Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-9948/2023 15.09.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, Məmmədzadə Səbunə Firəddin qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs X12 və X9) “mənzilə mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Bakı şəhəri, Xətai rayonu, 23/24-cü məhəllə, M. Hadi küçəsi 39F saylı evin 2-ci girişinin 2-ci mərtəbəsində yerləşən, sahəsi 82,6 kv.m olan 14 saylı mənzilə (yeni nömrəsi 102) dair İddiaçı adına çıxarış verilməsi vəzifəsinin cavabdeh AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Feyziyeva (Məmmədova) Günay Seyfulla qızı ilə X12 arasında “birgə nikah dövründə əldə edilmiş əmlak bölgüsü və s.” tələbə dair məhkəmə mübahisəsi olmuşdur. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(103)-9947/2021 saylı icra sənədinə əsasən, Bakı şəhəri, Xətai rayonu, 23/24-cü məhəllə, M. Hadi küçəsi 39F saylı evin 2-ci girişinin 2-ci mərtəbəsində yerləşən, sahəsi 82,6 m2 olan 14 saylı mənzilə (yeni nömrəsi 102) dair X12 ilə anası X9 arasında 52 saylı notariat kontorunda bağlanmış bağışlama müqaviləsi etibarsız hesab edilərək, X4 adına olan çıxarış ləğv olunmalı, həmin mənzilin 1/2 hissəsinə onun, 1/2 hissəsinə X6 payları müəyyən edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin sözügedən icra sənədi üzrə icra icraatı zamanı iddiaçı ilə X12 arasında barışıq sazişi bağlanmış və həmin sazişin məhkəmə qaydasında təsdiq olunması ilə bağlı icra məmurunun təqdimatı təmin edilmişdir. Belə ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 8(007)- 239/2022 saylı Qərardadı ilə təqdimat təmin edilərək qərara alınmışdır ki, İddiaçı X10 55000 AZN (əlli beş min manat) məbləği notariusun bankda açılan depozit hesabı vasitəsilə ödəyir. X12 55000 AZN (əlli beş min manat) məbləği qəbul edir. X12 Bakı şəhəri, Xətai rayonu, 23/24-cü məhəllə, M.Hadi küçəsi, 39F saylı evin, 2-ci giriş, 2-ci mərtəbəsində yerləşən sahəsi 82.6 kv.m olan 14 saylı mənzilə, yeni nömrəsi 102 olan mənzilə görə ona ödənilmiş 55.000 (əlli beş min manat sıfır qəpik) AZN pul məbləği müqabilində həmin mənzilin 1/2 hissəsindən cavabdeh Feyziyeva (Məmmədova) Günay Seyfulla qızının xeyrinə imtina edir və bununla bağlı gələcəkdə ona qarşı hər hansı bir iddia tələbi olmayacaq. X12 Bakı şəhəri, Xətai rayonu, 23/24-cü məhəllə, M.Hadi küçəsi, 39F saylı evin, 2-ci giriş, 2-ci mərtəbəsində yerləşən sahəsi 82.6 kv.m olan 14 saylı mənzilin, yeni nömrəsi 102 olan mənzili 2 (iki) ay ərzində İddiaçı adına keçirməyi öhdəsinə götürür. Göründüyü kimi, təsdiq olunmuş həmin sazişə görə X12 Bakı şəhəri, Xətai rayonu, 23/24-cü məhəllə, M. Hadi küçəsi 39F saylı evin 2-ci girişinin 2-ci mərtəbəsində yerləşən, sahəsi 82,6 m2 olan 14 saylı (yeni nömrəsi 102) mənzil üzərində qanuni qüvvəsini almış məhkəmə aktı əsasında 1/2 hissə payından, iddiaçının ona 55 000 manat ödəməyi müqabilində iddiaçının xeyrinə imtina etmişdir. Həmin barışıq sazişinin iddiaçı tərəfindən yerinə yetirilməli olan şərtləri yerinə yetirilmiş, o cümlədən Elnur Məmmədova 55 000 manat ödənilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 27 dekabr 2022-ci il tarixli, 8(007)-239/2022 saylı müşayiət məktubundan görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 8(007)-239/2022 saylı Qərardadı aidiyyəti hissədə icra olunması üçün cavabdeh orqana göndərilmişdir. İddiaçı tərəfindən cavabdeh orqana ərizə ilə müraciət edilərək sözügedən Qərardadın icrasının təmin olunması, o cümlədən Bakı şəhəri, Xətai rayonu, 23/24-cü məhəllə, M. Hadi küçəsi 39F saylı evin 2-ci girişinin 2ci mərtəbəsində yerləşən, sahəsi 82,6 kv.m olan 14 saylı (yeni nömrəsi 102) mənzilə dair adına çıxarış verilməsi xahiş edilmişdir. Cavabdeh orqanın xx.xx.2023-cü il tarixli, №**********543-21-3-30/2-F00xx-xx/2023 saylı cavab məktubu ilə bildirilmişdir ki, “... Bakı ApellyasiyaMəhkəməsinin xx.xx.2021-ci il tarixli 2(103)-9947/2021 saylı icra vərəqəsi və Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 8(007)-239/2022 saylı Qərardadının icrası tərəfimizdən mümkün olmamışdır.” Bundan əlavə, cavabdeh orqanının Bakı şəhəri Nizami rayon İcra şöbəsinin icra məmuruna göndərdiyi 3-21-3-30/2-2333/2023 saylı xx.xx.2023-cü il tarixli məktubda “İcra haqqında” Qanunun məsələ ilə əlaqəsi olmayan 20.1.2-ci maddəsinin mətni qeyd olunaraq “Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(103)-9947/2021 saylı icra vərəqəsinin icrası tərəfimizdən mümkün olmamışdır” məzmununda qanunsuz cavab verilmişdir. Halbuki, cavabdeh orqanın məktubunda istinad olunan “İcra Haqqında” Qanunun 20.1.2-ci maddəsi məhkəmə tərəfindən tələbkarla borclu arasında barışıq sazişi təsdiq olunduğu təqdirdə icra sənədi üzrə icraata xitam verilməsini tənzimləyir - lakin nəzərə almaq lazımdır ki, bu halda icraatına xitam verilən icra sənədi əsas icra sənədi (hazırkı halda Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli icra sənədi) olmaqla həmin icra sənədini icra etməli olan vəzifəli şəxsin (Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin) müvafiq barışıq sazişi üzrə icra hərəkətlərinin həyata keçirmək vəzifəsi yaranır. Həmin işlə bağlı qanuni qüvvəyə minmiş məhkəmə qərardadı olduğu halda, həmçinin məhkəmə tərəfindən qərardadın aidiyyəti hissədə icra edilməsi üçün cavabdeh orqana məktub göndərildiyi halda cavabdeh orqan tərəfindən icra edilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Bakı İnzibati məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə X12 və X9 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişlər. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(103)-9947/2021 saylı icra vərəqəsinin icrasına dair Nizami Rayon İcra Şöbəsinin xx.xx.2022-ci il tarixli, 4315-10 saylı məktubu və İddiaçı xx.xx.2023-cü il tarixli ərizəsi İdarəyə daxil olmuşdur. Aparılan araşdırma zamanı məlum olmuşdur ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(103)-9947/2021 saylı icra vərəqəsinə əsasən Bakı şəhəri, Xətai rayonu, 23/24-cü məhəllə, M.Hadi küçəsi, 39F saylı evin, 2-ci giriş, 1-ci mərtəbəsində yerləşən sahəsi 82,6 kv.m olan 14 saylı mənzilə, yeni nömrəsi 102 saylı mənzilə dair X12 ilə anası X9 arasında 52 saylı notariat kontorunda xx.xx.2020-ci il tarixində 4Ə- 445 saylı reyestr nömrə ilə bağlanmış bağışlama müqaviləsi etibarsız hesab edilərək, X4 adına olan çıxarış ləğv edilməli, həmin mənzilin 1/2 hissəsinə X2, 1/2 hissəsinə X6 payları müəyyən edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(103)- 9947/2021 saylı icra sənədi üzrə bağlanmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 8(007)-239/2022 saylı qərardad qəbul edilmişdir. Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 8(007)-239/2022 saylı qərardadı ilə iddiaçı X7 və cavabdeh X12 arasında bağlanmış barışıq sazişi təsdiqlənmişdir. Nəzərinizə çatdırırıq ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 261-ci maddəsində iş üzrə icraata xitam verilməsinin əsaslarından biri kimi tərəflər arasında barışıq sazişinin bağlanması qeyd olunmuşdur. Belə ki, 261.0.5ci maddəyə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə iş üzrə icraata xitam verilir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.2-ci maddəsinə əsasən, məhkəmə tələbkar ilə borclu arasında barışıq sazişini təsdiq etdikdə icra sənədi üzrə icraata xitam verilir. Qeyd olunanlara əsasən, mülki işlər üzrə mübahisələrdə tərəflər barışıq sazişi bağlamaqla icra ilə bağlı yalnız öz üzərlərinə öhdəlik götürürlər və üçüncü şəxslərə münasibətdə (o cümlədən səlahiyyətli dövlət orqanları) icra ilə bağlı hər hansı öhdəliyin icrası nəzərdə tutulmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216.1-ci maddəsinə əsasən, işi mahiyyəti üzrə həll edən birinci instansiya məhkəməsinin aktı qətnamə formasında çıxarılır. Həmin Məcəllənin 220.6-cı maddəsinə əsasən, məhkəmə qətnamənin icra qaydası və müddətini müəyyən etdiyi və ya onun icrasının təmin edilməsi üçün tədbirlər gördüyü hallarda, bunu qətnamənin nəticə hissəsində göstərməlidir. Qanunvericiliyin sözügedən müddəlarına əsasən, barışıq sazişi (onun şərtləri) məhkəmənin deyil, tərəflərin gəldiyi nəticədir, məhkəmə yalnız sazişi (onun qanuna uyğun olduğunu) təsdiq edir. Həm də nəzərə alınmalıdır ki, saziş təsdiq edilərkən iş üzrə icraat xitam olunur, bu isə məhkəmə müdafiəsinə (qətnamənin qəbuluna) yönələn fəaliyyətin xitamı deməkdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 191-ci maddəsinin tələbinə əsasən məhkəmə tərəflərin təqdim etdiyi barışıq sazişini təsdiq etdikdə iş üzrə icraata xitam verilmə barədə qərardad çıxarır və bu qərardad öhdəlik müəyyən etməyən qərardaddır. Barışıq sazişi ilə tərəflər öz üzərlərinə öhdəlik götürürlər. Göründüyü kimi, qeyd olunan maddələrin də məzmunundan aydın olur ki, icraata xitam verilməsi haqqında qərardad və barışıq sazişi dövlət reyestrində qeydiyyata alınma üçün əsas deyil. Məlumat üçün bildiririk ki, Bakı şəhəri, Xətai rayonu, 23/24-cü məhəllə, M.Hadi küçəsi, 39F saylı evin,2-ci giriş, 1-ci mərtəbəsində yerləşən sahəsi 82,6 kv.m olan 14 saylı mənzil X4 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Əlavə olaraq bildirilir ki, iddiaçı tərəfindən təqdim edilmiş Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(103)-9947/2021 saylı qətnaməsinin təsviri hissəsində Bakı şəhəri, Xətai rayonu, 23/24cü məhəllə, M.Hadi küçəsi, 39F saylı evin,2-ci giriş, 4-cü mərtəbəsində yerləşən sahəsi 82,6 kv.m olan 14 saylı mənzil qeyd edildiyi halda, əsaslandırıcı və nəticə hissələrində Bakı şəhəri, Xətai rayonu, 23/24-cü məhəllə, M.Hadi küçəsi, 39F saylı evin, 2-ci giriş, 1-ci mərtəbəsində yerləşən sahəsi 82,6 kv.m olan 14 saylı mənzil qeyd edilmişdir. Bundan əlavə, barışıq sazişinin təsdiq edilməsi ilə bağlı Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 8(007)-239/2022 saylı qərardadında isə Bakı şəhəri, Xətai rayonu, 23/24-cü məhəllə, M.Hadi küçəsi, 39F saylı evin,2-ci giriş, 2-ci mərtəbəsində yerləşən sahəsi 82,6 kv.m olan 14 saylı mənzil qeyd edilmişdir. Həmçinin, Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(112)-9948/2023 saylı sərəncamına qoşma edilmiş iddia ərizəsində isə Bakı şəhəri, Xətai rayonu, 23/24-cü məhəllə, M.Hadi küçəsi, 39F saylı evin, 2-ci giriş, 2-ci mərtəbəsində yerləşən sahəsi 82,6 kv.m olan 14 saylı mənzil qeyd edilmişdir. “Daşınmaz əmlakı n dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq məhkəmədən iddia tələbinin təmin edilməməsi xahiş edilmişdir. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə xx.xx.2023-cü il tarixdə iddia tələbinə dəqiqləşdirmə barədə ərizə təqim edərək Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, məhəllə 2324, ev 39F, mənzil 102 (Yeni qaydalarla: AZ1149, Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, 143, m 4, mənzil 6- ümumi sahəsi 79,20 kv.m, reyestr nömrəsi **********83-05301-093190 olan mənzilin İddiaçı adına qeydiyyata alınamasına dair çıxarış verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin eyni tarixli qərardadı ilə iddia tələbi dəqiqləşdirilmiş şəkildə icraata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul eidlməsini xahiş etdi. Məhkəmə iclasında iştirak etmiş üçüncü şəxs X12 iddia tələbinin təmin edilməsinə etirazı olmadığını bildirmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarında olan elektron məhkəmə informasiya sistemindən əldə edilmiş AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsi məlumatından müəyyən olunur ki, xx.xx.1985-ci il təvəllüdlü İddiaçı Bakı şəhəri, Yasamal rayonu, X11 küçəsi, 1, 13 ünvanında qeydiyyatdadır. ünvan 2br 2020-ci il tarixli qətnaməsi ilə (....) Bakı şəhəri, Xətai rayonu 23/24- cü məhəllə, M.Hadi küçəsindəki 39 F saylı evin 2-ci giriş, 4-cü mərtəbəsində yerləşən, sahəsi 82,6 kv.m olan 14 saylı mənzilə yeni nömrə ilə 102 saylı mənzilə dair X12 ilə anası X9 arasında 52 saylı Notariat Kontorunda xx.xx.2020-ci il tarixdə 4Ə-445 reyestr nömrəsi ilə bağlanmış bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, X4 adına həmin mənzillə əlaqədar verilmiş çıxarışın ləğv olunması, həmin mənzilin birgə nikah vaxtı əldə olunmuş əmlak hesab edilməklə qeyd edilən mənzilə tərəflərin payının aşağıdakı qaydada müəyyən olunaraq, X2 payının-3/5 hissədə, X6 payının-2/5 hissədə müəyyən olunması, mənzildə X2 uşaqları ilə birlikdə yaşamasına müdaxilə edilməsinin cavabdehə qadağan edilməsi (......) qət olunmuşdur. İş materiallarına əlavə edilmiş Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(103)-9947/2021 nömrəli qətnaməsinə əsasən iddiaçı X7 və X12 tərəfindən verilmiş apellyasiya şikayətlərinin qismən təmin edilməsi, (.....) Bakı şəhəri Xətai rayonu, 23/24-cü məhəllə, M.Hadi küçəsi, 39F saylı evin, 2-ci giriş, 1-ci mərtəbəsində yerləşən sahəsi 82,6 kv.m olan 14 saylı mənzilə, yeni nömrəsi 102 saylı mənzilə dair X12 ilə anası X9 arasında 52 saylı notariat kontorunda xx.xx.2020-ci il tarixdə 4Ə-445 saylı reyestr nömrə ilə bağlanmış bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, X4 adına olan çıxarışın ləğv edilməsi, həmin mənzilin 1/2 hissəsinə X2, 1/2 hissəsinə X6 paylarının müəyyən edilməsi (.....) qət edilmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 8(007)-239/2022 nömrəli qərardadı ilə icra məmurunun təqdimat təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-9947/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə X12 ilə İddiaçı 10 iyun 2022-ci il tarixdə Bakı şəhəri 15 saylı Notariat ofisində aşağıdakı şərtlərlə bağladıqları barışıq sazişi təsdiq edilmişdir. Barışıq sazişinə əsasən: Mən, X12 bildirirəm ki, Bakı Apellyasiya məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(103)-9947/2021-saylı qətnaməsi, Bakı Nizami rayon İcra şöbəsinin İcra işi № e60588/2022-7-24-001-saylı sənədinə əsasən, borclu Feyziyeva (Məmmədova) Günay Seyfulla qızı tərəfindən qət olunmuş əmlaklar üzrə mənə çatası, Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi 77 saylı evin, 59 saylı mənzilin alınması üçün "xxxx" ASC-dən 05 dekabr 2017-ci il tarixli 17009-1727/506872 saylı kredit müqaviləsi üzrə götürdüyümüz və 08 may 2019-cu il tarixinə kimi olan müddətə qalmış 167.960,96 manat məbləğində ümumi borc tərəflər arasında ½ hissəsi və ödəniş qrafikinə uyğun olaraq 08 may 2019-cu il tarixdən başlayaraq hər ayın 05-dən başlayaraq mənə ödəniləsi 301,01 manat pul vəsaitindən ödəniləsi pul məbləğindən, Bakı şəhəri Xətai rayonu, 23/24-cü məhəllə, M.Hadi küçəsi, 39F saylı evin, 2-ci giriş, 2-ci mərtəbəsində yerləşən sahəsi 82,6 kv.m olan 14 saylı mənzilə, yeni nömrəsi 102 saylı mənzilə dair Bakı şəhər 52 saylı notariat kontorunda xx.xx.2020-ci il tarixli 4Ə-445 reyestr nömrəsi ilə təsdiq edilmiş X4 adına bağlanmış müqavilənin etibarsız və çıxarışın ləğv edilməsi, həmin mənzilə görə mənə ödənilmiş 55.000 (əlli beş min manat sıfır qəpik) AZN pul məbləği müqabilində ½ hissəsindən, "Volkswagen Polo” markalı, ** ND *** dövlət qeydiyyat nişanlı avtomobilin bazar dəyəri olan 6600 (altı min altı yüz) manatın ½ hissəsini təşkil edən 3300 (üç min üç yüz) manat məbləğindən, ** RJ *** dövlət nömrə nişanlı “Chevrolet Aveo" markalı avtomaşının mənim payıma düşən ½ hissəsindən cavabdeh Feyziyeva (Məmmədova) Günay Seyfulla qızının xeyrinə imtina edirəm və bununla bağlı gələcəkdə ona qarşı hər hansı bir iddiam, tələbim olmayacaq.
2. Mən, Feyziyeva (Məmmədova) Günay Seyfulla qızı bildirirəm ki, Bakı Apellyasiya məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(103)-9947/2021 saylı qətnaməsi, Bakı Nizami rayon icra şöbəsinin icra işi № e60588/2022-7-24-001 saylı sənədinə əsasən, borclu X12 tərəfindən, qət olunmuş əmlaklar üzrə mənə çatası, Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi 77 saylı evin, 59 saylı mənzilinin ½ hissəsindən, “Toyota-Yaris" markalı, **-SO-*** dövlət nömrə nişanlı avtomobilin ½ hissəsindən, ** RJ ***-döylət nömrə nişanlı “Chevrolet Aveo” markalı avtomaşına görə mənə borclu olduğu ½ hissəsini təşkil edən 3.358,36 (üç min üç yüz əlli səkkiz manat otuz altı qəpik) manat pul məbləğindən, "xxxx" ASC-yə 2019-cu ilin mayına kimi ödənilmiş 6541,6 (altı min beş yüz qırx bir manat altmış qəpik) manatın 1/2 hissəsini təşkil edən 3270,8 (üç min iki yüz yetmiş manat səksən qəpik) manat hissəsindən, birgə nikah dövründə əldə edilmiş hər birinin dəyəri 400 manat, cəmi 800 manat məbləğində olan 2 ədəd güldan və dəyəri 500 manat olan bir ədəd jurnal masasının ½ hissəsini təşkil edən 650 manat pul məbləğindən cavabdeh X6 xeyrinə imtina edirəm və bununla bağlı gələcəkdə ona qarşı hər hansı bir iddiam, tələbim olmayacaq.
3. İddiaçı X10 55000 AZN (əlli beş min manat) məbləği notariusun bankda açılan depozit hesabı vasitəsilə ödəyir.
4. X12 55000 AZN (əlli beş min manat) məbləği qəbul edir.
5. Mən, X12 Bakı şəhəri, Xətai rayonu, 23/24-cü məhəllə, M.Hadi küçəsi, 39F saylı evin, 2-ci giriş, 2-ci mərtəbəsində yerləşən sahəsi 82.6 kv.m olan 14 saylı mənzilin, yeni nömrəsi 102 olan mənzili 2 (iki) ay ərzində İddiaçı adına keçirməyi öhdəsinə götürür.
6. Bu Saziş notariat qaydasında təsdiq edildiyi gündən qüvvəyə minir və tərəflər öhdəliklərini icra edənədək qüvvədədir.
7. Tərəflər arasında yaranan hər hansı anlaşılmazlıqlar və mübahisələr Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən qarşılıqlı razılıq əsasında həll olunur, bu mümkün olmadıqda isə müvafiq məhkəmələrdə həll olunur.
8. Bu Saziş ilə tənzimlənməyən tərəflər arasındakı münasibətlər Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə əsasən tənzimlənir.” Məhkəmə sorğusuna cavab olaraq Bakı Şəhər Nizami Rayon Məhkəməsinin verdiyi xx.xx.2023-cü il tarixli, 8(007)-239/2022 nömrəli məktubda bildirilmişdir ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 8(007)-239/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-9947/2021 saylı xx.xx.2021-ci il tarixli icra sənədi üzrə tərəflər arasında bağlanmış barışıq sazişinin məhkəmə qaydasında təsdiq olunması ilə bağlı icra məmuru Tahir Ağayevin təqdimat təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-9947/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə X12 ilə İddiaçı 10 iyun 2022-ci il tarixdə Bakı şəhəri 15 saylı Notariat ofisində bağladıqları barışıq sazişi təsdiq edilmişdir. Hazırda Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 8(007)-239/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı qanuni qüvvəyə minmiş və aidiyyəti üzrə icraya yönəldilmişdir. Həmin məktubla göndərilmiş icra sənədlərindən görünür ki: -Bakı Şəhər Nizami Rayon İcra Şöbəsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən Bakı Apellyasiya Məhkəməsinin 2(103)-9947/2021 saylı xx.xx.2021-ci il tarixli icra sənədi üzrə icraata başlanılması qərara alınmışdır. -Bakı Şəhər Nizami Rayon İcra Şöbəsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən Bakı Apellyasiya Məhkəməsinin 2(103)-9947/2021 saylı xx.xx.2021-ci il tarixli icra sənədinə xitam verilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin verdiyi xx.xx.2023-cü il tarixli, **********23 nömrəli məktubu ilə göndərilmiş sənədlərin surətindən görünür ki: -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Xətai rayonu, məhəllə 2324, Məhəmməd Hadi küçəsi, ev 39F, mənzil 102. Yeni qaydalarla: AZ1149, ünvan 3 ünvanında yerləşən 79.2 kv.m ölçüdə reyestr nömrəsi **********83-05301-093190 olan mənzil üzərində xüsusi mülkiyyət hüququ X6 adına xx.xx.2020-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. - xx.xx.2020-ci il tarixli bağışlama müqaviləsinə əsasən X12 Bakı şəhəri, Xətai rayonu, məhəllə 2324, Məhəmməd Hadi küçəsi, ev 39F, mənzil 102. Yeni qaydalarla: AZ1149, ünvan 3 ünvanında yerləşən mənzili X5 hədiyyə verir. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Xətai rayonu, məhəllə 2324, Məhəmməd Hadi küçəsi, ev 39F, mənzil 102. Yeni qaydalarla: AZ1149, ünvan 3 ünvanında yerləşən 79.2 kv.m ölçüdə reyestr nömrəsi **********83-05301-093190 olan mənzil üzərində xüsusi mülkiyyət hüququ X4 adına xx.xx.2020-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. İddiaçı tərəfindən məhkəmə dəftərxanası vasitəsilə təqdim edilən "xxxx" Mənzil-tikinti Kooperativinin xx.xx.2023-cü il tarixli, 09-23/01 nömrəli arayışına əsasən İddiaçı (AA*******) həqiqətən yaşadığı ünvan 4 ünvanında yerləşən "xxxx" MTK-nın tikmiş olduğu, 3 girşli 17 mərtəbəli 39 F saylı yaşayış binasındakı 2-ci giriş 4-cü mərtəbə 14 saylı mənzilin nömrəsi, binanın BŞİH-nin balansına qəbul olması və blokların qeydiyyatının soldan aparılması ilə əlaqədar olaraq 2-ci giriş 4-cü mərtəbə 102 sayı ilə əvəz edilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin verdiyi xx.xx.2023-cü il tarixli, **********28 nömrəli məktubu ilə göndərilmiş daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2020-ci il tarixli müayinə aktına əsasən Bakı şəhəri, Xətai rayonu, məhəllə 2324, Məhəmməd Hadi küçəsi, ev 39F, giriş 2, mənzil 102 iki otaqlı mənzildir, yaşayış sahəsi faktiki 38,2 kv.m, ümumi sahəsi hüquqmüəyyənedici sənəd üzrə 82,6 kv.m, faktiki sahəsi 79,2 kv.m-dir. 17 mərtəbəli binanın 4-cü mərtəbəsində yerləşir. Soldan 6-cı qapı. Təqdim olunmuş sənədlərlə (maliyyə arayışı və protokoldan çıxarışda) mənzilin mərtəbəsi düzgün qeyd olunmayıb. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli, **********54 nömrəli cavab məktubunda qeyd olunmuşdur ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(103J-9947/2021 saylı icra vərəqəsinə əsasən Bakı şəhəri, Xətai rayonu, 23/24-cü məhəllə. M.Hadi küçəsi, 39F saylı evin.2-ci giriş, 1-ci mərtəbəsində yerləşən sahəsi 82,6 kv.m olan 14 saylı mənzilə, yeni nömrəsi 102 saylı mənzilə dair X12 ilə anası X9 arasında 52 saylı notariat kontorunda xx.xx.2020-ci il tarixində 4Ə-445 saylı reyestr nömrə ilə bağlanmış bağışlama müqaviləsi etibarsız hesab edilərək, X4 adına olan çıxarış ləğv edilməli, həmin mənzilin 'A hissəsinə X2, 'A hissəsinə X6 payları müəyyən edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(103)-9947/2021 saylı icra sənədi üzrə bağlanmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 8(007)-239/2022 saylı qərardad qəbul edilmişdir. Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 8(007)-239/2022 saylı qərardadı ilə iddiaçı X7 və cavabdeh X12 arasında bağlanmış barışıq sazişi təsdiqlənmişdir. Belə ki, barışıq sazişi və ya barışıq sazişinin təsdiq edilməsi ilə bağlı məhkəmə qərardadı “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8-ci madəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas kimi nazərdə tutulmamışdır Həmçinin, 'İcra haqqında' Azərbaycan Respublikası Qanununun 20.1.2-ci maddəsinə əsasən, məhkəmə tələbkar ilə borclu arasında barışıq sazişini təsdiq etdikdə icra sənədi üzrə icraata xitam verilir Yuxanda qeyd olunan səbəbdən Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixii, 2(103)-9947/2021 saylı icra vərəqəsi və Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022- ci Ü tarixli, 8(007}-239/2022 saylı qərardadının icrası tərəfimizdən mümkün olmamışdır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İstinad olunan normalardan müəyyən edildiyi kimi öhdəliyin icrası haqqında iddialarla bağlı mübahisələrə baxılarkən müəyyən edilməli olan xüsusi mümkünlük şərtlərindən biri kimi iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddia mahiyyət üzrə əsaslıdır. İşin hallarından görünür ki, Bakı şəhəri, Xətai rayonu, məhəllə 2324, Məhəmməd Hadi küçəsi, ev 39F, mənzil 102. Yeni qaydalarla: AZ1149, ünvan 3 ünvanında yerləşən ilkin olaraq 79.2 kv.m ölçüdə **********83-05301-093190 reyestr nömrəsi ilə xx.xx.2020-ci il tarixdə X6 adına qeydiyyata alınmış, daha sonra həmin mənzilə mülkiyyət hüququ xx.xx.2020-ci il tarixli bağışlama müqaviləsi əsasında X1, sonuncunun adına xx.xx.2020ci il tarixdə mülkiyyət hüququ qeydiyyata alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(103)-9947/2021 nömrəli qətnaməsi ilə Bakı şəhəri Xətai rayonu, 23/24-cü məhəllə, M.Hadi küçəsi, 39F saylı evin, 2-ci giriş, 1-ci mərtəbəsində yerləşən sahəsi 82,6 kv.m olan 14 saylı mənzilə, yeni nömrəsi 102 saylı mənzilə dair X12 ilə anası X9 arasında bağlanmış xx.xx.2020-ci il tarixli bağışlama müqaviləsi etibarsız hesab edilmiş, X4 adına olan çıxarışın ləğv edilməsi, həmin mənzilin 1/2 hissəsinə X2, 1/2 hissəsinə X6 payları müəyyən edilmişdir. Daha sonra Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(103)-9947/2021 saylı icra sənədi üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 8(007)- 239/2022 saylı qərardadı ilə iddiaçı X7 və cavabdeh X12 arasında bağlanmış barışıq sazişi təsdiqlənmişdir. Barışıq saizişinin şərtlərinə əsasən X12 ilə iddiaçı Bakı şəhəri Xətai rayonu, 23/24-cü məhəllə, M.Hadi küçəsi, 39F saylı evin, 2-ci giriş, 2-ci mərtəbəsində yerləşən sahəsi 82,6 kv.m olan 14 saylı mənzilə, yeni nömrəsi 102 saylı mənzilə görə ona ödənilmiş 55.000 (əlli beş min manat sıfır qəpik) AZN pul məbləği müqabilində ½ hissəsindən, cavabdeh Feyziyeva (Məmmədova) Günay Seyfulla qızının xeyrinə imtina etməsinə dair razılığa gəlmişlər. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 8(007)-239/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə barışıq sazişi təsdiq edilmiş, məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı qanuni qüvvəyə minmiş və aidiyyəti üzrə icraya yönəldilmişdir. Hazırkı iş üzrə iddiaçı məhkəmənin qanuni qüvvəsini almış və icraya yönəldilmiş qərardadına əsasən barışıq sazişi ilə razılığa gəlinmiş Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, məhəllə 2324, ev 39F, mənzil 102 (Yeni qaydalarla: AZ1149, Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, 143, m 4, mənzil 6, ümumi sahəsi 79,20 kv.m, reyestr nömrəsi **********83-05301-093190 olan mənzilə onun adına tam mülkiyyət hüququnun qeydiyyata alınaraq bu barədə dövlət reyestrindən çıxarışın verilməsini mübahisələndirir. Cavabdeh barışıq sazişinin mülki işlər üzrə mübahisələrdə tərəflər arasında bağlandığı, sazişlə tərəflər öz üzərilərinə mülki hüquq və öhdəlik götürdükləri, cavabdeh orqanın üzərinə hər hansı vəzifə qoyulmadığı və nəticə etibarı ilə barışıq sazişi dövlət reyestrində qeydiyyata alınma üçün əsas olmadığını qeyd etməklə müracətin təminindən imtina edir. Məhkəmə cavabdehin qeyd edilən mövqeyi ilə razılaşmır. Mülki Məcəllənin 139.1-ci maddəsiə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin məcəllənin 139-1.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0-cı maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları. Mülki Prosessual Məcəllənin aşağıdakı maddələrinə əsasən: -15.1. Məhkəmə məhkəmə aktlarını qətnamə, qərardad, qərar və əmr formasında qəbul edir. -15.2. Məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. -15.3. Məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. -52.3. Tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. “İcra haqqında” Qanunun aşağıdakı maddələrinə əsasən: -3.1. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. -3.2. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. -6.1. Aşağıdakılar icra sənədləri sayılır: 6.1.1. Məhkəmələr tərəfindən : Azərbaycan Respublikası məhkəmələrinin qərarları;(...). Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinin müddəaları baxımından barışıq sazişi üzrə icra vərəqəsinin verilib-verilməməsi mümkünlüyünün şərh edilməsinə dair” 23 iyun 2011-ci il tarixli Qərardadında göstərilmişdir ki, “(...) Məhkəmə aktlarının məcburiliyi təsbit edilmiş MPM-in 15.2-ci maddəsinə görə məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Məhkəmə məhkəmə aktlarını qətnamə, qərardad, qərar və əmr formasında qəbul edir (MPM-in 15.1-ci maddəsi). «İcra haqqında» Qanunun 6-cı maddəsində icra sənədlərinin siyahısı verilmişdir. Həmin Qanunun 6.1.1-ci maddəsinə görə Azərbaycan Respublikası məhkəmələri tərəfindən çıxarılmış qərarlar icra sənədi sayılır. MPM-in 15.1-ci və Qanunun 6.1.1-ci maddələrinin müqayisəli təhlilindən görünür ki, məhkəmə aktları qətnamə, qərardad, qərar və əmr formasında qəbul edilir. «İcra haqqında» Qanunun icra sənədi kimi qəbul etdiyi Azərbaycan Respublikası məhkəmələrinin qərarları özündə həm məhkəmə qətnaməsini, həm də qərardadı ehtiva edir. Buna görə də barışıq sazişi bağlanmaqla icraatına xitam verilmiş işlər üzrə çıxarılmış və qanuni qüvvəyə minmiş məhkəmə qərardadları digər məhkəmə aktları ilə eyni hüquqi qüvvəyə malik olmaqla MPM-in 15.2ci maddəsinin tələbinə əsasən Azərbaycan Respublikasının bütün ərazisində məcburi icra olunmalıdır.” Beləliklə, sadalanan normalardan müəyyən olunur ki, daşınmaz əmlaka mülkiyyət hüququnun qeydiyyata alınmasına əsas verən hüquqmüəyyənedici sənədlər arasında adı çəkilən “məhkəmə qərarı” dar mənada yalnız qərar formasında qəbul edilmiş məhkəmə aktını deyil, geniş mənada məhkəmə adından qəbul edilmiş aktları, o cümlədən qanuni qüvvəsini almış və icraya yönəldilmiş barışıq sazişinin təsdiq edilməsi barədə olan qərardadı da ehtiva edir. Azərbaycan Respublikası məhkəmələrinin çıxardıqları qərarlar, eləcə də qərardadlar məcburi hüquqi qüvvəyə malikdir, qərardadla öz həllini tapmış hallar Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün, o cümlədən mülkiyyət hüquqularının daşınmaz əmlakın dövlət reyestrini həyata keçirən inzibati orqan tərəfindən onun üzərinə bilavasitə vəzifənin qoyulmasından asılı olmayaraq səlahiyyəti çərçivəsində icra olunmalıdır. Hazırkı iş üzrə iddia predmeti olan əmlak mülki məhkəmə icraatında tərəflər arasında əmlak bölgüsünə dair mübahisənin predmeti olmuş və mübahisə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(103)-9947/2021 nömrəli qətnaməsi və həmin qətnamənin icrası gedişində tərəflər arasında bağlanmış Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 8(007)-239/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə təsdiq edilmiş barışıq sazişi ilə öz həllini tapmışdır. Qeyd edilən barışıq sazişi ilə tərəflər Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, məhəllə 2324, ev 39F, mənzil 102 (Yeni qaydalarla: AZ1149, Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, 143, m 4, mənzil 6-ya tam mülkiyyət hüququnun iddiaçının adına keçməsinə dair razılığa gəlmişlər. Nəticə etibarı ilə məhkəmə qərardadı ilə hazırkı inzibati orqanın iddiaçının sözügedən əmlaka tam mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata almaq öhdəliyi yaranmışdır. Məhkəmə cavbadehin etirazda qeyd etdiyi mənzilin nömrəsi, girişi, mərtəbəliyi ilə bağlı qətnamə və qərardadda uyğunsuzluğun olması ilə bağlı dəlili formal mülahizə kimi qiymətləndirir. Belə ki, mübahisə predmeti olan mənzil cavabdehin özünün daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata aldığı, reyestr nömrəsi **********83-05301-093190 olmaqla cavabdehə bəlli olan daşınmaz əmlakdır və mülki məhkəmə icraatında qəbul edilmiş məhkəmə aktları, barışıq sazişi də məhz **********83-05301-093190 reyestr nömrəli mənzil barəsində qəbul edilmişdir. İddiaçı da hazırkı iddiasında sözügedən mənzilə tam mülkiyyət hüququ üzrə qeydiyyatını mübahisələndirir. İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində İnzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən iddia tələbi təmin edilməli, Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, məhəllə 2324, ev 39F, mənzil 102 (Yeni qaydalarla: AZ1149, Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, 143, M 4, m 6 ünvanında yerləşən ümumi sahəsi 79,20 kv.m, reyestr nömrəsi **********83-05301-093190 olan mənzilə dair tam xüsusi mülkiyyət hüququnun İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla çıxarışın verilməsi vəzifəsi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52, 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Qərara aldı:
İddia tələbi təmin edilsin. Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, məhəllə 2324, ev 39F, mənzil 102 (Yeni qaydalarla: AZ1149, ünvan 6 ünvanında yerləşən ümumi sahəsi 79,2 kv.m, reyestr nömrəsi **********83-05301-093190 olan mənzilə dair tam xüsusi mülkiyyət hüququnun İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla çıxarışın verilməsi vəzifəsi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) şikayət verilə bilər.
Hakim Aygün Əhədova