Məhkəmə qərarları › İş №e-2-1(112)-9721/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-9721/2024

03.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-9721/2024 03.10.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X6 Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Bağırova Ayla Fuad qızının katibliyi, iddiaçının nümayəndəsi X3, cavabdehin nümayəndələri X1 və X2 iştirakı ilə iddiaçı "xxxx" məhdud məsuliyyətli cəmiyyətinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli **********890800 nömrəli qərarının ləğv edilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq, şifahi məhkəmə iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi Təsviri hissə: İddiaçı "xxxx" MMC cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli **********890800 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarının ləğv olunması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli **********890800 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarı əsasında iddiaçıya əlavə olaraq 36.029,54 manat ƏDV məbləği hesablanmışdır. İddiaçı tərəfindən riskli vergi ödəyicisi hesab edilən ödəyici ilə aparılan əməliyyatlar çərçivəsində 36.029,54 (200.164,10x18%) manat ƏDV hesablanmışdır. İşin halları ilə bağlı bildirilmişdir ki, "xxxx" MMC (VÖEN:**********) ilə bağlanmış xx.xx.2023-cü il tarixli 22/27 nömrəli alqı-satqı müqaviləsinə əsasən aparılan əməliyyatlar əmtəəsiz olmamış, faktiki olaraq xx.xx.2023-cü il tarixində EBDK 109460, EBDK 108972, EBDK 109237, EBDK 108700 saylı elektron qaimə-fakturalar əsasında ümumilikdə əsas məbləği 200.164,10 AZN, ƏDV-si 36.029,54 AZN olmaqla ümumi dəyəri 236.193,64 AZN olan metal borular alınmışdır. Dövlət Vergi Xidmətinin xx.xx.2024-cü il tarixli **********487800 nömrəli qərarı əsasında "xxxx" MMC riskli vergi ödəyicisi hesab edilmişdir. Göründüyü kimi əməliyyatların aparıldığı tarixdən (xx.xx.2023) 6 ay sonra (xx.xx.2024) riskli vergi ödəyicisi hesab edilmişdir və həmin vaxt iddiaçının gələcəyi görmək imkanı olmamışdır. Cavabdeh xx.xx.2024-cü il tarixli **********733000 nömrəli etirazında qeyd etmişdir ki, vergi orqanının müvafiq qərarı ilə riskli hesab edilən e-qaimə fakturaların ƏDV bəyannamələrində əvəzləşdirildiyi və həmin dövrlərdən sonrakı dövr ƏDV bəyannamələrinin 324-cü (“Əvəzləşdirilən əməliyyatların azaldılmasına görə ƏDV-nin bərpa edilən məbləği”) sətrində bu növ e-qaimə fakturalar üzrə əvəzləşməsi bərpa edilən ƏDV məbləği nəzərə alınmaqla, 36.029,54 manat ƏDV məbləğinin büdcəyə bərpa edilmədiyi müəyyən edilmişdir. Qeyd edilən kənarlaşma ilə bağlı vergi ödəyicisinə xx.xx.2024-cü il tarixli **********583100 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmişdir. Lakin, kənarlaşmalar aradan qaldırılmaqla dəqiqləşdirilmiş vergi bəyannaməsi təqdim edilmədiyi üçün yerli vergi orqanı tərəfindən 36.029,54 manat əlavə vergi məbləği hesablanmış və bu barədə vergi ödəyicisinə xx.xx.2024-cü il tarixli **********890800 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar göndərilmişdir. Eyni zamanda iddia ərizəsində iddiaçı Vergi Məcəlləsinin 37-ci maddəsinə istinad etməklə mənfəət vergisi üzrə kameral vergi yoxlamasının 30 iş günü ərzində keçirilməli olduğunu qeyd etmişdir. Bildirilir ki, Vergi Məcəlləsinin 37.2-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışın təqdim edildiyi tarixdən mənfəət və gəlir vergisi bəyannaməsinə (ödəmə mənbəyində tutulan gəlirlər üzrə və xüsusi notariusun gəlir vergisi bəyannaməsi istisna olmaqla) münasibətdə 60 iş günü müddətində keçirilir. Həmin Məcəllənin 37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən, vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. 37.3-cü maddəsinə əsasən vergi orqanı kameral yoxlama aparmaq üçün vergi ödəyicisindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar etdikdə vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edə bilər. 83.7-ci maddəsinə əsasən vergi orqanlarında vergi ödəyicisinin vergini ödəməkdən yayınmaq niyyətində olduğunu təsdiq edən əsaslandırılmış konkret məlumat varsa və verginin tutulmasının təmin edilməsi zəruridirsə, habelə vergi ödəyicisi riskli vergi ödəyicisidirsə, vergi orqanının vergini onun ödənildiyi tarixədək hesablamaq hüququ vardır. Cavabdeh yuxarıda qeyd olunanlara əsasən etiraz məktubunda iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndələri cavabdehin etiraz məktubunun məzmununa uyğun izahat vermiş və iddianın rədd olunması barədə qərar qəbul olunmasını xahiş etmişlər. Əsaslandırma hissəsi: İddiaçının iddiası mübahisələndirmə haqqında iddia (İPM-in 2.2.1 və 32.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı mübahisələndirdiyi xx.xx.2024-cü il tarixli qərarı aldıqdan sonra qanunvericiliklə nəzərdə tutulmuş müddəti buraxmadan xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciəti daxil olmuşdur. Beləliklə, o, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə əsasən tələb edilən 30 gün müddəti ötürməmişdir. Həmçinin iddia ərizəsində iddiaçının istinad etdiyi işin hallarına əsasən müəyyən edilmişdir ki, iddiaçının hüquqi marağı borcun silinməsindən deyil, həmin borcun icraya yönəldilməsi barədə qərarın icrasının qarşısının alınmasından ibarətdir. Məhkəmə iş materiallarında olan aşağıda sadalanan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki: Azərbaycan Respublikası Vergilər Nazirliyi Kommersiya hüquqi şəxslərinin dövlət reyestrindən xx.xx.2012-ci il tarixli **********039600 nömrəli çıxarışda göstərilmişdir ki, qurumun adı: "xxxx" məhdud məsuliyyətli cəmiyyəti, qeydiyyata alındığı tarix: xx.xx.2009, dövlət qeydiyyatı № (VÖEN) **********, təşkilati-hüquqi forması: məhdud məsuliyyətli cəmiyyət, maliyyə ili: 1 yanvar-31 dekabr, hüquqi ünvanı (əvvəlki): AZ1033, Bakı şəhəri, Nərimanov rayonu, X14, ev 7b, mənzil 18, indiki: AZ1030, Bakı şəhəri, Nizami rayonu, məhəllə 2410, nizamnamə kapitalının miqdarı: 50.00 manat, təsisçilər və nizamnamə kapitalında meyarlarının miqdarı X5 – 100%-dir. Azərbaycan Respublikası Vergilər Nazirliyi Kommersiya hüquqi şəxslərinin dövlət reyestrindən xx.xx.2012-ci il tarixli **********039600 nömrəli çıxarışda göstərilmişdir ki, qurumun adı: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti, qeydiyyata alındığı tarix: xx.xx.2009, dövlət qeydiyyatı № (VÖEN) **********, qanuni təmsilçisi: Nümayəndədur. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli **********890800 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarına əsasən 2024-cü ilin yanvar ayının əlavə dəyər vergisi üzrə “təqdim edilmiş bəyannamə, hesabat üzrə vergi ödəyicisi tərəfindən hesablanmış vergi və ya sığorta haqqı” 18.704,23 manat, “vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi və ya sığorta haqqı” 54.733,17 manat, “əlavə hesablanmış vergi və ya sığorta məbləği” 36.029,54 manat olmuşdur. Qərara əsasən, vergi orqanı tərəfindən aşkar edilmiş əmtəəsiz əməliyyat aparılması faktına əsasən vergi orqanının müvafiq qərarı ilə riskli hesab edilən qaimə fakturaların əlavə edilmiş siyahıda göstərilən dövrlər üzrə ƏDV bəyannamələrində əvəzləşdirildiyi və həmin dövrlərdən sonrakı dövr ƏDV bəyannamələrinin 324-cü (“Əvəzləşdirilən əməliyyatların azaldılmasına görə ƏDV-nin bərpa edilən məbləği”) sətrində bu növ eqaimə fakturalar üzrə əvəzləşməsi bərpa edilən ƏDV məbləği nəzərə alınmaqla, 36.030 manat ƏDV məbləğinin büdcəyə bərpa edilmədiyi müəyyən edilmişdir. Satıcı "xxxx" MMC-nin direktoru X4 və digər tərəfdən alıcı "xxxx" MMC-nin direktoru Nümayəndə arasında 17 iyul 2023-cü il tarixli, 22/27 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. xx.xx.2023-cü il tarixli EBDK 109460 nömrəli malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimədə təqdim edən ********** "xxxx" MMC, alıcı ********** "xxxx" MMC, əsas 17 iyul 2023-cü il tarixli, 22/27 nömrəli alqı-satqı müqaviləsi göstərilmişdir. Malın adı ********** - müxtəlif ölçülü metal boru, ölçü vahidi ton, miqdarı (həcmi) 13.439, vahidinin buraxılış qiyməti 2560, cəmi 34404.10, ƏDV-yə cəlb edilən 34404.10, vergi tutulan əməliyyatlardan ödənilməli ƏDV 6192.74, yekun məbləğ 40596.83-dür. xx.xx.2023-cü il tarixli EBDK 109237 nömrəli malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimədə təqdim edən ********** "xxxx" MMC, alıcı ********** "xxxx" MMC, əsas 17 iyul 2023-cü il tarixli, 22/27 nömrəli alqı-satqı müqaviləsi göstərilmişdir. Malın adı ********** - müxtəlif ölçülü metal boru, ölçü vahidi ton, miqdarı (həcmi) 14.540, vahidinin buraxılış qiyməti 2560, cəmi 37222.40, ƏDV-yə cəlb edilən 37222.40, vergi tutulan əməliyyatlardan ödənilməli ƏDV 6700.03, yekun məbləğ 43922,43-dür. xx.xx.2023-cü il tarixli EBDK 108972 nömrəli malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimədə təqdim edən ********** "xxxx" MMC, alıcı ********** "xxxx" MMC, əsas 17 iyul 2023-cü il tarixli, 22/27 nömrəli alqı-satqı müqaviləsi göstərilmişdir. Malın adı ********** - müxtəlif ölçülü metal boru, ölçü vahidi ton, miqdarı (həcmi) 18.960, vahidinin buraxılış qiyməti 2560, cəmi 48537.60, ƏDV-yə cəlb edilən 48537.60, vergi tutulan əməliyyatlardan ödənilməli ƏDV 8736,77, yekun məbləğ 57274,37-dir. xx.xx.2023-cü il tarixli EBDK 108700 nömrəli malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimədə təqdim edən ********** "xxxx" MMC, alıcı ********** "xxxx" MMC, əsas 17 iyul 2023-cü il tarixli, 22/27 nömrəli alqı-satqı müqaviləsi göstərilmişdir. Malın adı ********** - müxtəlif ölçülü metal boru, ölçü vahidi ton, miqdarı (həcmi) 31.250, vahidinin buraxılış qiyməti 2560, cəmi 80000.00, ƏDV-yə cəlb edilən 80000.00, vergi tutulan əməliyyatlardan ödənilməli ƏDV 14400.00, yekun məbləğ 94400.00-dür. 17 iyul 2023-cü il tarixli, 22/27 nömrəli alqı-satqı müqaviləsinə dair qiymətlərin razılaşdırılma protokolundan qeyd edilmişdir ki, tərəflər arasında bağlanmış 22/27 nömrəli 17 iyul 2023-cü il tarixli alqı-satqı müqavilənin ayrılmaz hissəsi olan 1 saylı Əlavənin aşağıdakı şərtlərilə razılığa gəldilər: müxtəlif ölçülü metal boru – miqdarı 13.439, vahidin qiyməti 2560.00, ümumi dəyəri 34404.10, müxtəlif ölçülü metal boru – miqdarı 14.540, vahidin qiyməti 2560.00, ümumi dəyəri 37222.40, müxtəlif ölçülü metal boru – miqdarı 18.960, vahidin qiyməti 2560.00, ümumi dəyəri 48537.60, müxtəlif ölçülü metal boru – miqdarı 31.250, vahidin qiyməti 2560.00, ümumi dəyəri 80000.00, cəmi - 200164.10, ƏDV 18% - 36029.54, yekun - 236193.64. "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli Təhvil-təslim aktından görünür ki, "xxxx" MMC-nin direktoru X4 və "xxxx" MMC-nin direktoru Nümayəndə malları təhvil-təslim etmişdirlər. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin riskli vergi ödəyiciləri barədə məlumatın verilməsi haqqında internet vergi idarəsindən əldə edilmiş məlumatdan görünür ki, "xxxx" MMC (VÖEN **********) xx.xx.2024-cü il tarixli, **********487800 nömrəli qərarla riskli vergi ödəyicisi hesab edilmişdir. Məhkəmə işin faktiki hallarına aşağıda göstərilən qanunvericilik normalarının tərbiqi baxımından hüquqi qiymət verərək iddia tələbinin əsassız olduğunu hesab edir. Azərbaycan Respublikasının Konstitusiyasının 73.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Məhkəmə qeyd edir ki, vergi orqanının iddiaçının riskli vergi ödəyicisi hesab olunan şəxslə aparılmış əməliyyatlar və riskli hesab edilən e-qaimə fakturaların göstərilən dövrlər üzrə ƏDV bəyannamələrində əvəzləşdirildiyi və həmin dövrlərdən sonrakı dövr ƏDV bəyannamələrinin 324-cü (“əvəzləşdirilən əməliyyatların azaldılmasına görə ƏDV-nin bərpa edilən məbləği”) sətrində bu növ e-qaimə fakturalar üzrə ƏDV əvəzləşməsinin bərpa edildiyi əsası ilə qəbul etdiyi qərarının qəbul edilməsinə əsas olmuş əməliyyat qismindı iddiaçı ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli 22/27 nömrəli alğı-satqı müqaviləsi çıxış etmişdir. Halbuki, "xxxx" MMC sözügedən müqavilənin bağlanmasından 6 aydan artıq müddət keçdikdən sonra vergi orqanının xx.xx.2024-cü il tarixli **********487800 nömrəli qərarı ilə riskli vergi ödəyicisi hesab edilmişdir. Göründüyü kimi, iddiaçının vergi ödəyicisi ilə əməliyyatlar apardığı vaxt həmin hüquqi şəxs qanunvericiliyin tələblərinə müvafiq olaraq riskli vergi ödəyicisi olmamışdır. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin: 13.2.82-ci maddəsinə əsasən riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir. 83.7-cü maddəsinə görə vergi orqanlarında vergi ödəyicisinin vergini ödəməkdən yayınmaq niyyətində olduğunu təsdiq edən əsaslandırılmış konkret məlumat varsa və verginin tutulmasının təmin edilməsi zəruridirsə, habelə vergi ödəyicisi riskli vergi ödəyicisidirsə, vergi orqanının vergini onun ödənildiyi tarixədək hesablamaq hüququ vardır. Vergi orqanı bu barədə əsaslandırılmış qərar çıxarmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”na əsasən: 1.3. Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarlarına cavab verən və əmtəəsiz və (və ya) riskli əməliyyatlar apardığına görə barəsində Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar qəbul edilmiş vergi ödəyicilərinə dair məlumatlar Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəsmi internet saytında dərc edilir. 1.4. Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması barədə qərar çıxarılmış vergi ödəyicilərinə dair məlumat vergi ödəyiciləri tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalında elektron qaimə-faktura sistemi vasitəsilə aparılan əməliyyatlar zamanı xəbərdarlıq xarakterli bildirişlərdə əks olunur. 2.1. Aşağıdakı meyarlardan ən azı birinə cavab verən vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunur: 2.1.1. bu Meyarların 3-cü hissəsində nəzərdə tutulan riskli əməliyyatları aparan şəxs olduqda; 2.1.2. aparılmış vergi nəzarət tədbirləri çərçivəsində vergi ödəyicisinin əmtəəsiz əməliyyatlar aparması aşkar edildikdə; 2.1.3. idxalatçının, istehsalçının və ya idxalatçı olmayan ticarət fəaliyyəti həyata keçirən şəxsin vergi orqanında qeydiyyatda olan anbarı (o cümlədən icarəyə götürdüyü anbarı) və ya digər təsərrüfat subyekti (obyekti) olmadıqda və yaxud qeydiyyatda olan anbarın və ya digər təsərrüfat subyektinin (obyektinin) sahəsi ilə idxal və ya əldə edilən malların həcmi uyğunluq təşkil etmədikdə (digər şəxslər üçün sifariş əsasında gətirilən və bilavasitə sifarişçilərə təhvil verilən (sifarişçi vergi ödəyicisi olduqda VÖEN-i, fiziki şəxs olduqda adı, soyadı, atasının adı və FİN-i) mallar və hər bir sifarişçi üzrə sifarişin məbləği barədə məlumatların vergi orqanına təqdim edildiyi hallar istisna olmaqla); 2.1.4. vergi ödəyicisi tərəfindən əldə edilmiş və fəaliyyət növünə (fəaliyyət növlərinə) uyğun olmayan malların (vergi ödəyicisi tərəfindən öz təsərrüfat fəaliyyətində istifadə edilməsi üçün əldə etdiyi ofis ləvazimatları, inventar və digər bu kimi aktivlər istisna olmaqla) vergi nəzarəti zamanı sənədləşdirilmədən təqdim edilməsi aşkar edildikdə; 2.1.5. vergi ödəyicisinin satış məqsədləri üçün son 6 ay üzrə (vergi ödəyicisinin malların mövsümi xarakterindən asılı olaraq, habelə əvvəlcədən sifariş edilən və müqavilədə (razılaşmada) müəyyən edilən müddətdə təhvil verilməsi nəzərdə tutulan hallar istisna olmaqla) idxal etdiyi və ya əldə etdiyi malların həcmi onun müvafiq dövr üzrə dövriyyəsindən azı 3 dəfə artıq olduqda; 2.1.6. bu Meyarların 2.1.1-2.1.5-ci yarımbəndləri ilə müəyyən edilmiş riskli vergi ödəyicisi olan fiziki şəxsin icra orqanının rəhbəri və ya təsisçisi olduğu hüquqi şəxs; 2.1.7. bu Meyarların 2.1.1-2.1.5-ci yarımbəndləri ilə müəyyən edilmiş riskli vergi ödəyicisi olan hüquqi şəxsin icra orqanının rəhbərinin və ya təsisçisinin təsis etdiyi və ya icra orqanının rəhbəri olduğu hüquqi şəxs; 2.1.8. beşdən çox hüquqi şəxsin icra orqanının rəhbəri olan fiziki şəxslər və onların icra orqanının rəhbəri olduğu hüquqi şəxslər. 3.1. Vergi ödəyicisinin apardığı aşağıdakı əməliyyatlar riskli əməliyyat hesab olunur: 3.1.1. vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edildikdə; 3.1.2. vergi ödəyicilərinin aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim etməsi halı aşkar edildikdə (artıq həcmdə təqdim edilmiş mallara münasibətdə). Qanunvericiliyin tələblərinə əsasən riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarlarına cavab verən və əmtəəsiz və (və ya) riskli əməliyyatlar apardığına görə barəsində Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar qəbul edilmiş vergi ödəyicilərinə dair məlumatlar Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəsmi internet saytında dərc edilir və məlumat İnternet Vergi İdarəsi portalında elektron qaimə-faktura sistemi vasitəsilə aparılan əməliyyatlar zamanı xəbərdarlıq xarakterli bildirişlərdə əks olunur. Məhkəmə hesab edir ki, iddiaçı "xxxx" MMC ilə "xxxx" MMC arasında müvafiq alqısatqı əməliyyatlarının aparılmasına dair xx.xx.2023-cü il tarixli EBDK 109460 nömrəli, EBDK 109237 nömrəli, EBDK 108972 nömrəli və EBDK 108700 nömrəli elektron qaiməfakturalar tərtib edilən zaman "xxxx" MMC riskli vergi ödəyicisi hesab olunması barədə qərar qəbul edilmədiyindən bu barədə İnternet Vergi İdarəsinin portalında xəbərdarlıq xarakterli bildirişlər əks olunmamışdır. Belə ki, İnternet Vergi İdarəsinin portalındakı məlumatdan da görünür ki, "xxxx" MMC xx.xx.2024-cü il tarixli, **********487800 nömrəli qərarla riskli vergi ödəyicisi hesab edilmişdir. Həmçinin məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, iddiaçı ilə "xxxx" MMC arasında aparılmış əməliyyatlar sonuncunun riskli vergi ödəyicisi hesab edilməsinə əsas olmuş əməliyyatlar arasında olmamışdır. Beləliklə, məhkəmə işin hallarının qanunvericilik normaları ilə qarşılıqlı təhlili nəticəsində bu qənaətə gəlir ki, iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübut olunur. Cavabdehin mübahisələndirilən qərarı əsassız olmaqla iddiaçının qanunla qorunan hüquqlarının pozulması ilə nəticələnmiş, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamışdır. İPM-in: 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır; 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir; 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır; 68.1-ci maddəsinin tələbinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Şərh olunan qanunvericiliyin tələblərinə əsasən məhkəmə yekun olaraq belə nəticəyə gəlir ki, iddiaçıya münasibətdə cavabdeh tərəfindən qəbul edilmiş mübahisəli qanunsuz inzibati akt ləğv olunmalıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.1-ci maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı "xxxx" məhdud məsuliyyətli cəmiyyətinin iddiası təmin edilsin. Cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X9 üzrə Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli **********890800 nömrəli qərarı ləğv edilsin. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. X8.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar