Məhkəmə qərarları › İş №e-2-1(112)-9795/2025

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(112)-9795/2025

27.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-1(112)-9795/2025 27.05.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan X1rşı “qərarların icrasına xitam verilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İ.Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı cavabdeh Azərbaycan X1rşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, BNA0613190 saylı, 30 oktyabr 2019-cu il tarixli, BNA0618858 saylı, 01 noyabr 2019-cu il tarixli, BNA0779953 saylı, 24 yanvar 2020-ci il tarixli, BNA0238799 saylı, 15 may 2019-cu il tarixli BNA1321992 saylı 28 fevral 2021-ci il tarixli, BNA0806388 saylı 10 fevral 2020-ci il tarixli, BN0906101 saylı 03 iyun 2020-ci il tarixli, BNA0615573 saylı 31 oktyabr 2020-ci il tarixli, BNA0886007 saylı 06 may 2020-ci il tarixli, BNA090202 saylı 29 may 2020-ci il tarixli, BNA0904554 saylı 02 iyun 2020-ci il tarixli və BNA1672719 saylı 22 avqust 2021-ci il tarixli, BNA0348064 saylı iyul 2019-cu il tarixli inzibati xəta haqqında qərarların icrasına xitam verilərək elektron sistemdən çıxarılması vəzifəsinin cavabdeh Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi publik hüquqi şəxsə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, 15 may 2019-cu ildən 22 avqust 2021-ci ilədək ləğv edilmiş Bakı Nəqliyyat Agentliyi (BNA) tərəfindən barəsində (Sürücülük vəsiqəsi- AC573220 ToyoRav-4 markalı ** SE *** qeydiyyat nişanlı avtomobil) inzibati xəta haqqında protokollar tərtib edilib. (BNA ******* saylı, 30 oktyabr 2019-cu il tarixli, BN0618858 saylı, 01 noyabr 2019-cu il tarixli, BNA ******* saylı, 24 yanvar 2020-ci il tarixli, BNA ******* saylı, 15 may 2019-cu il tarixli BNA ******* saylı 2 fevral 2021-ci il tarixli, BNA ******* saylı 10 fevral 2020-ci il tarixli, BNA ******* saylı 03 İyun 2020-ci il tarixli,BNA ******* saylı 31 Oktyabr 2020-ci il tarixli BNA ******* saylı 06 May 2020-ci il tarixli, BNA ******* saylı 29 May 2020-ci il tarixli, BNA ******* saylı 02 İyun 2020-ci il tarixli və BNA ******* saylı avqust 2021ci il tarixli, BNA ******* saylı 02 iyul 2019-cu il tarixli) Hazırda həmin protokollar iddiaçının elektron kabinetində görsənir və avtomobili özgəninkiləşdirən və yaxud texniki baxışdan keçirən zaman həmin pul iddiaçıdan tələb edilir. Bakı Nəqliyyat Agentliyi ləğv edildiyindən hazırda həmin qurumun səlahiyyətlərini icra edən və elektron sistemdə əvvəl BNA kimi qeyd edilmiş, hazırda isə AYNA olaraq görünən inzibati xəta haqqında protokolların və qərarların ləğv edilməsi və elektron sistemdən çıxarılmasına dair müraciətlə AR Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə elektron poçt vasitəsi ilə 19 yanvar 2025-ci il tarixdə müraciət etmişdir. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyin 3-27-103/2-1415/25 saylı 03 fevral 2025-ci il tarixli imtinanı rəsmi qaydada 14 fevral 2025-ci il tarixdə qəbul etmişdir. Qeyd edilən halı həmin qurum tərəfindən göndərilən xəbərnaməyə imza atmaqla qeyd etmişdir. İmtina onunla əsaslandırılıb ki, “Yol hərəkəti haqqında” AR Qanununun 52-ci maddəsinin tələblərinə əməl edilməmişdir. Cavabdehin bu cavabı absurd, qanunsuz və qərəzli olduğundan AR İnzibati Xətalar Məcəlləsinin 145.1.3-cü maddəsinə əsasən Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etdi. Hər biri ayrı bir iş olduğundan məhkəmənin bir neçə hakiminə verilib. Bakı Şəhər Yasamal Rayon Məhkəməsinin 3(004)-1343/2025 saylı 18 mart 2025-ci il tarixli qərarına əsasən BNA ******* saylı, 30 oktyabr 2019-cu il tarixli inzibati xəta haqqında qərarın, 3(004)-1340/2025 saylı 17 mart 2025-ci il tarixqərarına əsasən BNA ******* saylı, 01 noyabr 2019-cu il tarixli inzibati xəta haqqında qərarın, 3(004)-1339/2025 saylı 18 mart 2025-ci il tarixli qərarına əsasən BNA ******* saylı, 24 yanvar 2020-ci il tarixli inzibati xəta haqqında qərarın, 3(004)-1338/2025 saylı 18 mart 2025-ci il tarixli qərarına əsasən BN0238799 saylı, 15 may 2019-cu il tarixli inzibati xəta haqqında qərarın və 3(004)-1337/2025 saylı 17 mart 2025-ci il tarixli qərarına əsasən BNA ******* say 02 iyul 2019-cu il tarixli inzibati xəta haqqında qərarın icrasına AR İXM-nin 145.1.3-cü maddəsinə əsasən xitam verilib. Həmin qərarlardan şikayətlər verilməmiş, qanuni qüvvəsini almış və icra edilməsi üçün cavabdehə göndərilmişdir. Lakin Bakı Şəhər Yasamal Rayon Məhkəməsinin bir neçə qərarı ilə ərizələri geri qaytarılmışdır. (3(004)-1336/2025 saylı 14 mart 2025-ci tarixli, 3(004)-1341/2025 saylı 17 mart 2025-ci il tarixli, 3(004)-1344/2025 saylı 14 mart 2025-ci il tarixli, 3(004)-1345/2025 saylı 13 mart 2025-ci il tarixl3(004)- 1346/2025 saylı 17 mart 2025-ci il tarixli, 3(004)-1347/2025 saylı 13 mart 2025-ci il tarixli, 3(004)-1348/2025 saylı 14 mart 2025-ci il tarixli və 3(004)1349/2025 saylı 18 mart 2025-ci il tarixli ) Həmin qərarlardan tərəfndən verilmiş apellyasiya şikayətləri Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının hakimləri tərəfindən müzakirə olunmuş və şikayətləri qismən təmin edilərək, Bakı Şəhər Yasamal Rayon Məhkəməsinin 3(004)-1336/2025 saylı 14 mart 2025-ci il tarixli, 3(004)-1341/2025 saylı 17 mart 2025-ci il tarixli, 3(004)- 1344/2025 saylı 14 mart 2025-ci il tarixli, 3(004)-1345/2025 saylı 13 mart 2025-ci il tarixli, 3(004)-1346/2025 saylı 17 mart 2025-ci il tarixli, 3(004)-1347/2025 saylı 13 mart 2025-ci il tarixli, 3(004)-1348/2025 saylı 14 mart 2025-ci il tarixli və 3(004)-1349/2025 saylı 18 mart 2025-ci tarixli qərardadları ləğv edilmişdir. Bundan başqa apellyasiya məhkəməsinin qərardadlarınında nəticə hissəsində göstərilmişdir ki, qərarının icraasına xitam verilməsi barədə şikayətin icraata qəbulundan imtina edilsin. Qeyd olunan halı apellyasiya instansiyası məhkəməsi qərardadlarında (xx.xx.2025-ci il tarixli 3(103)-799/2025 saylı) onunla əsaslandırmışdı ki, şikayətin həmin dəlilləri ilə bağlı məhkəmə qeyd edir ki, Bakı Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş 06 may 2020-ci il tarixli, BNA088600 saylı qərarının icrasına xitam verilməsindən imtina etməsi məhkəmənin həmin qərarlara mahiyyəti üzrə baxılması üçün əsas deyil, əksinə inzibati orqanın qərarın icrasına xitam verilməsindən imtinası ilə bağlı şikayətçi inzibati qaydada məhkəməyə müraciət edə bilər. Bu qərardad rəsmi qaydada iddiaçıya xx.xx.2025-ci il tarixdə təqdim edilib və hazırda Bakı inzibati məhkəməsinə müraciət etmək məcburiyyətindədir. İnzibati xəta haqqında qərarlar qeyd edildiyi kimi 15 may 2019-cu ildən 22 avqust 2021-ci ilədək olan dövrü əhatə edir. 1. 2019-cu ildə qüvvədə olmuş AR İnzibati Xətalar Məcəlləsinə əsasən Bu Məcəllənin 146.1- 1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla digər inzibati tənbeh tətbiq etmə haqqında qərar qanuni qüvvəyə mindiyi gündən sonra bir il müddətində icra edilməmişdirsə, daha icra edilmir. İnzibati cərimənin icrası ilə bağlı 5 (beş) illik müddəti özündə ehtiva edən 146.1-1-ci maddə isə 23 fevral 2021-ci il tarixli qanunla məcəlləyə əlavə edilib. Həmin qanun isə 14 aprel 2021-ci il tarixdə “Azərbaycan” qəzetində dərc edilib. Normativ hüquqi aktlar haqqında qanunun 85.1-ci maddəsinə əsasən Qanunlar, fərmanlar və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları həmin aktlar da qüvvəyə minmənin daha gec müddəti nəzərdə tutulmadıqda onların rəsmi dərc edildiyi gündən qüvvəyə minir. Göründüyü kimi 14 aprel 2021-ci il tarixədək göstərilən bütün inzibati xəta haqqında protokol və qərarların icrasına birmənalı və şəkildə xitam verilərək elektron kabinetindən götürülməlidir. Eyni zamanda Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi 3-27-103/2-1415/25 saylı 03 fevral 2025-ci il tarixli məktubuna səhvən qoşma etdiyi məktubda (vətəndaş Dərya Vəliyevə) qeyd edib ki, vətəndaşın 2019-cu il tarixli qərarlarının icrasına AR İXM-n146.1-1-ci maddəsinə əsasən xitam verilib. Bu hal da ona qarşı birmənalı qərəzin bariz nümunəsidir. Bundan başqa Bakı Nəqliyyat Agentliyi artıq illərdi ki, ləğv edilib.

3. Məhkəmənın iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbini mümkün sayılmaması barədə qərardadın qəbul edilməsini xahiş etmişdir.

4. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş, nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

I. İddianın mümkünlüyü

5. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 3.2.2-ci maddəsinə əsasən bu Qanun inzibati orqanların inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmur.

6. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 128.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest aşağıdakı məhkəməyə və ya səlahiyyətli orqana (vəziifəli şəxsə) verilir: hakimin qərarından – apellyasiya instansiyası məhkəməsinə (128.2.1); kollegial orqanın qərarından – kollegial orqanın olduğu yerin məhkəməsinə (128.2.2); səlahiyyətli orqanın (vəziifəli şəxsin) qərarından – yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə (128.2.3). 129.1.1-ci maddəsinə əsasən hakimin qərarından apellyasiya instansiyası məhkəməsinə verilən şikayət və ya protest – həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apellyasiya instansiyası məhkəməsinə. 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət – şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir.

7. İddia ərizəsinin məzmunundan görünür ki, iddiaçı onun barəsində tərtib edilmiş inzibati xəta haqqında protokollar əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarları mübahisələndirir.

8. İPM-in 13 və 48-ci maddələrinə əsasən məhkəmə öz yardım etmək vəzifəsinə uyğun olaraq iddiaçıya hüquqi yardım barədə məktub ünvanlamış, həmin məktubla Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinə əsasən yaşayış yeri üzrə rayon (şəhər) məhkəməsinə müraciət edilməsi ona təklif olunsa da, sözügedən hüquqi yardım iddiaçı tərəfindən nəzərə alınmamışdır.

9. Məhkəmə qeyd edir ki, iddiaçı inzibati tənbeh vermə haqqında qərarları inzibati məhkəmə icraatı qaydasında mübahisələndirə bilməz. Göstərilən halda iddiaçı barəsində qəbul edilmiş həmin inzibati tənbeh vermə haqqında qərarlardan müvafiq rayon (şəhər) məhkəməsinə şikayət verə bilər. Bu səbəbdən də hazırkı iddia tələbinin inzibati məhkəmə icraatı qaydasında baxılması mümkün hesab edilə bilməz.

10. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması deyil, konkret hüquqların pozulmasının əsaslandırıldığı hallarda mümkün hesab edilir.

11. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən həmin Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

12. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən: 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 3.1. İnzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2. İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4. Birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. Mübahisələndirmə haqqında iddia qaldırmazdan əvvəl iddiaçı yuxarı inzibati orqana inzibati şikayət verdiyi halda şikayət instansiyasının inzibati aktın dəyişdirilmədən saxlanılması barədə qərarı mübahisələndirmə iddiasının predmeti ola bilməz və bu iddia mümkün sayılmamalıdır. 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun.

7. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati hüquq münasibətlərindən yaranan mübahisələrə baxıla bilər.

11. İnzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır.

17. Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır.

13. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli qərarının 15.3-cü bəndinə əsasən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır.

14. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.

15. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddia mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.

Hakim Ləman Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar