Məhkəmə qərarları › İş №e-2-1(112)-985/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-985/2024

23.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-985/2024 23.02.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi, İddiaçının vəkili və nümayəndəsi Nümayəndə1, Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “dövlət qulluqçusu kimi əmək pensiyasının təyin edilməsi və hesablanaraq ödənilməsi” iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri Nəsimi rayonu N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: I. İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “İddiaçı dövlət qulluqçusu kimi 6 il 10 ay əmək stajını nəzərə alaraq əmək pensiyasının yenidən hesablanması və iddiaçıya əmək pensiyası təyin olunduğu vaxtdan yaranmış fərqin ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsinə dair qərar qəbul edilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.1973-cü ildən əmək fəaliyyətinə başlamış və həmin vaxtdan 2003-cü ilədək müxtəlif vəzifələrdə işləmişdir. xx.xx.1996-cı il tarixindən xx.xx.2003-cü il tarixədək Azərbaycan Respublikasının Avtomobil Nəqliyyatı Nazirliyininin çevrilmə yolu ilə yaradılmış “Azəravtonəqliyyat” Dövlət Konsernini .Azərbaycan Respublikasının Prezidenti Ulu X1 399 №-li 27 avqust 1996-cı il tarixli Sərəncamı ilə Prezidenti vəzifəsinə təyin edilmişdir və həmin Konsernin ləğv edilməsi ilə əlaqədar olaraq Prezidentin 1270 №-li, 27 iyun 2003-cü tarixli Sərəncamı ilə həmin vəzifədən azad edilmişdir. Dövlət Konserninin prezidenti vəzifəsində dövlət qulluqçusu kimi 6 il 10 ay stajı mövcuddur. 2016-cı ilin sentyabr ayında 177 manat əmək pensiyası təyin edilmiş və sonradan həmin pensiyanın məbləği artırılaraq 263 manata çatdırılmışdır. Ona əmək pensiyasının düzgün təyin olunmamasını hesab edərək onun təsnifatı dövlət qulluqçusu kimi müəyyən edilməsi və bununla da pensiya məbləğinin yenidən hesablanması ilə bağlı cavabdehə müraciət etmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı özünün, 28 fevral 2023-cü il tarixli (alınma tarixi xx.xx.2023-cü il) məktubu ilə, əmək pensiyasının yenidən hesablanmasının qanunvericiliyin tələbləri baxımından mümkün olmadığını bildirmiş və imtinasını onunla əsaslandırmışdır ki, iddiaçının dövlət qulluqçusu kimi qulluq stajı 15 ildən az olduğundan, ona dövlət qulluqçusu kimi əmək pensiyasının hesablanması qanunvericiliyin tələblərinə ziddir. Cavabdehin imtinası qanunsuz və əsassızdır və əmək pensiyasının yenidən hesablanması üçün bir sıra hüquqi əsaslar mövcuddur. Belə ki, xx.xx.2016-cı il tarixdə İddiaçı 65 yaşı tamam olmuşdur və həmin vaxt qüvvədə olan ‘'Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 20.11-ci maddəyə əsasən əsasən bu Qanunun 20.1.7-ci və 20.1.9-cu maddələrində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr dövlət qulluğunun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki dövlət məvacibinin orta aylıq məbləğindən, pensiya təyinatı tarixinədək dövlət məvacibindəki sonrakı artımlar da nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: “20.11.2. dövlət qulluğu vəzifəsində 5 ildən 10 ilə qədər qulluq stajı olan şəxsə—dövlət məvacibinin orta aylıq məbləğinin 45 faizi miqdarında, 5 ildən yuxarı qulluq stajının hər ili üçün dövlət məvacibinin orta aylıq məbləğinin 2 faizi miqdarında əlavə olunmaqla...təyin edilir”. Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinə əsasən (Sosial təminat hüququ) İ. Hər kəsin sosial təminat hüququ vardır. İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun 7.1-ci maddəsinə əsasən dövlət orqanı Azərbaycan Respublikasının qanunvericilik aktları ilə müəyyən edilmiş hüdudlarda dövlətin məqsəd və funksiyalarını həyata keçirən, Azərbaycan Respublikasının dövlət büdcəsindən, Naxçıvan Muxtar Respublikasının büdcəsindən maliyyələşdirilən, Azərbaycan Respublikasının Konstitusiyasına və Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq yaradılan dövlət təsisatıdır. Lakin cavabdeh qanunun qeyd edilən normalarına zidd olaraq iddiaçının xahişini təmin etməmiş və iddiaçının pensiya yaşına çatdığı vaxt qüvvədə olan qanunvericilik normalarını nəzərə almayaraq əmək pensiyasını düzgün hesablamamışdır. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə iddia tələbi “iddiaçıya dövlət qulluqçusu kimi əmək pensiyasının təyin edilməsi və xx.xx.2020-ci il tarixdən hesablanaraq ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsinə dair qərar qəbul edilməsi” kimi dəyişdirilmişdir. Cavabdeh iddiaya dair yazılı etiraz ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, İddiaçı 28 fevral 2023-cü il tarixində daxil olmuş müraciətinə və ona əlavə edilmiş sənədlərə aidiyyəti üzrə baxılmışdır. İmtina məktubuna əsasən “Əmək pensiyaları haqqında” Qanunun 20.11.1-ci, 20.11.2-ci maddələrinə və “Dövlət qulluğu. İddiaçıun 28 fevral 2023-cü il tarixində daxil olmuş müraciətinə və ona əlavə edilmiş sənədlərə aiddiyyəti üzrə baxılmışdır. İmtina məktubuna əsasən “Əmək pensiyaları haqqında“ Qanunun 20.11.1-ci, 20.11.2-ci maddələrinə və “Dövlət qulluğu haqqında" Qanunun 23.2ci maddəsinə əsasən dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası dövlət qulluğu vəzifəsində 15 il və daha yuxarı qulluq stajı olan şəxsə münasibətdə təyin edilir. Bu səbəbdən iddiaçı tərəfindən Mərkəzi Filiala təqdim edilmiş sənədlərə əsasən iddiaçının güzəştli şərtlərlə pensiyanın təyin edilməsi üçün dövlət qulluğu stajı olmadığından, İddiaçı imtina cavabı verilmişdir. Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, əmək və əhalinin sosial müdafiəsi nazirinin əmr və sərəncamlarını, X13 qərarlarını, X13 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. “Əmək pensiyaları haqqında” Qanunun 5.1 -ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunları ilə müxtəlif pensiya hüququ olan şəxslərə öz arzuları ilə yalnız bir pensiya təyin edilir. İddiaçıya hüququnun yarandığı xx.xx.2014-cü il tarixdən ümumi şərtlərlə yaşa görə pensiya təyin edilmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 37.1-1-ci maddəsinin 1 iyul 2017-ci il tarixdən qüvvədə olan tələblərinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədi ilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. İddiaçıoviçə dair xx.xx.1973-cü il tarixli əmək kitabçasından görünür ki, xx.xx.1973cü il tarixdə əmək fəaliyyətinə başlamış, xx.xx.1996-cı il tarixədək Özbəkistan Respublikasında müxtəlif vəzifələrdə çalışmışdır. xx.xx.1996-cı il tarixdə Azərbaycan Respublikası Prezidentinin İddiaçı "Azəravtonəqliyyat" Azərbaycan Dövlət Konserninin prezidenti təyin edilməsi haqqında xx.xx.1996-cı il tarixli sərəncamına əsasən “Azəravtonəqliyyat" Azərbaycan Dövlət Konserninin prezidenti təyin edilmişdir. xx.xx.2003cü il tarixdə Azərbaycan Respublikası Prezidentinin İddiaçı “Azəravtonəqliyyat” Azərbaycan Dövlət Konserninin prezidenti vəzifəsindən azad edilməsi haqqında 1270 saylı xx.xx.2003-cü il tarixli sərəncamına əsasən "Azəravtonəqliyyat" Azərbaycan Dövlət Konserninin ləğv edilməsi ilə əlaqədar olaraq “Azəravtonəqliyyat” Azərbaycan Dövlət Konserninin prezidenti vəzifəsindən azad edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı ünvanlanmış 3-17-1/2-H-40869/2023 saylı xx.xx.2023-cü il tarixli məktubda bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.11.1- ci, 20.11.2-ci maddələrinə və “Dövlət qulluğu haqqında” Qanunun 23.2-ci maddəsinə əsasən dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası dövlət qulluğu vəzifəsində 15 il və daha yuxarı qulluq stajı olan şəxsə münasibətdə təyin edilir. Mərkəzi Filiala təqdim edilən sənədlərdə qeyd olunan məlumatlardan göründüyü kimi, dövlət qulluğu stajı yoxdur. Bu səbəbdən də dövlət qulluqçusu kimi əmək pensiyasının hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Azərbaycan Respublikası Prezidentinin İddiaçı "Azəravtonəqliyyat" Azərbaycan Dövlət Konserninin prezidenti təyin edilməsi haqqında xx.xx.1996-cı il tarixli sərəncamına əsasən “Azəravtonəqliyyat” Azərbaycan Dövlət Konserninin ləğv edilməsi ilə əlaqədar olaraq İddiaçı “Azəravtonəqliyyat" Azərbaycan Dövlət Konserninin prezidenti təyin edilmişdir. Azərbaycan Respublikası Prezidentinin İddiaçı “Azəravtonəqliyyat” Azərbaycan Dövlət Konserninin prezidenti vəzifəsindən azad edilməsi haqqında 1270 saylı xx.xx.2003cü il tarixli sərəncamına əsasən "Azəravtonəqliyyat" Azərbaycan Dövlət Konserninin ləğv edilməsi ilə əlaqədar olaraq İddiaçı “Azəravtonəqliyyat” Azərbaycan Dövlət Konserninin prezidenti vəzifəsindən azad edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 3-17-1/2- 131493/2023 saylı xx.xx.2023-cü il tarixli məktub ilə bildirilmişdir ki, Azərbaycan Respublikası Bakı inzibati Məhkəməsindən Əmək və Əhalinin SosiaT Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına ünvanlanmış xx.xx.2023-cü il tarixli 2-1(112)-8369/2023 nömrəli məktub baxılması üçün xx.xx.2023-cü il tarixində Fondun Sosial ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına daxil olmuşdur. İddiaçı xx.xx.2014-cü il tarixində “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan yaş həddinə çatmışdır. İddiaçı təqdim etdiyi sənədlərin surətinə əsasən xx.xx.1973-cü il tarixindən xx.xx.1975-ci il tarixinədək, xx.xx.1975-ci il tarixindən xx.xx.2003-cü il tarixinədək əmək fəaliyyəti dövrü üzrə ümumilikdə 29 il 9 ay 24 gün mübahisələndirilməyən sığorta stajı müəyyən edilmişdir. Qanunun xx.xx.2017-ci il tarixinədək qüvvədə olmuş 27.1-ci maddəsinə əsasən “Bu Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların” qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 170 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. xx.xx.2006-cı il tarixinədək vətəndaşın 29 il 9 ay 24 gün sığorta stajına əsasən pensiya kapitalının məbləği - (29+(9+24/30gün)/12ay)x170=5068,83 manat. Həmin kapitalın xx.xx.2014-ci il tarixinə indeksləşdirilmiş məbləği: 2006 5068,83 2007 8,30 5489,54 2008 16,70 6406,3 2009 20,80 7738,81 2010 1,50 7854,89 2011 5,70 8302,62 2012 7,90 8958,52 2013 1,10 9057,07 2014 2,40 9274,44 9274,44:144=64,12 64,12+100 (baza hissə)=164,12 Həmin məbləğ illər üzrə indeksləşdirilərək xx.xx.2023-cü il tarixdən 331,35 manata çatdırılmışdır. İddiaçı mərkəzləşdirilmiş elektron informasiya sisteminin pensiya altsisteminə əsasən fərdi hesabının sığorta hissəsində xx.xx.2006-cı il tarixdən sonra pensiya kapitalı qeydə alınmamışdır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının **********7 saylı xx.xx.2022-ci il tarixli qərarına əsasən İddiaçı yaşa görə əmək pensiyası təyin edilmişdir (272,22 manat) (əmək pensiyasının hüququnun yarandığı tarix xx.xx.2017-ci il, əmək pensiyasının yenidən hesablandığı və ödəniş tarixi xx.xx.2022-ci il tarixdən ömürlük tarixədək). Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi tərəfindən İddiaçı ünvanlanmış **********2 saylı xx.xx.2022-ci il tarixli məktubda bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin xx.xx.2014-cu il tarixində qüvvədə olmuş tələblərinə əsasan qeyd edilən tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. Qanunun 29.1-ci maddəsinə uyğun olaraq əmək pensiyasının sığorta hissəsi ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq indeksləşdirilməsi ilə əlaqədar pensiyanın məbləği xx.xx.2022-ci il tarixdən 272,22 manata çatdırılmışdır. Ona pensiya təyin edilərkən 29 il 9 ay sığorta stajı (xx.xx.1973-cü il tarixdən xx.xx.2003-cü il tarixədək) tam olaraq nəzərə alınmışdır. Qeyd olunanlara əsasən, yaşa görə əmək pensiyanın məbləği (272,22 manat) qanunvericiliyin tələblərinə uyğun hesablanmışdır. “İnzibati icraat haqqında" Azərbaycan Respubikası Qanununun 72.1-ci və 73-cü maddələrinə əsasən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda, həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququ var. Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun Nəsimi rayon (şəhər) şöbəsinin əmək pensiyası təyin edən komissiyanın xx.xx.2016-cı il tarixli qərarına əsasən İddiaçı yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı dair pensiya təyinatı alt sistemindən çıxarışdan görünür ki, pensiyanın növü yaşa görə, pensiya tərkibi ümumi, pensiya müddəti müddətsiz, əllə daxil edilmiş pensiya 196,78 manat, qərar nömrəsi 359, müraciət tarixi xx.xx.2013-cü il, qərar tarixi xx.xx.2013cü il, hüququn yaranma tarixi xx.xx.2014-cü il, güzəştli iş stajı 0 il 0 ay 0 gün, işləmir, aylıq pensiya məbləği 331,35 manat, ödəniş məbləği 331,35 manat, statusu ödənişdədir. Azərbaycan Respublikasının Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında vergi qanunvericiliyinə riayət edilməsi məsələlərində əməkdaşlıq və qarşılıqlı yardım haqqında Sazişi imzalamaq səlahiyyətinin verilməsi barədə 605 saylı xx.xx.2001-ci il tarixli Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən Azərbaycan Respublikasının Hökuməti və Rusiya Federasiyasının Hökuməti arasında vergi qanunvericiliyinə riayət edilməsi məsələlərində əməkdaşlıq və qarşılıqlı yardım haqqında Sazişi imzalamaq səlahiyyəti Azərbaycan Respublikasının vergilər naziri X10 verilmişdir. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə tapşırılmışdır ki, bu Sərəncamın 1-ci bəndində göstərilən Sazişi imzalamaq səlahiyyətinin Azerbaycan Respublikasının vergilər naziri X10 verilməsi barədə Rusiya Federasiyası tərəfinə bildiriş göndərilsin. Azərbaycan Respublikasının Hökuməti və Rusiya Federasiyası Höküməti arasında beynəlxalq avtomobil nəqliyyatı haqqında Sazişi imzalamaq səlahiyyətinin verilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 606 saylı xx.xx.2001-ci il tarixli sərəncamına əsasən Azerbaycan Respublikasının Hökuməti və Rusiya Federasiyasının Hökuməti arasında beynəlxalq avtomobil nəqliyyatı haqqında Sazişi imzalamaq səlahiyyəti “Azəravtonəqliyyat” Dövlət Konserninin prezidenti X3 verilmişdir. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə tapşırılmışdır ki, bu Sərəncamın 1-ci bəndində göstərilən Sazişi imzalamaq səlahiyyətinin “Azəravtonəqliyyat” Dövlət Konserninin prezidenti İddiaçı verilməsi barədə Rusiya Federasiyası tərəfinə bildiriş göndərilsin. “Azəravtonəqliyyat” Azərbaycan dövlət konserninin Nizamnaməsindən:

1. “Azəravtonəqliyyat” Azərbaycan Dövlət Konserni, bundan sonra “Dövlət Konserni” adlanacaq, Konsernə könüllü olaraq təsisçi kimi daxil olan, bundan sonra “Dövlət Konserninin iştirakçıları adlanacaq, avtomobil nəqliyyatı birliklərinin, müəssisə və təşkilatlarının təsis konfransının qərarı əsasında, Azərbaycan Respublikası Avtomobil | Nəqliyyatı Nazirliyinin bazasında yaradılmışdır və dövlət əmlakının mülkiyyətçisi məsələlərində onun hüquqi varisidir.

2. Konsern öz fəaliyyətini təsərrüfat hesabı prinsipi əsasında həyata keçirməklə müstəqil istehsalat-təsərrüfat kompleksi kimi fəaliyyət göstərir..

6. Dövlət, onun orqanları və təşkilatları Dövlət Konserninin öhdəliklərinə görə məsuliyyət daşımır, eynilə X14in, onun orqanlarının və təşkilatlarının öhdəliklərinə görə cavabdeh deyil. X14 Konserninin iştirakçılarının öhdəliklərinə görə məsuliyyət daşımır.

13. Dövlət Konserninin ali idarəetmə orqanı X5, Şuraya təsisçilərdən və vəzifə üzrə bir nümayəndə - prezident və vitse-prezidentlər daxildir.

14. Dövlət Konserninin prezidenti və vitse-prezidentinin vəzifə maaşlarının təsdiq edilməsi X15 tərəfindən həll edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarına və sərəncamlarına dəyişikliklər və əlavələr edilməsi və bəzi qərarlarının qüvvədən düşmüş hesab edilməsi barədə 104 saylı xx.xx.2003-cü il tarixli qərarına əsasən: İ. Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarına aşağıdakı dəyişikliklər və əlavələr edilmişdir:

1. "Azərbaycan Respublikası ərazisində beynəlxalq avtomobil daşımalarını tənzimləyən "İcazə Sistemi"nin tətbiqi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 14 oktyabr tarixli 141 nömrəli qərarının 4-cü bəndində "Daxili İşlər Nazirliyi" sözlərindən sonra "Nəqliyyat Nazirliyi" sözləri əlavə edilsin və həmin bənddən "Azəravtonəqliyyat" Dövlət Konserni" sözləri çıxarılmışdır.

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 10 yanvar tarixli 6 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası ərazisində beynəlxalq avtomobil daşımalarını tənzimləyən "İcazə Sistemi" haqqında Əsasnamə"nin 3-cü, 5-ci, 7-ci, 10-13-cü və 15-ci bəndlərində ismin müvafiq hallarında "Azəravtonəqliyyat" Dövlət Konserni" sözləri ismin müvafiq hallarında "Nəqliyyat Nazirliyi" sözləri ilə əvəz edilmişdir.

3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 6 aprel tarixli 60 nömrəli qərarı ilə təsdiq edilmiş "Yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi sahəsində dövlət uçotunun aparılması, məlumat uçotlarının istifadəsi və hesabat məlumatlarının formalaşdırılması Qaydaları"nın 2.2.-ci bəndində "xxxx" Dövlət Şirkəti, "Azəravtonəqliyyat" Dövlət Konserni" sözləri "Nəqliyyat Nazirliyi" sözləri ilə əvəz edilmişdir.

4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 7 fevral tarixli 16 nömrəli qərarı ilə təsdiq edilmiş "Avtomobil yollarının layihələşdirilməsi, tikintisi, yenidən qurulması və təmiri Qaydaları"nın İ bölməsinin 1.15-ci bəndinin qeyd hissəsində, İİ bölməsinin 1.6-cı bəndində və İİİ bölməsinin 1.4-cü bəndində ismin müvafiq hallarında "xxxx" Dövlət Şirkəti" sözləri ismin müvafiq hallarında "Nəqliyyat Nazirliyi" sözləri ilə əvəz edilmişdir.

5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 8 may tarixli 83 nömrəli qərarı ilə təsdiq edilmiş "Beynəlxalq dəniz ticarət limanının kapitanı haqqında Əsasnamə"nin İ bölməsinə aşağıdakı əlavələr edilmişdir: 1.1-ci bənddə "beynəlxalq dəniz ticarət limanının rəhbərinə" sözlərindən sonra "və bilavasitə Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyasının rəisinə" sözləri əlavə edilmişdir.

6. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 30 iyun tarixli 110 nömrəli qərarı ilə təsdiq edilmiş "Nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin təmin edilməsinə nəzarət Qaydaları"nın 2.4-cü bəndində "Azəravtonəqliyyat" Dövlət Konserni" "Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi" sözləri ilə əvəz edilmişdir. İİ. Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi sərəncamlarına aşağıdakı dəyişikliklər edilmişdir:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 17 sentyabr tarixli 161s nömrəli sərəncamı ilə təsdiq edilmiş "Erməni millətçilərinin apardığı etnik təmizləmə nəticəsində Ermənistan ərazisindəki öz tarixi torpaqlarından didərgin salınmış azərbaycanlıların məskunlaşması problemlərinin həlli haqqında" Azərbaycan Respublikası Prezidentinin 22 avqust 2001-ci il tarixli 562 №-li Fərmanının icrası ilə əlaqədar Tədbirlər Planı"nın 23-cü bəndində "xxxx" DŞ" sözləri "Nəqliyyat Nazirliyi" sözləri ilə əvəz edilmişdir.

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 28 fevral tarixli 32s nömrəli sərəncamının 3-cü bəndindən "xxxx" Dövlət Şirkəti" sözləri çıxarılmışdır. İİİ. Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Azərbaycan Respublikası "Azəravtonəqliyyat" X2 qeydiyyata alınması haqqında" 1992-ci il 6 fevral tarixli 73 nömrəli "Azərbaycan Respublikası "xxxx" Dövlət Şirkətinin Əsasnamə və say tərkibinin təsdiq edilməsi haqqında" 1993-cü il 7 sentyabr tarixli 482 nömrəli və "Azərbaycan Respublikası "xxxx" Dövlət Şirkətinin strukturunun təsdiq edilməsi haqqında" 2000-ci il 24 yanvar tarixli 8 nömrəli (3-cü bəndi istisna olmaqla) qərarları qüvvədən düşmüş hesab edilmişdir. İV. Azərbaycan Respublikası Nazirlər Kabinetinin qüvvədə olan digər qərarlarında və sərəncamlarında Azərbaycan Respublikasının Avtomobil Nəqliyyatı Nazirliyinə, X6 Birliyinə, "Azəravtonəqliyyat" Dövlət Konserninə və "xxxx" Dövlət Şirkətinə verilən səlahiyyətlər Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyinə şamil edilmişdir. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 3-23/2-8862/2023 saylı xx.xx.2023-cü il tarixli məktub ilə bildirilmişdir ki, “Azəravtonəqliyyat” Dövlət Konserninin (Konsern) xx.xx.1996-cı il tarixdən xx.xx.2003-cü il tarixədək dövlət büdcəsindən maliyyələşib-maliyyələşməməsi barədə məktuba aidiyyəti üzrə baxılmışdır. Maliyyə Nazirliyində Korsernin sözügedən dövrdə fəaliyyətinə dair məlumatlar mövcud deyil. Eyni zamanda, müvafiq məlumatların əldə edilməsi məqsədi ilə Konsernin hüquqi varisi olan Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə müraciət edilməsi məqsədəuyğundur. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 3-27/2-461/2024 saylı xx.xx.2024-cü il tarixli məktub ilə bildirilmişdir ki, 20 dekabr 2023-cü il tarixli, 2-1(112)-8369/2023 nömrəli məktuba Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində baxılmışdır. Məktub əsasında vətəndaş İddiaçı iş stajı barədə arxiv arayışı təqdim edilmişdir. "Azəravtonəqliyyat” Dövlət Konserninin dövlət büdcəsindən maliyyələşibmaliyyələşməməsi barədə arxiv sənədlərində heç bir məlumat aşkar edilməmişdir. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən təqdim edilmiş MA-21 saylı xx.xx.2024-cü il tarixli arxiv arayışına əsasən İddiaçı Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Mərkəzi Arxivində saxlanılan arxiv sənədlərinə əsasən həqiqətən Azərbaycan Respublikası Prezidentinin 27 avqust 1996-cı il tarixli (xx.xx.1996-cı il, 60 ş/h əmr) 399 saylı sərəncamı ilə “Azəravtonəqliyyat” Dövlət Konserninin prezidenti vəzifəsinə təyin olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin 27 iyun 2003-cü il tarixli 1270 saylı sərəncamına əsasən “Azəravtonəqliyyat” Dövlət Konserninin ləğv edilməsi ilə əlaqədar olaraq tutduğu vəzifəsindən azad edilmişdir. Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 9-3/2-1917/2023 saylı xx.xx.2023-cü il tarixli məktubda bildirilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 28 yanvar tarixli 665 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında dövlət qulluqçusuna dövlət qulluğunda qulluq stajına görə aylıq əlavə haqqın məbləğinin müəyyənləşdirilməsi və ödənilməsi Qaydası”nın 9-cu hissəsinə əsasən dövlət qulluqçusunun qulluq stajı müəyyənləşdirilərkən onun “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında (o cümlədən Azərbaycan Respublikasının ərazisindən kənarda), habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında iş müddəti də daxil edilir. 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarının aparatlarında mövcud olmuş vəzifələrin və həmin tarixdən İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu qüvvəyə minənədək (xx.xx.2003-cü il tarixədək) Azərbaycan Respublikası dövlət orqanlarında dövlət qulluğu vəzifələrinin həmin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Azərbaycan Respublikası Prezidentinin 1 sentyabr 2005-ci il tarixli 290 saylı Fərmanı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin inzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”nın 1 -ci və 2-ci bəndlərinə əsasən aparılmışdır. 1996-2003-cü illərdə “Azəravtonəqliyyat” Dövlət Konserninin prezidenti vəzifəsində iş müddətilə bağlı yuxarıda adıçəkilən Siyahıda dövlət konserni və dövlət konsernində mövcud olmuş vəzifələr nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Prezidentinin 29 yanvar 1992-ci il tarixli 559 nömrəli Fərmanının 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Avtomobil Nəqliyyatı Nazirliyi “Azəravtonəqliyyat” Azərbaycan Dövlət Konserninə çevrilmişdir. Ümumi istifadədə olan avtomobil nəqliyyatı müəssisələrinin (təşkilatlarının) təsis konfransı şurasının Qərarı ilə təsdiq edilmiş “Azəravtonəqliyyat” Azərbaycan X2 2-ci hissəsinə əsasən Konsern müstəqil istehsalat-təsərrüfat kompleksi kimi fəaliyyət göstərmiş və fəaliyyətini təsərrüfat hesabı prinsipi əsasında həyata keçirmişdir. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 1.1.4-cü maddəsinə əsasən dövlət orqanı Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş hüdudlarda dövlətin məqsədini və funksiyalarını həyata keçirən, Azərbaycan Respublikasının dövlət büdcəsindən, Naxçıvan Muxtar Respublikasının büdcəsindən və qanunla müəyyən edilən hallarda əlavə olaraq büdcədənkənar vəsaitlər hesabına maliyyələşdirilən, Azərbaycan Respublikasının Konstitusiyasına və Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq yaradılan dövlət təsisatıdır. Qeyd edilənlərə əsasən 1996-2003-cü illərdə “Azəravtonəqliyyat” Dövlət Konserninin prezidenti vəzifəsində iş müddəti dövlət qulluğunda qulluq stajı hesablanarkən nəzərə alınmır. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi iş üzrə dəyişdirilmiş iddia ərizəsinin məzmununa uyğun izahat verərək əlavə olaraq bildirmişdir ki, “Azəravtonəqliyyat” Dövlət Konserni öz fəaliyyəti dövründə bəzi illərdə öz hesabından, bəzi illərdə isə dövlət hesabından maliyyələşdirilmişdir. İddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya dair yazılı etirazın məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

II. İddianın növü və mümkünlüyü

Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Hazırkı iddia öhdəliyin icrası haqqqında iddiadır. İddia mümkündür.

III. Məhkəmənin mövqeyi

X12 Presedent hüququna əsasən məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki, “mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir. “Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Prince Hans-Adam İİ of Liechtenstein v. Germany, and Gratzinger and Gratzingerova v. the Czech Republic). “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı 27 may 2010-cu il tarixli Qərar [İİ Bölmə] ərizə № 1). Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi müəyyənlik prinsipinin mahiyyəti və əhəmiyyəti barədə formalaşdırdığı hüquqi mövqeyinə əsasən, hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas xüsusiyyətlərindən birini təşkil edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün hüquq normaları birmənalı və aydın olmalıdır. Qanunun aydın olması isə yalnız onun özünün mətni ilə deyil, eləcə də məhkəmə təcrübəsində formalaşan təfsiri ilə şərtləndirilir (Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 sentyabr 2020-ci il tarixli qərarı) Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında qanunverici tərəfindən hər hansı ictimai münasibətlərin tənzimlənməsinə dair normativ hüquqi aktlar qəbul edilərkən hüquqi müəyyənlik prinsipinə riayət edilməsinin vacibliyini vurğulamışdır. Hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas aspektlərindən biri kimi çıxış edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün hüquq normaları birmənalı və aydın olmalıdır. Bu, öz növbəsində hər kəsə onun hüquq və azadlıqlarını müdafiə edəcəyinə, hüquq tətbiqedənin hərəkətlərinin isə proqnozlaşdırıla bilən olacağına əminlik verməlidir. Bunun əksi, yəni hüquq normasının məzmununun qeyri-müəyyənliyi hüquq tətbiqetmədə məhdudiyyətsiz mülahizə üçün imkan yaratmaqla, hər bir normativ hüquqi aktın əsasında dayanmalı olan qanunun aliliyi, qanun və məhkəmə qarşısında bərabərlik və ədalət prinsiplərinin pozulmasına gətirib çıxara bilər ("Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın əsasları haqqında" Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 180.3-cü maddəsinin müddəalarının şərh edilməsinə dair” 2008-ci il 22 sentyabr tarixli və “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2012-ci il 2 aprel tarixli Qərarlar). ...Qanunilik prinsipi onu da nəzərdə tutur ki, daxili qanunvericiliyin tətbiq edilə bilən normaları kifayət qədər əlçatan, dəqiq olsun və tətbiq edilərkən onların nəticələrini öncədən görmək mümkün olsun... (Broniovski Polşaya qarşı iş üzrə Böyük Palatanın 2004-cü il 22 iyun tarixli Qərarı, §147-148, 150; Skordino İtaliyaya qarşı iş üzrə Böyük Palatanın 2006-cı il 29 mart tarixli Qərarı, § 93). “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunundan: 20.1. Qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı əmək pensiyaçılarına təyin edilir: 20.1.7. əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991-ci il oktyabrın 18-dən «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşları (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçuları və dövlət qulluğunda olan şəxslər istisna olmaqla) 20.11. Bu qanunun 20.1.7-ci və 20.1.9-cu maddələrində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr dövlət qulluğunun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki dövlət məvacibinin orta aylıq məbləğindən, pensiya təyinatı tarixinədək dövlət məvacibindəki sonrakı artımlar da nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: 20.11.1. dövlət qulluğu vəzifəsində 15 il (bu Qanunun 20.11-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında; 20.11.2. dövlət qulluğu vəzifəsində 15 ildən yuxarı qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında və 15 ildən yuxarı qulluq stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün dövlət məvacibinin orta aylıq məbləğinin 3 faizi miqdarında əlavə olunmaqla, lakin dövlət məvacibinin orta aylıq məbləğinin 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə təyin edilir. 20.11-1. Dövlət orqanının əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən publik hüquqi şəxsin yaradılması ilə əlaqədar dövlət qulluqçularının dövlət qulluğuna xitam verildiyi tarixə bu Qanunun 20.11.1-ci maddəsində nəzərdə tutulan 15 il qulluq stajını toplamasına və bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan əmək pensiyası yaşına çatmasına ən çoxu 2 il qaldığı halda onların bu Qanunun 20.11-ci maddəsinə uyğun olaraq əmək pensiyasına əlavə almaq hüququ dövlət qulluğu vəzifəsində minimum 13 il qulluq stajı olduğu halda yaranır. 10 mart 2017-ci il tarixli 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 3 may 2017-ci il, № 93, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 5, maddə 676) ilə 20.11.1-ci və 20.11.2-ci maddələr yeni redaksiyada verilmişdir. Əvvəlki redaksiyada deyilirdi: 20.11.1. dövlət qulluğu vəzifəsində 5 il qulluq stajı olan şəxsə—dövlət məvacibinin orta aylıq məbləğinin 45 faizi miqdarında; 20.11.2. dövlət qulluğu vəzifəsində 5 ildən 10 ilə qədər qulluq stajı olan şəxsə— dövlət məvacibinin orta aylıq məbləğinin 45 faizi miqdarında, 5 ildən yuxarı qulluq stajının hər ili üçün dövlət məvacibinin orta aylıq məbləğinin 2 faizi miqdarında əlavə olunmaqla; 2 iyul 2021-ci il tarixli 357-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 11 avqust 2021-ci il, № 166, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 7, maddə 899) ilə 20.11.1-ci maddəyə “15 il” sözlərindən sonra “(bu Qanunun 20.11-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla)” sözləri əlavə edilmişdir. İddia tələbi iddiaçının xx.xx.1996-cı il tarixdən xx.xx.2003-cü il tarixədək “Azəravtonəqliyyat” Azərbaycan Dövlət Konserninin prezidenti vəzifəsində işlədiyi müddətin dövlət qulluğu vəzifəsi olması və 6 il 10 ay dövlət qulluğu stajı nəzərə alınmaqla iddiaçıya dövlət qulluqçusu kimi əmək pensiyasının təyin edilməsi barədədir. İmtina onunla əsaslandırılmışdır ki, iddiaçının dövlət qulluğu stajı yoxdur. Məhkəmə qeyd edir ki, inzibati orqanın imtinasının dəlillərindən asılı olmayaraq, məhkəmə xidməti vəzifəsinə görə şəxsin dövlət qulluqçusu kimi əmək pensiyası hüququnun yaranması ilə bağlı qanunun tələb etdiyi şərtlərin ödənilib-ödənilmədiyini müəyyənləşdirməyə borcludur. Məhkəmə hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən iddia təmin edilməməlidir: - Ümumi istifadədə olan avtomobil nəqliyyatı müəssisələrinin (təşkilatlarının) təsis konfransı şurasının Qərarı ilə təsdiq edilmiş “Azəravtonəqliyyat” Azərbaycan X2 1-ci bəndinə əsasən “Azəravtonəqliyyat” Azərbaycan Dövlət Konserni Konsernə könüllü olaraq təsisçi kimi daxil olan, avtomobil nəqliyyatı birliklərinin, müəssisə və təşkilatlarının təsis konfransının qərarı əsasında, Azərbaycan Respublikası Avtomobil Nəqliyyatı Nazirliyinin bazasında yaradılmışdır və dövlət əmlakının mülkiyyətçisi məsələlərində onun hüquqi varisidir. Bununla belə, Həmin Nizamnamənin 2-ci bəndinə əsasən Konsern öz fəaliyyətini təsərrüfat hesabı prinsipi əsasında həyata keçirməklə müstəqil istehsalat-təsərrüfat kompleksi kimi fəaliyyət göstərir.. Həmin Nizamnamənin 6-cı bəndinə əsasən dövlət, onun orqanları və təşkilatları Dövlət Konserninin öhdəliklərinə görə məsuliyyət daşımır, eynilə X14in, onun orqanlarının və təşkilatlarının öhdəliklərinə görə cavabdeh deyil. X14 Konserninin iştirakçılarının öhdəliklərinə görə məsuliyyət daşımır. Həmin Nizamnamənin 13 və 14-cü bəndlərinə əsasən Dövlət Konserninin ali idarəetmə orqanı X5, Şuraya təsisçilərdən və vəzifə üzrə bir nümayəndə - prezident və vitse-prezidentlər daxildir. Dövlət Konserninin prezidenti və vitse-prezidentinin vəzifə maaşlarının təsdiq edilməsi X15 tərəfindən həll edilir. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 1.1.4-cü maddəsinə əsasən dövlət orqanı Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş hüdudlarda dövlətin məqsədini və funksiyalarını həyata keçirən, Azərbaycan Respublikasının dövlət büdcəsindən, Naxçıvan Muxtar Respublikasının büdcəsindən və qanunla müəyyən edilən hallarda əlavə olaraq büdcədənkənar vəsaitlər hesabına maliyyələşdirilən, Azərbaycan Respublikasının Konstitusiyasına və Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq yaradılan dövlət təsisatıdır. Konsernin Nizamnaməsinin ayrı-ayrı bəndlərindən görünür ki, X7 Nazirliyinin bazasında yaradılaraq dövlət əmlakının mülkiyyətçisi məsələlərində onun hüquqi varisi olsa belə öz fəaliyyətini təsərrüfat hesabı prinsipi əsasında həyata keçirməklə müstəqil istehsalat-təsərrüfat kompleksi kimi fəaliyyət göstərmiş, eləcə də dövlət, onun orqanları və təşkilatları Dövlət Konserninin öhdəliklərinə görə məsuliyyət daşımamış, həmçinin Dövlət Konserninin prezidenti vəzifə maaşının təsdiq edilməsi X15 tərəfindən həll edilmişdir. - Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 5 avqust tarixli 743 saylı fərmanı ilə yaradılmışdır. “Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının Prezidentinin 10 iyun 2003-cü il tarixli, 880№-li Sərəncamının 3-cü bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikasının "Azəravtonəqliyyat" Dövlət Konserni və "xxxx" Dövlət Şirkəti ləğv edilsin və onların tərkibində olan müəssisələr, təşkilatlar və digər obyektlər Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin tabeliyinə verilsin. Həmin Fərmanın 8-ci bəndində qeyd edilir ki, Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi: bu fərmanın 3-cü bəndində göstərilən Konsern və Şirkətin ləğvi ilə bağlı həmin sahələrin fəaliyyətini təmin etmək məqsədilə müvafiq hüquqi şəxslər yaratsın. Qeyd edilənlər təhlil olunarkən aydın olur ki, Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi xx.xx.1998-ci il tarixdə (Konsernin fəaliyyətinin davam etdiyi dövrdə) yaradılmışdır, 10 iyun 2003-cü il tarixdə "Azəravtonəqliyyat" Dövlət Konserni ləğv edilərkən Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyinə Konsernin ləğvi ilə bağlı həmin sahələrin fəaliyyətini təmin etmək məqsədilə müvafiq hüquqi şəxslər yaradılması tapşırılmışdır. Belə olan halda, Konsern ləğv edilərkən onun fəaliyyətini tənzimlədiyi sahələrin fəaliyyətini müvafiq hüquqi şəxslərin tənzimləməsi nəzərdə tutulmuşdur. Məhkəmə həmçinin nəzərə alır ki, müvafiq olaraq “Azəravtonəqliyyat” Azərbaycan Dövlət Konserni ilə eyni dövrdə yaradılmış (1992-ci ilin aprel ayında) – "xxxx" Dövlət Konserni Azərbaycan Respublikası Prezidentinin "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında» 2008-ci il 16 aprel tarixli 2761 nömrəli Sərəncamına əsasən yenidən təşkil olunmuş və səhmləri dövlətə məxsus "xxxx" Qapalı Səhmdar Cəmiyyəti (bundan sonra ‒ Cəmiyyət) yaradılmışdır. Bundan başqa hazırda nizamnaməsində müvafiq sahələrdə dövlət siyasətinin həyata keçirilməsini təmin etmək vəzifəsi nəzərdə tutulmuş müxtəlif publik hüquqi şəxslər (Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi PHŞ, zərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi PHŞ və s.) fəaliyyət göstərir. Publik hüquqi şəxslərlə bağlı isə məhkəmə qeyd edir ki, “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikasının Qanununun 2.2-ci maddəsinə əsasən publik hüquqi şəxs – dövlət və bələdiyyə adından yaradılan, ümumdövlət və (və ya) ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olan, dövlət və ya bələdiyyə orqanı olmayan təşkilatdır. Odur ki, iddiaçının dövlət qulluqçusu kimi əmək pensiyasının hesablanmasından cavabdehin imtinası qanunsuz hesab edilə bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq məhkəmə,

QƏRARAALDİ: İddia təmin edilməsin. Qərardan təqdim edildiyi gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Aysev Almazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar