Məhkəmə qərarları › İş №e-2-1(112)-987/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-987/2024

26.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-987/2024 26.02.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi, İddiaçının vəkili və nümayəndəsi Vəkil1, Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi və həmin tarixdən pensiyanın ödənilməsinin təmin edilməsi barədə inzibati aktın qəbul edilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri Nəsimi rayonu N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: I.İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ““Vətəndaşların pensiya təminatı haqqında” 07 mart 2007-cı il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Qanununa əsasən 2013-cü ilin 18 fevralından (57 yaşı tamam olduğu gündən) iddiaçıya əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər — istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısı”nda nəzərdə tutulmuş şəxs kimi güzəştli şərtlərlə yaşa görə pensiya təyin etmək, həmin pensiyanı 31 dekabr 2009-cu il tarixdə çalışdığı “Azdəmiryolservis” X2 texniki qurğularının və inzibati binalarının istismarı Trestinin rəisi vəzifəsinin bugünkü orta aylıq əmək haqqının (1.063 manatın) 87 faizi (924,81 manat) məbləğində hesablamaq, həmin tarixdən həmin pensiyanın ona ödənilməsini təmin etmək barədə inzibati aktın qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx xxxxxx 1956-cı ildə keçmiş Dəvəçi (indiki Şabran) rayonunda doğulmuşdur. Ali təhsillidir. 1994-cü ildə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunu bitirmişdir. 14 may 1974-cü ildən 29 may 1976-cı ilədək SSRİ Silahlı Qüvvələri sıralarında müddətli həqiqi hərbi xidmətdə olmuş, 26 avqust 1976-cı ildən 12 sentyabr 1976-cı ilədək Azərbaycan Dəmir Yolu Biləcəri Lokomotiv deposunda teplovozların qaldırıcı təmiri üzrə çilingər, 13 sentyabr 1976-cı il tarixdən 30 noyabr 1976cı ilədək həmin Deponun texniki nəzarət məntəqəsində lokomotivlərin təmiri və yoxlanılması üzrə birinci dərəcəli çilingər, 01 dekabr 1976-cı il tarixdən 31 may 1977-ci ilədək həmin Deponun texniki nəzarət məntəqəsində lokomotivlərin təmiri və yoxlanılması üzrə ikinci dərəcəli çilingər, 01 iyun 1977-ci il tarixdən 31 may 1978-ci ilədək həmin Deponun texniki nəzarət məntəqəsində lokomotivlərin təmiri və yoxlanılması üzrə üçüncü dərəcəli çilingər, 01 iyun 1978-ci il tarixdən 28 avqust 1978-ci ilədək həmin Deponun texniki nəzarət məntəqəsində lokomotivlərin təmiri və yoxlanılması üzrə dördüncü dərəcəli çilingər, 29 avqust 1978- ci il tarixdən 14 noyabr 1978-ci ilədək elektrovoz maşinistinin köməkçisi, 15 noyabr 1978-ci ildən 17 iyun 1981-ci ilədək Dəvəçi p/p elektrovozunun maşinistinin köməkçisi, 18 iyun 1981-ci il tarixdən 22 iyun 1981-ci ilədək Dəvəçi p/p elektrovozunun maşinistinin dublyoru, 23 iyun 1981-ci il tarixdən 04 mart 1984-cü ilədək Dəvəçi p/p elektrovozunun maşinisti, 05 mart 1984-cü il tarixdən 31 mart 1986-cı il tarixədək Şirvan stansiyasının elektrovoz maşinisti, 01 aprel 1986-cı il tarixdən 31 avqust 1989-cu il tarixədək 3-cü dərəcəli elektrovoz maşinisti işləmişdir. 1 sentyabr 1989-cu il tarixdə Bakı Ali Partiya Məktəbinin əyani şöbəsinin birinci kursuna daxil olmuş, beş il orada əyani təhsil almış, Bakı Ali Partiya Məktəbi Bakı Sosial İdarəetmə və Politologiya İnstitutu kimi yenidən qurulduğu üçün 31 iyul 1994-cü il tarixdə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunu bitirmişdir. 07 avqust 1994-cü il tarixdən 25 fevral 1995-ci il tarixədək 1-ci kateqoriya distansiya (məsafə) mühəndisi vəzifəsində çalışmışdır. 25 fevral 1995-ci il tarixdə Azərbaycan Dəmir Yolu İdarəsinin sərəncamına köçürülməyi ilə əlaqədar olaraq Azərbaycan SSR ƏQM-nin 36-cı maddəsinin 5 “b” bəndinə əsasən tutduğu vəzifədən azad edilmişdir. 27 fevral 1995-ci il tarixdə Azərbaycan Dəmir Yolu İdarəsi Xüsusi yol xidmətinin rəis müavini vəzifəsinə təyin edilmiş, 01 sentyabr 1998-ci il tarixdə yolun xüsusi şöbəsinin rəis müavini vəzifəsinə, 26 avqust 1999-cu il tarixdə həmin vəzifədən Mənzil-istismar təmir Birliyinin rəisi vəzifəsinə keçirilmiş, 02 aprel 2001-ci il tarixdə Azərbaycan Respublikası ƏM-nin 70-ci maddəsinin “a” bəndi ilə (idarənin ləğvi) tutduğum vəzifədən azad edilmişdir. 1 aprel 2001-ci il tarixdə müvəqqəti olaraq Yolun texniki inzibati binalarının istismarı müəssisəsinin rəisi vəzifəsinə təyin edilmiş, 18 aprel 2001-ci il tarixdə həmin vəzifəyə təsdiq edilmiş, 01 yanvar 2002-ci il tarixdə “Azdəmiryolservis” İstehsalat Birliyinin inzibati binalarının istismarı müəssisəsinin rəisi vəzifəsinə, 01 sentyabr 2003-cü il tarixdə Yolun texniki binalarının istismarı müəssisəsinin rəisi vəzifəsinə, 26 yanvar 2005-ci il tarixdə Yolun texniki qurğularının və inzibati binalarının istismarı Trestinin rəisi vəzifəsinə, 03 mart 2010-cu il tarixdə "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Dəmir yollarının və texniki qurğularının təmir-tikinti departamentinin rəsi vəzifəsinə keçirilmiş, 19 fevral 2016-cı il tarixdə Azərbaycan Respublikası ƏM-nin 68ci maddəsinin 2-ci hissəsini “a” bəndi ilə (öz xahişinə əsasən) tutduğu vəzifədən azad edilmiş və onunla bağlanılmış əmək müqaviləsinə xitam verilmişdir. 28 dekabr 2000-ci il tarixdə “Fəxri dəmiryolçu” döş nişanı almışam. Azərbaycan Respublikası Prezidentinin 12 oktyabr 2010-cu il tarixli 1151 nömrəli Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin 13 oktyabr 2014-cü il tarixli 765 nömrəli Sərəncamı ilə “Əməkdar Mühəndis” Fəxri Adına layiq görülmüşdür. 18 fevral 2021-ci il tarixdə 65 yaşına çatdığı üçün yaşa görə əmək pensiyası təyin edilmiş və hazırda yaşa görə əmək pensiyası alır. İşləmir. Əmək veteranıdır. Lakin hazırda ona məlum olmuşdur ki, əslində ona 18 fevral 2013-cü il tarixdə, yəni 57 yaşı tamam olduğu gün əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməli idi. “Vətəndaşların pensiya təminatı haqqında” 07 mart 2007-ci il tarixədək qüvvədə olan 23 sentyabr 1992-ci il, 305 nömrəli Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndində göstərilir ki, əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər— istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısı”nın “XXVİİİ. Nəqliyyat” bölməsində aşağıdakılar nəzərdə tutulmuşdur: Həmçinin "Azərbaycan Dəmir Yolları” QSC-nin 13 yanvar 2023-cü il tarixli 13- 1/2-M-3/1-42/2023 nömrəli arayışından görünür ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun güzəştli şərtlə yaşa görə əmək pensiyası hüququ verən vəzifələrdə (peşələrdə) qeyd edilən tarixlər (xx.xx.1976xx.xx.1989) üzrə 11 il 18 gün, eyni zamanda hərəkətdə olan tərkibin təmiri üzrə çilingər peşəsi ilə oxşarlıq təşkil edən lokomotivlərin təmiri və baxışı üzrə çilingər peşəsində qeyd edilən tarixlər (xx.xx.1976-29.081978) üzrə 1 il 11 ay 15 gün, yuxarıda qeyd edilən bütün peşələr üzrə ümumi sosial sığorta (əmək) staşı 13 il 3 gün təşkil edir. Beləliklə, onun 14 may 1974-cü il tarixdən 19 fevral 2016-cı il tarixə kimi cəmi 41 il 6 ay 3 gün, 14 may 1974-cü il tarixdən 01 yanvar 2006-cı il tarixədək, yəni «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək 31 il 4 ay 14 gün ümumi, 13 il 3 gün (26 avqust 1976-31 avqust 1989) isə xüsusi (güzəştli şərtlərlə) əmək stajı vardır. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə 3 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə görə, bu Qanunun 12, 13, 15, 16, 19, 35, 40, 53- cü maddələrində və 90-cı maddənin üçüncü, dördüncü, beşinci abzaslarında nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. Yəni sadalanan maddələrlə yanaşı həmin Qanunun 13-cü maddəsinin “b” bəndində nəzərdə tutulmuş 55 yaş 57 yaşa qaldırılmışdır. Ona görə də 2013-cü ilin 18 fevralından (57 yaşı tamam olduğu gündən) güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malik olmuşdur. “Vətəndaşların pensiya təminatı haqqında” 07 mart 2007-ci il tarixədək qüvvədə olan 23 sentyabr 1992-ci il, 305 nömrəli Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin (“Yaşa görə pensiyaların məbləği”) birinci hissəsinə görə, yaşa görə pensiya, pensiya üçün müraciət edənin orta aylıq əmək haqqının (72-ci maddə) 60 faizi, bu Qanunun 13-cü maddəsinin «a» bəndində nəzərdə tutulan işlərdə çalışan işçilərə 70 faizi, «b» bəndində nəzərdə tutulan işlərdə çalışan işçilərə isə 65 faizi, lakin minimum pensiyadan az olmayan məbləğdə təyin edilir. Həmin Qanunun 17-ci maddəsinin üçüncü hissəsinə görə, yaşa görə pensiyaların əsas məbləği, habelə minimum məbləğdə hesablanmış pensiyalar tələb olunan iş stajından artıq hər tam il üçün minimum pensiyanın iki faizindən az olmamaq şərti ilə, orta aylıq əmək haqqının iki faizi qədər artırılır. Həmin Qanunun 17-ci maddəsinin beşinci hissəsinə görə, həmin maddə üzrə yaşa görə hesablanmış pensiyanın məbləği tələb olunan iş stajından artıq hər tam ilə görə minimum pensiyanın üzərinə hesablanmış əlavə istisna olmaqla, orta aylıq əmək haqqının 85 faizindən, 13-cü maddənin «a» bəndində nəzərdə tutulan işçilərin pensiyası orta aylıq əmək haqqının 100 faizindən, «b» bəndində nəzərdə tutulan işçilərin pensiyası isə orta aylıq əmək haqqının 90 faizindən artıq ola bilməz. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə 27 oktyabr 2009-cu il tarixli, № 904-İİİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununa edilmiş həmin dəyişikliklər 01 yanvar 2010-cu il tarixdən qüvvəyə minmişdir. Həmin dəyişikliklərdən sonra təyin ediləcək pensiya məbləğlərinin orta aylıq əmək haqlarından asılılığı aradan qaldırılmışdır. Deməli, 14 may 1974-cü il tarixdən 01 yanvar 2010-cu il tarixə kimi (həmin vaxtdan sonra artıq yaşa görə pensiya təyin edilərkən orta aylıq əmək haqqına istinad edilmir) 36 il 4 ay 14 gün əmək stajı vardır. Yəni əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısında nəzərdə tutulmuş şəxs kimi tələb olunan ümumi iş stajından (25 ildən) 11 il 4 ay 14 gün artıq iş stajı vardır. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının Qanununun 17-ci maddəsinə əsasən pensiya hər artıq ilə görə iki faiz artırıldığına görə ona təyin ediləcək pensiyanın miqdarı orta aylıq əmək haqqının 65+11x2=65+22=87 faizi həcmində olmalıdır. Yəni təyin ediləcək yaşa görə pensiyanın miqdarı 31 dekabr 2009-cu il tarixdə çalışdığı “Azdəmiryolservis” X2 texniki qurğularının və inzibati binalarının istismarı Trestinin rəisi vəzifəsinin bügünkü orta aylıq əmək haqqının 87 faizi məbləğində olmalı və yaşa görə güzəştli şərtlərlə pensiya 18 fevral 2013-cü il tarixdən hesablanmaqla ödənilməlidir. “Vətəndaşların pensiya təminatı haqqında” 07 mart 2007-ci il tarixədək qüvvədə olan 23 sentyabr 1992-ci il, 305 nömrəli Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində qeyd olunur ki, dövlət pensiyaları almaq hüququ olan şəxslər pensiya almaq hüququ yarandıqdan sonra heç bir müddət məhdudiyyəti olmadan və fəaliyyət xarakterindən asılı olmayaraq istənilən vaxt pensiya təyin edilməsi üçün müraciət edə bilərlər. Azərbaycan Respublikasının Konstitusiyasının 149-cu maddəsinin (“Normativ hüquqi aktlar”) Vİİ hissəsinə görə, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Bundan başqa «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 9.8-ci maddəsində göstərilir ki, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1 -ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir. Həmin Qanunun 9.1-ci maddəsində qeyd olunur ki, axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Odur ki, “Vətəndaşların pensiya təminatı haqqında” 07 mart 2007-cı il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Qanununa əsasən 2013cü ilin 18 fevralından(57 yaşım tamam olduğu gündən) ona əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər— istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısında nəzərdə tutulmuş şəxs kimi güzəştli şərtlərlə yaşa görə pensiya təyin etmək, həmin pensiyanı 31 dekabr 2009-cu il tarixdə çalışdığı “Azdəmiryolservis” X2 texniki qurğularının və inzibati binalarının istismarı Trestinin rəisi vəzifəsinin bügünkü orta aylıq əmək haqqının (1.063 manatın) 87 faizi (924,81 manat) məbləğində hesablamaq, həmin tarixdən həmin pensiyanın ona ödənilməsini təmin etmək xahişi ilə 10 fevral 2023-cü il tarixdə cavabdehə müraciət etmişdir. Cavabdeh 14 mart 2023-cü il tarixli 3-17-1/2-M-53398/2023 nömrəli məktubla xahişinin təmin edilməsindən imtina etmişdir. Belə ki, 14 mart 2023-cü il tarixli 3- 17-1/2-M-53398/2023 nömrəli məktubundan görünür ki, “...Mərkəzi Filiala təqdim etdiyiniz sənədlərdə qeyd edilən məlumatlardan göründüyü kimi, sizin güzəştli iş stajınız 12 il 6 aydan az 11 il 14 gün (xx.xx.1976-xx.xx.1976-cı il, xx.xx.1978-xx.xx.1981-ci il və xx.xx.1981-xx.xx.1989-cu il tarixləri arasındakı dövrlər) təşkil edir. Qeyd olunanları nəzərə alaraq sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Müraciətinizə baxılmasının bu məktubda əks olunan nəticəsi ilə bağlı qərarla razı olmadığınız təqdirdə 30 gün müddətində yuxarı inzibati orqana və ya məhkəməyə müraciət etmək hüququnuz vardır”. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının bu hərəkəti qanunsuzdur və əslində həm təqdim etdiyi sənədlərdən, eləcə də "Azərbaycan Dəmir Yolları” QSC-nin 13 yanvar 2023-cü il tarixli 13-1/2-M-3/1-42/2023 nömrəli arayışından görünür ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun güzəştli şərtlə yaşa görə əmək pensiyası hüququ verən vəzifələrdə (peşələrdə) ümumi sosial sığorta (əmək) stajı 13 il 3 gün təşkil edir. Bu da tələb olunan 12 il 6 ay xüsusi stajdan 6 ay 3 gün çoxdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsində göstərilir ki, inzibati məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) baxır. Həmin Məcəllənin 38.2-ci maddəsinə görə, məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə görə, bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Həmin Məcəllənin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, “Vətəndaşların pensiya təminatı haqqında” 07 mart 2007cı il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Qanununa əsasən 2013-cü ilin 18 fevralından (57 yaşı tamam olduğu gündən) ona əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər— istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısı”nda nəzərdə tutulmuş şəxs kimi güzəştli şərtlərlə yaşa görə pensiya təyin etmək, həmin pensiyanı 31 dekabr 2009-cu il tarixdə çalışdığı “Azdəmiryolservis” X2 texniki qurğularının və inzibati binalarının istismarı Trestinin rəisi vəzifəsinin bugünkü orta aylıq əmək haqqının (1.063 manatın) 87 faizi (924,81 manat) məbləğində hesablamaq, həmin tarixdən həmin pensiyanın ona ödənilməsini təmin etmək barədə inzibati aktın qəbul edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. İddiaçının vəkili və nümayəndəsi xx.xx.2023-cü il tarixli yazılı ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, təmsil etdiyi İddiaçı “Vətəndaşların pensiya təminatı haqqında” 07 mart 2007-cı il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Qanununa əsasən 2013-cü ilin 18 fevralından (57 yaşı tamam olduğu gündən) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısı”nda nəzərdə tutulmuş şəxs kimi güzəştli şərtlərlə yaşa görə pensiya təyin etmək, həmin pensiyanı 31 dekabr 2009-cu il tarixdə çalışdığım “Azdəmiryolservis” X2 texniki qurğularının və inzibati binalarının istismarı Trestinin rəisi vəzifəsinin bugünkü orta aylıq əmək haqqının (1.063 manatın) 87 faizi (924,81 manat) məbləğində hesablamaq, həmin tarixdən həmin pensiyanın ona ödənilməsini təmin etmək barədə inzibati aktın qəbul edilməsi öhdəliyinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısı”nın “XXVİİİ. Nəqliyyat” bölməsində aşağıdakılar nəzərdə tutulmuşdur: 23001000 Dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər 23001000— teplovoz, elektrovoz maşinistləri və maşinist köməkçiləri 14241 23001000— elektrik qatarlarının (seksiyalarının) maşinistləri 14409 23001000— hərəkətdə olan tərkibin təmiri üzrə çilingərlər 18540 Həmçinin "xxxx" QSC-nin 13 yanvar 2023-cü il tarixli 13-1/2-M-3/1-42/2023 nömrəli arayışından görünür ki, İddiaçı «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun güzəştli şərtlə yaşa görə əmək pensiyası hüququ verən vəzifələrdə (peşələrdə) qeyd edilən tarixlər (xx.xx.1976-xx.xx.1989) üzrə 11 il 18 gün, eyni zamanda hərəkətdə olan tərkibin təmiri üzrə çilingər peşəsi ilə oxşarlıq təşkil edən lokomotivlərin təmiri və baxışı üzrə çilingər peşəsində qeyd edilən tarixlər (xx.xx.1976xx.xx.1978) üzrə 1 il 11 ay 15 gün, yuxarıda qeyd edilən bütün peşələr üzrə ümumi sosial sığorta (əmək) staşı 13 il 3 gün təşkil edir. Beləliklə, İddiaçı 14 may 1974-cü il tarixdən 19 fevral 2016-cı il tarixə kimi cəmi 41 il 6 ay 3 gün, 14 may 1974- cü il tarixdən 01 yanvar 2006-cı il tarixədək, yəni «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək 31 il 4 ay 14 gün ümumi, 13 il 3 gün (26 avqust 1976-31 avqust 1989) isə xüsusi (güzəştli şərtlərlə) əmək stajı vardır. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə 3 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə görə, bu Qanunun 12, 13, 15, 16, 19, 35, 40, 53-cü maddələrində və 90-cı maddənin üçüncü, dördüncü, beşinci abzaslarında nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. Yəni sadalanan maddələrlə yanaşı həmin Qanunun 13-cü maddəsinin “b” bəndində nəzərdə tutulmuş 55 yaş 57 yaşa qaldırılmışdır. Ona görə də, İddiaçı 2013-cü ilin 18 fevralından (57 yaşı tamam olduğu gündən) güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malik olmuşdur. Lakin cavabdeh İddiaçı iddia ərizəsinə etiraz ünvanlayaraq, həm də "xxxx" QSC-nin 14 mart 2023-cü il tarixli məktubuna əsaslanaraq bildirmişdir ki, onun güzəştli şərtlərlə iş stajı 12 il 6 aydan az, yəni 11 il 14 gün təşkil edir, odur ki, qanunvericiliyə uyğun olaraq İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün hesab edilmir. İddiaçı verilmiş "xxxx" QSC-nin 13 yanvar 2023-cü il tarixli 13-1/2-M-3/1-42/2023 nömrəli arayışından görünür ki, İddiaçı «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun güzəştli şərtlə yaşa görə əmək pensiyası hüququ verən vəzifələrdə (peşələrdə) qeyd edilən tarixlər (xx.xx.1976xx.xx.1989) üzrə 11 il 18 gün, eyni zamanda hərəkətdə olan tərkibin təmiri üzrə çilingər peşəsi ilə oxşarlıq təşkil edən lokomotivlərin təmiri və baxışı üzrə çilingər peşəsində qeyd edilən tarixlər (xx.xx.1976xx.xx.1978) üzrə 1 il 11 ay 15 gün, yuxarıda qeyd edilən bütün peşələr üzrə ümumi sosial sığorta (əmək) stajı 13 il 3 gün təşkil edir. Lakin məhkəmənin sorğusu əsasında "xxxx" QSC-nin 14 mart 2023-cü il tarixli məktubunda göstərilir ki, onun güzəştli şərtlərlə iş stajı 12 il 6 aydan az, yəni 11 il 14 gün təşkil edir. Elə bil ki, İddiaçı işlədiyi "xxxx" QSC məhkəmənin sorğusuna cavab verərkən onun əmək kitabçasına əhəmiyyət verməmişdir. Belə ki, İddiaçı əmək kitabçasının təsdiq olunmuş surətindən görünür ki, o, 13 sentyabr 1976-cı il tarixdən 30 noyabr 1976-cı il tarixədək həmin Deponun texniki nəzarət məntəqəsində lokomotivlərin təmiri və yoxlanılması üzrə birinci dərəcəli çilingər, 01 dekabr 1976-cı il tarixdən 31 may 1977-ci ilədək həmin Deponun texniki nəzarət məntəqəsində lokomotivlərin təmiri və yoxlanılması üzrə ikinci dərəcəli çilingər, 01 iyun 1977-ci il tarixdən 31 may 1978-ci il tarixədək həmin Deponun texniki nəzarət məntəqəsində lokomotivlərin təmiri və yoxlanılması üzrə üçüncü dərəcəli çilingər, 01 iyun 1978-ci il tarixdən 28 avqust 1978-ci ilədək həmin Deponun texniki nəzarət məntəqəsində lokomotivlərin təmiri və yoxlanılması üzrə dördüncü dərəcəli çilingər vəzifəsində (cəmi 1 il 11 ay 15 gün) çalışmışdır. Həmin müddət (1 il 11 ay 15 gün) isə "xxxx" QSC-nin 14 mart 2023-cü il tarixli məktubunda nəzərə alınmamışdır. İş materiallarında olan İddiaçı əmək kitabçasının təsdiq olunmuş surətində ətraflı və aydın göstərilməsinə baxmayaraq, həm "xxxx" QSC, həm də cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısı”nın “XXVİİİ. Nəqliyyat” bölməsində nəzərdə tutulmuş aşağıdakı koda daxil etməli olduqları halda həmin müddəti (1 il 11 ay 15 gün) həmin koda daxil etməmişlər: Ona əsaslanmışlar ki, həmin müddət ərzində İddiaçı lokomotivlərin təmiri və baxışı üzrə çilingər işləmiş, hərəkətdə olan tərkibin təmiri üzrə çilingər vəzifəsində çalışmamışdır. Yəni onun əmək kitabçasında müvafiq dövr üçün “hərəkətdə olan tərkibin təmiri üzrə” sözü yazılmamışdır. Məlum olduğu kimi, dəmiryolla bağlı bütün terminlər rus dilindən Azərbaycan dilinə tərcümə edilmişdir. “Wikipediya”dan və RF-nın dəmir yolu üzrə təlimatlarında göstərilir: Железнодорожный подвижной состав включает в себя локомотивы, грузовые вагоны, пассажирские вагоны локомотивной тяги, моторвагонный подвижной состав, а также различный специальный подвижной состав (единицей железнодорожного подвижного состава считается отдельный локомотив, вагон, моторвагон). Tərcüməsi: Dəmir yolunun hərəkətdə olan tərkibinə lokomotivlər, yük vaqonları, lokomotivlə çəkilən sərnişin vaqonları, çoxsaylı vaqonlu vaqonlar, habelə müxtəlif xüsusi vaqonlar daxildir (fərdi lokomotiv, vaqon, avtovaqon dəmir yolu vaqonunun vahidi hesab edilir). Yəni lokomotivlər hərəkətdə olan tərkibə daxidir, yəni hərəkətdə olan tərkibin əsas halqasıdır. Beləliklə, İddiaçı lokomotivlərin təmiri və baxışı üzrə çilingər işlədiyi üçün, o, həm də “hərəkətdə olan tərkibin təmiri üzrə çilingər”dir. Odur ki, İddiaçı işlədiyi lokomotivlərin təmiri və baxışı üzrə çilingər vəzifəsi elə “hərəkətdə olan tərkibin təmiri üzrə çilingər” vəzifəsidir, “23001000—18540” koduna daxildir. Bundan əlavə, İddiaçı ”Azərbaycan Dəmir Yolları” QSC-də işlədiyi müddət zamanı (xx.xx.1976xx.xx.1989 və xx.xx.1976-xx.xx.1978) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993 -cü il 21 iyun tarixli 320 nömrəli qərarı heç qəbul edilməmişdi. Yəni əmək kitabçasını yazan şəxslər onun əmək fəaliyyətini bildikləri şəkildə əmək kitabçasına daxil etmişlər. Ona görə də, İddiaçı ”Azərbaycan Dəmir Yolları” QSC-də güzəştli şərtlərlə iş staşı 13 il 3 gün təşkil edir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə iddia tələbi ““Vətəndaşların pensiya təminatı haqqında” 07 mart 2007-cı il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Qanununa əsasən 2013-cü ilin 18 fevralından (57 yaşının tamam olduğu gündən) İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 saylı Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısı”nda nəzərdə tutulmuş şəxs kimi güzəştli şərtlərlə yaşa görə pensiyanın təyin edilməsi və həmin tarixdən həmin pensiyanın ona ödənilməsinin təmin edilməsi” kimi dəyişdirilmişdir. Cavabdeh iddiaya dair yazılı etiraz ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, iddiaçı Fondun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına müraciət edərək güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Lakin İddiaçı güzəştli iş stajının tamamlanmaması səbəbindən müraciətin müsbət həllinin mümkün olmayacağı yazılı şəkildə bildirilmişdir. Bundan sonra, İddiaçı məhkəməyə təqdim etdiyi iddia ərizəsində qeyd etdiyi dövrlərin sosial sığorta stajına daxil edilməklə güzəştli şərtlərlə yaşa görə pensiyanın təyin olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1 -ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericililklə müəyyən edilmiş tələblərə müvafiq surətdə həmin Qanuna uyğun olaraq təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, 25 il ümumi iş stajı olan və bu stajın azı 12 il 6 ayını Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş zərərli və ağır işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Bundan əlavə Azərbaycan Respublikası Ali Məhkəməsinin 2020-ci il 18 noyabr tarixli icmal məktubuna əsasən məcburetmə və ya öhdəliyin icrası haqqında iddialar üzrə mübahisələr həll olunarkən cavabdeh inzibati orqanın imtinasının qanuni və əsaslı olub-olmadığının müəyyən edilməsi ilə yanaşı, iddiaçının mövcud hüquqi vəziyyətin dəyişdirilməsini (arzuladığı inzbati aktın qəbul edilməsini, öhdəliyin icrasını) tələb etməkdə nə dərəcədə haqlı olduğu müəyyən edilir. Buna görə də, məhkəmələr işə baxarkən cavabdehin imtina, etiraz və apellyasiya şikayətlərinin dəlillərinə münasibət bildirməli olsalar da, yalnız həmin dəlillərin araşdırılması və qiymətləndirilməsi ilə məhdudlaşmayaraq, işin mahiyyəti üzrə həll edilməsinə təsir edən hissədə, yəni iddiaçıya arzuladığı pensiyanın təyin edilməsinə və ya yenidən hesablanmasına imkan verən bütün zəruri faktiki halların mövcudluğunu müəyyən etməli və onlara tətbiq edilməli hüquq normaları əsasında məsələyə qiymət verməlidirilər. Nəticə etibarilə nəzərə alınmalıdır ki, cavabdeh inzibati orqanın şəxsə ünvanladığı imtinada istinad olunan əsaslardan, eləcə də daha sonra məhkəmə icraatının gedişində tərəflərin verdiyi izahatlardan və etirazlardan, həmçinin apellyasiya şikayətinin dəlilərindən asılı olmayaraq, hər bir halda iddiaçının qanunla tələb olunan ümumi və xüsusi iş stajına malik olub-olmaması məhkəmə araşdırmasının predmetini təşkil edir. Bundan əlavə Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli icmal məktubuna əsasən məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməlidir. Bu halda məhkəmə iddaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edilə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.20-ci yarımbəndinə əsasən yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin bu məktuba əlavə olunmuş formada hazırlanmış arayışına əsasən müəyyən edilir. Bununla əlaqədar olaraq, zərərli əmək şəraitində işlədiyi dövrün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması, gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi), işin konkret halları (tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) dəqiq göstərilməlidir. Xüsusi şərtlərlə Təyinat üzrə Mərkəzi Filial əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin əmr və sərəncamlarını, X5 qərarlarını, X5 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə görə yeraltı işlər,incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın Ümumi peşələr bölməsində (35) əl ilə qaynaq aparan elektrik qaynaqçıları peşəsi nəzərdə tutulmuşdur. 14 mart 2023-cü il tarixli 3-17-1/2-M-53398/2023 nömrəli məktuba əsasən İddiaçı güzəştli iş stajı 12 il 6 aydan az (11 il 14 gün (xx.xx.1976-xx.xx.1976-cı il, xx.xx.1978-xx.xx.1981-ci il və xx.xx.1981-xx.xx.1989-cu il tarixləri arasındakı dövrlər)) təşkil edir. Qeyd olunanları nəzərə alaraq İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İddiaçı dair ИТ-İ seriyalı ******* saylı xx.xx.1976-cı il tarixli əmək kitabçasından görünür ki, xx.xx.1976-cı il tarixdə (əmr 1041 saylı xx.xx.1976-cı il) Azərbaycan Dəmir Yolu Biləcəri Lokomotiv deposu. Teplovozların qaldırıcı təmiri üzrə birinci dərəcəli çilingər işinə qəbul olunub. xx.xx.1976-cı il tarixdə (əmr 1103 saylı xx.xx.1976-cı il) Texniki nəzarət məntəqəsinə lokomotivlərin təmiri və yoxlanılması üzrə birinci dərəcəli çilingər işinə keçirilir. xx.xx.1976-cı il tarixdə (əmr 1593 saylı xx.xx.1976-cı il) ikinci dərəcə verilmişdir. xx.xx.1977-ci il tarixdə (əmr 563 saylı xx.xx.1977-ci il tarixli) Texniki nəzarət məntəqəsinə lokomotivlərin təmiri və yoxlanılması üzrə üçüncü dərəcəli çilingər dərəcəsi verilir. xx.xx.1978-ci il tarixdə (əmr 679 saylı xx.xx.1978-ci il tarixli) Texniki nəzarət məntəqəsinə lokomotivlərin təmiri və yoxlanılması üzrə dördüncü dərəcəli çilingər dərəcəsi verilir. xx.xx.1978-ci il tarixdə (əmr 1167 saylı xx.xx.1978-ci il tarixli) Elektrovoz maşinistinin köməkçisi keçirilir. xx.xx.1978-ci il tarixdə (əmr 1456 saylı xx.xx.1978-ci il) Dəvəçi p/p elektrovozunun maşinistinin köməkçisi keçirilmişdir. xx.xx.1981-ci il tarixdə (əmr 634 saylı xx.xx.1981-ci il tarixli) Dəvəçi p/p elektrovozunun maşinistinin dublyoru vəzifəsinə keçirilir. xx.xx.1981-ci il tarixdə (əmr 648 saylı xx.xx.1981-ci il tarixli) Dəvəçi p/p elektrovozunun maşinisti vəzifəsinə keçirilir. xx.xx.1984-cü il tarixdə (əmr 352 saylı xx.xx.1984-cü il tarixli) Şirvan stansiyasının elektrovoz maşinisti vəzifəsinə keçirilir. xx.xx.1986-cı il tarixdə (əmr 462 saylı xx.xx.1986-cı il tarixli) 3-cü dərəcəli elektrovoz maşinisti dərəcəsi verilir. xx.xx.1989-cu il tarixdə (əmr 908 saylı xx.xx.1989-cu il tarixli) Azərbaycan SSR Əmək Qanunları Məcəlləsinin 36-cı maddəsinə əsasən Bakı Ali partiya məktəbinə təhsilə göndərilir. xx.xx.1989-cu il tarixdə Bakı Ali Partiya Məktəbinin 4 illik əyani şöbənin 1-ci kursuna dinləyici qəbul olunur. Bakı Ali Partiya Məktəbi Bakı Sosial İdarəetmə və Politologiya İnstitutuna yenidən qurulmuşdur. xx.xx.1994-cü il tarixdə (əmr 108 saylı xx.xx.1994-cü il tarixli) Bakı Sosial idarəetmə və Politologiya institutunu bitirmişdir. xx.xx.1994-cü il tarixdə (əmr 277/u saylı xx.xx.1994-cü il tarixli) 1-ci kateqoriya distansiya (məsafə) mühəndisi vəzifəsinə qəbul olunur. xx.xx.1996-cı il tarixdə (əmr 18/a saylı xx.xx.1995-ci il tarixli) Azərbaycan SSR Əmək Qanunları Məcəlləsinin 36-cı maddəsinin 5ci b bəndinə əsasən işdən azad edilmişdir (Azərbaycan Dəmir Yolu İdarəsinin sərəncamına köçürmə ilə əlaqədar). xx.xx.1995-ci il tarixdə (əmr 119/нок saylı xx.xx.1995ci il) Azərbaycan Dəmir Yolu idarəsi Xüsusi yol xidmətinin rəis müavini vəzifəsinə təyin edilmişdir. Sentyabr 1998-ci il tarixdə (əmr 555/нок saylı xx.xx.1998-ci il) xüsusi xidmətin rəis müavini yolun xüsusi şöbəsinin rəis müavini vəzifəsinə keçirilmişdir. Avqust 1999-cu il tarixdə (əmr 196/нок saylı xx.xx.1999-cu il) yolun xüsusi şöbəsinin rəis müavini vəzifəsindən mənzil istismar təmir birliyinin rəis vəzifəsinə keçirilmişdir. xx.xx.2001-ci il tarixdə (əmr нок-70 saylı xx.xx.2001-ci il) Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin a bəndi ilə (idarənin ləğvi) tutduğu vəzifədən azad edilmişdir. xx.xx.2001-ci il tarixdə (əmr 71-нок saylı xx.xx.2001-ci il) müvəqqəti olaraq yolun texniki inzibati binaların istismarı müəssisəsinin rəisi vəzifəsinə təyin edilmişdir. xx.xx.2001-ci il tarixdə (əmr нок-7 saylı xx.xx.2001-ci il) yolun inzibati binaların istismarı müəssisəsinin rəisi vəzifəsinə təyin edilmişdir. xx.xx.2002-ci il tarixdə (əmr нок-23 saylı xx.xx.2001-ci il) “Azdəmiryolservis” İstehsalat Birliyinin inzibati binaların istismarı müəssisəsinin rəisi vəzifəsinə keçirilmişdir. xx.xx.2003-cü il tarixdə (əmr нок-12 saylı xx.xx.2003-cü il) yolun texniki binaların istismarı müəssisəsinin rəisi vəzifəsinə keçirilmişdir. xx.xx.2005-cı il tarixdə (əmr нок-12 saylı xx.xx.2005-ci il) yolun texniki qurğuların və inzibati binaların istismarı trestinin rəisi vəzifəsinə keçirilmişdir. xx.xx.2010-cu il tarixdə (əmr нок-57 saylı xx.xx.2010-cu il) "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin dəmir yollarının və texniki qurğuların təmir-tikinti departamentinin rəisi vəzifəsinə keçirilmişdir. xx.xx.2016-cı il tarixdə (əmr нок-254 saylı xx.xx.2016-cı il) tutduğu vəzifədən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin a bəndi ilə (öz xahişi ilə) azad edilmiş və onunla bağlanılmış əmək müqaviləsinə xitam verilmişdir. İ-238 saylı fəxri ad vəsiqəsindən görünür ki, İddiaçı əməkdar mühəndis adı verilmişdir. H3 seriyalı ******* saylı hərbi biletdən görünür ki, İddiaçı 14 may 1974-cü il tarixdən 29 may 1976-cı il tarixədək SSRİ Silahlı Qüvvələri sıralarında hərbi xidmət etmişdir. "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən təqdim edilmiş şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair 13-1/2-M-3/1-42/2023 saylı xx.xx.2023-cü il tarixli arayışa əsasən İddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, güzəştli şərtlə yaşa görə əmək pensiyası hüququ verən aşağıdakı vəzifələrdə (peşələrdə) qeyd edilən tarixlər arasındakı dövrlər ərzində işləmişdir: Çalışdığı Vəzifə Vəzifəyə təyin Vəzifədən İşə İşdən azad struktur (peşənin) edilmə (başqa azad başladığı olunduğu Sıra vahidi adı işə keçirilmə) edilməyə dair tarix (başqa işə №-si barədə əmrin əmrin tarixi və keçirildiyi) tarixi nömrəsi tarix və nömrəsi

1. Biləcəri xx.xx.1976 xx.xx.1976 xx.xx.1976 xx.xx.1976 lokomotiv 1041 1103 hərəkətdə olan deposu tərkibin təmiri üzrə çilingər

2. Biləcəri elektrovoz xx.xx.1978 - xx.xx.1978 lokomotiv maşinist 1167 deposu köməkçisi

3. Biləcəri elektrovoz xx.xx.1978 xx.xx.1981 xx.xx.1978 xx.xx.1981 lokomotiv maşinist 1456 634 deposu köməkçisi

4. Biləcəri elektrovoz xx.xx.1981 - xx.xx.1981 lokomotiv maşinisti 648 deposu

5. Biləcəri elektrovoz xx.xx.1984 xx.xx.1989 xx.xx.1984 xx.xx.1989 lokomotiv maşinisti 352 908 deposu

İşlədiyi müvafiq peşələr üzrə sosial sığorta (əmək) stajı 11 il 18 gün təşkil edir. İşlədiyi hərəkətdə olan tərkibin təmiri üzrə çilingər peşəsinin əsas xüsusiyyətləri təmirə dayanmış hərəkət tərkibinə texniki baxışın keçirilməsi və ya təmir edilməsindən, elektrovoz maşinist köməkçisi və elektrovoz maşinisti peşələrinin əsas xüsusiyyətləri isə təhkim edilmiş müvafiq lokomotiv (elektrovoz) briqadanın tərkibinə daxil olan şəxslərin işinə rəhbərlik edilməsi, onların fəaliyyətinə nəzarət olunması, qatarı idarə edərkən, manevr yerdəyişmələri həyata keçirərkən müvafiq dəmir yolu nəqliyyatı üzrə müəyyən edilən tələb və qaydalara riayət edilməsi, habelə fəaliyyətin həyata keçirilməsi zamanı hərəkət təhlükəsizliyinin təmin edilməsindən ibarət olmaqla, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın müvafiq olaraq 21.4-cü bəndinin 7, 14 və 20-ci abzaslarına uyğundur. İddiaçı hərəkətdə olan tərkibin təmiri üzrə çilingər peşəsi ilə oxşarlıq təşkil edən lokomotivlərin təmiri və baxışı üzrə çilingər peşəsində aşağıda qeyd edilən tarixlər arasındakı dövrlər ərzində işləmişdir: İşdən Vəzifədən azad azad Çalışdığı İşə Sıra edilməyə dair olunduğu №-si struktur Vəzifə (peşənin) adı Vəzifəyə təyin başladığı əmrin tarixi və (başqa işə vahidi edilmə (başqa tarix nömrəsi keçirildiyi) işə keçirilmə) tarix barədə əmrin tarixi və nömrəsi Biləcəri lokomotiv texniki xidmət 1 deposu məntəqəsində xx.xx.1976 . - xx.xx.1976 lokomotivlərin təmiri və 1103 baxışı üzrə 1-ci dərəcəli çilingər Biləcəri lokomotiv texniki xidmət deposu məntəqəsində xx.xx.1976

2. - xx.xx.1976 lokomotivlərin təmiri və 1553 baxışı üzrə 2-ci dərəcəli çilingər Biləcəri lokomotiv texniki xidmət deposu məntəqəsində xx.xx.1977

3. - xx.xx.1977 lokomotivlərin təmiri və 563 baxışı üzrə 3-cü dərəcəli çilingər Biləcəri lokomotiv texniki xidmət deposu məntəqəsində xx.xx.1978 xx.xx.1978

4. xx.xx.1978 xx.xx.1978 lokomotivlərin təmiri və 679 1167 baxışı üzrə 4-cü dərəcəli çilingər İşlədiyi lokomotivlərin texniki baxış və təmiri məntəqəsinin çilingəri peşəsinin əsas xüsusiyyətləri qatarın hərəkət təhlükəsizliyinin və istismarda etibarlılığının təmin edilməsi məqsədi ilə lokomotivlərin sadə və orta çətinlikli mexaniki, elektrik, pnevmatik avadanlıqlarının qovşaq və detallarının texniki vəziyyətinin təmiri, müayinəsi, yoxlanılmasından, daimi ötürmələrin, dartı mühərriklərinin sarğılarının, motor-ox podşipniklərinin örtüklərinin, bukssimlərinin qapaqlarının bərkidilməsindən, habelə 7-10 kvalitet (2-3 dəqiqlik dərəcəsi) üzrə qovşaq və detalların çilingər işlənməsi və uyğunlaşdırılmasından ibarətdir. İ-714 saylı medal vəsiqəsindən görünür ki, İddiaçı tərəqqi medalı ilə təltif edilmişdir. "xxxx" QSC tərəfindən təqdim edilmiş Ə/V seriyalı 306 saylı xx.xx.2022-ci il tarixli vəsiqəyə əsasən İddiaçı əmək veteranları üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən iddiaçıya ünvanlanmış 3-17-1/2-M-33398/2023 saylı xx.xx.2023-cü il tarixli məktubda bildirilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müöariəsı Nazirliyinin tabeliyində X6 Fondunun Xüsusi Şərtlərlə Təyinat üzro Mərkəzi Filialına 13 fevral 2023-cü ii tarixində daxil olmuş müraciətinə və ona əlavə olunmuş sənədlərə aidiyyəti üzrə baxılmışdır. “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9 1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ veıən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlədə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7ci maddəsində nəzərdə tutulmuş şərti daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sıgona hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmavan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ var. Mərkəzi Filiala təqdim edilən sənədlərdə qeyd edilən məlumatlardan göründüyü kimi, güzəştli iş stajı 12 il 6 aydan az (11 il 14 gün (xx.xx.1976-xx.xx.1976-cı il, xx.xx.1978xx.xx.1981-ci il və xx.xx.1981-xx.xx.1989-cu il tarixləri arasındakı dövrlər təşkil edir. Qeyd olunanları nəzərə alaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 13-1/2-7234/2023 saylı xx.xx.2023-cü il tarixli məktub ilə bildirilmişdir ki, sorğu edilən İddiaçı xx.xx.1976-cı il tarixindən xx.xx.1995-ci il tarixinədək ADY-də işlədiyi peşələrdən yalnız Biləcəri lokomotiv deposunda çalışdığı xx.xx.1976-cı il tarixindən xx.xx.1976-cı il tarixinədək hərəkətdə olan tərkibinin təmiri üzrə çilingər, xx.xx.1978-ci il tarixindən xx.xx.1981-ci il tarixinədək elektrovoz maşinist köməkçisi və xx.xx.1981-ci il tarixindən xx.xx.1989-cu il tarixinədək elektrovoz maşinisti peşələri müvafiq olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda 21.4-cü bəndin 7, 14 və 20-ci abzaslarında və Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş (xx.xx.2007-ci il tarixədək qüvvədə olmuş) "Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda 28-ci bölmənin 8, 15 və 18-ci abzasında (kod: 23001000—14241, 23001000—16885 və 23001000—18540) nəzərdə tutulmuşdur. Qeyd edilmiş müvafiq peşələr üzrə İddiaçı sosial sığorta (əmək) stajı 11 il 18 gün təşkil edir. "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 13-1/2-9243/2023 saylı xx.xx.2023-cü il tarixli məktub ilə bildirilmişdir ki, sorğu edilən İddiaçı xx.xx.1976-cı il tarixindən xx.xx.1978-ci il tarixinədək ADY-nin Biləcəri lokomotiv deposunda işlədiyi “texniki xidmət məntəqəsində lokomotivlərin təmiri və baxışı üzrə çilingər” peşəsi üzrə işlərin xüsusiyyətləri əmək qanunvericiliyinə uyğun olaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 1997-ci il 22 oktyabr tarixli 33-19 nömrəli qərarı ilə təsdiq edilmiş “Dəmir yolu nəqliyyatı sahəsinə aid olan fəhlə peşələrinin və işlərin Vahid X1”nda təsbit edilmişdir. Bununla yanaşı, İddiaçı müvafiq strukturda qeyd edilmiş dövr ərzində işlədiyi “texniki xidmət məntəqəsində lokomotivlərin təmiri və baxışı üzrə çilingər” peşəsi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 21.4-cü bəndinin 20-ci abzasında göstərilən “hərəkətdə olan tərkibin təmiri üzrə çilingərlər” peşəsi arasında icra etdikləri işlərin xüsusiyyətləri üzrə bəzi oxşarlıqlar mövcuddur. Belə ki, “texniki xidmət məntəqəsində lokomotivlərin təmiri və baxışı üzrə çilingər” peşəsinin əsas xüsusiyyətləri hərəkət tərkibinə (lokomotivə) təmirə dayanmadan texniki baxışın keçirilməsi və ya təmir edilməsindən, “hərəkətdə olan tərkibin təmiri üzrə çilingərlər” peşəsinin əsas xüsusiyyətləri isə təmirə dayanmış hərəkət tərkibinə (lokomotivə) texniki baxışın keçirilməsi və ya ağırlıq qaldıran qurğuların vasitəsilə lokomotivin motor və digər hissələrinin sökülərək təmir edilməsindən ibarətdir. Hər iki peşə üzrə iş yerində aparılmış attestasiyanın nəticəsində eyni olaraq əməkhaqqına 8% əlavə zərərlilik ödənişi müəyyən edilmişdir. Yuxarıda qeyd edilmiş oxşarlıqlara baxmayaraq, “hərəkətdə olan tərkibin təmiri üzrə çilingərlər” peşəsi sözügedən Siyahının 21.4-cü bəndinin 20-ci abzasında nəzərdə tutulmuş olduğu halda, “texniki xidmət məntəqəsində lokomotivlərin təmiri və baxışı üzrə çilingər” peşəsi bu Siyahıda müəyyən edilməmişdir. ADY tərəfindən xx.xx.2023-cü il tarixli 13-1/2-7957/2023 nömrəli məktubla Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə “texniki xidmət məntəqəsində lokomotivlərin təmiri və baxışı üzrə çilingər” peşəsinin sözügedən Siyahıya daxil edilməsinə köməklik göstərilməsi üçün müraciət edilmişdir. "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 13-1/2-1315/2024 saylı xx.xx.2024-cü il tarixli məktub ilə bildirilmişdir ki, sorğu edilən İddiaçı ADY-nin Biləcəri lokomotiv deposunda xx.xx.1976-cı il tarixindən xx.xx.1976-cı il tarixinədək işlədiyi “hərəkətdə olan tərkibin təmiri üzrə çilingər” peşəsi üzrə vəzifə təlimatına uyğun olaraq əmək funksiyaları amartizator, ventilyator və koloriferi sökmək, təmir etmək və yığmaqdan, buksun diyirlənən yastığına baxmaq və yastığın vəziyyətini yoxlamaqdan, teplovozun silindrinin qapağını, su nasosunu, trubasını və silindrin vtulkasını hidravlik üsulla yoxlamaqdan, tormoz hava trubasının və pnevmatik avadanlıqlarının cihazlarının birləşmələrini sınaqdan keçirməkdən, dizelin forsunkası, su nasosu, yağ, yanacaq, rubokompressor, havaüfürücü silindrin qapağını çıxarmaq və quraşdırmaqdan, xx.xx.1976-cı il tarixindən xx.xx.1978-ci il tarixinədək işlədiyi “texniki xidmət məntəqəsində lokomotivlərin təmiri və baxışı üzrə çilingər” peşəsi üzrə isə vəzifə təlimatına uyğun olaraq əmək funksiyaları lokomotivlərdə mexaniki hissənin yoxlanması üsulunu, nizamlanması və konstruksiyasını, elektrik, pnevmatik avadanlıqlar, elektrik maşınları, aparat, cihaz və elektrik sxeminin təmirini həyata keçirməkdən, lokomotivin elektrik sxemində, avadanlıqlarında yaranan nasazlıqları aradan qaldırmaq, avadanlıqların iş prinsipi və onların yığılmasında düzgün texnoloji prosesi aparmaqdan, lokomotivlərin (elektrovoz, teplovoz) təmiri, texniki vəziyyətinin yoxlanması, xüsusi çətin mexaniki hissənin sınanması və nizamlanması işini icra etməkdən, elektrik, pnevmatik avadanlıqların, aqreqatların, aparaturaların, cihazların quraşdırılması, elektrik sxemində yaranan nasazlıqların aradan qaldırılması və lokomotivin istismara verilməsinə hazırlıq işlərinin görülməsindən ibarət olmuşdur. İddiaçı müvafiq strukturda qeyd edilmiş dövr ərzində işlədiyi “texniki xidmət məntəqəsində lokomotivlərin təmiri və baxışı üzrə çilingər” peşəsi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 21.4-cü bəndinin 20-ci abzasında göstərilən “hərəkətdə olan tərkibin təmiri üzrə çilingərlər” peşəsi arasında hərəkət tərkibinə (lokomotivə) texniki baxışın keçirilməsi və ya təmir edilməsi olmaqla oxşar və vəzifə təlimatına uyğun olaraq icra etdikləri əmək funksiyaları üzrə fərqli cəhətlər mövcuddur. ADY-nin müxtəlif dövrlərə aid ştat cədvəllərində sözügedən peşələr daim birbirindən ayrı olaraq göstərilmişdir. Məhkəmə tərəfindən Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən hüquqi yardım edilərək cavabdeh orqana müraciətini təsdiq edən sənədin və imtina məktubunun, həmçinin iddia ərizəsinə əlavə edilmiş sənədlərin təsdiq edilmiş surətinin təqdim edilməsi təklif edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi iş üzrə dəyişdirilmiş iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya dair yazılı etirazın məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

II. İddianın növü və mümkünlüyü Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Hazırkı iddia öhdəliyin icrası haqqqında iddiadır. İddia mümkündür. III. Məhkəmənin mövqeyi

X4 Presedent hüququna əsasən məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki, “mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir. “Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Prince Hans-Adam İİ of Liechtenstein v. Germany, and Gratzinger and Gratzingerova v. the Czech Republic). “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı 27 may 2010-cu il tarixli Qərar [İİ Bölmə] ərizə № 1). Məhkəmə hesab edir ki, güzəştli şərtlərlə pensiya təyini ilə bağlı mübahisələrdə pensiya hüququnun hansı dövrdən yarandığını müəyyən etmək zəruridir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanununun 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Qeyd edilənlərdən asılı olaraq pensiya təminatının “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının qanunu (23 sentyabr 1992-ci il tarixli qanun 06 mart 2007-ci il tarixdə qüvvədən düşmüşdür) və ya “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanunu ilə (01 yanvar 2006-cı il tarixdən qüvvəyə minmişdir) tənzimləndiyi müəyyən edilməlidir. Məhkəmənin qeyd edilən qənaəti həm də hüquqi müəyyənlik prinsipindən irəli gəlir; - Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. - Konstitusiya Məhkəməsi Plenumunun hüquqi müəyyənlik prinsipinin mahiyyəti və əhəmiyyəti barədə formalaşdırdığı hüquqi mövqeyinə əsasən, hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas xüsusiyyətlərindən birini təşkil edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün hüquq normaları birmənalı və aydın olmalıdır. Qanunun aydın olması isə yalnız onun özünün mətni ilə deyil, eləcə də məhkəmə təcrübəsində formalaşan təfsiri ilə şərtləndirilir (Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 sentyabr 2020-ci il tarixli qərarı) - Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında qanunverici tərəfindən hər hansı ictimai münasibətlərin tənzimlənməsinə dair normativ hüquqi aktlar qəbul edilərkən hüquqi müəyyənlik prinsipinə riayət edilməsinin vacibliyini vurğulamışdır. Hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas aspektlərindən biri kimi çıxış edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün hüquq normaları birmənalı və aydın olmalıdır. Bu, öz növbəsində hər kəsə onun hüquq və azadlıqlarını müdafiə edəcəyinə, hüquq tətbiqedənin hərəkətlərinin isə proqnozlaşdırıla bilən olacağına əminlik verməlidir. Bunun əksi, yəni hüquq normasının məzmununun qeyri-müəyyənliyi hüquq tətbiqetmədə məhdudiyyətsiz mülahizə üçün imkan yaratmaqla, hər bir normativ hüquqi aktın əsasında dayanmalı olan qanunun aliliyi, qanun və məhkəmə qarşısında bərabərlik və ədalət prinsiplərinin pozulmasına gətirib çıxara bilər ("Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın əsasları haqqında" Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 180.3-cü maddəsinin müddəalarının şərh edilməsinə dair” 2008-ci il 22 sentyabr tarixli və “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2012-ci il 2 aprel tarixli Qərarlar). -...Qanunilik prinsipi onu da nəzərdə tutur ki, daxili qanunvericiliyin tətbiq edilə bilən normaları kifayət qədər əlçatan, dəqiq olsun və tətbiq edilərkən onların nəticələrini öncədən görmək mümkün olsun... (Broniovski Polşaya qarşı iş üzrə Böyük Palatanın 2004-cü il 22 iyun tarixli Qərarı, §147-148, 150; Skordino İtaliyaya qarşı iş üzrə Böyük Palatanın 2006-cı il 29 mart tarixli Qərarı, § 93). “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının qanununun 13-cü maddəsinin birinci hissəsinin b) bəndinə əsasən: əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər — istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir. 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının qanununun 13-cü maddəsinin birinci hissəsinin d) bəndinə əsasən: hava gəmilərində bələdçi işləyən şəxslər: kişilər—55 yaşına çatdıqda və azı 25 il-ümumi iş stajı olduqda bu müddətin azı 15 ilini bələdçi vəzifəsində çalışarsa; qadınlar—50 yaşına çatdıqda və azı 20 il ümumi iş stajı olduqda bu müddətin azı 10 ilini bələdçi vəzifəsində çalışarsa; “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanununun (qanun 01 yanvar 2006-cı ildən qüvvəyə minmişdir) 9.1-ci bəndinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır (10 mart 2017-ci il tarixli 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 9.1-ci maddədə “57” rəqəmləri “60” rəqəmləri ilə, “52” rəqəmləri “55” rəqəmləri ilə əvəz edilmişdir və həmin maddəyə “çalışmışlarsa” sözündən sonra “və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə” sözləri əlavə edilmişdir). Beləliklə, normaların təhlilindən görünür ki, güzəştli şərtlətlə pensiya hüququnun yaranması baxımından tam əmək stajı xx.xx.2006-ci il tarixədək yarandıqda “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının qanunu (yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılmaqla), xx.xx.2006-ci il tarixdən sonra yarandıqda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanunu tətbiq edilməlidir (10 mart 2017-ci il tarixdən sonra isə həmin qanuna edilmiş dəyişiklik nəzərə alınmalıdır). xx.xx.2006-ci il tarixədək axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün iki meyar mövcud idi yaş (kişilərdə 55, qadınlarda 50 yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılmaqla; xx.xx.2000-ci il tarixdən kişilərdə 57, qadınlarda 52) və iş stajı (kişilərdə az 25 il, bu müddətin azı 12 il 6 ayı əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır; qadınlarda azı 20 il iş stajı, bu müddətin azı 10 ili əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır); xx.xx.2006-cı ildən sonra axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün iki meyar mövcud idi yaş (kişilərdə 57, qadınlarda 52) və iş stajı (kişilərdə az 25 il, bu müddətin azı 12 il 6 ayı əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır; qadınlarda azı 20 il iş stajı, bu müddətin azı 10 ili əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır); xx.xx.2017-cı ildən sonra (qanun xx.xx.2017-ci il tarixdə qüvvəyə minib) axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün üç meyar mövcud idi yaş (kişilərdə 60, qadınlarda 55); iş stajı (kişilərdə az 25 il, bu müddətin azı 12 il 6 ayı əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır; qadınlarda azı 20 il iş stajı, bu müddətin azı 10 ili əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır) və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatının mövcudluğu. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanununun 9.8-ci maddəsinin tələblərinə əsasən ilk meyar tam əmək stajının mövcudluğudur. Məhkəmə qeyd edir ki, inzibati orqanın imtinasının dəlillərindən asılı olmayaraq, məhkəmə xidməti vəzifəsinə görə şəxsin güşətli şərtlərlə pensiya hüququnun yaranması ilə bağlı qanunun tələb etdiyi şərtlərin ödənilib-ödənilmədiyini müəyyənləşdirməyə borcludur. Məhkəmə qeyd edir ki, inzibati orqanın imtinasının dəlillərindən asılı olmayaraq, məhkəmə xidməti vəzifəsinə görə şəxsin güşətli şərtlərlə pensiya hüququnun yaranması ilə bağlı qanunun tələb etdiyi şərtlərin ödənilib-ödənilmədiyini müəyyənləşdirməyə borcludur. İddiaçı xx.xx.1956-cı il təvəllüdlüdür. Onun ümumi siğorta stajı mübahisələndirilmir. İmtina onunla əsaslandırılmışdır ki, iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az (11 il 14 gün (xx.xx.1976-xx.xx.1976-cı il, xx.xx.1978-xx.xx.1981-ci il və xx.xx.1981-xx.xx.1989cu il tarixləri arasındakı dövrlər)) təşkil edir. Əmək şəraiti ağır və zərərli işlərdə stajına münasibətdə məhkəmə qeyd edir ki, inzibati orqan peşəsi və vəzifəsi ilə bağlı, xüsusilə də peşənin adı və aid olduğu fəaliyyət sahəsi ilə bağlı məlumatların sadəcə olaraq ifadə tərzinə istinad etməklə kifayətlənməməli, həm də həmin peşə və ya vəzifə üzrə şəxsin icra etdiyi əmək funksiyalarının və gördüyü işlərin məzmununu, peşə və vəzifənin xarakterini və bunun üzərindən onların fəaliyyət sahəsi baxımından universal keyfiyyətə malik ola biləcəyini də araşdırmağa və nəzərə almağa borcludur. "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən məhkəmənin sorğusuna cavab olaraq bildirilmişdir ki, iddiaçının xx.xx.1976-cı il tarixindən xx.xx.1995-ci il tarixinədək ADY-də işlədiyi peşələrdən yalnız Biləcəri lokomotiv deposunda çalışdığı xx.xx.1976-cı il tarixindən xx.xx.1976-cı il tarixinədək hərəkətdə olan tərkibinin təmiri üzrə çilingər, xx.xx.1978-ci il tarixindən xx.xx.1981-ci il tarixinədək elektrovoz maşinist köməkçisi və xx.xx.1981-ci il tarixindən xx.xx.1989-cu il tarixinədək elektrovoz maşinisti peşələri müvafiq olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda 21.4-cü bəndin 7, 14 və 20-ci abzaslarında və Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş (xx.xx.2007-ci il tarixədək qüvvədə olmuş) "Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda 28-ci bölmənin 8, 15 və 18-ci abzasında (kod: 23001000—14241, 23001000—16885 və 23001000—18540) nəzərdə tutulmuşdur. Qeyd edilmiş müvafiq peşələr üzrə İddiaçı sosial sığorta (əmək) stajı 11 il 18 gün təşkil edir. "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin sorğuya cavab məktubundan aydın olur ki, iddiaçının xx.xx.1976-cı il tarixindən xx.xx.1978-ci il tarixinədək ADY-nin Biləcəri lokomotiv deposunda işlədiyi “texniki xidmət məntəqəsində lokomotivlərin təmiri və baxışı üzrə çilingər” peşəsi üzrə işlərin xüsusiyyətləri əmək qanunvericiliyinə uyğun olaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 1997-ci il 22 oktyabr tarixli 33-19 nömrəli qərarı ilə təsdiq edilmiş “Dəmir yolu nəqliyyatı sahəsinə aid olan fəhlə peşələrinin və işlərin Vahid X1”nda təsbit edilmişdir. “Texniki xidmət məntəqəsində lokomotivlərin təmiri və baxışı üzrə çilingər” peşəsi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 21.4-cü bəndinin 20-ci abzasında göstərilən “hərəkətdə olan tərkibin təmiri üzrə çilingərlər” peşəsi arasında icra etdikləri işlərin xüsusiyyətləri üzrə bəzi oxşarlıqlar mövcuddur. Belə ki, “texniki xidmət məntəqəsində lokomotivlərin təmiri və baxışı üzrə çilingər” peşəsinin əsas xüsusiyyətləri hərəkət tərkibinə (lokomotivə) təmirə dayanmadan texniki baxışın keçirilməsi və ya təmir edilməsindən, “hərəkətdə olan tərkibin təmiri üzrə çilingərlər” peşəsinin əsas xüsusiyyətləri isə təmirə dayanmış hərəkət tərkibinə (lokomotivə) texniki baxışın keçirilməsi və ya ağırlıq qaldıran qurğuların vasitəsilə lokomotivin motor və digər hissələrinin sökülərək təmir edilməsindən ibarətdir. “Hərəkətdə olan tərkibin təmiri üzrə çilingər” peşəsi üzrə vəzifə təlimatına uyğun olaraq əmək funksiyaları amartizator, ventilyator və koloriferi sökmək, təmir etmək və yığmaqdan, buksun diyirlənən yastığına baxmaq və yastığın vəziyyətini yoxlamaqdan, teplovozun silindrinin qapağını, su nasosunu, trubasını və silindrin vtulkasını hidravlik üsulla yoxlamaqdan, tormoz hava trubasının və pnevmatik avadanlıqlarının cihazlarının birləşmələrini sınaqdan keçirməkdən, dizelin forsunkası, su nasosu, yağ, yanacaq, rubokompressor, havaüfürücü silindrin qapağını çıxarmaq və quraşdırmaqdan ibarətdir. xx.xx.1976-cı il tarixindən xx.xx.1978-ci il tarixinədək iddiaçının işlədiyi “texniki xidmət məntəqəsində lokomotivlərin təmiri və baxışı üzrə çilingər” peşəsi üzrə isə vəzifə təlimatına uyğun olaraq əmək funksiyaları lokomotivlərdə mexaniki hissənin yoxlanması üsulunu, nizamlanması və konstruksiyasını, elektrik, pnevmatik avadanlıqlar, elektrik maşınları, aparat, cihaz və elektrik sxeminin təmirini həyata keçirməkdən, lokomotivin elektrik sxemində, avadanlıqlarında yaranan nasazlıqları aradan qaldırmaq, avadanlıqların iş prinsipi və onların yığılmasında düzgün texnoloji prosesi aparmaqdan, lokomotivlərin (elektrovoz, teplovoz) təmiri, texniki vəziyyətinin yoxlanması, xüsusi çətin mexaniki hissənin sınanması və nizamlanması işini icra etməkdən, elektrik, pnevmatik avadanlıqların, aqreqatların, aparaturaların, cihazların quraşdırılması, elektrik sxemində yaranan nasazlıqların aradan qaldırılması və lokomotivin istismara verilməsinə hazırlıq işlərinin görülməsindən ibarət olmuşdur. Lakin bəzi oxşarlıqlara baxmayaraq, aydın olur ki, “texniki xidmət məntəqəsində lokomotivlərin təmiri və baxışı üzrə çilingər”in funksiyası lokomotivin təmirə dayanmadan texniki baxışın keçirilməsi ilə əlaqədar olduğu halda digəri “Hərəkətdə olan tərkibin təmiri üzrə çilingər” peşəsinin əmək funksiyaları əsas xüsusiyyətləri isə təmirə dayanmış hərəkət tərkibinə dair amartizator, ventilyator və koloriferi sökmək, təmir etmək və yığmaqdan, buksun diyirlənən yastığına baxmaq və yastığın vəziyyətini yoxlamaqdan, teplovozun silindrinin qapağını, su nasosunu, trubasını və silindrin vtulkasını hidravlik üsulla yoxlamaqdan, tormoz hava trubasının və pnevmatik avadanlıqlarının cihazlarının birləşmələrini sınaqdan keçirməkdən, dizelin forsunkası, su nasosu, yağ, yanacaq, rubokompressor, havaüfürücü silindrin qapağını çıxarmaq və quraşdırmaqdan ibarət olmaqla ciddi fərqlər də mövcuddur və “hərəkətdə olan tərkibin təmiri üzrə çilingərlər” peşəsi sözügedən Siyahının 21.4-cü bəndinin 20-ci abzasında nəzərdə tutulmuş olduğu halda, “texniki xidmət məntəqəsində lokomotivlərin təmiri və baxışı üzrə çilingər” peşəsi bu Siyahıda müəyyən edilməmişdir. Odur ki, 57 yaşının tamam olduğu tarixə güzəştli şərtlərlə pensiya təyin edilməsi hüququna malik deyil. Odur ki, iddiaçının 57 yaşının tamam olduğu tarixdən güzəştli şərtlər yaşa görə pensiya təyin edilməsindən cavabdehin imtinası qanunsuz hesab edilə bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARAALDİ: İddia təmin edilməsin. Qərardan təqdim edildiyi gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Aysev Almazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar