Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-9746/2022 26.09.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Piralları Rayon Polis şöbəsinə qarşı (zəruri cəlbetmə qaydasında üçüncü şəxslər X9 və X6) yaşayış yeri üzrə qeydiyyatdan çıxarılma öhdəliyinin inzibati orqanın üzərinə qoyulmasına dair iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı məhkəməyə müraciət edərək X9 və X3 ona məxsus ünvan 1 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmaları öhdəliyinin Bakı şəhəri Pirallahı rayon Polis Şöbəsinə havələ edilməsi tələbini irəli sürmüşdür.
2. Tələb onunla əsaslandırılmışdır ki, Pirallahı rayonu, Pirallahı qəsəbəsi, Xanlar küç., ev 29. mənzil 9 onun mülkiyyətindədir. Azərbaycan Respublikası Bakı şəhəri Mənzil-Kommunal Təsərrüfat Departamentinin Pirallahı rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin 153 saylı Mənzil Kommunal İstismar Sahəsinin verdiyi arayışa əsasən, hazırda həmin ünvanda onunla yanaşı X1, onun keçmiş arvadı X9 və nəvəsi X6 qeydiyyatdadır. X1 1999-cu ilin sentyabr ayında X9 ilə nikaha daxil olub. 2000-ci ildə həmin nikahdan X6 dünyaya gəlib. Təxminən 2001-ci ildə ona məlum oldu ki, X11 və X6 da onun mülkiyyətimdə olan ünvanda qeydiyyadadırlar. Lakin onların qeydiyyata alınmaları ilə bağlı mülkiyyətçi olaraq onun razılığı alınmayıb və onların hansı qaydada bu cür qanunsuz qeydiyyata düşmələri barədə məlumatlı deyil. Həmin vaxt Ə.Əliyeva oğlu ilə ailəli olduğu üçün bununla bağlı şikayət etməyib. 2011-ci ilin noyabrında oğlu ilə Əliyeva Əsmər arasında nikah pozulub və və həmin ilin iyun ayından etibarən Əsmər Əliyeva və Nicat Əliyev başqa ünvanda yaşayırlar. Onların 2011-ci ildən ünvan 3 ünvanında mənim mülkiyyətimdə olan mənzildə yaşamadıqları qonşuların notarial qaydada verdiyi ərizə və Azərbaycan Respublikası Bakı şəhəri Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Pirallalıı rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin 153 saylı Mənzil Kommunal İstismar Sahəsinin verdiyi 376 nömrəli xx.xx.2022-ci il tarixli arayışla da təsdiq edilir. X10 və Nicat Əliyevin hansı ünvanda yaşamaları ona məlum deyil. 10 ildən artıqdır ki, faktiki yaşamadıqları halda, onların qeydiyyatdan çıxmamağı, onun daha artıq məbləğdə kommunal haqları ödəməyinə səbəb olub. Həmçinin mülkiyyətçi olaraq, ona məxsus olan əmlak üzərində sərəncamvermə hüquqlarını məhdudlaşdırır. Buna görə də xx.xx.2022-ci ildə X5 ərizə ilə müraciət edərək, X9 və X3 mənə məxsus olan ünvan 4 ünvanından qeydiyyatdan çıxarılmasını xahiş etsə də, X8 xx.xx.2022-ci il tarixli № 058-5057- 3222 nömrəli məktubla həmin şəxslərin qeydiyyatdan çıxarılması xahişinə imtina verilmiş və məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur.
3. İddiaçının müraciətinə cavab olaraq Pirallahı rayon Polis Şöbəsi tərəfindən bildirilmişdir ki, X9 və X3 qeydiyyatdan çıxarılması Azərbaycan Respublikası Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında qanunun 9-cu maddəsinin 5-ci hissəsinin tələbinə zidd olduğu üçün onun yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması mümkün olmamışdır. Göstərilən məsələ məhkəmə baxışı predmeti olduğu üçün məhkəmə orqanlarına müraciət etməyiniz tövsiyə olunmuşdur.
4. Məhkəmənin şifahi məhkəmə dinləmələri (məhkəmə baxış iclası) zamanı iştirak edən iddiaçının vəkili iddia tələbini müdafiə edərək bildirdi ki, qeydiyyatdan çıxarmaq istədiyi şəxslər onunla bir evdə yaşamayırlar, qeydiyyatları formal xarakter daşıyır.
5. Cavabdeh Pirallahı Rayon Polis Şöbəsi tərəfindən məhkəməyə ünvanlanan məktubda iddiaya qarşı öz münasibətini (etirazını) yazılı şəkildə məhkəməyə bildirmədən məhkəmə iclasında cavabdeh qurumun iştirakı olmadan keçirilməsi xahiş edilmişdir.
6. Üçüncü şəxlər məhkəmə iclasında iştirak etmirlər, üçüncü şəxslərdən X9 məhkəməyə ünvanladığı teleqramda iddianı təmin etməməyi, ata mülkündən oğluna pay düşməli olduğunu bildirmişdir.
II. İddianın növü və mümkünlüyü
7. Məhkəmə hesab edir ki, hazırki iddia inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) dair iddiadır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarına əsasən, Daxili İşlər Nazirliyinin ərazi və ixtisaslaşdırılmış polis rayon və şöbələri inzibati orqanların təsnifatına aid edilmişdir.
8. Məhkəmə qeyd edir ki, iddiaçı mənzilin mülkiyyətçisidir.
III. Məhkəmə tərəfindən tədqiq edilən sübutlar
9. Məhkəmənin hazırkı iş üzrə xx.xx.2022-ci il tarixli qərardadı ilə X9 və X6 inzibati məhkəmə icraatına zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb olunmuşlar.
10. CMS-AZEMİS elektron məhkəmə informasiya sistemindən çıxarışa əsasən qeyd edilən şəxslər ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadırlar.
11. Qeydiyyat vəsiqəsinə əsasən, ünvan 1 İddiaçı xüsusi mülkiyyətindədir.
12. Pirallahı raron Mənzil-Kommunal Təsərrüfatı Birliyi 153 saylı MKİS tərəfindən verilmiş arayışa əsasən, İddiaçı keçmiş gəlini X9 və nəvəsi X6 qonşuların notariat qaydasında təsdiq etiyi akta əsasən 2011-ci ildən bugünə qədər ünvan 7-da yaşamırlar.
13. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən bildirilmişdir ki, X4, X3 Bakı şəhəri, Pirallahı rayonu, Xanlar küçəsi, ev 29, 9 saylı mənzilə dair istifadə hüquqlarının qeydiyyata alınması ilə bağlı məlumat İdarənin arxivində aşkar edilməmişdir.
14. Nikahın pozulması haqqınd şəhadətnaməyə əsasən, X2 ilə X9 arasında nikahın pozulması xx.xx.2011-ci il tarixdə 202 nömrə ilə qeyd edilmişdir.
IV. Məhkəmənin mövqeyi
15. Üçüncü şəxslər həmin ünvanda faktiki olaraq yaşamırlar, iddiaçının ailə üzvü hesab edilmirlər, istifadə hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmayıb, bu səbəbdən cavabdeh qurumun imtinası iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir.
16. Şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitədir və bu məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir.
17. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarına əsasən: - Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. - “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. - Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər.
18. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinə əsasən, yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır.
19. Konstitusiya Məhkəməsinin qeyd edilən qərarda ifadə etdiyi mövqeyə əsasən: ... mükiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir. ...Qeyd edilməlidir ki, şəxsin yaşayış yerindən qeydiyyatdan çıxarılması onun üçün hər hansı əlverişsiz hüquqi nəticələr yaratmamaqla yanaşı, yaşayış sahəsi üzrə, ümumiyyətlə qeydiyyatsız qalmalarına da səbəb olmur. Belə ki, həmin şəxslər özlərinin yeni yaşayış yerləri üzrə və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 aprel 2003-cü il tarixli, 55s nömrəli Sərəncamına uyğun olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən müvafiq orqanının ünvanı üzrə qeydiyyata alına bilərlər... ...Nəzərə alınmalıdır ki, Konstitusiya Məhkəməsi Plenumunun son illərdə qəbul etdiyi Qərarlar mülkiyyətçinin hüquqlarının müdafiəsinə, üçüncü şəxslərin yaşayış sahəsinə dair əmlak hüquqlarının mövcudluğunun mülkiyyətçinin hüquqlarının, o cümlədən sərəncam hüququnun realizəsinə maneəçilik yaratmamasına istiqamətlənmişdir. ...Mülkiyyətçinin iradə ifadəsi olan razılıq ərizəsi ilə ona məxsus yaşayış sahəsinə digər şəxsin qeydiyyata alınması nəticəsində yaranmış hüquqi münasibətlərə mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilə bilər. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunda əsas müddəa kimi təsbit edilən yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola biləcəyi nəzərə alınmaqla yaşayış sahəsinə münasibətdə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında müvafiq icra hakimiyyəti orqanı (inzibati orqan) tərəfindən qeydiyyatdan çıxarılması təmin olunmalıdır. Əks halda məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər....
20. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə görə konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.
21. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində cavabdehin imtinasından və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 33.1, 33.2, 73.1-ci maddələri tətbiq oluna bilər.
22. Məhkəmə qeyd edir ki, iddiaçının keçmiş gəlini X9 onun ailə üzvü deyil (Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən), nəvəsi isə yetkinlik yaşına çatmış şəxs olduğundan iddiaçıdan aliment tələb etmək hüququ olan şəxs deyil (Ailə Məcəlləsinin 15-ci fəslinə əsasən).
23. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ:
İddia təmin edilsin. X9 və X3 ünvan 7 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmaları öhdəliyi cavabdeh Bakı şəhəri Pirallahı Rayon Polis Şöbəsinin üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.
Hakim Günel Sevdimalıyeva