Məhkəmə qərarları › İş №e-2-1(112)-9884/2025

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(112)-9884/2025

16.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-1(112)-9884/2025 16.07.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qənbərova Səlma İsgəndər qızının sədrliyi, İddiaçının nümayəndəsi Vəkil, Cavabdehin nümayəndəsi X3, Üçüncü şəxs X4 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxslər X10 və X9) qarşı “çıxarışın verilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra – iddiaçı) cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 0.12 ha torpaq sahəsi olan 4103A saylı bağ sahəsinin İddiaçı adına dövlət qeydiyyatına alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə X10 və X9 üçüncü şəxs qismində hazırkı inzibati məhkəmə icraatına cəlb edilmişdir. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, İddiaçı ilə X5 arasında bağlanılmış xx.xx.2021-ci il tarixli İlkin alqı - satqı müqaviləsinə əsasən tərəflər xx.xx.2070-ci il tarixədək Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Aparatının Əhaliyə Xidmət fərdi və bağ evlərinin tikintisi üzrə Baş İstehsalat İdarəsi tərəfindən 10 nömrəli orderə əsasən Bakı şəhər İcraiyyə Komitəsinin 1991-ci il tarixli 8/442 nömrəli qərarına əsasən X2 Ləhiş bağları 4103A saylı bağ sahəsi ünvanında yerləşən ümumi sahəsi 0,12 ha torpaq sahəsini özəlləşdirməyi, həbsdə və girovda olmaması barədə arayışı aldıqdan sonra İddiaçı 20000 (iyirmi min) manata satılması barədə gələcəkdə alqı - satqı müqaviləsinin bağlanılmasına dair razılığa gələrək bu müqaviləni bağlamışlar. Satılacaq torpaq sahəsi Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Aparatının Əhaliyə Xidmət fərdi və bağ evlərinin tikintisi üzrə Baş İstehsalat İdarəsi tərəfindən 10 nömrəli orderə əsasən Bakı şəhər İcraiyyə Komitəsinin 1991-ci il tarixli 8/442 nömrəli qərarına əsasən X1 bağları 4103A saylı bağ sahəsi ünvanında yerləşən ümumi sahəsi 0,12 ha torpaq sahəsi X2 ayrılmışdır. X5 torpaq sahəsini 20000 (iyirmi min) manata qiymətləndirir və gələcəkdə həmin qiymətə İddiaçı ilə alqı - satqı müqaviləsi bağlayaraq satmağı öhdəsinə götürmüş, İddiaçı isə torpaq sahəsini gələcəkdə 20000 (iyirmi min) manata almağı öhdəsinə götürmüşdür. İddiaçı 10000 (on min) manatını notariusun depozit hesabı vasitəsi ilə X2 ödəyib, X5 isə həmin məbləği almışdır. Qalan 10000 (on min) manat pul vəsaitini xx.xx.2021-ci il tarixdə ödəməyi öz öhdəsinə götürür. İddiaçı qeyd olunan tarixdə ödənişi etmiş və həmin torpaq sahəsi üzərində faktiki sahibliyi həyata keçirmiş və orada mənzil tikmişdir. Daha sonra o həmin daşınmaz əmlaka mülkiyyət hüququ əldə edərək çıxarışın alınması üçün ona müraciət etmişdir. xx.xx.2024-cü il tarixində cavabdehə verilmiş vəkil sorğusuna cavaba əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0,12 ha torpaq sahəsinə çıxarışın verilməsinə köməklik göstərilməsi barədə xx.xx.2024-cü il tarixli ********** nömrəli müraciətə 1 Saylı Bakı Ərazi İdarəsində baxılmışdır. Torpaq sahəsinin dövlət reysterində qeydiyyata alınmasına dair “Daşınmaz əmlakın dövlət reysteri haqqında” Azərbaycan Respublikasının qanunun 8-ci maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əlavə edilməmişdir. Qeyd olunan bağ sahəsi digər şəxsin adına qeydiyyata alınmışdır. Daha sonra verilmiş digər vəkil sorğusuna cavaba əsasən iddiaçının Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 0.12 ha torpaq sahəsi olan 4103A saylı bağ sahəsinin kimin adına qeydiyyata alınması barədə məlumatın təqdim edilməsi ilə bağlı sorğuya Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reysteri publik hüquqi şəxsi 1 Saylı Bakı Ərazi İdarəsində baxılmışdır. Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 0.12 ha torpaq sahəsi olan 4103A saylı bağ sahəsi keçmiş Bağlar təsərrüfatının inkişafı və istismarı birliyinin xx.xx.2006-cı il tarixli 25112 nömrəli icarə müqaviləsi əsasında xx.xx.2015-ci il tarixdə X6 adına ilkin qeydiyyata alınmışdır. Bakı şəhəri 50 saylı dövlət notariat kontorunda təsdiq edilmiş 4Ə-767 reystr nömrəli xx.xx.2020-ci il tarixli alqı - satqı müqaviləsi əsasında həmin bağ sahəsi xx.xx.2020-ci il tarixdə X4 adına qeydiyyata alınmışdır, hazırda mülkiyyətindədir. Göründüyü kimi şəxsin mülkiyyət hüquqları pozulmuşdur. Ona satılmış olan torpaq sahəsi başqa bir şəxsin mülkiyyətində olmuşdur. Qeyd edilən bütün bu hallar iddiaçının konstitusion hüquqlarının pozulmasına gətirib çıxarmışdır. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Cavabdeh “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə təqdim etdiyi iddiaya yazılı etirazında bildirmişdir ki, müvafiq iddia tələbi ilə bağlı iddiaçının 1 saylı Bakı Ərazi İdarəsinə müraciəti daxil olmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış təqdim edilməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi tələbini müdafiə etdi, onun mümkün sayılaraq, mahiuyyəti üzrə baxılmasını və təmin olunmasını xahiş etdi. Cavabdehin nümayəndəsi iddiaya etiraz edərək, onun təmin edilməməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarında qeyd edilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Məhkəmə qeyd edir ki, iddiaçının tələbi Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 4103a nömrəli bağ sahəsinə mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınması və dövlət reyestrindən çıxarışın verilməsindən ibarətdir. Bu iddia öhdəliyin icrası haqqında iddiadır (çünki daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz) ki, yuxarıda qeyd olunduğu kimi bu iddalar üzrə digər mümkünlük şərtləri ilə yanaşı tələb olunan şərtlərdən biri də ərizə ilə əvvəlcə müvafiq inzibati orqana müraciət edilməsidir. Belə ki, öhdəliyin icrası haqqında iddiaların qaldırılması zamanı məhkəməyə müraciət edilməmişdən öncə cavabdeh inzibati orqana eyni tələblə müraciət edilməsinə dair şərtin qoyulmasında məqsəd inzibati icraatın məhkəməyədək inzibati orqanın özü tərəfindən həyata keçirilməsi zərurəti ilə əlaqədardır. Belə ki, məhkəmə inzibati orqanı əvəz edən, onun əvəzinə inzibati icraat aparan orqan deyildir. Məhkəmənin vəzifəsi inzibati orqan tərəfindən aparılmış inzibati icraatın, onun nəticəsində qəbul edilmiş inzibati aktın qanuniliyinə qiymət vermək və ya inzibati orqanın hərəkətsizliyi halında aparılmamış inzibati icraat nəticəsində şəxslərin pozulmuş hüquqlarının təmin edilməsindən ibarətdir. Buna görə də öhdəliyin icrasına dair iddialarda ilkin müraciətlə əlaqədar mümkünlük şərtlərinin yoxlanılması zamanı qiymətləndirilməli olan məsələ iddiaçının məhkəməyə müraciət edənədək pozulduğunu hesab etdiyi hüququnun bərpası ilə bağlı hər hansı bir hərəkət edib-etməməsi, başqa sözlə, inzibati orqanı pozulmuş hüququ ilə bağlı məlumatlandırıb-məlumatlandırmaması, eləcə də pozuntunun aradan qaldırmasını tələb edib-etməməsidir. Lakin iş materiallarından İddiaçının hazırkı tələblə bağlı məhkəməyə müraciət etməzdən öncə inzibati orqana müraciət etməsi müəyyən olunmur. Belə ki, işdə olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2025-ci il tarixli **********59 nömrəli məktubdan görünür ki, iddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən, 0.12 hektar torpaq sahəsi olan 4103a saylı bağ sahəsinin kimin adına qeydiyyata alınması barədə məlumatın təqdim edilməsi ilə bağlı cavabdehə müraciət etmiş, cavabadeh isə həmin məktubla bildirmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən, 0,12 hektar torpaq sahəsi olan 4103a saylı bağ sahəsi keçmiş Bağlar təsərrüfatının inkişafı və istismarı birliyinin xx.xx.2006-ci il tarixli 25112 nömrəli icarə müqaviləsi əsasında xx.xx.2015-ci il tarixdə X7 adına ilkin qeydiyyata alınmışdır.Bakı şəhəri 50 saylı dövlət notariat kontorunda təsdiq edilmiş 4Ə-767 reyestr nömrəli xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsi əsasında həmin bağ sahəsi xx.xx.2020-ci il tarixdə X4 adına qeydiyyata alınmışdır, hazırda mülkiyyətindədir. Göründüyü kimi, işdə olan sənədlərdən müəyyən olunur ki, iddiaçı cavabdehə müraciət etsə də, məhkəməyə müraciət etdiyi məzmunda tələblə müraciət etməmiş, inzibati orqan bu tələbə münasibətdə hər hansı bir inzibati icraat aparmamışdır. Cavabdeh də iddiaya yazılı etirazında iddiaçının hazırkı məzmunda tələb ilə məhkəməyə müraciət etmədiyi bildirilmiş, məhkəmə iddiaçının nümayəndəsi müvafiq məzmunda ərizə ilə cavabdehə müraciəti təsdiq edən sənədin məhkəməyə təqdim edə bilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, hazırkı iddia inzibati prosessual qanunvericiliyin tələblərinə, yəni iddianın mümkünlüyü üçün zəruri olan tələblərə cavab vermir, buna görə də iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasına (ünvan: ünvan 4ənbərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar