Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-1(112)-982/2025 03.10.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hаcıbəyоvа Miminаt Tаcib qızının sədrliyi, X10 kаtibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə3 və üçüncü şəxs X7 nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri İcra Hakimiyyətinə qarşı “xx.xx.2006- ci il tarixli 222 nömrəli sərəncamın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ЕTDİ: İddiaçı cavabdeh Bakı şəhəri İcra Hakimiyyətinə qarşı “ xx.xx.2006- ci il tarixli 222 nömrəli sərəncamın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəminin hazırki iş üzrə qəbul etdiyi 27 mart 2024-cü il tarixli Qərardadı ilə X9, xx.xx.2025-ci il tarixli Qərardadı ilə X2 məhkəmə icraatına zəruri cəlbetmə qaydasında üçüncü şəxslər qismində cəlb edilmişlər. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri İcraiyyə komitəsinin 1990-ci il tarixli 3/78 nömrəli qərarına əsasən Ləhiş bağları sahəsində 172 nömrəli BTK nəzdində 0,12 ha torpaq sahəsi “b” bağ sahəsi iddiaçıya ayrılmışdır. Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 3352b bağ sahəsindəki 0,12 ha torpaq sahəsi iddiaçıya verildiyini təsdiq edən order işə əlavə edilmişdir. Mübahisəli torpaq sahəsi iddiaçının mülkiyyətində olsa da X11 Əmlak Məslələri Dövlət Komitəsinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2010-cu il tarixli ********** qeydiyyat nömrəli, **********41 reyestr nömrəli MA 0 72489 nömrəli çıxarışdan da göründüyü kimi Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 3352b saylı bağ sahəsindəki 0,12 ha torpaq sahəsinə mülkiyyət hüququ qeydiyyata alınmışdır.Bir müddət öncəmübahisəli bağ sahəsinin Ofeliya Kərimova tərəfindən ələ keçirildiyini, hətta orada tikili inşa edildiyini öyrənmişdir. Sabunçu rayon məhkəməsinin icraatında olan mülki işi ilə bağlı sorğu əsasında təqdim edilmiş sənədlərdən məlum olmuşdur ki,X7 adına mübahisəli torpaq ilə bağlı Bakı şəhəri İcra Hakimiyyətinin xx.xx.2006-ci il tarixli 222 nömrəli sərəncamı, xx.xx.2006-ci il tarixli icarə müqaviləsi, X17 kitabında xx.xx.2010 –cu il tarixdə 20426 nömrə ilə uçota alınmış Torpaq sahəsinin plan və ölçüsü mövcuddur. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan: Azərbaycan Respublikası Bakı şəhər icraiyyə komitəsinin X6 və istismarı birliyinin Ləhiş bağlar sahəsindəki 172 nömrəli kooperativinin 10 nömrəli orderindən görünür ki, İddiaçı Bakı şəhər icraiyyə komitəsinin 19 aprel 1990-cı il tarixli 3/78 nömrəli qərarına əsasən Ləhiş bağlar sahəsində 172 nömrəli BTK nəzdində 0,12 hektar 3552 “B” nömrəli bağ ayrılıb. Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 2-861/2006 saylı 31 may 2006-cı il tarixli Qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, cavabdeh Bakı şəhəri Bağlar təsərrüfatının inkiışafı və istismarı birliyinə boş bağlar balansında olan Bakı şəhəri, Nardaran qəsəbəsi, Nardaran bağ massivindəki hər birinin sahəsi 0,12 hektar olan 3552b və 3552v saylı bağ sahələrinin icarə müqavilələrinin iddiaçılar X5 və X1 bağlanmasının tapşırılması qət edilmişdir. Bakı şəhər İcra Hakimiyyəti Başçısı X4 inkişafı və istismarı Birliyi Ləhiş ərazisində 3552b nömrəli bağın istifadəyə verilməsi haqqında 38008 nömrəli 07 iyul 2006-cı il tarixli müqaviləyə əsasən, bir tərəfdən Bakı şəhər İcra Hakimiyyəti Nizamnaməsi əsasında fəaliyyət göstərən gələcəkdə “Birlik” adlandırılacaq X6 və İstismarı Birliyi, Birliyi, digər tərəfdən Bakı şəhər İcra Hakimiyyətinin 2006-cı il tarixli 222 saylı sərəncamı əsasında hərəkət edən, gələcəkdə istifadəçi adlandırılacaq X3 şəxsində bu müqavilə bağlanılır: 1.Birlik Sabunçu rayonunun Ləhiş ərazisində 0,12 ha torpaq sahəsi olan 3552b nömrəli bağı müqavilədə göstərilən tikintilər, qurğular və ağaclarla birlikdə istifadəçiyə verir və istifadəçi həmin bağı istifadəsinə götürür. 2. Bağın istifadəyə verilməsi haqqında müqavilə 10 il müddətinə bağlanır. Bakı şəhər İcra Hakimiyyəti başçısının Aparatının 13 fevral 2024-cü il tarixli 3-52/2- 487/2024 saylı məktubu ilə məhkəməyə təqdim edilmiş Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2006-cı il tarixli 222 nömrəli sərəncamından çıxarışda qeyd edilmişdir: – X6 və İstismarı Birliyini protokolunun təsdiq edilməsi haqqında “Vətəndaşların rəsmi-notariat qaydada ərizələrinə əsasən qanuni istifadələrindəki bağ sahələrinin digər vətəndaşların adlarına keçirilməsi, vətəndaşlara bağ sahələrinin ayrılması barədə” “təhkim etmə” X6 və İstismarı Birliyinin xx.xx.2006-cı il tarixli, 114 nömrəli protokolu təsdiq edilsin. - 114 nömrəli xx.xx.2006-cı il tarixli protokol- “Vətəndaşların rəsmi-notariat qaydada ərizələrinə əsasən qanuni istifadələrindəki bağ sahələrinin digər vətəndaşların adlarına keçirilməsi, vətəndaşlara bağ sahələrinin ayrılması barədə”, “təhkim etmə” Bakı şəhər İcra Hakimiyyətinin 17.03.97-ci il tarixli 233 nömrəli sərəncamına əsasən: 1. Vətəndaşların rəsmi-notariat qaydada ərizələrinə əsasən qanuni istifadələrindəki bağ sahələri aşağıdakı vətəndaşların adlarına sənədləşdirilsin. 1.77. Ləhişdəki 3552B nömrəli bağ – X8. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən: 1.1. bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. 2.2. inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1.Şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər 35.1. bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Göründüyü kimi qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması deyil, konkret hüquqların pozulmasının əsaslandırıldığı hallarda mümkün hesab edilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən: 2.0.2. İnzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. 1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 1.2. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur
20. Hər bir şəxsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququ vardır. 28.1. İnzibati icraat fiziki və ya hüquqi şəxsin ərizəsi əsasında başlanılır. 52.1. Səlahiyyətli inzibati orqanda ərizənin və ya müraciətin qeydiyyata alındığı vaxtdan ən geci 30 gün müddətində həmin inzibati orqan inzibati aktın qəbul edilməsi və ya onun qəbul edilməsindən imtina olunması haqqında qərar qəbul edir.
“İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarına əsasən: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur 2.3. ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmaması, cavabdehin həmin iddiaya cavab verməli olub-olmaması, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmaması, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyi, prosessual həmiştirakçılığın yol verilənliyi, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyü İPM-in 37-ci maddəsinə uyğun yoxlanılmalıdır. 5.1. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. 5.2. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar.
9. İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.
İnzibati məhkəmə icraatı qaydasında verilən iddianın hüquqi cəhətdən yoxlanılması, ilk növbədə onun mümkünlüyünün müəyyənləşdirilməsindən, bundan sonra isə iddianın əsaslılığının araşdırılmasından ibarətdir Hazırda iddiaçının tələbi Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2006- ci il tarixli 222 nömrəli sərəncamın ləğv edilməsindən ibarət olmaqla mübahisələndirmə haqqında iddiadır. Mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İnzibati Prosessual Məcəllənin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır. Məhkəmə hesab edir ki, iddiaçının hazırkı iddiası qanunvericilik normaları baxımından mümkünlük tələblərinə cavab vermədiyi üçün inzibati məhkəmə icraatında baxılması mümkün sayılmamalıdır. İşin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Qeyd edilən qayda həmçinin iddianın mümkünlüyü ilə bağlı şərtlərin mövcudluğunun yoxlanılmasına da şamil olunur. Belə ki, obyektiv araşdırma prinsipi yalnız iddianın əsaslığının yoxlanılması zamanı deyil, həmçinin iddianın mümkünlük şərtlərinin yoxlanılması zamanı da tətbiq olunmalıdır. Məhkəmə iddianın mümkünlüyünə dair bütün şərtlərin mövcud olmasını xidməti vəzifəsinə görə yoxlamağa borcludur. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, idddiaçının mübahisələndirdiyi Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2006- ci il tarixli 222 nömrəli sərəncamı Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 2-861/2006 saylı 31 may 2006-cı il tarixli Qətnaməsi əsasında qəbul edilmiş və həmin qətnamə qüvvədə olduğu müddətdə iddiaçının üçüncü şəxsin adına verilmiş həmin sərəncamın ləğvini tələb hüququ da mövcud deyildir. İddiaçının üçüncü şəxsə torpaq sahəsinin mülkiyyətinə verilməsinə dair məhkəmə qətnaməsinin ləğvinə nail olduğu məhkəmə araşdırması zamanı müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, nə qədər ki Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 2- 861/2006 saylı 31 may 2006-cı il tarixli Qətnaməsi qüvvədədir, iddiaçının hazırkı iddia tələbi mümkün deyildir. Beləliklə, hazırda iddiaçı cavabdeh tərəfindən onun hüquqlarının pozulması barədə dəlilləri iddia ərizəsində göstərməmiş və əsaslandırmamışdır. Cavabdeh tərəfindən iddiaçının hüquqları qanunvericiliyi ilə təsbit edilmiş onun qorunma sferasına müdaxilə aşkar şəkildə baş vermir və birmənalı nəzərə çarpmır. Belə olan halda, cavabdeh tərəfindən iddiaçının hər hansı bir subyektiv hüquqlarının pozulması müəyyən edilmir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Bakı şəhəri İcra Hakimiyyətinə qarşı “xx.xx.2006- ci il tarixli 222 nömrəli sərəncamın ləğv edilməsi” iddia tələbi mümkünlük şərtlərinə cavab vermir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34, 35 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 2cıbəyova