Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-9957/2024 31.07.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X2 Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Bağırova Ayla Fuad qızının katibliyi, iddiaçının vəkili və nümayəndəsi Nümayəndə, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına qarşı “hesablanmış, lakin iddiaçıya ödənilməmiş vəsaitin ödənilməsi və yenidən hesabılanmış pensiya məbləğindən 20% tutma istisna olmaqla əvəzləşdirmənin aparılmasının qanunsuz hesab edilməsi, əvəzləşdirilmiş pensiya fərqinin hesablanaraq ödənilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında açıq, şifahi məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, cavabdehin iddiaçıya pensiya hesablanması və ödənilməli olan pulun əvəzləşdirilərək dövlət büdcəsinə bərpa edilməsinə dair hərəkətlərinin qanunsuz sayılması, 1-ci qrup əlillik dərəcəsi üzrə əmək pensiyasının əvvəlki pensiya təminatından az olmamaqla hesablanıb ödənilməsi və əsassız olaraq tutulmuş pulun iddiaçıya ödənilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, İddiaçı 1 avqust 2006-cı ildə “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” İİ qrup əlillik dərəcəsi ilə pensiya təyin edilmişdir. Cavabdeh tərəfindən iddiaçıya ödənilən əlilliyə görə 944 (doqquz yüz qırx dörd) manat pensiyanın ödənişi 1 fevral 2024-cü ildən heç bir əsas olmadan qəflətən dayandırılmışdır. Pensiyanın dayandırılması ilə bağlı cavabdehə müraciət olunduqda iddiaçının yenidən tibbi müayinədən keçməsi tələb olunmuşdur. Halbuki, bunun üçün heç bir hüquqi əsas olmamış, ikinci qrup əlillik müddətsiz təyin olunmuşdur. Nəhayət, xx.xx.2024-cü ildə iddiaçının tibbi müayinədən keçməsi üçün müvafiq tibbi-sosial ekspert komissiyası formalaşmış və tibbi müayinənin nəticəsində iddiaçının iddiaçının səhhətinin daha da ağırlaşması təsbit olunaraq onun əlillik dərəcəsi birinci qrup müəyyən olunmuşdur. Müayinənin nəticəsinə uyğun olaraq xx.xx.2024-cü ildə iddiaçıya birinci qrup əlillik dərəcəsi ilə pensiya təyin olunmuşdur. Cavabdeh tərəfindən birinci qrup əlillik dərəcəsi ilə pensiyanın hesablanması düzgün həyata keçirilməmiş, əvvəlkindən daha az – 843 manat pensiya təyin olunduğu bildirilmiş, buna baxmayaraq pensiya həmin məbləğdə ödənilməmiş, 2024-cü ilin aprel ayı üzrə 709 manat, may ayı üzrə 674 manat pensiya ödənilmişdir. Habelə, iddiaçıya pensiya ödənişinin həyata keçirilmədiyi xx.xx.2024-cü ildən xx.xx.2024-cü ilədək ödənilməmiş vəsait də cavabdeh tərəfindən qeyri-müəyyən səbəbdən bu günədək ödənilməmişdir. İddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş, lakin onun müraciəti təmin olunmamışdır. Cavabdeh xx.xx.2024-cü il tarixli imtina məktubunda qeyd etmişdir ki, iddiaçıya 1 avqust 2006-cı il tarixindən əlilliyə görə pensiya təyin edilib. Mərkəzi Filial tərəfindən 1 yanvar 2007-ci il tarixindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikas Qanununun (bundan sonra - Qanun) 20.16.1-ci maddəsinə uyğun olaraq, “Azərbaycan Respublikasını ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” İİ dərəcə əlillik əmək pensiyası ödənilib. Qanunun 5.1-ci maddəsinə əsasən müxtəlif pensiya hüququ olan şəxslərə öz arzuları ilə yalnız bir pensiya təyin edilir. Mərkəzi Filiala təqdim olunmuş 14 noyabr 2017-ci il tarixli məktuba əsasən, iddiaçıya Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial tərəfindən əmək pensiyası ödənildiyi dövrdə, eyni zamanda Fondun müvafiq struktur bölməsi tərəfindən də 30 noyabr 2017-ci il tarixinədək ümumilikdə 18548,61 manat pensiya məbləği ödənildiyi bildirilib. Həmin 18548,61 manat artıq ödənilmiş vəsait 2017-ci ilin noyabr ayından etibarən iddiaçının əmək pensiyasından tutularaq büdcəyə bərpa edilir, qalıq artıq ödəmə 9113,94 manat təşk edib. Eyni zamanda, 15 yanvar 2024-cü il tarixli müayinənizin nəticəsi olaraq, “diaqnozun təstiqinin tapmaması” barədə qəbul edilmiş qərara uyğun qaydada iddiaçıya əlilliyə görə ödənilən əmək pensiyası 1 fevral 2024-cü il tarixindən dayandırılıb. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən iddiaçının əlilliyi təkrar qiymətləndirilərək 18 mart 2024-cü il tarixindən “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” orqanizmin funksiyalarının 100 faiz pozulmasına görə əlillik təyin edilib. Qanunun 36.1-ci maddəsinə əsasən orqanizmin funksiyalarının pozulması faizi dəyişdikdə, əmək pensiyasının məbləği orqanizmin funksiyalarının pozulması faizinin dəyişdiyi aydan sonrakı ayın 1-də yenidən təyin edilir. Bununla əlaqədar olaraq, əmək pensiyası 1 aprel 2024-cü il tarixindən təmin xərcliyinin (843,00 manat) 100 faizi miqdarında bərpa edilib. Bundan başqa, 15 yanvar 2024-cü il tarixli müayinənin “Əlillik” altsistemində etibarsız edilməsi ilə əlaqədar əmək pensiyası keçmiş müddət üçün hesablanaraq iddiaçıya ödənilməli olan 1987,6 manat pul vəsaiti müəyyən edilib. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdi edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başq. növə keçirilməsi və ödənilməsi Qaydası”nın 6.6-cı bəndinə əsasən əmək pensiyasının yenidə hesablanması yenidən hesablanmağa hüququn yarandığı tarixdən aparılır və bu zaman, bu Qaydanı 6.1.4-cü, 6.1.6-6.1.9-cu yarımbəndlərində nəzərdə tutulmuş hallar əsasında keçmiş dövr üzrə əski və artıq ödəmələr müəyyən edildikdə, həmin ödəmələr Qanunun 32.1-1-ci və 39.1-ci maddələri nəzərə alınmaqla əvəzləşdirilir. Qeyd olunanlara əsasən, qalıq artıq ödəmə 9113,94 manat vəsaitdən iddiaçıya ödənilməli olan 1987,68 manat vəsait çıxılaraq büdcəyə bərpa edilib. 1 iyun 2024-cü il tarixinə qalıq artıq ödəmə 7126,26 manat təşkil edir. Cavabdeh xx.xx.2024-cü il tarixli etiraz məktubunda qeyd etmişdir ki, iddia tam əsassızdır və qanunazidd olduğuna görə rədd edilməlidir. Bildirilir ki, iddiaçıya 1 avqust 2006-cı il tarixindən əlilliyə görə pensiya təyin edilib. Mərkəzi Filial tərəfindən 1 yanvar 2007-ci il tarixindən “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 20.16.1-ci. maddəsinə uyğun olaraq, “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar" İİ dərəcə əlilliyə əmək pensiyası ödənilib. Qanunun 5.1-ci maddəsinə əsasən müxtəlif pensiya hüququ olan şəxslərə öz arzuları ilə yalnız bir pensiya təyin edilir. İddiaçıya Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial tərəfindən əmək pensiyası ödənildiyi dövrdə, eyni zamanda Fondun müvafiq struktur bölməsi tərəfindən də 30 noyabr 2017-ci il tarixinədək ümumilikdə 18548,61 manat pensiya məbləği ödənildiyi bildirilib. Həmin 18548,61 manat artıq ödənilmiş vəsait 2017-ci ilin noyabr ayından etibarən iddiaçının əmək pensiyasından tutularaq büdcəyə bərpa edilir, qalıq artıq ödəməsi 9113,94 manat təşkil edib. Eyni zamanda, iddiaçının 15 yanvar 2024-cü il tarixli müayinəsinin nəticəsi olaraq, “diaqnozun təstiqini tapmaması” barədə qəbul edilmiş qərara uyğun qaydada ona əlilliyə görə ödənilən əmək pensiyası 1 fevral 2024-cü il tarixindən dayandırılıb. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət TibbiSosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən iddiaçının əlilliyi təkrar qiymətləndirilərək 18 mart 2024-cü il tarixindən “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” orqanizmin funksiyalarının 100 faiz pozulmasına görə əlillik təyin edilib. Qanunun 36.1-ci maddəsinə əsasən orqanizmin funksiyalarının pozulması faizi dəyişdikdə, əmək pensiyasının məbləği orqanizmin funksiyalarının pozulması faizinin dəyişdiyi aydan sonrakı ayın 1-dən yenidən təyin edilir. Bununla əlaqədar olaraq, iddiaçının əmək pensiyası 1 aprel 2024-cü il tarixindən təminat xərcliyinin (843,00 manat) 100 faizi miqdarında bərpa edilib. Bundan başqa, iddiaçının 15 yanvar 2024-cü il tarixli müayinəsinin “Əlillik" altsistemində etibarsız edilməsi ilə əlaqədar əmək pensiyası keçmiş müddət üçün hesablanaraq ona ödənilməli olan 1987,68 manat pul vəsaiti müəyyən edilib. Qeyd olunanlara əsasən, iddiaçının qalıq artıq ödəməsi 9113,94 manat vəsaitdən ona ödənilməli olan 1987,68 manat vəsait çıxılaraq büdcəyə bərpa edilib. 1 iyun 2024-cü il tarixinə iddiaçının qalıq artıq ödəməsi 7126,26 manat təşkil edir. Dövlətin pensiya sisteminin əsas prinsiplərindən biri də pensiya təminatı zamanı ədalətliliyin gözlənilməsi və dövlətin maliyyə dayanıqlılığının təmin edilməsidir. Respublika ərazisində pensiya alan şəxslərin dairəsinin geniş olduğunu nəzərə aldıqda, pensiya hüquq münasibətləri ilə bağlı düzgün hesablanmamış pensiyaların qanunamüvafiq qaydada yenidən hesablanması çərçivəsində hərəkətlərin edilməsi və ya inzibati aktların qəbul edilməsi zamanı hər bir şəxsə ayrı-ayrılıqda məlumat verməklə inzibati icraatın həyata keçirilməsi inzibati icraatın səmərəli aparılmasına mane olmaqla yanaşı, ictimai maraqlara və ya dövlət maraqlarına ziyan vurulmasının aradan qaldırılması üçün təcili tənzimlənmə imkanlarını aradan qaldırır. Bu da ictimai maraqlar zəminində ədalət prinsipinin pozulmasına səbəb olur, o cümlədən dövlət büdcəsindən pensiya xərcləri ilə bağlı əlavə öhdəliklər yaratmaqla büdcəyə mənfi təsir göstərir. Cavabdeh etiraz məktubunda iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, iddia tələbinin “İddiaçı 2024-cü ilin fevral və mart ayları üzrə hesablanmış, lakin ödənilməmiş (əvəzləşdirilmiş) 1987,68 manat məbləğdə vəsaitdən və 2024-cü ilin aprel və may ayları üzrə yenidən hesablanmış pensiya məbləğindən 20% tutulma istisna olmaqla əvəzləşdirmənin aparılmasının qanunsuz hesab edilməsi və əvəzləşdirilmiş pensiya məbləği fərqinin hesablanaraq İddiaçı birdəfəlik ödənilməsi öhədliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması” şəklində icraata qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasının qərardadı ilə iddia tələbi dəqiqləşdirilmiş şəkildə icraata qəbul olunmuşdur. İddiaçının vəkili və nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etirazın və cavabdhein imtinasının məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsini xahiş etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İş materiallarına əsasən müəyyən edilir ki, İddiaçı 1 avqust 2006-cı ildə “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” İİ qrup əlillik dərəcəsi ilə pensiya təyin edilmişdir. Cavabdeh tərəfindən iddiaçıya ödənilən əlilliyə görə 944 (doqquz yüz qırx dörd) manat pensiyanın ödənişi 1 fevral 2024-cü ildən dayandırılmışdır. Əlillik haqqında xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, iddiaçı xx.xx.2024-cü ildə müayinə olunmuş, ona xx.xx.2024-cü il tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar birinci dərəcəli müddətsiz əlillik (gözdən əlil) təyin edilmişdir. Cavabdeh tərəfindən birinci qrup əlillik dərəcəsi ilə pensiyanın hesablanması nəticəsində əvvəlkindən daha az – 843 manat pensiya təyin olunduğu bildirilmiş, pensiya həmin məbləğdə ödənilməmiş, 2024-cü ilin aprel ayı üzrə 709 manat, may ayı üzrə 674 manat pensiya ödənilmişdir. Habelə, iddiaçıya pensiya ödənişinin həyata keçirilmədiyi xx.xx.2024-cü ildən xx.xx.2024-cü ilədək ödənilməmiş vəsait də cavabdeh tərəfindən ödənilməmişdir. Cavabdeh iddiaçıya 1 avqust 2006-cı il tarixindən iddiaçıya əlilliyə görə pensiya təyin edildiyini, ona “Azərbaycan Respublikasını ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” İİ dərəcə əlillik əmək pensiyasının ödənildiyini təsdiq etmiş, Mərkəzi Filiala təqdim olunmuş 14 noyabr 2017-ci il tarixli məktuba əsasən, iddiaçıya Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial tərəfindən əmək pensiyası ödənildiyi dövrdə, eyni zamanda Fondun müvafiq struktur bölməsi tərəfindən də 30 noyabr 2017-ci il tarixinədək ümumilikdə 18548,61 manat pensiya məbləği ödənildiyini bildirmişdir. İddiaçı tərəfindən artıq ödənilmiş pensiyanın tutulması ilə bağlı cavabdehin hərəkətlərinə hər hansı etiraz bildirilməmiş, hətta tutulmanın aparılmasına razılıq ifadə edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi bunu təsdiq edərək iddia tələbinin dəqiqləşməsində iddiaçıya ödənilən pensiya məbləğindən 20 faiz tutmaların aparılması istisna cavabdehin hərəkərlərinin qanunsuz sayılmasını tələb etmişdir. Cavabdeh tərəfindən iddiaçının əlilliyə görə pensiyası 1 aprel 2024-cü il tarixindən təminat xərcliyinin (843,00 manat) 100 faizi miqdarında bərpa edilmiş, bundan başqa, 15 yanvar 2024-cü il tarixli müayinənin “Əlillik” altsistemində etibarsız edilməsi ilə əlaqədar əmək pensiyası keçmiş müddət üçün hesablanaraq iddiaçıya ödənilməli olan 1987,6 manat pul vəsaiti müəyyən edilib. Lakin məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, sözügedən məbləğ iddiaçıya ödənilməmiş, əvəzləşmə aparılmışdır. Məhkəmə cavabdehin imtinasında qeyd edilən dəlillərinə və işin tədqiq olunan hallarına münasibətdə zəruri olaraq qeyd edir ki, mübahisəyə aşağıdakı qanunvericilik normalarının tətbiqi baxımından hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 46.3-cü maddəsinə əsasən maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır. İPM-in 1.2-ci maddəsindən göndərişlə AR Mülki Prosessual Məcəlləsinin 81-ci maddəsinə görə, qanuna və digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.1-ci maddəsinə əsasən, əmək pensiyası bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: 1. yaşa görə əmək pensiyası; 2. əlilliyə görə əmək pensiyası; 3. ailə başçısını itirməyə görə əmək pensiyası. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 41-ci maddəsinə əsasən əlilliyi olan şəxsin əlillik müddəti bitdikdə ona əmək pensiyasının ödənilməsi əlilliyin bitdiyi gündən dayandırılır. Əlilliyi olan şəxsə əmək pensiyasının ödənilməsi onun “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununa uyqun olaraq yenidən əlilliyi olan şəxs hesab edildiyi gündən bərpa edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. Həmin Qaydanın 1.7-ci bəndinə əsasən şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1dək əlilliyi olan şəxs hesab edilir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunun 3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 36 nömrəli qərarı ilə təsdiq edilmiş Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamənin 1.3-cü bəndinə əsasən TSEK Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra - Xidmət) tabeliyində yaradılmaqla, tibbi-sosial ekspertiza keçirərək əlilliyi və 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğunu (bundan sonra - əlillik) qiymətləndirir, bunun əsasında əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud olan uşaqların (bundan sonra - əlilliyi olan şəxs) sosial müdafiə tədbirlərinə ehtiyaclarını müəyyən edir. Həmin Əsasnamənin 1.4-cü bəndinə əsasən əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsini, onun müddətini, səbəbini və əlilliyin başvermə vaxtını TSEK və bu Əsasnamədə nəzərdə tutulan hallarda TSEK-in funksiyalarını həyata keçirən Xidmət müəyyən edir. Həmçinin qeyd olunan Əsasnamənin 4.26-cı bəndində göstərilmişdir ki, əlilliyin təyinolunma tarixi TSEK-in qərarının qəbul edildiyi tarixdən hesablanır. “Əlilliyi olan şəxslərin hüquqları haqqında Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi barədə” xx.xx.2021-ci il tarixli 356 nömrəli 3.3-1-ci maddə əlavə edilmişdir. Həmin maddəyə uyqun olaraq əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 39-cu maddəsinə əsasən: 39.1. Əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. 39.2. Bu Qanunun 39.1-ci maddəsində göstərilmiş əsaslarla əmək pensiyasından və əmək pensiyasına əlavədən tutulan məbləğ, başqa əsaslara görə tutulan məbləğlər nəzərə alınmadan, hər ay əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən az, 20 faizindən artıq ola bilməz (bu Qanunun 39.3-cü maddəsi nəzərə alınmaqla). Əmək pensiyasından və əmək pensiyasına əlavədən tutulan məbləğ əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən az olduqda (bu Qanunun 39.3-cü maddəsi nəzərə alınmaqla ) tam məbləğdə tutulur. 39.3. Bütün hallarda qanunvericiliklə müəyyən edilmiş cəmi tutulan məbləğ əmək pensiyaçısına veriləcək əmək pensiyası və əmək pensiyasına əlavənin məbləğinin 50 faizindən artıq olmamalıdır. 39.4. Borc ödənilib qurtarmamış əmək pensiyasının və əmək pensiyasına əlavənin verilməsi bu Qanunla müəyyən edilmiş hallarda dayandırılarsa, borcun qalan hissəsi könüllü və ya məhkəmə qaydasında qaytarılır. Beləliklə, iş materialları ilə müəyyən edilmişdir ki, iddiaçıya xx.xx.2006-cı il tarixdən “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” İİ qrup əlillik dərəcəsi ilə pensiya təyin edilmiş, pensiyanın ödənişi 1 fevral 2024-cü ildən dayandırılmış, iddiaçı xx.xx.2024-cü ildə müayinə olunmuş, ona xx.xx.2024-cü il tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar birinci dərəcəli müddətsiz əlillik (gözdən əlil) təyin edilmiş, xx.xx.2024-cü il tarixdən ona birinci dərəcəli müddətsiz əlil kimi pensiya ödənişi bərpa edilmişdir. Məhkəmə araşdırması zamanı cavabdehin verdiyi məlumatlar əsasında müəyyən edilmişdir ki, fevral və mart ayları üzrə iddiaçıya 1987,68 manat məbləğdə vəsait hesablanmış və həmin vəsait iddiaçıya vaxtında ödənilməməsi əsası ilə cavabdeh tərəfindən iddiaçıya hesablanmış artıq ödəmə məbləğinə münasibətdə əvəzləşdirilmişdir. Məhkəmə işin sözügedən halına münasibətdə bildirməyi zəruri hesab edir ki, pensiya ödənişi birinci qurup əlil olan aztəminatlı iddiaçının sosial təminatının həyata keçirilməsi üçün nəzərdə tutulduğundan və ödənişinə dövlət tərəfindən təminat verildiyindən, cavabdeh tərəfindən həmin məbləğin iddiaçıdan bütövlükdə tutulması və əvəzləşdirilməsində ifadə olunan hərəkətlər qanusuz və əsassız olmuşdur. Belə ki, iddiaçının əlilliyinə görə ödənişlərinin dayandırılmasının hüquqi əsasının olmaması iş materialları ilə öz təsdiqini tapmış, hətta əlilliyə görə ödənişlərinin dayandırılmasından sonra əyani müayinənin nəticəsi olaraq iddiaçıya birinci qrup əlillik təyin edilmişdir. Cavabdeh tərəfindən pensiyaçıya ödənilməli olan məbləğin 20 faizindən artıq hissəsinin tutulması Qanunun 39-cu maddəsinin tələblərinə zidd həyata keçirilmişdir. Məhkəmə iddia ərizəsində iddiaçının 20 faiz məbləğdə tutmanın aparılmasına razılığını ifadə etməsini və işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, iddiaçının tələbi əsaslıdır və iddia təmin edilməlidir. Cavabdeh tərəfindən verilmiş imtinanın əsaslılığını istisna edən faktiki şərtlər iş materialları ilə müəyyən edilir. Belə ki, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavabdehin imtinası qanunvericiliyə zidd olmaqla, iddiaçının hüquqlarını pozmuşdur. Cavabdehin imtinası əsassızdır. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Göstərilənlərə əsasən və İPM-in 68, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı 2024-cü ilin fevral və mart ayları üzrə hesablanmış, lakin ödənilməmiş (əvəzləşdirilmiş) 1987,68 manat məbləğdə vəsaitdən və 2024-cü ilin aprel və may ayları üzrə yenidən hesablanmış pensiya məbləğindən 20% tutulma istisna olmaqla cavabdeh tərəfindən əvəzləşdirmənin aparılması qanunsuz hesab edilsin və əvəzləşdirilmiş pensiya məbləği fərqinin hesablanaraq İddiaçı birdəfəlik ödənilməsi öhədliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi (ünvan: ünvan 2llegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar təqdim olunduğu gündən 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. X4.
Məhkəmə qərarları › İş №e-2-1(112)-9957/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-9957/2024
31.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver