Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-9928/2024 29.08.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı nümayəndəsi (vəkili) Vəkil, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin qoyulması” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi 1.İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə İddiaçı xx.xx.2024-ci il tarixindən güzəştli şərtlərə əmək pensiya təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 2.İddiaçının nümayəndəsi daha sonra məhkəməyə ərizə təqdim edərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə İddiaçı xx.xx.2023-cü il tarixindən güzəştli şərtlərə əmək pensiya təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 3.Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin dəyişdirilməsinə etiraz etməmişdir. 4.Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdeh inzibati orqana müraciət edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını xahiş etmişdir. Cavabdeh inzibati orqan tərəfindən iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasından imtina edilməsi barədə 3-17-1/2-S-104906/2024 nömrəli, xx.xx.2024-ci il tarixli bildiriş göndərilmişdir. Cavabdeh inzibati orqan bu məktubda "xxxx" ASC Suraxanı rayon Su Kanal İdarəsi”-nin verdiyi 23.012024-cü il tarixli SH-01/7-04 nömrəli arayışına istinad edərək imtinasını onunla əsaslandırır ki, iddiaçının işlədiyi xx.xx.1996 - xx.xx.2004-cü il tarixləri arasındakı dövr ərzində Suraxanı sahəsində yeraltı kanalizasiya şəbəkələrində, xx.xx.2004 xx.xx.2009-cu və xx.xx.2010 - xx.xx.2011-ci il tarixləri arasında Suraxanı qəza xidməti sahəsində, xx.xx.2013 - xx.xx.2019-cu il tarixləri arasındakı dövr ərzində Kanalizasiya və yağış suyu şəbəkələrinin istismarı sahəsində, xx.xx.2019 - xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində Su və Kanalizasiya istismarı sahəsində və xx.xx.2022 xx.xx.2024-cü il tarixləri arasındakı dövr ərzində Su və Kanalizasiya istismarı sahəsinin Tullantı suların axıdılması xidmətində təmirçi-çilingər vəzifəsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın ümumi peşələr (35) bölməsində nəzərdət tutulmuş “yeraltı kanalizasiya şəbəkələrində daim məşğul olan qəza-bərpa işlərinin çilingərləri vəzifələsi”nə uyğun gəlmir. Cavabdeh həmçinin qeyd edir ki, iddiaçının adı çəkilən müəssisədəki iş stajına aid qeyd olunan məlumatların cavabdeh tərəfindən yerində dəqiqləşdirilməsi zamanı iddiaçının işlədiyi vəzifənin 23.012024-cü il tarixli SH-01/7-04 nömrəli arayışda istinad edilənyeraltı kanalizasiya şəbəkələrində daim məşğul olan qəza-bərpa işlərinin çilingərləri vəzifəsinə uyğun olmadığı müəyyən edilib. Bu fakt, “Suraxanı rayon Sukanal İdarəsi”-nin 6 mart 2024-cü il tarixli birgə Aktı ilə təsdiq edilmişdir. İddiaçı hesab edir ki, cavabdeh inzibati orqanın imtinasını tam qanunsuz və əsassızdır.
1. Cavabdeh inzibati orqan iddiaçıya güzəştli şərtlərlə əmək pensiyası imtina məktubunda qəsdən "xxxx" ASC Suraxanı rayon Su Kanal İdarəsi”-nin verdiyi 23.012024cü il tarixli SH-01/7-04 nömrəli arayışın məzmununu təhrif etmişdir. Belə ki, həmin arayışdan görünür ki, iddiaçı xx.xx.1996-cı il tarixdən xx.xx.2024-cü il tarixə qədər, ümumilikdə 26 il 2 ay ərzində yeraltı kanalizasiya şəbəkələrində daim qəza-bərpa işləri üzrə çilingər peşəsində çalışmışdır. Bütün bu dövr ərzində bu ixtisas Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 35-ci bəndinə əsasən güzəştli sayılır.
2. İddaçıya işlədiyi bu müddət ərzində və hal-hazırda əmək şəraiti xüsusilə zərərli və ağır olduğu üçün Əmək Məcəlləsinin 159-cu maddəsinin tələbinə uyğun olaraq hər ay əmsallaşdırılmış əlavə əməkhaqqı hesablanmış, eyni zamanda bu əməkhaqqı məbləğindən X8 Fonduna əlavə ödənişlər edilmişdir. Bu fakt iddaçının əməkhaqqı hesabatı vərəqlərindən də aşkar görünür.
3. Cavabdeh inzibati orqan pensiya təyin edərkən iddiaçının vəzifəsinin adının necə yazıldığını deyil, onun yerinə yetirmiş olduğu əmək funksiyalarını, vəzifələrini, işlədiyi əmək şəraitini, habelə işlədiyi müddətdə ona ödənilmiş əməkhaqqının və şəxsi pensiya hesabına köçürmələrin tərkibini əsas götürməli idi.
4. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının № 03 2013-cü il 08 may tarixli qərarı ilə təsdiq edilmiş “Şəhər, qəsəbə və əhali yaşayan ərazilərdə qaz, su təchizatı və tullantı sularının axıdılması və yaşıllaşdırma təsərrüfatlarına aid olan fəhlə peşələrinin və işlərin Vahid X3”nın “Su təchizatı və tullantı sularının axıdılması” bölməsində Qəza-bərpa işləri üzrə çilingər vəzifəsinin xüsusiyyətləri qeyd olunmuşdur. Həmin xüsusiyyətlərə əsasən iddiaçının peşə funsiyalarının, kanalizasiya şəbəkəsi ilə iş olduğu görünür. Kanalizasiya özlüyündə tullantı su və mayelərin məskunlaşma bölgələrindən və sənaye bölgələrindən uzaqlaşdırılması üçün qurulan yeraltı qurğu sistemidir.
5. İddiaçının əmək pensiyasının təyin edilməsi haqqında ərizə verdikdən sonra cavabdeh inzibati orqanın işverənlə birlikdə tərtib etdikləri 6 mart 2024-cü il tarixli birgə Akt iddiaçının ona qədər yaranmış əmək və pensiya hüququnu heç bir halda məhdudlaşdıra bilməz. Bu Aktın hazırkı mübahisənin həlli üçün heç bir hüquqi qüvvəsi də ola bilməz. Ən azından ona görə ki, həmin akt iddiaçıya pensiya hüququ verən hüquqmüəyyənedici sənədləri etibarsız sayılmasına əsas vermir və iddiaçının 26 il 2 ay ərzində işverənlə razılaşdırılmış əmək şaraitində (xüsusilə ağır və zərərli şəriatdə) işləməsinin nəticələrini aradan qaldırmır. Habelə, güzəştli pensiya almaq üçün DSMF-na edilmiş əlavə ödənişləri iddiaçıya qaytarmır.
6. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinin tələbinə görə, inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Lakin 6 mart 2024-cü il tarixli birgə Akt iddiaçının əsaslandığı halların heç birini təkzib etmir və bu halların ifadə olunduğu rəsmi sənədləri etibarsız etmir.
7. İnzibati İcraat Haqqında Azərbaycan Respublikasının Qanununun19.1-ci maddəsinin tələbinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 5.Cavabdeh orqanın iddiaçıya ünvanlanan xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dəkyaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezdentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və X4 Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, əmək və əhalinin sosial müdafiəsi nazirinin əmr və sərəncamlarını, X7 qərarlarını, X7 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. Qanunun 9.1-ci madddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısının ümumi peşələr bölməsində (35) yeraltı kanalizasiya şəbəkələrində daim məşğul olan qəza-bərpa işlərinin çilingərləri vəzifəsi nəzərdə tutulmuşdur. Mərkəzi Filiala təqdim etdiyi Azersu ASC “Suraxanı rayon Sukanal ldarəsi”nin sizə dair xx.xx.2024-cü il tarixli SH-01/7-04 nömrəli arayışında xx.xx.1996-xx.xx.2004-cü il tarixləri arasındakı dövr ərzində Suraxanı sahəsində yeraltı kanalizasiya şəbəkələrində, xx.xx.2004-xx.xx.2009-cu və xx.xx.2010-xx.xx.2011-ci il tarixləri arasındaki dövrlər ərzində Suraxanı qəza xidməti sahəsində, xx.xx.2011-xx.xx.2013-cu il tarixləri arasındaki dövr ərzində Suraxanı Sukanal sahəsində, xx.xx.2013-xx.xx.2019-cu il tarixləri arasındaki dövr ərzində Kanalizasiya və yağış suyu şəbəkələrinin istismarı sahəsində, xx.xx.2019xx.xx.2022-ci il tarixləri arasındaki dövr ərzində Su və kanalizasiya istismarı sahəsində və xx.xx.2022-xx.xx.2024-cü il tarixləri arasındaki dövr ərzində Su və kanalizasiya istismarı sahəsinin Tullantı suların axıdılması xidmətində təmirçi-çilingər vəzifəsində işlədiyiniz qeyd olunmuşdur. Adıçəkilən müəssisədəki iş stajınıza aid sənədlərdə qeyd olunan məlumatların Mərkəzi Filialın mütəxəssisləri tərəfindən yerində dəqiqləşdirilməsi zamanı işlədiyiniz vəzifənin sözügedən arayışda istinad edilən yuxanda qeyd olunan yeraltı kanalizasiya şəbəkələrində daim məşğul olan qəza-bərpa işlərinin çilingərləri vəzifəsinə uyğun olmadığı müəyyən edilib. Bu fakt “Suraxanı rayon Sukanal idarəsi”-nin 6 mart 2024cü il tarixli birgə Aktı ilə təsdiq edilmişdir. Bu səbəbdən də sizin güzəştli iş stajınız yoxdur. Qeyd olunanları nəzərə alaraq, sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.
6. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilən yazılı etirazda qeyd olunmuşdur ki, iddiaçı xx.xx.2024-cü il tarixdə Mərkəzi Filiala müraciət edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Mərkəzi Filial xx.xx.2024-cü il tarixli 3-17-1/2-S-104906/2024 nömrəli “güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında” məktubunda bildirmişdir ki, iddiaçının güzəştli iş stajı olmadığından ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina olunmuşdur. Bundan narazı qalan İddiaçı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Cavabdehin imtinası qanunidir və iddiaçının iddia tələbi aşağıda qeyd olunan əsaslara görə təmin edilməməlidir: Bildirilir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 9.1 -ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Eyni zamanda bildiririk ki, Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezdentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və X4 Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativhüquqi aktlarını, əmək və əhalinin sosial müdafiəsi nazirinin əmr və sərəncamlarını, X7 qərarlarını, X7 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. Qanunun 9.1 -ci madddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın ümumi peşələr bölməsində (35) yeraltı kanalizasiya şəbəkələrində daim məşğul olan qəza-bərpa işlərinin çilingərləri vəzifəsi nəzərdə tutulmuşdur. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi Azərsu ASC “Suraxanı rayon Sukanal İdarəsi”-nin iddiaçıya dair xx.xx.2024-cü il tarixli SH-01/7-04 nömrəli arayışında xx.xx.1996-xx.xx.2004-cü il tarixləri arasındaki dövr ərzində Suraxanı sahəsində yeraltı kanalizasiya şəbəkələrində, xx.xx.2004-xx.xx.2009-cu və xx.xx.2010xx.xx.2011-ci il tarixləri arasındaki dövrlər ərzində Suraxanı qəza xidməti sahəsində, xx.xx.2011-xx.xx.2013-cu il tarixləri arasındaki dövr ərzində Suraxanı Sukanal sahəsində, xx.xx.2013-xx.xx.2019-cu il tarixləri arasındaki dövr ərzində Kanalizasiya və yağış suyu şəbəkələrinin istismarı sahəsində, xx.xx.2019-xx.xx.2022-ci il tarixləri arasındaki dövr ərzində Su və kanalizasiya istismarı sahəsində və xx.xx.2022-xx.xx.2024-cü il tarixləri arasındaki dövr ərzində Su və kanalizasiya istismarı sahəsinin Tullantı suların axıdılması xidmətində təmirçi-çilingər vəzifəsində işlədiyi qeyd olunmuşdur. İddiaçının adıçəkilən müəssisədəki iş stajına aid sənədlərdə qeyd olunan məlumatların Mərkəzi Filialın mütəxəssisləri tərəfindən yerində dəqiqləşdirilməsi zamanı işlədiyi vəzifənin sözügedən arayışda istinad edilən yuxarıda qeyd olunan yeraltı kanalizasiya şəbəkələrində daim məşğul olan qəza-bərpa işlərinin çilingərləri vəzifəsinə uyğun olmadığı müəyyən edilmişdir. Bu fakt “Suraxanı rayon Sukanal İdarəsi”-nin 6 mart 2024-cü il tarixli birgə Aktı ilə təsdiq edilmişdir. Bu səbəbdən də iddiaçının güzəştli iş stajı yoxdur. Nazirlər Kabinetinin 175 saylı Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydasfna 2 nömrəli əlavədə əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin siyahısında şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışının əlavə edilməli olması göstərilmişdir. “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”na 2 nömrəli əlavədə göstərilən arayış formasından da aydın olur ki, arayışda vəzifə Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 saylı Qərarında göstərilən müvafiq bənd və ya yarımbəndə uyğun vəzifə olmalıdır. Güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə əsas verən vəzifə, Qanunun 9.1-ci maddəsinin tələbinə uyğun olaraq Nazirlər Kabinetinin 12 saylı Qərarında qeyd edilən vəzifəylə eynilik təşkil etməlidir. Buna görə də cavabdeh orqan tərəfindən verilmiş imtina qanunauyğun hesab edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli icmal məktubuna əsasən məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməlidir. Bu halda məhkəmə iddaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edilə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilməlidir. Əlavə olaraq bildirilmişdir ki, Ali Məhkəmə tərəfindən inzibati məhkəmələrə ünvanlanmış icmal məktubda məhkəmələrə izah olunmuşdur ki, iş yerindən əldə edilən sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələrin müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Lakin onu da nəzərə almaq lazımdır ki, apellyasiya instansiyası məhkəməsi iş yerindən təqdim edilmiş belə arayışı heç də həmişə birmənalı sübut kimi qəbul etməməlidir. Məhkəmə tərəfindən Azərbaycan Respublikası İPM-in 58.6-cı maddəsinə uyğun olaraq, işə baxılarkən həmin arayışın məzmunu diqqətlə tədqiq edilməli və qiymətləndirməli, zərurət yaranarsa, sənədi vermiş müəssisədən əlavə məlumat, vəzifə təlimatları tələb edilməklə və ya digər müvafiq araşdırma aparılmaqla iddiaçının həqiqətən güzəştli şərtlə pensiya hüququ verən sahədə və peşədə işləyib-işləmədiyi mötəbər qaydada müəyyən edilməlidir. Oxşar işlər üzrə Ali Məhkəmənin formalaşmış hüquqi mövqeyinə görə, məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğunluğu dəqiq göstərilməlidir. Bu halda, məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilə bilər. Yuxarıda qeyd olunan mövqe Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli 2-1(102)-482/2024 nömrəli, xx.xx.2024-cü il tarixli 2- 1(102)-669/2024 nömrəli, xx.xx.2024-cü il tarixli 2-1(102)-668/2024 nömrəli, xx.xx.2024-cü il tarixli 2-1(102)-669/2024 nömrəli qərarlarında da ifadə olunmuşdur.
7. "xxxx" ASC Suraxanı rayon Sukanal İdarəsi tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli Güzəştli Arayışda qeyd edilmişdir ki, İddiaçı xx.xx.2011-ci il tarixdən Əmr 15-k, xx.xx.2011-ci il) bu günədək aşağıda göstərilən güzəştli peşədə işləyir. xx.xx.1996-xx.xx.2004 – Kanalizasiya şəbəkələrinin istismarı müəssisisəsi Suraxanı sahəsində yeraltı kanalizasiya şəbəkələrində daim qəza-bərpa işləri üzrə çilingər peşəsində çalışıb. (Əmr 128-k, xx.xx.1996-cı il). Bu ixtisas Azərbaycan Nazirlər Kabinetinin xx.xx.2007-12 nömrəli Qərarı ilə təsdiq edilmiş Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının 35-ci bəndinə əsasən güzəştli sayılır. Güzəştli əmək stajı 7 il 9 ay 22 gün hesablanmışdır. xx.xx.2004-xx.xx.2009 – "xxxx" Səhmdar Cəmiyyəti Bakı Kanalizasiya xidməti İdarəsi, kanalizasiya şəbəkələrinin İstismarı sahəsi. Suraxanı qəza xidməti sahəsində yeraltı kanalizasiya şəbəkələrində daim qəza-bərpa işləri üzrə çilingər peşəsində çalışıb. (Əmr 05-k, xx.xx.2004-cü il). Bu ixtisas Azərbaycan Nazirlər Kabinetinin 23.01 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının 35-ci bəndinə əsasən güzəştli sayılır.Güzəştli əmək stajı ixtisasa əsasən, 4 il 8 ay 6 gün hesablanmışdır. xx.xx.2010-xx.xx.2011 – "xxxx" Səhmdar Cəmiyyəti Bakı Kanalizasiya xidməti İdarəsi. Kanalizasiya şəbəkələrinin istismarı sahəsi. Suraxanı sahəsində yeraltı kanalizasiya şəbəkələrində daim qəza-bərpa işləri üzrə çilingər peşəsində çalışıb.(Əmr 40-k, xx.xx.2010-ci il). Bu ixtisas Azərbaycan Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının 35-ci bəndinə əsasən güzəştli sayılır.Güzəştli əmək stajı ixtisasa əsasən, 10 ay 13 gün hesablanmışdır. xx.xx.2011-xx.xx.2013 – “Azərsu’’ ASC Bakı Sukanal İdarəsi, Suraxanı Sukanal sahəsində yeraltı kanalizasiya şəbəkələrində daim qəza-bərpa işləri üzrə çilingər peşəsində çalışıb. (Əmr 15-k, xx.xx.2011-ci il). Bu ixtisas Azərbaycan Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının 35-ci bəndinə əsasən güzəştli sayılır. Güzəştli əmək stajı ixtisasa əsasən, 2 il 29 gün hesablanmışdır. xx.xx.2013-xx.xx.2019 – Kanalizasiya və yağış suyu şəbəkələrinin istismarı sahəsində yeraltı kanalizasiya şəbəkələrində daim qəza-bərpa işləri üzrə çilingər peşəsində çalışıb. (Əmr 54-k, xx.xx.2013-cü il). Bu ixtisas Azərbaycan Nazirlər Kabinetinin xx.xx.2007- ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının 35-ci bəndinə əsasən güzəştli sayılır.Güzəştli əmək stajı ixtisasa əsasən, 5 il 10 ay 29 gün hesablanmışdır. xx.xx.2019-xx.xx.2022 – Su və kanalizasiya şəbəkələrinin istismarı sahəsində yeraltı kanalizasiya şəbəkələrində daim qəza-bərpa işləri üzrə çilingər peşəsində çalışıb (Əmr42k. 01.04 2019-cü il). Bu ixtisas Azərbaycan Nazirlər Kabinetinin xx.xx.2007-cı il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəriçılərın siyahısının 35-ci bəndinə əsasən güzəştli sayılır. Güzəştli əmək stajı ixtisasa əsasən, 3 il 2 ay 10 gün hesablanmışdır. 10.06.202-xx.xx.2024 – Su və kanalizasiya şəbəkələrinin istismarı sahəsinin Tullantı suların axıdılması xidmətində yeraltı kanalizasiya şəbəkələrində daim qəza-bərpa işləri üzrə çilingər peşəsində çalışıb. Bu ixtisas Azərbaycan Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının 35-ci bəndinə əsasən güzəştli sayılır Güzəştli əmək stajı ixtisasa əsasən, 1 il 7 ay 14 gün hesablanmışdır. Yuxanda qeyd olunmuş bu ixtisas yeraltı kanalizasiya şəbəkələrində daim məşğul olan qəza-bərpa işlərinə aiddir. Onun bu işlərin aparılmasında 26 il 2 ay 2 gün hesablanmışdır. Arayış "xxxx" ASC-nin Suraxanı rayon Sukanal İdarəsində olan əmək kitabçası əsasında verilir.
8. İddiaçı məxsus əmək kitabçası, əmək müqaviləsi bildirişləri və əmək müqaviləsinin surəti iş materiallarına əlavə olunmuşdur.
9. "xxxx" Açıq Səhmdar Cəmiyyəti Suraxanı Rayon Sukanal İdarəsinin xx.xx.2024-cü il tarixli, 16/ş tarixli Əmrinə əsasən Səmədov X2 rayon Sukanal İdarəsinin Su və kanalizasiya şəbəklərinin istismarı sahəsinin Tullantı suların axıdılması xidməti üzrənin qəza-bərpa işləri üzrə çilingərinə xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü ilədək olan iş ilinə görə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək 33 təqvim günü əmək məzuniyyəti verilmişdir. (21 təqvim günü əsas, 6 təqvim günü əmək stajına görə əlavə, 6 təqvim günü zərərli işinə görə əlavə, 9 May Faşizm üzərində Qələbə günü).
10. İddiaçı tərəfindən məhkəməyə təqdim edilən yazılı vəsatət qeyd edilmişdir ki, Cavabdeh inzibati orqan məhkəməyə 23 iyul 2024 cü il tarixli, 3-17-1/2-172234/2024 nömrəli etiraz ərizəsi təqdim etmişdir. Cavabdeh etiraz ərizəsində qeyd etmişdir ki, Azərsu ASC "Suraxanı rayon Sukanal İdarəsi"-nin iddiaçıya dair xx.xx.2024-cü il tarixli SH- 01/7-04 nömrəli arayışında xx.xx.1996-xx.xx.2004-cü il tarixləri arasındaki dövr ərzində Suraxanı sahəsində yeraltı kanalizasiya şəbəkələrində, xx.xx.2004-xx.xx.2009-cu və xx.xx.2010xx.xx.2011-ci il tarixləri arasındaki dövrlər ərzində Suraxanı qəza xidməti sahəsində. xx.xx.2011 -xx.xx.2013-cu il tarixləri arasındaki dövr ərzində Suraxanı Sukanal sahəsində, xx.xx.2013-xx.xx.2019-cu il tarixləri arasındaki dövr ərzində Kanalizasiya və yağış suyu şəbəkələrinin istismarı sahəsində, xx.xx.2019-xx.xx.2022-ci il tarixləri arasındaki dövr ərzində Su və kanalizasiya istismarı sahəsində və xx.xx.2022-xx.xx.2024- cü il tarixləri arasındaki dövr ərzində Su və kanalizasiya istismarı sahəsinin Tullantı suların axıdılması xidmətində təmirçi-çilingər vəzifəsində işlədiyi qeyd olunmuşdur. İddiaçının adıçəkilən müəssisədəki iş stajına aid sənədlərdə qeyd olunan məlumatların Mərkəzi Filialın mütəxəssisləri tərəfindən yerində dəqiqləşdirilməsi zamanı işlədiyi vəzifənin sözügedən arayışda istinad edilən yuxarıda qeyd olunan yeraltı kanalizasiya şəbəkələrində daim məşğul olan qəza-bərpa işlərinin çilingərləri vəzifəsinə uyğun olmadığı müəyyən edilmişdir. Bu fakt "Suraxanı rayon Sukanal İdarəsi"-nin 6 mart 2024-cü il tarixli birgə Aktı ilə təsdiq edilmişdir. İddaçıya "xxxx" ASC tərəfindən işlədiyi bu müddət ərzində və hal-hazırda əmək şəraiti xüsusilə zərərli və ağır olduğu üçün Əmək Məcəlləsinin 159-cu maddəsinin tələbinə uyğun olaraq hər ay əmsallaşdırılmış əlavə əməkhaqqı hesablanmış, eyni zamanda bu əməkhaqqı məbləğindən Dövlət Sosial Müdafiə Fonduna əlavə ödənişlər edilmişdir. Cavabdeh inzibati orqan öz etiraz ərizəsi ilə "xxxx" ASC-tərəfindən iddiaçıya ödənilən əmsallaşdırılmış əlavə əmək haqqının və bu əməkhaqqından DSMF - yə ödənilən əlavə ödənişlərin əslində ödənilməməsi lazım olduğunu qeyd edir. Halbuki, indiyənə qədər cavabdeh inzibati orqan "xxxx" ASC-yə bununla bağlı hər hansı bir müraciət ünvanlamamış və ödənişləri qəbul etməyə davam etmişdir. Əgər məhkəmə cavabdehin xeyrinə qərar verərsə bu zaman cavabdeh tərəfindən "xxxx" ASC-yə artıq ödədiyi ödənişlər geri qaytarılmalıdır. Məhz bu səbəbdən "Azərsu” ASC üçüncü şəxs kimi işə cəlb olunmalı və onun tərəfindən ödənilmiş vəsaitlərin həcmi və əsası müəyyən edilməlidir.
11. Məhkəmənin şifahi məhkəmə dinləmələri (şifahi məhkəmə baxış iclası) iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi.
12. Məhkəmənin baxış iclasında iştirak edən cavabdehin nümayəndəsi yazılı etirazın məzmununa uyğun izahat verərək iddia tələbinin rədd edilməsini xahiş etdi.
II. İddianın növü və mümkünlüyü
13. Tələb zahirən məcburetmə haqqında iddia kimi görünsə də, məhkəmə hesab edir ki, iddianın növü öhdəliyin icrasına dair iddiadır.
14. İddia mümkündür.
III. Məhkəmənin mövqeyi
15. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır.
16. 13 may 2022-ci il tarixli 530-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 9.1-ci maddə qeyd edilən yeni redaksiyada verilmişdir. əvvəlki redaksiyada deyilirdi: 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.
11. İddiaçı xx.xx.1963-cü il təvəllüdlüdür və 60 yaşdan güzəştli şərtlərlə pensiya təyin olunmasına dair xx.xx.2024-cü il tarixdə cavabdeh quruma müraciət etmişdir.
17. İddiaçının ümumi iş stajı ilə bağlı mübahisə yoxdur. Hazırki iş üzrə mübahisə İddiaçı güzəştli şərtlərlə əmək stajı müddətinin hesablanması ilə bağlıdır.
12. Cavabdeh orqan yazılı etirazda bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın ümumi peşələr bölməsində (35) yeraltı kanalizasiya şəbəkələrində daim məşğul olan qəza-bərpa işlərinin çilingərləri vəzifəsi nəzərdə tutulmasına baxmayaraq Azərsu ASC “Suraxanı rayon Sukanal İdarəsi”-nin iddiaçıya dair xx.xx.2024-cü il tarixli SH-01/7-04 nömrəli arayışında iddiaçının təmirçi-çilingər vəzifəsində işlədiyi qeyd olunduğundan nəticədə kifayət qədər güzəştli iş stajı olmadığından iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ yoxdur.
13. İddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən əmək şəraiti zərərli və ağır olan işlərdə iş stajına münasibətdə məhkəmə qeyd edir ki, "xxxx" ASC Suraxanı rayon Sukanal İdarəsi tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli Güzəştli Arayışda qeyd edilmişdir ki, İddiaçı xx.xx.2011-ci il tarixdən Əmr 15-k, xx.xx.2011-ci il) bu günədək güzəştli peşədə işləyir: - xx.xx.1996-xx.xx.2004 – Kanalizasiya şəbəkələrinin istismarı müəssisiəsi. Suraxanı sahəsində yeraltı kanalizasiya şəbəkələrində daim qəza-bərpa işləri üzrə çilingər peşəsində çalışıb. (Əmr 128-k, xx.xx.1996-cı il). Bu ixtisas Azərbaycan Nazirlər Kabinetinin xx.xx.2007-12 nömrəli Qərarı ilə təsdiq edilmiş Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının 35-ci bəndinə əsasən güzəştli sayılır. Güzəştli əmək stajı 7 il 9 ay 22 gün hesablanmışdır. - xx.xx.2004-xx.xx.2009 – "xxxx" Səhmdar Cəmiyyəti Bakı Kanalizasiya xidməti İdarəsi, kanalizasiya şəbəkələrinin İstismarı sahəsi. Suraxanı qəza xidməti sahəsində yeraltı kanalizasiya şəbəkələrində daim qəza-bərpa işləri üzrə çilingər peşəsində çalışıb. (Əmr 05-k, xx.xx.2004-cü il). Bu ixtisas Azərbaycan Nazirlər Kabinetinin 23.01 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının 35-ci bəndinə əsasən güzəştli sayılır.Güzəştli əmək stajı ixtisasa əsasən, 4 il 8 ay 6 gün hesablanmışdır. - xx.xx.2010-xx.xx.2011 – "xxxx" Səhmdar Cəmiyyəti Bakı Kanalizasiya xidməti İdarəsi. Kanalizasiya şəbəkələrinin istismarı sahəsi. Suraxanı sahəsində yeraltı kanalizasiya şəbəkələrində daim qəza-bərpa işləri üzrə çilingər peşəsində çalışıb.(Əmr 40-k, xx.xx.2010-ci il). Bu ixtisas Azərbaycan Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının 35-ci bəndinə əsasən güzəştli sayılır.Güzəştli əmək stajı ixtisasa əsasən, 10 ay 13 gün hesablanmışdır. - xx.xx.2011-xx.xx.2013 – “Azərsu’’ ASC Bakı Sukanal İdarəsi, Suraxanı Sukanal sahəsində yeraltı kanalizasiya şəbəkələrində daim qəza-bərpa işləri üzrə çilingər peşəsində çalışıb. (Əmr 15-k, xx.xx.2011-ci il). Bu ixtisas Azərbaycan Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının 35-ci bəndinə əsasən güzəştli sayılır. Güzəştli əmək stajı ixtisasa əsasən, 2 il 29 gün hesablanmışdır. - xx.xx.2013-xx.xx.2019 – Kanalizasiya və yağış suyu şəbəkələrinin istismarı sahəsində yeraltı kanalizasiya şəbəkələrində daim qəza-bərpa işləri üzrə çilingər peşəsində çalışıb. (Əmr 54-k, xx.xx.2013-cü il). Bu ixtisas Azərbaycan Nazirlər Kabinetinin xx.xx.2007- ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının 35-ci bəndinə əsasən güzəştli sayılır.Güzəştli əmək stajı ixtisasa əsasən, 5 il 10 ay 29 gün hesablanmışdır. - xx.xx.2019-xx.xx.2022 – Su və kanalizasiya şəbəkələrinin istismarı sahəsində yeraltı kanalizasiya şəbəkələrində daim qəza-bərpa işləri üzrə çilingər peşəsində çalışıb (Əmr 42k. 01.04 2019-cü il). Bu ixtisas Azərbaycan Nazirlər Kabinetinin xx.xx.2007-cı il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəriçılərın siyahısının 35-ci bəndinə əsasən güzəştli sayılır. Güzəştli əmək stajı ixtisasa əsasən, 3 il 2 ay 10 gün hesablanmışdır. - 10.06.202-xx.xx.2024 – Su və kanalizasiya şəbəkələrinin istismarı sahəsinin Tullantı suların axıdılması xidmətində yeraltı kanalizasiya şəbəkələrində daim qəza-bərpa işləri üzrə çilingər peşəsində çalışıb. Bu ixtisas Azərbaycan Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının 35-ci bəndinə əsasən güzəştli sayılır Güzəştli əmək stajı ixtisasa əsasən, 1 il 7 ay 14 gün hesablanmışdır. - Yuxanda qeyd olunmuş bu ixtisas yeraltı kanalizasiya şəbəkələrində daim məşğul olan qəza-bərpa işlərinə aiddir. Onun bu işlərin aparılmasında 26 il 2 ay 2 gün hesablanmışdır. Arayış "xxxx" ASC-nin Suraxanı rayon Sukanal İdarəsində olan əmək kitabçası əsasında verilir.
14. Odur ki, məhkəmə müəyyən edir ki, cavabdeh orqan tərəfindən imtinanın əsası olaraq Azərsu ASC “Suraxanı rayon Sukanal İdarəsi”nin xx.xx.2024-cü il tarixli SH-01/7-04 nömrəli arayışında iddiaçının təmirçi-çilingər vəzifəsində işlədiyinin qeyd olunduğunun bildirilməsi tamamilə xəyali təfsirdən ibarətdir. Belə ki, "xxxx" ASC Suraxanı rayon Sukanal İdarəsi tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli Güzəştli Arayışa əsasən ki, İddiaçı xx.xx.2011-ci il tarixdən xx.xx.2024-cü il tarixədək 26 il 2 ay 2 gün qəza-bərpa işləri üzrə çilingər vəzifəsində işləmişdir (bu hal iddiaçıya məxsus əmək kitabçası və əmək müqaviləsi bildirişləri ilə də təsdiq edilir).
15. “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı:
35. Ümumi peşələr yeraltı kanalizasiya şəbəkələrində daim məşğul olan qəza-bərpa işlərinin çilingərləri və ustaları
16. Odur ki, İddiaçı 60 yaşının tamam olduğu xx.xx.2023-cü ilədək azı 26 il əmək şəraitinə görə güzəştli şərtlərlə əmək stajı mövcuddur.
18. Qanunvericiliyə yeni dəyişikliyə əsasən pensiya kapitalı tələbi artıq istisna olunmuşdur.
19. Məhkəmə hesab edir ki, cavabdeh orqanın pensiya təyinindən imtinası nəticəsində iddiaçının qanunla qorunan hüquqları pozulmuşdur, odur ki, cavabdeh orqanın iddiaçıya güzəştli şərtlərlə pensiya təyin edilməsindən imtinası əsassızdır və məhkəmənin mövqeyi nəzərə alınmaqla iddiaçıya güzəştli şərtlərlə pensiya təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.
17. İddiaçı tərəfindən məhkəməyə təqdim edilən yazılı vəsatətdə "Azərsu” Açıq Səhmdar Cəmiyyətinin inzibati məhkəmə icraatına üçüncü şəxs kimi cəlb edilməsi xahiş edilmişdir.
18. Məhkəmə hüquqi müəyyənlik prinsipindən çıxış edərək qeyd edir ki, Azərsu ASC “Suraxanı rayon Sukanal İdarəsi”-nin xx.xx.2024-cü il tarixli SH-01/7-04 nömrəli arayışından hüquqi mövqeyi aydındır. Odur ki, vəsatətə münasibət bildirmək zərurəti yoxdur.
19. İPM-in 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
20. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
21. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:
İddia tələbi təmin edilsin. İddiaçı 60 yaşının tamam olduğu xx.xx.2023-cü il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Günel Sevdimalıyeva