Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-9966/2025 25.11.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, iddiaçının vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Müharibə veteranı adı və vəsiqəsinin verilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, 29) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı “Müharibə Veteranı” statusunun və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, XN N6 yanvar N97N-ci il tarixdə Azərbaycan Respublikası Sabunçu qəsəbəsində anadan olmuşdur. xx.xx.N0-cı ildən xx.xx.N2 və xx.xx.N2-ci ildən xx.xx.N5-ci ilədək SSR-i İttifaqının Silahlı Qüvvələrində xidmət keçmişdir. Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin xx.xx.N3-cü il tarixli 066 nömrəli əmrinə əsasən İddiaçı “kiçik leytenant” rütbəsi verilmişdir. 776-№ hərbi hissənin tərkibində xx.xx.N2-ci ildən xx.xx.N2-ci ilədək Laçin rayonu Turşsu kəndi, Şuşa rayonu Zarıslı kəndi, xx.xx.N2-ci ildən xx.xx.N2-ci ilədək Füzuli rayonunda gedən döyüşlərdə iştirak etmişdir. Həmin müddət ərzində vəfizəsi pol komandirinin köməkçisi olmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.N5-ci il tarixli 0759-№ li əmrinə əsasən Azərbaycan Ordusundan istefaya buraxılmışdır. Qeyd etməyizəruri hesab edir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinə xx.xx.2025-ci ildə “Müharibə Veteranı” statusunun və vəsiqəsi ilə bağlı müraciət etmişdik. Cavabdeh orqan xx.xx.2025-ci ildə 3- 25-N4/2-3-24xx-xx/2025 saylı cavab məktubu ilə bildirmişdir ki: “İddiaçı “Müharibə Veteranı” statusunun və vəsiqəsinin verilməsi üçün döyüşlərdə iştirakını təsdiq edən sənədləri (hərbi biletinin və xidmət keçdiyi hərbi hissədə sonuncu vəzifəsi barədə qeyd olunan səhifələrinin notriat qaydada təsdiq olunmuş qalan səhifələrinin yalnız surətini, yaralanma haqqında sənədi, şəxsiyyət vəsiqəsinin surətini, əgər varsa hərbi xidmət haqqında arxiv arayışını və s. sənədlər) hansı hərbi hissələrdə nə vaxt xidmət etdiyini qeyd etməklə ətraflı ərizəsinə əlavə edərək orqana göndərildiyi təqdirdə komissiyada baxılaraq müvafiq qərar qəbul olunacaqdır.” Yuxarıda sadalanan sənədləri qeyd olunduğu kimi xx.xx.2025-ci ildə təkrar müraciətlə Müdafiə Nazirliyinə göndərməyimizə baxmayaraq (qəbz əlavə olunur) cavabdeh orqan ona hələdə cavab verməmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsi tərəfindən iddiaçının müraciətinə cavab olaraq bildirilmişdir ki, “Sizə “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın xx.xx.2025-ci il tarixli iclasında baxılmış və barənizdə müsbət qərar qəbul edilməmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin xx.xx.2025-ci il tarixli arayışına əsasən xidmət zamanı hərbi hissəni özbaşına tərk etdiyinizə görə Sizə “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsindən imtina olunmuşdur. Əlavə olaraq bildiririk ki, “Vətəndaşların müraciətləri haqqında” Qanunun N4.08-ci maddəsinə görə ərizəçi müraciəti barədə qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında 30 (otuz) gün müddətinə şikayət vermək hüququna malikdir.”
3. Cavabdehin iddia ərizəsinə münasibətdə qeyd edilmişdir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Müharibə veteranı adının və vəsiqəsinin verilməsi” tələbinə dair iddia ərizəsi əsassızdır və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.N-ci maddəsinə uyğun olmadığından mümkün sayıla bilməz. İddiaçı Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrin verilməsi üzrə komissiya”sına müraciəti daxil olmuş, lakin hər hansı inzibati akt qəbul edilmədən məhkəməyə müraciət etmişdir. İddiaçının müraciəti hal-hazırda komissiyada baxılmadadır. Müdafiə Nazirliyinin Aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrin verilməsi üzrə komissiya”nın xx.xx.2025-ci il tarixli N4/2-5N00/2025 nömrəli məktubundan görünür ki, İddiaçı “Müharibə veteranı adının və vəsiqəsinin verilməsi”nə dair müraciətinə komissiya tərəfindən baxılır. Sənədlərinə komissiyanın iclasında sıralanmış formada baxıldıqdan sonra qanuna müvafiq tədbirlər görüləcəkdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N5-ci il tarixli 2N6 saylı Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, Silahlı Qüvvələr veteranı və Əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməsinin N-ci bəndinin NN-ci yanmbəndinə əsasən “Müharibə veteranı” adı və müvafiq veteran vəsiqəsi Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Dövlət Sərhəd Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin üçüncü abzasına əsasən veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Qeyd edilən hüquq normalarının mənasından da göründüyü kimi, qanunverici müvafiq veteran adının və buna uyğun vəsiqənin verilməsini müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərinə aid etmişdir. Həmçinin, müharibə veteranı adının verilməsi müvafiq icra hakimiyyəti orqanının müvafiq komissiyasının rəyin olması ilə şərtləndirilmişdir. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Müharibə veteranı adının və vəsiqəsinin verilməsi” tələbinə dair iddia ərizəsinin mümkünsüz sayılması xahiş edilir.
4. Cavabdehin iddiaya yazılı etirazı onunla əsaslandırılmışdır ki, iddia tələbinin təmin edilməsini istisna edən hüquqi əsasına gəldikdə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N5-ci il tarixli 2N6 nömrəli Qərarı ilə təsdiq edilmiş "Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin N-ci bəndinə əsasən: "N988-ci il fevralın N-dən N4-cü il mayın N2-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara N2 may N4-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - müdafiə, daxili işlər, milli təhlükəsizlik, ədliyyə orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında “Müharibə veteranı” adı verilir. «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə edilmiş əlavəyə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslər «Müharibə veteranı» sayılmırlar. Göründüyü kimi inzibati orqan və vətəndaş arasında yaranan və məcburetmə iddiası ilə nəticələnən inzibati hüquq münasibətin əsasını bilavasitə tənzim edən qüvvədə olan veteranlar haqqında qanunvericiliyin imperativ göstərişi şəxsin hərbi xidmət keçməsi və bunun qeyd olunan normanın dispozisiyasında əks edilmiş sənədlərdə əks edilməsidir. Hərbi xidmət keçmə dedikdə şəxsin hərbi hissəyə daxil olması və hərbi hissədən qanuni əsaslarla ehiyata buaxılması nəzərdə tutulur. Normanı ümumiləşdirərək qeyd etmək istəyir ki, şəxsə müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün normanın dispozisiyasında göstərilən aşağıda qeyd olunan zəruri şərtlərin gözlənilməsi inzibati orqan və nəticədə yaranan inzibati mübahisəyə baxan məhkəmə üçün imperativdir: Şəxsin xidmət keçməsi: Hərbi xidmət keçmə məfhumu altında hərbi qulluqçunun hərbi hissə komandirinin müvafiq əmri ilə hərbi hissənin siyasına daxil olması, hərbi xidmət müddətinin sona çatması ilə hərbi hissədən qanuni əsaslarla müvafiq əmrlə ehtiyata buraxılması nəzərdə tutulur. Bunun müvafiq sənədlərdə əks edilməsi: Bu zaman zəruri sənədlər məfhumuna Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20N8-ci il 28 sentyabr tarixli Qərarı ilə qeyd olunan normaya edilmiş dəyişiklikdən sonra hərbi biletlə yanaşı hərbi hissənin nizami hissə üzrə əmrləri və ya arxiv arayışı da daxil edilmişdir. Qeyd olunan şərtlərin hər hansı birinin mövcud olmaması şəxsə “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsindən imtina edilməsi üçün əsasdır. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Hazırkı iddia tələbinin təmin edilməsini istisna edən faktiki əsasına gəldikdə qeyd etmək zəruridir ki, Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqəsinin verilməsi üzrə komissiya”nın xx.xx.2025-ci il tarixli və Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin xx.xx.2025-ci il tarixli məktublarından görünür ki, iddiaçı İbadov X2 Qarabağ müharibəsi zamanı N nömrəli hərbi hissədə hərbi xidmətdə olarkən döyüş əməliyyatları aparılan dövrdə mütəmadi olaraq xidməti yerinə gəlmədiyi (xidməti yerini özbaşına tərk etdiyi) üçün İddiaçı "müharibə veteranı adının və vəsiqəsinin verilməsindən imtina olunmuşdur. Beləliklə iş materialına əlavə edilmiş sənədlərdən görünür ki, İddiaçı N nömrəli hərbi hissədə xidmətdə olarkən döyüşlər aparılan dövrdə hərbi hissəni özbaşına tərk etmişdir. Qeyd edilənləri nəzərə alaraq Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqəsinin verilməsi üzrə komissiya” tərəfindən İddiaçı “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsinə dair müraciətinə müsbət qərar qəbul edilməmişdir. Hazırkı inzibati iş üzrə təqdim edilmiş sənədlərdən sabit olur ki, iddiaçının ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi ilə bağlı arzuladığı inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunmur. Bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir (İPM-N4.3), cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamışdır (İPM-73.N), imtina mövcud praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (İPM-N3.2 və N7). İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilir.
5. Cavabdehin iddiaçıya təqdim etdiyi xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Sizin xx.xx.2025-ci il tarixli 3-25-N4/2-İ-68xx-xx/2025 №-li sorğunuza cavab olaraq bildiririk ki, RHK-dan 2 (iki) illik müqavilə yolu ilə könüllü gəlmiş, sıravi İddiaçı N №-li hərbi hissə komandirinin N iyun N2-ci il tarixli N №-li əmrində (əsas: § 7, sıra 72, səh 6, əmrdə adı və atasının adı tam yazılmamışdır) şəxsi heyətin siyahısına daxil edilməklə bütün növ təminatlarla təmin edilərək kəşfiyyatçı vəzifəsinə təyin olunması barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin N iyun N2-ci il tarixli 7 №-li əmrində sıravi E.P.İbadovun (əsas: § N, sıra N34, səh N4, əmrdə adı və atasının adı tam yazılmamışdır, vəzifəsi göstərilməyib, atasının adının baş hərfi “P” yazılmışdır) döyüş əməliyyatları bölgəsinə göndərilərək qazan təminatından çıxarılması barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin N iyun N2-ci il tarixli NN №-li əmrində sıravi İddiaçı (əsas: § N, sıra 9, səh N7, əmrdə adı və atasının adı tam yazılmamışdır, vəzifəsi göstərilməyib, əmr hərbi hissə komandiri tərəfindən imzalanmamışdır) döyüş əməliyyatları bölgəsindən qayıtmış hesab edilərək xx.xx.N2-ci il tarixdən qazan təminatına qoyulması barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin N9 avqust N2-ci il tarixli 34 №-li əmrində sıravi İddiaçı (əsas: § N, sıra 4, səh 3N, əmrdə atasının adı yazılmamışdır, hərbi rütbəsi və vəzifəsi göstərilməyib) döyüş əməliyyatları bölgəsindən qayıtmış hesab edilərək qazan təminatına qoyulması barədə məlumat vardır. Ehtiyatdan çağırılmış sıravi İddiaçı Teyub oğlu müddətdən artıq həqiqi hərbi xidmətə qəbul edildiyi üçün N №-li hərbi hissə komandirinin N fevral N3-cü il tarixli 3N №-li əmrilə (əsas: § 3, səh N3, əmrdə atasının adı Teyub yazılmışdır) şəxsi heyətin siyahısına daxil edilməklə bütün növ təminatlarla təmin edilərək "kiçik çavuş” hərbi rütbəsi verilməklə manqa komandiri vəzifəsinə təyin olunmuşdur. N №-li hərbi hissə komandirinin N7 fevral N3-cü il tarixli 39 №-li əmrilə müddətdən artıq hərbi qulluqçu kiçik çavuş İddiaçı Teyub oğlu (əsas: § 3, səh N7, əmrdə atasının adı Teyub yazılmışdır) tutduğu vəzifədən azad edilərək təlimatçı vəzifəsinə təyin olunmuşdur. N №-li hərbi hissə komandirinin N mart N3-cü il tarixli 36 №-li əmrində kiçik leytenant İddiaçı (əsas: § N, sıra 6, səh N5, əmrdə adı və atasının adı tam yazılmamışdır, vəzifəsi göstərilməyib) döyüş əməliyyatları bölgəsinə getmiş hesab edilərək qazan təminatından çıxarılması barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin N mart N3-cü il tarixli 52 №-li əmrilə müddətdən artıq hərbi qulluqçu kiçik çavuş İddiaçı Teyub oğlu (əsas: § N, səh 22, əmrdə atasının adı Teyub yazılmışdır, vəzifəsi göstərilməyib) xəstəliyi ilə əlaqədar olaraq 2 (iki) günlük tutduğu vəzifədən azad edilmişdir. N №-li hərbi hissə komandirinin 3N mart N3-cü il tarixli 68 №-li əmrilə kiçik leytenant İddiaçı Teyub oğlu (əsas: § N, səh 28, əmrdə atasının adı Teyub yazılmışdır, vəzifəsi göstərilməyib) xəstəliyi ilə əlaqədar olaraq 3 (üç) günlük tutduğu vəzifədən azad edilmişdir. N №-li hərbi hissə komandirinin N7 aprel N3-cü il tarixli 83 №-li əmrilə kiçik leytenant İddiaçı Teyub oğlu (əsas: § N, səh 35, əmrdə atasının adı Teyub yazılmışdır, vəzifəsi göstərilməyib) xəstəliyi ilə əlaqədar 9 günlük tutuduğu vəzifədən azad edilmişdir. Xidmət yerinə mütəmadi gəlmədi iyi üçün təlimatçı, kiçik leytenant İddiaçı Teyub oğlu N №li hərbi hissə komandirinin N2 iyul N3-cü il tarixli N59 Ns-li əmrilə (əsas: § 2, səh 25, əmrdə atasının adı Teyub yazılmışdır) ştatdan kənar çıxarılmışdır. N Nə-li hərbi hissə komandirinin N sentyabr N3-cü il tarixli 2N0 №-li əmrilə kiçik leytenant İddiaçı Teyub oğlu (əsas: § N, səh 5, əmrdə atasının adı Teyub yazılmışdır, vəzifəsi göstərilməyib) xəstəliyi ilə əlaqədar olaraq N0 (on) günlük tutduğu vəzifədən azad edilmişdir. N №-li hərbi hissə komandirinin N noyabr N3-cü il tarixli 272 №-li əmrində kiçik leytenant İddiaçı (əsas: § N, sıra 30, səh 42, əmrdə adı və atasının adı tam yazılmamışdır) bölük komandirinin şəxsi heyətlə iş üzrə müavini vəzifəsinə təyin olunması barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin N noyabr N3-cü il tarixli 280 №-li əmrilə kiçik leytenant İddiaçı Teyub oğlu (əsas: § 2, səh N, əmrdə vəzifəsi göstərilməyib) hərbi hospitala getmiş hesab edilərək qazan təminatından çıxarılmışdır. Xidmət yerinə gəlmədiyi üçün kiçik leytenant İddiaçı Teyub oğlu N №-li hərbi hissə komandirinin N dekabr N3-çü il tarixli 303 №-li əmrilə (əsas: § 5, səh N4, əmrdə atasının adı Teyub yazılmışdır, vəzifəsi göstərilməyib) ştatdan kənar çıxarılmışdır. Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.N4-cü il tarixli müvafiq əmrinə əsasən təlimatçı, kiçik leytenant İddiaçı Teyub oğlu N №-li hərbi hissə komandirinin 3N dekabr N4-cü il tarixli 323 №-li əmrilə (əsas: § 22, sıra 6, əmrdə atasının adı Teyub yazılmışdır) tutduğu vəzifədən azad edilərək X7 komandirinin sərəncamına göndərilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.N4-cü il tarixli müvafiq əmrinə əsasən N №-li hərbi hissənin gənclər arasında təlimatçısı, kiçik leytenant İddiaçı X7 komandirinin 04 yanvar N5-ci il tarixli 03 №-li əmrilə (əsas: § 3, səh 5) xx.xx.N5-ci il tarixdən şəxsi heyətin siyahısına daxil edilərək bütün növ təminatlarla təmin edilmişdir. Azərbaycan Respublikası Silahlı Qüvvələrin Baş Qərargah Rəisinin xx.xx.N5-ci il tarixli müvafiq əmrinə əsasən kiçik leytenant İddiaçı X7 komandirinin 25 yanvar N5-ci il tarixli N3 №-li əmrilə (əsas: § 4, səh N2, əmrdə vəzifəsi göstərilməyib) xx.xx.N5-ci il tarixdən şəxsi heyətin siyahısından, bütün növ təminatlardan çıxarılaraq xidmətini davam etdirmək üçün N №-li hərbi hissəyə göndərilmişdir. X3 gəlmiş, kiçik leytenant İddiaçı Teyub oğlu N №-li hərbi hissə komandirinin N yanvar N5-ci il tarixli 9 №-li əmrilə (əsas: § N4, səh 7, əmrdə atasının adı Teyub yazılmışdır, vəzifəsi göstərilməyib) şəxsi heyətin siyahısına daxil edilərək bütün növ təminatlarla təmin edilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.N5-ci il tarixli müvafiq əmrinə və N8ci maddənin “Q” bəndinə (təşkilati tədbirlər ilə əlaqədar xidmətdə olanlardan istifadə etmək mümkün olmadığına görə) əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata tərxis olunmuş, mobil tağımının komandiri, kiçik leytenant X5 N №-li hərbi hissə komandirinin N0 iyul N5-ci il tarixli N9N №-li əmrilə (əsas: § N9, səh 40, əmrdə soyadı İbayev və atasının adı Teyub yazılmışdır) şəxsi heyətin siyahısından, bütün növ təminatlardan çıxarılmışdır.
6. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili iddia tələbinin təmin olunmasını xahiş etdi.
7. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə şifahi məhkəmə baxışı iclasında onun nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir.
II. İddianın növü və mümkünlüyü
8. Müharibə veteranı adının və vəsiqəsinin verilməsi “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanunu və Azərbaycan Respublikası Nazirlər Kabinetinin N5-ci il 22 sentyabr tarixli 2N6 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməyə (bundan sonra – Əsasnamə) əsasən müəyyən edilir.
9. Müharibə veteranı adı aidiyyəti qurumların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir.
10. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normaya görə inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı əlamətləri ilə səciyyələnir - inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Beləliklə, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir (“Vergi ödəyicilərinin 20N7-ci ilin N yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının 20N6-cı il 30 dekabr tarixli 474VQ №-li Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının N3 avqust 2020-ci il tarixli Qərardadı, №02, 24-cü bənd). Odur ki, həmin rəy qeyd edilən əlamətlərə malik olduğundan iddiaçıya münasibətdə inzibati akt hesab edilməli və hazırki iddia məcburetməyə dair iddiadır.
11. İddiaçı inzibati orqanın üzərinə arzuladığı inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasını tələb edir. İPM-in 2.2.2-ci maddəsinə əsasən, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
12. İddia mümkündür.
III.Məhkəmənin mövqeyi
13. “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinin N-ci hissəsinin ikinci abzasına əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Həmin qanunun 7-ci maddəsinin N-ci hissəsinə əsasən, müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı (Nazirlər Kabineti) tərəfindən müəyyən edilir.
14. Azərbaycan Respublikası Nazirlər Kabinetinin N5-ci il 22 sentyabr tarixli, 2N6 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin: N-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndinə əsasən, müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N988-ci il fevralın N-dən N4-cü il mayın N2-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N4-cü il N2 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müvafiq komissiyaların rəyinə əsasən verilir. Qeyd: Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasında göstərilmiş şəxslərə şamil olunmur.
15. Qeyd edilən normativ hüquqi aktların tələbinə əsasən, məhkəmə tərəfindən həmin bəndin qeyd hissəsi nəzərə alınmaqla aşağıdakı iki hal müəyyən edilməlidir: Şəxsin (i) Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları aparan hərbi hissənin tərkibində döyüş əməliyyatlarında iştirakı faktı və (ii) həmin dövrdə hərbi cinayətlərə görə cinayət məsuliyyətinə cəlb edilib-edilməməsi (bəraətverici əsaslarla cinayət təqibinə xitam istisna olmaqla) və məhkumluğunun olub-olmaması olmalıdır.
16. İddianın uğurluluğu həmin hallardan asılıdır və bu səbəbdən məhkəmə araşdırmasının həddi qeyd edilən halları müəyyən etməklə məhdudlaşmalıdır.
17. Birinci hala münasibətdə iddiaçının Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakı faktı təsdiq olunmur, belə ki, iddiaçı N nömrəli hərbi hissə komandirinin xx.xx.N2-ci il tarixli N nömrəli əmri ilə sıravi hərbi rütbəsi verilməklə və bütün növ təminatlarla təmin edilməklə şəxsi heyətin siyahısına daxil edilmişdir, lakin iddiaçı N nömrəli hərbi hissədə hərbi xidmətdə olarkən döyüş əməliyyatları aparılan dövrdə mütəmadi olaraq xidməti yerinə gəlməmişdir və hərbi hissənin komandirinin müvafiq əmrləri ilə ştatdan kənar çıxarılmışdır. Göründüyü kimi N nömrəli hərbi hissədə xidmətdə olarkən döyüşlər aparılan dövrdə hərbi hissəni özbaşına tərk etmişdir.
18. Məhkəmə əlavə olaraq qeyd edir ki, iddiaçı “Müharibə veteranı, Silahlı Qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə” ilə nəzərdə tutulan müharibə veteranı adının verilməsi üçün müvafiq səlahiyyətli dövlət orqanları tərəfindən verilmiş orden və medallarla təltif olunmaq haqqında vəsiqəyə, şəxsi işə, arxiv arayışlarına və hərbi döyüşlərdə iştirakını sübut edən başqa sənədlərə malik deyildir.
19. İkinci hala münasibətdə məhkəmə qeyd edir ki, iddiaçının döyüş əməliyyatı keçirilən ərazilərdə yerləşən hərbi hissələrdə iştirak etməsi təsdiq edilmədiyi üçün hərbi cinayətlərə görə cinayət məsuliyyətinə cəlb edilib-edilməsi, iddiaçının məhkumluğu, barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsi, amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilməsi barədə məlumatların araşdırılması məqsədəuyğun hesab edilmir.
20. Məhkəmə qeyd edir ki, hər iki hal eyni zamanda mövcud olduğu təqdirdə iddiaçının müvafiq hüququ təmin oluna bilər.
21. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun N9-cu maddəsinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür.
22. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.
23. İPM-in 68.N-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.
24. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
25. İPM-in 73.N-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.
26. Beləliklə məhkəmə hesab edir ki, cavabdehin imtinası nəticəsində iddiaçının qanunla qorunan hüquqları pozulmamışdır.
27. Göstərilənlərə əsasən və İPM-in 4.N, 23.N, 58.7, 69, 75, 78–79, 8N, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Ləman Musayeva