Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-1(112)-9774/2024 06.11.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlu, Cəfərova Yasəmən Fərman qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (3-cü şəxslər - X2 və X3) “torpaq sahəsinə dair plan və ölçünün verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı (bundan sonra – iddiaçı) Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək xx.xx.2017-ci il tarixli, RX ******* saylı çıxarışa əsasən iddiaçının xüsusi mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, X4 prospekti, 3 saylı taksomot parkı ünvanında yerləşən 0,375 ha torpaq sahəsinə dair plan və ölçünün iddiaçıya verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 25 iyul 2024-cü il tarixli, 2-1(112)-9774 nömrəli qərardadı ilə iş üzrə X2 və X3 3-cü şəxs qismində inzibati məhkəmə icraatına zəruri olaraq cəlb edilmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, tərəflər və 3-cü şəxslər məhkəmə iclasında təmsil edilməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 62.3-cü maddəsinə əsaslanaraq, tərəflərin, üçüncü şəxslərin və (və ya) onların nümayəndələrinin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. İPM-ə əsasən məhkəmə birgə baxılması və vahid qərar qəbul edilməsi məqsədilə icraatında olan və mübahisə predmetləri eyni olan müstəqil işlər üzrə icraatı bir icraatda birləşdirməyə və ya onları yenidən ayırmağa haqlıdır (56.1.). Məhkəmə birgə baxılan bir neçə tələb üzrə icraatı ayrı-ayrı müstəqil icraata ayırmağa və hər bir tələbə dair ayrıca qərar qəbul etməyə haqlıdır (56.2.). Məhkəmə müstəqil işlər üzrə icraatın bir icraatda birləşdirilməsi və ya bir icraatın müstəqil işlər üzrə icraata ayrılması barədə qərardad qəbul edir (56.3.). Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, hazırkı iş üzrə icraat Bakı İnzibati Məhkəməsinin hakimi Həmid Ağalarovun icraatında olan X1 hazırkı iş üzrə cavabdehə qarşı döngə nöqtə koordinatlarının etirbarsız hesab edilməsi tələbi ilə bağlı olan 2-1(112)- 14271/2024 saylı işlə birləşdirilməlidir. Göstərilənlərə və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 56-cı maddəsinə əsasən q ə r a r a a l d ı m: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (3-cü şəxslər - X2 və X3) "torpaq sahəsinə dair plan və ölçünün verilməsi" tələbinə dair 2-1(112)-9774/2024 saylı iş məhkəmənin hakimi Həmid Ağalarovun icraatında olan 2-1(112)-14271/2024 saylı işlə birləşdirilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №e-2-1(112)-9774/2024
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(112)-9774/2024
06.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver