Məhkəmə qərarları › İş №e-2-1(112)-9951/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-9951/2023

05.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-9951/2023 05.12.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X8 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X8 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbi üzrə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56), şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi̇ : İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ona 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və xx.xx.2021-ci il tarixdən ödənilməsi öhdəliyininin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı tərəf məhkəməyə iddianın dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, iddia tələbinin İddiaçı xx.xx.2001-ci il tarixdən uşağına 3 yaşı tamam olanadək qulluq etdiyi xx.xx.2001-ci il tarixə qədər olan dövrün ümumi iş stajına daxil edilməklə ona 52 yaşının tamam olduğu xx.xx.2021-ci il tarixdən 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X8 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin müvafiq qərardadı ilə iddia tələbinin dəyişdirilməsinə dair ərizə icraata qəbul edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət edərək Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin peşələrin, vəzifələrin və göstəricilərin 2№li Siyahısı”na uyğun olaraq yaşa görə güzəştli şərtlərlə əmək pensiyası təyin olunması üçün tələb olunan ümumi (20 il) və güzəştli (10) iş stajını xx.xx.2006-cı il tarixədək topladığı üçün ona güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Cavabdeh orqan güzəştli şərtlərlə pensiya təyin etməkdən imtina etmiş və imtina ərizəsində bildirmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısında nəzərdə tutulan işlərdə) azı 10 ilini çalışmış qadınların həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərlə pensiyalar yaşa və staja görə əvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respubikasının 06 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşıların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, 20 il ümumi iş stajı olan və bu stajın azı 10 ilini Azərbaycan Respubıikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2№li siyahı üzrə müəyyən edilmiş güzəştli işlərdə çalışan 52 yaşı tamam olmuş qadınların güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçı 01 yanvar 2006-ci il tarixinədək ümumi iş stajı 20 ildən az (19 il 11 ay 5 gün (xx.xx.1985xx.xx.1988-ci il, xx.xx.1988-xx.xx.2001-ci il, xx.xx.2001-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Qeyd olunanları nəzərə alaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İddiaçı hesab edir ki, cavabdehin imtinası qanunsuzdur, onun pensiya təminatı hüququ pozulmuşdur. Belə ki, Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi "xxxx" MMC tərəfindər verilmiş xx.xx.2021-ci il tarixli 48№li arayışa əsasən İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin peşələrin, vəzifələrin və göstəricilərin 2№li Siyahısı”na uyğun olaraq, güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən telefonçu vəzifəsində xx.xx.1988-ci il tarixdən (Əmr 12) xx.xx.2001-ci il tarixədək (4 saylı ləğvetmə komissiyasının əmri), xx.xx.2001-cı il tarixdən (əmr 111) xx.xx.2014-cü il tarixədək (əmr 211) "xxxx" MMC-də işləmişdir. İşlədiyi vəzifə üzrə sosial sığorta (və ya iş) stajı 25 il, 06 ay 07 gün təşkil edir. İşlədiyi vəzifənin güzəştli pensiya hüququna əsas olan xüsusiyyətləri: şəhərlərarası, sifariş, sorğu komutatorlarda və gecə gündüz fəaliyyət göstərən danışıq məntəqələrində mikrotelefon qurğularla daim işləməkdən ibarət olmaqla, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №li Siyahısı” üzrə 23100000-19093 vəzifə kodunda müəyyən edilmiş vəzifənin xüsusiyyətləri ilə eynidir. XX№ 451428 saylı doğum haqqında şəhadətnamədən görünür ki, X5 xx.xx.1998-ci il tarixdə anadan olmuşdur. İddiaçı onun anasıdır. xx.xx.2001-ci il tarixdən xx.xx.2001-ci il tarixədək işsiz qaldığı müddətdə də həmçinin uşağa qulluq etmişdir. “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nda Əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı hesablanarkən 2006-cı il yanvarı 1-dək olan dövr üzrə işləməyən ananın körpə uşaqlarına qulluq etdiyi və ya uşağa qulluğa görə qismən ödənişli sosial məzuniyyət dövrləri uşaqların doğum haqqında şəhadətnamələrinə əsasən müəyyən edilmişdir. Cavabdeh isə bu halı nəzərə almadan pensiya təyin edilməsindən imtina etmişdir. Azərbaycan Respublikası Təhsil Nazirliyi Peşə Təhsili uzrə Dövlət Agentliyi tərəfindən verilən xx.xx.2022-ci il tarixli H-304/25 saylı arayışdan görünür ki, İddiaçı xx.xx.1985-ci il tarixdə 88 saylı Bakı Peşə Məktəbinin “şəhərlərarası telefon rabitəsi telefonçu” ixtisasına qəbul olmuş və xx.xx.1988-ci il tarixində həmin ixtisası əyani formada bitirmişdir. Onun adına yazılmış B№ 090849 diplom Təhsil Nazirliyi tərəfindən təhsil müəssisəsinə verilmiş dövlət nümunəli sənəddir. MT-İ№2081940 saylı əmək kitabçasından da görünür ki, İddiaçı xx.xx.1988-ci il tarixdə Bakı Şəhərlərarası Telefon stansiyasına telefonçu vəzifəsinə qəbul olmuşdur. Azərbaycan Respublikası Rabitə Nazirliyi №107, xx.xx.1992-ci il tarixli qərarına əsasən Şəhərlərarası Telefon Stansiyası İstehsalat Birliyi- "xxxx" İB sayılmışdır. "xxxx" İB-nin Bakı ŞTT-nin ləğv edilməsi haqqında xx.xx.2001-ci il tarixli tp 223 saylı əmrinə və Azərbaycan Respublikası Əmək Məcəlləsinin a (müəssisənin ləğv edilməsi ilə əlaqədar) bəndinə əsasən xx.xx.2001-ci il tarixdə əmək müqaviləsi ləğv edilmişdir. xx.xx.2001-ci il tarixdə "xxxx" İB-nin X3 Stansiyasına 4-cü dərəcəli telefonçu vəzifəsinə qəbul edilmişdir. xx.xx.2022-ci il tarixdə "xxxx" MMC-də əmək müqaviləsinə xitam verilmişdir. XX№451428 saylı doğum haqqında şəhadətnamədən görünür ki, X5 xx.xx.1998-ci il tarixdə anadan olmuşdur. İddiaçı onun anasıdır. xx.xx.2001-ci il tarixdən xx.xx.2001-ci il tarixədək işsiz qaldığı müddətdə də həmçinin uşağa qulluq etmişdir. Əmək fəaliyyətinə başlamazdan əvvəl əvvəlki soyadı Cahangirova olan İddiaçı xx.xx.1985-ci il tarixdən xx.xx.1988-ci il tarixədək 88 saylı Bakı Peşə Məktəbində təhsil almışdır. İddiaçının zərərli əmək sahəsində iş stajı 01 yanvar 2006-cı il tarixədək 10 ildən cox; ümumi əmək stajı isə iddiaçının 20 il 1 ay 6 gün təşkil edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə görə 1992-ci ilin yanvarın 1-dək keçmiş SSRİnin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. İddiaçıya “Əmək pensiyaları haqqında” Qanunun 9.8 və xx.xx.2006-cı il tarixə qədər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin «E» bəndinə, 67-ci maddəsinin İİİ hissəsinin «G» bəndinə, “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”na istinad edərək iddianın təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi icraata daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədi ilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi yazılı münasibətində iddiaçının tələbinə etiraz edərək bildirmişdir ki, iddia tam əsassızdır və təmin edilməməlidir. Belə ki, “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 10 ilini çalışmış qadınların həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericililklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir. Eyni zamanda bildirilir ki, Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, 20 il ümumi iş stajı olan və bu stajın azı 10 ilini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş zərərli və ağır işlərdə çalışan 52 yaşı tamam olmuş qadınların güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun müvafiq maddələrindən də aydın olur ki, iddiaçıya pensiya təyin edilməsi üçün 3 şərtə əməl edilməlidir: 52 yaşına çatmış olmalıdır; 20 il ümumi stajı olmalıdır; 10 il güzəştli iş stajı olmalıdır. İddiaçı xx.xx.2021-ci il tarixdə (52 yaş) pensiya yaşına çatmışdır. İddiaçı pensiya yaşına çatsa da, qanunvericilikdə tələb olunan ümumi stajı 20 ildən az təşkil edir. Belə ki, İddiaçı ümumi iş stajı 19 il 11 ay 05 gün təşkil edir. İddiaçının mübahisələndirilməyən ümumi iş stajına xx.xx.1985-ci il tarixdən xx.xx.1988-ci il tarixədək (təhsil dövrü), xx.xx.1988-ci il tarixdən xx.xx.2001-ci il tarixədək, xx.xx.2001-ci il tarixdən xx.xx.2005-ci il tarixədək olan dövrlər daxildir. İddiaçının xx.xx.2005-ci il tarixədək mübahisələndirilən ümumi iş stajı müəyyən olunmamışdır. Göstərilənlərə əsasən, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddianı müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun məzmunda izahat verdi və tələbinin təmin edilməsini xahiş etdi. Məhkə iclasında iştirak edən cavabdehin nümayəndəsi təqdim edilmiş etiraza uyğun məzmunda izahat verərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iddia tələbi ilə bağlı ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia öhdəliyin icrası növünə aid olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İddia tələb olunan mümkünlük şərtlərinə cavab verir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -Аzərbаycаn Rеspublikаsı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2022ci il tarixli **********7 saylı məktubdan görünür ki, iddiaçının ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi ilə bağlı müraciətinə baxılmış və etiraza uyğun məzmunda cavab verilərək təmin edilməsindən imtina edilmişdir. -AA seriyalı ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1969-cu il təvəllüdlüdür. Azərbaycan Respublikasının vətəndaşıdır. -Azərbaycan SSR X9 Təhsili Komitəsi tərəfindən verilən xx.xx.1981-ci il tarixli B№090849 nömrəli diplomun surətindən görünür ki, X1 28 iyun 1988-ci ildə Bakı şəhəri 88№li Orta Təhsilli Peşə Məktəbin “şəhərlərarası telefon rabitəsi” ixtisası üzrə “telefonçu” peşəsi üzrə tam kursu bitirırək “telefonçu” ixtisası əldə etmişdir. -Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi "xxxx" MMC-nin 22 dekabr 2021-ci il tarixli arayışından görünür ki, İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısına uyğun olaraq, güzəştli şərtlə yaşa görə pensiya hüququ verən telefonçu vəzifəsində xx.xx.1988-ci ildən (əmr 12) xx.xx.2001-ci il tarixədək (4 saylı ləğvetmə komissiyasının əmri), xx.xx.2001-ci ildən (əmr 111) xx.xx.2014-cü il tarixədək (əmr 211) "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində işləmişdir. İşlədiyi vəzifə üzrə sosial sığorta (və ya iş) stajı 25 il, 06 ay, 07 gün təşkil edir. İşlədiyi vəzifənin güzəştli pensiya hüququna əsas olan xüsusiyyətləri: şəhərlərarası, sifariş, sorğu komutatorlarda və gecə-gündüz fəaliyyət göstərən danışıq məntəqələrində mıkrotelefon qurğularla daim işləməkdən ibarət olmaqla, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısı" üzrə 23100000 19093 vəzifə kodunda müəyyən edilmiş vəzifənin xüsusiyyətləri ilə eynidir. -Azərbaycan Respublikası Təhsil Nazirliyi Peşə Təhsili üzrə Dövlət Agentliyi tərəfindən verilmiş 24 may 2022-ci il tarixli H-304/25 nömrəli arayışın surətindən görünür ki, arayış Həsənova (Cahangirova) Gülnarə Bəkir qızı həqiqətən xx.xx.1985-ci il tarixində 88№li Bakı Texniki Məktəbin “Şəhərlərarası telefon rabitəsi telefonçusu” ixtisasına qəbul olunmuş və xx.xx.1988-ci il tarixdə həmin ixtisası əyani formada bitirmişdir. Onun adına yazılmış B 090849 №li Diplom Təhsil Nazirliyi tərəfindən təhsil müəssisəsinə verilmiş dövlət nümunəli sənəddir. -Bakı şəhəri Nizami rayon VVAQ şöbəsi tərəfindən verilən 28 avqust 1998-ci il tarixli, ХЖГ№451428 №li doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X5 17 iyul 1998-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. Anası İddiaçıdır. -30 oktyabr 1988-ci il tarixdən doldurulmağa başlanan iddiaçıya məxsus ИТ-İ № ******* saylı əmək kitabçasının surətindən görünür ki, xx.xx.1969-cu il təvəllüdlü İddiaçı xx.xx.1988-ci il tarixdən xx.xx.2001-ci il tarixədək Bakı Şəhərlərarası Telefon Stansiyasında 3-cü dərəcəli telefonçu vəzifəsində (Bakı Şəhərlərarası Telefon Stansiyası xx.xx.1992-ci il tarixdə Azərbaycan Respublikası Rabitə Nazirliyinin xx.xx.1992-ci il tarixli,107 nömrəli Əmrinə əsasən "xxxx" İB-yi, Azərbaycan Respublikası Rabitə Nazirliyinin xx.xx.1996-cı il tarixli, 37 saylı və "xxxx" İB-nin xx.xx.1996-cı il tarixli 248 saylı Əmrinə əsasən BQİTS vahid struktur kimi ləğv edilərək Birliyin strukturunda şəhərlərarası rabitə şəbəkə qovşağı yaradılmış, Azərbaycan Respublikası Rabitə Nazirliyinin xx.xx.1998-ci il tarixli, 03 saylı və "xxxx" İB-nin xx.xx.1998-ci il tarili Q/Ə34 saylı Əmrlərinə əsasən Birliyin strukturunda Bakı Şəhərlərarası Telefon Qovşağı yaradılmışdır), xx.xx.2001-ci il tarixdən xx.xx.2014-cü il tarixədək "xxxx" İB BATS-ın Sifarişçi Xidmət Sexində 4-cü və 5-ci dərəcəli telefonçu vəzifəsinə işləmişdir. xx.xx.2014-cü il tarixdə Azərbaycan Respublikası Rabitə Nazirliyi Yüksək Texnologiyalar Nazirliyi "xxxx" İB Multimedia Xidmətlərinin İntellektual İdarəetmə Mərkəzində 5-ci dərəcəli texnik vəzifəsinə qəbul edilmiş, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin xx.xx.2015-ci il tarixli 183 saylı sərəncamına əsasən "xxxx" İstehsalat Birliyinin təşkilati hüquqi forması dəyişdirilərək "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə çevrilmiş, xx.xx.2018-ci il tarixli 0055 saylı "xxxx" MMC-nin strukturunun yeni redaksiyada təsdiq edilməsi haqqında Əmrinə əsasən Kommersiya Departamenti, Müştəri Xidmətləri Şöbəsinə, Çağrı Mərkəzi üzrə təmsilçi vəzifəsinə keçirilmiş, xx.xx.2021-ci il tarixdə öz ərizəsi ilə işdə azad edilmiş, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək "xxxx" MMC Müştərilərlə Əlaqə Departamentinin Müştəri Xidməti Şöbəsinin Fərdi müştərilər üçün X6 operatoru vəzifəsində işləmişdir. Beləliklə, işin faktiki hallarından görünür ki, xx.xx.1969-cu il təvəllüdlü iddiaçının ona xx.xx.2021-cı il tarixdən hesablanmaqla 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdehə müraciəti təmin edilməmişdir. İddiaçı cavabdehin imtinası ilə razılaşmır və hazırkı iddia ilə bu imtinanı mübahisələndirir. Məhkəmə hesab edir ki, iddiaçı tələbində haqlıdır və cavabdehin imtinası qanunauyğun olmamışdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (İİİ hissə). “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun: -1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. -1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. -7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. -9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. -9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir. -31.1-ci maddəsinə əsasən, əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. -32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. İstinad olunan “Əmək pensiyaları haqqında” Qanun xx.xx.2006-cı il tarixdə qüvvəyə minmiş, həmin tarixə qədər isə “Vətəndaşların pensiya təminatı haqqında” Qanun qüvvədə olmuşdur (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür). Həmin Qanunun 13-cü maddəsinin “b” bəndinə əsasən, əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər- istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: qadınlar- 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. Qeyd olunan Qanunun 13-cü maddəsinə 1997-ci il 13 iyun tarixli, 321-İQD №-li Qanunla edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılması nəzərdə tutulmuşdur. Göründüyü kimi, iddiaçıya “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13cü maddəsinin “b” bəndinə əsasən 52 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiyanın təyin olunması üçün iki element mövcud olmalıdır: 1) xx.xx.2006-cı ilə qədər azı 20 il ümumi iş stajı; 2) xx.xx.2006-cı ilə qədər azı 10 il güzəştli iş stajının (Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahı üzrə). Məhkəmə qeyd edir ki, cavabdeh iddiaçının güzəştli şərtlərlə pensiya tələb etmək üçün yaş həddinə çatmasını və güzəştli iş stajını mübahisələndirməmişdir. İddiaçının xx.xx.2021-ci il tarixdə 52 yaşı tamam olmuş, xx.xx.2006-cı il tarixədək isə o, AR Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş 2 nömrəli Siyahı üzrə 10 ildən artıq 23100000 19093 şifrə uyğun (XXİX Bölmə - Rabitə, kod 23100000— 19093 - şəhərlərarası, sifariş, sorğu komutatorlarda və gecə-gündüz fəaliyyət göstərən danışıq məntəqələrində mikrotelefon qurğularla daim işləyən şəhərlərarası telefon rabitəsinin telefonçuları) vəzifələr üzrə çalışmışdır. Cavabdeh inzibati orqanın yeganə mübahisə açdığı məqam iddiaçının ümumi iş stajının olmamasıdır. Belə ki, cavabdeh iddiaçının təhsil dövrü (xx.xx.1985-xx.xx.1988-ci illər) də daxil olmaqla əmək kitabçasında əks olunan xx.xx.1988-ci il tarixdən xx.xx.2001-ci il tarixədək və xx.xx.2001ci il tarixdən xx.xx.2006-cı il tarixədək olan dövrləri nəzərə alaraq 19 il 11 ay 05 gün ümumi staj hesablamışdır. İddiaçı xx.xx.2006-cı il tarixədək olan əmək fəaliyyətinin əksər hissəsini zərərli və ağır əmək şəraitində çalışmış, xx.xx.2001-ci il tarixdə müəssisənin ləğvi ilə əlaqədar, yəni öz iradəsindən asılı olmayan səbəbdən əmək müqaviləsinə xitam verilmişdir. Hazırda ona 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün 25 gün staj çatmır. «Əmək pensiyaları haqqında» Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanunvericiliyə əsasən güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək qazanmış olsunlar. İşin hallarından göründüyü kimi iddiaçı xx.xx.2006-cı il tarixədək ümumi və güzəştli stajını topladığını iddia etdiyindən məsələyə həmin dövrdə qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı” haqqında qanunvericiliyin tələbləri baxımından hüquqi qiymət verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İstinad olunan Qanunun 67-ci maddəsinə əsasən, mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin maddənin 3-cü hissəsinə əsasən, iş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: e) işləməyən ananın körpə uşaqlara qulluq etdiyi müddət, lakin hər uşaq 3 yaşına çatanadək və üst-üstə 6 ildən çox olmayaraq. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli, 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydasının 4.1-ci bəndi nə əsasən, əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.1. 2006-cı il yanvarın 1-dək olan dövr üzrə:

6. işləməyən ananın körpə uşaqlarına qulluq etdiyi və ya uşağa qulluğa görə qismən ödənişli sosial məzuniyyət dövrləri uşaqların doğum haqqında şəhadətnamələrinə əsasən. Göründüyü kimi, mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan pensiya qanunvericiliyi iş stajının yalnız əmək kitabçasında əmək fəaliyyəti ilə məşğul olduğu dövrü deyil, həm də işləməyən ananın 3 yaşına çatanadək uşağına qulluq etdiyi müddətin onun iş stajına daxil edilməsini nəzərdə tuturdu və bunu hər hansı aktın, arayışın, yaxud digər sənədin təqdim edilməsi ilə şərtləndirməmişdi. İş materiallarında olan doğum haqqında şəhadətnamədən görünür ki, iddiaçı xx.xx.1998-ci il tarixdə uşaq dünyaya gətirmiş və onun xx.xx.2001-ci il tarixdə 3 yaşı tamam olmuşdur. İddiaçı xx.xx.2001-ci il tarixli əmrə əsasən işlədiyi "xxxx" İB-nin Bakı Şəhərlərarası Telefon Stansiyasının ləğv edilməsi ilə bağlı əmək müqaviləsinə xitam verildiyi vaxtdan "xxxx" İB-nin X2 sifarişli xidmət sexinə 4-cü dərəcəli telefonçu qəbul edildiyi xx.xx.2001-ci il tarixədək olan müddətdə işləməyən şəxs olmuşdur. Bu baxımdan məhkəmə ananın doğduğu uşağına ən azı 1 ay qulluq etməsinin inkar edilməsini və yaxud qulluğun hər hansı aktla rəsmiləşdirilməli olması kimi dəlili ağlabatan saymır və hesab edir ki, xx.xx.2001-ci il tarixdən iddiaçının işləməyən şəxs kimi uşağına 3 yaşı tamam olanadək xx.xx.2001-ci il tarixə qədər qulluq etdiyi 1 ay, 19 gün müddət onun ümumi stajına daxil edilməlidir. Belə olan halda iddiaçıya 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan 20 il ümumi staj tamamlanmış olur (19 il, 11 ay, 5 gün + 1 ay, 19 gün= 20 il, 24 gün). Beləliklə, məhkəmə hesab edir ki, cavabdehin imtinası iddiaçının hüquqları baxımından inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmamaqla, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmamış, həmçinin cavabdeh inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmamışdır. Halbuki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: -11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər (11.2.). -17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. -24.1-ci maddəsinin tələbinə görə, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz (24.2-ci maddə). İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir (24.3). Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur (24.4). Göstərilənlərə əsasən, məhkəmə belə qənəatə gəlir ki, xx.xx.2001-ci il tarixdən, uşağına 3 yaşı tamam olanadək qulluq etdiyi xx.xx.2001-ci il tarixə qədər olan müddət ümumi iş stajına daxil edilməklə iddiaçıya 52 yaşının tamam olduğu xx.xx.2021-ci il tarixdən «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanunun 9.8-ci maddəsinə əsasən 52 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiyası təyin edilməsi üçün əsaslar mövcuddur. Odur ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İPM-in: -52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. -68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. -68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və İPM-in 2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldi:

İddia təmin edilsin. İddiaçı xx.xx.2001-ci il tarixdən uşağına 3 yaşı tamam olanadək qulluq etdiyi xx.xx.2001-ci il tarixə qədər olan müddət ümumi iş stajına daxil edilməklə ona 52 yaşının tamam olduğu xx.xx.2021-ci il tarixdən 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X8 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Tural Məlikov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar