Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-9863/2025 31.07.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Dövlət Vergi Xidməti İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Vergi Xidməti İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 31 iyul 2025-ci il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı (bundan sonra – iddiaçı) xx.xx.2021-ci il tarixdə vergi orqanlarında ********** saylı VÖEN-lə fəaliyyət göstərən, əsas fəaliyyəti malların pərakəndə satışı olan, fəaliyyət ünvanı Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Bakı-Salyan-X1 fiziki şəxsdir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin **********7 nömrəli bildirişinə əsasən, iddiaçı xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikasının Əlavə dəyər vergisi ödəyicilərinin Dövlət reyestrinə daxil edilmişdir. Cavabdehin xx.xx.2025-ci il tarixli, **********9486 nömrəli Qərarı ilə, iddiaçı Azərbaycan Respublikası Vergi Məcəlləsinə əsasən elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilmədən verilməsinə görə Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən 340226.81 manat məbləğində vergi məsuliyyətinə cəlb edilməsi və xx.xx.2025-tarixədək 340226.81 manat məbləğin büdcəyə ödənilməsi təmin edilməsi qərara alınmışdır. İddia tələbi və iddiaçının əsaslandırması, cavabdehin etirazları və digər prosessual hərəkətlər: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən qəbul edilmiş “Vergi ğdəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsulliyə cəlb edilməsi haqqında” xx.xx.2025-ci il tarixli, **********9486 nömrəli qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad edərək iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı xx.xx.2021-ci il tarixdə vergi uçotuna alınmış (VÖEN: **********)və əsas fəaliyyət sahəsi malların pərakəndə satışı olmuşdur. Fəaliyyət göstərdiyi təsərrüfat subyekti (obyekti) Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Bakı-X2 Qərbi ünvanında yerləşməklə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X7 üzrə Baş İdarəsi tərəfindən olduğu yer üzrə xx.xx.2024-cü il tarixdə vergi uçotuna alınmışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsi (bundan sonra-cavabdeh) tərəfindən xx.xx.2024-cü il tarixdə iddiaçının sahibkarlıq fəaliyyəti göstərdiyi mağazada operativ vergi nəzarəti tədbiri keçirilmişdir. Nəzarət tədbiri zamanı təsərrüfat subyektində (obyektində) hər hansı qaydada malların satışı olmamış və eləcə də obyektdə hər hansı mal qalığı, malların əskik gəlməsi və ya malların uçotdan yayındırılması və s. hallar aşkar edilməmiş, həmçinin də digər əməliyyatlar aparılmamışdir. Bu fakt vergi əməkdaşları tərəfindən müvafiq akt tərtib edilməklə təsdiq edilmişdir. Nəzarət tədbirinin mövzusu üzrə mağazada real olaraq heç bir qanun pozuntu halı aşkar edilmədiyi halda, vergi əməkdaşları tərəfindən vergi qanunvericiliyinin tələblərinə və operativ nəzarət tədbirinin mahiyyətinə zidd zidd olaraq xx.xx.2024-cü il tarixli DVX seriyalı 104680 nömrəli Akt tərtib edilərək guya mağazada ******* manat (ƏDV və ticarət əlavəsi daxil olmaqla) dəyərində malların elektron qaimə-faktura təqdim edilmədən satıldığı ehtimal edilmişdir. Cavabdeh tərəfindən vergi qanunvericiliyinin tələbləri açıq-aşkar pozulmaqla tərtib edilmiş yoxlama aktı əsas tutulmaqla “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətinə cəlb edilməsi haqqında” xx.xx.2025-ci il tarixli **********9486 saylı inzibati qərar qəbul edilərək iddiaçı Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən 340226,81 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir. Qanunla müəyyən edilmiş qaydada hüquq pozuntusu aşkar edilmədiyi halda ehtimal (şübhə) əsasında şəxsin vergi məsuliyyətinə cəlb edilməsi vergi və digər aidiyyəti qanunvericilik normalarının hüquqi mahiyyətinə tamamilə ziddir, sahibkarın Azərbaycan Respublikasının Konstitusiyası (maddə 59) ilə və digər qanun və normativ aktlarla qorunan azad sahibkarlıq hüquqlarının pozulmasıdır. Aşağıda göstərilənlərə əsasən hesab edirik ki, cavabdeh inzibati orqanın “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətinə cəlb edilməsi haqqında” xx.xx.2025-ci il tarixli **********9486 nömrəli qərarı vergi qanunvericiliyinin tələblərinə və mövcud məhkəmə təcrübəsinə zidd olduğundan ləğv edilməlidir. Cavabdehin etirazları: Cavabdeh iddiaya yazılı etiraz təqdim edərək iddia tələbinin rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etirazın dəlilləri onunla əsaslandırılmışdır ki, iddia ərizəsində qeyd olunanlar həm işin faktiki hallarına, həm də qanunvericiliyin tələblərinə zidd olduğundan əsassızdır. Məlumat üçün bildirirlər ki, operativ vergi nəzarəti tədbiri keçirilən tarixə iddiaçının aktiv olan 1 obyekti mövcud olmuşdur ki, həmin obyektin fəaliyyət növü "Malların saxlanması və anbarlara yığılması üzrə fəaliyyət” olmuşdur. Bildirirlər ki, vergi orqanlarının mənbəyi bəlli mənbələrdən əldə etdiyi məlumatlar vergi ödəyicisinin fəaliyyətində vergidən yayınma hallarının olmasını ehtimal etməyə əsas vermiş, fəaliyyəti təhlil edilmiş və operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli **********1932 nömrəli Qərar qəbul edilmişdir. Baş İdarənin "Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” qərarı əsasında İddiaçı məxsus Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan ŞTQ, Lökbatan qəsəbəsi, Bakı-X2 qərbi ünvanında yerləşən obyektdə "Malların Vergi Məcəlləsinin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə- faktura əsasında təqdim edilməsinə, topdansatış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirməklə təqdim edilməsinə, habelə malların vergi ödəyicisinin bir təsərrüfat subyektindən (obyektindən) digər təsərrüfat subyektinə göndərilməsi zamanı bu Məcəllənin 71-1.5.10-cu maddəsində nəzərdə tutulan növdə elektron qaimə-fakturanın tərtib edilməsinə nəzarət edilməsi” məsələləri üzrə keçirilən operativ vergi nəzarəti tədbiri zamanı qəbul edilmiş xx.xx.2024-cü il tarixli DVX seriyalı 104679 nömrəli akta əsasən, vergi ödəyicisinin sahibliyində olan obyektdə heç bir mal qalığının olmadığı müəyyən edilmişdir. Keçirilmiş operativ vergi nəzarətinin nəticələrinə əsasən, operativ vergi nəzarətini əhatə edən dövr üzrə 2.826.743,17 manat dəyərində mal idxal edilməsinə, obyektin anbar tipli olmasına və həmin obyektin tamamilə boş olmasına (mal qalığı-sıfır) baxmayaraq elektron qaimə-faktura təqdim etməklə heç bir mal satılmadığı müəyyən edilmişdir. Göstərilən hal nəzərə alınaraq, Vergi Məcəlləsinin 58.13-cü maddəsinin tələblərinin pozulmaqla 3.402.268,08 manat məbləğində (18% ƏDV və 2% ticarət əlavəsi daxil) malın elektron qaimə-faktura təqdim edilmədən digər vergi ödəyicilərinə satıldığı müəyyən edilmiş, bu halı özündə əks etdirən xx.xx.2024-cü il tarixli DVX seriyalı 104680 nömrəli akt tərtib edilmişdir. Vergi ödəyicisinin səlahiyyətli nümayəndəsi sözügedən aktı imzalamaqdan imtina etmişdir. Əlavə olaraq, xx.xx.2024-cü il tarixdə bu halı təsdiqləyən sərbəst akt tərtib edilmişdir. Tərtib edilmiş xx.xx.2024-cü il tarixli DVX seriyalı 104680 nömrəli akt əsasında qəbul edilmiş "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2025-ci il tarixli **********9486 nömrəli qərar ilə iddiaçıya 340.226,81 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X6 Baş İdarəyə təqdim etdiyi xx.xx.2024-cü il tarixli arayışda qeyd etmişdir ki, "İddiaçı fəaliyyətindən tam xəbərdaram. Qeyd olunan obyektdən başqa obyektimiz yoxdur. Heç bir vergi ödəyicisinə saxlanca mal verməmişik, heç bir vergi ödəyicisindən saxlanca mal qəbul etməmişik. Ticarət əlavəmiz 2 faizdir, fiziki şəxsin iş vaxtları həftəiçi 5 gün olmaqla saat 09:00-dan 18:00-dəkdir.” Maliyyə sanksiyasının tətbiq edilməsi əsasları ilə bağlı bildiririk ki, vergi ödəyicisi tərəfindən 2.826.743,2 manat dəyərində olan mallara 2% ticarət əlavəsi və 18% ƏDV tətbiq etməklə 3.402.268,08 manata e-qaimə təqdim etmədən topdan qaydada Vergi Məcəlləsinin 58.13cü maddəsinin tələbini pozaraq müxtəlif vergi ödəyicilərinə satması faktı aşkar olunmuşdur. Ticarət əlavəsi ilə bağlı qeyd edilməlidir ki, iddiaçının səlahiyyətli nümayəndəsi tərəfindən xx.xx.2024-cü il tarixdə malların üzərinə 2% ticarət əlavəsi tətbiq etməklə satışın həyata keçirilməsi barədə arayış təqdim edilmişdir. İddiaçıya məxsus təsərrüfat subyektinin fotoşəkillərinə nəzər yetirdikdə məlum olur ki, obyekt anbar tiplidir və pərakəndə ticarətin həyata keçirilməsi üçün lazımi şəraitə və heç bir göstəriciyə malik olmamışdır. Fotoşəkillərdən görünür ki, obyekt tamamilə ticarətə yararsız və tullantılarla dolu olmuşdur, eyni zamanda obyekt müştərilərin mütəmadi və sıx gediş-gəlişinin olmadığı məkanda yerləşir və bu hal pərakəndə ticarətin həyata keçirilməsi üçün ağlabatan deyildir. Həmin anbardan e- qaimə olmadan topdan satış əməliyyatlarının həyata keçirilməsi birbaşa olaraq, Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən qanun pozuntusu hesab edilir. Həmçinin, qeyd edilməlidir ki, operativ nəzarətin həyata keçirildiyi zaman nəzarətkassa aparatı təsərrüfat subyektində mövcud olmamışdır. Mütəmadi pərakəndə satışlarının olduğunu iddia edən iddiaçının sözdə pərakəndə obyektinin tullantılarla dolu olması, heç bir mal qalığının, heç bir vitrininin olmaması, eyni zamanda obyektdə kassa aparatının mövcud olmaması halı isə ağlabatanlıq meyarına uyğun gəlməməklə böyük sual doğuran məqam hesab edilməlidir. İddiaçı tərəfindən nəzarət-kassa aparatı vasitəsilə aparılmış əməliyyatlar barədə hesabata nəzər yetirdikdə görürük ki, çeklərin əksər hissəsi çox qısa zaman aralığı ilə mədaxil olunmuşdur. Nəzarət-kassa aparatı ilə həyata keçirilmiş əməliyyatlara digər bir mövqedən yanaşaq. Vergi ödəyicisinin operativ vergi nəzarəti başlananadək olan idxal məlumatlarına baxdıqda, 734694 ədəd, 117864.69 kq mal idxal etdiyini görürük. Lakin kassa ilə satışında isə yalnızca 20 ədəd mal təqdim etdiyi görünür. Bu hal da əlavə sübut kimi kassa əməliyyatlarının nəzərə alınmamalı olduğunu labüd edir, eyni zamanda, iddiaçının idxal etdiyi 2.826.743,17 manat dəyərində malların hamısını kassa ilə pərakəndə satması iddialarını da təkzib edir. Ümumiyyətlə, bu hal, yəni topdansatış obyektlərindən satışın pərakəndə formada həyata keçirilməsi həmçinin, Vergi Məcəlləsi və AR Nazirlər Kabinetinin 2014-cü il 3 aprel tarixli 94 nömrəli qərarı ilə qadağan edilmişdir. Eyni zamanda bildirirlər ki, vergi ödəyicisinin vergi uçotuna alındığı vaxtdan indiki vaxtadək heç bir işçisi olmamışdır. Böyük həcmdə idxal əməliyyatları aparan vergi ödəyicisinin iri həcmli satış və ticarətlə bağlı digər əməliyyatlarını təkbaşına icra etməsi real və ağlabatan hal kimi qəbul edilməməlidir. Aydın məsələdir ki, iri həcmli mal partiyalarının faktiki olaraq topdan qaydada digər sahibkarlıq subyektlərinə və ya qanunsuz sahibkarlıqla məşğul olan şəxslərə sənəd verilmədən (elektron qaimə- faktura tərtib edilmədən) satışı birbaşa "kölgə iqtisadiyyatı”nı yaradan əsas amillərdəndir. Bu zaman həmin mal partiyaları "qara bazara” paylanır və vergi orqanı tərəfindən bu mal partiyasının hərəkətinin izlənməsi və sonrakı satış dövriyyəsindən vergilərin hesablanması mümkün olmur və dövlət büdcəsi əsaslı itkilərə məruz qalır. Tərəflərin iştirakı və izahatları: İddiaçının nümayəndəsi və vəkili iddianı müdafiə edərək təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək, etirazın dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: İddia mümkün iddiadır. İddiaçı cavabdehin qəbul etdiyi qərarın ləğv edilməsini xahiş edir ki, bu iddia mübahisələndirmə haqqında iddiadır (İPM, maddə 2.2.1). Qərar iddiaçı barəsində qəbul edilməklə onun üçün əlavə vergi öhdəliyi yaratdığından onun hazırkı iddianı qaldırmaq üçün subyektiv hüququ mövcuddur (İPM, maddə 35.1). Cavabdehin xx.xx.2025-ci il tarixli, **********9486 saylı qərarına əsasən, iddiaçı Azərbaycan Respublikası Vergi Məcəlləsinə əsasən elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilmədən verilməsinə görə Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən 340226.81 manat məbləğində vergi məsuliyyətinə cəlb edilməsi və xx.xx.2025-tarixədək 340226.81 manat məbləğin büdcəyə ödənilməsi təmin edilməsi qərara alınmışdır. İddiaçı xx.xx.2025-ci il tarixli qərarın mübahisələndirilməsi üçün xx.xx.2025-ci il tarixdə iddia ilə məhkəməyə müraciət edərək qanunvericiliklə nəzərdə tutulmuş müddətdə iddianı qaldırmışdır (İPM, maddə 38.1). İnzibati Prosessual Məcəllənin: 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: İşin hallarına görə, cavabdehin hazırda mübahisələndirilən xx.xx.2025-ci il tarixli qərarı ilə iddiaçı Azərbaycan Respublikası Vergi Məcəlləsinə əsasən elektron qaiməfaktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilmədən verilməsinə görə Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən 340226.81 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir. Cavabdeh verginin hesablanması ilə bağlı xx.xx.2025-ci il tarixli qərarını onunla əsaslandırır ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinin rəisi 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri tərəfindən iddiaçının ünvanında keçirilmiş operativ vergi nəzarətinin nəticələri haqqında xx.xx.2024 tarixli 104680 №-li akt(lar)ına, eləcə də Vergi Məcəlləsinin müvafiq maddəsi ilə müəyyən edilmiş qaydada tərtib edilən sənədlərin olmaması üzrə tərtib edilmiş akta və digər sənədlərə baxıb müəyyən etmiş ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.3-cü, 58.13-cü və 71-1-ci maddələrinin tələbləri pozulmuşdur. İddiaçı hazırda bununla razılaşmayaraq həmin qərarı mübahisələndirir. Məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır. Belə ki, hazırkı iddianın növü mübahisələndirmə haqqında iddiadır. Mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Qeyd etmək lazımdır ki, İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X6 operativ vergi nəzarəti zamanı verdiyi izahatında bunun əksinə olaraq, malların müxtəlif vergi ödəyicilərinə və topdan qaydada elektron qaimə-faktura təqdim edilmədən malların satılması faktını etiraf etmişdir. Göstərilən hal bir daha sübut edir ki, fərdi sahibkar İddiaçı inzibati şikayətində heç bir hüquqi əsası olmayan və heç bir sübutla təsdiq edilməyən iddialar irəli sürməklə yol verdiyi qanun pozuntusuna haqq qazandırmağa çalışır...” İddiaçı hazırda cavabdehin xx.xx.2025-ci il tarixli **********9486 nömrəli vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətinə cəlb edilməsi haqqında qərarını mübahisələndirir. Həmin qərar Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən qəbul edilmişdir, hansı ki, həmin normaya əsasən elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə, topdansatış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirməklə təqdim edilməsinə (elektron ticarət qaydasında satılan malların sifariş edilərək pərakəndə satış ticarət obyektlərinə məxsus anbarlardan təqdim edilməsi istisna olmaqla), habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasımn tərtib edilmədən verilməsinə görə - malları təqdim edən şəxsə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə təqdim edilmiş malların satış qiymətinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. İstinad edilən normadan görünür ki, vergi ödəyicisinə Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən maliyyə sanksiyasının tətbiq edilməsi üçün ödəyici topdansatış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malları pərakəndə satış qaydasında rəsmiləşdirməklə təqdim etməlidir. Vergi Məcəlləsinə əsasən: - maddə 13.2.62. pərakəndə satış - malların alıcıya satışının (təqdim edilməsinin) son istehlak məqsədi ilə və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada qəbz və ya nəzarət-kassa aparatının çeki təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyətidir. - maddə 13.2.63. topdansatış - malların alıcıya satışının (təqdim edilməsinin) onun sahibkarlıq fəaliyyəti məqsədləri üçün və yä nız bu Məcəllədə müəyyən edilmiş qaydada elektron-qaimə faktura təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyətidir. Azərbaycan Respublikası Prezidentin n 2017-ci il 16 iyun tarixli 1460 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Topdansatış ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”na əsasən - Bənd 3.5. Topdansatış ticarət sahəsində fəaliyyət göstərən vergi ödəyicisinə məxsus malların təsərrüfatdaxili (bir anbardan digər anbara, bir ticarət obyektindən digər ticarət obyektinə) hərəkəti “Malların təsərrüfatdaxili yerdəyişməsi qaimə-fakturası” ilə sənədləşdirilməklə elektron və ya kağız daşıyıcıda uçota alınır. Topdansatış ticarət sahəsində fəaliyyət göstərən vergi ödəyicisinin bu fəaliyyətlə yanaşı, istehsal (o cümlədən kənd təsərrüfatı məhsullarının! istehsalı) üzrə təsərrüfat subyektləri (obyektləri) mövcud olduqda, həmin təsərrüfat subyektlərindən (obyektlərdən) malların topdansatış ticarət fəaliyyətində istifadə üçün götürü məsi və ya qaytarılması “Malların təsərrüfatdaxili yerdəyişməsi qaimə-fakturası” ilə sənədləşdirilməklə elektron və ya kağız daşıyıcıda uçota alınır. - bənd 3.6. Vergi ödəyicisinə məxsus anbarlar və ya təsərrüfat subyektləri (obyektlər) topdansatış ticarət fəaliyyəti həyata keçirilən təsərrüfat subyektinin (obyektin) hüdudlarından kənarda yerləşdikdə və malların daşınması nəqliyyat vasitəsilə həyata keçirildikdə, həmin nəqliyyat vasitəsi üçün, əlavə olaraq, “Yük avtonəqliyyatı üçün elektron yol vərəqi” tərtib edilir - bənd 4.1. Topdansatış ticarət sahəsində fəaliyyət göstərən təsərrüfat subyektlərində (obyektlərdə) malların təqdim edilməsi (satışı) Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş elektron qaimə-faktura tərtib edilməklə həyata keçirilir. Malların dəyəri nağdsız qaydada (POS-terminal vasitəsilə) ödənildikdə, alıcıya (vergi ödəyicisinə) elektron qaimə-faktura ilə yanaşı, POS- terminaldan çıxarış verilir. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 aprel tarixli 1341 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Pərakəndə ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”na əsasən - bənd 1.3. Bu Qaydada istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.3.1. pərakəndə satış - malların alıcıya satışının (təqdim edilməsinin) son istehiak məqsədilə və yalnız Azərbaycan Respublikasının Vergi Məcəlləsində müəyyən edilmiş qaydada qəbz və ya nəzarət-kassa aparatının çeki təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyəti; 1.3.4. ticarət (xidmət) obyekti - ticatət fəaliyyətini həyata keçirmək məqsədilə istifadə edilən, vergiödəyicilərinə mülkiyyət və ya digər əşya hüququ əsasında məxsus olan əmlak. - bənd 3.5. Pərakəndə ticarət fəaliyyəti göstərən vergiödəyicisinə məxsus malların təsərrüfatdaxili hərəkəti (bir anbardan digər anbara, bir ticarət obyektindən digər ticarət obyektinə) “Malların təsərrüfatdaxili yerdəyişməsi qaimə-fakturası” ilə sənədləşdirilməklə elektron və ya kağız daşıyıcıda uçota alınır. Pərakəndə ticarət fəaliyyəti göstərən vergiödəyicisinin bu fəaliyyətlə yanaşı, istehsal (o cümlədən kənd təsərrüfatı məhsullarının istehsalı) və topdansatış fəaliyyəti üzrə təsərrüfat subyektləri (obyektləri) mövcud olduqda, həmin təsərrüfat subyektlərindən (obyektlərdən) malların pərakəndə satış fəaliyyətində istifadə üçün götürülməsi və ya qaytarılması “Malların təsərrüfatdaxili yerdəyişməsi qaiməfakturası” ilə sənədləşdirilməklə elektron və ya kağız daşıyıcıda uçota alınır. - bənd 3.12. Vergiödəyicisi pərakəndə ticarətlə yanaşı, digər fəaliyyət növlərini həyata keçirdikdə, alınmış malları təyiıpatıpa uyğun olaraq ayrıca uçota almalıdır. Bu zaman həmin mallar “anbarda olan mallar’1, “pərakəndə ticarətdə olan mallar”, “dolu və boş taralar”, “satın alınan məmulatlar’^ “kirayə (yolda olan) mallar” və digər təyinatlar üzrə mədaxil edilir. - bənd 4.3. Pərakəndə ticarət fəaliyyəti ilə məşğul olan vergiödəyicisinin anbarlarında olan malların ticarət obyektlərinə verilməsi “Malların təsərrüfatdaxili yerdəyişməsi qaiməfakturası” ilə sənədləşdirilir. İstinad olunan normalardan görünür ki, malların topdan satışı sahibkarlıq fəaliyyəti məqsədləri üçün mallların alıcıya təqdim edilməsini nəzərdə tutursa, pərakəndə satış son istehlak məqsədi üçün malalrın alıcıya təqdim edilməsini ehtiva edir. Pərakəndə satış ticarət obyektində, topdan satış isə o cümlədən anbarda həyata keçirilir. İşin hallarından görünür ki, iddiaçının fəaliyyət göstərdiyi təsərrüfat obyekti ticarət obyekti deyil, anbar təyinatlı olmuş, habelə iddiaçı malların pərakəndə deyil, topdan satışını həyata keçirmişdir. Belə ki, iddiaçı tərəfindən nəzarət-kassa aparatı vasitəsilə aparılmış əməliyyatlar barədə hesabata nəzər yetirdikdə görünür ki, çeklərin əksər hissəsi çox qısa zaman aralığı ilə mədaxil olunmuşdur. Eyni zamanda vergi ödəyicisinin vergi uçotuna alındığı vaxtdan indiki vaxtadək heç bir işçisi olmamışdır. Böyük həcmdə idxal əməliyyatları aparan vergi ödəyicisinin iri həcmli satış və ticarətlə bağlı digər əməliyyatlarını təkbaşına icra etməsi həyatın normal axarına uyğun hesab olunmur. Sözügedən hallar (obyektlərin anbar tipli olması, çeklərin günün eyni vaxtlarında, qısa vaxt aralığında kassaya vurulması, işçisinin olmaması, yoxlama zamanı obyektdə hər hansı mal qalığının və nəzarət kassa aparatının olmaması) faktiki olaraq torpaq qaydada satılan və elektron qaimə-faktura ilə rəsmiləşdirilməsi olan əməliyyatın pərakəndə qaydada həyata keçirməklə əqdin faktiki mahiyyətinin pərdələnməsi kimi qiymətləndirilir. İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X6 iddiaçının iş vaxtını həftənin 5 günü saat 10:00-dan saat 17:00-dək olduğunu bildirsə də, kassa çeklərərindən saat 18:00 və daha sonrakı zamanlarda) da kassaya mədaxillər edildiyi görünür. Məhkəmə qeyd edir ki, “C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 28 noyabr 2018-ci il tarixli qərarında qeyd edilmişdir ki, “...iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud sübutlarla təsdiq edilib əsaslandırılmalıdır. Materiallar o zaman sübut kimi qəbul oluna bilər ki, onlar faktları təsdiq edən halları nəzərdə tutsun və yalnız obyektiv təsdiqini tapan həmin hallar əsasında məhkəmə iş üçün əhəmiyyət daşıyan faktiki halları müəyyən etsin...Məhkəmə faktın etiraf edilməsi barədə işdə iştirak edən şəxsin izahatını dərhal əsaslı sübut kimi qəbul edə bilməz. Etiraf hər bir halda prosessual qanunvericiliyə əsasən məhkəmə tərəfindən yoxlanılmalıdır...” Konstitusiya Məhkəməsinin istinad olunan qərarındakı hüquqi mövqeni nəzərə almaqla məhkəmə qeyd edir ki, faktın etiraf edilməsi barədə işdə iştirak edən şəxsin izahatı bütün hallarda əsaslı sübut kimi qəbul edilmir. İlk öncə etiraf da, digər sübutlar kimi, hər bir halda prosessual qanunvericiliyə əsasən məhkəmə tərəfindən yoxlanılmalıdır. Əgər iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edilərsə, yalnız bu zaman həmin etiraf - izahatın sübut kimi qəbuledilənliyi məhkəmə üçün labüd olur. Real həyat müşahidələri də göstərir ki, etiraf, hər zaman şəxsin sərbəst iradəsini ifadə etmir. Mümkündür ki, əhəmiyyətli yanılma və ya digər hallarda hər hansı faktla bağlı izahat verilsin. Lakin sonradan işin əsli məlum olduğunda müəyyən korreksiyaların edilməsi və ya fərqli məzmunda mövqe göstərişi istisna olunmur. Məhz bu baxımdan yanaşdıqda, məhkəmə cavabdehin hazırki mübahisə üzrə mal qalığı barədə əsas sübut kimi istinad etdiyi iddiaçının nümayəndəsinin izahatını iş üzrə yekun nəticəyə gəlmək üçün yetərli hesab etmir (bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1 (102)-1950/2022 saylı qərarı). Hazırkı iş materiallarını qeyd olunan konteksdə yoxlayan məhkəmə hesab edir ki, iddiaçının nümayəndəsinin izahatı iş üzrə digər sübutlarla, həmçinin iki gün ərzində iddiaçının kassaya daxil etdiyi əməliyyatların sayı, fəaliyyəti göstərdiyi təsərrüfat obyektinin ticarət obyekti deyil, anbar olması kimi faktlarla öz təsdiqin tapır. Belə ki, qanunverici pərakəndə satış zamanı kassaya daxil edilən əməlyyatların həcmi ilə bağlı hər hansı bir tələb müəyyən etməsə də, iddiaçının operativ vergi nəzarəti başlananadək olan idxal məlumatlarına baxdıqda, 734694 ədəd 117864.69 kq mal idxal etdiyi görünür, lakin kassa ilə satışında isə yalnızca 20 ədəd mal təqdim etmişdir. İddiaçının fəaliyyət göstərdiyi obyektin faktiki vəziyyəti və yerləşmə yeri nəzərə alındıqda, 734694 ədəd 117864.69 kq mal ticarət qaydasında satılmasının mümkünlüyü həyatın normal axarına uyğun hesab olunmur. İddia ərizəsindən də görünür ki, iddiaçı mübahisəli qərarın ləğvini tələb edərkən onun topdansatış fəaliyyəti ilə məşğul olmadığına deyil, cavabdeh tərəfindən prosessual normaların pozulmasına istinad etmişdir. Məhkəmə qeyd edir ki, İPM-in 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarının pozulduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Normanın mənasına görə formal (prosessual) hüquqi tələblərin pozulmasına görə inzibati akt o zaman ləğv olunur ki, həmin pozuntu qərara təsir etsin, yəni müddəaya riayət edilmiş olacağı təqdirdə oxşar deyil, fərqli qərar qəbul edilsin. Hazırkı halda cavabdeh orqan maddi hüquq normalarını düzgün tətbiq etdiyindən məhkəmə hesab edir ki, onun formal tələblərə əməl etməməsi qərarın ləğvi üçün əsas ola bilməz. Bundan əlavə, iddiaçı cavabdeh tərəfindən operativ vergi nəzarətinin keçirilməsi haqqında qərarında Vergi Məcəlləsinin 50.2-ci maddəsinin hər hansi bir nomrasına istinad edilməməsini bildirmişdir. Bununa bağlı məhkəmə qeyd edir ki, işdə olan operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli qərarda belə bir istinad olmasa da, həmin tarixli KY242265564 nömrəli sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışdan görünür ki, həmin operativ vergi nəzarəti Vergi Məcəlləsinin 50.2.2-ci maddəsinə əsasən keçirilmişdir. Mübahisəli qərarın qəbul edildiyi dövrdə qüvvədə olan Vergi Məcəlləsinin 50.1-ci maddəsinə görə operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti üçün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır: 50.1.13. malların bu Məcəllənin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, topdansatış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirməklə təqdim edilməsinə, habelə malların vergi ödəyicisinin bir təsərrüfat subyektindən (obyektindən) digər təsərrüfat subyektinə (obyektinə) göndərilməsi zamanı bu Məcəllənin 71-1.5.10-cu maddəsində nəzərdə tutulan növdə elektron qaiməfakturanın tərtib edilməsinə nəzarət edilməsi. Həmin Məcəllnin 50.4-1-ci maddəsinə əsasən bu Məcəllənin 50.1-ci maddəsi üzrə operativ vergi nəzarəti Məcəllənin 56.1-ci və 85.4-cü maddələrində nəzərdə tutulan dövr üzrə həyata keçirilir. Həmin Məcəllənin 56.1-ci maddəsinə görə Azərbaycan Respublikası Vergi Məcəlləsinin tələblərinin (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) pozulması anından 3 il (xaricdə əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu hallarda həmin gəlirlər üzrə 5 il, həmçinin bu Məcəllənin 71.4-cü maddəsi ilə müəyyən edilmiş sənədlərin və məlumatların saxlanılması ilə bağlı ən azı 5 il, habelə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə uyğun olaraq təyin edilən vergi yoxlamalarında isə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə müvafiq olaraq cinayət məsuliyyətinə cəlb etmə müddəti) keçmişdirsə, şəxs həmin hüquq pozuntusunun törədilməsinə görə məsuliyyətə cəlb edilə bilməz və vergi öhdəlikləri yarana bilməz. Həmin Məcəllənin 85.4-cü maddəsinə əsasən vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra (səyyar vergi yoxlaması zamanı əlavə hesablanmış vergilər, faizlər və maliyyə sanksiyaları üzrə səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə çıxarılmış qərarın tarixindən etibarən) 5 il ərzində tutmaq hüququna malikdirlər. Beləliklə, məhkəmə iş üzrə təqdim еdilmiş sübutlаrı məcmu hаlındа qiymətləndirərək hеsаb еdir ki, İPM-in 14.1-ci maddəsinin tələbləri baxımından, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etdiyindən iddia təmin еdilməməlidir. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddiaçı tələbi rədd edilsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Bəhlul Cəlalov
Məhkəmə qərarları › İş №e-2-1(112)-9863/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-9863/2025
31.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver