicisi kimi qeydiyyata alınmışdır. -“Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli, **********163913 nömrəli qərardan görünür ki, İddiaçı MMC Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən yoxlama ilə hesablanmış X3nin azaldılmasına görə Vergi Məcəlləsinin 57.1-ci maddəsinə əsasən yoxlama ilə hesablanmış 1.429.092,84 manat məbləğində əlavə vergi məbləğinin və vergilərin azaldılmasına görə tətbiq edilmiş 2.806.817,89 manat məbləğində maliyyə sanksiyası, həmçinin Vergi Məcəlləsinin 57.3-cü maddəsinə əsasən 1500 manat maliyyə sanksiyası, 2017-ci ilin 4-cü rübü üzrə ÖMV bəyənnaməsinin təqdim edilməməsinə görə 40,0 manat maliyyə sanksiyası tətbiq edilmişdir. -Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin Apellyasiya Şurasının xx.xx.2023-cü il tarixli, 9 nömrəli Qərarından görünür ki, “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 24 oktyabr 2022ci il tarixli **********163913 nömrəli və İnzibati şikayətlərə baxılması baş idarəsinin “inzibati şikayətin təmin edilməməsi haqqında” 20 dekabr 2022-ci il tarixli **********105700 nömrəli qərarlarından şikayətinə dair İddiaçı şikayətinə baxılaraq, hüquqi şəxs İddiaçı MMC-nin inzibati şikayəti təmin edilməmiş, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 24 oktyabr 2022ci il tarixli **********163913 nömrəli və İnzibati şikayətlərə baxılması baş idarəsinin "İnzibati şikayətin təmin edilməməsi haqqında” 20 dekabr 2022-ci il tarixli **********105700 nömrəli qərarları dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin xx.xx.2023-cü il tarixli məktubu ilə iddiaçının inzibati şikayətinin təmin edilməməsi haqqında Nazirliyin Apellyasiya Şurasının xx.xx.2023-cü il tarixli qərarı iddiaçıya təqdim edilmişdir. -xx.xx.2017-ci il tarixli, **********098229 №-li səyyar vergi yoxlaması aktının surətindən görünür ki, Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin xx.xx.2017ci il tarixli, **********098027 saylı qərarına əsasən Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Xüsusi rejimli vergi ödəyiciləri ilə iş idarəsinin Vergi qanunvericiliyinin icrasına nəzarət şöbəsi tərəfindən İddiaçı (VÖEN **********) 2015-ci il - 2016-cı il üzrə muzdlu işlə əlaqədar ödəmə mənbəyindən tutulan vergi, iyul 2015 – aprel 2017-cı il üzrə aksiz vergisi, fevral 2016 – aprel 2017-cı il üzrə X3, 2015-2016-cı il üzrə əmlak vergisi, 2016-cı il üzrə mənfəət vergisi, 2015-ci il-2016-cı il üzrə torpaq vergisi, 3-cü rüb 2015-1-ci rüb 2016-cı il üzrə sadələşdirilmiş vergi, 3-cü rüb 2015-1-ci rüb 2017-cı il üzrə ödəmə mənməyindən tutulan vergi üzrə Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi (vergilərin və digər ödənişlərin hesablanması, tutulması və ödənilməsi) vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə növbədənkənar səyyar vergi yoxlaması aparılmışdır. Yoxlama xx.xx.2017-ci il tarixdə başlamış və xx.xx.2017-ci il tarixdə başa çatmışdır. Yoxlama zamanı təqdim olunmuş müqavilələr, vergi hesab fakturaları, invoyslar, ödəniş sənədləri və digər sənədlərə əsasən yoxlanılan dövr üzrə cəmiyyət tərəfindən təqdim edilmiş X3 bəyannamələrinin düzgünlüyü yoxlanılmış və yoxlamanın nəticəsi olaraq kənarlaşma müəyyən edilməmişdir. Yoxlama zamanı qeyri rezident "Kellogg Brown & Root Limited" şirkətinin "xxxx" MMC-yə "Heydər Əliyev adına neft Emalı ZAVODU"nda aparılan rekonstruksiya işləri ilə əlaqədar dizayn və layihələrin hazırlanması üzrə xidmətlərinin göstərdiyi müəyyən edilmişdir. Lahiyələr əsasən Londonda və Milanda mövcud olan ofislər tərəfindən həyata keçirilmişdir. Yoxlamanın əhatə etdiyi dövr üzrə keçirilmiş kameral yoxlamalar ilə 2017-ci ilin yanvar ayı üzrə 77.76 manat əlavə vəsait hesablanmışdır. Kameral hesablamanın əsas səbəbi Cəmiyyət tərəfindən HM seriyalı 434283 nömrəli VHF üzrə qeyd olunan məbləğin təkrar əvəzləşdirilməsi olmuşdur. Cəmiyyət yoxlama ilə əhatə olunan dövrdə əmlak, torpaq, aksiz, mədən vergisinin və xarici subpodratçılardan ödəmə mənbəyində tutulan verginin ödəyicisi olmamışdır. Yoxlamanın əhatə etdiyi dövr üzrə keçirilmiş kameral yoxlamalar ilə əlavə vəsait hesablanmamışdır. Yoxlama zamanı təqdim olunmuş sənədlərə əsasən vergi orqanlarına təqdim olunmuş "Sadələşmiş vergi" bəyannamələrinin düzgünlüyü yoxlanıldı və yoxlamanın nəticəsi kimi verginin hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləği ilə müqayisə edildiklə kənarlaşma müəyyən edilmədi. Yoxlamanın əhatə etdiyi dövr üzrə keçirilmiş kameral yoxlamalar ilə əlavə vəsait hesablanmamışdır. Cəmiyyət yoxlama ilə əhatə olunan dövrdə muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan verginin ödəyicisi olmuşdur .Vergi orqanına təqdim edilmiş sadələşmiş vergi və ƏDV bəyannamələrinin tərkibində muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan verginin hesabatına əsasən işçilərin orta siyahı sayı 27 nəfər olmuşdur. Cəmiyyət üzrə bir nəfərə düşən orta aylıq əmək haqqı 3864,19 manat olmuşdur.Yoxlamanın əhatə Cəmiyyət yoxlama ilə əhatə olunan dövrdə muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan verginin ödəyicisi olmuşdur. etdiyi dövr ərzində işçilərə 1580635,71 manat əmək haqqı hesablanmaqla əmək haqqından 293870,66 manat muzdlu işlə əlaqədar ödəmə mənbəyində vergi tutulmuşdur. Yoxlama ilə kənarlaşma aşkar edilmədi. Yoxlamanın əhatə etdiyi dövr üzrə keçirilmiş kamera! yoxlamalar ilə əlavə vəsait hesablanmamışdır. Yoxlama zamanı təqdim olunmuş sənədlərə əsasən "Ödəmə mənbəyində tutulan vergi" bəyannamələrinin düzgünlüyü yoxlanıldı və yoxlamanın nəticəsi kimi 2017-ci ilin 1-ci rübü üzrə bəyannamənin təqdim edilmədiyi və verginin hesabatda göstərilməli olan məbləği üzrə kənarlaşma müəyyən edildi. Yoxlamanın əhatə etdiyi dövr üzrə keçirilmiş kameral yoxlamalar ilə əlavə vəsait hesablanmamışdır. Yoxlanılan dövr üzrə Cəmiyyət tərəfindən qeyri-rezidentin Azərbaycan mənbəyindən əldə olunan gəliri kimi müəyyən edilən və qeyri-rezidentin Azərbaycan Respublikasınin ərazisindəki daimi nümayəndəliyinə aid olmayan 1200000,00 manat ümumi gəlirindən ödəmə mənbəyində verginin tutulmadığı müəyyən edilmişdir Belə ki,Cəmiyyət tərəfindən göstərilmiş xidmətə görə "Kellogg Brown & Root Limited" şirkətinə ödənilmiş 1200000,00 manat vəsaitdən ödəmə mənbəyində verginin tutulmadığı müəyyən edilmişdir. Cəmiyyət tərəfindən Vergi Məcəlləsinin 125.1.5-ci maddələrinin tələbləri pozuldu, qeyd olunanlara əsasən yoxlama zamanı yoxlanılan dövr üzrə ümumilikdə 10% miqdarında 120000,00 manat (1200000,00 x 10%) məbləğində ödəmə mənbəyində vergi hesablanmalıdır. Bununla da Vergi Məcəlləsinin 58.1 maddəsinə əsasən azaldılmış verginin 50%-i həcmində, yəni 60000,00 manat maliyyə sanksiyasının tətbiq olunması təklif olunmuşdur. -“Vergi borcunun, icbari tibbi sığorta və məcburi dövlət sosial sığorta haqlarının, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” xx.xx.2022-ci il tarixli **********9400 nömrəli tələbnamədən görünür ki, əlavə hesablanmış vergilər və ya icbari tibbi sığorta haqqı üzrə 1429092.84 manat, vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta haqqında qanunvericiliyin pozulmasına görə tətbiq edilmiş 2807379.85 manat məbləğində maliyə sanksiyası, ümumiikdə ******* manatın 5 gün müddətində ödənilməsi tələb edilmişdir. İşin faktiki hallarından görünür ki, cavabdeh vergi orqanı tərəfindən xx.xx.2017-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan dövr əhatə olunmaqla növbədənkənar səyyar vergi yoxlaması keçirilmiş və nəticədə İddiaçı MMC-yə xx.xx.2022-ci il tarixli, **********163913 qərarla 1.429.092,84 manat məbləğində əlavə vergi məbləği hesablanmış və vergilərin azaldılmasına görə tətbiq edilmiş 2.806.817,89 manat məbləğində maliyyə sanksiyası, həmçinin Vergi Məcəlləsinin 57.3-cü maddəsinə əsasən 1500 manat maliyyə sanksiyası, 2017-ci ilin 4-cü rübü üzrə ÖMV bəyənnaməsinin təqdim edilməməsinə görə 40,0 manat maliyyə sanksiyası tətbiq edilmişdir. İddiaçı hazırkı iddia ilə qeyd olunan qərarı qismənqeyri-rezidentin ƏDV üzrə vergi tutulan əməliyyatların vaxtının müəyyən edilməsi ilə bağlı hesablanmış maliyyə sanksiyası hissəsində mübahisələndirir. Mübahisənin mahiyyəti ondan ibarətdir ki, iddiaçı qeyri-rezidentin ƏDV-yə cəlb olunması zamanı vergi tutulan əməliyyatın vaxtının müəyyən edilməsinin işlərin təhvil verilməsi tarixli ilə deyil, ödəmələrin tarixinə uyğun müəyyənləşdirilməli olduğunu hesab edir. Vergi orqanı isə Vergi Məcəlləsinin 169.4-cü maddəsinə istinad edərək qeyrirezidentin ƏDV-yə cəlb olunmasını ödəmənin aparılmasından asılı olmayaraq işlərin görülməsi və xidmətlərin göstərilməsi ilə bağlı əməliyyatın aparıldığı vaxt ilə bağlı olduğu qənaətindədir. Tərəflər arasında dövlət büdcəsinə ödənilməli verginin məbləği ilə bağlı mübahisə yoxdur. Mübahisə yalnız bəyannamənin təqdim edilməsində vergi qanunverciliyinin tətbiqi ilə bağlı yaranmışdır ki, bu da cavabdeh tərəfindən iddiaçıya VMnin 58.1-ci maddəsinə əsasən maliyyə sanksiyası tətbiq edilməsi ilə nəticələnmişdir. Məhkəmə gəldiyi nəticəni aşağıdakı qaydada əsaslandırır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinə əsasən, Qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: -3.2-ci maddəsinə əsasən, vergilər iqtisadi cəhətdən əsaslandırılmalıdır. -3.8-ci maddəsinə əsasən heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. -3.10-cu maddəsinə əsasən, vergi sistemi sahibkarlıq və investisiya fəaliyyətini təşviq etməlidir. -19.4-cü maddəsinə əsasən bu maddənin məqsədləri üçün qeyri-rezident müəssisənin və ya qeyri-rezident fiziki şəxsin istənilən 12 ay ərzində üst-üstə 90 gündən az müddətdə Azərbaycan Respublikasında fəaliyyət göstərdiyi hər hansı yer daimi nümayəndəlik sayılmır, bu halda Azərbaycan mənbəyindən əldə olunan gəlir bu Məcəllənin 125-ci və 169-cu maddələrinə əsasən ödəniş mənbəyində vergiyə cəlb edilir. -23.1.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanlarının hüququdur. -24.0.1-ci maddəsinə görə, vergilərin düzgün hesablanması vergi orqanlarının vəzifəsidir. -24.1.2. vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludur. -24.0.1-ci və 24.0.2-ci maddələrinə əsasən vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə; vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludurlar. -36.1-ci maddəsinə əsasən vergi orqanları tərəfindən keçirilən yoxlamalar kameral və ya səyyar ola bilər. -38.1-ci maddəsinə əsasən, səyyar vergi yoxlaması, o cümlədən elektron audit vergi orqanının qərarına əsasən həyata keçirilir. Səyyar vergi yoxlaması növbəti və növbədənkənar ola bilər. -58.1-ci maddəsinə əsasən verginin (o cümlədən ödəmə mənbəyində verginin) hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılmışdırsa, habelə büdcəyə çatası vergi məbləği hesabat təqdim etməməklə yayındırılmışdırsa vergi ödəyicisinə (bu Məcəllənin 58.1-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) azaldılmış və ya yayındırılmış vergi məbləğinin (kameral vergi yoxlaması nəticəsində hesablanmış əlavə vergi məbləği istisna olmaqla) 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. -153.1. X3 (bundan sonra - ƏDV) vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə bu Məcəllənin müddəalarına uyğun olaraq verilən elektron qaimə-fakturalara və ya idxalda ƏDV-nin ödənildiyini göstərən sənədlərə müvafiq surətdə əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqdir. Hazırkı mübahisənin maddi-hüquqi əsasını Vergi Məcəlləsinin 169-cu maddəsi təşkil edir. Belə ki, 169.1-ci maddəyə əsasən, ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmayan qeyri-rezident Azərbaycan Respublikasının ərazisində bu Məcəllənin 169.2-ci və ya 169.5-ci maddələrində adı çəkilən vergi agenti üçün xidmət göstərirsə və ya iş görürsə (o cümlədən elektron ticarət qaydasında Azərbaycan Respublikasının hüdudlarından kənarda otel xidmətlərinin və aviabiletlərin sifarişi üzrə xidmətlər istisna olmaqla, işlərin görülməsi və xidmətlərin göstərilməsi), bu fəslin məqsədləri üçün işlərin görülməsi və ya xidmətlərin göstərilməsi bu maddəyə uyğun olaraq vergiyə cəlb olunur. 169.2. ƏDV-nin məqsədləri üçün qeydiyyata alınan hər hansı şəxs bu maddənin məqsədləri üçün vergi agenti sayılır. 169.3. Bu Məcəllənin 169.1-ci maddəsi tətbiq edildikdə, vergi tutulan əməliyyatın vaxtı ödəmənin həyata keçirildiyi vaxt sayılır. Ödəmə əməliyyatın həyata keçirilməsinədək aparıldıqda, vergi tutulan əməliyyat ödəmə həyata keçirildikdə aparılmış sayılır. Verginin məbləği bu Məcəllənin 173.1-ci maddəsinin müddəalarına uyğun olaraq vergi dərəcəsinin qeyri-rezidentə ödənməli olan məbləğə (ƏDV nəzərə alınmadan) tətbiq edilməsi yolu ilə müəyyənləşdirilir. ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmayan qeyri-rezidentə elektron ticarət qaydasında işlərin və xidmətlərin təqdim edilməsinə görə vergi orqanlarında uçotda olmayan şəxslər tərəfindən ödənişlər aparılarkən bu maddə ilə müəyyən edilmiş qaydada qeyri-rezidentə ödənilməli olan məbləğə ƏDV hesablanmalı və ödənilməlidir. Elektron ticarət qaydasında işlərin və xidmətlərin alıcısı, habelə Azərbaycan Respublikasının hüdudlarından kənarda elektron qaydada təşkil olunan lotereyaların (o cümlədən virtual lotereyaların), idman mərc oyunlarının, digər yarışların və müsabiqələrin iştirakçısı vergi orqanlarında uçotda olmayan şəxs olduqda ödənişi aparan yerli ödəniş xidməti təchizatçısı və xarici ödəniş xidməti təchizatçısının Azərbaycan Respublikasındakı filialları tərəfindən hesablanan ƏDV alıcının vəsaiti hesabına büdcəyə ödənilir. ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmış yerli ödəniş xidməti təchizatçısı və xarici ödəniş xidməti təchizatçısının Azərbaycan Respublikasındakı filialları tərəfindən vergi orqanlarında uçotda olmayan şəxsdən tutulmuş ƏDV əvəzləşdirilmir. 169.4. Vergi agenti ƏDV-nin məqsədləri üçün qeydiyyatdan keçmişdirsə, hesablanan vergi, əməliyyatın aparıldığı ay üçün ƏDV-nin bəyannaməsi verilərkən ödənilir. Hesablanan verginin ödənilməsini təsdiq edən ödəmə sənədi bu Məcəllənin 175-ci maddəsinin müddəalarına uyğun olaraq vergi agentinə ƏDV-nin məbləğini əvəzləşdirmək hüququnu verən elektron qaimə-fakturadır. 169.5. Vergi agenti ƏDV-nin məqsədləri üçün qeydiyyatdan keçməmişdirsə, o hesablanan vergini bu maddəyə uyğun olaraq qeyri-rezidentə ödəmə verildikdən sonra 7 gün ərzində ödəməyə və növbəti ayın 20-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş formada ƏDV bəyannaməsi verməyə borcludur. Bu Məcəlləyə uyğun olaraq vergi agentinin qeyri-rezidentə ödənilməli olan məbləğ ƏDV-nin hesablanması üzrə əməliyyatları vergi agentinin ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmasına görə müəyyənləşdirilən vergi tutulan əməliyyatlarına aid edilmir. Vergi agenti qeyri-rezidentə ödənilməli olan məbləğə ƏDV-ni hesablayaraq büdcəyə ödədikdə, ödəniş sənədlərində vergini qeyri-rezidentdə ödədiyi məbləğdən hesabladığı barədə müvafiq qeyd aparmalıdır. Yoxlanılan dövr üzrə iddiaçı tərəfindən müvafiq əməliyyatların 2018-2019-cu illərdə aparıldığı müəyyən edilmişdir. Belə olan halda, hazırkı mübahisəyə də həmin dövrdə qüvvədə olan maddi hüquq normaları tətbiq edilməlidir. 2020-ci ilin 1 yanvar tarixinədək qüvvədə olmuş VM-in 169.3-cü maddəsində göstərilirdi ki, bu Məcəllənin 169.1-ci maddəsi tətbiq edildikdə, vergi agenti qeyri-rezidentə ödənməli olan məbləğə ƏDV hesablamalı və ödəməlidir. Verginin məbləği bu Məcəllənin 173.1-ci maddəsinin müddəalarına uyğun olaraq vergi dərəcəsinin qeyri-rezidentə ödənməli olan məbləğə (ƏDV nəzərə alınmadan) tətbiq edilməsi yolu ilə müəyyənləşdirilir. Həmin Məcəllənin 173.1-ci maddəsinə əsasən, ƏDV-nin dərəcəsi hər vergi tutulan əməliyyatın və hər vergi tutulan idxalın dəyərinin 18 faizidir. Göründüyü kimi, istinad olunan 169.3-cü maddənin əvvəlki redaksiyası vergi agenti tərəfindən qeyri-rezidentə xidmət göstərməsi və ya iş görməsi müqabilində ƏDV-nin ödənilməli olması və ƏDV-nin miqdarı ilə bağlı məsələləri tənzimləyirdi. Müvafiq dövrdə qüvvədə olmuş VM-in 169.7-ci maddəsində isə göstərilirdi ki, vergi agenti qeyri-rezidentə ödəmə verilən aydan sonrakı ayın 20-dən gec olmayaraq ƏDV-nin hesablanması barədə vergi orqanına müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada bəyannamə təqdim etməlidir. Qeyd olunan normada qeyrirezident tərəfindən görülmüş işlərin müvafiq aktla təsdiq edilərək qəbul edilməsi və qeyrirezident tərəfindən yerinə yetiriləcək işlərin dəyərinin qabaqcadan ödənilməsi şərti nəzərdə tutulmamışdır. Həmçinin hazırda qüvvədə olan (xx.xx.2020-ci il tarixdən) 169.3cü maddəyə görə, bu Məcəllənin 169.1-ci maddəsi tətbiq edildikdə, vergi tutulan əməliyyatın vaxtı ödəmənin həyata keçirildiyi vaxt sayılır. Ödəmə əməliyyatın həyata keçirilməsinədək aparıldıqda, vergi tutulan əməliyyat ödəmə həyata keçirildikdə aparılmış sayılır. Göründüyü kimi, həm əvvəlki, həm də hazırda qüvvədə olan qanunvericilikdə qeyri-rezidentin ƏDV məqsədləri üçün vergiyə cəlb olunması işlərin görülməsi və ya xidmətlərin göstərilməsi üçün ödəmənin həyata keçirildiyi zamanı ehtiva edir. Bu baxımdan iddiaçıya VM-in 58.1-ci maddəsinə uyğun olaraq maliyyə sanksiyasının tətbiq edilməsi ilə bağlı cavabdeh vergi orqanının dəlilləri əsaslı sayıla bilməz. Qeyd olunmalıdır ki, vergilərin düzgün hesablanması vergi orqanlarının vəzifəsidir. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusu hadisəsi olmadıqda, şəxs vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilə bilməz. (Vergi Məcəlləsinin 24.0, 24.1, 36.2, 53.3 və 54.0.1-ci maddələri) İPM-in 1.2-ci maddəsinə görə bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (MPM) müddəaları tətbiq oluna bilər. Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, cavabdehin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********163913 saylı Qərarı qeyri-rezidentin ƏDV üzrə vergi tutulan əməliyyatların vaxtının müəyyən edilməsi ilə bağlı hesablanmış maliyyə sanksiyası hissəsində ləğv edilməlidir. İPM-in: -58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. -68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. -68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. -70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. -70.3-cü maddəsinə əsasən inzibati aktın ləğv edilməsi ilə yanaşı, iddiaçının hər hansı öhdəliyin (vəzifənin) yerinə yetirilməsini tələb etməyə haqlı olduğu hallarda, məhkəmə həmin icraat zamanı tələb olunan öhdəliyi (vəzifəni) yerinə yetirməyə məcbur etmə haqqında qərar qəbul edə bilər. Şərh edilənlərə əsasən və İPM-in 2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Dövlət Vergi Xidməti tərəfindən qəbul edilmiş “Vergi ödəyicisnin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2022-ci il tarixli **********163913 nömrəli qərarı qeyri-rezidentin ƏDV üzrə vergi tutulan əməliyyatların vaxtının müəyyən edilməsi ilə bağlı hesablanmış maliyyə sanksiyası hissəsi ləğv edilsin. Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar