Məhkəmə qərarları › İş №e-2-1(112)-9838/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-9838/2024

14.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-9838/2024 14.08.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, iddiaçının nümayəndəsi, vəkil Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (3-cü şəxs: "xxxx" MTK) “mənzillər üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və mənzillərə dair çıxarışların və texniki pasportların verilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra – iddiaçı) Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) qarşı məhkəməyə iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək ünvan 1 ünvanında yerləşən "xxxx" MTK-ya məxsus olan binanın C girişi, X mərtəbəsində yerləşən, ümumi sahəsi 76.88 kv.m, 2 otaqlı, 1 saylı mənzil; ünvan 1 ünvanında yerləşən "xxxx" MTK-ya məxsus olan binanın C girişi, X mərtəbəsində yerləşən, ümumi sahəsi 76 kv.m, 2 otaqlı, 6 saylı mənzil və ünvan 2 ünvanda yerləşən "xxxx" MTKya məxsus olan binanın B girişi, Xİİ mərtəbəsində yerləşən, ümumi sahəsi 151.7 kv.m, 3 otaqlı, 2 saylı mənzil üzərində İddiaçı mülkiyyət hüquqlarının qeydiyyata alınmaqla, çıxarış və texniki pasport verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin qərardadı ilə iş üzrə "xxxx" MTK 3-cü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı tələbində göstərilən mənzillərin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına, daşınmaz əmlakın dövlət reyestrindən elektron çıxarışların verilməsinə və mənzillərə dair texniki pasportların tərtib edilməsi ilə bağlı cavabdehə ərizə ilə müraciət etmişdir. Həmin mənzillərə dair müvafiq maliyyə arayışı, protokoldan çıxarış və maliyyə arayışı iddiaçının müraciətinə əlavə olunmuşdur. Qeyd etdiyi kompleks şəklində olan yaşayış binaları artıq uzun müddətdir ki, mənzil sahiblərinin istismarına təhvil verilmiş və sakinlər bu illər ərzində həmin mənzillərdə yaşayırlar. Sözügedən mənzillərin binanın ümumi layihəsi ilə uyğunluğu da vardır. Müraciəti imtina bildirişi ilə cavablandırılmışdır. İmtinanın yeganə dəlili olaraq qeyd olunan binanın istismarına icazə sənədində həmin mənzillər yerləşən mərtəbənin yaşayış təyinatlı olması barədə qeydin olmaması göstərilmişdir. Cavabdehim imtinası ilə razılaşmayan iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Cavabdeh tərəfindən iddia ərizəsinə dair yazılı etiraz təqdim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının cavabdehə rəsmi qaydada müraciəti daxil olmamışdır. Belə ki, müvafiq daşınmaz əmlaklarla bağlı X1 etibarnamə üzrə nümayəndəsi Vəkil1 ********** daxil olma nömrəli xx.xx.2024-cü il tarixli ərizə ilə müraciət etmiş və **********23 saylı, xx.xx.2024-cü il tarixli məktubla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əlizadə, Qarabağ və Ə.Dəmirçizadə küçələrinin kəsişməsində inşa edilmiş çoxmərtəbəli yaşayış binasına dair Nərimanov rayon İcra Hakimiyyətinin başçısı tərəfindən təsdiq edilmiş 15 saylı, xx.xx.2021-ci il tarixli tikinti obyektinin istismarına icazə sənədində binanın B girişinin - bina 2, 1 girişli, 11+ texniki mərtəbəli, C girişinin - bina 3, 1 girişli, 9+ texniki mərtəbəli olduğu qeyd olunmuş, mənzillərin ümumi sayı isə 153 ədəd göstərilmişdir. Lakin texniki mərtəbənin yaşayış təyinatlı olması barədə hər hansı qeyd yoxdur. İdarənin mütəxəssisləri tərəfindən əmlaklara texniki baxış keçirilən zaman müvafiq mənzillərin binanın texniki mərtəbəsində yerləşdiyi və mənzillərin istismara icazə sənədində qeyd olunan mənzillərin ümumi say tərkibinə daxil olmadığı müəyyən edilmişdir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq iddia tələbinin rədd edilməsi xahiş edilmişdir. Cavabdehə və üçüncü şəxsə məhkəmə baxışı iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında təmsil edilməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 62.3-cü maddəsinə əsasən işə onların nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia ərizəsi ilə oxşar məzmunlu izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. "xxxx" Mənzil Tikinti Kooperativinin üzvlüyünə qəbul və mənzillərin payçılar arasında şəxsi razılıq ilə bölüşdürülməsi barədə ümumi iclasının 22 iyul 2022-ci il tarixli protokolundan çıxarışa əsasən iddiaçının "xxxx" MTK-ya üzv qəbul edilməsi və "xxxx" MTK-nın ünvan 1 ünvanında yerləşən binanın C girişi, X mərtəbəsində yerləşən, ümumi sahəsi 76.88 kv.m, 2 otaqlı, 1 saylı mənzilinin payçısı qəbul edilməsi qərara alınmışdır. 28 sentyabr 2022-ci il tarixli, 137/1 nömrəli alqı-satqı müqaviləsinə əsasən "xxxx" Mənzil Tikinti Kooperativi ünvan 1 ünvanında yerləşən binanın C girişi, X mərtəbəsində yerləşən, ümumi sahəsi 76.88 kv.m, 2 otaqlı, 1 saylı mənzili tikintisi başa çatdıqdan sonra 145303,20 manat müqabilində iddiaçıya təhvil verməyi öz öhdəsinə götürmüşdür. "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən iddiaçıya verilmiş xx.xx.2022-ci il tarixli maliyyə arayışına əsasən, o, kooperativin ünvan 1 ünvanında yerləşən binanın C girişi, X mərtəbəsində yerləşən, ümumi sahəsi 76.88 kv.m, 2 otaqlı, 1 saylı mənzilin dəyərini tam ödəmişdir və MTK-ya borcu yoxdur. 27 yanvar 2023-cü il tarixli, 148/1 nömrəli alqı-satqı müqaviləsinə əsasən "xxxx" Mənzil Tikinti Kooperativi ünvan 1 ünvanında yerləşən binanın B girişi, Xİİ mərtəbəsində yerləşən, ümumi sahəsi 151.7 kv.m, 3 otaqlı, 2 saylı mənzili 279128,manat müqabilində iddiaçıya verməyi öz öhdəsinə götürmüşdür. "xxxx" Mənzil Tikinti Kooperativinin üzvlüyünə qəbul və mənzillərin payçılar arasında şəxsi razılıq ilə bölüşdürülməsi barədə ümumi iclasının 09 yanvar 2023-cü il tarixli protokolundan çıxarışa əsasən iddiaçının "xxxx" MTK-ya üzv qəbul edilməsi və "xxxx" MTK-nın ünvan 1 ünvanında yerləşən binanın B girişi, Xİİ mərtəbəsində yerləşən, ümumi sahəsi 151.7 kv.m, 3 otaqlı, 2 saylı mənzilinin payçısı qəbul edilməsi qərara alınmışdır. "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən iddiaçıya verilmiş xx.xx.2022-cü il tarixli maliyyə arayışına əsasən o, kooperativin ünvan 1 ünvanında yerləşən binanın B girişi, Xİİ mərtəbəsində yerləşən, 2 saylı mənzilin dəyərini tam ödəmişdir və MTK-ya borcu yoxdur. "xxxx" Mənzil Tikinti Kooperativinin üzvlüyünə qəbul və mənzillərin payçılar arasında şəxsi razılıq ilə bölüşdürülməsi barədə ümumi iclasının 09 yanvar 2023-cü il tarixli protokolundan çıxarışa əsasən iddiaçının "xxxx" MTK-ya üzv qəbul edilməsi və "xxxx" MTK-nın ünvan 1 ünvanında yerləşən binanın B girişi, Xİİ mərtəbəsində yerləşən, ümumi sahəsi 76 kv.m, 2 otaqlı, 6 saylı mənzilinin payçısı qəbul edilməsi qərara alınmışdır. "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən iddiaçıya verilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən o, kooperativin ünvan 1 ünvanında yerləşən binanın C girişi, X mərtəbəsində yerləşən, 6 saylı mənzilin dəyərini tam ödəmişdir və MTK-ya borcu yoxdur. Tikinti obyektinin istismarına 15 nömrəli, xx.xx.2021-ci il tarixli icazə sənədinə əsasən xx.xx.2021-ci il Ə.Əlizadə, Qarabağ və Ə.Dəmirçizadə küçələrinin kəsişməsində yerləşən "xxxx" MTK tərəfindən tikilmiş bina 2 (1 girişli, 1-ci mərtəbə 2 səviyyəli, 2 səviyyə zirzəmili, 11+texniki mərtəbəli), bina 3 (1 girişli, 1-ci mərtəbə 2 səviyyəli, 2 səviyyə zirzəmili, 9+texniki mərtəbəli), bina 4 (1 girişli, 1-ci mərtəbə 2 səviyyəli, 1 səviyyə zirzəmili, 1 səviyyə kürsülü, 14+texniki mərtəbəli), yaşayış binalarının (Blok 2,3,4) istismarına icazə verilmişdir. Cavabdehin xx.xx.2024-cü il tarixli daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktına əsasən ünvan 3 ünvanına baxış keçirilmiş, daşınmaz əmlakların ümumi sahəsi 76.88+76.0+151.7 olaraq qeyd edilmişdir. Qeyd edilmişdir ki, ərizəyə texniki mərtəbədə yerləşən 3 mənzil daxildir. İstismara icazə aktında “C” girişi 9+texniki, “B” girişi 11+texniki mərtəbəli göstərilsə də, texniki mərtəbə mənzil kimi nəzərdə tutulmamışdır. Sözügedən mənzillər istismara icazə aktında göstərilən mənzillərin ümumi say tərkibinə daxil deyil. "xxxx" MMC tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli mütəxəssis rəylərinə əsasən "xxxx" MTK-nın ünvan 1 ünvanında yerləşən binanın B girişi, Xİİ mərtəbəsində yerləşən, ümumi sahəsi 151.7 kv.m, 3 otaqlı; ünvan 1 ünvanında yerləşən binanın C girişi, X mərtəbəsində yerləşən, ümumi sahəsi 76 kv.m, 2 otaqlı; ünvan 1 ünvanında yerləşən binanın C girişi, X mərtəbəsində yerləşən, ümumi sahəsi B girişi, Xİİ mərtəbəsində yerləşən, ümumi sahəsi 76.88 kv.m, 2 otaqlı daşınmaz əmlaklar faktiki olaraq mənzildir. Belə ki, Azərbaycan Respublikasının Şəhərsalma və Tikintiyə dair normaları sisteminə uyğundur. Daşınmaz əmlaklar daxilində bütün standartlara uyğun yaşayış otaqları, sanitar qovşaq üçün nəzərdə tutulan su və kanalizasiya çıxışları, açıq eyvan və digər zəruri texniki göstəricilər mövcuddur. Həmin daşınmaz əmlaklar yaşayışa tam uyğundur. Belə ki, otaqların daxili hündürlüyü 03 metr təşkil edir. İşıqlanma və havalanma çoxmərtəbəli yaşayış binalarında nəzərdə tutulan mənzil normalarına uyğundur. Elektrik, qaz, su və kanalizasiya təchizatı ilə təmin olunmuşdur. Liftin çıxışı birbaşa həmin mərtəbəyədir. Pilləkən qəfəsi alt mərtəbələrlə eynidir və sözügedən mərtəbədən sonra davam edir. Binanın mərtəbəliliyi müəyyənləşdirilərkən bütün yerüstü mərtəbələr, o cümlədən texniki mərtəbə, mansarda, həmçinin kürsü mərtəbəsi (onun örtüyünün üstü ilə torpağın orta planlaşdırma səviyyəsi arasındakı fərq 2,0 metrdən az olmadıqda) nəzərə alınır. Sözügedən daşınmaz əmlaklarda hal-hazırda yaşayış yoxdur. Cavabdehin xx.xx.2024-cü il tarixli imtina məktubunda etirazda göstərilən əsaslar qeyd edilmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə sübutları tədqiq edərək aşağıdakı nəticəyə gəlir. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi iddiaçı hazırkı iddia tələbində ünvan 1 ünvanında yerləşən "xxxx" MTK-ya məxsus olan binanın C girişi, X mərtəbəsində yerləşən, ümumi sahəsi 76.88 kv.m, 2 otaqlı, 1 saylı mənzil; ünvan 1 ünvanında yerləşən "xxxx" MTK-ya məxsus olan binanın C girişi, X mərtəbəsində yerləşən, ümumi sahəsi 76 kv.m, 2 otaqlı, 6 saylı mənzil və ünvan 2 ünvanda yerləşən "xxxx" MTK-ya məxsus olan binanın B girişi, Xİİ mərtəbəsində yerləşən, ümumi sahəsi 151.7 kv.m, 3 otaqlı, 2 saylı mənzil üzərində mülkiyyət hüququnun qeydiyyata alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş edir. Həmin iddia mahiyyətcə öhdəliyin icrası haqqında iddiadır. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. Cavabdehin iddiaya etirazından da görünür ki, iddiaçı iddia ərizəsində göstərilən tələblə cavabdehə müraciət etmiş və ona imtina cavabı verilmişdir. Bu səbəbdən iddiaçının hazırkı tələbi mümkün hesab edilmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: Azərbaycan Respublikası Mülki Məcəlləsində (bundan sonra – Mülki Məcəllə) göstərilmişdir ki, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır (139.1.). Mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır (139-1.1.6.). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununda göstərilmişdir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (2.1.). Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır (2.2.). Mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin əsası hesab edilmişdir (8.0.6). İşin hallarına görə, iddiaçı qanuni sahibliyində və istifadəsində olan, "xxxx" Mənzil Tikinti Kooperativinin inşa etdiyi ünvan 1 ünvanında yerləşən binanın C girişi, X mərtəbəsində yerləşən 1 saylı; C girişi, X mərtəbəsində yerləşən 6 saylı və B girişi, Xİİ mərtəbəsində yerləşən 2 saylı mənzillər üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın və texniki pasportun verilməsi ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh tərəfindən isə iddiaçının tələbinin təmin edilməsindən imtina edilmişdir. Cavabdeh buna əsas kimi Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əlizadə, Qarabağ və Ə.Dəmirçizadə küçələrinin kəsişməsində inşa edilmiş çoxmərtəbəli yaşayış binasına dair Nərimanov rayon İcra Hakimiyyəti başçısı tərəfindən təsdiq edilmiş 15 saylı, xx.xx.2021-ci il tarixli tikinti obyektinin istismarına icazə sənədində binanın B girişinin - bina 2, 1 girişli, 11+ texniki mərtəbəli, C girişinin - bina 3, 1 girişli, 9+ texniki mərtəbəli olduğunu, mənzillərin ümumi sayının 153 ədəd göstərildiyini, lakin texniki mərtəbənin yaşayış təyinatlı olması barədə hər hansı qeydin olmadığını, habelə əmlaklara texniki baxış keçirilən zaman müvafiq mənzillərin binanın texniki mərtəbəsində yerləşdiyini və mənzillərin istismara icazə sənədində qeyd olunan mənzillərin ümumi say tərkibinə daxil olmadığını göstərmişdir. İş materiallarından görünür ki, iddiaçı istifadəsində olan mənzillər üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün həmin sahənin əldə edilməsinə dair qanunla müəyyən edilmiş sənədləri cavabdeh inzibati orqana təqdim etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, "xxxx" MTK ilə İddiaçı arasında ünvan 1 ünvanında yerləşən binanın C girişi, X mərtəbəsində yerləşən 1 saylı; C girişi, X mərtəbəsində yerləşən 6 saylı və B girişi, Xİİ mərtəbəsində yerləşən 2 saylı mənzillərə dair alqı-satqı müqavilələri bağlanmışdır. Sözügedən müqavilələrə əsasən pay haqqı tam məbləğdə kooperativə ödənmiş və bununla əlaqədar olaraq payçıya müvafiq maliyyə arayışları verilmişdir. Payçının pay haqqı ilə əlaqədar kooperativə bu və ya digər borcu yoxdur. Həmçinin, "xxxx" MTK ilə payçı, eləcə də payçı ilə digər şəxslər arasında hər hansı mübahisə mövcud deyildir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsində (bundan sonra – Mənzil Məcəlləsi) göstərilmişdir ki, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər (o cümlədən, mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləşən obyektlər) (bundan sonra – çoxmənzilli binanın ümumi əmlakı) ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. Çoxmənzilli binanın yerləşdiyi torpaq sahəsinin sərhədi və ölçüləri torpaq qanunvericiliyinin və şəhərsalma fəaliyyəti haqqında qanunvericiliyin tələbləri nəzərə alınmaqla müəyyən edilir (35.1.). Qeyd edilən normanın məzmunundan görünür ki, binada mənzillərin hissəsi olmayan və birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər sırasında texniki mərtəbələr də qeyd edilmişdir. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Kollegiyasının xx.xx.2021-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Yaşayış binaları Layihələndirmə normaları”nın 3-cü bəndində göstərilmişdir ki, mansarda - binanın çardaq hissəsində yerləşən, yaşayış və qeyri-yaşayış məqsədləri üçün nəzərdə tutulmuş sahədir. Texniki mərtəbə - binanın mühəndis avadanlığının yerləşdirilməsi və kommunikasiyaların çəkilişi üçün mərtəbədir. Bu mərtəbə binanın aşağı hissəsində (yeraltı texniki mərtəbə), yuxarı hissəsində (texniki çardaq) və ya mərtəbələrarası ola bilər. Mərtəbələr arasında hündürlüyü 1,8 m və daha az olan məkan, yalnız kommunikasiyaların çəkilişi üçün istifadə olunur və mərtəbə sayılmır. "xxxx" MMC tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli mütəxəssis rəylərinə əsasən iddiaçının üzərində mülkiyyət hüququnun qeydə alınmasını tələb etdiyi daşınmaz əmlakların əslində öz texniki göstəricilərinə görə texniki mərtəbələrə deyil, mansardaya uyğun gəlməsi görünür. Belə ki, həmin rəydə əmlakların daxilində bütün standartlara uyğun yaşayış otaqları, sanitar qovşaq üçün nəzərdə tutulan su və kanalizasiya çıxışları, açıq eyvan və digər zəruri texniki göstəricilərin mövcud olduğu, otaqların daxili hündürlüyünün 03 metr təşkil etdiyi, işıqlanma və havalanmanın çoxmərtəbəli yaşayış binalarında nəzərdə tutulan mənzil normalarına uyğun olduğu, liftin çıxışının birbaşa həmin mərtəbəyə olduğu, pilləkən qəfəsinin alt mərtəbələrlə eyni olması və sözügedən mərtəbədən sonra davam etdiyi qeyd edilmişdir. Bu isə həmin əmlakların texniki çardaq kimi birdən artıq mənzilə xidmət etmək üçün deyil, məhz mansarda mərtəbəsi kimi inşa edildiyini təsdiq edir. Eyni zamanda həmin əmlaklar MTK tərəfindən iddiaçıya məhz mənzil kimi satılmışdır. Belə ki, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsinin halları “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsi ilə müəyyən edilərək göstərilmişdir. Həmin maddəyə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, cavabdeh tərəfindən etirazın əsası kimi göstərdiyi hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından imtinaya aid edilən hallarda nəzərdə tutulmadıgından və iddiaçı həmin Qanunun 10.2.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı üçün Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan olan sənədləri qeydiyyat orqanına verilən ərizəyə əlavə etdiyindən cavabdehin imtinası iddiaçının qanuni əsaslarla əldə etdiyi əmlak üzərində mülkiyyət hüquqlarının tam şəkildə həyata keçirilməsini əsassız olaraq məhdudlaşdırmışdır. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı ünvan 1 ünvanında yerləşən "xxxx" MTK-ya məxsus olan binanın C girişi, X mərtəbəsində yerləşən, ümumi sahəsi 76.88 kv.m, 2 otaqlı, 1 saylı mənzil, ünvan 1 ünvanında yerləşən "xxxx" MTK-ya məxsus olan binanın C girişi, X mərtəbəsində yerləşən, ümumi sahəsi 76 kv.m, 2 otaqlı, 6 saylı mənzil və ünvan 2 ünvanda yerləşən "xxxx" MTK-ya məxsus olan binanın B girişi, Xİİ mərtəbəsində yerləşən, ümumi sahəsi 151.7 kv.m, 3 otaqlı, 2 saylı mənzil üzərində mülkiyyət hüququnun qeydiyyata alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi vəzifəsi cavabdehə həvalə olunmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı ünvan 1 ünvanında yerləşən "xxxx" MTK-ya məxsus olan binanın C girişi, X mərtəbəsində yerləşən, ümumi sahəsi 76.88 kv.metr olan, 2 otaqlı, 1 saylı mənzili, ünvan 1 ünvanında yerləşən "xxxx" MTK-ya məxsus olan binanın C girişi, X mərtəbəsində yerləşən, ümumi sahəsi 76 kv.metr olan, 2 otaqlı, 6 saylı mənzili və ünvan 2 ünvanda yerləşən "xxxx" MTK-ya məxsus olan binanın B girişi, Xİİ mərtəbəsində yerləşən, ümumi sahəsi 151.7 kv.metr olan, 3 otaqlı, 2 saylı mənzili üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki paspotun verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə olunsun. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar