Məhkəmə qərarları › İş №e-2-1(112)-9778/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-9778/2024

20.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-9778/2024 20.09.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı nümayəndəsi (direktoru) X1, Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “qərarın ləğv edilməsi” iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: I. Mübahisəli hüququn qısa xülasəsi

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək "xxxx" MMC və "xxxx" MMC arasında bağlanmış 10/23 saylı xx.xx.2023-cü il tarixli Alqı-satqı və 10/11-saylı xx.xx.2023-cü il tarixli Xidmət müqavilələri əsasında iddiaçının həmin cəmiyyətlərdən qanuni əsasla aldığı mal və xidmətlərə görə ödədiyi 79350 manat pul məbləğinə dair xx.xx.2023 cü il tarixli, 460238 nömrəli və xx.xx.2023-cü il tarixli, 186036 nörməli ekektoron qaimə fakturalara üzrə cavabdeh tərəfindən " vergilərin, sosial sığorta və işsizlik haqlarının hesablanması barədə" qəbul edilmiş xx.xx.2024-cü il tarixli, **********710400 nömrəli Qərarın ləğv edilməsi barədə və həmin qərardan irəli gələrək iddiaçıya münasibətdə 16.389 manat əsassız hesablanmış əlavə dəyər vergisinin iddiaçıya geri qaytarılması vəzifəsinin iş üzrə cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən iddiaçı "xxxx" MMC-yə münasibətdə xx.xx.2024-cü il tarixli, **********710400 nömrəli Qərar qəbul edilərək, həmin qərarla iş üzrə iddiaçıya münasibətdə 16.389 (on altı min üç yüz səksən doqquz) manat əlavə vergi hesablanmışdır. Qeyd olunan qərarla hesablanmış əlavə verginin doğru olmaması əsası ilə iddiaçı tərəfindən onlayn kargüzarlıq vasitəsilə cavabdehə xx.xx.2024-cü il tarixdə Şikayət göndərilmiş və yanlış hesablanmış 16.389 manat pulun azaldılmasının təmin olunması xahiş edilmişdir. Buna cavab olaraq isə cavabdeh tərəfindən onlayn kargüzarlıq qaydasında iddiaçıya xx.xx.2024-cü il tarixli "Kameral vergi yoxlanılması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında" məktub göndərilmişdir. Həmin məktuba əsasən, cavabdeh vergi ödəyicisi olan iddiaçı barəsində Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 23.1.1-ci maddəsindən irləri gələrək komeral və səyyar veri yoxlamalarının, operativ vergi nəzarətinin keçirilməsi hüququnun olduğunu bəyan etmişdir. Habelə, məktubda AR. Vergi Məcəlləsinin 23.1.2-ci maddəsinin tələbindən irəli gələrək, cavabdeh iddiaçıdan maliyyə sənədlərini, mühasibat kitablarını, hesabatları, smetaları, nağd vəsaitləri, qiymətli kağızları və başqa qiymətliləri, bəyannamələri və vergi hesablanması və ödənilməsi ilə bağlı olan digər sənədləri qanunvericiliklə müəyyən edilmiş qaydada yoxlamaq, yoxlamaların keçirilməsi zamanı yoxlamaya aid olan məsələlərlə bağlı vergi ödəyicisindən və ya onun vəzifəli şəxslərindən lazımi izahatlar, arayışlar və məlumat almaq və s.. kimi hüquqlaırnın olmasını bildirmişdir. Bundan əlavə, cavabdeh qeyd olunan məktubunda göstərmişdir ki, aparılmış araşdırma zamanı güya iddiaçı tərəfindən 2023-cü il ərzində riskli vergi ödəyicisi hesab edilən vergi ödəyicilərindən riskli əməliyyat üzrə 79350,00 manat dəyərində elektron-qaimə fakturaların əldə edildiyi müəyyən edilmişdir. Bu hala əsaslanaraq cavabdeh, həmin xx.xx.2024-cü il tarixli məktubla iddiaçıdan bir sıra sənədlərin (mavafiq hesabat dövrü üzrə cari mənfəət vergi bəyannaməsi, qeyd olunanlarla bağlı müvafiq izahat, araşdırmaya təqdim edilməsi zəruri olan digər zəruri sənədlər) ona təqdim edilməsini tələb etmişdir. Beləliklə, cavabdehin iddiaçıya ünvanladığı xx.xx.2024-cü il tarixli həmin mətubun məzmunundan bəlli olmuşdur ki, cavabdeh 2023-cü il ərzində iddiaçı ilə "xxxx" MMCvə "xxxx"MMCarasında bağlanmış alqı-satqı və xidməti müqavilələrinin hüquqi nəticələri ilə razı olmamamışdır. Çünki, hesab edir ki, bu şirkətlər riskli kateqoriyadandır. Daha dəqiq desək, həmin şirkətlər ilə, iddiaçı arasında bağlanmış 10/23 saylı xx.xx.2023-cü il tarixli Alqı-satqı və 10/11-saylı xx.xx.2023cü il tarixli Xidmət müqavilələri əsasında iddiaçının onlardan qanuni əsasla aldığımal və xidmətlərə görə ödədiyi xx.xx.2023 cü il tarixli, 460238 nömrəli və xx.xx.2023-cü il tarixli, 186036 nörməli ekektoron qaimələr üzrə ödəmələri, iddiaçı Vergi Qanunvericiliyinin tələblərindən irəli gələrək (AR.VM-nin 104-cü maddəsi və s.) özünün xərclərinə daxil etmişdir. Lakin, cavabdeh bu addımımızı doğru hesab etmir.Yəni, cavabdeh əsassız olaraq həmin əqdlərdən irəli gələn bütün əməliyyatları qanuni hesab etməmiş (ədv əvəzləşməmiz ilə razılaşmamış) və müqavilə üzrə iddiaçının aldığı mal və xidmətlərə görə müqavilə tərəflərinə ödədiyi pul vəsaitlərini özünün xərcinə daxil edilməsi ilə bağlı əməliyyatları legitim(qanuni) hesab etməmişdir. Daha sonra cavabdeh tərəfindən yenidən yuxarıda qeyd olunan məsələlərlə bağlı onlayn kərgüzarlıq vasitəsilə iddiaçıya 07.020.2024-cü il tarixli "Araşdırmada iştirak və sənədlərin təqdim edilməsi barədə" məktub ünvanlanaraq, müaciətimizin araşdırılmasında nümayəndəmiz vasitəsilə iştirak etməyimiz üçün xx.xx.2024-cü il tarixdə saat 15.00 da AR. İqtisadiyyat Nazirliyi yanında Dövltə Vergi Xidmətinin inzibati binasına dəvət edilmişik. İddiaçı üçünün nümayəndəsi ilə həmin hartixdə cavabdeh ilə gösrüçmüş və qeyd olunan məsələlər ilə bağlı şikayət və tələblərini bildirmiş və hesablanmış əlavə verginin doğru olmamasını bəyan edərək hesablanaraq silinmiş əlavə verginin iddiaçıya geri qaytarılmasını tələb etmişdir. Lakin, cavabdeh bu tələbimiz ilə razı olmamışdır. Bu səbəbdən, həmin qərar məhkəmə qaydasında mübahisələndirilərək, bu qərarla hesablanmış əsassız verginin iddiaçıya geri qaytarılması öhdəliyinin iş üzrə cavabdehin üzərinə qoyulmasını zərururi hesab edirik. Onu da Məhkəmənin diqqətinə xüsusi olaraq çatdırırq ki, cavabdeh ilə qeyd olunan xx.xx.2024cü il tarixli görüşümüzdən sonra Cəmiyyətə onlayın kərgüzarlıq vasitəsilə cavabdeh tərəfindən xx.xx.2024-ci il tarixli"Kameral vergi yoxlaması üçün zərri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında" Məktub daxil olmuş. Həmin məktubun məzmunundan habelə iş materiallarında olan əvvəlki digər kameral vergi yoxlamalara dair məktublardan açıq aydın bəlli olur ki, cavabdehlə olan görüşümüzdə ona ünvanladığımız şikayət və tələbimizlə razı olmamış, əksinə iddiaçıya münasibətdə əlavə mənfəət vergisi hesablana bilər və digər məhdudiyyət (sanksiya) tədbirlərinin həyata keçirilməsi istisna deyildir. Bununla əlaqədar yekun məhkəmə aktı qəbul olunanadək iddianın təmini təbiri barədə Ərizə tərəfimizdən iddia ərizəsinə əlavə olunmuşdur.

3. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilən yazılı vəsatətdə qeyd edilmişdir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi aşağıda qeyd olunan səbəblərə görə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İlk növbədə qeyd etməyi zəruri hesab edirik ki, cavabdehə təqdim edilmiş iddia ərizəsindən göründüyü kimi iddiaçı tərəfindən İnzibati Prosessual Məcəlləsinin 35.1, 46.2.1 və 46.2.4-cü maddələrinin tələblərinə düzgün əməl olunmamışdır. İnzibati Prosessual Məcəllənin 35.1 -ci maddəsinə əsasən iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli, 5 №li Qərarına əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. "xxxx" MMC tərəfindən xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərində 2024-cü il yanvar ayı ƏDV üzrə dəqiqləşmiş bəyannamələr təqdim edilmiş, lakin mövcud kənarlaşmalar aradan qaldırılmadığı üçün Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən 2024-cü ilin yanvar ayı üzrə ƏDV bəyannaməsinə 16 389,0 manat vergi məbləğinin hesablanması barədə “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” müvafiq olaraq xx.xx.2024-cü il tarixli **********969300 nömrəli qərar qəbul edilərək vergi ödəyicisinə göndərilmişdir. İddiaçı MMC (VÖEN: **********) kameral vergi yoxlaması ilə hesablanmış vergi məbləğinin azaldılması barədə Dövlət Vergi Xidmətinə xx.xx.2024-cü il tarixli (AVİS qeOydiyyatı: xx.xx.2024-cü il tarixli **********730600 nömrəli) və xx.xx.2024-cü il tarixli (AVİS qeydiyyatı: xx.xx.2024-cü il tarixli **********847701 nömrəli) inzibati şikayətlərlə müraciət etmiş, xx.xx.2024-cü il tarixli **********804900 saylı “İnzibati şikayətin qismən təmin edilməsi haqqında” qərar qəbul edilmiş, Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024cü il tarixli **********969300 nömrəli Qərarının 2 106,0 manat verginin hesablanması hissəsində ləğv edilməsi, 14 283,0 manat verginin hesablanması hissəsində dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Belə ki, vergi orqanı tərəfindən xx.xx.2024-cü il tarixli **********652800 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar qəbul edilmiş, 2106,0 manat vergi məbləği azaldılmışdır. Hazırda qüvvədə olan xx.xx.2024-cü il tarixli qərarla iddiaçıya 14.283,00 manat vergi məbləği hesablanmışdır. Həmçinin əlavə edilir ki, vergi ödəyicisinə xx.xx.2024-cü il tarixli qərarla vergi məbləği hesablanıldığından iddiaçı tərəfindən öhdəliyin icrası haqqında deyil, mübahisələndirmə haqqında iddia növü seçilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli qərarında göstərilir: məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin sərt onun mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Qeyd edilən normaların tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir.

4. İdddiaçının nümayəndəsi (vəkili) məhkəməyə ərizə təqdim edərək iddia tələbinin “Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli **********652800 nömrəli qərarın ləğv edilməsi” kimi dəyişdirilməsini xahiş etmişdir.

5. Məhkəmənin hazırki iş üzrə xx.xx.2024-cü il tarixli Qərardadı ilə iddia tələbi “Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli **********652800 nömrəli qərarın ləğv edilməsi” kimi dəyişdirilmişdir.

6. Cavabdeh tərəfindən məhkəməyə təqdim olunan yazılı etirazda qeyd olunmuşdur ki, "xxxx" MMC (VÖEN: **********) kameral vergi yoxlaması ilə hesablanmış vergi məbləğinin azaldılması barədə Dövlət Vergi Xidmətinə xx.xx.2024-cü il tarixli (AVİS qeOydiyyatı: xx.xx.2024-cü il tarixli **********730600 nömrəli) və xx.xx.2024-cü il tarixli (AVİS qeydiyyatı: xx.xx.2024-cü il tarixli **********847701 nömrəli) inzibati şikayətlərlə müraciət etmiş, xx.xx.2024-cü il tarixli **********804900 saylı “İnzibati şikayətin qismən təmin edilməsi haqqında” qərar qəbul edilmiş, Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli **********969300 nömrəli Qərarının 2 106,0 manat verginin hesablanması hissəsində ləğv edilməsi, 14 283,0 manat verginin hesablanması hissəsində dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Belə ki, vergi orqanı tərəfindən xx.xx.2024-cü il tarixli **********652800 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar qəbul edilmiş, 2106,0 manat vergi məbləği azaldılmışdır. Hazırda qüvvədə olan xx.xx.2024-cü il tarixli qərarla iddiaçıya 14.283,00 manat vergi məbləği hesablanmışdır. İşin faktiki halları barədə qeyd edirik ki, uçot-baza məlumatına əsasən Cəmiyyətin xx.xx.2018-ci il tarixdən vergi ödəyicisi kimi dövlət qeydiyyatına, xx.xx.2018-ci il tarixdən ƏDV- nin məqsədləri üçün qeydiyyata alındığı və əsas fəaliyyət növünün “tibb və ortopediya mallarının topdan satışı” olduğu, xx.xx.2019-cu il tarixdən ünvan 1 ünvanında “Anbar” adlı təsərrüfat subyektinin **********-20001 kod ilə vergi orqanında qeydiyyata alındığı müəyyən edilmişdir. Kameral vergi yoxlaması zamanı Cəmiyyət tərəfindən 2023-cü ilin oktyabr ayı üzrə təqdim edilmiş ƏDV bəyannaməsində əvəzləşmə üçün təqdim edilmiş xx.xx.2023-cü il tarixli, EBDR seriyalı, 460238 nömrəli və xx.xx.2023-cü il tarixli, EBDQ seriyalı, 186036 nömrəli elektron qaimə-faktura üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas vermədiyi halda, qeyd olunan elektron qaimə-fakturalar üzrə ümumilikdə 16389,0 manat (əsas məbləği 91050,0 manat) ƏDV məbləğinin əvəzləşdirildiyi, cari ay üçün təqdim edilmiş bəyannamənin 324-cü sətrində bərpa edilən ƏDV məbləğinin 0,0 manat bəyan edildiyi müəyyən edilmişdir. Qeyd edilən kənarlaşmalar ilə əlaqədar vergi ödəyicisinə “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2024-cü il tarixli **********564900 nömrəli məktub göndərilərək müvafiq bəyannamə və araşdırma üçün zəruri olan sənədlərin təqdim edilməsi tələb edilmiş, vergi ödəyicisi tərəfindən dəqiqləşdirilmiş bəyannamə təqdim olunmadığı üçün Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83cü maddələrinə əsasən 2024-cü ilin yanvar ayı üzrə ƏDV bəyannaməsinə 16 389,0 manat vergi məbləğinin hesablanması barədə “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” müvafiq olaraq xx.xx.2024-cü il tarixli **********710400 nömrəli qərar qəbul edilərək vergi ödəyicisinə göndərilmişdir. Daha sonra Cəmiyyət tərəfindən xx.xx.2024-cü il tarixdə 2024-cü ilin yanvar ayı üzrə dəqiqləşdirilmiş ƏDV bəyannaməsinin təqdim edilməsinə baxmayaraq mövcud kənarlaşmalar aradan qaldırılmadığı üçün Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən 2024-cü ilin yanvar ayı üzrə ƏDV bəyannaməsinə 16 389,0 manat vergi məbləğinin hesablanması barədə “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” müvafiq olaraq xx.xx.2024-cü il tarixli **********969300 nömrəli qərar qəbul edilərək vergi ödəyicisinə göndərilmişdir. Uçot-baza məlumatlarının araşdırılması zamanı Cəmiyyət tərəfindən xx.xx.2023-cü il tarixli, EBDQ seriyalı, 186036 nömrəli elektorn qaimə-faktura ilə "xxxx" MMC-dən (VÖEN: **********) 26 700,0 manat (ƏDV-si 4 806,0 manat) dəyərində işlərin və xidmətlərin (beynəlxalq şirkətin seçilməsi və əlaqələrin qurulması üzrə xidmətlər, məhsulların çatdırılması və yükləmə xidməti, məhsulların təqdimatı,texniki bilgiləndirilməsi və istifadə qaydalarının təlimi üzrə xidmətlər) və xx.xx.2023-cü il tarixli, EBDR seriyalı, 460238 nömrəli elektorn qaimə-faktura ilə "xxxx" MMC-dən (VÖEN: **********) 64 350,0 manat (ƏDV-si 11 583,0 manat) dəyərində malların, işlərin və xidmətlərin (vizitka, məhsulların çatdırılması və yükləmə xidməti, məhsulların təqdimat braşurası dizayn olunmuş (39 vərəqli), tenderdə iştirak üçün sənədləşmə işlərinin aparılması xidməti) alındığı müəyyən edilmişdir. Vergi orqanının apardığı araşdırma zamanı "xxxx" MMC və "xxxx" MMC- nin fəaliyyəti üzrə qarşılıqlı əməliyyatlar üzrə aparılmış vergi nəzarəti tədbirləri zamanı təqdim edilmiş elektorn qaimə-fakturalarda əmtəəsiz əməliyyatlar aparılması faktı aşkar edilmişdir. Bu səbəbdən yuxarıda qeyd edilən əməliyyatlar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2.1.2-ci maddəsinə (aparılmış vergi nəzarət tədbirləri çərçivəsində vergi ödəyicisinin əmtəəsiz əməliyyatlar aparması aşkar edildikdə) uyğun olaraq vergi orqanı tərəfindən "xxxx" MMC-nin və "xxxx" MMC-nin təqdim etdiyi elektron qaimə-fakturaların riskli əməliyyatlar olduğu müəyyən edilərək Cəmiyyətlərin riskli vergi ödəyicisi olması barədə **********373800 və **********330900 nömrəli qərarlar qəbul edilmişdir. Uçot-baza məlumatlarının araşdırılması zamanı "xxxx" MMC tərəfindən təqdim edilmiş, ümumi dəyəri 26 700,0 manat (ƏDV-si 4 806,0 manat) olan xx.xx.2023-cü il tarixli, EBDQ seriyalı, 186036 nömrəli və "xxxx" MMC tərəfindən təqdim edilmiş, ümumi dəyəri 64 350,0 manat (ƏDV-si 11 583,0 manat) olan xx.xx.2023-cü il tarixli, EBDR seriyalı, 460238 nömrəli elektorn qaimə-fakturanın Cəmiyyət tərəfindən 2023-cü ilin oktyabr ayı üzrə təqdim edilmiş ƏDV bəyannaməsində əvəzləşdirildiyi müəyyən edilmişdir. Aparılan əlavə araşdırma zamanı "Kurefret Co” MMC tərəfindən təqdim edilmiş, ümumi dəyəri 64 350,0 manat (ƏDV-si 11 583,0 manat) olan xx.xx.2023-cü il tarixli, EBDR seriyalı, 460238 nömrəli elektorn qaimə-fakturanın yalnız 52650,0 manat (ƏDV-si 9477,0 manat) olan hissəsinin riskli (əmtəəsiz) əməliyyat hesab olunduğu, lakin kameral vergi yoxlaması zamanı 11583,0 manat əvəzləşdirilmiş ƏDV-nin nəzərə alınmadığı, nəticədə 2106,0 manat (11583,0 - 9477,0) ƏDV məbləğinin artıq hesablandığı müəyyən edilmişdir. Əlavə olaraq araşdırma zamanı Cəmiyyət tərəfindən 2021-2023-cü illər üzrə təqdim edilmiş mənfəət vergisi bəyannamələrinə əsasən cəmi gəlirlərinin 2 400 076,41 manat olduğu, qeyd edilən dövr üzrə vergi ödəyicisinin maliyyə təsərrüfat fəaliyyətinin səyyar vergi yoxlaması ilə əhatə edilmədiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarlan”nın 3.1.1-ci bəndinə əsasən vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edildikdə əməliyyat riskli hesab edilir. Vergi Məcəlləsinin 13.2.69-cu maddəsinə əsasən vergi üstünlüyü - vergi tutulan əməliyyatın faktiki iqtisadi göstəriciləri dəyişmədən, vergilərin bu Məcəllədə müəyyən edilmiş müddətlərdə və məbləğdə ödənilməsindən yayınma, 13.2.70-ci maddəsinə əsasən vergidən yayınma sxemi - vergi üstünlüyü əldə etmək məqsədi ilə hər hansı formada bağlanılmış əqd və ya aparılmış əməliyyat, 13.2.71-ci maddəsinə əsasən vergi tutulan əməliyyatın faktiki iqtisadi göstəricisi - vergi tutulan əməliyyatın məbləği, həcmi (mal partiyasının həcmi), icra müddəti və şərtləri, 13.2.82-ci maddəsinə əsasən riskli vergi ödəyicisi - müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir. 83.7-ci maddəsinə əsasən vergi orqanlarında vergi ödəyicisinin vergini ödəməkdən yayınmaq niyyətində olduğunu təsdiq edən əsaslandırılmış konkret məlumat varsa və verginin tutulmasının təmin edilməsi zəruridirsə, habelə vergi ödəyicisi riskli vergi ödəyicisidirsə, vergi orqanının vergini onun ödənildiyi tarixədək hesablamaq hüququ vardır. 108-ci maddəsinə əsasən gəlirdən çıxılmayan xərclərdən başqa gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır. 134-cü maddəsinə əsasən hesablama metodu ilə uçot aparan vergi ödəyicisi gəlir əldə edilməsinin və xərc çəkilməsinin faktiki vaxtından asılı olmayaraq gəlirini və xərcini müvafiq surətdə gəlir almaq hüququnun əldə edildiyi və ya xərcin çəkilməsi barədə öhdəliyin yarandığı vaxt nəzərə almalıdır. 135.1-ci maddəsinə əsasən müvafiq məbləğ vergi ödəyicisinə qeyd-şərtsiz ödənilməlidirsə, yaxud vergi ödəyicisi əqd və ya müqavilə üzrə bütün öhdəliklərini yerinə yetirmişdirsə, bu vaxt gəliri almaq hüququ əldə edilmiş sayılır. 135.2-ci maddəsinə əsasən Vergi ödəyicisi müqavilə üzrə iş görürsə və ya xidmət göstərirsə, gəlir onu almaq hüququ müqavilədə nəzərdə tutulan işlərin görülməsinin və ya xidmətlərin göstərilməsinin tam başa çatdığı vaxtda əldə edilmiş sayılır. 136.1 -ci maddəsinə əsasən vergi ödəyicisi vergi uçotunun aparılması üçün hesablama metodundan istifadə etdikdə, əqdlə bağlı olan xərcin çəkilməsi vaxtı, bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, aşağıda sadalanan şərtlərin hamısına əməl edildiyi vaxt sayılır: 136.1.1. vergi ödəyicisi birmənalı olaraq maliyyə öhdəliklərini qəbul edir; 136.1.2. maliyyə öhdəliklərinin məbləği dəqiq qiymətləndirilir; 136.1.3. əqddə və ya müqavilədə iştirak edən bütün tərəflər əqd və ya müqavilə üzrə özlərinin bütün öhdəliklərini yerinə yetirmişlər, yaxud müvafiq məbləğlər qeyd-şərtsiz ödənilməlidir. 136.2-ci maddəsinə əsasən bu maddədə göstərilən maliyyə öhdəliyi əqdə və ya müqaviləyə müvafiq surətdə qəbul edilən elə öhdəlikdir ki, onun yerinə yetirilməsindən ötrü əqdin və ya müqavilənin digər iştirakçısı pul şəklində və ya digər şəkildə müvafiq vəsait verməli olsun. 136.3-cü maddəsinə əsasən borc öhdəliyi üzrə faizlər və ya əmlakın icarə haqqı ödənilərkən borc öhdəliyi və ya icarə müqaviləsi üzrə ödənişin müddəti bir neçə hesabat dövrünü əhatə edirsə, xərc həmin hesabat dövrləri üzrə onun hesablanma qaydasına müvafiq surətdə bölüşdürülür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın: 1.1-ci bəndinə əsasən bu Meyarlar Azərbaycan Respublikasının Vergi Məcəlləsinin (bundan sonra - Vergi Məcəlləsi) 13.2.82-ci maddəsinə uyğun olaraq hazırlanmışdır və riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarlarını müəyyən edir. 2.1.1-ci bəndinə əsasən bu Meyarların 3-cü hissəsində nəzərdə tutulan riskli əməliyyatları aparan şəxs olduqda. 3.1-ci bəndinə əsasən Vergi ödəyicisinin apardığı aşağıdakı əməliyyatlar riskli əməliyyat hesab olunur: 3.1.2-ci bəndinə əsasən vergi ödəyicilərinin aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim etməsi halı aşkar edildikdə (artıq həcmdə təqdim edilmiş mallara münasibətdə) əməliyyatlar riskli əməliyyat hesab olunur. Vergi Məcəlləsinin 77.1-ci maddəsinə əsasən vergi ödəyicisinin bu Məcəllədə göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini), hesablanmış faizləri və tətbiq edilmiş maliyyə sanksiyalarını ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur. Həmin Məcəllənin 77.3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. Həmçinin xüsusi olaraq qeyd edilməlidir ki, vergi orqanının bundan əvvəl çıxış etdiyi məhkəmə mübahisələrində mövcud olmuş oxşar predmetli inzibati iş vergi orqanının xeyrinə yekunlaşmışdır. Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasının "xxxx" MMC-nin cavabdeh Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı xx.xx.2023-cü il tarixli 2-1(102)-1212/2023 saylı qərarında sözügedən məsələyə göstərilən münasibəti nəzərinizə çatdırırıq: ‘‘**********702300 nömrəli qərardan görünür ki, "xxxx" MMC xx.xx.2021-ci il tarixdə riskli vergi ödəyicisi hesab edilmiş və müvafiq siyahıya daxil edilmişdir. İddiaçı ilə ‘‘Faborlik Tikinti” MMC arasında olan əməliyyatlar isə 2021-ci ilin iyun-avqust aylarını əhatə etmiş və sonuncu əməliyyat xx.xx.2021-ci il tarixdə həyata keçirilmişdir. Yəni ‘‘Faborlik Tikinti” MMC ilə iddiaçı arasında əməliyyatlar həyata keçirildiyi vaxt (alğı-satqı əməliyyatları) ‘‘Faborlik Tikinti” MMC riskli vergi ödəyicisi olmamışdır. Məhkəmə kollegiyası şikayətin həmin dəlilini apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvinin əsası kimi qəbul etmir. Belə ki, işdən göründüyü kimi, iddiaçının istinad etdiyi ‘‘Faborlik Tikinti” MMC-nin riskli vergi ödəyicisi hesab edilməsi barədə xx.xx.2021-ci il tarixli qərar mübahisələndirilməmiş, hər hansı orqan tərəfindən ləğv edilməmişdir. Beləliklə, həmin qərarın əsası kimi çıxış edən faktlar da təkzib olunmamışdır. Başqa sözlə, həmin hüquqi şəxsin riskli vergi ödəyicisi hesab edilməsi barədə qərar qəbul edilmədiyi halda belə, bu, vergi orqanının iddiaçıya münasibətdə ödənilməli vergilərin azaldılmasına səbəb olan həmin fakta və ya faktlara (əmtəəsiz əməliyyatların aparıldığına və həmin əməliyyatlara əsaslanan xərc sənədlərinin tərtib edildiyinə) istinadla qərar qəbul etmək imkanına təsir etmir. Həmin faktlar isə, mübahisələndirilən qərar qəbul edilənədək mövcud olmuşdur”.

7. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “İnzibati şikayətin qismən təmin edilməsi haqqında” iyun 2024-cü il tarixli Qərara əsasən İddiaçı kameral vergi yoxlaması ilə hesablanmış vergi məbləğinin azaldılması barədə xx.xx.2024cü və xx.xx.2024-cü il tarixli inzibati şikayətləri qismən təmin edilmişdir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli **********969300 nömrəli Qərarı 2 106,0 manat verginin hesablanması hissəsində ləğv edilmiş, 14 283,0 manat verginin hesablanması hissəsində dəyişdirilmədən saxlanılmışdır.

8. “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024cü il tarixli, **********7710400 nömrəli Qərara əsasən: Bəyannamə və hesabat növü: Əlavə dəyər vergisi Bəyənnamə və hesabat dövrü: Yanvar 2024 Təqdim edilmiş bəyannamə, hesabat üzrə vergi ödəyicisi tərəfindən hesablanmış vergi və ya sığorta haqqı: 2.085,32 manat, Vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi və ya sığrta haqqı: 18.474,32 manat, Kameral yoxlama nəticəsində əlavə hesablanmış vergi və ya sığorta haqqı məbləği: 16.389,00 manat.

9. “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024cü il tarixli, **********969300 nömrəli Qərara əsasən: Bəyannamə və hesabat növü: Əlavə dəyər vergisi Bəyənnamə və hesabat dövrü: Yanvar 2024 Təqdim edilmiş bəyannamə, hesabat üzrə vergi ödəyicisi tərəfindən hesablanmış vergi və ya sığorta haqqı: 2.085,32 manat, Vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi və ya sığrta haqqı: 18.474,32 manat, Kameral yoxlama nəticəsində əlavə hesablanmış vergi və ya sığorta haqqı məbləği: 16.389,00 manat.

10. “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024cü il tarixli, **********652800 nömrəli Qərara əsasən: Bəyannamə və hesabat növü: Əlavə dəyər vergisi Bəyənnamə və hesabat dövrü: Yanvar 2024 Təqdim edilmiş bəyannamə, hesabat üzrə vergi ödəyicisi tərəfindən hesablanmış vergi və ya sığorta haqqı: 18.474,32 manat, Əvvəlki kameral yoxlama ilə müəyyən edilmiş vergi və ya sığorta haqqı: 18.474,32 manat, Vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi və ya sığrta haqqı: 16.368,32 manat, Kameral yoxlama nəticəsində verginin azadılmış məbləği: -2.106,00 manat.

11. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2024-cü il tarixli məktubla vergi ödəyicisi İddiaçı (VÖEN:**********) xx.xx.2024-cü il tarixə şəxsi hesab vərəqəsi məhkəməyə təqdim edilmişdir.

12. İddiaçı MMC və "xxxx" MMC (VÖEN: **********) arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 10/11 №-li Xidmət Müqaviləsi; İddiaçı MMC və "xxxx" MMC (VÖEN: **********) arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 10/23 №-li Alqı-Satqı Müqaviləsi iş materialarına əlavə edilmişdir

13. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərarı ilə vergi ödəyicisi "xxxx" MMC (VÖEN: **********) riskli vergi ödəyicisi hesab edilmiş və riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir.

14. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərarı ilə vergi ödəyicisi “Kurefret CO" MMC (VÖEN **********) riskli vergi ödəyicisi hesab edilmiş və riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir.

15. İddiaçının nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilən ərizədə qeyd edilmişdir ki, Məhkəmə baxışı dövründə mübahisələndirilən xx.xx.2024-cü il tarixli həmin qərar cavabdeh tərəfindən qismən ləğv edilmiş və daha sonra iddiaçıya münasibətdə cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixli, **********652800 nömrəli yeni qərar qəbul edilmiş və əvvəlki qərarla hesablanmış 16.389 manat məbləğdən 2106 azalma edilərək, sonda 14.283 manat əsassız əlavə dəyər vergisi hesablanaraq iddiaçıdan həmin məbləğ tutulmuşdur. Məhkəmə baxışı dövründə iddia tələbimizə dəqiqləşmə barədə ərizə ilə məhkəməyə müraciət edilərək, ləğv edilməsi tələb olunan xx.xx.2024-cü il tarixli qərarın, xx.xx.2024-cü il tarixli, **********652800 nömrəli qərar kimi qəbul olunması və həmin qərarın ləğv edilməsi Məhkəmədən xahiş edilmişdir. Həmin iddia tələbi müdafiə edilir və eyni zamanda xx.xx.2024-cü il tarixli, **********652800 nömrəli qərarla iddiaçıya münasibətdə 14.283 manat əsassız hesablanmış əlavə dəyər vergisinin iddiaçıya geri qaytarılması vəzifəsinin iş üzrə cavabdehin üzərinə qoyulmasına dair Qərar qəbul edilməsi xahiş edilmişdir.

16. İddiaçı SİNAMEDİCA MMC-nin ƏDV sub-uçot hesabından köçürmənin aparılması haqqında bildirişlər iş materiallarına əlavə edilmişdir.

17. Məhkəmənın şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclası) iştirak edən iddiaçının nümayəndəsi (direktoru) iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi.

18. Məhkəmənın şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclası) iştirak edən cavabdehin nümayəndəsi yazılı etirazın məzmununa uyğun izahat verməklə iddianın təmin olunmamasını xahiş etdi.

II. İddianın növü və mümkünlüyü

19. İPM-in 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

20. Mübahisələndirilən akt iddiaçıya münasibətdə hüquqi nəticə yaradır.

21. İddiaçı xx.xx.2024-cü il tarixində iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

22. İPM-in 32.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər.

23. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən edir ki, vergi orqanı tərəfindən həyata keçirilən kameral vergi yoxlaması zamanı İddiaçı tərəfindən 2023-cü ilin oktyabr ayı üzrə ƏDV bəyannaməsində əvəzləşmə üçün təqdim edilmiş xx.xx.2023-cü il tarixli, EBDR seriyalı, 460238 nömrəli elektron qaimə-faktura ("xxxx" MMC ilə) üzrə və xx.xx.2023-cü il tarixli, EBDQ seriyalı, 186036 nömrəli elektron qaimə-faktura (Vuklodon TR” ilə) üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan iddiaçıya münasibətdə “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli **********710400 nömrəli qərar (16.389,00 manat vergi məbləği) qəbul edilmişdir. Daha sonra iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə 2024-cü ilin yanvar ayı üzrə dəqiqləşdirilmiş ƏDV bəyannaməsinin təqdim edilməsinə baxmayaraq cavabdeh vergi orqanı mövcud kənarlaşmaların aradan qaldırılmadığı üçün hesab edərək “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” müvafiq olaraq xx.xx.2024-cü il tarixli **********969300 nömrəli qərar (16.389,00 manat vergi məbləği) qəbul etmişdir. Daha sonra "xxxx" MMC (VÖEN: **********) kameral vergi yoxlaması ilə hesablanmış vergi məbləğinin azaldılması barədə Dövlət Vergi Xidmətinə inzibati şikayətlərlə müraciət etmiş, xx.xx.2024-cü il tarixli **********804900 saylı “İnzibati şikayətin qismən təmin edilməsi haqqında” qərar qəbul edilmiş, vergi orqanı tərəfindən “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli **********652800 saylı qərar (14.283,00 manat vergi məbləği) qəbul edilmişdir.

24. İddianın predmeti nəzəri baxımdan dəyişdirilmiş formada ilkin inzibati akt olmalı olduğu halda, inzibati şikayət əsasında qərar qəbul edildikdən sonra (yəni ilkin inzibati akt dəyişdirildikdən sonra) cavabdeh hazırda mübahisələndirilən xx.xx.2024-cü il tarixli **********652800 nömrəli qərarı (buna əlavə zərurət olmadan) qəbul etmişdir. Bu səbəbdən həmin qərar (təkrarən) qəbul edildiyindən iddiaçı məhz həmin (sonuncu) qərarı mübahisələndirməkdə haqlıdır.

25. Odur ki, məhkəmə iddia tələbinin mümkünlüyü ilə bağlı qeyd edir ki, vergi məsuliyyəti yaradan qərardan iddiaçı yuxarı vergi orqanına vaxtında lazımi qaydada şikayət vermiş, həmin şikayəti nəticəsində qərar dəyişdirilmiş, bundan sonra həmin (dəyişdirilmiş) qərara uyğun olaraq cavabdeh tərəfindən yenidən (hazırda mübahisələndirilən) xx.xx.2024-cü il tarixli qərar qəbul etmişdir. Belə olan təqdirdə iddiaçı tərəfindən şikayət verilməsi üçün nəzərdə tutulan müddətlər ötürülməmişdir.

26. İddia mümkündür.

III.Məhkəmənin mövqeyi

27. İddia ərizəsinin məzmunundan aydın olur ki, İddiaçı tərəfindən cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **********652800 nömrəli, xx.xx.2024-cü il tarixli” Qərarı mübahisələndirilmişdir.

28. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **********652800 nömrəli, xx.xx.2024-cü il tarixli” Qərarına əsasən kameral yoxlama nəticəsində 14.238,0 manat əlavə vergi hesablanmışdır.

29. Mübahisənin yaranmasının səbəbi "xxxx" MMC (VÖEN: **********) və “Kurefret CO" MMC (VÖEN **********) ilə aparılmış qarşılıqlı əməliyyatlar zamanı alınmış malların və ya xidmətlərin dəyərinin nəzərə alınmamasıdır ki, bu da kənarlaşmanın yaranmasına səbəb olmuşdur.

30. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərarları ilə "xxxx" MMC (VÖEN: **********) və “Kurefret CO" MMC (VÖEN **********) riskli vergi ödəyicisi hesab edilmiş və riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdirlər.

31. Həmin əməliyyatlar ("xxxx" MMC və “Kurefret CO" MMC ilə aparılmış əməliyyatlar) Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarlan”na uyğun olaraq vergi orqanı tərəfindən əmtəəsiz əməliyyatlar hesab edilərək nəzərə alınmamışdır.

32. Cavabdeh tərəfindən riskli hesab edilən vergi ödəyiciləri Vuklodon TR” MMC və “Kurefret CO" MMC riskli əməliyyat apardığı tarix aralıqlarında məhz İddiaçı Məhud Məsuliyyətli Cəmiyyətinə təqdim etdikləri mallar (iş, xidmət) üzrə elektron qaimə-fakturalarda qeyd olunan malların e-qaimə üzrə alışında müəyyən edilməməsi, yəni vergi ödəyicisinin təsdiqedici sənədlərlə almadığı halının konkret olaraq iddiaçıya münasibətdə müəyyən edilməsinə dair sübutlar təqdim edilməmişdir.

33. Vergi Məcəlləsindən: 13.2.82. riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi risk meyarlarına cavab verən şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi və həmin siyahıdan çıxarılması qaydasını və şərtlərini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi və həmin siyahıdan çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir;

34. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”na əsasən: 1.4. Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması barədə qərar çıxarılmış vergi ödəyicilərinə dair məlumat vergi ödəyiciləri tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalında elektron qaimə-faktura sistemi vasitəsilə aparılan əməliyyatlar zamanı xəbərdarlıq xarakterli bildirişlərdə əks olunur. 3.1. Vergi ödəyicisinin apardığı aşağıdakı əməliyyatlar riskli əməliyyat hesab olunur: 3.1.1. vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edildikdə; 3.1.2. vergi ödəyicilərinin aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim etməsi halı aşkar edildikdə (artıq həcmdə təqdim edilmiş mallara münasibətdə).

35. Məhkəmə tərəflərin izahatlarına və iş materiallarına əsasən müəyyən edir ki, iddiaçıya məxsus dezinfeksiya məhsullarının alıcıları tərəfindən həmin məhsulların istifadə qaydası haqqında laminasiya olunmuş şəkildə məlumatlandırıcı broşür (məhsulların dizayn olunmuş təqdimat braşurası) tələb edilməsi ilə əlaqədar olaraq müvafiq broşürlər İddiaçı MMC tərəfindən "xxxx" MMC-dən sifariş edilərək elektron qaimə-faktura ilə əldə edilmiş (xx.xx.2023-cü il tarixli, 10/23 №-li Alqı-Satqı Müqaviləsi əsasında); eləcə də idxal ediləcək məhsulların bazar araşdırması, keyfiyyət, qiymət razılaşdırılması və çatdırılması xidmətləri elektron qaimə-faktura ilə "xxxx" MMC-dən alınmışdır (xx.xx.2023-cü il tarixli, 10/11 №-li Xidmət Müqaviləsi əsasında). İddiaçı MMC tərəfindən elektron qaimə-faktura əldə olunarkən "xxxx" MMC-nin və "xxxx" MMC-nin riskli vergi ödəyiciləri siyahısında olmadıqları, yalnız vergi orqanı tərəfindən bildiriş daxil olduqdan sonra iddiaçının bu fakt barədə məlumatlandığı müəyyən edilmişdir. Belə ki, vergi orqanının apardığı araşdırma nəticəsində “Kurefret Co" MMC-nin və "xxxx" MMC-nin fəaliyyəti üzrə qarşılıqlı əməliyyatlar üzrə aparılmış vergi nəzarəti tədbirləri zamanı təqdim edilmiş elektron qaiməfakturalarda əmtəəsiz əməliyyat faktı aşkar edildiyindən xx.xx.2024-cü il tarixli **********373800 və **********330900 nömrəli qərarlar qəbul edilmişdir. Etirazda müvafiq qərarların xx.xx.2023-cü il tarixli olduğu qeyd edilsə də, DVX-nin riskli vergi ödəyiciləri barədə məlumat verilməsinə dair açıq məlumat bazalarında qərarların xx.xx.2024-cü il tarixli olduğu müəyyən edilir.

36. Odur ki, məhkəmə qeyd edir ki, iddiaçının aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim etməsi halı aşkar edilməmiş, yəni iddiaçının riskli əməliyyat aparması müəyyən edilməmişdir. İddiaçının əmtəəsiz dövriyyəsi kimi riskli vergi ödəyiciləri ilə aparılmış qarşılıqlı əməliyyatları (həmin riskli vergi ödəyicilərinin konkret olaraq iddiaçı ilə aparılmış qarşılıqlı əməliyyatlarının əmtəəsiz olduğu və ya Nazirlər Kabinetinin qeyd edilən qərarına əsasən risk meyarlarına cavab verməsi müəyyənləşdirilmədən) qiymətləndirilmişdir. Lakin nəzərə alınmalıdır ki, qeyd edilən riskli vergi ödəyiciləri ilə iddiaçı arasında qarşılıqlı əməliyyatlar vergi orqanı tərəfindən "xxxx" MMC (VÖEN: **********) və “Kurefret CO" MMC (VÖEN **********) riskli vergi ödəyicisi olması barədə müvafiq qərar qəbul edilməmişdən və həmin məlumat açıqlanmamışdan əvvəl aparılmışdır. Qeyd edilən vergi ödəyicilərinin "xxxx" MMC (VÖEN: **********) və “Kurefret CO" MMC (VÖEN **********) digər şəxslərlə riskli əməliyyatlar aparmış olmaları və ya gələcəkdə riskli vergi ödəyicisi hesab olunmaları iddiaçının məsuliyyət riski ilə əhatə olunmur və yalnız sonradan riskli vergi ödəyicisi hesab olunması əsası ilə müvafiq qərar qəbul edilməmişdən və bu barədə məlumat açıqlanmamışdan əvvəl İddiaçı ilə aparılmış əməliyyatların əmtəəsiz kimi qiymətləndirilməsi ehtimallara əsaslanmaqla iddiaçının üzərinə həddən artıq yük qoymuş və iddiaçıya münasibətdə mütənasib olmamışdır.

37. Sonradan təqdim edilmiş 14.283 manat tutulmuş məbləğin geri qaytarılmasına dair ərizəyə münasibətdə məhkəmə qeyd edir ki, İPM-in 32.1-ci maddəsinin ikinci cümləsi iddiaçıya mübahisə edilən inzibati qərarın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə vermək imkanını nəzərdə tutur. Hazırkı işin hallarından görünür ki və cavabdeh tərəfindən təsdiq edilir ki, həmin mübahisələndirilən qərar artıq icra olunaraq həmin 14.283 manat vəsait iddiaçının bank və ƏDV depozit hesabından artıq tutulmuşdur. Odur ki, iddiaçı qərarın icrasının nəticələrinin aradan qaldırılmasını tələbini özündə əks etdirən ərizə təqdim etməkdə haqlıdır və tərəflərin həmin qərarın icrasından əvvəlki vəziyyəti bərpa edilməlidir.

38. İPM-in 14.1-cü maddəsinə əsasən, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir.

39. Vergi Məcəlləsinin 53.3-cü maddəsinin müvafiq hissələrinə əsasən: Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur.

40. Odur ki, məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməmişdir.

41. Vergi Məcəlləsinin 94.0-cı maddəsinə əsasən verginin hesablandığının səhv olduğunu sübut etmək vəzifəsi bu Məcəllə ilə müəyyən edilmiş hallarda: 94.0.1. vergi ödəyicisinin hesablamalarının səhv olduğunu vergi orqanının; 94.0.2. vergi orqanının hesablamalarının səhv olduğunu vergi ödəyicisinin üzərinə düşür.

42. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

43. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

44. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:

İddia tələbi təmin edilsin. İddiaçı MMC barəsində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **********652800 nömrəli xx.xx.2024-cü il tarixli” Qərarı ləğv edilsin və həmin qərarın icrasının nəticələri aradan qaldırılaraq tutulmuş 14.283 manat geri qaytarılsın. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar