Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-9714/2025 19.06.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “ünvan təkrarlanmasını aradan qaldırmaqla ünvan dəqiqləşməsinin aparılması” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mülkiyyətçisi olduğu ünvan 2 ünvan təkrarlanmasının araşdırılaraq yeni qayda ilə ünvan dəqiqləşməsi verilməsini öhdəliyinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 1 saylı Bakı ərazi idarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsi xahiş edilmişdir.
2. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli ərizəyə əsasən iddia tələbi “Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi, ev 121, mənzil 53 ünvanında yerləşən İddiaçı xüsusi mülkiyyətində olan mənzilin ünvan təkrarlanmasını aradan qaldırmaqla ünvan dəqiqləşməsinin aparılması” kimi dəqiqləşdirilmişdir.
3. Tələb onunla əsaslandırılmışdır ki, Bakı şəh, Nəsimi ray, Nizami küç, ev 121, 53mənzil ********** qeydiyyat nömrəli çıxarışa əsasən onun xüsusi mülkiyyətindədir. Həmin mənzili xx.xx.2013-ci il tarixində satın almışdır. xx.xx.2024 cü il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında ASAN 2-nin təqdim etdiyi 7670835№ li Arayışdan onun tanımadığı, ona məxsus evdə heç vaxt yaşamayan 16 nəfər şəxsin - X12 xx.xx.1956 2.X13 xx.xx.1989 3.X5 xx.xx.1964 4.X21 xx.xx.2003 5.X6 xx.xx.1972 6.X14 xx.xx.1992 7.X11 xx.xx.1989 8.X22 xx.xx.2004 9.X15 xx.xx.2015 10.X25 xx.xx.1994 11.X7 xx.xx.1977 12.X27 xx.xx.1987 13.X16 xx.xx.1963 14.X26 xx.xx.1988 15.X28 xx.xx.1958 16.X8 xx.xx.1968 qeydiyyatda olması məlum olmuşdur. O həmin şəxslərin qeydiyyatdan çıxarılmaları barədə Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinə müraciət etsə də, müraciəti yerinə yetirilməmişdir. Odur ki, cavabdehə qarşı iddia ilə məhkəməyə müraciət etmək hüququndan istifadə etmişdir. Lakin məhkəmə iclası vaxtı işin obyektiv araşdırılması məqsədilə yaranmış zərurətlə əlaqədar məhkəmənin verdiyi sorğuya cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 1 saylı Bakı ərazi idarəsi tərəfindən bildirilmişdir ki: Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi, ev 121, mənzil 53 ünvanına dair müvafiq məlumatın verilməsi ilə bağlı müraciətə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsində baxılmışdır. Bununla əlaqədar olaraq bildirilmişdir ki, sorğuda qeyd olunan şəxslərin sözügedən ünvanda məhdud əşya (istifadə) hüquqlarının dövlət reyestrində qeydiyyatdan keçməsi ilə bağlı məlumat aşkar edilməmişdir. Eyni zamanda bildirilmişdir ki, sözügedən ünvan ilə 3 mənzil qeydiyyata alınmışdır. ünvan 3umi sahəsi 60.04 kv.m olan 2 otaqlı 53 saylı mənzil X9 mülkiyyətində olmuş, 2 saylı Bakı ASAN Xidmət mərkəzinin notariusu tərəfindən təsdiqlənmiş 4Ə-1277 reyestr nömrəli xx.xx.2018-ci il tarixli bağışlama müqaviləsinə əsasən X4 adına özgəninkiləşdirilmişdir və hazırda mülkiyyətindədir. ünvan 3umi sahəsi 50.54 kv.m olan 3 otaqlı 53 saylı mənzil X2 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. ünvan 3umi sahəsi 24.15 kv.m olan 1 otaqlı 53 saylı mənzil İddiaçı adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Məhkəmənində məsləhəti ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin işə baxılmadan geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 1 saylı Bakı ərazi idarəsinə 2 dəfə ünvan təkrarlanması olduğunu və araşdırılaraq ona yeni qayda ilə ünvan dəqiqləşməsinin verilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 1 saylı Bakı ərazi idarəsi xx.xx.2025-ci il tarixli məktubla yeni qaydalara ünvan təyin etmək mümkün olmadığını bildirdilər.
4. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubda qeyd edilmişdir ki, müraciətdə göstərilən mənzil sahəsinin Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi, ev 121, mənzil 53 ünvan rekviziti arxiv və baza məlumatlarına əsasən təkrarlanır. Qeyd edilmişdir ki, **********89-05101-093002 reyestr nömrəli mənzil sahəsi təyinatı üzrə istifadə olunmadığından yeni qaydalarla ünvan təyin etmək mümkün olmadı.
5. Cavabdeh tərəfindən təqdim edilmiş etirazda qeyd edilmişdir ki, İddiaçı “ünvan 6 ünvan təkrarlanmasının araşdırılaraq yeni qayda ilə ünvan dəqiqləşməsi verilməsini öhdəliyinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması”na dair iddia tələbi etirazla qarşılanır. İddiaçı iddia tələbində qeyd olunanlar ilə bağlı ********** qeydiyyat nömrəli ərizə ilə İdarəyə müraciət etmiş və **********77 xaricolma nömrəli məktubla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, qeyd olunan mənzil sahəsinin Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi, ev 121, mənzil 53 ünvan rekviziti arxiv və baza məlumatlarına əsasən təkrarlanır. Qeyd edilmişdir ki, **********89-05101-093002 reyestr nömrəli mənzil sahəsi təyinatı üzrə istifadə olunmadığından yeni qaydalarla ünvan təyin etmək mümkün olmadı. Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 27 noyabr tarixli 27 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi Qaydaları”nda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2012-ci il tarixli, 590 nömrəli fərmanının 3.12-ci bəndinə əsasən bir neçə girişi olan daşınmaz əmlak obyektinə (çoxmənzilli binalar istisna olmaqla) onun mülkiyyətçisinin və ya sifarişçisinin müraciəti əsasında, həmin obyektin funksional təyinatı nəzərə alınmaqla, müəyyən edilmiş əsas girişə uyğun olaraq vahid ünvan verilir. “Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi Qaydaları”nın 2.4-cü bəndinə əsasən Ünvan reyestrində saxlanılan məlumatlara dəyişiklik edilməsinə əsas olan aşağıdakı hallar baş verdiyi və ya bu barədə müraciət edildiyi tarixdən 3 (üç) iş günü müddətində dəyişiklik edilir: daşınmaz əmlak obyektinin yerləşdiyi ərazi vahidinin və nəqliyyat infrastrukturu obyektinin qanunvericiliklə müəyyən edilmiş qaydada adı dəyişdirildikdə, habelə müvafiq nəqliyyat infrastrukturu obyektinə yeni ad verildikdə və ya onun adı dəyişdirildikdə (bu halda ünvan nömrələri dəyişilmir); texniki səhvlər aradan qaldırıldıqda; ünvanın statusu dəyişdikdə; məhkəmənin qərarı olduqda; nəqliyyat infrastrukturu obyekti yenidən qurulduqda; “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinə uyğun olaraq, daşınmaz əmlak obyekti məhv olduqda. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Yuxarıda qeyd olunanları nəzərə alaraq Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq iddia tələbinin rədd edilməsi barədə qərar qəbul etməyini xahiş edilmişdir.
6. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış məlumatın verilməsi barədə xx.xx.2025-ci il tarixli məktubda qeyd edilmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi, ev 121, 53 saylı mənzil (ümumi sahəsi 60,04 kv.m) X3, Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi, ev 121, 53 saylı mənzil (ümumi sahəsi 50.54 kv.m) X2, Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi, ev 121, 53 saylı mənzil (ümumi sahəsi 24,15 kv.m) İddiaçı adlarına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətlərindədir.
7. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi, ev 121, mənzil 53 ünvanında yerləşən mənzilə dair xüsusi mülkiyyət hüququ İddiaçı adına xx.xx.2013-cü il tarixdə qeydiyyata alınmışdır.
8. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi.
9. Məhkəmənin iclasında iştirak edən cavabdehin nümayəndəsi imtinanın və iddiaya yazılı etirazın məzmununa uyğun izahat verməklə iddianın təmin edilməməsini xahiş etdi.
II. İddianın növü və mümkünlüyü
10. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli №4 Qərarının 17-ci bəndinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz.
11. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.
12. İddianın növü öhdəliyin icrasına dair iddiadır.
13. İddia mümkündür.
III.Məhkəmənin mövqeyi
14. X24 Presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki, “mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir.
15. “Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Lixtenşteyn kralı Hans-Adam İİ Almaniyaya qarşı; Gratzinger and Gratzingerova Çexiyaya qarşı).
16. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı 27.5.2010 tarixli qərar [İİ Bölmə] ərizə № 18768/05).
17. X35 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsi üç fərqli qayda nəzərdə tutur: birinci qayda, birinci bəndin birinci cümləsində nəzərdə tutulmuşdur, ümumi xarakterə malikdir və mülkiyyətdən maneəsiz şəkildə istifadə prinsipini müəyyən edir; ikinci qayda, birinci bəndin ikinci cümləsində nəzərdə tutulmuşdur, mülkiyyətdən məhrum etməni və onun şərtlərini əhatə edir; üçüncü qayda, ikinci bənddə nəzərdə tutulmuşdur, Dövlətlərin, digər məsələlərlə yanaşı, mülkiyyətdən ictimai marağa uyğun şəkildə istifadə olunmasına nəzarət etmək hüququnu tanıyır. Bu qaydalar bir-birilə əlaqəlidir: ikinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilənin konkret nümunələri ilə bağlıdırlar və birinci qaydada nəzərdə tutulan prinsip əsasında təhlil edilməlidirlər.
18. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu: 9.5. Hüquq sahibinin iradəsindən asılı olmayan səbəbdən daşınmaz əmlak obyektinin ünvanının dəyişdirilməsi, habelə qeydiyyat orqanı tərəfindən buraxılan texniki səhvlərin aradan qaldırılması ilə əlaqədar daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və dövlət reyestrindən çıxarışın elektron üsulla təqdim olunması 3 gün müddətində həyata keçirilir. 23.1. Qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. 23.2. Daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər.
19. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən idarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir.
20. Məhkəmə işin faktiki hallarını araşdıraraq müəyyən etmişdir: - Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış məlumatın verilməsi barədə xx.xx.2025-ci il tarixli məktubda qeyd edilmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi, ev 121, 53 saylı mənzil (ümumi sahəsi 60,04 kv.m) X3, Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi, ev 121, 53 saylı mənzil (ümumi sahəsi 50.54 kv.m) X2, Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi, ev 121, 53 saylı mənzil (ümumi sahəsi 24,15 kv.m) İddiaçı adlarına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətlərindədir. - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi, ev 121, mənzil 53 ünvanında yerləşən mənzilə dair xüsusi mülkiyyət hüququ İddiaçı adına xx.xx.2013-cü il tarixdə qeydiyyata alınmışdır.
21. İddia ərizəsinin məzmunundan aydın olur ki, Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi, ev 121, mənzil 53 ünvanında yerləşən İddiaçı xüsusi mülkiyyətində olan mənzilin ünvan təkrarlanmasını aradan qaldırmaqla ünvan dəqiqləşməsinin aparılması ilə bağlıdır.
22. Cavabdehin imtinası onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi, ev 121, mənzil 53 ünvan rekviziti arxiv və baza məlumatlarına əsasən təkrarlanır. Qeyd edilmişdir ki, **********89-05101-093002 reyestr nömrəli mənzil sahəsi təyinatı üzrə istifadə olunmadığından yeni qaydalarla ünvan təyin etmək mümkün olmadı.
23. Məhkəmə qeyd edir ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi qanunvericiliklə ona həvalə olunmuş vəzifə və səlahiyyətlər çərçivəsində daşınmaz əmlakların ünvanlarının düzgünlüyünə və dəqiqliyinə görə məsuliyyət daşıyır. Hazırkı mübahisə predmeti olan vəziyyət, yəni iddiaçının daşınmaz əmlakının ünvan təkrarlanması cavabdeh orqanın məsuliyyəti və müdaxilə səlahiyyəti daxilində olan məsələlərdir və qeyd edilən hal onun tərəfindən aradan qaldırılmalıdır. Belə ki, iddiaçının mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmış olsa da, mövcud olan problem həmin hüquqların tam və maneəsiz həyata keçirilməsinə imkan vermir.
24. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyası ilə təsbit edilən hüquqlara əsasən, mülkiyyət hüquqları toxunulmazdır və dövlət tərəfindən qorunur. Buna görə də, bu hüquqların müdafiəsi və təminatı mütləqdir və qanunvericiliyə uyğun olaraq təmin edilməlidir. Hazırda mövcud olan ünvan təkrarlanması gələcəkdə iddiaçının mülkiyyət hüquqlarını qeyri-qanuni şəkildə məhdudlaşdırmaqla yanaşı, həm də dövlətin mülkiyyətin qorunması ilə bağlı verdiyi zəmanətləri və etimadı sarsıda bilər.
25. Məhkəmə eyni zamanda qeyd edir ki, cavabdeh tərəfindən iddiaçının tələbinin rədd edilməsinə əsas kimi göstərilən səbəblərlə bağlı müvafiq sübutlar təqdim edilməmişdir.
26. Odur ki, məhkəmə hesab edir ki, cavabdehin imtinası (hərəkətləri) qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Əks yanaşma iddiaçının X35 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsində nəzərdə tutulan mülkiyyətdən maneəsiz şəkildə istifadə hüququnun (birinci qayda) pozulması hesab oluna bilər.
27. Odur ki, iddia tələbi təmin edilməli və Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi, ev 121, mənzil 53 ünvanında yerləşən İddiaçı xüsusi mülkiyyətində olan mənzilin ünvan təkrarlanmasını aradan qaldırmaqla ünvan dəqiqləşməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməlidir.
28. İPM-in 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
29. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
30. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia tələbi təmin edilsin. Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi, ev 121, mənzil 53 ünvanında yerləşən İddiaçı xüsusi mülkiyyətində olan mənzilinin ünvan təkrarlanmasını aradan qaldırmaqla ünvanın dəqiqləşdirilməsi vəzifəsi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Günel Sevdimalıyeva