Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-1(112)-969/2025 31.01.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, X2 kаtibliyi, tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinə qarşı “3-cü şəxslərin qeydiyyatdan çıxarılması” tələbinə dair iddia ərizəsi üzrə inzibati iş üzrə icraata xitam verilməsi barədə iddiaçının ərizəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinə qarşı “X3 və X1 ona məxsus Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Sabir küçəsi, ev 52; yeni qaydalarla: AZ 1091, Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, X7 küçəsi, ev 65 ünvanda yerləşən fərdi yaşayış evindən qeydiyyatdan çıxarılması öhdəliyinin Suraxanı rayon Polis İdarəsinin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə 04 fevral 2022-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-ci maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçının nümayəndəsi elektron ərizə ilə məhkəməyə müraciət edərək iddiadan imtina etdiyini bildirmişdir. Ərizədə göstərilmişdir ki,iddia tələbi cavabdeh tərəfindən təmin edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.1-ci maddəsinə əsasən, məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər iddiaçı iddiadan imtina etməyə haqlıdır. Həmin Məcəllənin 55.4-cü maddəsinə uyğun olaraq, iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. Həmin Məcəllənin 55.5-ci maddəsinə görə, iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. Məhkəmə iş materiallarını və iddiadan imtina barədə ərizəsini nəzərdən keçirərək, belə nəticəyə gəlir ki, iddiaçının qanuni təmsilçisinin iddiadan imtinası qanunvericiliyə zidd omadığından, iddiadan imtina barədə vəsatəti təmin edilməli və iş üzrə icraata xitam verilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55, 80, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiadan imtina edilməsi barədə ərizəsi təmin edilsin. Hazırkı inzibati iş üzrə icraata xitam verilsin. Hakim Miminat Hacıbəyova
Məhkəmə qərarları › İş №e-2-1(112)-969/2025
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(112)-969/2025
31.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver