Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-9707/2024 18.12.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı Cavabdehnə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Cavabdeh 94 nömrəli xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Xətai Rayonu Əhmədli Bələdiyyəsinin 94 nömrəli xx.xx.2024-cü il tarixli qərarı ilə 794.57 manat (yeddi yüz doxsan dörd manat əlli yeddi qəpik) borc məbləğinin ondan tutulub Əhmədli Bələdiyyəsinin yerli büdcəsinə ödənilməsi üçün qanunvericiliyə müvafiq tədbirlər görülməsi qərara alınmışdır. İddiaçı hesab edir ki, Xətai Rayonu Əhmədli Bələdiyyəsinin bu qərarı qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. Yaşadığı ərazi üzrə Xətai Rayonu Əhmədli Bələdiyyəsi olaraq cavabdeh qurum da öz vəzifə və öhdəliklərini Azərbaycan Respublikasının Konstitusiyasına və Qanunlarına uyğun formada həyata keçirməlidir. Həmçinin, cavabdeh qurum öz fəaliyyətində “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən üzərinə düşən öhdəlik və vəzifələri vaxtında və tam həcmdə yerinə yetirməli, sakinlərin haqlı narazılıqlarının, onları narahat edən problemlərinin həllində yardımçı olmalı, vətəndaşların normal yaşayışının təmin olunması üçün məhz həmin Qanundan irəli gələn sosialmüdafiə və sosial inkişaf proqramlarını vaxtlı-vaxtında həyata keçirməlidir. O cümlədən bələdiyyə büdcəsinə ödəniləcək borcla əlaqədar, həmin borcun yaranma mənbəyi barədə sakinləri öncədən məlumatlandırmalıdır. “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinin 2-ci bəndinə görə yerli sosial müdafiə və sosial inkişaf proqramlarından məqsəd dövlətin həyata keçirdiyi sosial inkişaf proqramlarında nəzərdə tutulmayan və ya onlara əlavə olaraq yerli əhəmiyyətli sosial inkişaf məsələlərini həll etməkdir. Həmin proqramlar təhsil, səhiyyə, mədəniyyət, yaşayış və qeyri-yaşayış binalarının saxlanılması və istifadə edilməsi, sanitariya müəssisələrinin təşkili, saxlanılması və inkişafı, mənzil tikintisi, yerli əhəmiyyətli su mənbələrindən istifadə, su təchizatının və kanalizasiya təsərrüfatının təşkili, saxlanılması və inkişafı, yanacaq təchizinin və satışının təşkili, bələdiyyə yollarının tikilməsi və saxlanılması, yerli nəqliyyat və rabitə xidmətinin təşkili, ticarət, ictimai iaşə və məişət xidmətinin təşkilinə şərait yaradılması, mədəniyyət müəssisələrinin inkişafına yardım göstərilməsi, tarix və mədəniyyət abidələrinin saxlanılması, informasiya xidmətinin təşkili, media subyektlərinin fəaliyyəti üçün şərait yaradılması, kimsəsizlərə, xəstələrə, qocalara, maddi imkansızlara, valideyn himayəsindən məhrum olmuş, həmçinin istedadlı uşaqlara əlavə yardım, fiziki tərbiyə və idmanın inkişafına yardım göstərilməsi, əhalinin məşğulluğuna, adamların peşələri üzrə işlə təmin olunmasına, gənclərin sosial hüquqi müdafiəsinə, ailə kəndli təsərrüfatının inkişafına kömək göstərilməsi və yerli infrastrukturun digər sahələriniəhatə edə bilər. Lakin onun əmlakının yerləşdiyi ərazidə son 20 il ərzində bələdiyyə tərəfindən heç bir iş görülməmişdir. Ümumiyyətlə bələdiyyənin mövcud olması və fəaliyyəti gözə çarpmır. Bələdiyyələr ərazidə yaşayan sakinlərdən vergi tələb etdiyi kimi, sakinlərin də bələdiyyələrdən bu pulların hara xərcləmələri barəsində məlumat almaq hüququ vardır. Xətai Rayonu Əhmədli Bələdiyyəsi 94 nömrəli xx.xx.2024-cü il tarixli qərar qəbul edərkən “Yerli (bələdiyyə) vergiləri və ödənişləri” haqqında Azərbaycan Respublikası Qanununun 12.3-cü maddəsinin tələblərin də pozmuşdur. Belə ki “Yerli (bələdiyyə) vergiləri və ödənişləri” haqqında Azərbaycan Respublikası Qanununun 12.3-cü maddəsinin tələbinə görə bələdiyyələrin vergi və ödənişlərin yığılması və istifadəsi sahəsində fəaliyyəti tam aşkarlıq şəraitində həyata keçirilməli və bu məqsədlə bələdiyyələr və onların müvafiq nəzarət komissiyaları bələdiyyə ərazisində yaşayan sakinlər qarşısında mütəmadi olaraq hesabatlar verir, bülletenlər buraxır, illik hesabatları bələdiyyə binasının qarşısında xüsusi lövhələrdə yerləşdirirlər. Xətai Rayonu Əhmədli Bələdiyyəsi qərar qəbul etməmişdən əvvəl bələdiyyə ərazisində yaşayan sakinlər qarşısında nəinki mütəmadi, ümumiyyətlə bir dəfə də olsun hesabat verməmiş, hər hansı bülleten buraxmamış və bu günədək illik hesabatlarına dair bələdiyyə binası qarşısında xüsusi lövhələr asaraq sakinləri məlumatlandırmamışdır. Cavabdeh tərəfindən iddia tələbinə münasibətdə yazılı etiraz təqdim olunmuşdur. Etiraza əsasən, İddiaçı mülkiyyətində olan əmlaka dair xx.xx.2017-ci il tarixli Çıxarışı əsasında vergi ödəyicisi kimi BAMS (X1 Sistemi) proqramında qeydiyyatı aparılmış və Vergi Məcəlləsinin 85-ci maddəsinin tələblərinə uyğun olaraq vergi borcu hesablanmışdır. İddiaçı ərizəsində “hər bir fiziki şəxsin Konstitusiya və Qanunlara hörmət etmək vəzifəsi” nin olduğunu xüsusilə vurğulamasına, həmçinin vergi ödənişlərini vaxtlı- vaxtında ödədiyini bildirməsinə baxmayaraq BAMS proqramında qeydiyyatı aparılmış vətəndaşın yerli (bələdiyyə) vergiləri üzrə fiziki şəxsin X2 də (qoşmaya əlavə olunur.) göründüyü kimi heç vaxt əmlak və torpaq vergisini ödəməmişdir. İddiaçı əmlak və torpaq vergisi ödəmə öhdəliyinin Bələdiyyələrin mövcudluğundan və fəaliyyətindən irəli gəldiyini bildirsə də, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 11-ci maddəsində Vergiyə anlayış verilmiş və göstərilmişdir ki, “Vergi - dövlətin və bələdiyyələrin fəaliyyətininmaliyyə təminatı məqsədi ilə vergi ödəyicilərinin mülkiyyətində olan pul vəsaitlərinin özgəninkiləşdirilməsi şəklində, dövlət büdcəsinə və yerli büdcələrə köçürülən məcburi, fərdi, əvəzsiz ödənişdir”. İddia ərizəsinin mahiyyətinin və iddia tələbinin “qərarın ləğv edilməsi” tələbi üzrə olduğunu nəzərə alaraq iddiaçı tərəfindən Bələdiyyənin sosial müdafiə, sosial iqtisad inkişaf proqramları çərçivəsində fəaliyyəti və ya fəaliyyətsizliyinin mübahisələndirilməsini əsassız hesab edir və bu barədə təklif və ya iradlarını Bələdiyyəyə yaxınlaşaraq bildirməsini tövsiyə etmişdir. Yerli (bələdiyyə) büdcəsinin əsasını fiziki və hüquqi şəxslərdən alınan əmlak (torpaq) vergisi təşkil edir. Buna uyğun olaraq formalaşmış büdcə əsasında Bələdiyyələr tərəfindən hər il müəyyən tədbirlər planı hazırlanır. İddiaçı ona hesablanmış vergi borcu ilə bağlı heç bir təsdiqedici sənədin ona təqdim olunmadığını və buna görə də öz etirazını bildirə bilməməsini, həmçinin bələdiyyə tərəfindən hüquqlarının pozulduğunu iddia etsə də, iddia ərizəsində qeyd olunanlar əsassızdır. Belə ki, iddiaçı ilə telefon vasitəsi ilə əlaqə saxlanılmış, vergi borcunun ödənilməsi bildirilsə də, o borcu ödəməkdən yayınmışdır. Bundan əlavə iddiaçıya hesablanmış vergi borcu ilə bağlı xx.xx.2024-cü il tarixli Xəbərdarlıq, Akt və tədiyə bildirişi rəsmi qaydada poçt vasitəsilə ünvanına göndərilməsi və xx.xx.2024-cü il tarixində Bələdiyyəyə dəvət olunduğu bildirilmişdir. İddiaçı tərtib edilmiş sənədlər barəsində məlumatı olmasına və rəsmi qaydada göndərilmiş sənədləri qəbul etməsinə baxmayaraq Bələdiyyəyə gəlməmiş və vergi borcu öhdəliyini yerinə yetirməkdən yayınmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdehin nümayəndəsi ərizə təqdim edərək məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Məhkəmə tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. xx.xx.2017-ci il tarixli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 241,5 kv.metr olan fərdi yaşayış evi və onun yerləşdiyi 0,04 ha torpaq sahəsi iddaçının xüsusi mülkiyyətindədir. Əhmədli Bələdiyyəsi tərəfindən iddiaçıya ünvanlanmış 01/242 №-li xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, Azərbaycan Respublikasının Vergilər Nazirliyinin 13 may 2015-ci il tarixli əmri ilə təsdiq edilmiş "Yerli (bələdiyyə) vergilərin ödəyiciləri olan fiziki şəxslərin və sahibkarlıq fəaliyyəti subyektlərinin uçota alınması ilə bağlı Metodiki Vəsait” in 4 saylı əlavəsinə uyğun olaraq mülkiyyətinizdə (istifadənizdə) olan əmlak Əhmədli Bələdiyyəsində qeydiyyatdadır. "Azərbaycan Respublikasının Vergi Məcəlləsi"nin vergi anlayışı haqqında 11-ci maddəsi ilə, vergi-dövlətin və bələdiyyələrin fəaliyyətinin maliyyə təminatı məqsədi ilə, vergi ödəyicilərinin mülkiyyətində olan pul vəsaitlərinin özgəninkiləşdirilməsi şəklində dövlət büdcəsinə və yerli (bələdiyyə) büdcələrə köçürülən məcburi, fərdi, əvəzsiz ödənişdir. "Azərbaycan Respublikasının Vergi Məcəlləsi”nin 8-ci maddəsinə əsasən fiziki şəxslərin mülkiyyətində və istifadəsində olan əmlak (mənzil) və onların hissələri, torpaq sahələri, su və hava nəqliyyatı vasitələrinə görə hesablanmış vergilər yerli büdcəyə (bələdiyyə büdcəsinə) ödənilir. "Azərbaycan Respublikasının Vergi Məcəlləsi”nin 198.1.1-ci maddəsinə əsasən Əhmədli Bələdiyyəsi ərazisində yerləşən yaşayış sahələri üzrə illik əmlak vergisi aşağıdakı düsturla hesablanır. xx.xx.2024-cü il tarixdə ona sonuncu tədiyə bildirişi göndərilmişdir. Mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən yaşayış evinin 241.5 kv.m əmlak sahəsinin 2024-cü ilin 15 avqust tarixinə qədər 1 (bir) illik əmlak vergisi 75.78 AZN (yetmiş səkkiz manat, yetmiş beş qəpik), torpaq vergisi 2.4 AZN (iki manat, qırx qəpik) təşkil edir. 2020-ci ildən qalan əmlak və torpaq vergisi borcu 530.46 AZN (beş yüz otuz manat, qırx altı qəpik), Vergi Məcəlləsinin 59.1 -ci maddəsinə əsasən gecikdirilmiş hər bir gün üçün 0.1% (sıfır tam onda bir) faiz məbləği 180.62 AZN (yüz səksən manat, altmış iki qəpik) təşkil edir. Ümumilikdə 862.64 AZN (səkkiz yüz altmış iki manat, altmış dörd qəpik) borcu vardır. Əmlak vergisini vaxtında ödəmədi üçün “Azərbaycan Respublikasının Vergi Məcəlləsi!’nə əsasən yerli (bələdiyyə) vergiləri müəyyən olunmuş müddətdə ödənilməməsinə görə ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün ödəyiciyə ödənilməmiş vergi məbləğinin 0.1% həcmində faiz hesablanmışdır. “Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 85.4-cü maddəsinə əsasən bələdiyyə hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri, maliyyə sanksiyasını hesablamaq hüququna malikdir. “Bələdiyyənin Vergi Xidməti Orqanı” haqqında Əsasnamənin 5-ci maddəsinə və “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 82-ci maddəsinə əsasən bələdiyyənin vergi xidməti orqanı tərəfindən xəbərdarlıq və tədiyə bildirişi Sizə təqdim olunan gündən 10 (on) gün sonra (könüllü ödəniş istisna olmaqla) yerli vergi və ödənişlər barədə qanunvericiliyin pozulmasına görə məsuliyyət tədbirlərinin tətbiqi üçün Məhkəmə İcra şöbəsinə müraciət edilməsi barədə qərar qəbul edilir. Bu halda əlavə olaraq 70.00 AZN (yetmiş manat, sıfır qəpik) maliyyə sanksiyası və ümumi məbləğin 7% (yeddi) məbləğində məhkəmə icraçılarının vəsaiti əlavə edilir. Bələdiyyənin Vergi Xidməti Orqanı xəbərdarlığı nəzərə almağınızı, əmlak vergisinin ödənilməsini ona tövsiyyə edilmişdir. Əhmədli Bələdiyyəsinin 94 №-li xx.xx.2024-cü il tarixli qərarı ilə vergi ödəyicisi olan fiziki şəxs İddiaçı borc öhdəliklərinin icra olunması üçün Bakı şəhəri Xətai rayon İcra şöbəsinə göndərilməsi və hesablanmış 724.57 AZN (yeddi yüz iyirmi dörd manat, əlli yeddi qəpik) və maliyyə sanksiyası üzrə 70 AZN (yetmiş manat, sıfır qəpik), ümumilikdə isə 794.57 AZN (yeddi yüz doxsan dörd manat, əlli yeddi qəpik) borc məbləğinin yuxanda göstərilən fiziki şəxsdən tutulub Əhmədli Bələdiyyəsinin yerli büdcəsinə ödənilməsi üçün qanunvericiliyə müvafiq olaraq tədbirlər görülməsi qərara alınmışdır. Əhmədi Bələdiyyəsi tərəfindən Xətai Rayon İcra Şöbəsinə göndərilmiş xx.xx.2024-cü il tarixli, 01/406 nömrəli məktubdan görünür ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 6.1,6.1.8-ci maddələrinin və “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 82, 87-ci maddələrinə əsasən fiziki şəxs İddiaçı (Qərar № 94, FİN xxxxxxx) ötən dövr üçün hesablanmış vergi borcunun, o cümlədən dayanaqsız olaraq hesablanmış bu günə olan faizlərin Əhmədli Bələdiyyəsinin yerli büdcəsinin hesabına məcburi ödənilməsi haqqında qərar icra olunması üçün Xətai Rayon İcra Şöbəsinə göndərilmişdir. Məhkəmənin müvafiq sorğusuna əsasən Əhmədli Bələdiyyəsinin xx.xx.2024-cü il tarixli 01/1564 nömrəli məktubu ilə Bələdiyyə İddiaçı əmlak və torpaq vergisinə görə hesablanmış borc əsasında tərtib olunmuş tədiyyə bildirişinin çatdırılmasını təsdiq edən müvafiq sənədlərin təsdiq edilmiş formaları məhkəməyə təqdim edilmişdir. İddiaçı hazırda onun barəsində qəbul edilmiş 94 nömrəli xx.xx.2024-cü il tarixli qərarın ləğv edilməsini xahiş edir. Belə ki, “Bələdiyyələtin statusu haqqında” Qanunun: 8-1. Yerli ödənişlər – "Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən bələdiyyələr tərəfindən müəyyənləşdirilən, habelə yerli rəy sorğularının nəticələri əsasında həyata keçirilən məqsədli layihələrin maliyyələşdirilməsi üçün hüquqi və fiziki şəxslərin ödədikləri könüllü birdəfəlik ödənişlərdir “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” Qanun: 2.1. Yerli (bələdiyyə) vergi və ödənişlərə dair qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Azərbaycan Respublikasının Vergi Məcəlləsindən, "Bələdiyyələrin statusu haqqında" və "Bələdiyyələrin maliyyəsinin əsasları haqqında" Azərbaycan Respublikasının qanunlarından, bu Qanundan, habelə bu qanunlara müvafiq qəbul edilmiş digər qanunvericilik aktlarından ibarətdir. 2.2. Bu Qanunda istifadə olunan anlayışlar Azərbaycan Respublikasının Vergi Məcəlləsində qəbul edilmiş mənada tətbiq edilir. 7.1. Qanunvericilikdə müəyyən edilmiş qaydada vergilərin və ödənişlərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət bələdiyyələrin vergi xidməti orqanları tərəfindən həyata keçirilir. 7.2. Azərbaycan Respublikasında yerli vergilərin və ödənişlərin ödənilməsi və yığılması qaydaları, vergi ödəyicilərinin və bələdiyyələrin vergi xidməti orqanlarının hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, bələdiyyələrin vergi xidməti orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları Qanunla təsdiq olunan müvafiq Əsasnamə ilə müəyyən edilir. Azərbaycan Respublikasının 2003-cü il 17 iyun tarixli, 478-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Bələdiyyələrin vergi xidməti orqanı haqqında” Əsasnamə: 3.1. Bələdiyyələrin vergi xidməti orqanının aşağıdakı vəzifələri vardır: -3.1.1.yerli (bələdiyyə) vergilərin və ödənişlərin Azərbaycan Respublikasının Vergi Məcəlləsi və digər qanunları ilə müəyyən edilmiş qaydada hesablanmasına, vaxtında və tam məbləğdə banklar, poçt rabitəsinin milli operatoru, habelə mövcud nağdsız ödəmə vasitələri ilə yerli büdcələrə ödənilməsinə nəzarəti həyata keçirir; -3.1.2.yerli (bələdiyyə) vergilər və ödənişlər üzrə borcların, bu borclar üzrə hesablanmış faizlərin və tətbiq olunmuş maliyyə sanksiyalarının Azərbaycan Respublikasının Vergi Məcəlləsi və digər qanunlarla müəyyən edilmiş qaydada alınmasını təmin edir; -3.1.3.yerli (bələdiyyə) vergilərin və ödənişlərin ödəyicilərinin hüquqlarını və qanuni maraqlarını qoruyur, onların sorğularına, şikayətlərinə qanunvericiliyə uyğun olaraq baxılmanı və müvafiq tədbirlərin görülməsini təmin edir; 5.1. Bələdiyyələrin vergi xidməti orqanı yerli (bələdiyyə) vergilərin və ödənişlərin ödənilməsinə nəzarəti Azərbaycan Respublikasının Vergi Məcəlləsində və digər qanunlarda müvafiq yerli (bələdiyyə) vergilərə və ödənişlərə dair müəyyən edilmiş hallarda və qaydada, bu Əsasnaməyə müvafiq bələdiyyə mülkiyyətində olan hüquqi şəxslərdə kameral və səyyar vergi yoxlamaları aparmaqla həyata keçirir. Yuxarıda sadalanan hüquq normalarının tələblərindən aydın olur ki, yerli ödənişlərin ödənilməsinə nəzarət bələdiyyə vergi xidməti orqanlarının səlahiyyətidir, onlar həmin nəzarəti kameral və ya səyyar yoxlama aparmaqla həyata keçirirlər və yoxlamanın aparılması qaydası həm Əsasnamədə, həm də Əsasnamənin 1.2-ci maddəsinə müvafiq olaraq Vergi Məcəlləsi ilə tənzimlənir, yoxlama nəticəsində isə vergi xidməti orqanı akt tərtib etməli və bələdiyyə vergi xidməti orqanının aktına əsasən yerli (bələdiyyə) vergi və ödənişlər barədə qanunvericiliyin pozulmasına görə məsuliyyət tədbirlərinin tətbiqi üçün məhkəməyə müraciət edilməsi barədə qərar çıxara bilər və həmin qərar əsasında ödənişlər üzrə borcun, müvafiq olaraq hesablanmış faizlərin, müvafiq maliyyə sanksiyalarının ödənilməsi barədə tələbnamə göndərilir. Azərbaycan Respublikası Vergi Məcəlləsi: 4.4. Yerli vergilər (bələdiyyə vergiləri) dedikdə, bu Məcəllədə və müvafiq qanunla müəyyən edilən, bələdiyyələrin qərarlarına əsasən tətbiq edilən və bələdiyyələrin ərazilərində ödənilən vergilər nəzərdə tutulur. Bələdiyyələr tərəfindən tətbiq edilən digər məcburi ödənişlər müvafiq qanunla müəyyən edilir. Yerli vergilərin (bələdiyyə vergilərinin) dərəcələri vergi qanunvericiliyində təsbit edilmiş hədlər daxilində müəyyən edilir. Vergi qanunvericiliyinə uyğun olaraq bələdiyyələr öz ərazilərində vergi ödəyicilərinin ayrı-ayrı kateqoriyalarını yerli vergilərdən tam və ya qismən azad etmək, vergi dərəcəsini azaltmaq barədə qərar qəbul edə bilərlər. 5.0.3. Bildiriş üzrə (vergitutma obyektinin dəyəri və sahəsi əsasında vergi orqanının və ya bələdiyyənin hesabladığı məbləğ üçün təqdim etdiyi tədiyə bildirişi əsasında vergi ödəyicisi tərəfindən verginin ödənilməsi). 8.1.1. bu Məcəllənin 206.1-1-ci və 206.3-cü maddələrində nəzərdə tutulmuş hallarda fiziki şəxslərin torpaq vergisi yerli vergilərə (bələdiyyə vergiləri) aiddir. 8.1.2. bu Məcəllənin 198.1-ci maddəsində nəzərdə tutulmuş halda fiziki şəxslərin əmlak vergisi yerli vergilərə (bələdiyyə vergiləri) aiddir.
196. Bu Məcəllənin 197-ci maddəsində göstərilən vergitutma obyektləri olan fiziki şəxslər və müəssisələr əmlak vergisinin ödəyiciləridir. 200.4-cü, 200.5-ci və 200.6-cı maddələrinə əsasən, bələdiyyələr verginin ödənilməsi barədə tədiyə bildirişini vergi ödəyicilərinə avqustun 1-dən gec olmayaraq verməlidirlər. Cari il üçün verginin məbləği bərabər hissələrlə - həmin il avqustun 15-dək və noyabrın 15dək ödənilir. Əmlak vergisi əmlakın əvvəlki sahibi tərəfindən ödənilmədiyi hallarda, vergi bu maddə ilə müəyyən edilmiş ödəmə vaxtında həmin əmlakın sahibi tərəfindən ödənilir. Binalara, su və hava nəqliyyatı vasitələrinə görə fiziki şəxslərin əmlak vergisi yerli (bələdiyyə) büdcəyə ödənilir. 203.1. Torpaq vergisi torpaq mülkiyyətçilərinin torpaqdan icarə və ya digər əsaslarla istifadə edən şəxslərin təsərrüfat fəaliyyətinin nəticələrindən asılı olmayaraq torpaq sahəsinə görə hər il sabit tədiyə şəklində hesablanır. 208.1. Torpaq vergisi torpaq barəsində mülkiyyət və ya istifadə hüququnu təsdiq edən sənədlər əsasında müəyyənləşdirilir. Tikililərin və qurğuların altında olan torpaqlara, həmçinin obyektlərin sanitariya mühafizəsi üçün zəruri olan torpaq sahələrinə görə torpaq vergisi tutulur. 208.2. Torpaq vergisini müəssisələr torpaq sahələrinin ölçüsünə və torpaq vergisinin dərəcələrinə əsasən illik olaraq hesablayır və mayın 15-dən gec olmayaraq hesablamaları vergi orqanına verirlər. 208.3. Müvafiq orqanlar tərəfindən hər il iyulun 1-dək fiziki şəxslərə torpaq vergisi hesablanılır və tədiyə bildirişləri avqustun 1-dən gec olmayaraq onlara çatdırılır. Vergi Məcəlləsinin müddəalarından göründüyü kimi, əmlak vergisi-siyahısı vergi qanunvericiliyi ilə məyyən edilmiş daşınan və daşınmaz əmlaka görə fiziki şəxslər və balanslarında olan əsas vəsaitlərə görə, müəssisələr tərəfindən ödənilən birbaşa verginin bir növüdür. Torpaq vergisi isə birbaşa (vasitəsiz) vergi növü olub maddi nemətlərin əldə edilməsi və toplanması prosesində alınır. Əmlak və torpaq vergisinin ödəyiciləri, obyekti, dərəcələri, hesablanması, ödənilməsi qaydası, bu vergi ilə bağlı güzəştlər, hesabatın verilməsi və digər oxşar məsələlərlə əlaqədar münasibətləri tənzimləyən normalar VM-in Xİİİ, XİV fəslində cəmlənmişdir. Nəzərə alınmalıdır ki, bələdiyyələr tərəfindən fiziki şəxslərin əmlak və torpaq vergilərinin ödənilməsi tədiyyə bildirişləri təqdim olunduqdan sonra həyata keçirilir. Tədiyyə bildirişin anlayışı konkret olaraq vergi qanunvericiliyində təsvir olunmasa da, qeyd olunmalıdır ki, həmin anlayış vergitutma obyektinin dəyəri və sahəsi əsasında vergi orqanının və ya bələdiyyənin hesabladığı məbləği özündə əks etdirən və verginin ödənilməsi üçün vergi ödəyicisinə təqdim edilən sənəd sayılır. “İnzibati icraat haqqında” Qanunun 28-ci maddəsi inzibati icraatın başlanması üçün əsasları müəyyən edir və onlardan biri də inzibati orqanların öz təşəbbüsü ilə inzibati icraat başlamasıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən inzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: -fiziki və ya hüquqi şəxsin ərizəsi; -inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; -inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət (28.1). Həmin Qanunun 14-cü maddəsinə əsasən inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Həmin Qanunun 21-ci maddəsinin tələbinə görə qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. İlk növbədə qeyd olunmalıdır ki, məhkəmə öz xidməti vəzifəsinə uyğun olaraq aidiyyəti üzrə mübahisələndirilən xx.xx.2024-cü il tarixli qərarın təsdiq edilmiş surətinin, həmçinin qərarın qəbul edilməsinə əsas olan sənədlərin (inzibati-icraat materiallarının; tərəfə göndərmiş tədiyyə bildirişin; bildirişin və qərarın iddiaçıya təqdim edilməsi barədə sənədlərin təsdiq edilmiş surətinin) məhkəməyə təqdim olunması ilə bağlı cavabdeh inzibati orqana sorğu vermişdir. Sorğuya cavab məktubunda təqdim olunmuş inzibati icraat materiallarından görünür ki, cavabdeh inzibati orqan inzibati aktı qəbul etməzdən əvvəl müvafiq olaraq tələbnamə, həmçinin də yerli (bələdiyyə) büdcəyə yerli vergilər, ödənişlər, faiz və maliyyə sanksiyası üzrə yaranmış borcların ödənilməsi barədə tədiyyə bildirişi tərtib etmiş, tədiyyə bildirişində yaranmış borcun yaranmasına əsas olan halları və əhatə etdiyi dövrü göstərmiş, həmin tədiyyə bildirişini əmlakın yerləşdiyi ünvana göndərmiş və poçt xəbərnaməsinə əsasən həmin sənəd çatdırılmışdır. Daha sonra inzibati orqan tərəfindən iddiaçının əlaqə nömrəsinə SMS xəbərdarlıq göndərilmiş və bələdiyyənin xx.xx.2024-cü il tarixli 12:15 iclasında əmlak və torpaq vergisi üzrə borcun məcburi icraya göndərilməsi məsələsinə baxılacığı barədə xəbərdarlıq edilmişdir. Bu barədə iddiaçıya poçt vasitəsilə xəbərdarlıq ünvanlanmış və poçt xəbərnaməsinə əsasən xx.xx.2024-cü il tarixdə təqdim edilmişdir. Son olaraq cavabdeh inzibati orqan tərəfindən xx.xx.2024-cü il tarixli iclasda həmin məsələyə baxılmış, torpaq sahəsinə və əmlaka görə yaranmış borcun İddiaçı tərəfindən Cavabdeh büdcəsinə ödənilməsi barədə qərar qəbul edilmişdir. Göründüyü kimi, cavabdeh inzibati orqan öz səlahiyyətləri çərçivəsində qanunvericilikdə nəzərdə tutulmuş qaydada inzibati icraatı düzgün aparmış, inzibati aktı qəbul etməzdən əvvəl tələbnaməni və tədiyyə bildirişini iddiaçının ünvanına göndərmiş, eyni zamanda şəxsin dinləmək hüququnun təmin edilməsi istiqamətində tədbirlər görmüşdür ki, göstərilən bu halların hər biri mübahisələndirilən inzibati aktın prosessual baxımından əsaslı qəbul edildiyini göstərir. Digər tərəfdən nəzərə alınmalıdır ki, inzibati akt təkcə prosessual deyil, həmçinin mahiyyəti üzrə də əsaslı qəbul edilmişdir. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 198.1.1. onların xüsusi mülkiyyətində olan binaların sahəsinin (yaşayış sahələrinə münasibətdə - onların 30 kvadratmetrdən artıq olan hissəsinin) hər kvadratmetrinə görə aşağıdakı cədvəldə göstərilən dərəcələr tətbiq olunur (bina Bakı şəhərində yerləşdikdə, həmin dərəcələrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi 0,7-dən aşağı və 1,5dən yuxarı olmayan əmsallar tətbiq edilməklə): Bakı şəhərində - 0,4 manat 206.3. Bu Məcəllənin 206.1-ci və 206.1-1-ci maddələrində nəzərdə tutulmuş torpaqlar istisna olmaqla, torpaq sahəsinin hər 100 kvadratmetrinə görə aşağıdakı cədvəldə göstərilən dərəcələr tətbiq olunur: Bakı şəhəri, habelə onun qəsəbə və kəndləri ərazisində yerləşən yaşayış fondlarının, həyətyanı sahələrin torpaqları və vətəndaşların bağ sahələrinin tutduğu 10000 m²- dək olan torpaqlar – 0,6 manat. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 6 aprel tarixli 101 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 198.1.1-ci maddəsində nəzərdə tutulmuş fiziki şəxslərin əmlak vergisi məqsədləri üçün Bakı şəhərində yerləşən binalara tətbiq edilən əmsallar”a əsasən Bakı şəhərinin 12 zonası üzrə əmsallar tətbiq edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 04 noyabr 2022-ci il tarixli **********435800 nömrəli əmri ilə təsdiq edilmiş “Yerli (bələdiyyə) vergi və ödənişlərin hesablanması, ödənilməsi və uçotu ilə bağlı metodiki vəsait”in: Misal 5. Fiziki şəxsin Bakı şəhərinin Mərdəkan qəsəbəsində 10500 kv.metr bağ sahəsi vardır. Bağ sahəsinin 10000 kv.metrdən artıq olduğu nəzərə alınaraq torpaq vergisinin illik məbləği aşağıdakı kimi hesablanır: torpaq sahəsinin 10000 kv.metri üçün 60 manat (10000 x 0,6/100); torpaq sahəsinin 10000 kv.metrdən yuxarı olan hissəsi üçün 6 manat ((10500 - 10000) x 1,2/100); cəmi: 66 manat (60 + 6). Misal 1. Fiziki şəxsin Bakı şəhərində Azadlıq Prospekti ilə Həsən Əliyev küçəsinin kəsişdiyi yerdə yerləşən çoxmənzilli binada ümumi sahəsi 130 kvadratmetr olan yaşayış sahəsi vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 198.1.1-ci maddəsində nəzərdə tutulmuş fiziki şəxslərin əmlak vergisi məqsədləri üçün Bakı şəhərində yerləşən binalara tətbiq edilən əmsallar”ın təsdiq edilməsi barədə” Qərarında həmin yer 3-cü zonaya aid edilmiş və zona əmsalı 1,3 müəyyən olunmuşdur. Qeyd olunan əmsal və yaşayış sahəsinin 30 kvadratmetrinin vergiyə cəlb olunmadığı nəzərə alınaraq fiziki şəxsə məxsus mənzilə görə əmlak vergisi aşağıdakı kimi hesablanır: (130-30) x 0,4 x 1,3 = 52 manat Məhkəmə qeyd edir ki, cavabdeh inzibati orqan tərəfindən həm torpaq vergisi, həmçinin də əmlak vergisinin məbləği düzgün hesablanmışdır. İlk növbədə torpaq vergisinə münasibətdə qeyd olunmalıdır ki, tədiyyə bildirişinə görə iddiaçı tərəfindən əmlak və torpaq vergisinə görə ödənilməli pul məbləği 151 manat təşkil etmiş, ötən dövr üzrə vergi borcu 530,46 manat olmuş, faiz məbləği isə 180,62 manat təşkil etmiş, ümumilikdə ödənilməli olan vergi borcu 862,64 manat təşkil etmişdir. Cavabdeh tərəfindən iddiaçının mülkiyyətində olan əmlakın “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 198.1.1-ci maddəsində nəzərdə tutulmuş fiziki şəxslərin əmlak vergisi məqsədləri üçün Bakı şəhərində yerləşən binalara tətbiq edilən əmsallar”a görə 8-ci zonada yerləşdiyini nəzərə almış, yaşayış sahəsinin ölçüsündən 30 kv.m çıxaraq hesablamanı aparmış, bununla da bir il üçün əmlak və torpaq vergisini müəyyən etmişdir. Göründüyü kimi əmlak və torpaq vergiləri ilə bağlı məbləğ cavabdeh inzibati orqan tərəfindən düzgün hesablanmışdır. Eyni zamanda Məhkəmə hesablanmış faiz borcuna münasibətdə də qeyd edir ki, cavabdeh inzibati orqan haqlı olaraq ödənilməmiş vergi borclarına görə faiz məbləği hesablamışdır. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 201.4-cü maddəsinin normasına görə dövlət büdcəsinə hesabat dövrü üçün ödənilməli olan verginin məbləği hesabat dövrü ərzində əvvəllər hesablanmış ödəmələr nəzərə alınmaqla müəyyən edilir. Cari vergi ödəmələri bu Məcəllənin 201.3-cü maddəsi ilə müəyyən edilmiş müddətdə ödənilmədikdə, ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün vergi ödəyicisindən ödənilməmiş cari vergi ödəmələrinə görə bu Məcəllənin 59-cu maddəsində nəzərdə tutulmuş qaydada faiz tutulur. Həmin Məcəllənin 59.1-ci maddəsinə əsasən vergi və ya cari vergi ödəməsi bu Məcəllə ilə müəyyən edilmiş müddətdə ödənilmədikdə, ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün vergi ödəyicisindən və ya vergi agentindən ödənilməmiş vergi və ya cari vergi ödəməsi məbləğinin 0,1 faizi məbləğində faiz tutulur. Göründüyü kimi cavabdeh inzibati orqan qüvvədə olan qanunvericiliyin müddəalarına əsaslanaraq vergilərin ödənilməməsini əsas götürmüş və əsaslı olaraq əlavə faiz məbləği hesablamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Səlma Salahova