Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-9871/2025 28.08.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ iddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdeh Bakı şəhər Cavabdehnə qarşı “uşağın soyadının dəyişdirilməsi üçün icazə verilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, iddiaçılar İddiaçı2 və İddiaçı1 nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, iddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “uşağın soyadının dəyişdirilməsi üçün icazə verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İşin halları: İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdeh Bakı şəhəri Nəsimi rayon qeydiyyat şöbəsinə (bundan sonra mətndə Nəsimi RQŞ) qarşı (Bakı şəhəri Cavabdeh yanında Qəyyumluq və Himayəçilik Komissiyası üçüncü şəxs qismində göstərilməklə) iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, 25 mart 2025-ci il təvəllüdlü X3 doğum haqqında akt qeydində düzəliş edilərək, uşağın soyadının dəyişdirilib “İlqarlı” müəyyən edilməsi və bu barədə yeni doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişlər. Sonradan iddiaçılar (nümayəndəsi və vəkili vasitəsilə) Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 54-cü maddəsinə əsasən məhkəməyə iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, cavabdeh qismində Bakı şəhəri Cavabdeh (bundan sonra mətndə Nəsimi RİH) göstərməklə, məhkəmədən övladları 25 mart 2025-ci il təvəllüdlü X1 “Muxtarlı”dan “İlqarlı”ya dəyişdirilməsi məsələsinə baxılması öhdəliyinin cavabdeh Nəsimi RİH-nin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişlər. İddiaçıların əsaslandırması: İddiaçılar iddia tələbini onunla əsaslandırmışlar ki, 25 mart 2025-ci il təvəllüdlü X4 iddiaçıların birgə nikahlarından doğulmuşdur. Bu barədə Bakı şəhəri Nəsimi rayon qeydiyyat şöbəsi tərəfindən 03 aprel 2025-ci il tarixli, AZ-V № 075419 saylı doğum haqqında şəhadətnamə verilmişdir. İddiaçılar uşağın soyadının babasının adı ilə adlandırılaraq “Muxtarlı” soyadından “İlqarlı” soyadına dəyişdirilməsi niyyətindədirlər. İddiaçıların bu barədə müraciətinə Nəsimi RİH başçısının yanında “Qəyyumluq və Himayəçilik Komissiyası”nın xx.xx.2025-ci il tarixli, № 5-15/2-2-M-88-164/2025 saylı cavab məktubu ilə bildirilmişdir ki, “...Bildiririk ki, övladınızın soyadının baba adı ilə adlandırılması RİH başçısı yanında “Qəyyumluq və Himayəçilik Komissiyası”nın səlahiyyətləri xaricindədir.” Sonradan iddiaçıların eyni məzmunlu müraciətinə Nəsimi RQŞ-nin 23 aprel 2025-ci il tarixli, № 3-16-5/8-15-667/2025 saylı cavab məktubu ilə bildirilmişdir ki, “...Azərbaycan Respublikası Mülki Məcəlləsinin 26.1-ci maddəsinə əsasən hər bir fiziki şəxsin adı addan, ata adından və soyaddan ibarətdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 53.3-cü maddəsinə əsasən uşağın soyadı, bir qayda olaraq, valideynlərin soyadı ilə müəyyən edilir. Uşağın valideynlərinin soyadları müxtəlif olduqda uşağa valideynlərin razılığı ilə atanın və ya ananın soyadı verilir. Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 54-cü maddəsinə görə yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları uşaq 18 yaşına çatana qədər onun adının dəyişdirilməsinə, eləcə də soyadının digər valideynin soyadına dəyişdirilməsinə valideynlərin birgə xahişinə əsasən və uşağın mənafeyini nəzərə alaraq icazə verə bilər”. İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-nin 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş və cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə iddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdeh Nəsimi RQŞ-yə qarşı (Bakı şəhəri Cavabdeh yanında Qəyyumluq və Himayəçilik Komissiyası üçüncü şəxs qismində göstərilməklə) “uşağın soyadının dəyişdirilməsi” tələbinə dair iddiası üzrə əsl olmayan cavabdeh Nəsimi RQŞ, əsl cavabdeh Nəsimi RİH ilə əvəz edilmişdir. Eyni tarixli sərəncamla iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş və cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh inzibati orqan Nəsimi RİH-nin iddia tələbinə dair yazılı etirazı məhkəməyə daxil olmamışdır. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar olunmuş cavabdeh inzibati orqan nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın növü və mümkünlüyü. İPM-nin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci madəsinə əsasən bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı eyni məzmunlu tələblə cavabdehə müraciət etmiş, cavabdeh orqan iddiaçının müraciətini əsassız hesab etmiş, bundan sonra iddiaçı həmin tələblə məhkəməyə müraciət etmişdir. İddia mümkündür. Faktiki hallar və sübutlar: İş materiallarında olan; Bakı şəhəri Suraxanı rayonu VVAQ şöbəsi tərəfindən xx.xx.1993-cü ildə verilmiş XVİİİ-JQ seriyalı 300194 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görsənir ki, xx.xx.1993-cü ildə Bakı şəhərində doğulmuş, X3 atası X2, anası isə Muxtarova Sevinc qeyd olunmuşdur. İddiaçı2 məxsus AA seriyalı ******* №-li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, xx.xx.1993-cü il təvəllüdlü İddiaçı2 ünvan 1 ünvanında qeydiyyatdadır. İddiaçı1 məxsus AA ******* №-li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, xx.xx.2000-ci il təvəllüdlü İddiaçı1 ünvan 1 ünvanında qeydiyyatdadır. xx.xx.2025-ci il tarixdə Nəsimi RQŞ verilmiş AZ-V seriyalı 075419 №li “Doğum haqqında şəhadətnamə”nin surətindən müəyyən olunur ki, atası İddiaçı2 və anası İddiaçı1 olan X4 xx.xx.2025-ci il tarixdə Bakı şəhərində doğulmuş və bu barədə doğum haqqında akt qeydləri kitabında 2025-ci ilin aprel ayının 03-cü günündə 21 №-li qeyd edilmişdir. Nəsimi RQŞ tərəfndən iddiaçıya ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubda göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 26.1-ci maddəsinə əsasən hər bir fiziki şəxsin adı addan, ata adından və soyaddan ibarətdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 53.3-cü maddəsinə əsasən uşağın soyadı, bir qayda olaraq, valideynlərin soyadı ilə müəyyən edilir. Uşağın valideynlərinin soyadları müxtəlif olduqda uşağa valideynlərin razılığı ilə atanın və ya ananın soyadı verilir. Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 54-cü maddəsinə görə yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları uşaq 18 yaşına çatana qədər onun adının dəyişdirilməsinə, eləcə də soyadının digər valideynin soyadına dəyişdirilməsinə valideynlərin birgə xahişinə əsasən və uşağın mənafeyini nəzərə alaraq icazə verə bilər. İddiaçı tərəfindən hazırki tələblə cavabdeh inzibati orqana müraciət olunmuş, Nəsimi RİH Başçısının aparatının xx.xx.2025-ci il tarixli, 5-15/2-2-M-88-164/2025 saylı cavab məktubunda göstərilmişdir ki, xx.xx.2025-ci il təvəllüdlü X1 Muxtarlı soyadından İlqarlı soyadına dəyişdirilməsi barədə ərizəyə RİH yanında “Qəyyumluq və Himayəçilik Komissiya”da baxılmışdır. X1 baba adı ilə adlandırılması RİH başçısı yanında “Qəyyumluq və Himayəçilik Komissiya”nın səlahiyyətləri xaricindədir. Məhkəmənin müvafiq sorğusuna əsasən Bakı şəhər Nəsimi rayon qeydiyyat şöbəsinin xx.xx.2025-ci il tarixli, 3-16-5/8-13-1085/2025 №-li məktubu ilə X3 doğumu haqqında akt qeydinin surəti məhkəməyə göndərilmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikası Mülki Məcəlləsi ... Maddə 26. Ad hüququ. 26.1. Hər bir fiziki şəxsin addan, ata adından və soyaddan ibarət adı olmaq hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsi. ... Maddə 53. Uşağın ad, ata adı və soyad daşımaq hüququ 53.1. Uşaq ad, ata adı və soyad daşımaq hüququna malikdir. ... 53.3. Uşağın soyadı, bir qayda olaraq, valideynlərin soyadı ilə müəyyən edilir. Uşağın valideynlərinin soyadları müxtəlif olduqda uşağa valideynlərin razılığı ilə atanın və ya ananın soyadı verilir. Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Maddə 54. Uşağın adının və soyadının dəyişdirilməsi 54.1. Müvafiq icra hakimiyyəti orqanı uşaq 18 yaşına çatana qədər onun adının dəyişdirilməsinə, eləcə də soyadının digər valideynin soyadına dəyişdirilməsinə, valideynlərin birgə xahişinə əsasən və uşağın mənafeyini nəzərə alaraq icazə verə bilər. “Azərbaycan Respublikasının Ailə Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 6 mart 2000-ci il tarixli 297 №li Fərmanı. ... Bənd 2.9. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 54.1-ci maddəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları həyata keçirirlər Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 79 №li qərarı ilə təsdiq olunmuş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”. .... Bənd 4. Soyadın verilməsi 4.1. Uşağın soyadı, bir qayda olaraq, valideynlərin soyadı ilə müəyyən edilir. 4.2. Uşağın valideynlərinin soyadları müxtəlif olduqda, uşağa valideynlərin razılığı ilə atanın və ya ananın soyadına uyğun soyad verilir. 4.3. Valideynlər arasında uşağın soyadına münasibətdə razılıq olmadıqda, yaranan fikir ayrılığı yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları tərəfindən bu Qaydaların müddəaları nəzərə alınmaqla həll olunur. BMT-nin “Uşaq Hüquqları haqqında” Konvensiyası. .... Maddə 3. Uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Konvensiyasının 18-ci maddəsinə əsasən uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşaqların ən yaxşı maraqları onların qayğı obyektidir. “Uşaq hüquqları haqqında” Qanun ... Maddə 5. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikası Prezidentinin 6 iyun 2012-ci il tarixli 648 №li Fərmanı ilə təsdi qedilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə” ... Bənd 3.13. Uşaqlar və gənclər siyasəti, bədən tərbiyəsi, idman və turizmin inkişafı sahələrində: 3.13.1. müvafiq ərazidə uşaqlar və gənclərlə bağlı dövlət siyasətini həyata keçirir; 3.13.2. Azərbaycan Respublikasının 2002-ci il 31 may tarixli 336-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında Əsasnamə”yə uyğun olaraq, yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə müvafiq olaraq şəhər, rayon və şəhər rayonu komissiyalarını yaradır, onların üzvlərinin sayını müəyyən edir, həmin komissiyaların fəaliyyətini təşkil edir; MƏHKƏMƏNİN MÖVQEYİ Şərh olunan qanunvericiliyin müddəalarına keçməzdən əvvəl, məhkəmə bildirir ki, Qanunun mənasına görə, tam fəaliyyət qabiliyyəti 18 yaşa çatmaqla əldə olunur. Məhz 18 yaşa çatdıqdan sonra şəxs müstəqil surətdə mülki hüquq müqavilələri bağlaya bilər, əmlakı üzərində sərəncam verə bilər, hüquqi əhəmiyyətli başqa hərəkətlər edə bilər və bu hərəkətlərin nəticələrinə görə müstəqil surətdə əmlak məsuliyyəti daşıya bilər. Nəzərə alınmalıdır ki, ailə münasibətlərini tənzimləyən qanunvericiliyin müddəalarına görə Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə yalnız 18 yaşına çatdıqdan sonra yol verilir. Nəzərə alınmalıdır ki, qanunvericilikdə uşağın soyadının bir qayda olaraq valideynlərin soyadı ilə müəyyən olduğu göstərilmişdir. Qeyd olunmalıdır ki, 18 yaşına çatmayanların soyadlarının sonluğuna dəyişiklik onların valideynlərinin və digər qanuni nümayəndələrinin (övladlığa götürənlərin, qəyyumun və ya himayəçinin) ərizəsi əsasında həyata keçirilir. Eyni zamanda, məhkəmə uşağın soyadının verilməsi ilə, uşağa soyad verildikdən sonra dəyişikliyin edilməsi ilə bağlı qanunvericiliklə müəyyən edilmiş fərqləndirmənin qeyd edilməsini də zəruri hesab edir. Ailə Məcəlləsinin 53.3-cü maddəsinin tələbindən müəyyən edilir ki, uşağın soyadı, bir qayda olaraq, valideynlərin soyadı ilə müəyyən edilir. Uşağın valideynlərinin soyadları müxtəlif olduqda uşağa valideynlərin razılığı ilə atanın və ya ananın soyadı verilir. Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Göründüyü kimi maddənin tələbinə əsasən uşağın soyadının valideynlərinin soyadı ilə müəyyən edilməsi ilə bağlı müddəa nəzərdə tutulsa da, bir qayda olaraq formasında ifadənin işlədilməsi onu da deməyə əsas verir ki, uşağa işin hallarından asılı olaraq digər bir soyadın verilməsi mümkün olan haldır. Yəni, uşağa ilkin olaraq soyad veriləcəyi təqdirdə valideynlərin soyadlarından fərqli olan soyadın verilməsi imkanı qanunvericiliklə nəzərdə tutulmuşdur. Lakin verilmiş soyadın sonradan valideynlərdən heç birinə aid olmayan soyadla əvəz edilməsində isə vəziyyət fərqlidir. Belə ki, Ailə Məcəlləsinin 54.1-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı uşaq 18 yaşına çatana qədər onun adının dəyişdirilməsinə, eləcə də soyadının digər valideynin soyadına dəyişdirilməsinə, valideynlərin birgə xahişinə əsasən və uşağın mənafeyini nəzərə alaraq icazə verə bilər. Eyni zamanda, 18 yaşına çatmayanların soyadlarının sonluğuna dəyişiklik onların valideynlərinin və digər qanuni nümayəndələrinin (övladlığa götürənlərin, qəyyumun və ya himayəçinin) ərizəsi əsasında həyata keçirilir və 10 yaşına çatmış uşağın soyadının sonluğu yalnız onun razılığı ilə dəyişdirilir. Lakin nəzərə alınmalıdır ki, “bərabərlik hüququ” baxımından vətəndaşlara fərqli mövqeyinin nümayiş etdirilməsi nəinki qüvvədə olan qanunvericilik ümumiyyətlə “İnsan hüquqları və əsas azadlıqları müdafiəsi haqqında” Konvensiya ilə də yolverilməzdir. İş materiallarından da göründüyü kimi iddiaçılar övladlarının soyadının baba (ata babası) adı ilə adlandırılmasını tələb etmiş, cavabdeh inzibati orqan isə bunun səlahiyyətləri xaricində olması əsası ilə müraciətin təmin olunmasından imtina etmişdir. Halbuki yuxarıda qeyd olunan Qaydaların (“Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”) tələblərindən də göründüyü kimi uşağın soyadının dəyişdirilməsi məsələsi yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları tərəfindən bu Qaydaların müddəaları nəzərə alınmaqla həll olunur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun aşağıda qeyd olunan tələblərinə əsasən: 12.4. İnzibati orqan diskresion səlahiyyətləri eyni üsulla və eyni qaydada həyata keçirməyə borcludur. Bu müddəa diskresion səlahiyyətlərin icrası ilə bağlı mövcud inzibati praktikanın dəyişdirilməsini istisna etmir. 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. 13.3. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.4. İnzibati orqanların bu Qanunun 13.3-cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu Qanunun 63-cü və 67-69-cu maddələri də təminatlara şamil olunur. 13.5. Fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz. 14.1.İnzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. 14.2.Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. 14.3. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. 16.1. Fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. 16.2. Hüquq normasının tətbiqi inzibati orqanın diskresion səlahiyyətlərinə aid olduğu hallarda, maraqlı şəxs diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etməkdə haqlıdır.
17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Nəzərə alınmalıdır ki, məcburetmə haqqında iddia üzrə inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi daşıyır, lakin hazırki işdə belə faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilmir. İPM-nin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Hazırkı iş üzrə iddiaçılar arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilmiş, cavabdeh inzibati orqan isə iddiaçıların arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunauyğun olmamışdır. İmtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir.
NƏTİCƏVİ HİSSƏ
İPM-nin 52, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddia təmin edilsin. İddiaçılar İddiaçı2 və İddiaçı1 övladları- xx.xx.2025-ci il təvəllüdlü X1 “Muxtarlı”dan “İlqarlı”ya dəyişdirilməsi məsələsinə baxılaraq, icazə verilməsi barədə qərar qəbul edilməsi öhdəliyi Bakı şəhəri Cavabdeh üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Nəriman Abıyev