Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-9949/2023 28.08.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, Məmmədzadə Səbunə Firəddin qızının katibliyi, İddiaçı Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri X19 üzrə Baş İdarəsinə qarşı “qərarın ləğvi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X19 üzrə Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X19 üzrə Baş İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, **********966700 nömrəli “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” Qərarının ləğv edilməsi və onun adının riskli vergi ödəyiciləri siyahısından çıxarılması öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X19 üzrə Baş İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, sifarişçi "xxxx" MMC (VÖEN: 1********) (halhazırda “One Construction" MMC) ilə onun (podratçı: İddiaçı) aralarında 01 iyun 2022-ci il tarixli, CC_SQ_0106 nömrəli Podrat müqaviləsi bağlanmışdır. Qeyd olunan Müqavilə üzrə elektron qaimələrdə göstərilən xidmətlər “Podratçı” tərəfindən icra edilmişdir və “Sifarişçi” tərəfindən qeyd olunan xidmətinlərin dəyəri “Podratçı”ya ödənilmişdir. Bundan sonra, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X19 üzrə Baş İdarəsi tərəfindən ona “Riskli əməliyyatların araşdırılması barədə” məktub göndərilmişdir və sözügedən məktubda qeyd edilmişdir ki, vergi ödəyicisi tərəfindən xx.xx.2022-xx.xx.2023-cü il dövr ərzində cəmi 26,3 min manat dəyərində təqdim edilmiş qaimə fakturalar üzrə satışda “Polo Resident 5 mərtəbə 1, 2, 3, 4 parking giriş pərdə betonlar, Polo Resident 7 mərtəbə örtük betonu və s. qeyd olunduğu müəyyən edilmişdir. Lakin elektron qaimə faktura üzrə vergi ödəyicisinin alışında, idxalında qeyd edilən mallar (iş, xidmət) müəyyən edilməmişdir. Vergi ödəyicisinin ticarət fəaliyyəti ilə məşğul olduğu müəyyən edilmiş, lakin təsərrüfat subyektinin (obyekt) qeydə alınmadığı müəyyən edilmişdir. Bununla əlaqədar tərəfindən cavabdeh orqana xx.xx.2023-cü il tarixdə məktub yazılaraq qeyd edilmişdir ki, riskin məzmunu olaraq göstərilən e-qaimələrdə qeyd olunmuş “Polo Resident 5 mərtəbə 1, 2, 3, 4 parking giriş pərdə betonlar, Polo Resident 7 mərtəbə örtük betonu və s.” məzmun etibarilə xidmətlərin göstərilməsinə (işçiliyə) istinad edir. Başqa sözlə, qeyd olunan elektron qaimələr mal satışını deyil, xidmətlərin göstərilməsini rəsmiləşdirmək üçün nəzərdə tutulmuşdur. Əlavə olaraq qeyd edilmişdir ki, xidmət göstərilən şirkət mal-materialları birbaşa özü təchiz etmiş, şirkətə hər hansı malmaterial alqı-satqısı həyata keçirilməmişdir. Bundan sonra, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X19 üzrə Baş İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixli, **********966700 nömrəli “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” Qərar qəbul edilmişdir və həmin qərarda vergi ödəyicisi İddiaçı riskli vergi ödəyicisi hesab edilməsi və riskli vergi ödəyiciləri siyahısına daxil edilməsi qeyd edilmişdir. Qeyd olunan qərarın ləğv edilməsi və onun adının riskli vergi ödəyiciləri qrupundan çıxarılması ilə bağlı tərəfindən cavabdeh orqana xx.xx.2023-cü il tarixdə elektron qaydada müraciət edilmişdir. Lakin sözügedən müraciətinə indiyədək cavab verilməmişdir. Cavabdeh orqanın xx.xx.2023-cü il tarixli, **********966700 nömrəli “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” Qərarı qanunsuz və əsassız olmaqla, eyni zamanda onun qanuni hüquqlarını kobud şəkildə pozur və onun sahibkarlıq fəaliyyəti həyata keçirməsini məhdudlaşdırır. Belə ki, cavabdeh orqan sözügedən qərarını qanunamüvafiq qaydada tam və düzgün əsaslandırılmamışdır. Eyni zamanda bildirmişdir ki, elektron qaimələrdə qeyd olunan malların (beton və s.) alqı-satqısı sifarişçi ilə digər şirkət arasında bağlanmış müqaviləyə əsasən təmin edilmişdir və həmin malların alqı-satqısının ona aidiyyəti olmamışdır. Belə ki, sifarişçi ilə digər şirkət arasında bağlanmış müqavilə əsasında alınmış mallar əsasında tərəfindən yalnız elektron qaimələrdə qeyd olunan xidmətlər (işlər) icra edilmişdir və həmin xidmətlər də elektron qaimələrdə dəqiqliklə göstərilmişdir. Göründüyü kimi, qeyd olunanlarla və Podrat müqaviləsi üzrə aparılan əməliyyatlarla bağlı tərəfimdən hər hansı qanun pozuntusuna yol verilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə görə, riskli vergi ödəyicisi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Maddədə qeyd olunan meyarları təsdiq edən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) dedikdə Azərbaycan Respublikası Nazirlər Kabineti nəzərdə tutulur. AR Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq olunmuş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları” sözügedən məsələni tənzimləyir. Həmin Meyarlar”ın 2.1.1-ci və 3.1.1-ci müddəalarına əsasən vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi hal riskli əməliyyatlar olaraq qiymətləndirilir. Belə ki, qeyd olunan məsələ üzrə İddiaçı fəaliyyəti təhlil olunmuşdur. Təhlil zamanı vergi ödəyicisi tərəfindən xx.xx.2022-xx.xx.2022-ci il dövr ərzində cəmi 26,3 min manat dəyərində təqdim edilmiş elektron qaimə-fakturalar üzrə “polo resident 5 mərtəbə 1,2,3,4 parking giriş pərdə betonlar, polo resident 7 mərtəbə örtük betonu və s.” qeyd olunduğu müəyyən edilmişdir. Lakin elektron qaimə-faktura üzrə vergi ödəyicisinin alışında, idxalında qeyd edilən mallar (iş, xidmət) müəyyən edilməmişdir. İddiaçı öz ərizəsində sahibkarlıq fəaliyyətinin yalnız bağladığı podrat müqaviləsinə əsasən xidmət göstərilməsindən ibarət olduğunu, heç vaxt mal satışı ilə məşğul olmadığını, o cümlədən e-qaimə fakturalarda qeyd edilən malların sifarişçi şirkətin özü tərəfindən təchiz edildiyini bildirərək inzibati orqanın qərarını əsassız saymışdır. İddiaçı tərəfindən təqdim edilmiş e-qaimə fakturalarda “malın adı” qrafasında müvafiq olaraq “polo resident 5 mərtəbə 1,2,3,4 parking giriş pərdə betonlar, polo resident 7 mərtəbə örtük betonu” qeyd olunmuşdur. Başqa sözlə, iddiaçı yalnız xidmət sahəsində fəaliyyət göstərdiyini qeyd etsə də, bu hal təqdim edilmiş e-qaimə fakturalarla uyğunsuzluq təşkil etməkdədir. Bundan əlavə iddiaçı öz ərizəsində xx.xx.2023cü il tarixli müraciətinin cavabsız qaldığını vurğulamışdır. Bununla əlaqədar bildiririk ki, sözügedən məktub vergi orqanı tərəfindən xx.xx.2023- cü il tarixli **********713300 nömrəli məktubla cavablandırılmışdır. Həmin məktub xx.xx.2023-cü il tarixdə saat 16:22-də vergi ödəyicisinin elektron ünvanına göndərilmiş və həmin gün saat 17:18-də iddiaçı tərəfindən oxunmuşdur. (xx.xx.2023-cü il tarixli **********713300 nömrəli məktub və yazışmalar barədə hesabat əlavə olunur). İddiaçı həmçinin öz ərizəsində sifarişçi ilə digər şirkət arasında bağlanmış müqaviləyə əsasında alınmış mallar əsasında onun tərəfindən yalnız e-qaimə fakturalarda qeyd olunan xidmətlərin icra edildiyini və podrat müqaviləsi üzrə hər hansı pozuntuya yol vermədiyini bildirmişdir. Qeyd olunanlarla əlaqədar qeyd etmək istəyirik ki, iddiaçı həqiqətən də podrat müqaviləsi üzrə fəaliyyət göstərmişdirsə, bu halda vergi orqanına dəfələrlə etdiyi müraciətlərə həmin müqavilənin surəti, e-qaimə fakturalarda qeyd olunan mallar üzrə şirkətlər arasında bağlanmış alqı-satqı müqaviləsini, o cümlədən göstərdiyi xidmətlə əlaqədar həmin malların sifarişçidən hansı sənəd əsasında təhvil alındığı barədə məlumatı vergi orqanına təqdim etməli idi. Lakin vergi ödəyicisi inzibati orqanla görüşə dəvət edildiyi halda, yuxarıda sadalanan sənədlərdən hər hansı biri sübut qismində inzibati araşdırmaya təqdim edilməmişdir. Bundan əlavə, vergi ödəyicisinin fəaliyyətinin araşdırılması müəyyən olunmuşdur ki, iddia tələbində yalnız podrat müqaviləsi üzrə tikinti xidməti göstərdiyini qeyd etməsinə baxmayaraq, ƏƏSMN-in elektron bazasından əldə olunmuş məlumata görə, iddiaçı tərəfindən hər hansı şəxslərin işlərin görülməsinə cəlb edilməsi halına rast gəlinməmişdir. Başqa sözlə, iddiaçı xidmət sahəsində fəaliyyət göstərməsinə baxmayaraq hər hansı işçi ilə əmək müqaviləsinin bağlanması təmin edilməmişdir. Həmçinin araşdırma zamanı tikinti işlərini yerinə yetirən işçilərin hər hansı müqavilə üzrə cəlb edilməsi ilə əlaqədar sənəd, həmin işçilərə əmək haqqının hansı formada ödənilməsini təsdiqləyən iddiaçının bank hesabından çıxarış qismində sübutların təqdim edilmədiyi aşkar edilmişdir. “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” Qərarda qeyd edilən digər bir əsas isə vergi ödəyicisinin qeydiyyatda olan təsərrüfat subyektinin mövcud olmamasıdır. Meyarların 2.1.3-cü bəndinə görə, idxalatçının, istehsalçının və ya idxalatçı olmayan ticarət fəaliyyəti həyata keçirən şəxsin vergi orqanında qeydiyyatda olan anbarı (o cümlədən icarəyə götürdüyü anbarı) və ya digər təsərrüfat subyekti (obyekti) olmadıqda və yaxud qeydiyyatda olan anbarın və ya digər təsərrüfat subyektinin (obyektinin) sahəsi ilə idxal və ya əldə edilən malların həcmi uyğunluq təşkil etmədikdə (digər şəxslər üçün sifariş əsasında gətirilən və bilavasitə sifarişçilərə təhvil mallar və hər bir sifarişçi üzrə sifarişin məbləği barədə məlumatların vergi orqanına təqdim edildiyi hallar istisna olmaqla) vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunur. Vergi Məcəlləsinin 33.2-ci maddəsinə görə bu Məcəllənin 34.3-1-ci maddəsinin müddəaları nəzərə alınmaqla, vergi ödəyicisinin filialı, nümayəndəliyi və ya digər təsərrüfat subyekti (obyekti) olduqda, vergi ödəyicisi həm özünün olduğu yer üzrə, həm də filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) olduğu ünvan üzrə vergi uçotuna alınır. Göründüyü kimi, vergi qanunvericiliyi təsərrüfat subyektini uçota qoymağı vergi ödəyicisi üçün vəzifə olaraq müəyyən etmişdir. Lakin e-qaimə faktura üzrə mal satışı bəyan edən vergi ödəyicisi həmin malların alqı- satqısının baş tutduğu yer barədə inzibati orqana heç bir məlumat verməmiş, əvəzində heç vaxt malların ticarəti ilə məşğul olmadığını bildirsə də, risk olaraq qiymətləndirilmiş e-qaimə fakturaları ləğvini belə həyata keçirməmişdir. Bu baxımdan məhkəmə araşdırması çərçivəsində qeyd olunan xidmətin nədən ibarət olduğunu, hansı formada həyata keçirildiyini müəyyən etmək məqsədilə tikinti sahəsinə yerində baxış keçirmək zərurəti yarana bilər. Lakin iddiaçının qeydiyyatı olan obyekti olmadığından ədalətli araşdırmanın təmin edilmə üsullarından biri kimi yerində baxış imkanı məhdudlaşmış hesab olunur. Qeyd edilənləri nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq olunmuş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarlan”nın 2.1.1-ci, 3.1.1 -ci və 2.1.3-cü yarımbəndlərinə əsasən İddiaçı riskli vergi ödəyicisi hesab edilmiş və xx.xx.2023-cü il tarixli **********966700 nömrəli “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə’’ Qərar çıxarılaraq vergi ödəyicisinin elektron qutusuna göndərilmişdir. İnzibati Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 35.1 -ci maddəsinə əsasən həmin Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə görə, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Yuxarıda göstərilənlərə əsasən vergi orqanının hüquq və vəzifələrini icra edərək iddia ərizəsinə münasibət bildirilməklə sadalanan faktlara və hüquq normalarına əsaslanaraq məhkəmədən İddiaçı iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili tərəf iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş “Fiziki şəxsin sahibkarlıq uçotu haqqında şəhadətnamə”nin surətindən görünür ki, İddiaçı (VÖEN **********) xx.xx.2013-cü ildə “bir pəncərə” prinsipi ilə qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş EBBX seriyalı 612506 nömrəli xx.xx.2022-ci il tarixli Elektron Qaimədə qeyd olunmuşdur ki, qaimənin növü: Malların, işlərin və xidmətlərin təqdim edilməsi, təqdim edən: ********** İddiaçı Ələddin qızı, alıcı: ********** "xxxx" MMC, yekun məbləğ 21759.44 manat. İş materiallarına əlavə edilmiş EBBY seriyalı 236896 nömrəli xx.xx.2022-ci il tarixli Elektron Qaimədə qeyd olunmuşdur ki, qaimənin növü: Malların, işlərin və xidmətlərin təqdim edilməsi qaiməsi, təqdim edən: ********** İddiaçı Ələddin qızı, alıcı: ********** "xxxx" MMC, yekun məbləğ 4848.00 manat. İş materiallarına əlavə edilmiş CC_SQ_0106 nömrəli 01 iyun 2022-ci il tarixli Podrat müqaviləsinə əsasən bundan sonra “Sifarişçi” adlandırılacaq “Crocus Constructı̇ on MMC (VÖEN: **********) nizamnamə əsasında fəaliyyət göstərən Cəmiyyətin direktoru, X6 şəxsində bir tərəfdən və Bundan sonra “Podratçı” adlandırılacaq, fərdi sahibkar İddiaçı (VÖEN: **********) şəxsində digər tərəfdən hər iki tərəf bir yerdə “Tərəflər” adlandırılacaq, aşağıdakı şərtlərlə bu Müqaviləni bağladılar: Müqavilənin Predmeti - Bu Müqaviləyə əsasən Podratçı, Sifarişçi tərəfdən təqdim olunmuş iş həcmləri və layihə cizgilərinə əsasən bu müqavilənin əlavə sazişində göstərilən ımontaj, təmir və quraşdırma işlərini bu müqaviləyə uyğun yerinə yetirməyi, başa çatdırmağı və Sifarişçiyə təhvil verməyi. Sifarişçi isə Podratçının gördüyü işin müqabilində bu Müqavilənin əlavəsində razılaşdırılmış haqqı ödəməyi öhdəsinə götürür. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə **********966700 nömrəli xx.xx.2023-cü il tarixli qərari ilə İddiaçı (**********) barəsində aparılmış araşdırma nəticəsində Vergi ödəyicisi İddiaçı (**********) riskli vergi ödəyicisi hesab edilmiş və onun riskli vergi ödəyiciləri siyahısına daxil edilməsini qərara almışdır. İş materiallarına əlavə edilmiş 01 iyun 2021-ci il tarixli, 6 nömrəli Alqı-satqı müqaviləsində qeyd olunmuşdur ki, bir tərəfdən Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə və öz Nizamnaməsinə əsasən fəaliyyət göstərən və bundan sonra mətndə ismin müvafiq halında “Satıcı” adlanacaq Fiziki Şəxs (ƏDV ödəyicisi, (VÖEN **********)) X1 şəxsində, digər tərəfdən Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə və öz Nizamnaməsinə əsasən fəaliyyət göstərən və bundan sonra mətndə ismin müvafiq halında “Alıcı” adlanacaq "xxxx" MMC (VÖEN **********) direktoru X6 şəxsində, bu Müqaviləni aşağıdakı, şərtlərlə bağladılar: müqavilənin predtmeti - Müqaviləyə əsasən “Satıcı” Alıcıya, ona məxsus beton zavodunda istehsal edilmiş hazır beton qarışığını (bundan sonra “Mal”) satır, “Alıcı” isə həmin Malları qəbul edir və razılaşdırılmış müddətlərdə Malın qiymətini ödəyir. İş materiallarına əlavə edilmiş "xxxx"-un xx.xx.2023-cü il tarixli 3 nömrəli Arayışda qeyd olunmuşdur ki, xx.xx.2022 tarixli, CC_SQ_0106 saylı, fiziki şəxs İddiaçı (VÖEN - **********) və "xxxx" MMC arasında bağlanmış xidmət müqaviləsinə əsasən fiziki şəxsə materialları müəssisəmiz təmin edir və fiziki şəxs müqavilədə qeyd edilən xidməti icra edir. İş materiallarına əlavə edilmiş sənədlərin surətindən görünür ki: -20HFPW70005X0 nömrəli, xx.xx.2022-ci il tarixli Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, X7 xx.xx.2022-ci il tarixdə əmək müqaviləsi bağlamışdır. Əmək müqaviləsinə xx.xx.2022-ci ildə xitam verilmişdir. -4GWK01K0011X0 nömrəli, xx.xx.2023-cü il tarixli Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, X11 xx.xx.2022-ci il tarixdə əmək müqaviləsi bağlamışdır. Əmək müqaviləsinə xx.xx.2023-cü ildə xitam verilmişdir. -7PGH0ST0009X0 nömrəli, xx.xx.2023-cü il tarixli Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, X12 xx.xx.2022-ci il tarixdə əmək müqaviləsi bağlamışdır. Əmək müqaviləsinə xx.xx.2023-cü ildə xitam verilmişdir. -2G00EEU0011X0 nömrəli, xx.xx.2023-cü il tarixli Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, X4 xx.xx.2022-ci il tarixdə əmək müqaviləsi bağlamışdır. Əmək müqaviləsinə xx.xx.2023-cü ildə xitam verilmişdir. -4MLS2NP0005X0 nömrəli, xx.xx.2023-cü il tarixli Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, X8 xx.xx.2022-ci il tarixdə əmək müqaviləsi bağlamışdır. Əmək müqaviləsinə xx.xx.2023-cü ildə xitam verilmişdir. -5UR1SC90003X0 nömrəli, xx.xx.2023-cü il tarixli Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, X17 xx.xx.2022-ci il tarixdə əmək müqaviləsi bağlamışdır. Əmək müqaviləsinə xx.xx.2023-cü ildə xitam verilmişdir. -4BLBC1C0002X0 nömrəli, xx.xx.2023-cü il tarixli Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, X2 xx.xx.2022-ci il tarixdə əmək müqaviləsi bağlamışdır. Əmək müqaviləsinə xx.xx.2023-cü ildə xitam verilmişdir. -1WV0W740003X0 nömrəli, xx.xx.2023-cü il tarixli Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, X9 xx.xx.2022-ci il tarixdə əmək müqaviləsi bağlamışdır. Əmək müqaviləsinə xx.xx.2023-cü ildə xitam verilmişdir. -2NPS8SM0006X0 nömrəli, xx.xx.2023-cü il tarixli Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, X15 xx.xx.2022-ci il tarixdə əmək müqaviləsi bağlamışdır. Əmək müqaviləsinə xx.xx.2023-cü ildə xitam verilmişdir. -54RN1N70015X0 nömrəli, xx.xx.2023-cü il tarixli Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, X14 xx.xx.2022-ci il tarixdə əmək müqaviləsi bağlamışdır. Əmək müqaviləsinə xx.xx.2023-cü ildə xitam verilmişdir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Həmin Məcəllənin 38.3-cü maddəsinə görə inzibati aktla (inzibati aktın qəbul edilməsindən imtina ilə) bağlı şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci və ya 73.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərdə müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma verildiyi halda bu Məcəllənin 38.1-ci və 38.2-ci maddələrində nəzərdə tutulmuş iddia müddətlərinin axımı aşağıdakı vaxtadək dayandırılır: -38.3.1. müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun şikayət üzrə qəbul etdiyi qərardan (verdiyi yazılı cavabdan) şikayət verilməsi üçün “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci və ya 73.2-ci maddələrində nəzərdə tutulmuş müddətlər bitənədək (müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma şikayət verilmədiyi halda); -38.3.2. müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun qərarından (yazılı cavabından) müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma şikayət verildiyi halda isə həmin qurumun şikayət üzrə qəbul etdiyi qərar (verdiyi yazılı cavabı) şikayətçiyə təqdim edilənədək. Mübahisələndirmə haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti iddia müddətinə riayət edilməsidir. Hazırkı iş üzrə iddiaçı cavabdehin xx.xx.2023-cü il tarixli qərarını xx.xx.2023-cü il tarixdə məhkəmədə mübahisələndirməklə 30 günlük iddia müddətini ötürməmişdir. İddianın mahiyyətinə gəlincə məhkəmə hesab edir ki, iddia əsaslıdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə əsasən riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”na əsasən: -1.3. Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarlarına cavab verən və əmtəəsiz və (və ya) riskli əməliyyatlar apardığına görə barəsində Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar qəbul edilmiş vergi ödəyicilərinə dair məlumatlar Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəsmi internet saytında dərc edilir. -2.1. Aşağıdakı meyarlardan ən azı birinə cavab verən vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunur: 2.1.1. bu Meyarların 3-cü hissəsində nəzərdə tutulan riskli əməliyyatları aparan şəxs olduqda; 2.1.2. aparılmış vergi nəzarət tədbirləri çərçivəsində vergi ödəyicisinin əmtəəsiz əməliyyatlar aparması aşkar edildikdə; 2.1.3. idxalatçının, istehsalçının və ya idxalatçı olmayan ticarət fəaliyyəti həyata keçirən şəxsin vergi orqanında qeydiyyatda olan anbarı (o cümlədən icarəyə götürdüyü anbarı) və ya digər təsərrüfat subyekti (obyekti) olmadıqda və yaxud qeydiyyatda olan anbarın və ya digər təsərrüfat subyektinin (obyektinin) sahəsi ilə idxal və ya əldə edilən malların həcmi uyğunluq təşkil etmədikdə (digər şəxslər üçün sifariş əsasında gətirilən və bilavasitə sifarişçilərə təhvil verilən (sifarişçi vergi ödəyicisi olduqda VÖEN-i, fiziki şəxs olduqda adı, soyadı, atasının adı və FİN-i) mallar və hər bir sifarişçi üzrə sifarişin məbləği barədə məlumatların vergi orqanına təqdim edildiyi hallar istisna olmaqla); 2.1.4. vergi ödəyicisi tərəfindən əldə edilmiş və fəaliyyət növünə (fəaliyyət növlərinə) uyğun olmayan malların (vergi ödəyicisi tərəfindən öz təsərrüfat fəaliyyətində istifadə edilməsi üçün əldə etdiyi ofis ləvazimatları, inventar və digər bu kimi aktivlər istisna olmaqla) vergi nəzarəti zamanı sənədləşdirilmədən təqdim edilməsi aşkar edildikdə; 2.1.5. vergi ödəyicisinin satış məqsədləri üçün son 6 ay üzrə (vergi ödəyicisinin malların mövsümi xarakterindən asılı olaraq, habelə əvvəlcədən sifariş edilən və müqavilədə (razılaşmada) müəyyən edilən müddətdə təhvil verilməsi nəzərdə tutulan hallar istisna olmaqla) idxal etdiyi və ya əldə etdiyi malların həcmi onun müvafiq dövr üzrə dövriyyəsindən azı 3 dəfə artıq olduqda; 2.1.6. bu Meyarların 2.1.1-2.1.5-ci yarımbəndləri ilə müəyyən edilmiş riskli vergi ödəyicisi olan fiziki şəxsin icra orqanının rəhbəri və ya təsisçisi olduğu hüquqi şəxs; 2.1.7. bu Meyarların 2.1.1-2.1.5-ci yarımbəndləri ilə müəyyən edilmiş riskli vergi ödəyicisi olan hüquqi şəxsin icra orqanının rəhbərinin və ya təsisçisinin təsis etdiyi və ya icra orqanının rəhbəri olduğu hüquqi şəxs; 2.1.8. beşdən çox hüquqi şəxsin icra orqanının rəhbəri olan fiziki şəxslər və onların icra orqanının rəhbəri olduğu hüquqi şəxslər. -3.1. Vergi ödəyicisinin apardığı aşağıdakı əməliyyatlar riskli əməliyyat hesab olunur: 3.1.1. vergi ödəyicilərinin təqdim etdiyi elektron qaiməfakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edildikdə; 3.1.2. vergi ödəyicilərinin aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim etməsi halı aşkar edildikdə (artıq həcmdə təqdim edilmiş mallara münasibətdə). İşin hallarından görünür ki, vergi orqanı iddiaçının xx.xx.2022-xx.xx.2022-ci il dövr ərzində cəmi 26,3 min manat dəyərində elektron qaimə-fakturalar təqdim etdyini, lakin elektron qaimə faktura üzrə iddiaçının alışında, idxalında qeyd edilən malların müəyyən edilmədiyini, iddiaçının ticarət fəaliyyəti ilə məşğul olduğu, lakin təsərrüfat subyekti (obyektinin) qeydə alınmadığı əsas gətirərək iddiaçını Meyarların 2.1.1, 3.1.1 və 2.1.3 yarımbəndlərinə əsasən riskli vergi ödəyicisi siyahısına salmışdır. Məhkəmə cavabdehin mövqeyi ilə razılaşmır. Belə ki, iddiaçının iddiasına görə iddiaçı podratçı olaraq sifarişçi ilə digər şirkət arasında bağlanmış müqavilə ilə alınmış mallar əsasında xidmət göstərmiş, bu zaman eqaimə fakturalarda qeyd olunan xidmətlərin icra edildiyini bilavasitə bəyan etmişdir. İş materiallarından görünür ki, sözügedən iki ədəd e-qaimə xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlidir. E-Qaimlələrin növü olaraq malların, işlərin və xidmətlərin göstərilməsi qeyd edilmiş, alıcı qismində One Construction MMC, əsas kimi xidmət olaraq göstərilmişdir. Hər iki qaimənin tərtibindən görünür ki, qaimələrin hər biri üzrə yekun məbləğ müvafiq olaraq xidmətlərin dəyəri 21759,44 manat və 4848 manat, ƏDV-yə cəlb edilən 0.00, vergi tutulan əməliyyatlardan ödənilməli ƏDV 0.00 göstərilmişdir. İddiaçının hər hansı mal idxal etdiyi və ya satın aldığı iş üzrə müəyyən olunmur. Təqdim edilmiş CC_SQ_0106 nömrəli 01 iyun 2022-ci il tarixli Podrat müqaviləsinə əsasən Podratçı” adlandırılacaq, fərdi sahibkar İddiaçı sifarişçi “Crocus Constructı̇ on MMC-nin (VÖEN: **********) direktoru, X6 tərəfindən təqdim olunmuş iş həcmləri və layihə cizgilərinə əsasən montaj, təmir və quraşdırma işlərini yerinə yetirməyi öhdəsinə götürmüşdür. İddiaçı podrat müqaviləsi üzrə xidmət etdiyini, xidmət müqaviləsinə əsasən materialların sifarişçi tərəfindən ona təqdim edildiyini sübut edən sənədlər sırasında MMC ilə X1 arasında mal-materialın alınmasına dair 01 iyun 2021-ci il tarixli, 6 nömrəli Alqı-satqı müqaviləsi, eləcə də satılmış mallarla əlaqədar X1 tərəfindən təqdim edilən elektronqaimələri məhkəməyə təqdim etmişdir. İddiaçının həmin dövr üzrə tikinti-təmir xidmətləri göstərməsini həm də xx.xx.2022-ci il tarixli podrat müqaviləsi ilə yanaşı, həm müqavilə, həm də e-qaimənin tərtib edildiyi tarixdə -xx.xx.2023-cü il tarixli tikinti fəaliyyəti ilə məşğul olan fəhlə və usta vəzifələrinə cəlb edilmiş şəxslərin elektron sistem üzrindən qeydiyyatdan keçmiş 10 nəfər işçi ilə əmək müqaviləsi bağlaması bildirişləri də təsdiq edir. Göründüyü kimi iddiaçı xidmət sahəsində fəaliyyət göstərməsinə baxmayaraq onun mal-material təqdim etdiyi əsası ilə riskli vergi ödəyicisi siyahısına daxil edilmişdir. İddiaçının ticarət fəaliyyəti ilə məşğul olduğu sübut olunmadığından, podrat müqaviləsi üzrə isə xidmət göstərilməsi ilə bağlı fərdi sahibkarın təsərrüfat subyekti (obyektinin) qeydə alınması qanunla tələb olunmadığından məhkəmə hesab edir ki, qeyd edilən bu əsas da iddiaçının riskli vergi ödəyicisi hesab edilməsi üçün kifayıt deyildir. Vergi Məcəlləsinin 3.8-ci maddəsinə əsasən heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Həmin Məcəllənin 53.3-cü maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. İnzibati Prosessual Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd еdilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı barəsində riskli vergi ödəyicisi hesab edilmə barədə qərarının əsasında duran hallar öz təsdiqini tapmadığından həmin qərar qanunsuzdur və qanunsuz inzibati akt isə ləğv olunmalıdır. Beləliklə, iddia tələbi təmin edilməli, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X19 üzrə Baş İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, **********966700 nömrəli “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” qərarı ləğv edilməli və iddiaçının adının riskli vergi ödəyiciləri siyahısından çıxarılması öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X19 üzrə Baş İdarəsinə həvalə edilməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia tələbi təmin edilsin. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X19 üzrə Baş İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, **********966700 nömrəli “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” Qərarı ləğv edilsin. İddiaçı riskli vergi ödəyiciləri siyahısından çıxarılması vəzifəsi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X19 üzrə Baş İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №e-2-1(112)-9949/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-9949/2023
28.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver